Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Fizika, kimya, hesablama texnikası kabinetlərində təhlükəsizlik tədbirləri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə44/65
tarix11.12.2022
ölçüsü1,47 Mb.
#73886
1   ...   40   41   42   43   44   45   46   47   ...   65
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirə 221025 095352

Fizika, kimya, hesablama texnikası kabinetlərində təhlükəsizlik tədbirləri 
 
Fizika fənninin məzmununa uyğun olaraq fizika kabinetlərində 
(laboratoriyalarında) müxtəlif cihaz və avadanlıq, istilik və şüalanma mənbələri, 
yanan maye və qazlar, texniki təlim vasitələri, mexaniki avadanlıqlar və s. tətbiq 
olunur. Bunlarla iş zamanı bədbəxt hadisələr baş verə bilir. Praktikada əksər 
hallarda şagirdlərin və xidmət heyətinin elektrik cərəyanı ilə zədələnməsi baş verir. 
Elektrik təhlükəsizliyi üzrə əsas tədbirlər bunlardır: cərəyan ötürən hissələrə 
təsadüfi toxunmalara yol verilməməsi, aşağı gərginliklərin tətbiqi, elektrik 
qurğularının yerlə birləşdirilməsi və sıfirlanması, avtomatik dövrəni açan 
quruluşların tətbiqi, fərdi mühafizə vasitələrindən istifadə olunması, elektrik 
avadanlıqlarının texniki istismar qaydalarına düzgün əməl edilməsi və s. 
Elektrik qurğularını cərəyanın gücü buraxılabilən normadan artıq olan 
hallarda şəbəkədən ayırmaq üçün müxtəlif tipli qoruyuculardan istifadə edilməlidir. 
Laboratoriyalara və elektrik avadanlıqlarına gələn elektrik naqilləri yaxşı 
izolyasiya qabiliyyətinə malik olmalıdır. Naqillərin izolyasiya müqaviməti üç ildə 
bir dəfədən, yerləbirləşdirmə quruluşlarının müqaviməti isə ildə 1 dəfədən az 
olmamaq şərti ilə yoxlanılmalıdır. 
Laboratoriyalarda elektrik zədələnmələrinin baş vermə ehtimalının qarşısının 
alınması üçün aşağıdakı qadağalar qoyulur: 
Müəllimin icazəsi və ilkin yoxlama olmadan güc və işıqlanma açarlarını işə 
qoşmaq; gərginlik altında sxemləri bir rejimdən digər rejimə keçirmək; mühafizə 
zonasından kənara çıxmaq; yerləbirləşməsi olmayan avadanlıqla işləmək; 
xəbərdaredici və qadağanedici plakatları çıxarmaq və görünməyən yerdən asmaq; 
nasaz avadanlıqdan istifadə etmək və onu şəbəkəyə qoşmaq. 
İş zamanı elektrik işçi və ölçü cihazlarının buraxıla bilən həddən artıq 
yüklənməsi, eləcə də maşın və qurğuların fırlanan hissələrinə toxunmaq, onların 
üzərinə əyilmək (xüsusən yığılmamış saçlarla) yolverilməzdir. 
Gərginliyi 42V-dan yuxarı olan dövrələrdə ölçmələr, eləcə də meqometrlə 
bütün ölçmələr müəllimin nəzarəti altında yerinə yetirilməlidir. Avadanlıqların 
elektrik sxemlərində bir rejimdən digər rejimə keçirmələr yalnız müəllim tərəfindən 
yerinə yetirilməlidir. 
Fizika üzrə tədris laboratoriyası yüksək elektrik təhlükəli otaqlara aiddir. Ona 
görə də bunlarda 42V-a qədər gərginlikdə işləməyə icazə verilir. Bəzən tədris 


prosesində 250V gərginlikdən yuxan gərginlikli qurğulardan istifadə etmək lazım 
gəlir. Belə halda bu tip qurğularda ən azı iki nəfər işləməlidir ki, bunlardan da bir 
nəfəri bu tip qurğularda işləmək bacarığma və hüququna malik olmalıdır. 
Bir sıra laboratoriya işlərində müxtəlif maddələr, o cümlədən, turşu, qələvi və 
duz məhlulları, yanan qazlar istifadə olunur. Bu maddələr zəhərlənmə və yanıq 
yarada bilərlər. 
Laboratoriyalarda zəhərli maddələrin buxarları ilə zədələnmənin əsas səbəbi 
kimyəvi reaktivlərlə, eləcə də bu reaktivlərin olduğu cihazlarla (məsələn, 
akkumulyatorla) düzgün davranmamaqdır. Bunun qarşısını almaq üçün tələbələri 
(şagirdləri) və tədris-köməkçi heyəti əmək təhlükəsizliyi qaydaları ilə tanış etmək, 
onlara müvafıq təlimatlar keçmək lazımdır. 
Kimyəvi reaktivlərin saxlanması və ondan istifadə müvafiq təlimatlar üzrə 
olmalıdır. Orta məktəblərdə civə ilə işləməyə icazə verilmir, ali məktəb 
laboratoriyalarında belə işlər xüsusi mühafizə tədbirlərinə riayət olunmaqla məhdud 
şəkildə və xüsusi şəraitdə aparıhr. 
Laboratoriya və kabinetlərdə istilik şüalanma mənbələri ilə iş zamanı da ciddi 
təhlükələr meydana çıxa bilər. Bununla əlaqədar olaraq, qızdırıcı cihazları nəzarətsiz 
qoymaq olmaz, qızdırıcıları yalnız müəllimin iştirakı ilə işə salmaq lazımdır. 
Elektrik qövsündən, proyeksiya aparatından, stroboskop və lazer qurğusundan 
işığın bir başa gözə düşməsinə yol verilməməlidir. 
İstilik balansının təyin edilməsi üzrə işlərin aparılmasında suyu 60-70°S-dək 
qızdırmaq lazımdır. 
Sıxılmış və təzyiq altında olan qaz balonları reduktor və manometrlə təchiz 
olmalı və onları xamutun köməyi ilə şaquli vəziyyətdə bərkitmək lazımdır. 
Nəzərdən keçirilən analoji təhlükəsizlik tədbirlərinə ali məktəblərin 
elektrotexnika, hidravlika və istilik texnikası laboratoriyalarında da riayət 
olunmalıdır. 
Müasir dövrdə orta ümumtəhsil məktəblərində informatika və hesablama 
texnikasının əsasları öyrənilir ki, burada da məqsəd şagirdlərdə kompüterin 
imkanlarını dərk etmək və ondan müxtəlif məsələlərin həllində praktik istifadə 
etmək üçün tələb olunan bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır. 
İnformatika və hesablama texnikasımn əsasları fənni əmək təlimi üzrə tədris 
planına uyğun olaraq ali məktəblərdə də öyrədilir. Bu baxımdan hesablama 
texnikası kabinetlərində də təhlükəsizlik tədbirlərinə riayət etmək vacibdir. 
Hesablama texnikası kabinetlərində əsas avadanlıq fərdi kompüterlər və 
mikrokalkulyatorlar hesab olunur. 
Müəyyən olunmuşdur ki, kabinetdə bu avadanlıqların sayı, yerləşdirilməsi, 
habelə şagirdlərin sayı və avadanlığın buna müvafıq bölüşdürülməsi onların işçi 
qabiliyyətinin və təlimin təhlükəsizliyinə təsir göstərir. 


Adətən, kabinetdə şagird üçün 4,4-5m
2
sahə nəzərdə tutulmalı, optimal 
temperatur 17...21°S. havanın nəmliyi 40-60% və kabinetdə ventilyasiya sistemi 
olmalıdır. 
Yuxarı siniflərdə mikroprosessorla fasiləsiz işləmə müddəti 25-35 dəqiqədən 
çox olmamalıdır. Fərdi kompüterlər üçün gərginlik 42B-dan çox olmamalıdır, 
onlar üç ayda bir dəfə sınaqdan keçirilməlidir. 
Şagirdlərə məşğələ zamanı kabinetdə gəzmək, maşınları açmaq, onlara tanış 
olmayan düyməni basmaq qadağandır. 
Maşınlarda nasazlıq aşkar edilərsə, onu söndürmək və bu haqda müəllimə 
xəbər vermək lazımdır. 
Kompüteri təcili olaraq aşağıdakı halda söndürmək lazımdır. 
a)detallar qırıldıqda 
b)elektrik avadanlığında nasazlıq aşkar edildikdə
c)iş zonasında yanğın baş verdikdə və s. 
Zərərli və təhlükəli istehsalat amillərindən müdafiə tədbirlərindən biri də 
maşınən və ya avadanlığın müəyyən məsafədən idarə olunması və bu işdə 
robotlardan və ya avtomat manipulyatorlardan istifadə etməkdir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin