verlişlərində) mühitdə elektromaqnit dalğalarının yaranması ilə müşayiət olunur.
Onların buraxıla bilən həddən yüksək səviyyələri peşə xəstəliklərinə səbəb olur.
Elektomaqnit sahələrinin mənbəyi induksiya dolaqları, generatorun ayrı-ayrı
elementləri, transformatorlar, antenalar, yüksək
gərginlikli elektrik xətləri,
mühafizə quruluşları və avtomatikası, elektromaqnitlər və s. ola bilər.
Aşağı tezlikli (0,003 hs…30 khs) elektrik sahəsinin uzun müddətli təsirindən
insanın mərkəzi sinir və ürək-damar sistemlərində funksional dəyişikliklər əmələ
gəlir, elektrik sahəsinin yüksək gərginliyində həmçinin qanın tərkibi dəyişir.
Daha yüksək tezlikli elektromaqnit sahələrinin təsiri əsasən istilik və
aritmiya effektləri ilə əlaqədardır.
İnsan orqanizminə nüfuz edən elektromaqnit şüalanmalarının enerjisi istiliyə
çevrilərək üzvlərin, toxumaların, hüceyrələrin yerli qızmalarına və bütünlüklə
bədənin temperaturunun xeyli artmasına səbəb ola bilər.
Elektromaqnit sahəsinin rəqs tezliyi artdıqca insana bioloji təsiri də artır və
ən güclü təsir ifrat yüksək tezlikli (300 Mhs…300 Qhs) diapazonlarında yaranır.
Yüksək intensivlikli elektromaqnit şüalanmaları toxuma
və üzvlərdə morfoloji
dəyişikliklər yarada bilər (yəni həm onların strukturunu, həm də xarici görünüşünü
dəyişə bilər). Ən ağır hallarda yanıqlar, ölgünləşmə, qansızma, hüceyrələrin
strukturunun pozulması və s. mümkündür. Morfoloji dəyişikliklər periferik və
mərkəzi sinir sisteminin toxumalarında daha çox müşahidə olunur.
Bu cəhətdən
desimetrik dalğaların sinir sisteminə təsiri daha güclüdür.
Görmə üzvlərinin marfoloji dəyişikliklərini xüsusən qeyd etmək lazımdır, bu
dəyişikliklər həm yüksək intensivlikli qısa müddətli şüalanmalarda, həm də aşağı
intensivlikli, lakin davamiyyətli şüalanmalarda yarana bilər. İmpulslu şüalanmalar
gözlər üçün fasiləsiz şüalanmalara nisbətən daha təhlükəlidir.
Kiçik intensivlikli elektomaqnit sahələrinin uzun müddətli xronik (istilik
effekti yaratmayan) təsiri müxtəlif sinir və ürək-damar pozulmalarına səbəb olur
ki, onlar baş ağrısı, yorulma, yuxunun pozulması, ürək ağrısı və s. şəkildə təzahür
edir. Endokrin vəzilər sisteminin pozulması və qan tərkibinin dəyişməsi də
mümkündür.
Elektromaqnit sahələrinin bioloji təsirindən yaranan funksional dəyişikliklər
orqanizmidə yığıla bilər, lakin şüalanmaların təsiri kənar edildikdə və əmək şəraiti
yaxşılaşdırıldıqda həmin dəyişikliklər bərpa olunur. Elektromaqnit şüalanmaların
gərginliyi və enerji axınının sıxlığı buraxılabilən
hədlərdən yüksək olduqda
xidmətedici heyəti mühafizə etmək üçün aşağıdakı vasitələrdən və üsullardan
istifadə edilməlidir.
1. qurğuların yükünü azaltmaq və güc uducularından istifadə etməklə
elektromaqnit sahəsinin, gərginliyin və enerji axını sıxlığının azaldılması;
2. iş yerinin ekranlaşdırılması
3. iş yerinin şüalanma mənbəyindən uzaqlaşdırılması;
4. elektromaqnit enerjisini şüalandıran avadanlığın iş otaqlarında əlverişli
yerləşdirilməsi;
5. əlverişli iş rejimlərinin təyin edilməsi;
6. xəbərdaredici siqnalizasiyanın tətbiqi;
7. fərdi mühafizə vasitələrinin tətbiqi;
Aşağı tezlikli və radioşüalanmalardan mühafizənin
ən səmərəli və çox
yayılmış üsullardan biri ekranlaşdırmadır. Ekranlar, bir qayda olaraq, elektrik
keçiriciliyi yaxşı materiallardan (mis, latun,
alüminium və onun ərintiləri, polad)
hazırlanır.
Ekranın əsas göstəricisi onun səmərəliliyi, yəni elektromaqnit sahəsinin
zəifləmə dərəcəsidir. Elektromaqnit şüalanmalarının rəqs tezlikləri artdıqca
ekranlaşdırmanın səmərəliliyi artır. Ekran bütöv metal lövhədən və ya metal tordan
ola bilər ki, o da mütləq yerləbirləşdirilməlidir.
Elektromaqnit şüalanmalarından fərdi mühafizə vasitəsi kimi içərisində
metal tellər yerləşdirilmiş parçadan hazırlanan iş paltarından, kombinizon,
mühafizə eynəkləri və s. tətbiq edilir. Metallaşdırılmış parçadan hazırlanmış iş
paltarından istifadə edəkən elektrik təhlükəsizliyi
tədbirlərinə ciddi riayət
edilməlidir.
Dostları ilə paylaş: