MÜHAZĠRƏ 11
ġÜALANMALARDAN MÜHAFĠZƏ MƏSƏLƏLƏRĠ
P L A N
1. İonlaşdırıcı şüalanmalar və onlardan mühafizə
2. Elektromaqnit şüalanmaları və onlardan mühafizə
3. Lazer şüalanmaları və onlardan mühafizə
4. Ultrabənövşəyi şüalanmalar və onlardan mühafizə
İonlaşdırıcı şüalanmalar və onlardan mühafizə
Müasir elmi-texniki tərəqqi dövründə, atom energetikasının, kosmik
tədqiqatların, radioloji müalicə praktikasının və s. sürətlə inkişafı ilə əlaqədar
olaraq mühəndis-texniki işçilərin, hətta hər bir ziyalının zərərli şüalanmaların
mahiyyətini, orqanizmə təsirini, bu sahədə gigiyenik normaları və mühafizə
üsullarını öyrənməsi zəruridir.
Mühitin ionlaşmasına (yüklənmiş atom və ya molekulların-ionların
yaranması) səbəb olan hər hansı şüalanma ionlaşdırıcı şüalanma adlanır. Kosmik
şüalar, təbii surətdə yayılmış radioaktiv maddələr ionlaşdırma xassəsinə malikdir.
Süni ionlaşdırıcı şüalandırma mənbəyi xalq təsərrüfatında tətbiq edilən süni
radioaktiv izotoplardır.
Radioaktiv maddələrlə (uran, radium, torium və s) işləmək insan həyatı üçün
təhlükəlidir. Həddindən artıq radioaktiv şüalanma çox ağır nəticələr verir. Lakin
müəyyən texniki və təşkilatı tələblərə riayət edildikdə radioaktiv maddələr
təhlükəli deyil.
Canlı hüceyrələrə ionlaşma təsiri nəticəsində orqanizmdə müxtəlif
birləşmələrin kimyəvi quruluşu dəyişir və molekullar arasında rabitə pozulur,
hüceyrələr məhv olur. Canlı orqanizmdə 70%-ə qədər su olduğu üçün şüalanma
zamanı bioloji proseslərə suyun radiolizi böyük təsir göstərir.
Radioliz məhsulları orqanizmdəki başqa molekullarla kimyəvi reaksiyaya
daxil olub, sağlam orqanizmə xas olmayan yeni birləşmələr yaradır. Bioloji
proseslərin belə pozulması dönən olduqda bədən hüceyrələri yenidən bərpa olunur,
dönməyən olduqda isə pataloji dəyişikliklər müxtəlif xəstəliklərə, xüsusən şüa
xəstəliyinə əlverişli şərait yaradır.
Bədəndə gedən bu bioloji pozulmalar şüalanma miqdarından, şüalanma
müddətindən asılıdır. 400-500 rad şüalanma insan üçün öldürücü təsirə malikdir.
1000 rad ani ölümə səbəb olur.
Radioaktiv şüalanma buraxılabilən həddən artıq olduqda uzun müddətli təsir
nəticəsində xroniki şüalanma xəstəliyi yaranır.
Şüa xəstəliyinin əlamətləri yuxunun pozulması, baş ağrıları, dərinin
quruması, iştahanın pozulması və s. (ilk mərhələ). Sonra həzmetmə orqanları,
maddələr mübadiləsi pozulur, ürək-damar dəyişiklikləri, qanaxma, dırnaqların
tökülməsi (ikinci mərhələ) və nəhayət, beyin damarlarına və ürək əzələlərinə qan
sızması, tüklərin tökülməsi, cinsiyyət xəstəliyi, irsi nəticələr (ücüncü mərhələ)
əmələ gəlir.
İnsan bədəninin birdəfəlik ümumi şüalanmasında udulmuş şüalanma
dozasından asılı olaraq aşağıdakı bioloji pozulmalar baş verə bilər.
0,25 qreyə qədər - pozulma müşahidə olunmur
0,25…0,50 qrey - qanda dəyişikliklər yarana bilər.
0,5-1,0 qrey - qanın dəyişməsi, normal əmək qabiliyyətinin pozulması baş
verir.
1,0…2,0 qrey - normal vəziyyətin pozulması, əmək qabiliyyəti itirilə bilər
2,0…4,0 qrey - əmək qabiliyyətinin itirilməsi ölümlə nəticələnə bilər.
4,0…5,0 qrey zədələnmələrin 50% -ə qədəri ölümlə nəticələnir.
6,0 qrey və daha çox zədələnmələrin 100% qədəri ölümlə nəticələnir.
İonlaşdırıcı şüalanmanın xassələri. Elektromaqnit-alfa, beta, qamma,
rentgen, neytron və s. şüalanması maddə ilə bilavasitə, yaxud dolayı qarşılıqlı
təsirdə olub atom və molekulları ionlaşdırır.
Nüvənin radioaktiv şualanması əsasən
,
,
şüalanmaya səbəb olur.
şüalanma müsbət yüklü helium atomunun nüvələrindən ibarət hissəciklər
selidir.
şüalanma elektron, yaxud pozitronlar selidir.
şüalar nüvədaxili energetik dəyişmələri elektromaqnit şüalanmasıdır.
Bəzi radioaktiv maddələr eyni zamanda
və
şüalar buraxır. Rentgen
şüalanması maddənin elektroionlarının çox tez tormozlanması nəticəsində yaranan
qısa elektromaqnit dalğalarından ibarətdir.
Neytron şüalanması neytronlar selindən ibarətdir. Neytron elektrik yükünə
malik olmadığı üçün atom nüvəsi ilə asanlıqla əlaqəyə girib, nüvə reaksiyası
yaradır.
Radioaktiv şüalanma hissəcikləri ionlaşdırıcı və nüfuzetmə qabiliyyəti ilə
xarakterizə olunur.
hissəciklər maksimum ionlaşdırıcı və minimum nüfuzetmə qabiliyyətinə
malikdir.
hissəciklər üçün bu göstəricilər əksinədir.
şüalar ən çox nüfuzetmə
qabiliyyətinə malikdir.
İonlaşdırıcı şüalanmaların canlı orqanizmə bioloji təsiri, ilk növbədə,
udulmuş şüalanma enerjisindən asılıdır. Udulmuş şüalanma dozasının ölçü vahidi
Coul/kq-dır. Sistemdən kənar olçü vahidləri isə qrey, rad, millirad, mikrorad və
s.dir.
1 rad =0,01qrey
Bəzən doza vahidi rad-ın bioloji ekvivalenti olan ber qəbul olunur.
Şüalanmanın buraxılabilən həddi. İnsan orqanizminin müxtəlif toxuma və
üzvlərinin şüalanmalara həssaslığı eyni deyil . Ona görə də böhran üzv məfhumu
qəbul edilmişdir. Verilmiş şəraitdə şüalanması sağlamlığa ən böyük zərər verən
üzv, toxuma, bədən hissəsi və ya bütün bədən böhran üzv adlanır.
Radiohəssaslığından asılı olaraq böhran üzvlər üç qrupa bölünür.
I qrup- bütün bədən, cinsiyyət üzvləri, qırmızı sümük iliyi
II qrup – əzələlər, qalxanabənzər vəzi, piy vəzisi, ciyərlər, böyrəklər, göz
billuru, I və III qrupa daxil olmayan digər üzvlər.
III qrup – dəri örtüyü, sümük toxuması, əllər, bazu önü, topuqlar və ayaq
pəncələri.
İonlaşdırıcı təsirdən insanın mühafizəsini təmin etmək üçün şüalanma
buraxılabilən həddən artıq olmamalıdır. İonlaşdırıcı şüalanmaların buraxıla bilən
səviyyəyələri «Radiasiya təhlükəsizliyi normalarında» və «Radioaktiv maddələrlə
və digər ionlaşdırıcı şüalandırma mənbələri ilə işlədikdə əsas sanitariya qaydaları»
nda göstərilir.
30 yaşa qədər bütün hallar üçün bu norma 60 berdən artıq olmamalıdır.
İonlaşdırıcı şüalanma mənbələri ilə iş görən heyət üçün qoyulmuş buraxıla
bilən doza həddi 50 il müddətində işcinin şüalanma nəticəsində sağlamlığının
pozulmasının və irsi xəstəliyin yaranmasının qarşısını alır.
Bədəndə radioaktivliyin toplanması onun tez zədələnməsinə şərait yaradır.
İonlaşdırıcı şüalanmadan mühafizə vasitələri. Radioaktiv maddələrlə
işlərkən təhlükəsizlik məqsədilə xarici və daxili şüalanmadan mühafizə olunmaq
lazımdır. Xarici şüalanmadan mühafizə üçün zaman amili və şüalanma
mənbəyindən olan məsafə dəyişdirilməli və ekranlamadan istifadə edilməlidir.
şüaları çox nazik şüşə, folqa və s. ekranlaşdırırsa,
şüaları üçün daxili
alüminiumla ötrülmüş qurğuşun ekran,
şüalar üçün daha qalın ekran tələb
olunur.
İstilik enerjisindən yuxarı həddə neytronlar maddə tərəfindən zəif udulur.
Ona görə də neytron seli soyudulub sonra udulur. Soyudulma üçün ağır sudan,
parafindən, plastik kütlədən və böyük udma qabiliyyəti olan maddələrdən istifadə
edilir.
Radioaktiv maddələrlə işlərkən xüsusi hazırlanmış şkafdan, hermetik
kameradan, məsafədən idarə olunmadan və s. istifadə olunmalıdır.
Belə maddələrlə işlərkən fərdi mühafizə vasitələrindən istifadə olunması
əsas şərtdir.
Təcrübələr göstərir ki, pambıq parça, polietilen, polixlorvinil və bəzi rezin
maddələrdən hazırlanmış iş geyimləri radioaktiv maddələrdən və tozlardan
asanlıqla təmizlənə bildiyi üçün onların tətbiq edilməsi məsləhətdir.
Əllərin mühafizəsi üçün rezin və qurğuşunlu rezin əlcəklərdən istifadə
olunur.
Radioaktivlik dərəcəsi yüksək olan yerlərdə təmir işində plastik maddədən
hazırlanmış pnevmatik geyimdən (LQ-4, LQ-5) istifadə edilir.
Nəfəs yollarını respirator, yaxud əleyhqaz vasitəsilə, gözləri isə pleksiqlaz,
qurğuşunlu şüşə və s. hazırlanmış gözlüklərlə radioaktiv təsirdən qorumaq olur.
Radioaktiv maddələrlə işləmək üçün istifadə olunan xüsusi geyimlərlə iş
yerindən xaricə çıxmaq qadağandır. Kənara çıxmazdan qabaq geyimlərin
təmizliyini yoxlamaq, əlləri yumaq, yaxud çimmək lazımdır.
Qəza hallarında bütün işçilər dərhal dozimetrik nəzarətdən keçirilməlidir.
Radioaktiv çirki su və sabunla, sintetik maddələrlə yumaq, 5%-li azot
turşusu məhlulu və s ilə aktivsizləşdirmək lazımdır.
Radiasiyadan mühafizə üçün iş otaqlarında sanitar gigiyena şəraitinə riayət
edilməsinin böyük əhəmiyyəfti vardır. Otaqlar azı beş qat hava mübadiləsi olan
ventilyasiya və hava ilə isidilmə sistemi ilə təchiz edilməlidir. Hər gün otaqlar və
avadanlıqlar yaş əski ilə silinib təmizlənməli, ayda bir dəfə isə qaynar su ilə əsas
təmizləmə işləri aparılmalıdır. Otaqda radioaktiv maddələr iş yerindən kənarda,
mexanikləşdirilmiş quyularda saxlanılır.
Radioaktiv maddələrlə və ionlaşdırıcı şüalandırma mənbələri ilə əlaqədar
olan bütün işlərdə çalışan işçilər ilk və vaxtaşırı həkim müayinələrindən
keçirilməlidir. Bu işlərdə hamilə qadırlar bütün hamiləlik dövründə, açıq radioaktiv
maddələrlə işləyən qadınlar isə bütün uşaq əmizdirmə dövründə işdən azad olunur.
Dostları ilə paylaş: |