Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   ...   17   18   19   20   21   22   23   24   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Məhəmmədəli Saib Təbrizi (1601-1676) olmuşdur. O, öz dövrünün böyük söz ustası və alimi 
kimi də tanınmışdır. Saib Təbrizi özünün zənkin mənəvi irsi ilə nəinki mənsub olduğu xalqın, 
habelə Yaxın Şərq xalqlarının da mədəniyyət tarixinə həmişəlik daxil olmuşdur. 
Məhəmmədəli Saib 1601-çi ildə Təbriz şəhərində ziyalı tacir ailəsində dünyaya gəlmişdir. 
Saib Təbrizi XVII əsrdə təkcə Azərbaycanda və İranda deyil, Yaxın və Orta Şərq ölkələrində 
mütərəqqi fikir cəbhəsinin önündə gedən görkəmli alim və sənətkarlardan biri idi. Cəhalətə 
zülm və ədalətsizliyə qarşı ciddi etiraz etmək, şahları və hakimləri ədalətə çağırmaq, azadlıq 
ideyalarını tərənnüm etmək, insanı səciyyələndirən gözəl əxlaqi sifətləri təbliğ etmək, yüksək 
estetik zövq aşılamaq və s. Saib Təbrizi əsərlərinin ictimai, siyasi və fəlsəfi ideya
məzmununun əsasını təşkil edir. O, əsərlərini Azərbaycan və fars dillərində yazırdı. 
Saib Təbrizi yaşadığı əsrdə fanatik əqidələrdən uzaq azad fikirli bir mütəfəkkir olmuşdur. 
O, həyatın bir çox mühüm məsələlərinin, o cümlədən varlığın, səmanın, dünyanın sirlərinin, 
ölüm-dirimin, bir sözlə, “necə və nə üçün” suallarına cavab axtarmalı olan bütün məsələlərin 
həllində hikmət və urfanın heç bir köməyi olmayacağını söyləyirdi. O, deyirdi: “İnsan o vaxt 
mə'rifət əhli ola bilər ki, “necə və nə üçün” dünyasını dərk edə bilsin”. Lakin Saib Təbrizi 
təbiətin sirlərini və onun hər bir zərrəsinin mahiyyətini dərk etmək üçün panteist baxışlarının 
mövqeyində durmağı, təbiətin özü ilə qovuşmağı yeganə əlac bilərək yazırdı: “Qətrənin 
mahiyyətini o gün dərk etmək olar ki, dənizdə dalğa kimi üzə biləsən”. Bununla bərabər Saib 
Təbrizi idrak məsələsində fəlsəfi mühakimələrin kifayətləndirici mövqelərinə şübhə ilə 
yanaşmışdır. Dini əqidələrə və təriqətlərə bəslədiyi münasibət onu sufizm və panteizmə gətirib 
çıxarmışdır. O, hər şeyi, o cümlədən islam dini zəminində tarixən yaranmış 72 müxtəlif dini 
əqidəni “əbədi və əzəli” bir varlıq sayılan mütləq həqiqətin - vahid allahın təcəllisi hesab 
edərək yazmışdır: “72 millətin üz tutduğu nöqtə Allahın dərgahından başqa bir yer deyil”.
Saib Təbrizinin dünyagörüşündə panteist fikirlər mühüm yer tutur. Bir sıra Qərb 
mütəfəkkirləri kimi Saib Təbrizi də təbiətlə ruh arasında olan ziddiyyət və əkslikləri 
panteistcəsinə həll etmək istəmişdir. Saib Təbrizi varlığa münasibət məsələsində ən əvvəl 
panteizm mövqeyində duran iki dünyanın mövcud olmasından bəhs etmiş və nəticə etibarilə 
fəlsəfənin başlıça, əsas məsələsini idealistcəsinə təhlil etmişdir. Mütəfəkkirin fikrincə hər şeydə 
allah mövcud olduğu üçün hər şey özü allahdır. Vəhdət dünyasında hər şey yarsız və dildarsız 
deyildir. Allahla təbii varlıqları eyniləşdirmək meylləri mütəfəkkiri belə bir qənaətə gətirib 
çıxarır ki, heç bir varlıq Allah varlığından ayrılıqda mövcud deyil və bunların birini digərsiz 
təsəvvür etmək qeyri-mümkündür. Saib öz dünya baxışında panteist əqidəyə o qədər inam və 
məftunluq göstərmişdir ki, özünəməxsus yaradıcılıq xüsusiyyətləri ilə onu ən yüksək, ülvi bir 
məqama çatdırmağa çalışmışdır. Saibdə insanpərvərliyin əsas əqli mənşəsi olan real həyata 
pərəstiş onun dünya görüşündə olan ən müsbət hallarından biridir. Bəşəriyyətin ən qədim idealı 
olan həyat sevgisi doğma dini əqidə və milli hisslərlə qarşı-qarşıya duraraq, insanlara insanlıq 


30 
gözü ilə baxmış və dünyanı vahid bəşəriyyət ailəsinin beşiyi hesab etmişdir. XVII əsrin 
qaranlıq və irticaçı mühitində batıb qalmış Yaxın və Orta Şərq ölkələrində Saib Təbrizinin belə 
bir dünya baxışı mütərəqqi sayılmaya bilməz. Onun geniş mövhumda işlətdiyi eşq istilahı əsas 
etibarilə həyati mənada olmuşdur. Saib Təbrizinin eşqə pərəstiş hissləri insanları yaşadığı real 
həyatın maddi nemətlərindən və təbiətin gözəlliklərindən zövq almağa həyəcanlandırır və 
təhrik edir. Real eşqi tərənnüm edən Saib Təbrizi gözəl və nəcib insanlara təmiz və sadiq 
nəzərlə baxmağı tövsiyyə edərək, insanı ən yüksək keyfiyyətli varlıq adlandırır. 
XVII əsrdə Azərbaycan mütəfəkkiri olan Saib Təbrizi özünəməxsus yaradıcılıq tərzinə 
əsasən öz dünyagörüşünü sırf fəlsəfi islahatlarla deyil, bədii-ədəbi və məcazi ifadələrlə bu və 
ya digər şəkildə bəyan etmişdir. Buna görə də o, fəlsəfi kateqoriyalara dair qətiyyən heç bir 
ünvan, yaxud bölmə və əsər yazmamışdır. Eləcə də fəlsəfənin əsas məsələsi ilə əlaqədar olan 
idrak nəzəriyyəsi haqqında da ayrıca xüsusi bəhs açmamışdır. Lakin mütəfəkkirin əsərlərində 
çox nadir və üstüörtülü halda olsa da, idrak məsələsinə toxunduğunu sezmək olur. Buradan belə 
bir qənaətə gəlmək olur ki, idrak məsələsinin qoyuluşu və həllində Saib Təbrizi qismən sufi 
panteist mövqeyində durmuşdur. Saib Təbrizi idrak məsələsində aydın bir nətiçəyə
çatmaq üçün çətinliklərdən qorxmayan axtarışların, daha doğrusu təcrübənin roluna 
əhəmiyyət verirdi. 
Saib Təbrizi hər şeydən əvvəl idrakı insanın özünü dərk etməsi və tanıması məsələsi ilə 
əlaqələndirərək, müəyyən dərəcədə Sokratın “özün özünü dərk et” kimi məşhur ifadəsini təkrar 
etmişdir. O, öz dövrünün parlaq alimi kimi əsərlərində elmi biliyə, maarifə yiyələnməyə və 
elmin nailiyyətlərinə qiymət verir, insanların baxışlarında olan dumanlı cəhətləri yalnız elm 
vasitəsilə aradan qaldırmanın əhəmiyyətindən danışırdı. 
Saib Təbrizi belə hesab edirdi ki, qızılın əyarı çoxaldıqca, onun dəyəri yüksəldiyi kimi 
insanların da biliyi artdıqca, onların ictimai çəkisi çoxalır, onlar daha yetkin və kamil adama 
çevrilirlər. Buna görə də mütəfəkkir insanları yaşadığı fürsətdən istifadə edib, özlərini kamil 
adam səviyyəsinə çatdırmağa davam edirdi. 
Saib Təbrizinin dünya görüşündə fəlsəfi fikirlərlə yanaşı, çox zəngin etik, didaktik və 
ictimai fikirlərdə diqqətəlayiq yer tutur. Saib Təbrizi yaradıcılığında dövrünün və mühitin 
inkişaf səviyyəsindən irəli düşərək mütərəqqi əxlaq, mədəni məişət məsələləri və qaydalarına 
dair qiymətli fikirlərlə çıxış etmişdir. Saibin etik görüşünün mərkəzi nöqtəsində insanın 
yaşaması üçün ən zəruri amil olan və insan üçün yüksək əxlaqi keyfiyyət sayılan əmək və 
şərəfli zəhmət durmuşdur. Saib Təbrizi yaşayışın əsas məzmununu yalnız yeyib-yatmaqda 
deyil, əməkdə, zəhmət çəkməkdə və minnətsiz həyat sürməkdə görür və bu nöqteyi-nəzərdən 
işləmək istəməyib, tüfeyli vəziyyətdə yaşamağa can atan adamları kəskin tənqid atəşinə 
tuturdu. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin