124.1. Q
əyyumluqda (himayədə) olan uşaqların övladlığa götürülməsi üçün
bu Məcəllənin 124.3-cü maddəsi istisna
olmaqla q
əyyumlarının (himayəçilərin) notariat qaydasında təsdiq olunmuş yazılı razılığı olmalıdır.
[73]
124.2. Himay
ədar ailənin öhdəsində olan uşaqların övladlığa götürülməsi üçün onların himayədar valideynlərinin
h
əmin uşaqlarla bağlı fikri öyrənilir.
[74]
124.3. Sosial xidm
ət müəssisələrində yerləşdirilmiş uşaqların övladlığa götürülməsi zamanı müəssisə rəhbərlərinin
h
əmin uşaqlarla bağlı rəyi alınır.
[75]
124.4. M
əhkəmə uşağın mənafeyini nəzərə alaraq bu Məcəllənin 124.1—124.3-cü maddələrində göstərilən şəxslərin
razılı
ğı olmadan
və ya fikri nəzərə alınmadan da
müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında uşağın övladlığa
götürülm
əsi barədə qətnamə qəbul edə bilər.
[76]
124.5. 10 ya
şına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir.
7 yaşına çatmış uşaq övladlığa
götürüldükd
ə, məhkəmələr tərəfindən onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır.
[77]
124.6. Övladlı
ğa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışsa və
onu öz valideyni hesab edirs
ə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər.
Madd
ə 125.
Övladlığa götürülənin soyadının, adının və atasının adının dəyişdirilməsi
125.1. Övladlı
ğa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa
götür
ən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının
hüquq və
v
əzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa
götürdükd
ə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə
yazılır.
125.2. Övladlı
ğa götürən ər-arvadın soyadları müxtəlif olduqda, onların razılığı ilə övladlığa götürülən uşağa ərin və
ya arvadın soyadı verilir.
125.3. Övladlı
ğa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı bu Məcəllənin 124.6-cı maddəsində
n
əzərdə
tutulmuş hallardan başqa, yalnız onun razılığı ilə dəyişdirilə bilər.
Övladlığa götürülən 7 yaşına çatmış uşağın
soyadı, ata adı, habel
ə öz adının dəyişdirilməsi barədə fikri öyrənilir.
[78]
125.4. Övladlı
ğa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa
götürmə
haqqında m
əhkəmə qətnaməsində göstərilir.
Madd
ə 126.
Övladlığa götürənlərin xahişi ilə övladlığa götürülənin doğulduğu yerin və tarixin dəyişdirilməsi
126.1. Övladlı
ğa götürmənin gizli saxlanması üçün övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu
yer, el
əcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər.
126.2. Övladlı
ğa götürülmüş uşağın doğum tarixi uşaq 1 yaşına çatana qədər dəyişdirilə bilər.
126.3. Övladlı
ğa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi məhkəmə qətnaməsində göstərilir.
126.4. 10 ya
şından yuxarı övladlığa götürülmüş uşağın doğulduğu yerin dəyişdirilməsinə yalnız onun razılığı ilə yol
verilir.
Dostları ilə paylaş: