Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 480,44 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix16.12.2022
ölçüsü480,44 Kb.
#75752
1   2   3   4   5
61 3

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
Sual 2. 
«Maliyyə nəzarətinin növləri və onu həyata keçirən orqanlar 
 
Maliyyə nəzarətinin müxtəlif əsaslara görə bir neçə qrupa bölmək olar. 
Nəzarətin keçirilmə vaxtından asılı olaraq maliyyə nəzarətinin 
aşağıdakı növləri vardır: 
1)ilkin 
maliyyə nəzarəti; 
2) cari 
maliyyə nəzarəti. 
3)
növbəti sonrakı maliyyə nəzarəti. 
Qeyd 
edək ki, nəzarətin bu cür qruplaşdırılması bütün nəzarət 
orqanlarının fəaliyyəti üçün xarakterikdir. 
İilkin maliyyə nəzarəti-pul fondlarının təşkili, bölüşdürülməsi və istifadə 
edillməsi prosesindən əvvəl edilən nəzarətdir. İlkin nəzarət müəssisələrin 
həmçinin dövlət və yerli özünüidarəçilik orqanlarının maliyyə planlaşdırılması 
fəaliyyətində çox mühüm əhəmiyyətə malikdir. Bu nəzarət maliyyə planlarının 
tərtib olunması, müzakirə və təsdiq edilməsi, idarə və təşkilatların gəlir və xərc 
layihələrinin tutulması, büdcə layihələrinin, razılaşma sənədlərinin mətnlərinin 
hazırlanması və s. bu kimi mərhələlərdə həyata keçirilir. Maliyyə nəzarətinin 
bu 
forması qanunların və normativ sənədlərin pozulmasını, maddi əmək və 
maliyyə ehtiyatlarının qeyri- səmərəli şəkildə istifadəsinin qarşısını alır. 
Jari 
maliyyə nəzarəti-maliyyə təsərrrüfat əməliyyatlarının həyata 
keçirilməsi prosesində yəni bilavasitə maliyyə planlarının icrası zamanı edilən 
nəzarətdir. (Məsələn, dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə 
yetirlməsinin gedişində, kapital qoyuluşunun gedişində, inzibati-təsərrüfat 
xərclərinin maliyyələşdirilməsi üçün pul vəsaitlərinin alınması və istifadə 
edilməsi prosesində və s. 
Növbəti (sonradan) maliyyə nəzarəti-hesabat dövrünün və maliyyə ilinin 
başa çatmasından sonra həyata keçirilir. Növbəti nəzarət zamanı büdcənin 
ic
rası, müəssisələrin və təşkilatların maliyyə planlarının yerinə yetirilməsi 
prosesində pul vəsaitlərinin xərclənməsinin qanunauyğunluğu, maliyyə 
intizamına riayət olunmasının vəziyyəti yoxlanılır. Növbəti maliyyə nəzarəti 
ilkin 
maliyyə nəzarətinə əsaslanır. Belə ki, sonradan maliyyə nəzarəti maliyyə 
əməliyyatları haqqında verilmiş ilkin nəzarət göstəriciləri əsasında hesablanır. 


10 
Mülkiyyət formalarından asılı olaraq maliyyə nəzarətinin üç növü 
fərqləndirilir. 
1. 
dövlət nəzarəti. 
2. ictimai 
nəzarət. 
3. 
şəxsi nəzarət(müstəqil nəzarət). 
Dövlət nəzarəti maliyyə nəzarətinin əsas forması olmaqla, əsasən 
dövlət orqanları tərəfindən həyata keçirilir. Bu nəzarəti səlahiyyətli dövlət 
orqanlarının nəzarət-təftiş şöbələri həyata keçirir. Dövlət nəzarəti dövlətin 
tabeliyində olan müəssisələrin, idarələrin, təşkilatların istehsal və maliyyə 
fəaliyyəti üzərində edilir. 
İctimai maliyyə nəzarəti ayrı-ayrı fiziki şəxs qrupları tərəfindən 
könülülük və bitərəflilik prinsipləri əsasında həyata keçirilir. 
Bazar 
iqtisadiyyatı şəraitində maliyyə nəzarətinin ən çox istifadə olunan 
f
orması şəxsi nəzarətdir(müstəqil nəzarət). Şəxsi nəzarət xüsusi olaraq 
ixtisaslaşdırılmış firma və xidmətlər tərəfindən həyata keçirilir. 
Bunlardan 
başqa ədəbiyyatda təsərrüfatdaxili maliyyə nəzarəti 
növünündə olduğu göstərilir. Bu nəzarət müəssisələrin, təşkilatların və 
idarələrin öz daxillərində və özlərinin iqtisadi-maliyyə xidmətləri tərəfindən 
həyata keçirilir. 
1
Xarakterinə görə maliyyə nəzarətinin 1) mütləq nəzarət və 2) təşəbbüslə 
edilən nəzarət kimi növləri vardır. 
Mütləq nəzarət-qanunvericilikdə nəzərdə tutulmuş nəzarətdir. Məsələn, 
ali 
hakimiyyət orqanı tərəfindən il ərzində hesabatın dinlənilməsi; səlahiyyətli 
icra 
dövlət orqanları tərəfindən edilən nəzarət, dövlət vergi xidimət orqanları 
tərəfindən vergi ödəyicilərinin qərarəna əsasən yoxlama aparılması, və s. 
Təşəbbüslə edilən nəzarətin mahiyyəti ondadır ki, bu nəzarət təsərrüfat 
subyektlərinin özünün təşəbbüsü ilə edilir. 
Maliyyə nəzarətini həyata keçirən oraqnlara görə maliyyə nəzarətini 
aşağıdakı kimi təsnifləşdirmək olar. 
1
Нурпаша Новрузов, Ханоьлан Щцсейнов «Малиййя» Дярслик. Кооперасийа» няшриййаты Бакы 
,2007. 


11 
a) 
dövlət hakimiyyətinin və yerli özünüidarəçiliyin nümayəndəli 
orqanları tərəfindən edilən nəzarət. 
b) 
Azərbaycan 
Respublikasının 
Prezidentinin 
administrasiyası 
tərəfindən edilən nəzarət. 
s) 
ümumi səlahiyyətli icra hakimiyyəti orqanları tərəfindən edilən 
nəzarət. 
ç) maliyyə kredit orqanları tərəfindən edilən nəzarət. 
d) 
idarə və təsərrüfatdaxilı nəzarət. 
e) ictimai 
nəzarət. 
ə) auditor nəzarəti. 
Bu orqanlar 
içərisində hüquqi əhəmiyyətinə görə əsas yeri dövlət 
hikimiyyət orqanları tutur. Hazırda Azərbaycan Respublikasında belə 
orqanlara Milli 
Məclisi, NMR-in Ali Məclisini, yerlərdə iisə bələdiyyə orqanlarını 
misal 
göstərmək olar. Milli Məclis Azərbaycan Respublikasının dövlət 
büdcəsini qəbul edir və həmin büdcənin icrası haqqında hesabatları 
dinləməklə ümumi maliyyə nəzarətini həyata keçirir. 
Bunlardan 
əlavə, dövlət hakimiyyət orqanları müvafiq olaraq zəruri 
hallarda istintaq, 
təftiş və s. bu kimi kommisiyalar yarada bilər. Bütün dövlət və 
digər təşkilatlar o cümlədən vəzifəli şəxslər bu kommisiyaların tələblərini 
yerinə yetirməyə və onlara lazım olan materialları və mənbələri verməyə 
borcludur. 
Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə əsasən Ali 
Məclis Hesablama Palatası yaratmışdır. Hesablama palatası Ali Məclisə 
hesabat 
verən və daimi fəaliyyət göstərən dövlət büdcə nəzarəti orqanıdır. 
«Hesablama Palatası haqqında Azərbaycan Respublikası Qanununun 
(02 iyul 1999-cu il) 2-ci 
maddəsində göstərildiyi kimi Hesablama Palatasının 
aşağıdakı funksiyaları vardır. 
-
dövlət büdcəsinin layihəsinə rəy verir: 
-
dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun 
layihəsinə rəy verir; 
-
rübdə bir dəfə dövlət büdcəsinin gəlirlərinin və xərclərinin icrası 
haqqında Milli Məclisə məlumat verir; 


12 
-
tapşırıq əsasında dövlət büdcəsi ilə bağlı qanun layihələrinin, Milli 
Məclisdə 
təsdiq 
edilən 
Azərbaycan 
Respublikasının 
Beynəlxalq 
Müqavilələrinin maliyyə ekspertizasını keçirir; 
-
dövlət büdcəsi vəsaitələrinin xəzinə hesabına daxil olmasının və 
istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə 
uyğunluğunu təhlil edir və Ali Məclisə məlumat verir; 
-
Azərbaycan Respublikasının Mərkəzi Bankından və müvəkkil kredit 
təşkilatlarından dövlət büdcəsinin gəlir və xərclərinin bank hesablarında 
hərəkəti barədə məlumatlar alır, təhlil edir və təkliflər verir. 
Hesablama 
Palatası fəaliyyətini özünün iş planı əsasında həyata 
keçirir. Bu iş planının formalaşmasında Azərbaycan Respublikası 
Prezidentinin, 
Azərbaycan 
Respublikası 
Milli 
Məclisinin 
daimi 
kommisiyalarının sorğu və təklifləri nəzərə alınır. 
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali 
Məclisinin və onun daimi kommisiyalarının sorğuları əsasında Hesablama 
Palatasının maliyyə–büdcə ekspertizasını keçirmək, rəy hazırlamaq və təkliflər 
vermək səlahiyyətləri vardır. 
Hesablama 
Palatası dövlət büdcəsinin gəlirlərini və xərclərini təhlil 
edərkən zərurət yaranarsa muüəssisə və təşkilatlarda audit apara bilər. 
Maliyyə–büdcə ekspertizası ilə bağlı yoxlamalar aparılması Hesablama 
Palatasının Daxili Nizamnaməsi ilə tənzimlənir. Lakin, Azərbaycan 
Resp
ublikası Prezidentinin və ya Azərbaycan Respublikası Ali Məclisinin 
tapşırığı olmadan Hesablama Palatasının iş planından əlavə maliyyə–büdcə 
ekspertizası aparılması qadağandır.
Hesablama 
Palatasının əsas iş formaları təftiş və yoxlamadır. Təftiş və 
yoxlama Hesablama 
Palatasının auditorları tərəfindən aparılır. 
Təftiş və yoxlamanı həyata keçirərkən Hesablama Palatasının vəzifəli 
şəxsləri obyektlərin maliyyə təsərrüfat fəaliyyətlərinin yoxlanılmasının 
nəticələrini yoxlama başa çatana və yekunları hesabat şəkilində 
rəsmiləşdirilənədək elan edə bilməzlər. 
Yoxlanılan obyektdə təsərrüfat, maliyyə, kommersiya və digər 
sahələrdə dövlətə birbaşa və ya dolayısı ilə zərər vura bilən pozuntu halları 


13 
aşkar olunarsa Hesablama Palatası təşkilatının və ya müəssisənin 
rəhbərliyinə icraçı mütləq olan göstərişlər verə bilər. 
Əgər təşkilatın və ya müəssisənin rəhbərliyi həmin göstərişlərlə razı 
deyildirsə məhkəmə qaydasında şikayət verilə bilər. 
Hesablama 
Palatasının fəaliyyəti barədə hər il Ali Məclisə hesabat 
verilir 
və «Azərbaycan Respublikası Milli Məclisinin Məlumatında» dərc 
olunur. 
Azərbaycan Respublikası Nazirlər Kabineti Dövlət büdcəsinin 
layihəsinin tərtibini təşkil edir, həmçinin onun icrasını təmin edir. Bütün bu 
funksiyaların həyata keçirilməsi zamanı hökumət Azərbaycan Respublikası 
Mərkəzi Bankı ilə əlaqədə olur və Maliyyə Nazirliyi, Vergilər Nazirliyi. 
İqtisadiyyat və Sənaye Nazirilyi və digər orqanlarla fəaliyyəti əlaqələndirir. 
Dövlət büdcəsinin icrasına nəzarət funksiyası Azərbaycan Respublikasının 
Naziirl
ər Kabineti tərəfindən Dövlət Xəzinadarlığına həvalə olunmuşdur. 
Azərbaycan Respublikası Maliyyə Nazirliyi ümümdövlət maliyyə 
nəzarəti sistemində xüsusi yer tutur. O, öz orqanları vasitəsilə maliyyə 
nəzarəti üçün olan bütün forma və metodlardan istifadə etməklə maliyyə 
nəzarətini həyata keçirir. 
Maliyyə nəzarətini Maliyyə Nazirliyinin idarələri, şöbələri və digər 
bölmələri tərfindən həmçinin, onun mərkəzi aparatının tərkibindəki xüsusi 
orqan-
Dövlət Nəzarət Təftiş idarəsi tərəfindən həyata keçirilir. 
Mali
yyə Nazirliyi tərəfindən həyata keçirilən maliyyə nəzarətinin əsas 
istiqamətləri aşağıdakılardır: dövlət büdcəsinin və dövlət büdcədənkənar və 
büdcə məqsədli fondların vəsaitələrinin məqsədyönlü şəkildə istifadəsi 
üzərində nəzarət; dövlətin daxili və xarici borcları ilə əlaqədar xərclərə 
nəzarət; dövlət qiymətli metallar və daşlar fondunun təşkili və saxlanılmasına 
nəzarət; auditor yoxlamalarının keyfiyyətinə nəzarət; dövlət qeydiyyatına 
alınmış lotereyalardan gələn gəlirə nəzarət, və s. 
Maliyyə Nazirliyi nəzarət funksiyasını həyata keçirmək üçün büdcə və 
büdcədən kənar fondlardan zəruri materialları tələb edə bilər. Əgər yoxlama 
nəticəsində vəsaitələrin məqsədyönlü şəkildə istifadə olunmadığı aşkar 


14 
olunarsa 
maliyyə intizamını pozmuş təşkilat cərimə edilə bilər. Yaxud onun 
maliyyələşdirilməsi məhdudlaşdırıla bilər. 
Maliyyə fəaliyyətinə nəzarət edən digər bir orqan Azərbaycan 
Respublikasının Mərkəzi Bankıdır. Bu orqanın hüquqi statusu «Azərbaycan 
Respublikasının Mərkəzi Bankı haqqında» 10 dekabr 2004-cü il tarixli Qanunu 
ilə müəyən olunmuşdur. Eyni zamanda pul kredit siyasətinin həyata 
keçirilməsində geniş hakimiyyət səlahiyyətlərinə malik olan, digər tərəfdən 
müstəqil hüquqi şəxs kimi çıxış edən (dövlətlə, kredit təşkilatları ilə və digər 
müştərilərlə mülki hüquqi əqdlər bağlaya bilər), Mərkəzi Bankının 
qanunveric
iliyinə və ya Mərkəzi Bankının normativ aktlarına və göstərişlərinə 
kredit 
təşkilatları tərəfindən necə riayət olunmasının vəziyyətini yoxlaya bilər. 
Pozuntu 
halları aşkar olunduqda Milli Bank bu nöqsanların konkret müddət 
ərzində aradan qaldırılması barədə məcburi göstərişlər verir. 
Kredit 
təşkilatı məcburi normativlərə müntəzəm əməl etmədikdə, 
Mərkəzi Bankın göstərişlərini yerinə yetirmədikdə, hesabat təqdim etmədikdə 
və ya yanlış məlumat təqdim etdikdə, əmanətçilərin və kreditorların mənafeləri 
üçün təhlükəli vəziyyət yaratdıqda Mərkəzi Bank aşağıdakı sanksiyaları tətbiq 
edə bilər: 
-kredit 
təşkilatını onun ödənilmiş nizamnamə kapitalının 1%-i həcmində 
c
ərimə etmək; 
-kredit 
təşkilatı üçün məcburi normaları müəyyən müddətə dəyişdirmək; 
-lisenziyada 
nəzərdə tutulan bank əməliyyatlarından bəzilərinin 
aparılmasını qadağan etmək və ya lisenziyanı ümumiyyətlə geri almaq; 

onların rəhbərlərinin dəyişdirilməsini tələb etmək; 
- kredit 
təşkilatına öz filialını açmağı qadağan etmək. 
Beləliklə, yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək mümkündür ki, 
qanuveric
iliyə əsasən Azərbaycan Respublikasının kredit sisteminin idarə 
edilməsi və bu fəaliyyətə maliyyə nəzarəti bütövlükdə Mərkəzi Bankı 
tərəfindən həyata keçirilir. 
Azərbaycan Respublikasının bank sistemi bank sistemini təşkil edən 
digər kredit təşkilatlarının maliyyə nəzarəti sahəsindəki funksiyaları 
əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. Belə ki, müxtəlif mülkiyyət 


15 
formalarına əsaslanan kommersiya banklarının yaranması bank sisteminin 
yenidən qurulmasını şərtləndirdi. Nəticədə bankların idarə, müəssisə və 
təşkilatların üzərində nəzarətləri məhdudlaşmışdır. Kommersiya bankları öz 
müştərilərinin fəaliyyəti üzərində inzibati qaydada nəzarət səlahiyyətlərini 
həyata keçirə bilməzlər (əvvəllər dövlətə məxsus olan banklarda isə belə 
səlahiyyət var idi). 
Qüvvədə olan qanunvericiliyə görə banklar xidmət etdikləri idarə, 
müəssisə və təşkilatlarda kassa əməliyyatlarının aparılması qaydalarına və 
valyuta 
qanunveric
iliyinə riayət edilməsinə nəzarət edirlər. Digər 
münasibətlərdə banklar müqavilədə tərəflərdən biri kimi mülki hüquqi 
əsaslarla nəzarəti həyata keçirə bilərlər. 
Maliyyə nəzarətini həyata keçirən digər bir icra orqanı Azərbaycan 
Respublikasının Vergilər Nazirliyidir. Vergilər Nazirliyinin yaradılmasında 
məqsəd dövlətin, vergi siyasətinin realizəsinə nail olmaq və bütün 
səviyyələrdən olan büdcələrə və büdcədənkənar fondlara ödəmələrin vaxtında 
daxil 
olması üzərində dövlət nəzarətinin gücləndirilməsindən ibarətdir. 
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 32-ci maddəsinin 
məzmununa görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin 
etmək məqsədilə vergi nəzarətini həyata keçirilər. Vergi nəzarəti vergi 
ödəyicilərinin 
və 
vergitutma 
ob
yektlərinin 
uçotuna, 
habelə 
vergi 
qanuveric
iliyinə riayət olunmasına vahid nəzarət sitemidir. Vergi nəzarətini isə 
Azərbaycan Respublikasının Vergilər Məcəlləsində və Azərbaycan 
Respublikasının Gömrük Məcələsində nəzərdə tutulmuş hallarda və qaydada 
müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 
Yerli 
vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq 
hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi 
xidməti orqanları tərəfindən həyata keçirilir.
Vergi orrqanlar
ı vergi nəzarətinin vergi ödəyicilərinin və vergitutma 
obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, 
vergi 
ödəyiciləri və digər şəxslər arasında, gəlir əldə etmək üçün istifadə 
olunan binalara 
baxış keçirməklə və eləcə də Azərbaycan Respublikası Vergi 
Məcəlləsi ilə müəyyən olunmuş digər formalarda həyata keçirilir. 


16 
Vergi 
orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar 
ola 
bilər. 
Kameral vergi 
yoxlaması, vergi orqanı tərəfindən yerlərə getmədən 
vergi 
orqanında olan, vergi ödəyicisinin təqdim etdiyi vergi hesabatları habelə, 
vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi 
ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər, əsasında 30 
gün müddətində həyata keçirilir. 
Səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. 
Səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak yol və torpaq vergiləri üzrə 
vergi 
ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər 
üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 
ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 
Səyyar vergi yoxlaması özü də növbəti və növbədənkənar ola bilər.
Növbəti səyyar vergi yoxlaması ildə bir dəfədən çox olmayaraq keçirilir 
və 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda 90 günə qədər 
artırıla bilər. 
Növbədənkənar səyyar vergi yoxlaması aşağıdakı hallarda keçirilə bilər; 
-
vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı 
sənədləri müəyyən olunmuş müddətdə və bu barədə vergi orqanının 
xəbərdarlığından sonra təqdim edilmədikdə; 
-vergi 
yoxlamasının nətcələri üzrə tərtib edilmiş aktda dürüst olmayan 
və ya təhrif olunmuş məlumatlar aşkar etdikdə. 
-
ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər 
vergilərin, fizlərin, və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya 
sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda 
növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən 
əməliyyatları üzrə aparıla bilər; 
-
artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının 
qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda;
-vergi 
orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat 
əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi 
(
azaldıldığı) aşkar edildikdə;


17 
-c
inayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya 
hüquq-mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq 
qərarı olduqda;
- Vergi 
ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil 
edilm
əsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkalıq fəaliyyətinə 
xitam 
verilməsi barədə müraciəti olduqda; 

Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının 
səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi 
yoxlamas
ı aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin 
rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi 
ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamadıqdan imtina 
edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Vergi yoxlaması 
aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilir. 
Bütün bu nəzarətdən başqa idarədaxili maliyyə nəzarəti də mövcuddur. 
Bu 
nəzarət nazirliklərin, komitələrin və digər icra hakimiyyəti orqanlarının 
onların öz sisteminə daxil olan müəssisələrin, idarə və təşkilatların maliyyə 
fəaliyyətlərinə özlərinin etdikləri nəzartdir. Onu isə onların strukturunda olan 
nəzarət-təftiş bölmələri (idarələri, şöbələri, qrupları) həyata keçirir. 
İdarədaxili nəzarət çərçivəsində isə təsərrüfatdaxili nəzarət keçirilir. 
Dövlət orqanları və yerli özünüidarəçilik orqanlarının həyata keçirdikləri 
maliyyə nəzarəti ictimai maliyyə nəzarəti ilə daha da dolğunlaşır. 
İctimai maliyyə nəzarəti bilavasitə Azərbaycan Respublikasının 
Konstitusiyasına əsaslanır. Məsələn, Konstitusiyanın 50-ci maddəsində 
göstərilmişdir ki, «hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq,əldə 
etmək, ötürmək, hazırlamaq və yaymaq azadlağı vardır» və «kütləvi 
informasiya 
vasitələrinin azad fəaliyyətinə təminat verilir». Eləcə də 57-ci 
maddədə təsbit olunmuşdur ki, vətəndaşların dövlət orqanlarına şəxsən 
müraciət etmək, habelə fərdi və kollektiv şəkildə yazılı müraciətlər göndərmək 
hüququ vardır və hər bir müraciətə yazılı cavab verilməlidir. Bundan başqa 
dövlət orqanları da nəzarət funksiyasını həyata keçirərkən ictimaiyyəti də cəlb 
edə bilər. 


18 
Bazar 
münasibətəlrinin formalaşması şəraitində auditor maliyyə 
nəzarətinin inkişafı mühüm əhəmiyyət kəsb edir. 
Audit-
əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə 
məşğul olan təsərrüfat subyektlərində bu mühasibat uçotunun dəqiq və dürüst 
aparılmasının, mühasibat və maliyyə hesablarının müstəqil yoxlanılmasıdır. 
Audit 
yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz 
təşəbbusu ilə) ola bilr. 
Auditor 
nəzarəti 16 sentyabbr 1994-cü il tarixli «Auditor xidməti 
haqqında Azərbaycan Respublikasının Qanunun»na əsasən tənzimlənir. Audit 
nəzarəti auditorlar tərəfindən edilir. 
Auditorlar
–maliyyə, uçot, nəzarət sahəsində yüksək ixtisaslaşmış 
mütəxəssislər olmaqla, müstəqil mühasib-müfəttişləridir. Onlar dövlət 
qulluqçuları hesab edilmirlər, və tam müstəqil fəaliyyət göstərən 
mütəxəssislərdir. 
Audit 
nəzarəti iki yerə bölünür: firmadaxili audit və xarici audit. 
Firmadaxili audit firma 
rəhbərliyi səviyyəsində, filiallar səviyyəsində 
fəaliyyət göstərən firmadaxili auditor xidməti tərəfindən həyata keçirilir. 
Xarici audit 
dövlət vergi orqanları və digər orqanlar, məssisələr, 
banklar, 
səhmdar, sığorta birlikləri və sairə ilə müqaviləyə uyğun olaraq xüsusi 
auditor 
firmaları tərəfindən yerinə yetirilir. 
Qeyd olunan Qanunun 3-c
ü maddəsində göstərildiyi kimi auditor 
xidmətinə müqavilə əsasında müəssisənin, təşkilatın maliyyə təsərrüfat 
fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq da daxildir. 
Auditor 
xidmətindən istifadə edən təsərrüfat subyektlərinin rəhbərliyi 
auditin 
aparılması üçün zəruri olan sənədləri, reqistirləri və hesabatları 
auditora 
təqdim etməlidir və auditorların sorğusuna dair yazılı və şifahi 
izahatlar 
verməyə borcludurlar. Auditor yoxlamanını nəticələri aktla 
rəsmiləşdirilir. 

Yüklə 480,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin