Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 480,44 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix16.12.2022
ölçüsü480,44 Kb.
#75752
1   2   3   4   5
61 3

 



 
GİRİŞ 
İqtisadi və sosial inkişaf prosesləri öz-özünə tənzimlənə bilməz. Bu 
inkişaf prosesləri daim müxtəlif və ciddi təsirlərlə müşayət olunur. Bunun da 
nəticəsində cəmiyyətin iqtisadi və sosial həyatında müəyyən poblemlər ortaya 
çıxır.Bu problemlərin yaranmaması və ya hər hansı bir kənardan gələn mənfi 
təsiri vaxtında zərərsizləşdirmək üçün iqtisadi nəzarət sistemi mövcud 
olmalıdır. 
Dövlətin iqtisadi nəzarət sisteminin mühüm həlqələrindən biri də maliyyə 
nəzarətidir. Maliyyə nəzarətinin məqsədi dövlətin maliyyə siyasətinin uğürla 
həyata keçirilməsi, xalq təsərrüfatının bütün sahələrində maliyyə ehtiyatlarınır 
formalaşdırılması və səmərəli istifadəsi prosesinin yerinə yetirilməsini təmin 
etməkdən ibarətdir. 
Maliyyə nəzarəti maliyyənini nəzarəti funksiyasının təzahür yaxud 
reallaşdırma forması kimi çıxış edir. Bu reallaşdırma maliyyə nəzarətinin 
məqsədlərini, mahiyyətini müəyyən edir. Maliyyə nəzarətinin mahiyyəti və 
istiqamətləri cəmiyyətin məhsuldar qüvvələrinin və istehsal münasibətlərinin 
inkişafından asılı olaraq dəyişə bilər. Maliyyə nəzarətinin həyata keçirilməsi 
üçün xüsusi nəzarət orqanları təşkil edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
Sual 1. 
Maliyyə nəzarətinin anlayışı və əhəmiyyəti 

Pul 
fondlarının vahid mərkəzdə cəmlənməsi, bölünməsi və istifadə 


edilməsi, qanunçülüğün tələblərinə ciddi riyaət edilməsilə aparılır. Bu isə 
maliyyə nəzarətinin həyata keçirilməsi ilə təmin edilir. Bu mənada dövlət və 
bələdiyyə təşkilatlarının maliyyə fəaliyyətlərinin tərkib hissəsindən biri də 
maliyyə nəzarətidir. 
Maliyyənin iqtisadi kateqoriya kimi bölgü və nəzarət funksiyalarına 
malik 
olması maliyyə nəzarətinin mövcudluğunun obyektiv şərtidir. Buna görə 
də dövlət və bələdiyyə təşkilatlarının öz vəzifələrini yerinə yetirməsi üçün 
maliyyədən istifadə etməsi onların özlərinin köməyi ilə maliyyə nəzarətinin 
həyata keçirilməsini zəruri edir. Maliyyə nəzarəti dövlət hakimiyyəti və yerli 
özünüidarəçilik orqanlarının bütün sistemində hüqüq normaları ilə müəyyən 
olunmuş qaydada və həm də xüsusi nəzarət orqanları tərəfindən ictimai 
təşkilatların, əmək kollektivlərinin və vətəndaşların iştirakı ilə həyata keçirilir. 
Maliyyə nəzarətinin əhəmiyyəti aşağıdakılarda ifadə olunur: 
-
dövlət və yerili özünü idarəçilik orqanları, idarələr, müəssisələr, 
təşkilatlar və vətəndaşlar tərəfindən maliyyə fəaliyyəti prosesində müəyyən 
olunmuş hüquq qaydalarına riayət olunması yoxlanılır; 
-bu 
sahədə həyata keçirlən fəaliyyətin iqtisadi cəhətdən əsaslılığı və 
səmərəliliyi və eləcə də onların dövlət və bələdiyyə təşkilatlarının vəzifələrinə 
uyğunluğu yoxlanılır. 
Maliyyə 
nəzarətinin 
həyata 
keçirməsi 
maliyyə 
fəaliyyətində 
qanunçuluğu və onun məqsədəmüvafiq olmasını təmin edir. 
Beləliklə, 
maliyyə 
nəzarəti 
dedikdə-əhalinin 
maddi 
rifahının 
yüksəldilməsi və sosial iqisadi inkişafın genişdirilməsi üçün dövlət zəruri olan 
pul 
vəsaitlərinin və yerli özünüidarəçilik orqanlarının vahid fondlarında 
toplanması, bölüşdürülməsi və istifadə edilməsinin qanunauyğun və səmərəli 
şəkildə həyata keçirilməsini təmin etmək məqsəlilə aparılan (edilən) 
nəzarətdir
1

1
Финансовое право (под. ред. д.ю.н. пров Горбунова Е.Н.) Москва. Юристь. 2005. 



Maliyyə nəzarəti-dəyər nəzarətidir. Buna görə də başqa nəzarət 
formalarından (inzibati ekoloci və s.) fərqli olaraq o, igtimai təkrar istehsalın
bütün sahələrinə şamil edilir və pul fondlarının bütün hərəkət prosesini əhatə 
edir.
Maliyyə nəzarəti bütün maliyyə hüqüq institutlarına aiddir. Buna görə də 
maliyyə nəzarətinin təşkili və keçirilməsini tənzimləyən ümumi maliyyə 
nor
malarından başqa, ayrı-ayrı maliyyə institutlarında maliyyə nəzarətinin 
həyata keçirilməsinin səciyyəviliyini əks etdirən və müvafiq qanunvericiliklə 
müəyyən olunmuş normalar da mövcuddur (məsələn, büdcə sahəsində, vergi 
sahəsində). 
Maliyyə hüququ ilə tənzimlənən maliyyə münasibətəlrində maliyyə 
nəzarətinin əsas istiqamətləri aşağıdakılardır: 
a) 
dövlət hakimiyyəti və yerli özünüidarəçilik orqanlarının öz 
səlahiyyətlərinə 
müvafiq 
olaraq 
maliyyə 
ehtiyatlarının 
toplanması, 
bölüşdürülməsi və istifadə edilməsi funksiyalarının vəziyyətinin yoxlanılması. 
b) 
təşkilatların və vətəndaşların dövlət və yerli özünüidarəçilik orqanları 
qarşısında maliyyə öhdəliklərinin yerinə yetirmələrinin vəziyyətini yoxlamaq. 
v) 
dövlət və bələdiyyə idarələrinin, müəssisələrinin və təşkilatların 
sərəncamında olan pul ehtiyatlarından istifadə edilməsinin düzgünlüyünü 
yoxlamaq.
q) 
İdarə, müəssisə və təşkilatlar tərəfindən maliyyə əməliyyatlarının 
həyata keçirilməsi, hesablaşmaların və pul vəsaitlərinin saxlanması 
qaydalarına riayət edilməsinin vəziyyətini yoxlamaq. 
d) pul 
vəsaitlərindən və xammal ehtiyatlarından qənaətlə istifadə 
edilməsi, pul dövriyyəsinin sürətləndirilməsi, təsərrüfat rentabelliyinin 
artırılması imkanlarını təmin etmək məqsədilə istehsalatın daxili ehtiyatlarının 
aşkar olunması. 
e) 
maliyyə intizamının pozulması hallarının aradan qaldırılması və bu 
barədə qabaqcadan xəbərdar edilməsi. 
Maliyyə nəzarətinin vəzifələrinin həyata keçirilməsi ilə qanançuluğun bir 
tərəfinin ifadə forması olan maliyyə intizamı möhkəmləndirilir. 



Maliyyə intizamı-dövlət və bələdiyyələrin, təşkilatların, idarələrin, 
müəssisələrin pul fondlarının təşkili, bölüşdürülməsi və istifadə edilməsinin 
müəyyən olunmuş göstəriş və qaydalarına ciddi riayət edilməsidir.
Maliyyə intizamının tələbləri bütün idarə, müəssisə, təşkilatlara 
vətəndaşlara, dövlət hakimiyyət və yerli özünüidarəçilik orqanlarına, onların 
vəzifəli şəxslərinə şamil olunur.
Beləliklə, maliyyə nəzarəti maliyyə fəaliyyəti sahəsində dövlətin, 
bələdiyyə təşkilatlarının maraqlarını təmin edir və konkret müəssisələrin 
təşkilatların və vətəndaşların hüquq və maraqlarının qorunması üçün şərait 
yaradır (məsələn, vergilərin düzgün qaydada alınmasına, büdcəyə 
ödəmələrdə qanunvericilikdə müəyyən olunmuş imtiyazların verilməsi 
üzərində nəzarət və s.).
Lakin 
maliyyə nəzarətinin obyekti ancaq pul vəsaitlərinin yoxlanılması ilə 
məhdudlaşmır. Bu obyekt daha genişdir. Belə ki, maliyyə nəzarəti həm də 
maddi, 
əmək, təbii və ölkənin digər ehtiyatlarının da müəyyən olunmuş 
qaydada 
işlədilməsi prosesinə nəzarət edir. Bu zaman maliyyə nəzarət 
orqanları yoxlanılan təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi analizini 
edir 
və həmin təşkilatın öz işini yaxşılaşdırması üçün təkliflər verir. Maliyyə 
nəzarətinin həyata keçirilməsinin formalarından biri manatla nəzarətdir. 
Manatla 
nəzarət dedikdə - qiymət, dəyər, gəlir, xərc və sairə bu kimi 
iqtisadi kateqoriyalar 
vasitəsilə müəssisələrin, təşkilatların, dövlət hakimiyyət 
və yerli özünüidarəçilik orqanlarının maliyyə təsərrüfat fəaliyyətinə nəzarət 
etməsi başa düşülür. Manatla nəzarət idarənin, müəssiənin, təşkilatın işinin 
keyfiyyətinin müəyyən edilməsinə və ona iqtisadi təsir göstərilməsinə imkan 
verir. 
Məsələn, müəssisənin gəlirinin həcminin, onun alınma mənbələrinin 
təhlil edilməsi, müəssisənin işinin nəticələrinin müəyyən edilməsinə imkan 
verir, bankdan 
alınmış ssudanın /kreditin/ vaxtında qaytarılmaması 
müəssisənin işlərinin yaxşı getməməsindən xəbər verir. Belə müəssisələrin 
işlərinin yaxşılaşdırılması üçün onlara maddi təsir göstərilir.
Hazırki mərhələdə maliyyə nəzarətinin təşkili və onun məzmununda 
əhəmiyyətli dəyişikliklər gedir.



Bazar 
iqtisadiyyatına keçidlə əlaqədar olaraq idarələrin, müəssisələrin, 
təşkilatların təsərrüfat müstəqilliyinə malik olduqları üçün gündəlik 
təsərrüfatdaxili özünə nəzarətinin, sahibkarın (mülkiyyətçinin/) nəzarətinin 
əhəmiyyəti daha da artmaqdadır.
Beləliklə, maliyyə nəzarəti iqtisadi nəzarətin xüsusi sahəsi kimi öz 
obyektlərinə və subyektlərinə malikdir. Maliyyə nəzarətinin obyekti maliyyə 
ehtiyatlarının formalaşdırılması və istifadəsi zamanı meydana çıxan pul-bölgü 
prosesidir. Bu 
obyektləri başqa cür belə qruplaşdırmaq olar:
1. Maddi istehsal 
sahəsindəki maliyyə münasibətləri; 
2. Qeyri-maddi istehsal 
sahəsindəki maliyyə münasibətləri; 
3. 
Mərkəzləşdirilmiş pul fondlarının yaradılması və istifadəsi ilə bağlı 
maliyyə münasibətləri. 
Maliyyə nəzarətinin sahəsində dedikdə, maliyyə nəzarətini həyata 
keçirən hüquqi və fiziki şəxslər, o cümlədən dövlət nəzərdə tutulur. Dövlət 
nəzarəti Maliyyə Nazirliyi və onun yerli qurumları, xəzinə sistemi, mərkəzi 
banklar 
və digər təşkilatlar tərəfindən həyata keçirilir. Bundan başqa dövlət 
nəzarəti həmçinin ayrı-ayrı nazirlik və komitələrin nəzarət-təftiş idarələri, baş 
mühasibatlıq və maliyyə idarələri vasitəsilə həyata keçirilir. Bundan başqa 
dövlət nəzarəti həmçinin ayrı-ayrı nazirlik və komitələrin nəzarət-təftiş idarələri 
vasitəsilə həyata keçirilir.
Şəxsi nəzarət isə auditor (təftiş) şirkətləri tərəfindən həyata keçirilir. 
Maliyyə nəzarəti sferasına pulun istifadə olunması ilə həyata keçirilən 
b
ütün əməliyyatlar daxildir. Konkret olaraq maliyyə nəzarətinə aşağıdakı 
istiqamətlər daxildir: iqtisadi qanunların tələblərinə riayət olunması, məcmu 
ictimai 
məhsulun dəyərinin və milli gəlirin bölgüsü və yenidən bölgüsü, 
büdcənin tərtib olunması və icra edilməsi (büdcə nəzarəti), əmək, maddi və 
maliyyə ehtiyatlarının səmərəli istifadəsi və həmin təşkilatların büdcə 
idarələrinin maliyyə vəziyyəti, həmçinin vergi nəzarəti və sair başqa 
istiqamətlər. 
Qeyd etdiyimiz kimi 
maliyyə nəzarəti maliyyə intizamının yerinə 
yetirilməsi məsələsində müəssisələrin,təşkilatların, idarələrin, həmçinin dövlət 
və maliyyə bank strukturunun məsuliyyəti ilə sıx bağlıdır.Bu məsuliyyət 



maliyyə intizamını pozanlara həm inzibati, həm də iqtisadi təsirlər 
göstərmədə ifadə olunur.İqtisadi təsir tədbirləri konkret olaraq maliyyə 
qadağanları vasitəsilə həyata keçirilir. Lakin, maliyyə qadağanları istehsalın 
səmərələliyini aşağı saldığına görə maliyyə nəzarətinin əsas məqsədi 
qadağanların çox tətbiq olunmasına yox intizamın pozulmasını doğuran 
şəraitin aradan qaldırılmasına yönəlməlidir. 

Yüklə 480,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin