N
Ə T İ C Ə
Beləliklə,
maliyyə nəzarəti dedikdə, əhalinin maddi rifahının
yüksəldilməsi və sosial iqtisadi inkişafın genişləndirilməsi üçün pul
vəsaitlərininvə digə maliyyə ehtiyatlarının dövlət
və yerli özünü idarəçilik
orqanlarının vahid fondlarında toplanması, bölüşdürülməsi,
və istifadə
edilməsinin qanunauyğun və səmərəli şəkildə həyata keçirilməsini təmin
etmək məqsədilə edilən nəzarətdir.
23
Maliyyə intizamı
dövlət və bələdiyyələrin, təşkilatların, idarə və
müəssisələrin pul fondlarının təşkili, paylanması
və istifadə edilməsinin
müəyyən olunmuş göstəriş qaydalarına ciddi riayət edilməsidir.
Nəzarətin keçirilmə vaxtından asılı olaraq maliyyə nəzarətinin
aşağıdakı formaları vardır.
1.
İlkin maliyyə nəzarəti
2. cari
maliyyə nəzarəti
3.
növbəti maliyyə nəzarəti
Maliyyə nəzarəti aşağıdakı orqanlar tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının
Milli Məclisi, Azərbaycan Respublikası Ali
Məclisinin Hesablama Palatası, Azərbaycan Respublikası Prezident Aparatı,
Azərbaycan Respublikası Nazirlər kabineti, Azərbaycan Respublikası Mərkəzi
Bankı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi,
Dövlət Gömrük Komitəsi,
Azərbaycan Respublikasının Vergilər Nazirliyi. Auditorlar Palatası, və s.
Maliyyə nəzarətinin prisnipləri aşağıdakılardır.
1)
Maliyyə nəzarətinin tam aşkarlıq şəraitində həyata keçirilməsi
2)
Gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması
tədbirlərinin nəzərə alınması.
3)
Nəzarətin hərtərəfliliyi
4)
Maliyyə nəzarətinin demokratik əsaslarla həyata keçirilməsi