silə ya sığınacaqdakı havanın artıq təzyiqi hesabına və ya sorucu ventilyatorlarla
kənar edilir. Sığınacağın içərisində istismar zamanı havanın daimi təzyiq artıqlığı
ən azı 50 Pa olur ki, bu da bir saat ərzində içəriyə verilən havanın miqdarının
oradan kənar edilən havanın miqdarından süzücü ventilyasiya rejimində 0,6; tə-
miz ventilyasiya rejimində isə 0,9 həcmdən artıq olması ilə əläə edilir.
Süzücü ventilyasiya və regenerasiya rejimlərində içəridəki havanın qismən
dövr etdirilməsi nəzərdə tutulmalıdır.
Partlayışdan qoruyan tərtibat — zərbə dalğasının sığınacağa keçməsi ehti-
malının qarşısını almaq məqsədilə havagötürücü və havasorucu kanallarda qoyu-
lur və partlayışdan qoruyan tərtibatın özündən və ondan sonrakı genişləndirici
kameradan (boru kəməri hissəsindən) ibarət olur. Kiçik ölçülü qoruyucu bölmə
(MZS) və unifikasiya edilmiş qoruyucu bölmə (UZS) tipli partlayışdan qoruyan
tərtibatın taktiki-texniki göstəriciləri İN və Q II-11-77-nin 6-cı əlavəsindəki cəd-
vəldə verilmişdir.
Dostları ilə paylaş: