sanitariya-gigiyena şəraiti içəridəki havanın tərkibinin bərpa edilməsi hesabına
yaradılır.
Tam təcridolunma rejiminin müddəti bu düsturla təyin edilir:
burada t
tt
— tam təcridolunma müddəti, saat; W — otağın daxili həcmi, m
3
; C
yh
— karbon qazın konsentrasiyasının yolverilən həddi, %; (C
yh
= 2,5%); C
b
— tam
təcridolunma rejiminin başlanğıcında otaqdakı karbon qazının %-lə konsentrasi-
yasıdır (C
b
= 0,2%).
İnsanlar tənəffüs zamanı oksigeni udur, karbon qazını (CO
2
) isə buraxırlar,
RP-100 (RU-150/6) markalı regenerativ patronda kalsium hidroksidi – Ca(OH)
2
və ya digər maddələrdən ibarət olur ki, o da karbon qazı — CO
2
ilə reaksiyaya
girir:
Ca(OH)
2
+ CO
2
→ CaCO
3
+ H
2
O + Q .
Havanın tərkibindəki oksigenin normal miqdarı havaya balonlardan (A–40)
oksigen əlavə etməklə bərpa olunur, yəni bu zaman karbon qazı udulur və otaq-
dakı hava oksigenlə zənginləşir. Bu rejimdən 6 saatadək istifadə edilə bilər.
Regenerasiya vasitələrinin gücü onların iş müddətindən asılı olaraq hər adam
üçün saatda 25 l oksigen sərfi və 20 l karbon qazının udulması normasına uyğun
hesablanır.
Sığınacağın ventilyasiya sistemi aşağıdakılardan ibarətdèr:
— havaötürücü (qurğu);
— partlayışdan qoruyan genişləndirici kameralı qurğu;
— tozəleyhinə (tozdan qoruyan) süzgəclər;
— uducu süzgəclər;
— elektrik əl ventilyatoru (əlahiddə dizel elektrik stansiyası olmayan sığına-
caãlarda) və ya elektrik ventilyatoru (belə stansiyalar olan sığınacaqlarda);
— havapaylayıcı şəbəkə;
— havatənzimləyici qurğu.
Dostları ilə paylaş: