Sığınacaqların və radiasiya əleyhinə daldalanacaqların mühafizə xassələrinin təyin edilməsi plan : Sığınacaqların yerləşdirilməsi



Yüklə 382,3 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix22.12.2022
ölçüsü382,3 Kb.
#77277
1   2   3   4   5   6   7   8
NİCAT kopyası

Havapaylayıcı şəbəkə (hava boruları) təmizlənmiş havanı sığınacağın müx-
təlif otaqlarının həcminə mütənasib olaraq paylaşdırmaq üçündür. 
Sığınacaqda havanın həcmini tənzimləmək üçün izafi təzyiq klapanı və əllə 
hərəkətə gətirilən hermetik klapanlardan ibarət hava tənzimləyici tərtibat düzəl-
dilmişdir. 
Hermetik klapanlar havapaylayıcı şəbəkədə qoyulur və ventilyasiya sistemini 
bir rejimdən digər rejimə keçirmək, habelə sığınacaqda havanın həcmini tənzim-
ləmək üçündür. 
Ayaqyolu kabinələrinin iki cərgəsi arasındakı keçid yolunun eni və ya kabinə-
lər ilə onların qarşısındakı pissuarlar arasındakı məsafə 1,5 m, ayaqyolunun kənar 
cərgəsi ilə divar və ya arakəsmə arasındakı məsafə 1,1 m olmalıdır. 
Ayaqyoluna giriş özüörtülən qapılı tamburlardan (yuyunma otaqlarından) ol-
malıdır. Döşəməüstü unitazlar və qablar qaïıları olan ayrıca otaqda yerləşdirilmə-
lidir. 
Sanitariya qovşaqları planlaşdırılarkən kabinələrin oxlar üzrə ölçüləri belə gö-
türülməlidir: qapılar çölə açılarkən 1,2 x 0,9 m və qapılar içəri açılarkən 1,5 x 0,9 
m. 
Su təchizatı. Sığınacağın və DES-in su təchizatı xarici su kəməri və ya əlavə 
su şəbəkəsi hesabına nəzərdə tutulur, hər iki halda su borularının sığınacağa gi-
rişlərində içəridən bağlayıcı armatur və əks-klapan qoyulur (şəkil 7). 
Qəza və zədələnmə halları üçün sığınacaqdakı qablarda hər adam üçün sutka-
da 3 l hesabı ilə içməli su ehtiyatı saxlanılması nəzərdə tutulur. 
Su kəməri sistemi işləyərkən suya tələbat məhdudlaşdırılmır. 
Su ehtiyatı qablarının tutumu hesablama yolu ilə təyin edilir; bu qablar, adətən, 
axarlı olmalı və iki sutka ərzində suyun tamamilə təzələnməsini təmin etməlidir. 
Sığınacaqlarda vaqon tipli unitazlar tətbiq edilərkən su ehtiyatını hər adam 
üçün sutkada 5 l hesablamaq lazımdır. 
Sığınacaqlardakı tibb məntəqəsi otaqları su kəməri şəbəkəsindən işləyən əlüz-
yuyanlarla avadanlıqlaşdırılmalıdır. Şəbəkədə su kəsilən hallar üçün səyyar əlüz-
yuyan cihazlar qoyulması və onlar üçün sutkada 10 l hesabı ilə su ehtiyatı nəzərdə 
tutulmalıdır. 


Tutumu 300 nəfərdən az olan sığınacaqlarda içməli su ehtiyatları üçün quru 
qablar saxlanmasına icazə verilir, belə qablar sığınacaqlar hazır vəziyyətə gətiri-
lərkən doldurulmalıdır. 
İçməli su ehtiyatı qabları (tutumları) suyun səviyyəsini göstərən cihazlarla, ha-
belə tutumun içərisini təmizləməyə və daxili səthinə boya çəkməyə imkan verən 
qapaqla avadanlıqlaşdırılmalıdır. İçməli su tutumları yerləşdirilən otaqlarda, hər 
300 nəfər üçün bir kran hesabı ilə su kranları olmalıdır. 
Axarlı su tutumları və onun su borularının xarici səthləri qızmanın qarşısını 
alan xüsusi izolyasiya materialı ilə örtülməli, metal qabların daxili səthlərinə isə 
Respublika Səhiyyə Nazirliyinin tövsiyə etdiyi korroziya əleyhinə məhlul çəkil-
məlidir. 
Hər bir sığınacaqda tullantı sularını xarici şəbəkəyə axıtmağa imkan verən ka-
nalizasiya sistemi olur. Mühafizə qurğusu çox dərində yerləşdirilərkən maye vu-
rucu stansiya düzəldilir. 
Qəza hallarında sığınacağın sanitariya qovşağı otaqlarında tullantı suları yıˆ-
maq üçün qəza çənləri nəzərdə tutulur; belə çənlər, onların təmizlənməsinə imkan 
verən birtipli metal baklardan, yaxud birləşdirilmiş çənlərdən ibarət ola bilər. 

Yüklə 382,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin