Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 45
indi xaricdə mövcud olan keyfiyyətin idarə edilməsinə yanaşma üsullarının
birbaşa, müasir dövrdə respublikamızda formalaşan bazar münasibətlərinə tətbiqi
arzuolunan nəticələri əldə etməyə kifayət qədər imkan vermir. Lakin ən başlıcası,
bütün hallarda keyfiyyətin təmin edilməsinə sistemli yanaşmanı inkişaf etdirmək
və geniş tətbiq etməkdir.
Sistemli keyfiyyətin idarə edilməsi nəzərdə tutur: Kİ üzrə bütün fəaliyyətə
sistem kimi baxılmasını; yarımsistemlərin və sistemin elementlərinin tərkibinin və
strukturunun müəyyənləşdirilməsini, onların idarə edilməsinin təşkilini, həmçinin
onların arasında qarşılıqlı əlaqəni; sistemin xarici əlaqələrinin müəyyən edilməsini
və onların arasında əsaslarının, mühümlərinin üzə çıxarılmasını; sistemin məqsəd
və funksiyalarının müəyyən edilməsini və digər sistemlər arasında onların
əhəmiyyətini; sistemin bütün elementlərinin və hissələrinin analizini; nəticələrin
təhlili əsasında sistemin inkişaf ənənələrinin və qanunauyğunluqlarının aşkar
edilməsini.
Keyfiyyətin təmin edilməsinə sistemli yanaşmaya aşağıdakıları da əldə etmək
lazımdır:
- keyfiyyətin yüksəldilməsi, təmin olunması və yaxşılaşdırılması hər bir
müəssisənin, firmanın, şirkətin və s. iqtisadi siyasətinin mərkəzində olmalıdır.
Onların fəaliyyətinin məqsədi, bir qayda olaraq, bunlar olmalıdır: istehlakçıların
tələbatını təmin etmək; minimal xərclərlə istehlakçıların gözlədiyi keyfiyyətə
(qiyməti nəzərə almaqla) nail olmaq; müəyyən olunmuş müddətdə məhsulun
tədarükünü və xidmətlərin göstərilməsini təmin etmək;
- keyfiyyət sahəsində məqsədə çatmağın əsas göstəricisi kimi, alıcıların
tələblərinin təmin edilməsi götürülməlidir;
- keyfiyyət sahəsində məqsədə çatmağın daha effektiv metodları kimi Kİ-na
kompleks və sisyemli yanaşmanın qəbul edilməsi və həyata keçirilməsinin
labüdlüyü;
- yüksək keyfiyyət səviyyəli məhsulun istehsalında və xidmətlərin
göstərilməsində yüksəkkeyfiyyətli əmək vasitələrindən istifadə;