Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası
.
43
Absraktlaşdırma - tədqiqat obyektinin cüzi xassələrini nəzərə almadan onun
daha mühüm tərəflərinin model üzərində öyrənilməsinə əsaslanır;
Analiz və sintez - tədqiqat zamanı öyrənilən
obyektin müxtəlif üsullarla
elementlərə, nisbətlərə bölünməsi (analiz) və obyektin elementlərinin tam şəkildə
birləşdirilməsi (sintez);
İnduksiya və deduksiya - xüsusidən ümumiyə (induksiya), ümumidən
xüsusiyə (deduksiya) dərketmə bazasında tədqiqatin nəticələrinin alınmasına
əsaslanır;
Modelləşdirmə - obyektin tədqiqi zamanı onun modelindən istifadə edilir.
Bu metodda modelin tədqiqatının nəticələri inteqrasiya olunur.
KİE-nin tədqiqat mərhələləri üzrə qruplaşdırılmaqla,
məhsul və xidmətin
həyat tsiklinin mərhələlərinə aid edilməklə, həmçinin keyfiyyətin idarə edilməsinin
yarımsistemlərinin növlərinə, tədqiqatın məqsədlərinə, analizin növlərinə və s. görə
də sinifləşdirilə bilər.
Analiz növlərinə proqnostik, diaqnostik, detallar
üzrə və qlobal analiz
daxildir.
KİE-nin inkişaf etdirilməsində məqsədi dəqiq müəyyənləşdirərkən proqnostik
analiz həyata keçirilir.
KİE-nin tədqiqi zamanı alınan nəticələr, onun perspektivdə inkişaf
istiqamətlərini əsaslandırmaqla bərabər, konkret fəaliyyət şəraitində KİE
sisteminin təkmilləşdirilməsi
üçün səbəb-nəticə əlaqələrini, prioritetləri və
tədbirləri də müəyyənləşdirilməlidir. Bu isə diaqnostik analiz aparmaqla əldə oluna
bilər. Burada diaqnostika dedikdə analitik xarakterli tədqiqat işləri kompleksi başa
düşülür. Diaqnostik analizdə bir amilin digərinə təsiri və onlar arasında əlaqələr
müəyyənləşdirilərək idarəetmənin qüsurları və onların aradan qaldırılması yolları
təyin edilir.
KİE-də tədqiqatların təsnifatından, aparılan analizin
növlərindən və digər
tədqiqat işlərindən asılı olmayaraq elə konkret metodlar vardır ki, onlardan
təcrübədə tez-tez istifadə edilir. Belə metodlara aşağıdakıları misal göstərmək olar: