Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 37
qiymətləndirilməsində baş verən münaqişələr orbitraj orqanı vasitəsilə həll edilir.
Ticarət təşkilatlarında malların keyfiyyətinə nəzarət hazırda istehlak malları
departamenti, İqtisadi İnkişaf Nazirliyinin müvafiq şöbələri tərəfindən həyata
keçirilir.
Əksəriyyət hallarda keyfiyyətin vahid göstəriciyə görə ifadə olunması lazımi
nəticəni vermədiyindən, kompleks keyfiyyət göstəricisinin hesablanması lazım
gəlir. Kompleks keyfiyyət göstəricisini hesablamaq üçün birincisi, bütün xassə
göstəricilərini fərqləndirmə vəziyyətinə çatdırmaq, ikincisi isə hər bir xassə
göstəricisinin sanballıq əmsalını müəyyənləşdirmək lazımdır. Birinci halda, yəni
vahid keyfiyyət göstəricisini müqayisə ediləcək növə çatdırmaq faktiki olaraq onun
keyfiyyətini izah edir, daha doğrusu, yoxlanılan keyfiyyət göstəricisi optimal
göstəriciyə
və
yaxud
da
ən
yaxşı
dünyamiqyaslı
məlumatın
keyfiyyətgöstəricilərinə yaxınlaşa bilir. Vahid keyfiyyət göstəricisinin müqayisə
olunacaq növə gətirməyin başqa üsullarından biri də xassə göstəricilərinin bütün
həddini bir neçə daxili intervala bölünməsi sayılır ki, bunu da bal qiyməti ilə, yəni
5,4,3,0 və yaxud da 3,2,1,0 qiymətləri ilə qiymətləndirmək olar. Bu zaman əgər hər
hansı bir xassə qeyri-kafi qiymət olarsa, bu zaman bütün keyfiyyət qeyri-
qənaətbəxş qiymətləndirilir. Əksəriyyət mal növlərinin keyfiyyət səviyyəsinin
qiymətləndirilməsində 40 bal sistemi qəbul edilir.
Hər bir xassənin sanballı əmsalı bütün xassələrin cəmi daxilində eyni
deyildir. Məsələn, bunu paltaryuyan maşının timsalında paltarın yuyulması
göstəricisinin əhəmiyyəti onun markalanması cədvəlindən daha vacib sayılır.
Yaxud da dəyişən qrupuna daxil olan pambıq parçaların geyilməyə qarşı
davamlılığı estetik xassələrindən daha vacibdir və s.
Sanballıq əmsalının müəyyən edilməsi üçün bir neçə qaydalar təklif
edilmişdir ki, bunlardan da ən vacibi ekspert üsulu sayılır. Belə hesab edirlər ki,
daha mürəkkəb xassə qrupuna daxil olan xassənin sanballıq əmsalı bu mürəkkəb
xassənin və yaxud da xassə qrupunun sanballıq əmsalına bərabər olmalıdır.