Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə29/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   25   26   27   28   29   30   31   32   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

35 
bilər. Əgər xassə nomenklaturası seçilərkən fikir ayrılıqları ortaya çıxarsa, onda bu 
məsələ ekspert üsulu ilə təyin edilir. Bu üsulla təyin olunan xassə əhəmiyyətlilik 
dərəcəsindən asılı olaraq azalan və artan cərgələrdə yerləşdirilir və bu xassənin sıra 
nömrəsi fanqlarla göstərilir. Alınmış nəticələr riyazi statistika üsulu ilə hesablanır.
Orqanoleptik üsul insanın hiss üzvlərinin iştirakı ilə parçaların vahid xassə 
göstəricilərinin təyin edilməsinə əsaslanır. Bu üsulla parçanın rəngi, şəffaflığı, 
qabalığı, yumşaqlığı, lifinin yanma xarakteri, yanması zamanı əmələ gələn qoxusu 
və s. kimi amillər təyin edilə bilir. Orqanoleptik üsul çox sadədir və tez başa çatır, 
lakin subyektiv xarakterə malikdir. Belə ki, qiymətləndirmə səviyyəsi tədqiqatçının 
bilik səviyyəsindən, təcrübəsindən, ixtisaslaşma qabiliyyətindən çox asılıdır. 
Ekspert üsulu mütəxəssis-ekspert qrupunun ümumi fikrinə əsaslanaraq 
ekspert parçanın keyfiyyət səviyyəsini qiymətləndirməyə kömək edir. Son 
dövrlərdə malların keyfiyyət səviyyəsinin, xüsusilə bədii-estetik üstünlüklərinin 
qiymətləndirilməsində ekspert üsulu daha geniş yayılmışdır. Bununla yanaşı, 
istehlak xassələrinin keyfiyyətinin ekspertizası zamanı bir neçə başqa məsələlər də 
həll edilə bilir, o cümlədən keyfiyyətin qiymətləndirilməsi üçün xassə 
nomenklaturasının seçilməsi, keyfiyyətin kompleks qiymətləndirilməsi məqsədilə 
sanballıq əmsalının təyini, keyfiyyətinə attestasiyası zamanı qərarların qəbul 
edilməsi. 
Keyfiyyət göstəricilərinin ekspert üsulu ilə qiymətləndirilməsi həmişə 
kəmiyyətcə qiymətləndirmə isə yekunlaşır ki, bu da balla ifadə olunur. 
Laboratoriya üsulu alət üsulu kimi adlanır və laboratoriya şəraitində müəyyən 
cihazların köməyilə, habelə təcrübəvi geyim vasitəsilə parçadan olan məmulatların 
xidmət müddətini, uzunömürlülüyünü, geyilməyə qarşı dözümlülüyünü və s. 
qiymətləndirmək mümkündür. Alət üsulu ən obyektiv və dəqiq üsul sayılır və 
cihazlarda istənilən xassələr üzrə nəticələr alınır. Laboratoriya üsulundan ekspress 
üsulu və tədqiqatı parçalamayan üsullar da geniş yayıla bilmişdir. Laboratoriya 
üsulu zamanı parçanın lif tərkibini yandırmaqla növünü təyin etmək, kimyəvi 
maddələrə qarşı münasibətini qiymətləndirmək, mikroskop altında lifin quruluşunu 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin