Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası
.
33
TƏDQİQAT ÜÇÜN METODİKA VƏ OBYEKTİN SEÇİLMƏSİ
Parçaların fiziki-mexaniki xassələri qüvvədə olan normativ-texniki sənədlərdə
göstərilən normalara cavab verməlidir. Odur ki, parçaların keyfiyyətli olması,
əslində, xalq təsərrüfatı əhəmiyyətinə malikdir. Bir qayda olaraq, hər bir
məmulatın, o cümlədən parçaların keyfiyyət göstəriciləri istehsal prosesində
saxlanıla bilir. Buna görə də parçaların keyfiyyət səviyyəsinin yüksəldilməsi
problemi ancaq keyfiyyətin idarə edilməsi sisteminin olması idarə edilməsi keçirilə
bilər. Keyfiyyətin idarə edilməsi keyfiyyətə sistemli nəzarətin olmasını və
keyfiyyət səviyyəsinin mütəmadi qiymətləndirilməsini tələb edir. Keyfiyyətə
nəzarət dedikdə, parçaların keyfiyyət göstəricilərinin normativ-texniki sənədlərin
normalara uyğun gəlməsinin yoxlanılması kimi başa düşülür.
Keyfiyyətə nəzarətdən fərqli olaraq, parçaların keyfiyyət səviyyəsinin
qiymətləndirilməsi müxtəlif əməliyyatların məcmusu ilə xarakterizə olunur.
Buraya: keyfiyyət göstəriciləri nomenklaturasının seçilməsi, baza göstəricilərinin
seçilməsi və nisbi göstəricilərin hesablanması və s. Xüsusilə yeni növ parçaların
keyfiyyətinin qiymətləndirilməsi çox vacibdir. Çünki keyfiyyət səviyyəsinin
qiymətləndirilməsi malların keyfiyyətinə nəzarətdən daha geniş məna daşıyır.
Burada parçanın təyinatı, istismar şəraiti, tətbiq olunan lifinin növü, parçanın
quruluşu və xassələri hərtərəfli təhlil olunmalıdır. Əfsuslar olsun ki, bəzən parça
materiallara qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verir, lakin
keyfiyyəti aşağı olduğundan yüksək tələblərə cavab vermir.
Son illərdə parça sənayesi tərəfindən müxtəlif lif tərkibinə malik olan parçalar
istehsal olunur ki, bunlar da eyni xassə göstəricilərinə malik olmur.
Bu yuxarıda sadalanan xassə göstəriciləri qrupu ilə yanaşı, parçaların
keyfiyyət səviyyəsinin qiymətləndirilməsində iqtisadi göstəricilər də nəzərdən
Dostları ilə paylaş: