Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 29
Remizkalama zamanı əriş sapının hər birisinin remizkanın gözündən
keçirilməsi prosesi yerinə yetirilir. Adətən remizkanın sayı toxunacaq parçanın
naxışlarının sayından asılıdır.
Arğac
sapının
hazırlanması
prosesi
onun
məkiyə
sarınması
və
rütubətləndirilməsindən ibarətdir. Bu zaman arğac sapı zibildən təmizlənir, bir
neçə əyrilmə nöqsanlarından kənar olunur, habelə sapın uzunluğu çoxaldılır. Arğac
sapının rütubətləndirilməsində məqsəd qırılmanın azaldılmasından ibarətdir ki,
bunu da ya buxara verilməklə və yaxud da emulsiya iştirakı ilə emal edilməklə
başa çatdırırlar.
Parçanın quruluşu və xassələri əsasən toxunma prosesində formalaşdırılır.
Toxunma xüsusi dəzgahlarda əriş və arğac saplarının bir-birləri ilə növbəti
qaydada çarpazlaşdırılması hesabına yaradılır. Parçaların toxunmasında müxtəlif
növ toxucu dəzgahlardan istifadə edilir. Ən çox avtomaşın çelnoklu toxuculuq
dəzgahlar işlədilir. Belə ki, çelnokların sayından (bir çelnoklu, çox çelnoklu) asılı
olaraq avtomaşın olaraq onların yeri dəyişdirilməklə toxunma prosesi aparılır.
Çoxsaylı çelnoklu toxuculuq dəzgahları müxtəlif rəngli, lif tərkibli, müxtəlif
quruluşlu arğac saplarından parçaların toxunmasında tətbiq edilir. Daha mürəkkəb
naxışlı parçaların toxunmasə zamanı əriş sapları daha çoxsaylı remizkalardan (10-
20) istifadə edilir. Remizkaların qaldırılması zamanı arabacıqlardan istifadə edilir..
Mürəkkəb naxışlı parçaların toxunması üçün Jakkard toxucu dəzgahları tətbiq
edilir. Jakkard fransız mexanikidir, onun ixtira etdiyi toxuculuq dəzgahında
remizka əvəzinə nazik qaytandan istifadə edilir ki, bunun da sayı əriş saplarının
sayına bərabər olur. Hər bir qaytana aşağıdan gözcük yapışdırılır ki, buradan əriş
sapları keçir. Əriş sapları xüsusi sistemli qarmaqlarla aşağı və yuxarı qaldırılaraq,
istənilən naxışlı parça yaradılır.
Parçanın toxunması prosesində sapların növündən, toxuculuq dəzgahından və
doldurulma parametrlərindən, məsələn, polotnonun enindən 10 sm sahəyə düşən
əriş və arğac saplarının sayından, toxunuş naxışından asılı olaraq parçanın
quruluşunun əsas xarakteristikası müəyyən edilir. İstənilən quruluşa malik olan