Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə26/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   22   23   24   25   26   27   28   29   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Mürəkkəb toxunmalar üç və daha çox sap iştirakı ilə əmələ gətirilir. Bunlar 
spesifik quruluşa malikdir ki, bunu da ancaq toxunuş növü ilə əmələ gətirmək 
mümkün deyil. Bunu iki toxucu dəzgahının köməyi ilə xovlaşdırma yaradan və 
onu doğrayan xüsusi avadanlıqla əmələ gətirirlər. Yaradılan toxunuşun 


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

32 
mürəkkəbliyi xüsusiyyətlərindən asılı olaraq onu 2 növə, yəni 2 üzlü və pike 
toxunuşuna ayırırlar. Iki üzlü toxunuş 3 sistem sapın iştirakı ilə, yəni 2 ədəd əriş və 
1 ədəd arğac sapla əmələ gətirilir. Lakin ikiqatlı toxunuş isə 4 sistem: 2 əriş və 2 
arğac sapların iştirakı ilə yaradılır ki, bu zaman 2 ədəd polotno toxunur. Belə 
parçalardan, misal olaraq, ağırçəkili paltoluq, drap parçaları, odeyallar toxunur. 
Eyni zamanda parça polotnosunun üz və astar tərəfləri toxunma növü və naxışla 
fərqlənən donluq, kostyumluq parçaları istehsal edilir. 
Pike toxunması quruluşuna görə ikiqatlı toxunmanın növüdür. Bunun 
yaradılması üçün 2 əriş və 1 arğac sapı, bəzən də 2 əriş və 2 arğac sapı işlədilir. 
Mürəkkəb toxunmalara xovlu toxunuşlu parçalar da aiddir. Bunu toxunma 
zamanı sapların doğranması ilə əmələ gətirirlər. Parçalara istənilən quruluş və 
xassə vermək məqsədilə, xüsusilə xovlu görünüş yaratmaq baxımından ərişlə 
xovluluq və yaxud da arğac sapı ilə xovluluq yaratmaq mümkündür. Parça 
polotnoları üz-üzə toxunduqdan sonra onu xüsusi dəzgahlarda əmələ gətirilən 
aralıq ilgəkləri doğranaraq hər iki polotnonun üz tərəfində xov yaradılır. Bəzən 
parçanın üzündə xovlardan naxış yaratmaq üçün xüsusi əlavə avadanlıqlardan 
istifadə etməklə ya bütöv xovlu səth və yaxud da uzorlu (göz-göz) xovluluq 
yaratmaq mümkündür. Belə parçalara misal olaraq, məxmər, barxat, süni xəz kimi 
parçaları göstərə bilərik. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin