4) Perinefral maye toplantısı diaqnozuna aid hansı fikir doğru deyil? A) Urotoraks yaranması gözlənilə bilər
B) Urinoma travma nəticəsində, cərrahi müdaxilədən sonra, konkrement ilə eroziyadan
sonra, və sidik obstruksiyasından yarana bilər
C) Fəsadlaşmış hallarda bu kistalar Morqani kistası ilə eyni morfostrukturdadır
D) Bu patologiyanın görüntüsü maye toplantısının tərkibindən asılıdır
E) Perinefral mayenin izlənməsində USM-in həssaslığı yüksəkdir, lakin maye tərkibinin
proqnozunda spesifikliyi aşağıdır
29 5) Renal sinusunda yerləşən, limfatik morfostrukturu olan, embrioloji axardan inkişaf edən kistalar necə adlanır? A) Parapelvikal kista termini istifadə edilir
B) “KLS – ilə əlaqəsi olan sinus kista” kimi şərh edilir
C) Peripelvikal kistalar
D) "Bəsit" kista kimi qiymətləndirilir
E) Retensiyon kista adlanır
29 6) Böyrək ləyənin obstruksiyasının exogen əlaməti nədir? A) Sidik axarının genişlənməsi və kasa-ləyən sisteminin genişlənməsinin olmaması
B) Sidik axarının və kasa-ləyən sisteminin genişlənməsi
C) Sidik axarının və sidik kisəsinin genişlənməsi
D) Sidik kisəsinin və kasa-ləyən sisteminin genişlənməsi
E) Kasa-
ləyən sisteminin genişlənməsi və sidik axarının genişlənməsinin olmaması
29 7) Uşaqlarda baş beynin standart neyrosonoqrafiyası haradan aparılır? A) Arxa əmgəkdən
B) Sol gicgah sümüyü üstündən
C) Sağ gicgah sümüyü üstündən
D) Ön (böyük) əmgəkdən
E) Tağ tikişi üstündən
29 8) 15 yaşa qədər olan yaş qrupunda normal mədəaltı vəzin exogenliyi nə cür olur? A) Qaraciyər parenximasının exogenliyi ilə eyni
B) Dalaq parenximasından yüksək exogenlik
C) Dalaq parenximasından nisbətən aşağı exogenlik
D) Qaraciyər parenximasından aşağı exogenlik
E) Qaraciyər parenximasından yüksək exogenlik