Zeynalova Ülkər İlham qızı “Müəssisələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji marketinqin tətbiq edilməsi”



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix08.01.2023
ölçüsü1,02 Mb.
#78746
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
Zeynalova-lk-r-lham-q-z-

Nəticə və təkliflər 
Aparılmış tədqiqat nəticəsində aşağıdakı nəticələr əldə edilmiş və təkliflər 
hazırlanmışdır: 
1. İqtisadi təhlükəsizliyin məzmununa mövcud yanaşmalar əsasında onun 
qiymətləndirilməsi ilə onun komponentlərinin dəqiqləşdirilməsi arasında səbəb-nəticə 
əlaqəsinin olmaması aşkar edilmişdir. Hər bir müstəqil təsərrüfat subyekti üçün 
iqtisadi təhlükəsizlik kateqoriyasının mahiyyətinin qeyri-müəyyənliyi onun təmin 
edilməsinə imkan vermir. Buna görədə müəssisənin iqtisadi təhlükəsizliyinin müəs-
sisənin fəaliyyəti müstəqil, stabil, dayanıqlı və müntəzəm özünü təkmilləşdirilməsini 
və yenilənməsini təmin edən funksional tərkib elementlərin məcmusu kimi müəyyən 
edilməsi təklif edilir. Bu funksional tərkib elementlərinə əsaslanmaqla müəssisənin 
fəaliyyətinin funksional tərkib elementlərinin təhlili əsasında iqtisadi təhlükəsizlik 
sisteminin komponentlərinin istehsal-maliyyə, sosial və informasiya-bazar 
göstəriciləri olduğu müəyyən edilmişdir. 
2. Müəssisənin iqtisadi təhlükəsizliyinin vəziyyətinin qiymətləndirilməsinin 
mövcud göstəricilərindən fəqli olaraq özündə iqtisadi aktivliyi, sosial inkişafı, 
maliyyə vəziyyətini xarakterizə edən göstəriciləri, həmçinin bazar göstəricilərini 
birləşdirən qiymətləndirmə göstəricilər sisteminin formalaşdırılması alqoritmi işlənib 
hazırlanmışdır. Təklif edilən göstəricilər sistemi müəssisənin iqtisadi təhlükəsizlik 
səviyyəsini qiymətləndirməyə, müəssisənin iqtisadi təhlükəsizliyinin vəziyyətinin 
ümumi qiymətində hər bir parametrin payını müəyyən etməyə, ayrı-ayrı destruktiv 
amillər üzrə qiymətləndirmə əvəzinə müəssisənin vəziyyətinin kompleks şəklinin 
yaradılması hesabına onun iqtisadi təhlükəsizliyinin səviyyəsini obyektiv 
qiymətləndirməyə imkana verəcəkdir. 
3. İqtisadi təhlükəsizliyin səviyyəsini müəyyən edən struktur-məntiq modeli 
hazırlanmışdır. Hazırlanmış model özündə qiymətləri ekspertlər tərəfindən verilmiş 
göstəriciləri əhatə edir və tədqiqat obyekti kimi iqtisadi təhlükəsizliyi daha tam və 
ətraflı təsvir etməyə, müəssisənin çoxsaylı alternativ variantlarını modelləşdirməyə 
və marketinq strategiyasının realizasiyasının cəlbediciliyinin və mürəkkəblik 


75 
səviyyəsinin müəyyən edilməsi əsasında iqtisadi təhlükəsizliyin optimal səviyyəsinin 
seçilməsini hərtərəfli əsaslandırmağa imkan verəcəkdir. 
4. Müəssisənin iqtisadi təhlükəsizliyinin vəziyyətini struktur-məntiq modelində 
verilmiş göstəricilərin operativ qiymətləndirilməsini, onun fəaliyyətinə nəzarət 
edilməsini və izlənməsini təsvir edən ekspres qiymətləndirmə metodu və monitorinqi 
sistemi hazırlanmışdır. Təklif edilən model marketinq strategiyasına və proqramına 
vaxtında düzəlişlər edilməsi sayəsində müəssisənin fəaliyyətini bazar konyunktura-
sına uyğunlaşdırmağa imkan verəcəkdir. Bu isə effektli idarəetmə qərarlarının qəbulu 
üçün tələb edilən vaxtın və informasiyanın minimum səviyyəyə qədər ixtisar 
edilməsinə səbəb olacaqdır. 
5. Strateji marketinq proqramının realizasiyası ilə əlaqədar iqtisadi təhlükəsizli-
yin vəziyyətində baş verən dəyişiklikləri izləməyə imkan verən monitorinq sisteminin 
yaradılmasının modeli və alqoritmi işlənib hazırlanmışdır. Mövcud nəzarət 
sistemindən fərqli olaraq təklif edilən monitorinq sistemi yalnız strateji məqsədin 
yerinə yetirilməsinə və arzu edilən parametrlərə nail olunmasına deyil, həm də 
iqtisadi təhlükəsizliyin vəziyyətini qiymətləndirməyə və müəssisənin fəaliyyətini 
xarakterizə edən konkret istiqamət və göstəricilər üzrə korrektə tədbirləri həyata 
keçirməyə imkan verəcəkdir. 
Əldə edilmiş elmi yeniliklərin praktikada tətbiq edilməsi üçün aşağıdakı işlərin 
yerinə yetirilməsi təklif edilir: 
1. İqtisadi təhlükəsizliyin sisteminin tətbiqi könüllü olmalı və işçi heyətinin 
hazırlıq səviyyəsinə uyğun gəlməlidir; 
2. İqtisadi təhlükəsizliyin sisteminin tətbiqinə cavabdeh olan şəxs və onun 
tətbiqinin konkret vaxtı və müddəti müəyyən edilməlidir; 
3. Sistemin realizasiyası vaxta görə təkrar olunan qapalı tsikl xarakteri 
daşımalıdır. Əks halda onun çevikliyi, manevrliliyi və operativliyi kimi 
üstünlüklərinin itirilməsi qaçınılmazdır;
4. Toplanmış və təqdim edilmiş informasiyaya olan tələblərə - informasiyanın 
dəqiqliyi, müasirliyi, operativliyi, tamlığı və obyektivliyi tələblərinə ciddi əməl 


76 
edilməlidir. 
5. Kiçik müəssisələrdə iqtisadi təhlükəsizlik sisteminin tətbiqi və realizasiyası 
üçün işçi heyətinə daxil olan şəxslərdən ibarət işçi qrupu yaradılmalı və onlar həm də 
özlərinin birbaşa vəzifələrini yerinə yetirməlidirlər;
6. Təklif edilən metodun müsbət tərəfləri: metodun sadəliyi və onun yerinə 
yetirilməsinin mürəkkəb olmaması, göstəricilər sisteminin azlığı, əldə edilmiş 
nəticələrin əyaniliyi təmin olunduğu halda əvvəlki bənddə göstərilən tövsiyəni yerinə 
yetirmək mümkün olacaqdır; 
7. Təklif edilən metodikadan perspektiv məqsədləri müəyyən edərkən istifadə 
edilməsi məqsədəuyğundur. Əks halda onun tətbiqinə ehtiyac yoxdur və ona çəkilən 
resursların izafi xərclənməsindən başqa bir şey deyildir; 
8. Təklif edilən metodun tətbiqi zamanı onun effektli istifadəsi məqsədi ilə 
tədqiqat işində təklif edilən göstəricilər və onların parametrləri maksimum dərəcədə 
konkret müəssisənin xüsusiyyətlərinə və fəaliyyət sahəsinə uyğunlaşdırılmalıdır. 

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin