AZƏrbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə1/49
tarix31.01.2017
ölçüsü3,95 Mb.
#7081
  1   2   3   4   5   6   7   8   9   ...   49

- 1 - 

 


 

- 2 - 


AZƏRBAYCAN MİLLİ ELMLƏR 

AKADEMİYASI 

NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI - 2012 

 

 

- 3 - 


 

 

Elmi redaktoru:  

                                   

                                    Zaman Əsgərli 

filologiya elmləri doktoru 

 

Tərtibçilər:  

 

                              Əmin Əfəndiyev 

filologiya üzrə fəlsəfə doktoru 

                               Zakirə Əliyeva 

 

Mirzə  Fətəli  Axundzadə  –  200:  biblioqrafik 

göstərici. – Bakı: Elm, 2012. – 652 s.  



 

 

 

- 4 - 


  

 

2012-ci ildə böyük Azərbaycan mütəfəkkiri, milli dra-



maturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin anadan 

olamasının 200 illik yubileyi qeyd olunacaqdır. Bu müna-

sibətlə  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İl-

ham  Əliyev  “Mirzə  Fətəli  Axundzadənin  200  illik 

yubileyinin  keçirilməsi  haqqında”  13  aprel  2010-cu  ildə 

xüsusi  sərəncam  imzalamışdır.  Azərbaycanın  görkəmli 

klassikinin  yubileyi  ərəfəsində  Azərbaycan  MEA  Nizami 

adına  Ədəbiyyat  İnstitutunda  bir  sıra  fundamental  işlər 

həyata  keçirilməkdədir.  Onlardan  biri  də  M.F.Axundza-

dənin  həyat  və  yaradıcılığına  həsr  edilmiş  fundamental 

elmi-biblioqrafik nəşrin hazırlanmasıdır.  

 

Azərbaycan ədəbiyyatında realizmin, milli dramaturgi-



yanın,  realist  nəsrin  banisi,  maarifçilik  ədəbi  məktəbinin 

memarı  olan  Mirzə  Fətəli  Axundzadənin  yaradıcılığı  dövrü 

Şərq  və  Qərb  mədəniyyətlərinin  qarşılıqlı  inkişafının  daha 

da vüsət aldığı bir dövrə,  XIX əsrin ortalarına təsadüf edir.  

Azərbaycan  mədəniyyəti  üfüqlərində  dan  ulduzu  kimi 

parlayan  ədibin  milli  məhdudiyyət  bilməyən  əsərləri  rus, 

fars,  ingilis,  fransız,  alman  və  s.  dillərinə  tərcümə  edilərək, 

doğma vətəndən uzaqlarda belə müəllifinə şöhrət qazandır-

mışdır.  

M.F.Axundzadənin yaradıcılığı yalnız  Azərbaycan de-

yil, bütün Şərq xalqlarının ədəbi-ictimai fikir tarixinə böyük 

təsir  qüvvəsi  ilə  səciyyələnir.  Eyni  zamanda  ədib  haqqında 

həm doğma vətəni Azərbaycanda, həm də Rusiya və bir sıra 

Şərq və Qərbi Avropa ölkələrində müxtəlif kitablar, mono-



 

- 5 - 


qrafiyalar  və  elmi  əsərlər  yazılmış,  ədibin  yaradıcılığı, 

ictimai  fəaliyyəti,  ədəbi-elmi  görüşləri  alimlərin  ciddi  elmi 

axtarışlarının  mövzusu  olmuşdur.  Görkəmli  ədəbiyyatşünas 

alim Yaşar Qarayevin yazdığı kimi ―vaxtilə Şərqləşən Qərb-

də  Esxilin,  Sofoklun,  Aristotelin  oynadığı  eyni  ədəbi-tarixi 

rolu... Qərbləşən Şərqdə oynamış M.F.Axundzadənin‖

1

 zən-


gin  və  çoxsahəli  elmi-ədəbi  irsi  bu  gün  də  öz  müasirliyini 

saxlamaqdadır.  

Görkəmli yazıçı-dramaturq, materialist filosof, ictimai 

xadim  Mirzə  Fətəli  Axundzadənin  yaradıcılığının  tədqiq 

coğrafiyası genişlənib, məzmunu dərinləşdikcə yeni-yeni el-

mi faktlar, qiymətli məlumatlar aşkar edilir. Məhz bu səbəb-

dən  M.F.Axundovşünaslıq  biblioqrafiyası  elmi  sisteminin 

təkmilləşdirilməsi  bu  gün  də  aktuallığını  saxlayan  bir  vəzi-

fədir  desək  yanılmarıq.  Təbiidir  ki,  ədibin  həyat  və  yaradı-

cılığı, yaşadığı dövrün ədəbi mühiti, ictimai-siyasi hadisələ-

ri,  haqqında  yazılanlar,  aparılan  tədqiqat  işləri  ilə  maraqla-

nan  oxucu  və  ya  tədqiqatçı  ilk  növbədə  informasiya  mən-

bələrinə  müraciət  etməli  olur.  Bu  zaman  informasiya  mən-

bələrinin  ciddi  elmi  tədqiqinin  nəticəsi  olaraq  tərtib  edilən 

(hər hansı mövzuya və ya görkəmli şəxsiyyətin həyat və ya-

radıcılığına həsr edilmiş) biblioqrafik vəsaitlər əvəzolunmaz 

əhəmiyyəti inkaredilməzdir.  

M.F.Axundzadənin  həyat  və  yaradıcılığına  həsr  edil-

miş və 1920-40-cı  illərdə tərtib edilmiş ilk biblioqrafik və-

saitlər – biblioqrafik  yaddaş, kütləvi oxucular üçün nəzərdə 

tutulmuş biblioqrafik oçerk, müxtəsər ədəbiyyat göstəriciləri 

– Azərbaycan elmi-ədəbi mühitində biblioqrafik fəaliyyətin 

ilkin nümunələri kimi meydana gəlmişdir.  

1929-cu  ildə  ədibin  əsərlərinin  müxtəsər  siyahısını 

hazırlayan Ə.Ə.Səidzadə onu  ―Ədəbi ensiklopediya‖nın bi-

rinci  cildində  ―M.F.Axundov‖  başlıqlı  məqalənin  sonuna 

əlavə etmişdi.  

                                                 

1

 Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər, B., 2002, s.166 



 

- 6 - 


1920-1938-ci  illərdə  M.F.Axundzadənin  əsərlərinin 

nəşri  genilənir,  həyat  və  yaradıcılığı  sahəsində  tədqiqat  xa-

rakterli materialların sayı daha da artırdı. Həmin materiallar 

Ə.Qəhrəmanovun tərtib etdiyi və 1938-ci ildə  Dövlət Kitab 

Palatasının nəşr etdiyi 18 səhifəlik biblioqrafik yaddaşda öz 

əksini  tapmış  oldu.  Biblioqrafik  yaddaşın  ilk  səhifələrində 

M.F.Axundzadənin  əsərlərindən  sitatlar  verilir,  daha  sonra 

giriş məqaləsi və ―M.F.Axundov haqqında nə oxumalı‖ baş-

lığı altında müxtəsər tövsiyə xarakterli ədəbiyyat göstəricisi 

təqdim edilirdi. 4 min nüsxə tirajla nəşr edilən yaddaşa yal-

nız Azərbaycan dilində olan ədəbiyyat daxil edilmişdi. Küt-

ləvi  oxucu  kontingenti  üçün  nəzərdə  tutulmuş  bu  vəsaitə  

elmi-tədqiqat xarakterli materiallar daxil edilməmişdi.  

Daha bir tövsiyə xarakterli  biblioqrafik siyahı 1938-ci 

ildə  ―Revolyusiya  və  kultura‖  dərgisinin  6/7  sayında  ―Av-

ropa  mətbuatında  M.F.Axundov  haqqında  fikirlər‖    başlığı 

ilə dərc dilmişdi.  

1939-cu  ildə  ədəbiyyatşünas  alim  F.Qasımzadənin 

―M.F.Axundovun həyat və yaradıcılığı‖ monoqrafiyası gör-

kəmli  yazıçı  Mir  Cəlal  Paşayevin  redaktəsi  ilə  nəşr  edildi. 

Kitabın sonunda verilmiş biblioqrafik siyahıda M.F.Axund-

zadənin  əsərləri  və  haqqında  yazılmış  materiallar  müxtəlif 

dillər  üzrə  sistemləşdirilərək  təqdim  edilirdi.  Lakin  burada 

ədib haqqında yazılanlar materiallar onun  əsərləri ilə qarışıq 

sırada  verilmişdi  ki,  bu  da  biblioqrafik  baxımdan  düzgün 

deyildi.  

Sonralar,  1946-1954-cü  illərdə  kitab  nəşrinin  inkişafı 

bədii  ədəbiyyat  və  ədəbiyyatşünaslığa  dair  daha  keyfiyyətli 

biblioqrafik göstəricilərin də nəşrini tələb edirdi. Axundov-

şünaslıq  biblioqrafiyası  elmi  sisteminin  təkmilləşdirilməsi 

məsələsinə toxunan Q.Məmmədli 1948-ci ildə  ―Kommuni-

st‖ qəzetinin 18 sentyabr tarixli sayında ―Axundov haqqında 

biblioqrafiya‖ sərlövhəli məqaləsində ədibin həyat və  yara-

dıcılığı haqqında da qısa məlumat verirdi.  



 

- 7 - 


1946-cı ildə Azəbaycan SSR EA Xəbərlərinin 1-ci sa-

yında təqdim edilən biblioqrafik siyahı müxtəsər xarakterdə 

olsa  da,  özündən  əvvəlkilərdən  materiaların  düzülüşündəki 

yeniliklə  fərqlənirdi.  Belə  ki,  siyahıda  M.F.Axundzadənin 

əsərləri  və  haqqında  yazılan  materiallar  ayrıca  bölmələrdə 

təqdim edilirdi.  

1948-ci  ildə  M.F.Axundzadə  adına  Respublika  Kitab-

xanası Nazim Axundovun tərtib etdiyi ―Mirzə Fətəli Axun-

dov:  Müxtəsər  ədəbiyyat  göstəricisi‖ni  nəşr  etdi.  Adından 

göründüyü  kimi  tövsiyə  xarakterli,  16  səhifəlik  yığcam 

biblioqrafik  siyahıdan  ibarət  olan  göstəriciyə,  rus  dilində 

çox az miqdarda materiallar daxil edilmişdi.  

M.F.Axundzadəyə  həsr  edilmiş  ilk  biblioqrafik  göstə-

ricinin müəllifi H.Tağıyevdir. Onun 1948-ci ildə tərtib etdiyi 

―M.F.Axundov  haqqında  biblioqrafiya‖  göstəricisi  (red. 

M.C.Cəfərov)  M.F.Axundzadənin  1837-ci  ildən  1947-ci  ilə 

qədər  Azərbaycan  dilində  nəşr  edilmiş  əsərlərini,  əlyazma-

larını və yazıçı haqqında kitab, məqalə, resenziyalar da daxil 

olmaqla  813 mənbəni  əhatə edirdi. Vəsait tövsiyə xarakteri 

daşıyırdı  və  kütləvi  oxucunun  isifadəsi  üçün  nəzərdə  tutul-

duğundan materialların seçimi əlverişli deyildi. 1960-cı ildə 

H.Tağıyevin  ―Mirzə Fətəli Axundov. Biblioqrafiya‖ göstə-

ricisinin  (red.  Ə.Mirəhmədov)  ikinci  təkmilləşdirilmiş  nəşri 

işıq  üzü  gördü.  Burada  verilən  materialların  xronoloji 

əhatəsi ilk nəşrdən fərqli olaraq, sonrakı onilliyi, 1837-ci il-

dən  1957-ci  ilə  qədərki  dövrü  (710  mənbə)  əhatə  edirdi. 

Göstəricinin 1960-cı ildəki  yenidən nəşrində əlyazmalar si-

yahıdan  çıxarılmış,  əvvəlki  nəşrdə  təsadüf  edilən  təkrarlar 

təmizlənmişdi.  Lakin  burada  da  yalnız  Azərbaycan  dilində 

olan materiallardan istifadə edilmişdi.  

Bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və ədəbi tənqid sa-

həsində  biblioqrafik  fəaliyyət  məsələləri  və  çatışmazlıqlar 

barədə  söhbət  açan  ədəbiyyatşünas  alim  Ə.Mirəhmədov 

1949-cu  ildə  ―Biblioqrafik  kitabçalarımız  haqda‖  başlıqlı 



 

- 8 - 


məqaləsində natamamlığı biblioqrafiya işində ən ciddi kəsir 

hesab  edirdi

1

.  Ə.Mirəhmədov  M.F.Axundzadəyə  həsr  edil-



miş və ümumiyyətlə  biblioqrafik vəsaitlərdə  xarici dillərdə 

nəşr  edilmiş  digər  materialların  da  əhatə  edilməsini  daha 

məqsədəuyğun sayırdı.  

1955-ci  ildə  Azərbaycan  SSR  EA  Respublika  Əlyaz-

maları  Fondunun  materialları  əsasında  A.Ə.İbrahimovun 

tərtib  etdiyi  ―Mirzə  Fətəli  Axundov  arxivinin  təsviri‖  adlı 

nəşr

2

 işıq üzü gördü. Bu nəşr elmi-biblioqrafiya tipli nəşr ki-



mi  əhəmiyyətli  olub,  ədibin  irsini  tədqiq  edən  alimlər  üçün 

olduqca böyük töhfə idi.   

Axundovşünas  alim  N.Məmmədovun  elmi-tədqiqat 

əsəri  kimi  dəyərləndirdiyi  digər  əhəmiyyətli  nəşr  Ə.Mirəh-

mədovun  yuxarıda  qeyd  etdiyimiz  fikrinə  qoşularaq  ilk  tə-

şəbbüsdə bulunmuş A.N.Lermanın tərtib etdiyi  biblioqrafik 

vəsait oldu. M.F.Axundzadənin həyat və yaradıcılığına həsr 

edilmiş  rus  dilində  materialların  toplamağa  başlayan  A.N.

-

Lerman 1962-ci ildə ədibin 150 illik yubileyi münasibəti ilə 



―M.F.Axundov  rus  mətbuatında‖  (―Мирза  Фатали  Ахун-

дов в русской печати‖) adlı sanballı biblioqrafik nəşri (red. 

Ə.Mirəhmədov) təqdim etdi. Onu da qeyd edildiyi kim  hər 

iki - H.Tağıyevin (1960-cı il nəşri), A.N.Lermanın tərtib et-

dikləri  biblioqrafik    nəşrin  redaktoru    Ə.Mirəhmədov  idi.  

Düzülüşünün strukturuna görə eyni olan biblioqrafik vəsait-

lərin fərqi ondadır ki, H.Tağıyevə aid göstəricidə materiallar 

nəşr tiplərinə, A.N.Lermanda isə mövzulara görə sistemləş-

dirilmişdir. Hər iki münasibət tərzi biblioqrafların fərdi  ya-

naşma üsuludur. Qeyd edək ki, əhatə dairəsinə və rus dilində 

materialların  sistemli  təqdiminə  görə  A.N.Lermanın  tərtib 

etdiyi  vəsait  daha  mükəmməl  biblioqrafik  göstərici  sayıla 

bilər. Burada 1837-ci ildən  1962-ci ilə qədər yalnız rus di-

lində  nəşr  edilmiş  materiallar  (1724  mənbə)  öz  əksini  tap-

                                                 

1

 Kommunist, 1949, 30 iyul. 



2

 Red.: M.Sultanov, Bakı: Azərbaycan SSR EA nəşr-tı, 1955,293 s. 



 

- 9 - 


mışdır.  Mənbələrin  biblioqrafik  təsvirlərinin  ümumi  sayı 

1724  göstərilsə  də,  nəzərə  almaq  lazımdır  ki,  tərtibçi  eyni 

materialları müxtəlif aspektdə bir neçə dəfə - məsələn toplu 

nəşrə  daxil olan  əsərləri həm  ümumi  təsvirdə, həm  də  ayrı-

ayrı əsər adlarına görə və ya eynilə həm yubiley nəşri, həm 

də  mövzusuna  görə  təkrar  göstərmişdir.  Biblioqrafın  böyük 

əməyini  xüsusi  qeyd  etməklə  yanaşı  nəşrə  münasibət  bil-

dirən  A.A.Kunina  bölmələr  daxilində  xronoloji  ardıcıllıqla 

verilərkən  iri  əsərlərin  xırda  materiallar  arasında  kölgədə 

qaldığını,  M.F.Axundzadənin  yalnız  adının  bir  dəfə  çəkil-

diyi  lakin  ona  aid  olmayan  materialların  nəşrə  daxil  edil-

məsinin  düzgün  olmadığını  bildirirdi.

1

    Biblioqrafik  nəşrin 



strukturundakı  ardıcıllığa  da  münasibətini  bildirən  ədəbiy-

yatşünas  Ş.Qurbanov  ―M.F.Axundov  rus  mətbuatında‖  adlı 

məqaləsində

2

  bu  nəşrdə  bir  çox  faktiki  materialların  qeydə 



alımamasına  təəssüfünü  bildirirdi.  Axundovşünas  N.Məm-

mədov isə  A.N.Lermanın bu və ya digər nəşr, material haq-

qında  dəqiqləşdirmələrinə  diqqət  çəkərək,  onların  bəzən 

doğru olmadığını göstərirdi.  

1982-ci ildə ədibin yubileyi ərəfəsində Azərbaycan EA 

Elmi  Kitabxanasında  kiçik  formatda  tövsiyə  xarakterli  60 

səhifəlik  ―Mirzə  Fətəli  Axundov-170‖  biblioqrafik  göstəri-

cisi nəşr edilir.   

Beləliklə,  Axundovşünaslıq  biblioqrafiyası    məktəbi 

bütün  tarixi  nəşr  mərhələləri  boyu  inkişaf  yolu  keçərək  – 

biblioqrafik yaddaş, kütləvi bibliorafik oçerk, müxtəsər ədə-

biyyat  göstəricisi,  şəxsi  biblioqrafiya,  arxiv  materiallarının 

biblioqrafiyası,  elmi-biblioqrafik  oçerk  kimi  biblioqrafik 

fəaliyyət  nəticələrində  öz  əksini  tapmış  oldu.    Lakin  bütün 

                                                 

1

 Кунина. Мирза Фатали Ахундов в русской печати 1837-1962 гг (О 



библиографическом  указателе  А.Н.Лермана)    //  Советская 

библиография. -1963.- №2.- с. 118-120.  

2

 Ədəbiyyat və incəsənət, 1964, 29 fevral. 



 

- 10 - 


bunlara  baxmayaraq  M.F.Axundzadəşünaslıq  biblioqrafiya-

sında  boşluqlar  və  ədibin  həyat  və  yaradıcılığını  tam  əhatə 

edəcək  fundanental  elmi-biblioqrafik  nəşrə  ehtiyac  qalmaq-

da idi.   

M.F.Axundzadənin Azərbaycanda, eyni zamanda Şərq 

və  Avropa  ölkələrində,  xüsusilə  qardaş  Türkiyədə  nəşr  edi-

lən əsərləri, haqqında yazılan və dərc edilən materiallar, ədi-

bin  həyat  və  yaradıcılığına  həsr  edilmiş  tədqiqat  işləri  tam 

əhatədə  yuxarıda  adı  çəkilən  biblioqrafik  ğöstəricilərin  heç 

birində öz əksini tapmamışdır.  

 Müstəqillik qazandığımız əsrimizdə Azərbaycan klas-

siklərinin həyat və  yaradıcılığına yeni rakursda, milli ədəbi, 

mədəni, mənəvi, tarixi dəyərlərimiz baxımından yanaşılması 

Azərbaycan    ədəbiyyatşünaslığının  mühüm  vəzifəsidir.  Bu 

vəzifə  müasir  biblioqrafiyanın  tədqiqatçı  funksiyasının  qar-

şısına da yeni tələblər qoyur. Çünki həsr edildiyi mövzudan 

asılı olmayaraq, mükəmməl tərtib edilmiş  hər hansı biblio-

qrafik vəsait  həm tədqiqat funksiyasını daşıyır, həm də  pa-

ralel  olaraq  praktiki  əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan, 

M.F.Axundzadənin  həyat  və  yaradıcılığının  daha  mükəm-

məl və əhatəli öyrənilməsi məqsədilə tərtib və təqdim edilən 

fundamental  elmi-biblioqrafik  göstərici  ədibin  yaradıcılığı 

ilə yanaşı, onun zəngin irsini tədqiq edən ayrı-ayrı müəlliflə-

rin əsərlərini, yaşadığı dövrə, ictimai-siyasi fəaliyyətinə, hə-

min dövrün ədəbi mühitinə və s. dair materialları izləməyə, 

seçməyə  imkan  verir.  Onu  da  qeyd  edək  ki,  göstəricidən 

istifadəninin  əlverişli  olması  məqsədilə  M.F.Axundzadənin 

kitab halında nəşr edilən əsərləri xronoloji ardıcıllıqla, dövri 

mətbuatda və toplularda  dərc edilmiş əsərləri isə janrlar üz-

rə  sistemləşdirilərək  əlifba  sırasında  təqdim  edilmişdir.  Tə-

biidir  ki,  Azərbaycan  ədəbiyyatının  görkəmli  klassikinin 

həm əsərləri, həm də haqqında materillar külli-miqdarda or-

ta və ali məktəb dərsliklərində, xrestomatiya və  antologiya-

larda  öz  əksini  tapmışdır  ki,  biblioqrafik  vəsaitdə  onların 



 

- 11 - 


əsasən ilkin nəşrlərinə üstünlük verilmiş, haqqında yazılmış 

sanballı elmi nəşrlərin mündəricatı açıqlanmışdır.  

Ümidvarıq  ki,  M.F.Axundzadənin  200  illik  yubileyi 

münasibəti ilə çap edilən və  səhifələrində minlərlə mənbə-

nin adı, çap yeri, həcmi göstərilən vəsait tədqiqatçı alimlər, 

doktorant və dissertantlar, ali məktəb tələbələri, magistrant-

lar, ümumiyyətlə bütün maraqlananlar üçün gərəkli bir nəşr 

olacaqdır.  

Vəsaitə  dair  öz  rəy  və  iradlarını  bildirəcək  oxuculara 

əvvəlcədən öz minnətdarlığımızı bildiririk.  



 

Zakirə Əliyeva 

 

 



 

 

 



 

 

- 12 - 


 

В  2012  году  предстоит    юбилей  –  200–летие  со 

дня  рождения  великого  азербайджанского  мысли-

теля,  создателя  национальной  драматургии  Мирзы 

Фатали Ахундзаде.  В этой связи  президент Азербай-

джанской республики г-н Ильхам Алиев издал указ от 

13  апреля  2010  года  «О  проведении  200  –  летнего 

юбилея Мирзы Фатали Ахундзаде». Накануне юбилея 

выдающегося  азербайджанского классика Институт 

литературы  им  Низами  Национальной  Академии 

Наук  Азербайджана  претворяет  в  жизнь  ряд  фун-

даментальных мероприятий. Одно из таких меропр-

иятий – подготовка издания фундаментальной науч-

ной библиографии, посвященной жизни и творчеству 

М.Ф.Ахундзаде. 

 

Эпоха  творчества  Мирзы  Фатали  Ахундзаде  – 



основоположника  реализма  азербайджанской  литера-

туры,  национальной  драматургии,  реалистической  про-

зы,  создателя  литературной  школы  просветительства  - 

относится  к  середине  ХIХ  века,  периоду  широкого 

размаха  развития  культурных  взаимосвязей    Востока  и 

Запада.  

Произведения  писателя,  озаряющие  небосклон 

азербайджанской  культуры,  не  знающие  национальных 

границ и  переведенные на русский, фарсидский, фран-

цузский, английский, немецкий и др. языки, прославили 

автора далеко за пределами Отечества. 

Творчество  М.Ф.Ахундзаде  оказало  большое  воз-

действие на историю литературно-общественной мысли 

не  только    Азербайджана,  но  и    всех  народов  Востока.  

Одновременно с изданием  книг, монографий и научных 


 

- 13 - 


трудов  на  Родине  писателя,    в  России,  в  ряде  стран 

Востока и Западной Европы созданы были книги, моно-

графии  и  научных  трудов,  стали  темой  серьезных 

научных  изысканий  творчество  писателя,  его  общес-

твенная деятельность, литературные и научные взгляды. 

Как писал видный ученый литературовед Яшар Караев: 

«  М.Ф.Ахундов сыграл ту же историко – литературную 

роль,  на  европеизированном  Востоке  что  и  Эсхил, 

Софокл,  Аристотель  –  на  востоковедческом  Западе»

1



богатое  же  и  многогранное  научно  –  литературное 

наследие  его  и  в  настоящем  сохраняет  свою  актуаль-

ность. 

  Чем  боле  расширяется  масштаб  изучения  твор-



чества  видного  писателя  –  драматурга,  общественного 

деятеля  Мирзы  Фатали  Ахундзаде  и  серьезно 

углубляется  их содержание, тем больше обнаруживаю-

тся  все  новые  факты  и  ценные  сведения.  Мы  не 

совершим  ошибку,  если  отметим,  что  именно  по  этой 

причине 


сохраняет 

свою 


актуальность 

усовершенствование системы научной ахундоведческой 

библиографии.  Естественно  и  то,  что  читатель  или  ж 

исследователь,  проявив  интерес  к  жизни  и  творчеству 

писателя,  его  литературной  эпохе,  общественно  – 

политическим событиям, трудам и исследованиям о нем 

,  прежде    всего,  вынужден  будет  обратиться  к 

информационным  источникам.  В  данной  ситуации, 

составленные 

в  результате  серьезные  научных  

исследований (посвященные  какой - либо теме, или же 

жизни 


и 

творчеству 

выдающейся 

личности) 

библиографические  пособия  приобретают  неоценимое 

значение.  

Первые  библиографические  пособия  1920-1940-х 

годов,  посвященные  жизни и творчеству  М.Ф.Ахундза-

                                                 

1

 Азербайджанская литература: XIX и XX гг., Б., 2002, с.166. 



 

- 14 - 


де  –  библиографическая  памятка,  библиографический 

очерк,  рассчитанные  на  массового  читателя,  появились 

как  первые  образцы  библиографической  деятельности 

научно-литературной среды Азербайджана.  

А.А.Сеидзаде,  составивший  в  1929  году  краткий 

список произведений писателя,  включенный им в конце 

статьи  «М.Ф.Ахундов»,    вошел  в  первый  том 

«Литературной Энциклопедии». 

В

 

1920-1938  году



 

увеличивается

 

число


 

изданий 


произведений  М.Ф.Ахундзаде,  а  также

   


материалы  исс-

ледовательского

 

характера,



 

посвященные изучению жиз-

ни  и  творчества  писателя.  Они,  эти  материалы,  нашли 

свое  отражение  в  библиографической  памятке,  состав-

ленной  А.Каграмановым  и  изданной  Государственной 

Книжной Палатой в 1938 году. Она состоит 18 страниц. 

На  первых  страницах  библиографической  приводятся 

цитаты,  из  произведений  М.Ф.Ахундзаде,  затем  – 

вступительная  статья  и  краткий  литературный  спра-

вочник  рекомендательного  характера  «Что  читать  об 

Ахундове». 

Еще  один  список  рекомендательного  характера 

был  опубликован  в 6 и 7 номерах журнала «Революция 

и  культура»  в  1938  году  под  названием  «Европейская 

печать о М.Ф.Ахундове». 

В  1939  году  ученый  литературовед  Ф.Касумзаде 

опубликовал

 

монографию



 

«Жизнь


 

и

 



творчество М.Ф.Ах-

ундова» под редакцией видного писателя Мир Джалала 

Пашаева.  Систематизированные  по  различным  языкам 

произведения  М.Ф.Ахундзаде  и  написанные    о  них 

материалы представлены  в библиографическом списке 

в  заключительной  части  книги.  Однако,  написанные 

материалы о писателе представлены здесь в смешанном 

порядке  с  его  произведениями,  что  неверно  с  точки 

зрения библиографоведения.  


 

- 15 - 


В 

дальнейшем, 

в 

связи 


с 

развитием 

книгоиздательства    в  1946-1956  годы  возникла 

необходимость 

в 

издании 


более 

качественных 

библиографических  указателей  о  художественной 

литературе  и  литературоведении.  Касаясь  вопроса 

усовершенствования  научной    систематизированной 

ахундововедческой  библиографии,  Г.Мамедлы  в  статье 

«Библиография об Ахундове» от 18 сентября 1948 года 

вкратце сообщил о жизни и творчестве писателя.  

Краткий  библиографический  список,  представ-

ленный  в  первый  номер  «Известии  Академии  наук 

Азербайджанской  ССР»  отличается  от  предыдущих 

новизной


 

расположения

 

материалов.  Так,



 

произведения 

М.Ф.Ахундзаде  и  написанные  о  них  материалы 

представлены в разных разделах. 

Республиканская  библиотека  им.  М.Ф.Ахундова  в 

1948  году  опубликовала  составленный  Назимом 

Ахундовым  сборник  «Мирза  Фатали  Ахундов:  краткий 

литературный 

указатель». 

Само 


название 

свидетельствует 

о 

том, 


что 

сокращенный 

библиографиический список в 16 страниц вобрал в себя 

весьма мало материалов на русском языке.  

Автором  первого  библиографического  указателя, 

посвященного  М.Ф.Ахундову,  был    Н.Тагиев.    В 

составленный им 1948 году указатель «Библиография о 

М.Ф.Ахундове»  (ред.  М.Джафаров)  вошли  рукописи, 

произведения  М.Ф.Ахундзаде  на  азербайджанском 

языке за период с 1837 по 1947 год, включая рецензии, 

статьи,  книги  о  писателе,  охватив  813  источников.  

Ввиду  того,  что  пособие  носило  рекомендательный 

характер  и  рассчитано  на  массового  читателя,  выбор 

материалов 

оказался 

непригодным. 

 

Второй 


усовершенствованный  указатель  Н.Тагиева  «Мирза 

Фатали  Ахундов.  Библиография»  (ред.  А.Мирахмедов) 



 

- 16 - 


вышел  в  свет  в  1960  году.    В  отличие  от  первого 

издания,  здесь    хронологически  представленные 

материалы  охватили  последующие  десятилетия,  с  1837 

по  1957  год  (710  источников).  Из  вновь  изданного 

указателя  1960  года  исключены  списки  рукописей, 

случайно  допущенные  повторы.  Однако  и  здесь  были 

использованы 

материалы 

в 

основном 



на 

азербайджанском языке.  

Видный  ученый  литературовед  А.Мирахмедов  в 

1949  году  в  статье  «О  наших  библиографических 

книжках»,  затронув  вопросы  библиографической 

деятельности  в  области  художественной  литературы, 

литературоведения  и  литературной  критики,  а  также 

имеющихся  недочетов,  незаконченность  библиографии 

считал  самым  серьезным  недостатком.

1

  А.Мирахмедов 



считал 

более 


целесообразным 

включить 

в 

библиографические 



пособия, 

посвященные 

М.Ф.Ахундзаде 

и 

вообще 



другие 

материалы, 

опубликованные на иностранных языках.  

В  1955  году  вышла  в  свет  книга  под  названием 

«Опись  архива  М.Ф.Ахундова»

2

  составленная  А.А.Иб-



рагимовым  по  материалам  Рукописного  Фонда  АН 

Азербайджанской  ССР.  Это  было  ценное  научно-биб-

лиографическое  издание,  оно  стало  большим  подарком 

для ученых, исследователей литературного наследия пи-

сателя.  

Наряду с, научно-библиографическим трудом  уче-

ного  литературоведа  Н.Мамедова,  высоко  оцененного 

А.Мирахмедовым,  другим ценным изданием – является 

впервые 

предпринятая 

попытка 

А.Н.Лермана, 

составившего библиографическое пособие.  А.Н.Лерман 

                                                 

1

 Коммунист, 1949, 30 июля.  



2

 Редактор М.Султанов. Баку, изд-во АН Азербайджанской ССР, 

1955, с.293.  


 

- 17 - 


–  собиратель  материалов  о  жизни  и  творчестве  

М.Ф.Ахундова на русском языке, в 1962 году, в связи с 

150-летним 

юбилеем 


писателя 

представил 

монументальное  библиографическое  издание  под 

названием  «Мирза  Фатали  Ахундов  в  русской  печати» 

(ред. А. Мирахмедов).  Следует обратить внимание и на 

то, 


что 

редактором 

обоих 

библиографических 



указателей – как Н.Тагиева (1960-го года издания), так и 

А.Н.Лермана    был  А.Мирахмедов.  Отличие  данных 

библиографических  пособий  в  том,    что  в  указателе 

Н.Тагиева  материалы  систематизированы  по  типу 

изданий,  у  А.Н.Лермана  –  по  тематике.  Отношение  

обоих  библиографов  проявилось  в  их  индивидуальном 

подходе.

 

Следует  отметить,  что  по  сфере  охвата 



материалов,  составленное  пособие    на  русском  языке 

А.Н.Лермана 

является 

превосходным 

библиографическим  указателем.  В  него  вошли 

материалы  на  русском  языке  с  1837  по  1962  год  (1724 

источника).    Хотя  общее  число  источников  составило 

1724, необходимо  учесть, что составитель одни и те же 

материалы  размещал  несколько  раз  в  разных  разделах, 

например,    включенные  в  общую  опись  произведения 

представлены 

также 


отдельно 

по 


названиям  

отдельности,  а  юбилейные  издания  тематически 

повторяются.  Высоко  оценивая  огромный  труд 

библиографа,  А.А.Кунина  отметила,  что    включение 

небольших    материалов  в    разделы  оставляют  крупные 

произведения  в  тени,  и  так  как    имя  М.Ф.Ахундзаде 

упомянуто  один  раз  неверно  включать  материалы,  не 

имеющие 


отношение 

к 

нему.



1

 

Литературовед 



                                                 

1

 Кунина А.А. Мирза Фатали Ахундов в русской печати 1837-1962 



гг. (О библиографическом указателе Лермана) // Советская 

библиография, 1963, №2, с. 118-120.  



 

- 18 - 


Ш.Курбанов в статье «М.Ф.Ахундов в русской печати»,

1

 



проявив  сове  отношение  к  структурной  последо-

вательности  библиографического  издания,  с  сожалени-

ем отметил, что многие фактические материалы не были 

учтены.  Литературовед  Н.Мамедов  же,  обратив  вни-

мание  на  достоверность  материалов  или  на  другие 

издания  А.Н.Лермана,  отметил,  что  они  порой 

ошибочны. 

В  1982  году,  накануне  юбилея  писателя  Научная 

библиотека  Академии  Наук  Азербайджана  издала  в 

небольшом  формате  рекомендательного  характера 

библиографический указатель «Мирза Фатали Ахундов-

170». 


Таким 

образом, 

ахундоведческая 

библиографическая  школа,  пройдя  огромный  путь 

становления  на  всех    исторических  этапах  издания  как 

библиографическая 

памятка, 

массовый 

библиографический  очерк,  краткий  литературный 

указатель, 

личная 

библиография, 



библиография 

архивных 

материалов, 

научно-библиографический 

очерк  –  в  результате  библиографический  деятельности 

нашла свой облик.  Однако,  невзирая на это, в ахундо-

ведческой библиографии имеется пробел и потребность 

издания  фундаментальной  научной  библиографии, 

которая  бы  полностью  охватила  жизнь  и  творчество 

писателя. 

 Исследовательские  труды,  посвященные  жизни  и 

творчеству 

М.Ф.Ахундзаде, 

написанные 

и 

опубликованные  труды  о  нем,  изданные  произведения 



писателя  не  нашли  своего  отражения  в  полном  объеме 

ни  в  одном  из  вышеназванных  библиографических 

указателях,  как  в  Азербайджане,  так  и  на  Востоке  и  в 

европейских странах,  особенно в братской Турции. 

                                                 

1

 Адабият ве инджесенет, 1964, 29 февраля.  



 

- 19 - 


 С 

приобретением  независимости  одной  из 

важнейших  задач  литературоведения  Азербайджана 

является новый подход к жизни и творчеству классиков 

Азербайджана  с  позиции  национальной  литературы, 

культуры,  духовности,  исторических  ценностей.  Эта 

задача  также  выдвигает  новые    требования  к 

исследовательской функции современного библиографа. 

Потому  что,  независимо  от  избранной  темы,  каждое 

полноценно  составленное  библиографическое  пособие 

несет  исследовательскую  функцию,  так  и  большое 

практическое значение.  

Составленный 

и 

представленный 



фундаментальный 

научно-библиографический 

указатель  в  целях  полноценного  изучения  жизни  и 

творчества М.Ф.Ахундзаде создает  условие выбора для 

изучения  материалов  каждому  автору,  который 

исследует его богатое наследие, эпоху его проживания, 

общественно-политическую 

деятельность, 

литературную  среду  того  периода  и  т.д.  Необходимо 

также  отметит,  что  произведения  М.Ф.Ахундзаде 

изданные  в  книгах  представлены  в  хронологической 

последовательности, а произведения, опубликованные в 

периодической  печати  и  сборниках,  в  зависимости  от 

жанра  –  в  алфавитном  порядке.  Естественно,  что  про-

изведения  классиков  азербайджанской  литературы  и 

литература  о  них  нашли  свое  отражение  в 

многочисленных  хрестоматиях,  антологиях  и  учебных 

пособиях  средних  и  высших    заведений,  в 

библиографических  пособиях  предпочтение  было 

отдано  ранним  изданиям,    раскрыто  содержание 

значительных предисловий  изданий. 

Надеемся,  что  изданное  в  связи  с  200-летием 

М.Ф.Ахундзаде данное пособие, на страницах которого  

отражено было тысячи имен первоисточников, их места 



 

- 20 - 


издательства,  объем,  окажется  полезным  для  ученых, 

исследователей,  докторантов,  диссертантов,  студентов 

вузов, магистрантов и, всем интересующимся. 

 Заранее  выражаем  признательность  читателям  за  

отношение  к  пособию  и  будем  благодарны  в  случае 

обнаружения погрешностей.  



Закира Алиева 

 


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin