AZƏrbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə3/49
tarix31.01.2017
ölçüsü3,95 Mb.
#7081
1   2   3   4   5   6   7   8   9   ...   49

Dramaturgiyası. M.F.Axundzadə bədii yaradıcılığa 

lirik şeirlə başlasa da, ədəbiyyat tarixində dramaturq kimi 

məşhurlaşmışdır. O, keçən əsrin 50-ci illərində yazdığı altı 

orijinal  pyeslə  Azərbaycan  ədəbiyyatında  yeni  bir  ədəbi 

növün  əsasını  qoymuş,  milli  dramaturgiyanın  banisi  kimi   

şöhrətlənmişdir. 

Yazıçının  ilk  dram  əsəri  «Hekayəti-molla  İbrahim-

xəlil  kimyagər»dir.  1850-ci  ildə  yazılan  bu  komediyada 

M.F.Axundzadə bir tərəfdən avamlığı və geriliyi, ikinci tə-

rəfdən  fırıldaqçılığı  tənqid  edir.  Komediyanın  əsas  tənqid 

hədəfi  «nuxulular»dır  (Hacı  Kərim,  Ağa  Zaman,  Molla 

Salman,  Məşədi  Cabbar,  Səfər  bəy).  Onların  simasında 

müəllif  Azərbaycan  həyatının  imtiyazlı  nümayəndələrini 

ümumiləşdirmişdir. 

«Nuxulular»  nadan,  geridə  qalmış,  bisavad,  eyni  za-

manda,    ancaq  öz  mənafelərini  güdən  acgöz,  tamahkar 

adamlardır. Onlar hər cür mövhumata, dərvişlərin fırıldaqla-


 

- 33 - 


rına,  yalançı  kimyaya,  iksir  vasitəsilə  misi  gümüşə  çevir-

məyin  mümkünlüyünə  inanırlar.  Dramaturq  onların  səciy-

yəvi xüsusiyyətlərini Hacı Nuru ilə qarşılaşdıqları  ilk məc-

lisdə  təqdim  edir.  Mülkədar  Səfər  bəy  yalan  danışıb  böh-

tançılıq  etdiyi  üçün  tutulub  üç  il  sürgündə  qalmış,  təsər-

rüfatını iflasa uğratmışdır; Zərgər Hacı Kərim oğurluqla pul 

qazanır,  öz  müştərilərinin  qızılını  oğurlayıb  ona  mis  qatır; 

Ağa Zaman dəllək olduğu halda, öz sənətini buraxıb həkim-

lik edir. O, qızdırma xəstəliyinə tutulanlara qarpız suyu ver-

məklə  bir  qəbiristanlıq  adam  qırıb.  Molla  Salman  adını  dü-

rüst  yaza  bilmədiyi  halda  mollalıq  edir;  Məşədi  Cabbar 

sələmçiliklə məşğul olub xalqı soyur. 

Komediyada  əsas  gülüş  hədəflərindən

;

  biri  də  Molla 



İbrahimxəlildir. Onun simasında yazıçı avam camaatı alda-

dan  yalançı  kimyagərlərin  səciyyəyi  xüsusiyyətlərini  ümu-

miləşdirir.  Nuxuluların  avamlığını  və  tamahkarlığını  bilən 

Molla  İbrahimxəlil  özünü  onlara  həm  mötəbər  bir  din  xa-

dimi,  ruhani,  həm  də  kimyagər  alim  kimi  təqdim edir. Əs-

lində isə o, mahir bir kələkbazdır; özünün hiyləsi, bicliyi ilə 

nuxuluları aldadıb, onların pullarını əlindən alır.  

Əsərdə  həm  avam  və  cahil,  həm  də  kələkbaz,  fırıl-

daqçı  adamlara  qarşı  şair  Hacı  Nuru  surəti  qoyulmuşdur. 

Yazıçı  bu  surətin  simasında  dövrünün  ağıllı,  namuslu,  və-

tənpərvər  ziyalılarının  səciyyəvi  keyfiyyətlərini  göstərmiş, 

onun vasitəsilə zəmanəsinin ictimai eyiblərini, xüsusilə na-

danlığı və cəhaləti ifşa etmişdir. 

Azərbaycan  ədəbiyyatı  tarixində  dramatik  növün  ilk 

nümunəsi  olan  «Hekayəti-Molla  İbrahimxəlil  kiınyagər» 

komediyası  yüksək  məzmunlu  bir  əsərdir.  Feodal  cəha-

lətpərəstliyi  əleyhinə  yazılan  bu  pyesdə  M.F.Axundzadə 

müasirlərini  nadanlığın  pəncəsindən  xilas  olub,  namuslu 

əməyə, elmə və maarifə yiyələnməyə   çağırır. 

M.FAxundzadənin  ikinci  dram  əsəri  «Hekayəti-Müsyö 

Jordan  həkimi-nəbatat  və  dərviş  Məstəli  şah  caduküni-


 

- 34 - 


məşhur» (1850) komediyasıdır. Yazıçının  maarifçi ideallarını 

əks etdirən bu əsər həyat həqiqətlərinin dolğun təsviri, obraz-

ların  canlı  bədii  inikası,  xarakterlərin  tipikləşdirilməsi  baxı-

mından  yazıçının  digər pyeslərindən   seçilir. 

Əsərin  fabulası  maraqlı  bir  əhvalat  üzərində  qurul-

muşdur:  Hatəmxan  ağanın  qardaşı  oğlu,  böyük  qızının  ni-

şanlısı Şahbaz bəy fransız dilini öyrənmək, Qərb adətləri ilə 

tanış  olmaq  üçün  həkim  Müsyö  Jordana  qoşulub  Parisə 

getmək istəyir. Bu hadisə onun nişanlısında və qayınanasın-

da  bərk  təşviş,  narahatlıq  doğurur.  Onlar  Şahbaz  bəyi  yol-

dan  saxlamaq  üçün  cadugər  Məstəli  şaha  müraciət  edirlər. 

Cadugər  qadınları  inandırır  ki,  Parisi  dağıdıb  Şahbaz  bəyi 

oraya getmək fikrindən çəkindirəcək. Bu zaman Müsyo Jor-

dan  Parisdə  inqilabın  baş  verməsi  xəbərini  alır  və  Şahbaz 

bəyi   özü ilə apara bilmir. 

Komediyanın  ideyası  avamlığı  və  cadugərliyi  tən-

qiddir. Onun konflikti bu ideya ilə sıx bağlı olub, yazıçının 

maarifçi idealı ilə gerilik və avamlığın   tərəfdarları   arasın-

da davam edir. Pyesin əsas gülüş hədəfi dərviş Məstəli şah-

dır.  Dramaturq  onun  simasında  camaatın  avamlığından 

istifadə  edib  onu  aldadan  tüfeylilərin  umumiləşdirilmiş  su-

rətini  yaratmışdır.  Məstəli  şah  hiyləgər,  fırıldaqçı  bir  dər-

vişdir.  Öz  fəaliyyəti  zamanı  o,  müxtəlif  donlara  girir:  əv-

vəlcə özünü bütün çətinlikləri aradan qaldırmağa qadir olan 

bir şəxs kimi təqdim edır, sonra xanımlara möhkəm surətdə 

tapşırır  ki,  onun  işləri  barədə  heç  kəsə  heç  nə  deməsinlər. 

Əgər  onlar  bu  haqda  başqalarına  məlumat  versələr,  onda 

guya cadunun təsiri olmaz. 

Yazıçı  Məstəli  şahın  həqiqi  simasını  onun  öz 

köməkçisi Qulaməli ilə söhbətində açır. Qadınları aldadaraq, 

onlardan çoxlu qızıl alacağına əmin olduqdan sonra Məstəli 

şah deyir:  «Bu böyük xanım bu iş üçün mənə  yüz təzə ba-

caqlı verəcəkdir və on gün də cadunun əsər etməsi üçün vaxt 

var.  Bir  adam  da  bu  sirri  bilmir  və  bilməyəcək  də.  Ba-



 

- 35 - 


caqlıları  alandan  sonra  əl-ayaq  açıb,  on  günə  qədər  özümü 

Arazın  o  tayına  sala  bilərəm.  Məni  orada  kim  tapacaqdır? 

Məndən sonra hər nə olacaqsa   olsun». 

Başqa bir replikasında Məstəli şah qadınların avamlı-

ğına istehza edərək deyir: «Bu qadın tayfası nə yazıq yə sa-

dəlövhdürlər,  düşünüb-daşınmadan  inanırlar  ki,  mən  Qara-

bağda oturub, Pariji bir anda alt-üst edəcəyəm və ya mənim 

mərrixim Arazın o biri  tərəfində Müsyö Jordanın boynunu 

vura bilər». 

Beləliklə,  Məstəli  şah  özünün  daxili  mahiyyəti  haq-

qında tam məlumat vermiş olur. Dramaturq onu bu şəkildə 

təqdim etməklə o zaman Azərbaycanda  çox yayılmış yalan-

çı, fırıldaqçı, hiyləgər dərvişləri   ifşa   edir. 

«Müsyö Jordan və dərviş Məstəli Şah» komediyasında 

Şəhrəbanu,  Şərəfnisə  və  Xanpəri  surətləri  də  gülüş  hədəfi 

kimi götürülmüşdür. Ancaq dərviş Məstəli şahdan fərqli ola-

raq qadın surətlərinə yazıçının güclü bir rəğbəti var. Yazıçı 

bu surətlərin avamlığını tənqid etməsinə baxmayaraq, onla-

rın mənəvi keyfiyyətlərini, daxili saflıqlarını təqdir edir. 

Şərəfnisə  xanım  təmiz  ürəkli,  sadəlövh  bir  qızdır.  O, 

Şahbaz bəyi dərin məhəbbətlə sevdiyi üçün möhkəm qısqa-

nır.  Nişanlısının  Parisə  getmək  istədiyini  biləndə  iztirab 

çəkir, ağlayır. Şərəfnisə xanım Şahbaz bəyin Parisə getməsi-

nə ona görə razı deyil ki, orada qızlarla oğlanlar bir məclis-

də oturur, danışıb gülür, rəqs edirlər. O, Şahbaz bəyin daxi-

lindəki  istək  və  ehtirasları  görə  bilmir.  Nişanlısının  Parisi 

görmək, dünyadakı yeniliklərdən xəbər tutmaq arzusunu öz 

düşüncə  tərzinə  uyğun  mənalandırır:  guya  Şahbaz  bəy 

Parisə «firəng qizlarının  havasına yellənib uçur». 

Şəhrəbanu  xanım  da  sadə,  açıq  ürəkli  və  avam  bir 

qadındır.  Onun 

;

da  təbiətinə  saflıq,  təmizlik  xasdır.  Lakin 



qızı  Şərəfnisə  xanım  kimi  o  da  Şahbaz  bəyın  Qarabağdan 

kənara  çıxmasına  razı  ola  bilmir.  Buna  görə  də  qızından 

Şahbaz bəyin Fransaya getmək istəməsini eşidəndə möhkəm 


 

- 36 - 


darılır.  Ancaq  Şərəfnisə  xanımdan  fərqli  olaraq,  Şəhrəbanu 

xanım ağlayıb göz yaşı axıtmır. Dərhal Şahbaz bəyi çağırıb 

ondan məsələnin  məğzini öyrənir. Eşitdiyinin həqiqət  oldu-

ğunu biləndə isə qətiyyətli addımlar atır. Əvvəlcə məsələni 

əri Hatəmxan ağaya bildirir, ondan Şahbaz bəyin başına ağıl 

qoymasını  tələb  edir.  Ərinin  qətiyyətsizliyini  gördükdə  isə 

özü Şahbaz bəyin Parisə getməsinə mane olmaq üçün fəaliy-

yətə başlayır və istəyinə nail olur. 

Əsərdə  Şəhrəbanu  xanımın  müsbət  keyfiyyətini  əks 

etdirən  bir  məqam  da  vardır.  Müsyö  Jordanın  Şahbaz  bəyi 

özü ilə Fransaya aparmaq istəməsindən narazılıq edərkən o 

deyir:  «Bu  firənglər  necə  naşükür  xalq  olurmuşlar.  Heç 

yaxşılıq  bilməzmişlər.  Mən  ağılsız,  genə  tarının  hər  günü 

nahara  müsyö  Jordana  qaymaq  gərək,  axşama  plov  gərək, 

bozartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ 

elatının arvadları  mərifətsiz olurlar, qonağa hörmət  eləmək   

bilmirlər». 

Ümumi məzmununda qonağından narazılıq ifadə olu-

nan bu replikada, həm də Şəhrəbanu xanımın qonaqpərvər-

liyini, milli  heysiyyətini  əks  etdirən detallar  görünür. Hətta 

o, müsyö Jordana qonaqpərvərlik edərkən təkcə özü barədə 

deyil, bütövlükdə «Qarabağ elatının arvadlarının» mədəniy-

yəti, mərifəti barədə düşünür. Bütün  bunlarla bərabər, Şəh-

rəbanu xanım avam adamdır. O, Şahbaz bəyin səyahət istə-

yinin  mənasını  başa  düşə  bilmir  və  qəti  surətdə  bu  fikrin 

əleyhinə çıxaraq ərinə deyir: «Kişi, nə danışırsan, sənin fik-

rin  haradadır?  İstəmirəm  onun  Parijə  getməyin  də,  mərifət 

kəsb  etməyin  də, firəng kralından bəxşeyiş  almağm  da!  Bu 

sözlər  tamam  bəhanədir.  Şahbaz  istər  getsin  Parijə, 

məclislərdə,  yığıncaqlarda  üzü  açıq  gəzən  qız,  gəlinlər  ilə 

kef etsin, danışsın, gülsün, vəssalam!» 

Komediyada  qadınların  gülüş  doğuran  xüsusiyyəti 

onların  Şahbaz  bəyi  səfərdən  saxlamaq  üçün  göstərdikləri 

fəaliyyətlərində  üzə  çıxır.  Həm  Şərəfnisə  xanım,  həm  də 



 

- 37 - 


Şəhrəbanu  xanım  avamlıqları  üzündən  Məstəli  şahın  

cadularına  ürəkdən  inanır,  onun  Qarabağda  oturub  Parisi  

dağıdacağına  ümid  bəsləyirlər.  Əsərdə  bu  ümid  doğrulur: 

Şahbaz  bəy  Parisə  gedə  bilmir.  Pyesin  gülüş  doğuran 

mahiyyəti də bundadır: qadınlar öz qələbələrinin arxasındakı 

məğlubiyyətlərini görə bilmir, aldanışlarını dərk etmirlər. 

Əsərdə  çox  az  görünməsinə  baxmayaraq,  təsvir  olu-

nan əsas hadisələrin mərkəzində Müsyö Jordarı surəti daya-

nır. Yazıçının komik surətlərə, xüsusilə dərviş Məstəli şaha 

qarşı qoyduğu Müsyö Jordan Azərbaycan dramaturgiyasın-

da  ilk    qərbli  surətidir.  İxtisasca  nəbatat  alimi  olan  Müsyö 

Jordan  Qarabağa  bu  yerlərin  bitki  aləmini  öyrənmək  üçün 

gəlmişdir. O, dağları, çölləri gəzərək bitkiləri toplayıb onla-

rın  quruluşunu,  morfologiyasını  araşdırır,  tibbi-müalicəvi 

əhəmiyyətini aşkar edir. Tədqiqat nəticəsində müəyyənləş-

dirir  ki,  bir  çox  başqa  alimlərin  yalnız  Alp  dağlarında, 

Amerika  və  Afrikada  yetişdiyini  güman  etdikləri  dərman 

bitkilərinin  çoxu Qarabağda mövcuddur. 

Pyesdə  Müsyö  Jordan  ən  çox  Şahbaz  bəylə  əlaqədar 

təsvir  olunur.  O,  Hatəmxan  ağanın  ailəsinə  hörmətlə  yana-

şır, gənc Şahbaz bəylə  isə dostluq edir, onu Qərb mədəniy-

yətini,  adət-ənənələrini  öyrənməyə  həvəsləndirir.  Şahbaz 

bəyin  zirək  bir  gənc  olduğunu  bilərək,  onu  özü  ilə  Parisə 

aparıb  orada  fransız  dilini  öyrətmək  istəyir.  Dramaturq 

Müsyö  Jordanı  Qarabağın  otları,  çiçəkləri  haqqında  danış-

dırmaqla  öz  vətəninin  gözəllikləri  barədə  məlumat  verir. 

Fransız  aliminin  söhbətindən  aydın  olur  ki,  Azərbaycan 

torpağı çox gözəldir; onun çölləri, yaylaqları nadir bitkilərlə 

zəngindir.  İstifadəsiz  qalan  bu  bitkiləri  toplayıb  öyrənmək, 

xalqa mənfəət gətirmək lazımdır.   

Nəbatat  alimi  Müsyö  Jordan  eyni  zamanda  vətənpər-

vər  bir  insandır.  Onun  Şahbaz  bəyə  fransız  dilini,  fransiz 

xalqının  yaşayış  tərzini,  adət-ənənələrini  öyrətmək  istəmə-

sini öz xalqını, vətənini təbliğ etmək, başqa xalqlara və öl-



 

- 38 - 


kələrə tanıtmaq arzusu kimi də mənalandırmaq ınümkündür. 

Bundan başqa, Müsyö Jordan Parisdə inqilab, çevriliş xəbə-

rini  eşidəndə  hədsiz  dərəcədə  həyəcanlanır,  dərhal  özünü 

ölkəsinə,    doğma  paytaxtına    yetirmək    istəyir      ki,  bu  da 

onun vətəni, doğma şəhəri üçün narahat olduğunu   göstərir. 

«Müsyö  Jordan  və  dərviş  Məstəli  şah»  komediyasın-

dakı Hatəmxan ağa əsərdə hadisələrin cərəyan etdiyi Təklə-

Muğanlı obasının mülkədarıdır. Dramaturq onun simasında 

XIX əsrin 40-cı illərində yaşayan Azərbaycan mülkədarları-

nı ümumiləşdirmişdir. Hatəmxan ağa ağıllı, fərasətli bir ki-

şidir. Onun yaxşı təsərrüfatı, çoxlu mal-qarası, ilxısı vardır; 

təsərrüfatını  bacarıqla  idarə  edir.  Eyni  zamanda  yaxşı  ailə 

başçısıdır, qonaqpərvərdir. Müasirliyə, təhsilə meyilli adam-

dır. Qardaşı oğlunu oxutmuş, ona   ərəb,   fars, rus dillərində   

savad vermişdir. Bu keyfiyyətlərinə baxmayaraq, Hatəmxan 

ağa hələ köhnə ata-baba qaydaları ilə yaşayır. Onun dünyəvi 

elmlər,  qabaqcıl  mədəniyyət,  xüsusilə  Avropa  ölkələri  haq-

qında təsəvvürləri məhduddur. Hatəmxan ağaya görə fransız 

xalqının həyat tərzini öyrənmək üçün Fransaya uzun səyahət 

etmək,  orada  yaşamaq  vacib  deyil.  Bundan  ötrü  elə  Müsyö 

Jordanın söhbətlərinə   qulaq   asmaq   kifayətdir. 

Hatəmxan  ağa  fransızları  azərbaycanlılardan  fərqlən-

dirən  xüsusiyyətləri  öz  düşüncə  tərzinə  uyğun  olaraq  belə 

izah  edir:  «Bizdə  hər  adət  və  xasiyyət  var  isə  əksi  Parij 

əhlindədir.  Məsələn,  biz  əlimizə  "həna  qoyarıq,  firənglər 

qoymazlar, biz başımızı qırxarıq, onlar başlarına tük qoyar-

lar, biz papaqlı oturarıq, onlar başıaçıq oturarlar, biz başmaq 

geyərik, onlar çəkmə geyərlər, biz əlimiz ilə xörək yeyərik, 

onlar qaşıq ilə yeyərlər, biz aşkara peşkəş alarıq, onlar gizli 

alarlar,  biz  hər  zada  inanarıq,  onlar  heç  zada  inanmazlar, 

bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun   

libas...» 

Əsərin  gənc  qəhrəmanı  Şahbaz  bəyin  simasında  

M.F.Axundzadə yeni həyat, yaşayış tərzi, yeni adətlər   ba-



 

- 39 - 


rədə  düşünən,  Qərb  mədəniyyəti    ilə  tanış  olmaq  istəyən 

yeni  fikirli  Azərbaycan  gənclərinin  xüsusiyyətlərini  can-

landırmışdır.  Şahbaz  bəy  əmisinin  qayğısı  sayəsində  yeni 

açılan mədrəsələrdə təhsil alıb, türk, fars, ərəb, rus dillərini 

öyrənmişdir.  Lakin  həyatda  yaxşı  mövqe  tutmaq,  ad-san 

qazanmaq  üçün  o,  öz  təhsilini  kifayət  hesab  eləmir.  Ona 

görə  Şahbaz  bəy  Müsyö  Jordanla  tanış  olandan  sonra  Pa-

rijə gedib fransız dilini öyrənmək həvəsinə düşür. Bu həvəs 

və  arzu  iki  səbəblə  bağlıdır:  əvvəlan,  Şahbaz  bəy  «qamış-

lıq»  adlandırdığı  sakit,  süst  mühitdən  uzaqlaşmaq  istəyir. 

İkincisi  isə  Şahbaz  bəyin  ad-san  qazanmaq  istəyi  ilə 

əlaqədardır. O, Parisə getmək istəməsinin səbəbini nişanlı-

sına izah edərkən deyir:  «Mənim tay-tuşlarım tamam mə-

rifət  sahibi  olub,  qulluq  edib,  hörmət-izzət  tapıb,  xoşbəxt 

olublar. Mən qalmışam elə bu qamışlıqda adsız, sansız». 

Lakin  Fransanın  paytaxtında  baş  verən  böyük  siyasi 

hadisə – 1848-ci il inqilabı Şahbaz bəyin arzusunu gözündə 

qoyur.  O,  Parisə  gedə  bilmir.  Buna  baxmayaraq,  Şahbaz 

bəy  surəti  Azərbaycan  dramaturgiyası  tarixində  avamlar 

mühitinə  qarşı  çıxaraq,  qabaqcıl  dünya  mədəniyyəti  ilə 

maraqlanan gənclərin ilk nümayəndələrindən biri kimi tanı-

nır.  

―Hekayəti-Müsyö  Jordan‖  komediyasından  sonra 



M.F.Axundzadə  ―Heyayəti-xırs  quldurbasan‖  (1851)  dra-

mını yazmışdır. Dramın mövzusu kənd həyatından alınmış-

dır. Əsərin fabulası Bayramla Pərzadın sevgi macərası üzə-

rində qurulmuşdur. Bayram kasıb bir gənc, Pərzad isə döv-

lətli qızıdır. Onlar bir-birini sevirlər. Ancaq Pərzadın əmisi 

Məşədi  Qurban  ölmüş  qardaşının  (yəni  Pərzadın  atasının) 

var-dövləti  başqasına  qismət  olmasın  deyə,  onun  qızını  öz 

oğlu Tarverdiyə nişanlayır və onlar üçün toy etməyə hazır-

laşır. Çətin  vəziyyətə  düşən  Bayram  sevgilisini Məşədi 

Qurbanın  pəncəsindən  qurtarmaq  üçün  Tarverdini  öyrət-



 

- 40 - 


dirib  quldurluğa  göndərir.  Tarverdi  quldurluqda  tutulur  və 

Bayram öz sevgilisinə qovuşur. 

Həyatda və məişətdə köhnə qaydaların, mədəni ge-

riliyin düşməni olan M.F.Axundzadə «Hekayəti-xırs qul-

durbasan»  dramında  qadın  hüquqsuzluguna  qarşı  çıxa-

raq,  ictimai  bərabərlik,  azad,  qarşılıqlı  məhəbbət  ide-

yalarını  müdafiə  edir.  Əsərin  qəhrəmanı  Bayram  Pərza-

dın zorla Tarverdiyə  verilməsinə  razı  ola  bilmir.  Pərzad 

isə  öz  hüquqsuzluğundan  acı-acı  şikayətlənərək  deyir: 

«Nə  eləyim,  əlimdən  nə  gəlir?  Atam  ölübdür,  bir  anam 

ilə  qalmışam  əmimin  ixtiyarında;  qardaşım  yox,  bir  kö-

məyim yox». 

Dramda  hadisələr  bir  xətt  üzrə  inkişaf  edir.  Əsas  

hadısələr Bayramın öz sevgilisinə qovuşmaq uçün gördüyü 

tədbir  ətrafında  cəmləşir.  Gənc  qəhrəmanın  daxili-mənəvi 

dünyası, xarakteri həmin tədbirlə əlaqədar açılıb aşkar olur. 

Bayram  bütün  hərəkətlərində  açıqürəkli,  alicənab,  mərd, 

namuslu bir gənc kimi göstərilir. O, Tarverdini aradan gö-

türmək  üçün  müəyyən  kələk  düzəltsə  də,  rəqibinin  tutul-

duğunu görəndə həqiqəti  açıb  söyləyir və Tarverdini xilas 

etmək üçün öz günahını boynuna alır. Əsərdə təsvir olunan 

hadisələr  «Şəmsəddin  mahalında»,  saf  təbiətin  qoynunda, 

«açıq    havada»,  «böyük    palıd  ağacının  dibində»,  «Tavus   

dərəsində»,  yaxud  obada,  alaçığın  içində  cərəyan  edir.  Bu 

cür bədii məkan dramda lirizmi qüvvətləndirməklə bərabər, 

həm də oxucuda köhnə adətlərə etiraz hissləri, daxili saflıq, 

əxlaqi təmizlik və mənəvi gözəllik duyğuları oyadır. 

M.F.Axundzadə  1851-ci  ildə  «Hekayəti-vəziri-xani 

Lənkəran»  komediyasını  yazmışdır.  Onun  mövzusu  Azər-

baycanın  xanlıqlar  dövründən  alınmış,  süjeti  ailə-məişət 

macəraları üzərində qurulmuşdur.Yazıçı məişət məsələlərini 

xanlığın ictimai-siyasi həyatı ilə əlaqələndirmiş, ölkəni idarə 

edən  ali  hakimlərin  bacarıqsızlığını,  despotizmini,  saray 

xadimlərinin əfəlliyini   və  yaltaqlığını əks etdirmişdir. 



 

- 41 - 


Komediyanın  əsas  gülüş  hədəfləri  Lənkəran  xanı  və   

onun  vəziri    Mirzə  Həbibdir.  Onların  simasında  dramaturq 

feodal-istibdad quruluşunun hakim təbəqələrinin tipik xüsu-

siyyətlərini ümumiləşdirmişdir. Əsərdə Xan surəti despotiz-

min,  özbaşınalığın  və  ədalətsizliyin  timsalıdır.  O,  nadan, 

dövləti idarəetmə işlərindən baş çıxarmayan zalım, məhdud 

düşüncəli  bir  adamdır.  Komediyada  çox  az  görünməsinə 

baxmayaraq,  dramaturq  onun  ağlı  və  düşüncəsi  haqqında 

bütöv təsəvvür yaradır. Xan onun yanına gəlib şikayət edən 

ərizəçiləri dinlədikdən sonra gülünc hökmlər verir. O, atının 

qonşusu tərəfindən vurulub gözünün çıxarıldığı barədə şika-

yət edən kəndliyə deyir: «Sən də get vur onun atının bir gö-

zünü çıxart». 

Xan  ərizəçinin  şikayətinə  bu  şəkildə  baxıb,  ədaləti 

«bərpa etdikdən» sonra özünü əhalinin dərdini-qayğısını çə-

kən bir başçı kimi göstərib deyir: «Ax, xanlıq, səndən əzab 

dünyada nə  var! Hər kəs ancaq öz  əhli-əyalının  qəmin çə-

kir,  mən  gərək  min-min  adamın  qəmin  çəkəm,  dərdinə 

yetişəm». Bununla da Xanın hərəkətləri ilə danışığı arasın-

da gülünc bir ziddiyyət əmələ gəlir və bu ziddiyyətdə Xanın   

həqiqi   siması açılır. 

Əsərin  əsas  gülüş  obyekti,  komik  qəhrəmanı  Lən-

kəran  xanının  vəziri  Mirzə  Həbibdir.  O  da  özünün  ağıl  və 

düşüncəsinə görə Xana oxşayır;  yüksək vəzifəyə bacarığı-

na və qabiliyyətinə görə deyil, yaltaq, ikiüzlü olduğu üçün 

keçmişdir.  Mirzə  Həbib  nəinki  xanlığı,  heç  öz  ailəsini  də 

idarə edə bilmir. Onun evində hərc-mərclik, dedi-qodu, di-

dişmə hökm  sürür.  Lakin Xandan fərqli olaraq  Mirzə Hə-

bib  hiyləgər  adamdır.  O,  özünə  tabe  olan  adamlarla  sərt, 

kobud, vəhşicəsinə rəftar edir, Xanın qarşısında isə yaltaq-

lanır,  onun  qəlbini  ələ  almağa,  ruhunu  oxşamağa  çalışır. 

Nökərlərinə ağır cəza kəsən vəzir özündən güclülərin qar-

şısında diz çoküb yalvarır, yeri gələndə uşaq kimi ağlayır. 

Xanın  hörmətini  qazanmaq,  öz  yerini  şirin  salmaq  üçün 



 

- 42 - 


baldızı  Nisə  xanımı  Xana  verməyi  vəd  edir  və  bu    işdə 

vasitəçi olur. 

Mirzə  Həbibin  hərəkət  və  danışıqları  onu  tez-tez 

gülünc  vəziyyətə  salır:  gah  dizinə  xəlbir  dəyib  ah-uf  qo-

parır,  hirslənib  nökərləri  cəzalandırır,  gah  başına  badya   

geydirilir, gah da özünün zor və gücündən dəm  vurur. O, 

həmişə  ağıldan,  bacarıqdan  danışır  və  bu  danışıqda  onun 

ağılsızlığı,  bacarıqsızlığı  üzə  çıxır.  Yazıçı  Mirzə  Həbibin 

vəzirlik  vəzifəsi  ilə  yüngül  hərəkətləri  arasındakı  uyğun-

suzluğu təsvir etməklə xarakterin komizmini açır. 

Komediyada Xan və Mirzə Həbib surətlərinə əks möv-

qedə  Teymur  ağa surəti  dayanır.  O, Xanın  qardaşı  oğludur. 

Xasiyyətcə  nəcib,  əxlaq  və  mənəviyyatca  təmiz,  ağıllı  bir 

gəncdir; ədalətli, mərd və alicənabdır. Teymur ağa hakimiy-

yəti  ələ  alan  kimi  xanlığı  bacarıqsız  və  ləyaqətsiz  vəzirlər-

dən təmizləyir. Buna baxmayaraq o, əsərdə zəif, fəaliyyətsiz 

təsvir  olunur  və  əsasən  Nisə  xanımı  ürəkdən  sevən  bir  aşiq 

kimi yadda qalır.  

M.F.Axundzadənin yaradıcılığında «Hekayəti-mərdi-

xəsis»  komediyası  xüsusi  yer  tutur.  Bu  əsər  çox  zaman 

qəhrəmanın  adı  ilə  «Hacı  Qara»  adlanır.  Komediya  dünya 

ədəbiyyatında  geniş  yayılmış  xəsislik  mövzusunda  yazıl-

mışdır. Lakin M.FAxundzadə ənənəvi mövzunu tamam ye-

ni tərzdə işləmiş, orijinal bədii surətlər  yaratmışdır. Əsərin 

komik qəhrəmanı və əsas gülüş hədəfi Hacı Qaradır. Onun 

başlıca xüsusiyyəti xəsislikdir; pullarını sandığa yığıb sax-

layır, nə özünə, nə də ailəsinə sərf edir. Arvadı Tükəz onun 

bu  eybəcər  xasiyyətini  pisləyərək  deyir:  «Uşaq  aşıq  yığan 

kimi  bu  qədər  pulu  yığıb  nə  eləyəcəksən?  Yüz  il  ömrün 

ola,  yeyəsən,  geyəsən,  içəsən,  sənin  pulun  tükənməz...  Öz 

malını  nə  özün  yeyib-içirsən,  nə  əyalına  məsrəf  edirsən. 

Sən ölsən, heç olmazsa, arvad-uşağın doyunca   çörək  ye-

yər». 


 

- 43 - 


Hacı  Qara  xəsis  olmaqla  yanaşı,  həm  də  tamahkar  və 

acgöz tacirdir. Var-dövlətinin çox olmasına baxmayaraq o, yüz 

manat zərərin dərdini çəkir. Hacı Qara eyni zamanda yalançı, 

ikiüzlü və qorxaqdır. Vəziyyətdən asılı olaraq, gah çox mehri-

ban  və  qonaqpərvər,  gah  da  kobud  və  nəzakətsiz  bir  adam   

olur. Pyesdə  iştirak etdiyi bütün səhnələrdə Hacı Qara komik 

planda  göstərilir. Onun danışığı ilə hərəkətləri  arasında möh-

kəm ziddiyyət vardır. Qaçaq mal alverinə getməyə hazırlaşar-

kən igidlikdən, qoçaqlıqdan dəm vuran, öz fərasətindən, baca-

rığından danışan  Hacı  Qaranın  Araz  çayını keçərkən  atın üs-

tündən suya yıxılması həqiqi gülüş üçün estetik zəmin yaradır. 

«Hacı Qara» komediyasında diqqəti cəlb edən maraqlı 

surətlərdən  biri  də  Heydər  bəydir.  O,  Cavanşir  mahalında 

böyük hörməti, nüfuzu olan bir mülkədar –bəy nəslindəndir. 

Lakin Heydər bəy iflasa uğramış, var-yoxdan çıxmışdır. İki 

ildən bəri nişanlı olmasına baxmayaraq, evlənmək üçün toy 

xərci  düzəldə  bilmir.  Bəyin  dostları  ona  qızı  götürüb  qaç-

mağı  məsləhət  bilirlər.  Amma  bu  iş  Heydər  bəyə  çox  ağır 

gəlir,  hətta  «ölümdən  betər  görünür».  Çünki  xalq  arasında 

deyəcəklər  ki:  «Qurban  bəyin  oğlu  pul  tapmadı  toy  edə, 

nişanlısını götürdü qaçdı». 

Heydər bəy komik planda deyil, dramatik planda təq-

dim edilir. Onun danışıqlarında lovğalıq  əlamətləri duyulsa 

da,  fəaliyyətində  gülüş  doğuran  komik  məqamlar  yoxdur. 

Əksinə,  Heydər  bəy  ciddi,  mərd  və  cəsur  bir  gəncdir.  Er-

məni  yasovulları  ilə  rastlaşarkən  onların  qarşısında  tək  da-

yanır və özünün cəsarəti ilə «on nəfər yaraqlı-əsbablı ermə-

nilərin»   hamısını   qorxudub   yoldan çəkindirir. 

Keçmiş  həyat  tərzini,  köhnə  feodal-patriarxal  adət-

ləri qızğın müdafiə edən Heydər bəy torpaqda çalışmağın, 

ağır zəhmətlə  yaşamağın  əleyhinədir. Onun fikrincə halal 

zəhmətlə  maddi  tələbatı  ödəmək  mümkün  deyil.  Buna 

görə  də  Heydər  bəy  keçmiş  günləri  həsrətlə  xatırlayaraq 

deyir: «Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? 



 

- 44 - 


Nə  at  çapmağın  qiyməti  var,  nə  tüfəng  atmağın  hörməti 

var!.. Ah, keçən günlər! Hər həftədə, hər ayda bir karvan 

çapmaq olurdu, bir ordu dağıtmaq olurdu». 

Şübhəsiz, Heydər bəyin əməyə xor baxması ona qarşı 

ikrah hissi oyadır. M.F.Axundzadə yaratdığı surətin bu xü-

susiyyətini  bəyənmir.  Lakin  yazıçının  Heydər  bəyə  nifrəti 

yoxdur  və  onun  simasında  milli  geriliyi,  əxlaqi  naqisliyi 

deyil, dövrün, zəmanənin insan xarakterində əmələ gətirdiyi 

ziddiyyətləri göstərir. 

«Hacı  Qara»  pyesində  Tükəz  və  Sona  xanım  kimi 

ağıllı,  gözəl  qadın  surətləri  vardır.  Tükəz  əri  Hacı  Qaranın 

xəsisliyini,  tamahkarlığını  pisləsə  də,  onun  qayğısına  qalır. 

O,  Hacı  Qaranı  təhlükəli  səfərdən  çəkindirmək  istəyir,  əri 

səfərdən  gec  qayıtdıqda  ondan  ötrü  narahat  olur,  həyəcan 

keçirir. Sona xanım isə obada, alaçıqda böyümüş saf ürəkli 

gənc bir qızdır. O, Heydər bəyi ürəkdən, həqiqi məhəbbətlə 

sevir,  tezliklə  ailə  qurmaq  istəyir.  Sona  xanım  nişanlısının 

həyat  tərzini  pisləyir,  onu  oğurluq,  quldurluq,  qaçaqçılıq 

kimi pis əməllərdən çəkindirməyə çalışır. 

Komediyada hadisələr iki xətt üzrə inkişaf edir: Hey-

dər  bəy  toy  etməkdən  ötrü  pul  tapmaq,  Hacı  Qara  isə  ti-

carətdə  düşdüyü  yüz  manat  zərərin  yerini  doldurmaq  üçün 

qaçaq  mal  alverinə  gedirlər.  Heydər  bəylə  bağlı  hadisələr 

ciddi  dramatik  planda,  Hacı  Qara  ilə  bağlı  hadisələr  isə 

komik planda təsvir edilir. Bu hadisələr üzvi şəkildə bir-bi-

rinə bağlanaraq, ibrətamiz bir tama çevrilirlər. 

M.F.Axundzadənin  sonuncu  dram  əsəri  «Mürafiə  və-

killərinin  hekayəti»  (1855)  komediyasıdır.  Əsərin  mövzusu 

Cənubi  Azərbaycan  həyatından  götürülmüşdür.  Təbrizin 

varlı  tacirlərindən  olan  Hacı  Qafur  ölərkən  var-dövlətinin 

bacısı  Səkinə  xanıma  çatacağını  bildirir.  Ancaq  Hacı  Qa-

furun  siğə  arvadı  Zeynəb  məhkəməyə  şikayət  edib,  mirası 

öz əlinə keçirmək istəyir. Bundan ötrü Ağa Mərdan Halvaçı 


 

- 45 - 


oğlunu  vəkil  tutur  ki,  məhkəmədə  onun  iddiasının 

doğruluğunu   müdafiə   etsin. 

Beləliklə,  Səkinə  xanımla  Zeynəb  arasında  ciddi  ix-

tilaf  başlanır.  Bu  ixtilaf  genişlənərək,  haqla  nahaq,  xeyirlə 

şər  arasında  mübarizəyə  çevrilir.  Əsərdə  haqqın  təmsilçisi 

Səkinə xanım və tərəfdarları, nahaqqın, şərin təmsilçiləri isə 

Zeynəb xanımın tərəfdarları, xüsusilə vəkil Ağa Mərdandır. 

Səkinə  xanım  öz  hüquqlarını  cəsarətlə  müdafiə  edir.  Bibisi 

onu  istəmədiyi  Ağa  Həsənə  ərə  vermək  istəyir.  Ancaq  Sə-

kinə xanım bibisinin bu niyyətinə qarşı çıxaraq deyir: «Yax-

şı  deyil,  bibi!  Sənə  mən  nə  zaman  izin  vermişəm  ki,  məni 

Ağa  Həsənə  verəsən?  Mənim  bu  saatda  nə  atam  var,  nə 

anam, nə qardaşım; özüm öz vəkiliməm». 

Səkinə  xanımdan  rədd  cavabı  alan  Ağa  Həsən  onu 

hədələyir.  Ancaq  Səkinə  xanım  bu  hədələrdən  qətiyyən 

qorxmur. O deyir:  «Get  bildiyini elə! Eləməsən  səndən əs-

kik adam yoxdur... Əlindən gələni beş qaba çək!» 

«Mürafiə  vəkillərinin  hekayəti»  pyesində  əsas  tənqid 

hədəfi Ağa Mərdan Halvaçı oğludur. Yazıçı onun simasında 

hiyləgər,  fırıldaqçı  vəkillərin  surətini  yaratmışdır.  O,  müx-

təlif  kələklər  qurmaqla  məhkəmələrdə  haqqı  nahaqqa  qur-

ban  verib,  haram  pullar  qazanır.  Ağa  Mərdan  Səkinə  xanı-

mın qanuni mirasını əlindən çıxarmaq üçün hiylə işlədərək, 

Hacı Qafurun yeddi aylıq bir oğlu qaldığını təsdiq edən ya-

lançı  şahidlər düzəldir, onlara rüşvət  verib məhkəməyə  gə-

tirdir. Ancaq məhkəmədə şahidlər həqiqəti  açıb  söyləyir və 

Ağa Mərdan ifşa olunur. 

Beləliklə, M.F.Axundzadənin başqa pyeslərində oldu-

gu  kimi  «Mürafiə  vəkillərinin  hekayəti»  əsərində  də  xeyir 

şərə qalib  gəlir. Yalançı, rüşvətxor, ikiüzlü,  satqın adamlar 

ifşa olunur və

 

əsər Səkinə xanımın qələbəsi ilə sona çatır. 



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin