(Rəssam Mirzə Qədim İrəvani)
(Rəssam general-mayor Qriqori Qaqarin)
Azərbaycan Ensiklopediyasında Hüseynəli xanın
miladi tarixi ilə 1783-cü ildə vəfat etdiyi göstərilir:
"Kartli-Kaxeti hakimiyyəti Rusiyanın himayəsi altına
keçdiyinə görə 1783-cü ildən İrəvan xanlığının da Ru-
Ayaq üstə dayanmış
oğlan portreti
Oturmuş qadın
portreti
İrəvanda karvansara
Sərdabad qalası uğrunda döyüş
səhnəsi
70
siyaya meyli gücləndi. Osmanlı imperiyası Qafqazda
Rusiyanın siyasətinin güclənməsindən narahat idi. Bu-
na görə İrəvanın yeni hakimi Qulaməli xanı Gürcüstan
əleyhinə qaldırmağa çalışırdı. Ancaq tezliklə Qulaməli
xan II İraklinin tərəfdarlarının əli ilə qətlə yetirildi və
onun yerinə Əli Məhəmmədxan gəldi".
Məhəmməd xan Qacar İrəvani İrəvanın sonrakı
hakimi oldu. Qacar tarixinin müəllifi hicri-qəməri ta-
rixi ilə 1201-ci il hadisəsindən danışarkən onu Urmiya
bəylərbəyi Məhəmmədqulu xanın sadiq müttəfiqi kimi
təqdim etmişdir. Həmin ildə Xoy hakimi Hüseynqulu
xan Donbolinin xərac verməkdən boyun qaçırması
Məhəmmədqulu xanı qəzəbləndirdi. O, Azərbaycan
əmirlərini, o cümlədən Məhəmməd xan İrəvanini
çağırıb, Xoy və Səlmas üzərinə hücuma apardı.
1
İrəvan Ağa Məhəmməd xan Qacar dövründə
Ağa Məhəmməd xan Qacar Lütfəli xan Zəndi
hakimiyyətdən saldıqdan sonra diqqətini Azərbaycan
vilayətlərinə yönəltdi. Burada bir neçə il idi ki, xanlar
mərkəzi hakimiyyətə tabe deyildilər. Ağa Məhəmməd
xan atasının bu torpaqlara uğursuz hücumlarını qələbə
ilə başa çatdırmaq və bu barlı-bəhərli bölgənin iqtisadi
və ticari üstünlüyündən istifadə etmək istəyirdi. Onun
hərb maşınının xərcləri dəhşətli dərəcədə çox idi. Artıq
onu daxili qarət və soyğunçuluq hesabına ödəmək
mümkün deyildi. Buna görə də o, Azərbaycanın qızıla
bərabər torpaqlarını ələ keçirməyə çalışırdı.
2
1
Bax: Əlipur Səfər. Qacar dövründə Qafqazın yerli hökumətləri,
səh.92
2
Bax: Pənahi Simnani. Ağa Məhəmməd Qacar, səh.184
71
Ağa Məhəmməd Kirmanı fəth edəndən sonra
qoşunun baharda Tehranın ətrafında toplanması barədə
göstəriş verdi. Oraya təqribən 60 min insan gəldi.
Novruzdan 53 gün sonra (şəmsi təqvimi ilə 1174-cü
ilin ( miladi tarixi ilə 1795-ci il) ordibehişt ayının 23-
də) o, Tehrandan çıxdı. Son ana qədər Ağa Məhəmməd
xanın haraya yollanacağını heç kəs bilmirdi.
Qacar ordunu üç hissəyə böldü: bir hissəni sağ
tərəfdən Muğana, Şirvana, Dağıstana göndərdi. İkinci
hissəni sol tərəfdən İrəvan istiqamətinə yolladı. Özü
isə onların arasında Qarabağın möhkəm qalalarından
hesab olunan Şuşa qalasına doğru irəlilədi. Süleyman
xan Araz çayı üzərində körpü saldırdı və oradan
keçdilər.
1
35 günlük mühasirədən sonra İrəvan qalası
Ağa Məhəmməd Qacarın ixtiyarına keçdi.
2
Ağa Məhəmməd xan
Qacar bu səfərdə Gürcüstana
hücum etdi və 15 nəfəri əsir
edib özü ilə apardı. 1796-cı
ildə Rusiya qoşunları general
Zubovun komandanlığı altın-
da hücum əməliyyatlarına
başladı. Bu zaman Xorasan
bölgəsində cari işlərlə məş-
ğul olan Ağa Məhəmməd
xan Azərbaycan hakimlərin-
dən, o cümlədən İrəvan bəy-
lərbəyi Məhəmməd xandan,
Təbriz və Xoy bəylərbəyi
Hüseynəli xan Donbolidən
və digərlərindən məktublar
1
Bax: Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. I cild, səh.66
2
Bax: Azərbaycan Ensiklopediyası
72
aldı. Həmin məktublarda da bu barədə yazılmışdı:
“Rusiya imperatriçası Tiflisdə qətlə yetirilmiş bir qrup
rus əsgərinin intiqamını almaq üçün kifayət qədər
yaxşı silahlanmış və toplarla təchiz edilmiş 80 minlik
ordunu bölgəyə göndərib. Başqa bir dəstə isə Dərbəndi
mühasirəyə alıb. Bundan əlavə, Bakı və Talış bölgəsi
ruslara təslim edilib, Şirvan və Gəncə camaatı da əmrə
tabe edilib. Adı çəkilən bölgədə vəziyyət qarışıq, əhali
isə pərişandır. Gərək tezliklə bir əlac fikirləşəsiniz, əks
halda, bütün nizam-intizam pozulacaq”.
1
Ağa Məhəmməd xan tərəfindən İrəvan hakimliyi
vəzifəsi saxlanılmış və Məhəmməd xan Qacar İrəvani
də Azərbaycanın əksər yerli əmirləri kimi dinclik
xatirinə Ağa Məhəmməd xanın dostluq həlqəsinə
qoşulmuşdu. Amma fürsət düşsəydi, başqa bir hami
tapıb, ondan kömək istəyərdi. O, hicri-qəməri tarixi ilə
1209-1211-ci illərdə Osmanlı dövlətinə tərəf üz çevirdi
və Osmanlı sultanı III Süleymana və Ərzurum valisi
Yusif paşaya yazdığı məktubda Ağa Məhəmmədin
yenidən qoşun çəkməsi barədə məlumat verərək, ona
kömək əli uzadılmasını, Osmanlı dövlətinin hima-
yəsinə qəbul edilməsini xahiş etdi.
2
Ağa Məhəmməd xan Qacar İrəvan xanını zindana
salıb, idarəçilik işlərini Əliqulu xana tapşırdı. Ağa
Məhəmmədin qətlindən sonra 1797-ci ildə Əliqulu
xanı İrəvandan qovdular. Həmin ilin sonlarında Fətəli
şah Məhəmməd xanı zindandan azad edib, yenidən
İrəvanın hakimi təyin etdi.
3
1
Xanək Eşqi. Siyasət-e nezami-ye Rusiye dər İran (1790-1810-cu
illər), səh.42
2
Bax: Əlipur Səfər. Hokumətha-ye məhəlli-ye Qəfqaz dər əsr-e
Qacar, səh.92
3
Bax: Azərbaycan Ensiklopediyası
73
XIX əsrin astanasında İrəvanın iqtisadi
durumuna bir nəzər
Çarlz İsəvi özünün mükəmməl "İranın iqtisadi
tarixi - Qacariyyə dövrü (hicri-qəməri 1215-1332-ci
illər)" əsərində XIX əsrin birinci yarısında İrəvanın
iqtisadi vəziyyəti barədə qiymətli məlumatlar vermiş-
dir. O, İrəvanın sənətkar və xırda tacirlərinin təşkilati
vəziyyəti barədə yazır: "Sənətkarlar kütləsi ustalardan
ibarət idi. Ustalar kustar sənaye məhsullarının isteh-
salında çox mühüm yer tuturdular. Gəlirləri hər peşə
üzrə ustaların sayına uyğun olurdu. Ustalar öz peşələri
ilə bağlı olmayan əmtəə istehsal etmək hüququna da
malik idilər. Peşə üzrə hər hansı inhisarçılığa yol veril-
mirdi və sənətkarlar onların üzvlərindən hər hansı biri-
nin başqa işə keçməsinin qarşısını ala bilməzdilər. La-
kin rəqabətdən qorunmaq üçün hər bir usta öz istehsal
etdiyi məhsulu yalnız müəyyən bir yerdə satırdı və
müştəriləri aldatmaq hüququ yox idi. O, mal satarkən
kimdənsə qabağa keçə, ya öz malını tərifləyə, başqala-
rının malını pisləyə bilməzdi. Ödədikləri icarə haqları
onları daxilən birləşdirirdi və əgər bir usta keyfiyyətsiz
mal düzəltsəydi, müştərini aldatsaydı və s. onun dükanı
mıxlanar, həmin dükan başqasına verilərdi.
Yalnız ustaların haqqı var idi ki, özlərinə şagird
götürüb, peşələrini onlara öyrətsinlər və onları usta
olmağa hazırlasınlar. Ustaların yanında işləyən
şagirdlərin sayı sabit deyildi. Adətən, hər ustanın bir və
ya iki şagirdi olurdu. XIX əsrin birinci 30 illiyyində
İrəvan şəhərində ustalarla şagirdlər arasındakı nisbət
təqribən aşağıdakı kimi idi:
74
ustaların
sayı
şagirdlərin
sayı
Çəkməçi
10 15
Dulusçu 11
19
Bənna
25 70
Dəmirçi
20 45
Nalbənd 12
10
Dərzi
18 20
Pinəçi 60
150
Gümüş mütəxəssisi
6 21
Metal ustası
40 3
Dülgər və taxta ustası
49 150
Yəhər ustası
8 19
Yegizarovun dediyinə görə, İrəvan sənətkarları 722
nəfər usta və 667 nəfər şagirddən ibarət idi. Birbaşa
olmasa da, hər ustaya bir şagird düşürdü, əlbəttə,
elələri də var idi ki, ümumiyyətlə, şagirdi yox idi.
Çörəkçilərin və misgərlərin şagirdi olmadığı halda,
dülgərlərin, pinəçilərin, bənnaların hər birinin 4 şagirdi
var idi. Ölkənin bütün şəhərlərində şagirdlərlə ustaların
sayı fərqli idi. Sənətkarlıqla əlaqəsi olmayan ustaların
şagirdlərinin sayı məhdud idi. İrəvan, Naxçıvan, Or-
dubad şagirdlərinin və ustalarının sayı aşağıdakı kimi
idi: İrəvanda 143 usta, 43 şagird, Naxçıvanda 109 usta,
41 şagird, Ordubadda 140 usta və 128 şagird var idi.
...Ustalar lazım olan halda özlərinə fəhlə götürür-
dülər. Məsələn, İrəvanda 6 nəfər taxıl tacirinin şagirdi
yox idi, amma taxılı daşımaq, yükləmək işinə 24 nəfər
fəhlə cəlb etmişdi. Çörəkçilərin də şagirdi yox idi, lakin
bu sahədə çalışan 18 nəfər usta 50 nəfər fəhlə işə
götürmüşdü. Bu şəhərdəki 52 nəfər baqaliyyə tacirinin
nə şagirdi, nə də fəhləsi var idi. Amma 10 nəfər ayaqqa-
75
bı ustasının yanında beş fəhlə və 15 şagird çalışırdı. 11
nəfər dulusçu 23 ixtisaslı fəhlə və 19 şagird işə cəlb et-
mişdi. 25 nəfər usta-bənna bu qayda ilə öz əlinin altında
18 fəhlə və 70 şagird işlədirdi. 7 nəfər dəri ustasının 30
fəhləsi olduğu halda, bir nəfər də şagirdi yox idi. 6 gü-
müş ustasının 8 fəhləsi və 21 şagirdi, 8 sərracın (yəhər
ustasının) 12 fəhləsi və 19 şagirdi, 49 dülgərin 90 fəh-
ləsi və 150 şagirdi var idi. Dəmirçilər, misgərlər (dəmir
lövhə düzəldənlər), nalbəndlər, şam düzəldənlər, metal
ustaları, iptoxuyanlar, nəleyndüzəldənlər (mollalar üçün
çustabənzər ayaqqabı), yun parça ustaları, hətta bir nəfər
fəhlə belə saxlamırdılar. Hər peşənin sərmayə qoyuluşu
məhdud və az idi. Peşə ustaları yalnız bir və ya iki
şagirdlə işləyirdilər. Çox iş və fəhlə tələb edən sənətlər
sənətkarlıq mərtəbəsi sırasında olmayıb, kapitalist
emalatxanaları istehsalının göstəricisi sayıla bilərdi".
1
Əhməd Əşrəf də bu sahə ilə bağlı məlumat verir. O
yazır: "İrəvanda, demək olar ki, hər ustanın bir şagirdi
var idi. XIX əsrin əvvəllərində bu şəhərdə 722 usta və
667 şagird çalışırdı. Şagirdlik yaşı adətən 12 yaşdan
başlanır və həmin şagird 10 ilə ustalıq məqamına
çatırdı. Ustalar öz şagirdlərinə dini işləri və sənətin
sirlərini öyrədirdilər. Şagird öz ustasından yemək və
paltar alırdı, lakin onun əməkhaqqı almaq hüququ yox
idi, yalnız şagirdlik pulu alırdı. Ustadlıq məqamına
yüksəlmiş şagirdin belinə xüsusi kəmər bağlanır və
onun əməkhaqqı artırılırdı. Bəzi hallarda sənətkarlar
günəmuzd fəhlələrdən istifadə edirdilər. Bəzi sənət-
karlar isə işə yalnız günəmuzd fəhlə götürür, başqaları
isə həm günəmuzd fəhlə, həm də şagird saxlayırdı".
2
1
Çarlz İsəvi.Tarix-e eqtesadi-ye İran. Tərcümə edən:Yəqub Ajand,
səh.146 və 218
2
Əhməd Əşrəf. Məvane-ye tarixi-ye roşd-e sərmayedari dər İran,
doure-ye Qacariyye, səh.32
76
Çarlz İsəvi kitabının digər bir bölməsində yazır:
"İrəvanda pambıq əkini geniş yayılmışdı. İstehsal
olunan məhsulun bir hissəsi Türkiyəyə, bir hissəsi isə
Tiflisə daşınırdı. Ancaq məhsulun Trabzona çatıb-
çatmaması haqqında əlimizdə məlumat yoxdur".
1
İrəvan İpək yolunun üstündə olduğundan müsafir-
lər və tacirlər buradan keçirdi. Buna görə də o, mü-
hüm şəhərə çevrilirdi. Kembric Universitetinin profes-
soru Pyotr Avri yazır: "Ağa Məhəmməd xan Qacar
İrəvan, Xoy, Rəşt, Qəzvin kimi şəhərləri xarici
ticarətin əsas dayaqları səviyyəsinə qaldırdı. İrəvan və
Xoy şəhərləri Qara dəniz vasitəsilə Qafqaz və
Osmanlının ticarət mərkəzləri sırasında idilər ".
2
Çalz İsəvi "Xalçaçılıq" bölməsində bu sənət barədə
şərh verdikdən sonra, onun ixracı haqqında yazır:
"Təbriz mühüm xalçaçılıq mərkəzi idi. Trabzon və İrə-
van yolu ilə Təbriz xalçaları xarici ölkələrə çıxarılırdı”.
3
İrəvan əmtəə ixracatının əsas yolu olduğu kimi,
Avropa mallarının idxalı sahəsində də mərkəzi xətt
hesab olunurdu. Adını çəkdiyimiz müəllif bu barədə
yazır: "Rəqabətin digər səbəbi Avropa mallarının
Qafqazdan gömrük haqqı olmadan keçməsi idi. Mallar
Qara dəniz vasitəsilə Potidən Batuma daşınır, oradan
İrəvana, İrəvandan isə Təbrizə aparılırdı".
4
1
Çarlz İsəvi.Tarix-e eqtesadi-ye İran. Tərcümə edən:Yəqub Ajand,
səh.218, 448
2
Pyotr Avri. Tarix-e moaser-e İran. I cild, tərcümə edən:
Məhəmməd Rəfi Mehrabadi, səh.154
3
Çarlz İsəvi.Tarix-e eqtesadi-ye İran. Tərcümə edən:Yəqub Ajand,
səh.218, 448
4
Yenə orada, səh.218, 448
77
İrəvan İran-Rusiya müharibələrində
İran-Rusiya müharibələrinin hər iki mərhələsində
İrəvanın azərbaycanlı əhalisi çar ordusuna qarşı rəşadət
və cəsarətlə vuruşmuşdur. Onların igidlik və qəh-
rəmanlığını Azərbaycan tarixinin qızıl səhifələrindən
saymaq olar.
“Məftun” təxəllüslü Əbdürrəzaq Dünbüli “Sulta-
niy-yə” əsərində rusların hücumları qarşısında İrəvanın
müsəlman əhalisinin göstərdiyi qəhrəmanlığı və
şücaəti şərh edərək yazır:
Bütün ruslar qan və torpaq içində
Nizələrin başı sinələri param-parça edib.
İti qılınclardan bədənlər
Kəsik-kəsik, doğram-doğram.
Qəlpələr dolu kimi yağdı.
Baş, sinə, ayaq, papaq töküldü xəndəyə.
Xəncər kəsib-doğramaqdan par-par yanırdı,
Qalanın divarından qan su kimi axırdı.
Həmin döyüşdə qılıncların doğradığı
Meyidlərlə xəndək və arxlar dolmuşdu.
1
Bu müharibələrin birinci mərhələsində İrəvan ha-
kimi Məhəmməd xan Qovanlu Qacar ruslarla razılığa
gəlsə də, şəhərin müsəlman əhalisi düşmən qarşısında
mətanətlə dayandı. Hicri-qəməri tarixi ilə 1228-ci ildə
(miladi tarixi ilə 1813-cü ildə) ədalətsiz Gülüstan
müqaviləsinin bağlanması ilə döyüşlərin birinci mərhə-
ləsi başa çatdı. Bu biabırçı müqaviləyə görə, Arazın o
1
Hidayətullah Behbudi. Ədəbiyyat dər cəngha-ye İran və rus,
səh. 14
78
tayındakı vilayətlərin çoxu zorla Rusiya imperiyasına
birləşdirildi. İrəvan və Naxçıvan şəhərləri Qacarlar
dövlətinin əlində qaldı. Bu iki şəhər strateji baxımdan
son dərəcə əhəmiyyətli idi. Nəsrəddin şahın xüsusi
həkimi fransız Fövriyyə, İrəvan və Naxçıvanı Fran-
sanın Elzas və Lurnu şəhərləri ilə müqayisə etmişdir.
1
Gülüstan müqaviləsi bağlandığı vaxtdan ta İran-
Rusiya müharibələrinin ikinci dövrünə qədərki 13 il
ərzində cəbhələrdə sakitlik bərqərar oldu və İranla
Rusiya arasında zahirən sülh hökm sürdü. Amma bu
müqavilədən doğan təhqir və məğlubiyyət acısı cəmiy-
yəti sarsıtmış, xalqın qəlbində kin və nifrət yaratmışdı.
Azərbaycan əhalisinin bu dövrdəki ümumi narazılığı
Gülüstan müqaviləsinə qarşı ictimai etirazların bariz
nümunəsidir. XIII əsrin birinci yarısının (hicri) ədib və
tarixçisi Əbdürrəzaq Dünbüli hicri-qəməri tarixi ilə
1229-cu ilin hadisələrini şərh edərkən yazırdı: "...İki
min nəfər İrəvan sakini könüllü şəkildə cihada qalxıb
silahlanmış, bir neçə alim, çalmalı ərbab, zöhd və təq-
va əhli kəfən geyinib, qələbə qılıncı qurşamışdılar...".
2
Qəhrəman İrəvan camaatı təpədən-dırnağacan
nifrət ruhunda köklənmişdi. Onlar irəvanlı sərkərdə
Hüseyn xanın və onun qardaşı Həsən xan Sarı Aslanın
komandanlığı altında silaha sarılaraq düşmənlə ölüm-
dirim mübarizəsinə qalxdılar. Səid Nəfisinin yazdığına
görə, "Hicri-qəməri tarixi ilə 1241-ci ilin zilhiccə ayın-
da (miladi tarixi ilə 1826-cı ilin iyun ayında) başlamış
ikinci müharibədə ilk olaraq İrəvan sərkərdəsi Hüseyn
xan beş min nəfərlik ordu ilə Gülüstan müqaviləsindən
1
Doktor Fövriyyə. Se sal dər dərbar-e İran. Tərcümə edən: Abbas
İqbal, səh.147
2
Hidayətullah Behbudi. Ədəbiyyat dər cəngha-ye İran və rus,
səh.59
79
sonra yaranmış sərhəddən keçib Rusiya tərəfindən
işğal olunmuş əraziyə daxil olmuşdur".
1
Müharibələrin ikinci mərhələsinin əvvəllərində
Yermolovun komandanlığı altındakı Rusiya orduları-
nın ardıcıl məğlubiyyəti çar I Nikolayı qorxuya saldı.
O, vəziyyətdən çıxmaq üçün general Paskeviçi əvvəlcə
tam səlahiyyətlə Yermolova yardımçı göndərdi, sonra
isə ordu komandanlığını ona həvalə etdi. General
Paskeviç çox təcrübəli idi. O, ilk döyüşlərdən qarşı
tərəfin zəif nöqtələrini aşkar edir və növbəti səfərlərdə
qələbə qazanmağa başlayır. Qələbə xəbəri çarı sevindi-
rir və o, Paskeviçə yazdığı məktubda ona razılığını
bildirməklə yanaşı, İrəvan şəhərinin müsəlman əha-
lisinin müqavimətindən narahatlığını bildirir: "Prins
Menşikovun İrəvan barədə göndərdiyi məlumatlardan
aydın olur ki, İrəvanda olduqca ciddi müqavimətlə
rastlaşacağınızı gözləməlisiniz, onun mühasirəsindən
çəkinməməlisiniz və buna hazır olmalısınız.
2
Sonrakı hadisələr göstərdi ki, çarın qorxusu əbəs
deyilmiş. Təbii ki, bu müharibənin bütün təfərrüatını
burada əks etdirmək mümkün deyil. İrəvan əhalisinin
müqavimətini təşkil etmək üçün ziyalılar (alim və
yazarlar) şəhərin əhalisi içərisində çox ciddi təbliğata
başladılar.
İran-rus müharibələrinin ilk mərhələsində İrəvan
hakimi Məhəmməd xan Qovanlu Qacar rus sərkərdəsi
Sisyanovdan kömək istəmişdi. Lakin Səid Nəfisinin
yazdığına görə, "o, görəndə ki, ruslar irəliləyə bilmir,
qacarların tərəfini tutmaq istədi. Məhəmməd xan vəziri
Mirzə Şəfiyə İrəvan qalasına getmək barədə göstəriş
verdi. O getdi və sülh bağlamaq qərara alındı... Mə-
1
Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. I cild, səh.123
2
Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. II cild, səh.130
80
həmməd xan Qacarın hərəkətləri barədə məlumat Sis-
yanova çatan kimi o, hiyləyə əl atdı. Xəbərdarlıq etmə-
dən Dərkə yolundan İran ordularının üzərinə hücuma
keçdi, yenidən döyüş başlandı. Bu arada İran ordusu-
nun tərkibində olan Şəmsəddinli və Qazax süvariləri-
nin bir qismi qiyama qalxdı və əhalini qarət etməyə
başladı. İran ordusunun komandanlığı vəziyyəti belə
görüncə geri çəkildi. Qarşısında maneə görməyən Sis-
yanov İrəvana daxil oldu və şəhər məscidini qərargaha
çevirib, oradan topları istehkamlara yönəltdi; onunla
Məhəmməd xan Qacar arasında qızğın döyüş başladı.
Şəhərin müsəlman əhalisi bu qeyri-bərabər döyüş-
də bütün vasitələrlə işğalçılara nifrətini göstərdi. Bu
dövrü tədqiq edən Jan Yunir yazır: "İrəvan şəhərinin
came məscidi qərb tərəfdə idi. Ayrı-ayrı məzhəblərin
nümayəndələrinin qarışıq yaşadığı bütün şərq şəhərlə-
rində came məscidi müsəlmanların çoxluq təşkil etdiyi
ərazidə tikilirdi. Şəhərin qərbində də demək olar ki,
əhalinin hamısı müsəlman idi.
Dalov İrəvanın qərbinə daxil olandan sonra söz
verdi ki, müsəlmanlara dini nöqteyi-nəzərdən problem
yaratmayacaq və hər bir müsəlman öz şəri borcunu
sərbəst yerinə yetirə biləcək. Torpaqlarının Dalov
tərəfindən işğal edilməsindən qəzəblənən yerli əhali
heyıflərını azan vermək yolu ilə çıxırdılar. Səhər tez-
dən, günorta vaxtı və qürub çağı İrəvan kişilərinin bö-
yük əksəriyyəti şəhərin qərbində azan verir və şərq tə-
rəfdəki müsəlmanlar da onlara qoşulurdu. Əlahəzrətin
(şəhərin hakimi və Abbas Mirzə nəzərdə tutulur) bu
məsələdən xəbəri yox idi. Çünki o, İrəvan mühasirəyə
alınmazdan və Dalov şəhərə girməzdən qabaq oradan
getmişdi. Bir də eşitdi ki, şəhərin qərbində və şərqində
insanlar azan verməyə başlayıb, heyrətləndi. Əlahəzrət
81
gördü ki, heç kim onlara mane olmur. Dalovun
keşikçiləri sanki onları eşitmir. O da azanın ahəngini
tutmağa başladı, lakin azan vermək əvəzinə üzünü
şəhərin qərbinə tutub Məhəmməd xana müraciətlə dedi
ki, Abbas Mirzə ona kömək göndərir. Sabah gecə
həmin qüvvə hücuma keçəcək. Abbas Mirzə əlavə etdi
ki, keşikçibaşı Məhəmmədhüseyn xanın komandanlığı
ilə onun əsgərləri hücuma başlarkən o da həmlə etsin.
İrəvan döyüşü müsəlmanların rus ordusu ilə mü-
haribəsində unudulmaz səhifələrdən biri olub. Həmin
gecə İrəvanın müdafiəçiləri çar zabit və əsgərlərini çox
ağır hala saldılar. Müsəlman ölkələrində müqəddəs
yerlərin bəst yeri olduğunu bilən ruslar qaçıb şəhər
məscidinə doluşaraq aman istədilər. Şəhərin müdafiə-
çiləri səhərə qədər döyüşdülər. Şəhərin keçid və yolları
rus əsgərlərinin meyitləri ilə örtülmüşdü, bütün arxlar
ərğuvan kimi qızarmış, sanki torpağın üstünü lalələrlə
rəngləmişdilər. Dalov müharibənin davam edəcəyi
təqdirdə sonuncu əsgərinin də məhv olacağını görüb
geri çəkildi".
1
Bütün bu döyüşlərdə ermənilərə etimad göstəril-
mədi, çünki onlar ruslarla yaxınlaşmağa fürsət ax-
tarırdılar. Səid Nəfisi bu barədə yazır: "Həmin günün
səhəri şəhərin hakimi Məhəmməd xan Qacar dedi ki,
qalanın keşikçiləri ermənilərdir, qorxuram ki, onlar öz
dindaşları ilə birləşsinlər və qalanı təslim etsinlər. Fətəli
şah bir qrup əsgər göndərdi ki, gedib qalanı tutsunlar".
2
Müharibələrin ikinci dövründə ermənilər ruslarla
yaxın əməkdaşlıq etdilər. Bu xəyanətlərin bəzilərini
qeyd etmək yernə düşər. Səid Həfisi yazır: "Hicri-qə-
1
Jan Yunir. Delavəran-e qomnam-e İran dər cəngha-ye İran və
Rusiye. Tərcümə edən: Zəbihulla Mənsuri, səh.588
2
Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. I cild. səh.244
82
məri tarixi ilə 1242-ci ilin ramazan ayında (1828-ci ilin
25 aprelində) Benkedarov bir gecə əvvəl şah ordu-
sunun tərk etdiyi Eçmiədzin kilsəsini maneəsiz işğal
etdi. Orada dörd yüz nəfərlik şah qornizonu var idi.
Onlar köçəndə azuqə və erməni keşişlərini də özləri ilə
aparmışdılar. Bir qrup müsəlman süvarisi İrəvan sərda-
rı Hüseyn xanın qardaşı Həsən xan Sarı Aslanın ko-
mandanlığı ilə Sərdarabad, Eçmiədzin və İrəvan ara-
sındakı çöldə ordu düşərgəsi qurmuşdu. Sərdarabad
Hüseyn xan Sərdar tərəfindən İrəvan yolunun üstündə
qurulmuş qala idi və onun işğalı İrəvanın itirilməsi
demək idi. İrəvan şəhərinin zəbt edilməsi isə şah
ordusuna ən ağır zərbə ola bilərdi.
Ermənilərin katolikosu Nerses rus orduları ilə bir-
likdə Eçmiədzinə daxil oldu. Onun çox böyük nüfuzu
vardı. O, ermənilərin bir qrupunu silahlandırdı, azuqə
topladı və şah ordusunun vəziyyəti barədə məlumat
əldə etdi".
Dostları ilə paylaş: |