İrəvan Şah İsmayıldan Şah Abbasa qədər
Şah İsmayıl Xətai qiyamının başlanğıcında
Ərdəbilin coğrafi mövqeyini iqamətgah üçün münasib
bilmədiyindən, Çuxursəd vilayətinə getdi. Hicri-
qəməri tarixi ilə 905-ci ildə (miladi təqvimi ilə 1500-ci
ilin baharında) Ərdəbili ziyarət etdikdən sonra Göyçə
gölü tərəfə yola düşdü. Zahirən bu səfərin məqsədi
sultan Hüseynlə ittifaq bağlamaq kimi görünsə də,
əslində o, Anadoluya getmək istəyirdi. O, qışlaqda
çadır qurduğu vaxt bir neçə qasidini müridləri hazır-
lamaq üçün Anadoluya göndərdi. Qasidlərdən biri -
29
Həmzə bəy Qoçoğlu öz qəbiləsinə tərəf yola düşdü.
Burada özünü Cahanşah Qaraqoyunlu nəslindən hesab
edən Hüseyn Baraninin iddiası barədəki fikirləri bir
kənara qoysaq, o zaman İsmayılın ətrafında xeyli in-
sanın toplaşması barədə deyilənləri qəbul etməliyik.
Şeyx Səfəvi Hüseyn bəyin əli ilə tutulmasından
qorxduğu üçün gecə vaxtı öz müridləri ilə birgə həmin
yerdən qaçdı və İrəvanın cənubundakı Çuxursədə
gəldi. Burada ona doqquz dəstə (doqquz övlam)
birləşdi. Səfəvilərdən olan Qaraca İlyas da tabeliyin-
dəki şəxslərlə öz şeyxinin hüzuruna gəldi. İsmayıl
yoluna davam edərək Qaqızman, Ərzurum və
Tərcandan keçib Sarıqaya adlanan yerin cənubunda
qışı keçirdi (hicri-qəməri tarixi ilə 905-ci il / miladi
tarixi ilə 1500-ci il). İsmayıl burada ustaclı qəbiləsinin
çavuşlu tirəsindən ata babası Süleyman olan oğulları
qəbul etdi. İsmayıl 2 aydan artıq Sarıqayanı özünə
məskən seçdi. Bu müddətdə o, mağarada yaşayan və
yerli əhalinin rahatlığını pozan böyük ayını oxla
ayağından vuraraq müridlərini heyrətləndirdi və sonra
Ərzincana getdi".
Şah İsmayılın Ağqoyunlu Əlvənd Mirzə ilə
döyüşü də hicri-qəməri tarixi 907-ci ildə (miladi 1501-
ci ildə) Çuxursədin Şərur tərəfində baş verdi.
Əlvənd Mirzənin 30 minlik, İsmayılın isə 7
minlik qoşunu (Hüseyn bəy Rumlunun yazdığına görə,
əksəriyyəti cələfsiz idilər) Şərur yaxınlığında üz-üzə
gəldilər. Dərhal aydın oldu ki, Ağqoyunlu qoşunu dö-
yüşə yaxşı hazırlaşmayıb, çünki əsgərlərin fərariliyinin
qarşısını almaq üçün "göstəriş verildi ki, bütün dəvələri
toplayıb zəncirlə bir-birinə bağlasınlar və qoşunun
arxasında saxlasınlar. Beləliklə, hər kim vahiməyə
düşüb vadiyə tərəf qaçsa, yolu bağlanacaqdı".
30
Əlvənd Mirzənin ən cəsur əsgərlərindən bir
neçəsi - Lətif bəy, Seyid Qazi bəy (Seyid Qazi), Musa
bəy, Məhəmməd bəy Qıçığai qətlə yetirildilər. Tezliklə
Ağqoyunlu qoşunu darmadağın edildi və dəvələrin səfi
onların qaçmasına mane oldu. Əlvənd isə çox çətinlik-
lə də olsa, döyüş meydanından qaça bildi. Səfəvilər bu
döyüşdə böyük qənimət əldə etdilər. "Aləmara"da ya-
zılanlara görə, həmin döyüşdə 18 min adam həlak
olub.
Şərur döyüşündəki qələbə Azərbaycanı İsmayılın
ixtiyarına verdi. O, bu qələbədən sonra Təbrizə doğru
hərəkət etdi və burada xüsusi ehtiramla qarşılandı.
İsmayılın Təbrizə gəlişi Azərbaycan tarixində
böyük bir hadisəyə çevrildi. Həmin vaxtdan Səfəvi
sülaləsinin şahlığının əsası qoyuldu.
Mirzə Müslim Qüdsi Şəruru vəsf edən bir
şeirində yazır:
Əgər göz cahan üçün bir nur çeşməsidirsə,
Cahanın gözü Şərurdur.
O, elə bir mülkdür ki, dünya xaqanları
Daim ona sahib olmağa cəhd edib.
Onun bol nemətinə görə
Hücumlara məruz qalıb.
Bütün il boyu burada bahardır,
Onun baharı xəzandan uzaqdır.
Orada axan çayların kənarında geniş otlaqlar var,
Heyvan sürülərinin sayı-hesabı yoxdur.
Buraya hörümçək boyda bir heyvan gəlsə,
Bir neçə günə erkək dəvəyə çevrilər.
Yuxarıda deyildiyi kimi, İrəvan Şah İsmayıl
Səfəvi dövründə əsas şəhərlərdən biri kimi formalaşdı.
31
O, daim Şah İsmayılın xüsusi diqqətində olmuş və
sərkərdə Rəvanqulu xanı bu bölgəyə hakim təyin
edərkən şəhərin abadlaşdırılmasına diqqət yetirməyi
ona tapşırmışdı.
İrəvan Dövlət Universitetinin professoru, doktor
Georgi Nalbandyanın yazdığına görə, Şah İsmayıl Çu-
xursəd vilayətinin tiyuldarlıq haqqını yığmağı böyük
rumlu nəslinə tapşırmışdı. Bu nəslin hakimlərindən
biri Divsultan Rumlu idi. Əldə olan tarixi məxəzlərə
görə, Divsultan Rumlu İrəvanda diqqətçəkən tikinti iş-
ləri aparmışdı. Onlardan biri də böyük məscid
olmuşdu.
Məşhur fransız səyyahı J.Şardən öz “Səfərna-
mə”sində keçdiyi gözəgəlimli və diqqətəlayiq yerləri
sadalayıb təsvir edərkən erməni xəlifəliyinin ətrafın-
dakı viran olmuş bir məscidin də təsvirini verir. O,
qeyd edir ki, həmin məscid onun bünövrəsini qoyan
şəxsin adı ilə "Divsultan məscidi" adlanır.
Divsultan Rumlu Şah İsmayıl zamanında onun
oğlu Təhmasib Mirzənin tərbiyəçisi və lələsi olmuşdu.
Məlum olduğu kimi, Təhmasib 10 yaşında atasının
vəliəhdi və canişini təyin olunmuşdu.
Şah İsmayıl hərbi-strateji baxımdan önəmli olan
İrəvan qalasının təmiri və möhkəmləndirilməsi barədə
əmr verdi, şəhər və qala sonralar dəfələrlə osmanlıların
hücumuna məruz qaldı." Bu, osmanlılara müqavimət
göstərmək və əməliyyat aparmaq üçün İrəvan vilayə-
tində şahın əmri ilə iki silahqayırma müəssisəsinin
tikilməsinə səbəb oldu... İrəvan bəylərbəyliyi sikkə
buraxmaq hüququna da malik idi.
32
Səfəvi və Osmanlı dövlətləri arasında daimi ixtilaf-
ların bir səbəbi də İrəvan vilayətinin yerləşdiyi ərazi
ilə bağlı olmuşdur. Vilayətə sahib olmaq üstündə tərəf-
lər bir neçə dəfə üz-üzə gəlmişlər.
Şah İsmayılın hakimiyyəti dövründə ən ağır döyüş-
lər Çuxursəd vilayətində və Çaldıran çölündə getmiş-
dir. Çaldıran döyüşündəki məğlubiyyət Şah İsmayılı
sındırmışdır. "Bu qələbədən sonra Sultan Səlim öz
adəti üzrə qonşu ölkələrə məktublar göndərdi, özü isə
Təbrizə yollandı və bir neçə gün orada qaldı. Bir az
sonra Naxçıvana və İrəvana səfərə çıxdı. İrəvan və
Bayburd qalalarının fəthindən sonra Ərzurum yolu ilə
Amasiyaya gəldi.
İrəvan bölgəsində və
İrəvan xanlığında
dövriyyədə olan
Azərbaycan (Səfəvi)
pulları
İrəvan şəhərində zərb
olunmuş Azərbaycan
(Səfəvi) pulu
33
Çaldıran məğlubiyyəti o
vaxta qədər ardıcıl qələ-
bələr qazanan Şah İsma-
yılın əhval-ruhiyyəsinə
ağır təsir göstərdi və bəzi
tarixçilərin yazdığına gö-
rə, onda içki düşkünlüyü
yarandı. Şah İsmayıl Sul-
tan Səlimin ölümündən
sonra cəmi 4 il yaşadı. O,
daim Çaldıran məğlubiy-
yətinin qisasını almaq
barədə düşünürdü, lakin
tale bu arzusunu gerçək-
ləşdirmək üçün ona fürsət vermədi. Şah İsmayıl Səfəvi
hicri-qəməri tarixi ilə 930-cu ildə Şəki ətrafına ova ge-
dərkən xəstələndi və həmin ilin rəcəb ayında 38 yaşın-
da ikən Sərabda vəfat etdi və Ərdəbildə torpağa
tapşırıldı.
Şah İsmayılın vəfatından sonra onun 10 yaşlı oğ-
lu Təhmasib taxta çıxdı və o, 54 il padşahlıq etdi. Şah
Təhmasibin hakimiyyəti dövründə də Səfəvi və Os-
manlı dövlətləri arasında çoxsaylı müharibələr baş ver-
di. Çuxursəd vilayəti və İrəvan şəhəri bu müharibələrə
səhnə oldu.
Faruq Sumer yazır: "Süleyman Qanuni Təhmasibin
işğalçılıq niyyəti barədə məlumat aldıqdan sonra
üçüncü dəfə Şərqə doğru hərbi yürüşə hazırlaşdı (hicri-
qəməri tarixi ilə 961-ci ildə, miladi tarixi ilə 1554-cü
ildə). Təhmasib isə Osmanlı qoşunlarının keçəcəyi
bütün körpüləri yandırdı, yolları dağıdıb-xaraba qoydu,
yol ətrafındakı əhalinin köçürülməsi barədə fərman
verib, özü geri çəkildi. Süleyman Qanuni isə şah
34
Təhmasib tərəfindən müqavimət görmədiyindən, Çu-
xursəd bölgəsini (İrəvanın yuxarı hissəsini), Qarabağı,
Naxçıvanı qarət eləsə də, dağıdılmış və yandırılmış
yollarla irəliləyə bilməyib, təzədən Ərzuruma qayıtdı.
Süleymanın payızda Təbriz və Ərdəbilə hücum edərək
Səfəvi şeyxlərinin və atası Şah İsmayılın məqbərələrini
məhv etmək niyyətini başa düşən Təhmasib Süleyman-
la sülh müqaviləsi bağlamaq qərarına gəldi və elçisini
onun sarayına göndərdi. Danışıqlar prosesində ciddi bi
maneə ortaya çıxmadı. Beləliklə, tərəflər arasında
hicri-qəməri tarixi ilə 962-ci ilin rəcəb ayında (miladi
1555-ci ilin may ayında) Amasiyada sülh müqaviləsi
imzalandı.
Bu müqaviləyə görə, Şəhrzur əyaləti və Van gölü-
nün ətrafı Osmanlı dövlətinin ixtiyarına keçir, Arpaça-
yın şimalı iki dövlət arasında sərhəd olurdu. Əslində,
“Amasiya sülhü” Təhmasib üçün böyük uğur idi. O, bu
müqavilə ilə Səfəvi şiə dövlətini qoruyub saxlaya bildi
və Osmanlı imperiyası tərəfindən bu dövlətin məhv
edilməsi təhlükəsini birdəfəlik aradan qaldırdı. Səfəvi
dövləti üçün ağır bir zamanda bu müqavilənin imzalan-
ması Təhmasibin uzaqgörən bir dövlət başçısı olmasın-
dan xəbər verirdi. Doğrudur, saray əyanlarından bəzi-
ləri buna görə onu günahlandırmış, bacarıq və qabiliy-
yətinə şübhə kölgəsi salmaq istəmişlər...".
Şah Təhmasibin hakimiyyəti dövründə rumlu
tayfasının böyük əmirlərindən olan Hüseyn xan Sultan
(hicri-qəməri tarixilə 954-cü ildə/miladi tarixi ilə
1549-cu ildə) Çuxursəd bəylərbəyliyinin əmiri olmuş-
dur. Şah Təhmasibin etimad bəslədiyi əmirlərdən olan
Şahqulu Sultan da Kirman, Astrabad, Məşhəd şəhərlə-
rində və Çuxursəddə əmirlik vəzifəsini yerinə yetir-
mişdi. O, hicri-qəməri tarixilə 957-ci ildə (miladi
35
1573-cü ildə) Təbrizdə şahın darğası təyin olundu.
Onun ölümündən sonra isə oğlu Məhəmməd Çuxur-
sədə vali təyin olundu.
Qeyd edək ki, Şahqulu Sultan Təbrizdə darğa
olarkən əhaliyə zülm etdiyindən, hicri-qəməri tarixi ilə
971-ci ildə (981-ci ilədək) Pəhləvan Yarinin rəhbərliyi
ilə Təbriz camaatı ona qarşı qiyama qalxmışdır. Təh-
masib öləndə Şahqulu Sultanın oğlu, Çuxursəd valisi,
"Toxmaq" ləqəbli Məhəmməd xan həm də İstanbulda
elçi idi.
Sədlular tayfası Şah Təhmasibin hakimiyyəti döv-
ründə də Çuxursəddə yaşamış və tayfaya hicri-qəməri
tarixi ilə 954-cü ildə Əlvənd xan, 959-cu ildə isə
(miladi tarixi ilə 1552-ci ildə) Uluğbəy başçılıq
etmişdi.
Alpautlar da Qaraqoyunlu qəbilələrindən idilər və
onların arasından böyük əmirlər çıxmışdı. Bu qəbilə də
Səfəvilər dövründə Çuxursəd ətrafında yaşamışdı.
Şah Təhmasibin ölümündən sonra ( hicri-qəməri
tarixi ilə 974-cü ildə) onun Qaradağ ətrafındakı Qəhqə-
hə qalasında zindana salınmış oğlu İsmayıl həbsdən
azad olundu. O, hicri-qəməri tarixi ilə 974-cü ilin
rəbiüləvvəl ayında Qəzvinə gəlib, oranı paytaxt elan
etdi. II İsmayıl hakimiyyətini möhkəmləndirdikdən
sonra Şah Təhmasibin zamanından İstanbulda elçi olan
Toxmaq xanın qardaşları Sarı Laçını və Allahqulu bəyi
əmisi oğlu Əbu Turab Mirzənin (Uyqut Mirzə) vasitəsi
ilə qətlə yetirdi. Bu qətllər ustaclı əmirlərinin aradan
götürülməsi ilə davam etdirildi. Bu zaman İstanbuldan
geri qayıdan Toxmaq xan Çuxursəddəki əmlakının
Əbu Turab Mirzə (əmisi oğlunun və qardaşlarının
qatili) tərəfindən müsadirə olunduğunu gördü...
36
II İsmayıl Mustafa Sultanın qətlindən sonra
ustaclıları əfv etdi və hətta özü Pir Məhəmməd xanın
qızı ilə evləndi. Toxmaq xan da öz əvvəlki vəzifəsinə
qaytarıldı. O, Çuxursəd bölgəsinin valiliyinə qayıdan-
dan sonra mərkəzin buradakı etibarlı adamına çevrildi
və yenidən bütün məsələlərə nəzarət etməyə başladı.
II İsmayıl hicri-qəməri tarixi ilə 985-ci ilin Rama-
zan ayının 13-də qəflətən vəfat etdi. Paytaxt əmirləri
canişin məsələsinin müzakirəsinə başladılar. Onlar
Təhmasibin böyük oğlu Məhəmməd Xudabəndənin
üzərində dayandılar. Fiziki cəhətdən çox zəif olan
Sultan Məhəmməd xəstəlik nəticəsində görmə qabiliy-
yətini də itirmişdi. O, hakimiyyətə gələndən sonra da
Toxmaq xan Çuxursədin başçısı olaraq qaldı. Bu
dövrdə İrəvanın abadlaşdırılması sahəsində ciddi işlər
görülmüş, gözəl Xan sarayı, Xan bağı salınmışdı. Hə-
min illərdə əkin sahələrinin suvarılması üçün yeni su
kanalları çəkilmiş, böyük dəryaçalar yaradılmışdı. So-
vet hakimiyyəti qurulduqdan sonra bu dəryaçaya
Şaumyanın adı verilsə də, azərbaycanlılar onu vaxtilə
İrəvanda hakimlik etmiş Mahmud xanın ləqəbinə
uyğun olaraq “Toxmaq dəryaçası” adlandırmışlar.
Türk sultanı III Murad mövcud sülh müqaviləsinə
(“Amasiya müqaviləsi” nəzərdə tutulur- tərcüməçi)
baxmayaraq, bir sıra bəhanələrlə hicri-qəməri tarixi ilə
985-ci ilin şəvval ayında (miladi tarixi ilə 1575-ci ildə)
Xoy, Səlmas, Urmiya şəhərlərinə və onların ətraflarına
hücuma keçdi. Azərbaycanlı sərkərdələrdən Hüseyn
Sultan Xubuşlu, Mahmud Sultan Rumlu bu döyüşdə
həlak oldular və Təhmasibə məxsus olan ərəb atlarının
(bədəvi atlar) əksəriyyəti (10 minə yaxın at) Osmanlı
bəylərinin əlinə keçdi. Təbrizin yeni hakimi Əmir Xan
37
Türkmən öz qoşunu ilə işğal edilmiş torpaqları azad
etmək istədisə də, buna nail ola bilmədi.
Şirvanşahlar xanədanının nümayəndəsi Əbu Bəkir
Mirzə qarabörk tayfasından və Şirvandakı döyüşçü
ləzgilərdən bir ordu toplayaraq hərəkətə keçdi.
Osmanlı ordusu sərdar Mustafa Paşanın komandanlığı
ilə 1578-ci ilin avqustun əvvəllərində Ərdəhanın
ətrafına qədər gəlib çıxdı və sonra Gürcüstanı fəth
etdi. Belə bir şəraitdə mərkəzi İrəvan olan Çuxursəd
bölgəsinin bəylərbəyi Məhəmməd xan Toxmaq Ustaclı
Qəzvinə məlumat verdi ki, Gürcüstanla bərabər İrəvanı
da tutmaq istəyən Osmanlı qoşunlarının həmləsi qarşı-
sında seyrçi qalmayacaq. Qarabağın bəylərbəyi İmam-
qulu xan Qacar Təbriz bəylərbəyi Əmir xan Türkmən-
lə ittifaq bağlayaraq münasib şərait yaranan kimi
hücuma keçməyi planlaşdırdılar. Vəliəhd Həmzə Mir-
zə İraqi-əcəm, Fars, Kirman qoşunlarından ibarət ala-
yın köməyə gələcəyi barədə də məlumat aldı. Qarabağ
bəylərbəyi İmamqulu xanın və Məhəmməd xanın qo-
şunları birləşdiyi halda, türkmənlərlə ustaclılar arasın-
da köhnədən qalma düşmənçiliyə görə ustaclılar Təb-
rizdə dayandı. İskəndər bəy Türkmənin rəvayətinə gö-
rə, 1578-ci ilin avqustunda Məhəmməd xan Toxmağın
və İmamqulu xan Qacarın rəhbərlik etdikləri 15 minlik
qoşun Çildər ətrafında Bərtərullah paşanın qüvvələri
ilə üz-üzə gəlir. Əvvəlki döyüşlərdə olduğu kimi, bu
qarşılaşmada da qızılbaş əsgərləri şücaətlə meydana
girib, var qüvvələri ilə çarpışırlar. Buna baxmayaraq,
Tiflis və bütövlükdə Gürcüstanın bir hissəsi Osmanlı
hökumətinin tabeçiliyinə keçir.
Hicri-qəməri tarixi ilə 989-cu idə (miladi tarixi ilə
1581-ci ildə) Şamlu xanlarxanı sərdar Mustafa Paşa və
digər əmirlər öz aralarında ittifaq bağlayıb, Abbas
38
Mirzənin hakimiyyətini elan etdilər. Bu xəbəri eşidən
Şah Məhəmməd Xudabəndə vəziri Mirzə Sultanla
birlikdə türkmən və təkəli bəylərini hərəkətə gətirmək
üçün Xorasana yola düşdü. Onun Xorasana yürüşü
vaxtı Osmanlı sərkərdəsi Fərhad paşa Çuxursədi işğal
etdi. Vilayətin mərkəzi olan İrəvanda Məhəmməd xan
saray məhəlləsinin ətrafına möhkəm bir hasar çəkdi.
Ancaq sonda Məhəmməd xan Toxmaq Təbriz bəylər-
bəyi Əmir xan Türkmən və Qarabağ bəylərbəyi İmam-
qulu xan Qacar tərəfindən kömək gəlmədiyini görüb,
ailəsini götürərək Naxçıvana yollandı. O, ailəsini Əl-
nəcəğ (Əlincə) qalasında yerləşdirməyə məcbur oldu.
Beləliklə, işğal olunmuş ərazilər, o cümlədən Çu-
xursəd torpaqları osmanlıların ixtiyarına keçdi. Os-
manlı qüvvələri asta-asta və addım-addım irəliləyir,
fəth etdikləri ərazilərdə möhkəmlənmək üçün istehkam
qalaları ucaldırdılar.
İrəvan I Şah Abbas dövründə
I Şah Abbas belə bir mürəkkəb şəraitdə (hicri-
qəməri tarixi ilə 996-cı ilin zilqədə ayında) Qəzvində
tacqoyma mərasimi keçirdi. Bu zaman onun 18 yaşı
vardı. Ölkə ziddiyyətlər içində idi. Bir tərəfdən, xarici
təzyiqlər, digər tərəfdən daxildəki qarşıdurmalar
Səfəvilər dövlətinin mövcudluğunu təhlükə altına al-
mışdı. Ölkənin şimal-qərb hissəsi, o cümlədən İrəvan
bölgəsi hələ atasının hakimiyyəti zamanında osman-
lılar tərəfindən işğal edilmişdi.
39
O, hicri-qəməri tarixi
ilə 1006-cı ildə sərhəddəki
toqquşmaları nəzərə alaraq
paytaxtı Qəzvindən İsfaha-
na köçürməli oldu. Bundan
sonra Şah Abbas dövlətin
dayaqlarını möhkəmləndir-
məyə başladı. O, Gilan,
Mazəndaran, Sistan, Lar və
Luristan əmirlərinin özba-
şınalığına son qoyaraq, on-
ları mərkəzi hakimiyyətə
tabe etdi. Həmin bölgələr-
də türk tayfalarını məs-
kunlaşdırmağa başladı.
Gənc hökmdar qısa müddətdə mərkəzi hakimiyyəti
möhkəmləndirdikdən və daxili asayişi bərpa etdikdən
sonra işğal olunmuş torpaqların azad edilməsi uğrunda
mübarizəyə qərar verdi. O, Xorasanı özbəklərin iş-
ğalından azad etməklə (hicri-qəməri tarixi ilə 1007-ci,
miladi tarixi ilə 1598-ci il) Səfəvilərin nüfuz dairəsini
Ceyhuna qədər genişləndirdi. Növbə osmanılılar tər-
əfindən işğal olunmuş torpaqlara çatdı. Məlum olduğu
kimi, Tiflis, Çuxursəd, Qarabağ, Şirvan, Təbriz, Nəha-
vənd hicri-qəməri tarixi ilə 998-ci ildə (miladi tarixi ilə
1590-cı il) bağlanmış müqavilə əsasında osmanlıların
əlinə keçmişdi. Osmanlı dövləti digər əyalətlərdə ol-
duğu kimi, bu yerlərdə də hərbi-inzibati strukturlar
yaratmışdı.
Bu dövrdə Osmanlıların Avstriyaya hərbi yürüşü
gözlənildiyinin əksinə olaraq, illərlə uzanmış və uğur-
suzluqla nəticələnmişdi. Digər tərəfdən, Osmanlı döv-
lətini əsgərlə təmin edən əsas mərkəzlərdə, o cümlədən
40
Anadoluda iğtişaşlar baş vermişdi. Sərhəd bölgələrində
yerləşən bəylərbəyliklər də bu zaman xeyli zəifləmiş
və qızılbaşların hücumlarının qarşısını almaq gücündə
deyildilər. Şah Abbas hicri-qəməri tarixi ilə 1012 ci il-
də (miladi tarixi ilə 1603-cü ildə) Qazi adlı qüdrətli
hakimlərdən birinin dəstəyi ilə Osmanlı ordusu ilə
müharibəyə başladı və onu uğurla başa çatdırdı. O, bü-
tün itirilmiş əyalətləri geri aldıqdan sonra Bağdadı fəth
etdi".
1
Şah Abbas Təbrizi osmanlılılardan azad etdikdən
sonra Naxçıvan uğrunda mübarizəyə başladı. O, eyni
vaxtda diqqətini İrəvana yönəltdi. Ordu şəhərin bir
fərsəngliyində dayanmışdı. Nəsrullah Fəlsəfi yazır:
"Bu zaman İrəvanda üç qala var idi: biri, hicri-qəməri
tarixi ilə 991-ci ildə türk sərdarı Fərhad paşa tərəfindən
tikilmişdi. O, Şah Abbasın atası Sultan Məhəmməd
Xudabəndə ilə müharibə apardığı zaman qalanın inşa
edilməsi barədə fərman vermişdi. Ona “Köhnə qala”
deyirdilər. Həmin qalanın cənub-qərbində böyük bir
təpənin üstündə ucaldılmış kiçik qalaya isə “Kuzəçi
qalası” adı verilmişdi. Üçüncü qala isə Şərif paşanın
fərmanı ilə ucaldılmış “Yeni qala” idi. Bu üç qalada və
onların ətrafında 12 min türk əsgəri cəmlənmişdi.
Onlar müdafiə və müharibəyə hazır vəziyyətdə idilər.
Şah Abbas öz qoşunlarını bir neçə dəstəyə böldü: O,
Azərbaycan ordusunun rəhbəri Zülfüqar xana “Kuzəçi
qalası”nı ələ keçirməyi tapşırdı, digər məşhur sərkərdə
Qırçığai bəyi isə öz xüsusi mühafizəçiləri ilə birgə
“Köhnə qala”nın qarşısında qoydu. Bu zaman Osmanlı
topçuları qala divarlarının üstündən Şah Abbasın
əsgərlərini mərmi yağışına tutdular. Bir neçə sərkərdə
1
Faruq Sumer. Qaraqoyunluha, s.185
41
və xeyli sayda qızılbaş əsgəri həlak oldu. Vəziyyətin
gərginləşdiyini görən Şah Abbas topçubaşı Bərxurdar
bəy Ənisə əmr etdi ki, İrəvan şəhərində top töksün və
osmanlılardan alınmış bir neçə topu təcili olaraq
Təbrizdən İrəvana gətirsinlər.
Bərxurdar bəy əvvəldən düzəldilmiş topları işə
salmaqla bərabər, qısa zamanda “Fəth topu" adlanan
yeni bir top da tökdü. Bir aydan sonra isə (həmin ilin
şəvval ayının 22-də) "Nüsrət" adlı başqa bir topu
orduya təhvil verdi. Şah Abbasın əmri ilə birinci top
“Kuzəçi qalası”nı nişan almaq üçün Zülfüqar xana
verildi. Həmin vaxta qədər nə səngər qazmaq, nə də
“Köhnə qala”ya yaxınlaşmaq mümkün olmuşdu.
Zülfüqar xan top əldə etdikdən sonra qısa müddət
ərzində “Kuzəçi qalası”nı ələ keçirə bildi. Bundan
sonra qoşun səngər düzəldib, digər iki qalaya doğru
hərəkətə keçdi.
...“Kuzəçi qalası” ələ keçiriləndən sonra Şah Abbas
Qırçığai bəyə “Yeni qala”nı tutmağı əmr etdi. O, Xora-
san tüfəngçilərinin bir dəstəsini və öz xüsusi müha-
fizəçilərini də onun komandanlığına verdi. Zülfüqar
xan Fərmanlını isə “Köhnə qala”nı mühasirəyə almağa
göndərdi və yeni düzəldilmiş toplardan birini onun
ixtiyarına verdi. Şah, eyni zamanda, “Köhnə qala”nın
qarşısında hündür bir təpə qurulması haqqında da fər-
man verdi. Məqsəd həm ordunu düşmən gülləsindən
qorumaq, həm də təpənin üstündən qala müdafiəçi-
lərini nişan almaq idi. Həmin dövrdə Səfəvilər dövlə-
tində olmuş xarici səfirlərdən biri bu barədə yazır:
"İrəvan qalasının mühasirəsi zamanı Şah Abbas sərkər-
də və əsgərlərinə göstəriş verdi ki, qala ilə ordu ara-
sında hündür təpədən istifadə etsinlər. Məqsəd şahın
ordusuna tuşlanmış düşmən toplarının atəşlərinin
42
qarşısını almaq idi. Bu işi görmək üçün həmin vilayət-
dən 13-14 min adam toplandı. Onları sərkərdə və
əsgərlər arasında böldülər. Adamlar sürətlə və intizam-
lı şəkildə işləyir, heç kim başqasına mane olmurdu.
Şahın əmrinə görə kimsə dəstədən qabağa keçə bilməz-
di. Çünki qaladan atılan top və tüfənglərin səsindən
heç kəs heç kəsin səsini eşitmirdi. Həlak olanları yerin-
dəcə torpağa tapşırırdılar. Təpənin qurulması gecə-
gündüz davam etdi... Osmanlı əsgərləri bir neçə dəfə
qaladan çıxıb, torpaq daşıyanların üzərinə hücuma
keçdilər. Xeyli insan həlak oldu. Lakin işçilər çox ol-
duğundan və şahın fərmanı ilə yaxın qəsəbələrdən hər
gün yeni insanlar gətirildiyindən onların sayı
azalmırdı" .
1
Nəhayət, hicri-qəməri tarixi ilə 1012-ci ilin zilhəc-
cə ayının 28-də (cümə günü) “Yeni qala” Qorçığay
bəyin tüfəngçilərinin əlinə keçdi. Bundan sonra “Köh-
nə qala” da qızılbaş əsgərləri tərəfindən mühasirəyə
alındı. Türk sərkərdəsi Şərif paşa məğlub olduqlarını
görüb sülh müqaviləsi bağlamağı təklif etdi. O, təslim
olmazdan öncə şahdan qala sakinlərinə və əsgərlərə
aman verilməsini istədi. Şah təkliflə razılaşaraq
amannaməni (Əfv fərmanı) imzalayıb qalaya göndərdi.
Lakin elə həmin vaxt qala müdafiəçilərinə xəbər gəldi
ki, Osmanlı sultanı onlara kömək məqsədilə qoşun
göndərib. Ağ bayraq qaldırılandan bir neçə gün sonra
qalanın müdafiəçiləri fikirlərini dəyişdiklərini bəyan
etdilər. Belə olan təqdirdə, Şah Abbas yenidən qalaya
hücum etmək əmri verdi.
“...Bu hadisə hicri-qəməri tarixi ilə 1013-cü ilin
məhərrəm ayının əvvəllərində baş verdi. Müharibə
1
Antonio de Quvea. Səfərnamə, səh.232
43
getməsinə baxmayaraq, həmin günlərdə də şiələr
Kərbəla müsibətini unutmamışdılar. Aşura gecəsində
əzadarlıq mərasimi keçirən qızılbaş ordusundan elə bir
fəryad və nalə ucaldı ki, “Köhnə qala”dakı adamlar
qorxuya düşdülər. Onlar elə guman etdilər ki, şah qəfil
hücum əmri verib. Buna görə də qaladakılar dərhal
təslim olmağı qərara aldılar. Şərif paşa ikinci dəfə sülh
təklif etdi və ordu komandirlərindən birini üzr istəmək
üçün şahın qərargahına göndərdi... Elçi məsələdən hali
olduqdan sonra Kərbəla faciəsinə acıyaraq, imam
Hüseyn müsibətindən şəfaət dilədi. Şah onun xahişini
qəbul edib qala əhlinin malına və canına toxunmadı".
1
"Çuxursəd əyalətində yaşayan sədlular bu döyüş-
lərdə iştirak etmək məqsədilə şahın yanına gəlib, ona
öz xidmətlərini təklif etdilər. Şah onları hörmətlə qəbul
edib, arzularını yerinə yetirdi. Onlar qalalara
hücumlarda əsl şücaət və qəhrəmanlıq göstərdilər. Şah
Abbas da onların bu xidmətlərini xüsusi dəyərlən-
dirərək Qağəzamanı Sultan Sədlunun ixtiyarına verdi.
Həmin qəbilənin başqa bir əmiri Əliqulu Sultan isə
Osmanlılara xidmət etməyə getmişdi. Lakin onun oğlu
Mehdiqulu bəy atasından üz döndərərək İrəvanda şahın
hüzuruna gəldi".
2
O dövrdə baş verən mühüm hadisələrdən biri də
cəlalilərin bu şəhərə (İrəvana) sığınmasıdır. Nəsrullah
Fəlsəfi yazır: "...Bu dövrdə Osmanlı dövləti həm daxil-
dən, həm də xaricdən basqılar altında idi. Tədbirli və
təcrübəli böyük vəzir, adlı-sanlı türk sərkərdələrindən
biri olan Murad paşanın başı ölkənin qərb sərhədlərin-
də xristianlarla müharibəyə qarışmışdı. Fürsətdən
istifadə edən cəlailər Osmanlı dövlətinə qarşı qiyama
1
Nəsrullah Fəlsəfi. Zendeqani-ye şah Abbas-e əvvəl, 1716, səh.22
2
Faruq Sumer. Qaraqoyunluha, səh.234
44
qalxdılar. Osmanlı sultanı Murad paşaya dərhal cəlailə-
rin fitnəsini dəf etməyi tapşırdı. Xristianlarla mühari-
bəni dayandırmağa məcbur olan Murad paşa ordunu
Hələbə doğru çəkdi.
O, tezliklə siyasi yolla Canpolad oğlunu və Təvili
aradan götürdü. Murad paşanın qoşunları hicri-qəməri
tarixi ilə 1017-ci ildə Təvilin qardaşı Məhəmmədlə
ittifaqa girdi və 20 minə yaxın süvari döyüşçüsü olan
Qələndəroğlunu da məhv etdi. Cəlalilər Ərzuruma
qaçmağa məcbur oldular. Oradan isə bir nəfəri İrəvan
hakimi Əmirgunə xanın yanına göndərib, ondan sığına-
caq istədilər. Əmirgunə xan da razılıq verdikdən sonra
onlar bu vilayətə sığındılar. Bununla bərabər, cəlalilər
Şah Abbasın sarayına elçi yolladılar. Həmin elçi vasi-
təsilə göndərdikləri məktubda şahı sevdiklərini bildirir,
onun xidmətində dayanmağa hazır olduqlarını bəyan
edirdilər. Məktubda daha sonra qeyd olunurdu ki, əgər
şah Osmanlı sultanına qarşı müharibəyə qalxsa, onlar
cani-dildən qızılbaş hökmdarına xidmət edəcəklər...
Cəlalilər İrəvana yaxınlaşanda Əmirgunə xan
qızılbaş rəhbərlərindən və əyanlarından ibarət bir heyət
düzəldib onları qarşılamağa göndərdi. Qonaqpərvər-
liklə qarşılanan, müxtəlif tayfalardan ibarət təxminən
10 min nəfərlik dəstə İrəvanın üç fərsəngliyində
Üçkilsə adlanan ərazidə yerləşdirildi. Sonra onların
hamısı Təbrizə göndərildi...".
1
Bu hadisədən bir neçə il sonra Osmanlılar İrəvana
və bütövlükdə Azərbaycana hücum etmək qərarına
gəldilər. Hətta bu məqsədlə mütəşəkkil bir ordu da
yaratdılar. Lakin məqsədlərini həyata keçirə bilmədi-
lər. "I Şah Abbasın həyatı" kitabında oxuyuruq: "Hicri-
1
Nəsrullah Fəlsəfi. Zendeqani-ye şah Abbas-e əvvəl, səh.1750
45
qəməri tarixi ilə 1025-ci ilin şaban ayında Osmanlı
dövlətinin baş vəziri Məhəmməd paşa çoxsaylı ordu
ilə İrəvana doğru hərəkət etdi. O, bundan bir il əvvəl
Osmanlı sultanı Əhməd xanın fərmanı ilə Azərbaycana
hücum etmək tapşırığı almış və qoşun toplamaq üçün
Diyarbəkr şəhərində iqamətgah yaratmışdı. Qoşun
Misirdən, Şamdan, Anadoludan, Trablisdən, Beyn-ül
nəhrdən və digər Osmanlı müstəmləkələrindən toplan-
mışdı. Bu xəbər Şah Abbasa çatan kimi o, İsfahan
tüfəngçilərinin başçısı Mirfəttahın, qızılbaşın tanınmış
sərkərdələrindən olan Əmirgunə xan Qacarın koman-
danlığı ilə odlu silahla silahlanmış bir hərbi bölüyü
İrəvan qalasını müdafiə etməyə göndərdi. Şah tüfəng-
çilərinin komandiri və artilleriya rəisi Qırçığai bəyə,
fars bəylərbəyi İmamqulu xan kimi digər adlı-sanlı
sərkərdələrə isə Osmanlı qoşununu izləməyi, onları
şərqdən və qərbdən mühasirəyə almağı tapşırdı. Onlar
qoşuna azuqə gələn yolu bağlamalı, gözlənilməz hü-
cum və həmlələrlə Osmanlı ordusunun İrəvan qalasını
ələ keçirməsinin qarşısını almalı idilər.
Həmin ilin şəvval ayının axırına qədər Məhəmməd
paşa İrəvan qalasını mühasirədə saxladı, amma qalanın
müdafiəçilərinin iradəsini qıra bilmədi. Osmanlılar top
atəşləri ilə bir neçə dəfə qala divarlarını dağıtsalar da,
onu ələ keçirə bilmədilər. Eyni zamanda, Qırçığai
bəyin və İmamqulu xanın dəstəsi də qəfil həmlələrlə,
ərzaq gətirilən yolu bağlamaqla Osmanlı ordusuna
böyük ziyan vurdu. Ərzaq çatışmazlığı, soyuq hava
şəraiti, ağır xəstəliklər mühasirəni davam etdirməyə
imkan vermədiyindən, türk sərkərdəsi məcbur olub Şah
Abbasın yanına elçi göndərdi və ona sülh bağlamağı
təklif etdi. Lakin sülh şərtlərinin tez-tez pozulması
Nüsuh paşanı və Qazi xanı qoşunların ön hissəsini geri
46
çəkməyə vadar etdi... Məhəmməd paşa İrəvanın
mühasirəsindən əl çəkib, Qazi xanla birlikdə Ərzuruma
qayıtdı. Tərəflər arasında sülh şərtləri tam
razılaşdırıldıqdan sonra o, Qazi xanı yenidən şahın
yanına göndərdi, özü isə digər türk sərkərdələri ilə
birlikdə İstanbula yola duşdü".
1
İskəndər bəy Türkmən "Tarixi-aləmaraye-
Abbasi"də şah qoşunlarının İrəvanı müdafiə etməsini
təfsilatı ilə şərh etmişdir. Üstəlik, o həmin günləri
poetik şəkildə də tərənnüm etməyə çalışıb:
Vuruşmaq üçün Rum elindən
Məkrli, hiyləli bir ordu sərkərdəsi gəldi.
Dünya padişahı isə (öz torpağını) qorumaq üçün
Haqq qoşununu silahlandırdı.
O, Lütfillahın (Həzrəti Əli nəzərdə tututlur -
tərcüməçi)
qəzəbindən kəmər bağlayıb,
Öz sərkərdələrinin arasına girdi.
O istədi ki, bu dünya bəndələrindən biri
Allahın həqiqi qəzəbini görsün.
O, qeybdən bir səs eşitdi və həmin səs deyirdi:
“Qələbə Allahın vəlisi Əlinin oğluna məxsusdur”.
Bu, qeybdən gələn heyrətamiz bir nida idi
Əlinin lütfü ilə düşmənin fəna tarixi yazıldı.
Bundan əlavə, gözəl qələm sahibi və istedadlı şair
Xacə Məhəmməd Yusif Qəzvini də bu tarixi nəzmə
çəkib:
1
Nəsrullah Fəlsəfi. Zendeqani-ye şah Abbas-e əvvəl, səh.1747
47
O zaman ki, Rum ordusunun sərdarı
İrəvan mülkünə varid oldu,
İki-üç ay qalanın ətrafında oturub
O qalaya daş atıb, qışqırıq saldı.
Gördü ki, Əli şiələrinin qılıncı ilə
Ordusunun yarısı qətlə yetirilib.
Hiylə kəmərini bağladı belə
Qaçmaqdan savayı bir çarə görmədi.
Şəvval ayının 20-ni keçəndə
Onun ordusunun yarısı qırılmışdı.
Din şahının dövləti xoşbəxt oldu
Rum ordusu isə baş götürüb qaçdı.
O böyük tarixin ardınca
Şiələrin bugünkü bayramı gəldi.
Rum (Osmanlı) ordusu çıxıb gedəndən sonra, yəni
hicri-qəməri tarixi ilə 1015-ci ildə qoşun başçıları və
əsgərlər möhtəşəm bir qələbə paradı düzənlədilər. Şah
Əğrəqin ordusunu Bərgüşada tərəf göndərib, özü yaxın
adamları ilə birgə həmin şənliyə qatıldı. O, şənlikdən
sonra “Yeni qala”nı bir daha nəzərdən keçirdi,
Əmirgunə xana və digər sərkərdələrə şahanə bir nəvaziş
göstərdi. Əmirgunə xan döyüşlərdə göstərdiyi şücaət və
qəhrəmanlığa görə “Sarı Aslan” adına layiq görüldü".
1
Şah Abbasın xüsusi ehtiramla yanaşdığı Əmirgunə
xan qacarlar tayfasının ən məşhur şəxslərindən idi. O,
Çuxursədin azad edilməsində göstərdiyi xidmətlərə
görə həmin yerin bəylərbəyi oldu. Əmirgunə xan
hicri-qəməri tarixi ilə 1035-ci ildə (miladi tarixi
ilə1623-cü ildə) vəfat etdi. O, ömrünün sonunadək
həmin vəzifəni daşıdı".
2
1
Tarix-e Aləmara-ye Abbasi, səh.909
2
Faruq Sumer. Qaraqoyunluha, səh.223
48
Şah Abbasın xüsusi münəccimi Cəlaləddin
Məhəmməd Yəzdi "Tarixe-Abbasi" adlı əsərində yazır:
"Çuxursəd hakimi Əmirgunə xan Qacar davada kürəyin-
dən aldığı güllə və ayağından aldığı ox yarasını özü
müalicə etdi. Deyilənə görə, o, gülləni öz əliylə
kürəyindən çıxararaq, yerinə məlhəm qoyub tikmişdi”.
1
Hicri-qəməri tarixi ilə 1032-ci ildə Əmirgunə
xan I Şah Abbas tərəfindən əmr aldı ki, Gürcüstana
məxsus Axısqa bölgəsini tutsun və qiyama qalxmış
gürcüləri sakitləşdirsin. Hicri-qəməri tarixi ilə 1035-ci
ildə gürcülərlə aparılan digər bir müharibədə Əmir-
gunə xan yaralandı və müalicə olunmaq üçün İrəvana
yollandı. O, İrəvanda həmin yaradan vəfat etdi və Şah
Abbas onun vəzifəsini oğlu Təhmasibqulu xana
tapşırdı.
2
A.Oleari hicri-qəməri tarixi ilə 1049-cu ildə
(miladi tarixi ilə 1639-cu ildə) tamamladığı və 1656-cı
ildə yenidən çap etdirdiyi əsərinin 668-670-ci səhifə-
lərində Səfəvilər dövlətinin maliyyə vəziyyətinə toxu-
nur. O, şah sarayının vergilərdən gəlirinin 8 milyon
rayeştaler (yəni, bəzi mənbələrin göstərdiyi kimi, 640
min tümən yox, 160 min tümən) olduğunu yazır. Onun
bildirdiyinə görə, həmin məbləğin bir milyondan
çoxu Qəndəhardan, təxminən, bir o qədəri də İrəvan və
Babildən (Bağdaddan) toplanırdı.
Dostları ilə paylaş: |