IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1657
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
После этих событий Башкирское правительство боле активнее занялось формированием
башкирского войска.
Вскоре территорию Башкортостана охватила гражданская война. По вышеуказанным
причинам, башкирские отряды на начальном этапе гражданской войны выступили под белым
флагом.
HOMO SAPİENS NEANDERTHALENSİS: MEYDANA GƏLMƏSİ,
MİQRASİYASI VE NƏSLİNİN KƏSİLMƏSİ
Yaqub MƏMMƏDOV
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
yaqub_amea@mail.ru
AZƏRBAYCAN
Antropogenezisin əsas problemlərindən biri Homo sapiensin (bundan sonra H. sapiens)
formalaşması və bu sistemdə Neandertalların yeri məsələsidir. 1856 – cı ildə Düsseldorf yaxınlığında
Neander hövzəsində bir neçə qəribə qalın və yüngül əyilmiş sümüklər aşkar edilmişdir. O zamandan
etibarən, uzun müddət Neandertal adı düzgün olmayaraq, bütün kobud formalı ibtibai qalıqları
göstərmək üçün işlədilmişdir.
XX əsrin 50 – ci illərində Avropada Araqo, Montmorendə (Fransa) və digər ərazilərdə aşkar
olunan materiallar əsasında H. sapiensdən əvvələ aid iki hominid qrupu ayrılmışdır. Birinci,
“şteynheym” qrupu adalandırılmışdır ki, bura Neandertallardan fərqlənən ayrıca insan qanadının en
ərkən forması aid olunmuşdur. İkinci, H. erectusa bənzər xüsusiyyələrə malik “totavel – montmoren”
qrupudur. Bu qrup daha çox preneandertal və ya erkən Neandertallar adlandırmışdırlar. Lakin, hər iki
qrup hazırda erkən arxaik homo sapiensə və yaxud Homo heydelbergensis növünə (bundan sonra H.
heydelbergensis) aid olunur. İlk nümunələri 1,3 milyon il əvvəl, son nümunələr 250.000 il əvvəl qədər
movcud olmuş Homo heidelbergensis növünün Avropaya köç edən növləri xüsusilə Almaniya və
Fransanın şimal bölgələrində təkamül edərək, 350.000 il əvvəl qədər digər ərazilərdə yayılmışdır,
Avropada 300.000 il əvvəl, volşteyn dövründə Neandertallara, Asiyada Denisovanlara
ayrılmışdır.Vürm buzlaşmasın birinci mərhələsində (75 min il əvvəl) isə Avropada geniş
yayılmışdırlar. 350.000 il əvvələ aid Neandertal qalıqları H. heidelbergensis növünə xas xüsusiyyətləri
daşıyır və bu xüsusiyyətlər 135.000 il əvvələ qədər davam etmişdir. Bu dövrdən sonra Neandertallar
tamamilə özünəməxsus növ şəkli almışdır.
XX əsrin 80 – illərinə qədər yalnız Avropa ərazisində Neandertallara aid 200 dən çox qalıq
aşkar olunmuşdur. Ümumilikdə, bu zamana qədər 400 dən artıq Neandertal fərdinə aid qalıq əldə
olunmuşdur.
Kifayət qədər çox sayda Neandertal qalıqlarının aşkar olunması, onları əraziyə görə də
bölünməsinə imkan verir. Avropada Erinqdorfdan (Almanya) aşkar olunmuş tam olmayan kəllə
(müasir qiymətlərə görə 200 min il), Pontneviddən (Şimali Uels) aşkar olunmuş diş və çənə fraqmenti
(təxminən 250 min il əvvəl), Fonteşevadan (Qərbi Fransa) aşkar olunmuş kəllə fraqmenti (150 min il),
Krapinadan (Sloveniya) kəllə qutusu (100 min il əvvələ aid olunur) və digərlərinə Sakkopastore I və II
dən (İtalya), Yaxın və Orta Şərqdən Sanidar, Tabun və Sxulda qalıqlar əlavə edilməklə erkən “qeyri
tipik” Neandertal qrupu adı altında birləşdirilir, bəzən “Erinqdorf qrupu” və ya “preneandertallar”
adlandırılır. Vürmə qədər dövrə aid olunan bu Neandertal qrupunun (erkən vürm forması da
adlandırılır) əsas əcdadları totavel montomer tipi nümayəndələri (H. heydelbergensis) hesab olunur.
Krapina, Erinqdorf, Sakkopastore ilə bərabər Erinqdorf qrupuna Svanskomb və Şteynheymdən
olan qalıqlar da aid olunsada, daha sonra aparılmış tədqiqatlarla onlar, daha qədim forma və yaxud
Neandertalların əcdadı hesab olunan, erkən arxaik Homoya və yaxud H. heydelbergensisə aid
olunması şübhə doğurmur.
Daha çox Neandertal qalıqları vürm dövrünə dair, Fransa (Ortyu, La Kina, La Şez, La
Ferrai və s.) İtaliyada (Quattari və Monte Çirçeo), Belçikada (Spi I və II), İspaniyada (Urtiaqa,
Banolas, Giberaltar), Almaniya və Macarıstan, Çexiya, Ukraynada aşkar olunmuşdur. Bu qalıqlar
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1658
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
70.000 – 40.000 il əvvəli əhatə edir. Qeyd olunan materiallar ikinci Avropa Neandertalları qrupu kimi
ifadə olunur və “klassik” və ya “Spi” qrupu adlandırılır.
Klassik Neandertallar Orta Paleolit mədəniyyətini yaratmışlar ki bu, arxeologiyada ayrıca
Mustye madəniyyəti adlanır. Onlar
lassik Neandertallar artıq aydın nitqə malik olmuşdurlar və
müasir insanlarla müqayisədə asta danışırdılar.
Klassik Neandertallar alçaq, enlikürək və əzələli görünürdülər. Qısa əl – ayaq ilə bədənin
proporsiyasına görə onlar xüsusiyyətlərilə müasir soyuğa uyğunlaşmış insanları – loparları və
eskimosları, eləcədə soyuğa uyğunlaşan digər xalqları xatırladırlar.
Kişilərin boyu orta hesabla 164 – 168 sm, çəkisi 77 kq, qadınların ki isə 152 – 156 sm, çəkiləri
isə 67 kq olmuşdur. Beynin həcmi orta hesabla 1450 sm
3
olmuş və müasir insanlardan bir qədər böyük
olmuşdur.
İnkişaf etmiş şüura malik olan Neandertallar qida hazırlamağı bacarmış, ocağı qorumuş, ölülərini
dəfn etmiş, yığıcılıqla bərabər ovçuluqla məşğul olmuşdurlar. Sələflərlərinə məxsus mədəniyyəti
inkişaf etdirərək özlərinə məxsus yeni mədəniyyət yaratmışlar.
Neandertal və müasir insanın DNA- sının müqayisəsi göstərir ki, təxminən 400.000 il əvvəl onlar
eyni kökü paylaşmışdırlar. Buna görə də, Neandertallar H. sapiensin yarımnövü kimi müəyyən edilir
və Homo sapiens neandertalensis adlandırılır.
Bu zamana qədər Orta – Üst Paleolit dövründə və şəraitində Avropada, Yaxın Şərqdə və
Qafqazda Neandertal və anatomik cəhətdən müasir insanın – Homo sapiens sapiens (bundan sonra –
AMİ) qarşılıqlı əlaqəsinə dair geniş paleoantropoloji və paleolitik tədqiqatlar aparılmışdır.
Paleolit kranioloji kompleksinin Neandertallardan fərqləndiyini və onlar arasında morfoloji
ardıcıllığı izləməyin kifayət qədər çətin olduğunu qeyd etsələr də, bir sıra mütəxəsislər Neandertalları
H. sapiensin formalaşması üçün əsas hesab edirlər. Lakin tədqiqatlar Neandertalların dalanlı təkamül
qanadı olduğunu göstərdi və sonuncu buzlaqlar arası mərhələnin ikinci yarısında və vürmada
Neandertal və H. sapiens tiplərinin eyni vaxtda mövcud olduğunu təsdiq edir. Genetik tədqiqatlara
görə Avropa mənşəli insanların genində 1,5 % - i Neandertallara aid genlər müəyyən olunmuşdur.
Avropada, son Neandertallar Çexiya Respublikasında Kulna mağarasının Orta Paleolit VII
təbəqəsindən, Almaniyada Neandertal məskənindən, İspaniyada El Sidron mağarasından, Xorvatiyada
Vindijada Vindija Vi – 80 nin G3 təbəqəsində də aşkar olunmuş Neandertalların yaşı 40 min il bundan
əvvəldə çoxdur və ya bərabərdir. Açar yaşayış ərazisi hesab olunan Belçikadan Spay I və Spay II olan
yaşlı Neandertala aid sümük və dişlər təxminən 41 min il bundən əvvələ aid edililir.
Beləliklə, Neandertallar 40 min il bundan əvvəldən sonra Avropada olmamışdırlar. Bununla belə,
tam təsdiq olunmayan araşdırmalara görə 10.000 min il əvvələ qədər mövcud olmasına dair fikirlər
var.
AMİ nin mədəni, texnoloji, demoqrafik üstünlüyü (daha uzun ömür, daha yüksək təkrar istehsal
tempi, qısa doğum fasiləsi, sosial şəbəkəsi və əlverişli ov etmə imkanı və digər faktorlar
Neandertalların nəslinin kəsilməsini ekoloji proses kimi izah edir. Digərləri Neandertalların kökünün
kəsilməsinə iqlim dəyişilməsi əlamətinə və faktorların birləşməsinə üstünlük verirlər.
Hal hazırda qəbul olunmuş xronologiya göstərir ki, Avropada AMİ nin ilk meydana gəlməsi
əsasən son Neandertalların yox olmasından qabaq olmuşdur və Neandertal – AMİ nin Avropada bəzi
regionların da eyni zamanda yaşaması təxminən 45 – 40 min il bundan əvvəl olmuşdur. Lakin sonrakı
minilliklərdə əvvəlki kimi olmamışdır.
Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olur ki, Homonun təkamülündə dalanlı forma
yaradan Neandertallar 350.000 – 300.000 il əvvəl Avropada H. heydelbergensisdən təkamül edərək
H. sapiensin ayrı yarımnövünü – H. sapiens neanderthalensis kimi formalaşmış və 250.000 – 40.000
min il əvvəl Avroasiyada yılmışdırlar. Sonrakı təkamül prosesində məhv olmuşdurlar və bunun səbəbi
tam aydınlaşdırılmamışdır. Afrikada meydana gəlmiş müasir insanlar Avropaya miqrasiya etdiyi
zaman Neandertallarla qarşılaşmışdırlar. Neandertallar bilavasitə müasir insanların əcdadları
olmasalarda, genlərində onlara məxsus kodları daşıyırlar.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1659
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
OSMANLI İMPERİYASINDA KATOLİK MİSSİONERLƏRİN
FƏALİYYƏTİ
(XV-XVII ƏSRLƏR)
Günay HEYDƏRLİ
Bakı Dövlət Universiteti
gunay.heyderli@gmail.com
AZƏRBAYCAN
Fateh Sultan Mehmed II İstanbulun fəthindən sonra Osmanlı imperiyasının xristian təbəəsinə
etiqad azadlığı verməklə kifayətlənməyək, onların sərbəst inanclarına davam etməsi üçün patriarxların
fəaliyyətini bərpa etdi. 1461- ci ildə Fatehin Erməni patriarxlığının yaradılmasıyla bağlı verdiyi
fərmandan sonra qreqorian erməniləri daha geniş azadlıq əldə etdilər .
Osmanlının Şərq xristianlarının etiqadına toxunmaması və azadlıq verməsi din təəssübkeşi olan
bəzi Avropa dövlətlərini narahat edirdi. Çünki bu tolerantlıq Romanın xristianlar üzərində
hakimiyyətinə zərər verə bilərdi. Bu məqsədlə də missionerlər vasitəsilə erməniləri katolikləşdirmək
və qreqorian məzhəbinin aradan qaldırılması üçün addımlar atıldı .
Papalıq artıq güclə monofizit təriqətlərini tabe etməyin mümkün olmadığını görüb siyasəti
dəyişərək “inandırma” və “qandırma” yolu ilə insan hislərinə təsir etmək yolunu tutdu. Bu strateji
dəyişiklik özünü katolik dövlətlərin Osmanlıya münasibətində də göstərdi. Papa və katolik dövlətlər
təriqətlər vasitəsilə Osmanlının daxilində ozlərinə tərəfdar zümrələr formalaşdırmağa başladı.
1587- ci ildə papa seçilən V Sikst Osmanlı sərhədləri daxilində olan xristian camaatıyla
(ermənilər, məlkailər,yaqubilər,kəldanilər) görüşmək üçün səfirlər göndərdi. Papalığın məqsədi bu
dörd camaatı Osmanlıya qarşı qaldırmaq və onlara katolikliyi qəbul etdirmək idi. Papa missinerlərə
erməniləri katolik məzhəbinə çəkmək üçün göstərişlər vermişdi. Papalığın missioner fəaliyyətində ən
böyük köməyi Fransa edirdi. Fransa missionerləri maliyyələşdirərək, katolikliyə keçənlərə maddi
dəstək verib Avropada təhsil almasını təmin edir və məzhəb dəyişməyi cəzb edici hala gətirirdi.
1604- cü ildə yenilənən kapitulyasiyaya görə Fransa katoliklər üzərində himayə hüququ aldı.
Fransanın İstanbulda olan elçisi De Breves 1606- cı ilinə qədər 22 il İstanbulda qalmışdı və
kapitulyasiyanın yenilənməsindən sonra geri qayıdaraq “Osmanlı dövlətini yıxıb yox etmənin
mümkün çarələri” adlı geniş raport hazırlamışdı. Raportda Osmanlı ilə müharibə başlayacağı təqdirdə
xristian albanları, rumları, Misirdəki kiptiləri, Lüblindəki maruniləri və durziləri üsyana qaldırmaq,
Anadoluda yaşayan ermənilər və gürcülər arasında iş apararaq Osmanlını zəiflətmək, xristian
dövlətlərin müharibəyə başlamamışdan əvvəl Osmanlı torpaqlarını bölüşdürmək planı hazırlamalı
olduqları qeyd olunurdu .
Kapitulyasiyanın nəticəsi olaraq fransızlar Osmanlı dövləti daxilində geniş dini sərbəstliyə sahib
oldu. Müqəddəs yerlər olan Qüdsün və Kəəbənin mühafizəsi və baxımı fransız təbəəsinə tapşırıldı.
Osmanlının bu bəxşişləri sonradan ona baha başa gəldi .
Missionerlər onlara yaradılan şəraiti belə təsvir edirdilər: “Çox istəyərdik ki, katoliklər Osmanlı
padşahının ölkəsində olduğu kimi İngiltərə və Hollandiyada da rahat və sərbəst olsunlar”. 1621- ci ildə
“ikinci dərəcəli katolik” məzhəbindən olan Paris Kapusin Təriqətinin vaizi rahib Racifiko Osmanlı
dövlətinə gələrək İstanbul, Rumeli, Kipr, Suriya, Fələstin və İraqda kapusin monastrlar qurdu. 1626- cı
ildə bir qrup kapusin Qalatada erməni Qreqor kilsəsinin ətrafında yerləşdi .Artıq 1630- cu ildə
kapusinlər ermənilərə “Əgər katolik olarsızsa Fransanın himayəsinə qovuşarsız” deyib umidləndirərək
qriqoryanlığın sıxıcı və çətin olduğu, katolikliyin daha asan olduğunu öyrədərək katolikliyə dəvət
edirdilər .
Erməni patriarxlığı sultan IV Muradın zamanında missioner fəaliyyətlərdən narahat olaraq
sultana müraciət etdi.Osmanlı hökuməti məzhəb dəyişdirən ermənilərin daha çox toplaşdığı Əziz və
Əzra Yəhya kilsələrini bağlanması haqqında əmr verdi.
1641- ci ildə Balanus adlı bir missioner ermənilərin arasında fəaliyyətə başladı və bu da yenidən
patriarxlığın narazılığına səbəb oldu. Fransızlar yenidən boş dayanmayaraq sultandan rəsmi olaraq
yezeuitlərin Qalatada yerləşməsi üçün icazə aldılar.
1642- ci ildə təhsilini ermənilər üzrə tamalayan keşiş Klement Galano İstanbula göndərilir. O,
1622- ci ildə papa XIV Qreqorinin “Centenario di Propaganda Fide” (inancı yayma məclisi) adıyla
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1660
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yaratdığı missioner məktəbinin tələbələrindən idi . Bu məktəbə qəbul edilən rahiblər xüsusi dərslər
alırdılar.Göndəriləcəkləri millətin dilini, mədəniyyətini, zəif cəhətlərini ən incə detallara qədər
öyrənirdilər. Klement Galano İstanbul ermənilərinin ən çox olduğu yerlərdən biri olan Qalatada
yerləşərək Surp Qreqor (Kirkor) Lusavoriç kilsəsində uşaqlara və gənclərə dərs deməyə başlamışdı.
1644- cü ildə Aravelk I Tavitin erməni patriarxı seçilməsiylə Qalano ölkədən sürgün olundu.
Öz mövqeyini gücləndirən yezeuitlər San Fransesko monastr və kilsəsini yaradılmasına nail
oldular. 1653- cü ildə İstanbulda təsis olunan Papa vəkilliyinin kafedralı bu kilsə olur.
Sultan Süleyman Qanuni hakimiyyətə gəldikdən sonra Fransa ilə əlaqələri genişləndirir və XIV
Lui bundan istifadə edərək katolikliyin mövqeyini daha da artırır. Artıq Köprülü Fazil Əhməd paşanın
zamanında yəni 1673- cü ildə yenilənmiş kapitulyasiyaya “Osmanlı ərazilərində rahiblərin
fəaliyyətinin qanuniləşdirilməsi” maddəsi rəsmi olaraq əlavə olunur.
Osmanlı tarixçisi Əhməd Rəfiqin yazdığına görə fransız səfiri Markiz de Bonnak İstanbuldan
XIV Luiyə yazdığı məktubda katolik missionerlər vasitəsilə erməniləri gətirmək istədikləri nöqtəni
belə təsvir edirdi: “Erməni kilsəsinin idarə orqanlarına yaxınlaşmaq və bu əlaqələrdən heç bir fayda
güdmədiyimizi, hakimiyyətləri üçün heç bir təhlükənin olmayacağına inandırmaq, türk
boyunduruğundan xilas olmağa razılaşdırmaq lazımdır” .
XIV Luinin vaxtında casusluq, Osmanlı təbəələrinin katolikləşdirilməsi Fransa- Osmanlı
münasibətlərinin gözlənilmədən pisləşməsinə səbəb oldu. Yezeuitlər hökumətin şübhəsini çəkərək
İspaniya və Romaya casusluqda günahlandırıldı.
Missinerlərin katolikliyi yayması Erməni patriarxlığına bağlı camaatın Papalığa bağlanmasına
gətirib çıxara bilərdi ki, bu da Osmanlı hakimiyyətini narahat edirdi. Sədrəzəm Fransa səfirliyinə
gələrək etdiyi çıxışda bildirdi ki, “Bəyoğlunda bir yezeuit görməkdənsə on adi ruhani görməyi üstün
tuturam”. Yezeuitlər nifaq toxumu səpməkdə və düşmənçilikdə günahlandırılaraq mühakimə olunmaq
üçün Divani- humayuna çağrıldı. Ancaq fransız elçisinin müdaxiləsi ilə azad olundular .
Fransızlar katolik propaqandasından əl çəkmədilər. Belə olduqda 1692- ci ildə Qalata əhalisi
üsyan qaldırdı. Lakin Osmanlı hakim dairələri yenidən göz yummaqla kifayətləndilər. Hələb erməni
kilsə patriarxının XIV Luiyə yazdığı mədhiyyələrlə dolu məktubunda Ermənistan fransızların ən
qüdrətli kralı tərəfindən qurulacaqdır ifadəsi işlənmişdir.
Sultan II Mustafa ruhanilərlə yezuitlər arasında baş verən narazılıqdan istifadə edərək 1695- ci
ildə Osmanlının xristian təbəəsinə katolik dininə keçməyi qadağan edən fərman verdi .
Lakin getdikcə hakim dairələrdə qərbə meyillilik hisləri katolikliyin əl-qolunu açdı. Katolik
missionerlərin və Papanın fəaliyyəti nəhayət meyvəsini verdi. Saqqız adasında xristianların bir hissəsi
katolikliyə keçdi. Erməni,maruni, suryani, rumların bir hissəsi katolik oldu. Missionerlər 1691- ci ildə
30 min erməninin katolik kilsəsinin hakimiyyətini qəbul etdiyini yazaraq Hələbdə Yaqubilər və
süryanilər arasında katolik propaqandasını artırmışdılar. Hadisələrdən bezən Osmanlı dövləti
günahkarları 1697- ci ildə Limni adasına sürgün etdi .
Katoliklikliyin yayılmasında əsas rol oynayan fransızlar yenidən ermənilərə dəstək verərək
Sivaslı Mixitarın qurduğu monastrın vasitəsilə erməni dilini, tarixini öyrədəcək əsərlər nəşr etdirərək
əl altından əhaliyə payladılar. Sonralar bu monastr ‘Erməni akademiyası’ kimi tanınmağa başladı .
Beləliklə mənbələrin təhlili göstərir ki, ilk vaxtlar missionerlərin fəaliyyəti pərakəndə olsa da,
vaxt keçdikcə bütün diqqətlərini ermənilərin üzərinə yönəldərək onları dövlətə qarşı qaldıra bildilər.
Ortodoks qreqorian erməniləri öz milli məzhəblərinin, qorunmasına görə Osmanlı dövlətinə borclu
olsalar da, missionerlərin təsiri ilə ərazi iddialarına başladılar.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1661
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
KONSTANTİNOPOLUN FƏTHİ ƏRƏFƏSİNDƏ KATOLİK
KİLSƏSİNİN UĞURSUZ XAÇ YÜRÜŞÜ SİYASƏTİ
G.E.HEYDƏRLİ
Bakı Dövlət Universiteti
gunay.heyderli@gmail.com
AZƏRBAYCAN
Xristian dünyasında Papalığın gücü “Papa yer üzündə Allahın vəkilidir” inancına dayanırdı.
Lakin XV əsrdən başlayaraq kralların belə boyun əydiyi katolik kilsəsi öz etibarını və nüfuzunu
itirərək tənəzzül dövrü keçirirməyə başladı. Bunun bir sıra səbəbləri vardı. Əsrin əvvəllərində xristian
dünyasında bir deyil üç papa vardı. Bu papalar İohann XXIII adını alan Baltazar Kassa, Qreqori XII
kimi papa seçilən kardinal Ancelo Korrer və Aleksandr V kimi tanınan Pyotr Filarq idi.
“ Kilsə konsullarının qərarları yoxsa papanın buraxdığı bullalar (papalıq fətvası) ?” sualı ətrafında
başlanan qarşıdurma konsulların xeyrinə nəticələndi. 1417- ci ildə saxtakar papalar konsullar
tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı. Oddone Kolonna papa V Martin adıyla papa seçildi. Yeni
seçilən papa “türk təhlükəsi”nə qarşı Bizans imperatoru II Manuillə əlaqələri genişləndirdi. 12 iyul
1420- ci ildə V Martin , kim ki, türklər əleyhinə xaç yürüşlərində iştirak edəcəksə ona indulgensiya
vəd etdi . Lakin papa 1431- ci ildə vəfat etdi və bu təşəbbüs həyata keçirilməmiş qaldı.
1430-cu ildə osmanlılar Fessalonikanı işğal etdilər və Bizansın əraziləri Konstantinopol və onun
ətrafı ilə məhdudlaşdı. Türklərin irəliləməsi Bizans imperatorunu təşvişə saldı və imperator VIII
İohan Palelog yeni xaç yürüşünün başlanması üçün 1434- cü ildə Papalığa müraciət etdi. Yeni
qaydalara görə göndərilən elçiləri ilk papa deyil Bazel konsulu qəbul edirdi . Lakin konsul Ortodoks
kilsəsi və onun imperatoruyla maraqlanmadı. Bunu görən imperator birbaşa papanın özü ilə görüşmək
üçün məktub göndərdi. Konsul bu məktubu üç il yubadaraq imperatora məktub göndərdi.Məktubda
1437- ci ildə Avinyonda papanın imperatoru qəbul edə biləcəyi bildirilirdi. Konsul bu qərarı papa ilə
danışmadan almışdı. Papa konsulun bu davranışından hiddətlənərək onu “Tanrının qulluğundan
çıxmaqda” günahlandırdı və bulla yayımladı . Burada imperatorla görüşmənin ruhani deyil sekulyar
bir hadisə olduğunu, konsulun sadəcə ruhani məsələlərdə qərarlar ala biləcəyini bildirilirdi. Papa
konsulla razılaşdırmadan birbaşa Bizansa gizli bir heyət yolladı və imperatoru birbaşa özü dəvət etdi.
İmperator patriarx və 700 din və elm adamlarından ibarət bir heyətlə 1438- ci ildə Forensiyaya gəldi.
Papa bu görüşdən öz xeyrinə lazımınca istifadə etdi. Əlində imperator Konstantinin vəsiyyətini tutaraq
öz fikirlərini imperatora yeritdi. Görüş zamanı o “Budur Böyük Konstantinin vəsiyyəti əlimizdədir.
Konstantin öz əliylə yazdığı bu vəsiyyətnamədə Konstantinopol olmaqla bütün imperatorluğun
haqlarını və torpaqlarını bizə vəsiyyət etmişdir” sözləriylə türk qorxusu ilə titrəyən imperator və
patriarxı təhdid etdi . Uzun sürən danışıqlardan sonra 1439-cu ildə Florensiyada katolik və provaslav
kilsəsi arasında uniya bağlandı. Provaslav kilsəsi güzəştə gedərək papanın hakimiyyətini və bir sıra
katolik dininə aid ayinləri qəbul etməli oldu. Parisdə rəsmi açıqlama verən papa Bizansın Roma
tərəfindən qorunacağını bildirdi. Bizans əhalisi bundan qəzəblənərək imperatora qarşı çıxışara başladı.
Tarixçi Dukanın yazdığı o məşhur şüar Bizans küçələrində eşidilməyə başladı: “Bizansda Latın mitrası
( papaların dini mərasimlərdə geydiyi qızılı papaq) görməkdənsə müsəlman türk türbanları görməyi
üstün tuturuq”).
1440 – cı il, Bizansın Konstantinin vəsiyyətinə əsasən papanın hakimiyyətini tanımasından bir il
sonra, italyan humanisti Lorenso Valla Konstantinin vəsiyyətinin ifşa edərək, saxta olmasını sübut
edən kitab buraxdı. Vallanın açıqlaması bütün xristiyan dünyasını sarsıtdı. Valla elmi, məntiqi sübutlar
göstərərək papanın əlindəki sənədin həqiqi olmadığını təsdiqlədi. Belə bir vəziyyətdə Papa IV
Yevgeni saxta bir sənədlə bütün xristianlıq üzərində haqq tələb etmiş olurdu. Bu hadisə Bizansı
ümidləndirdi. Sənədin saxta olması Romanın Konstantinopol üzərində deyil tam əksinə
Konstantinopolun Roma üzərində haqqı olması demək idi. Papanı “müqəddəs” saymağa artıq ehtiyac
qalmırdı.
Kilsələr arasında mübarizə getdiyi vaxt Osmanlı dövləti sərhədlərini Avropaya doğru
genişləndirmişdi. Avropada türklərə qarşı mübarizə aparan macar hakimi Yanoş Hunyadi kral I
Ulaslonun təsiri ilə türklərə qarşı “Böyük yürüş”ə çıxmışdı. Trayan qapısından keçərək Nis və Sofiya
|