IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1667
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
saxsı məmulatları ilə oxşarlıqlara malik olan və özündən əvvəlki tarixi ənənələri yaşadan və inkişaf
etdirən bu nümunələr eyni zamanda özünəməxsusluğu ilə də fərqlənirlər. Küp qəbirlərin saxsı
məmulatları içərisində təsərrüfatda və məişətdə istifadə olunan qablar üstünlük təşkil edir. Ritual
səciyyə daşıyan fərqli saxsı məmulatı da diqqəti cəlb edir. Misal üçün rayonun Şatırlı kəndi ərazisində
təsərrüfat işləri zamanı təsadüfən açılmış küp qəbirdən tapılan antropomorf qab öz formasına görə
bölgədə nadir nümunələrdəndir. Cəlilabad tarix-diyarşünaslıq muzeyində qorunan qab, yerli saxsı
məmulatı üçün səciyyəvi olan açıq sarı rəngli narın gildən əldə hazırlanmış və yaxşı bişirilmişdir.
Üzəri cilalanmış, nazik divarlı və qırmızımtıl rəngdədir. Hündürlüyü 24 sm. olan qab, qadın sinəsi
formasında hazırlanmışdır. Təsərrüfat xarakterli saxsı qab olması haqda bəzi mülahizələr söylənilsə
də, bu nümunənin daha çox ritual səciyyə daşıdığı qənaətindəyik. Digər abidələrdə hələ ki, belə
nümunəyə rast gəlinməmişdir.
Küp qəbirlərdən əldə olunan ən kütləvi maddi mədəniyyət nümunələri olan saxsı məmulatları
qeyd edilən əsrlərdə, bölgədə dulusçuluq sənətinin inkişaf səviyyəsi, məmulatların hazırlanma
texnikası və texnologiyası haqqında bizə məlumat verən çox önəmli mənbə rolunu oynayır.
Aşkarlanan müxtəlif formalı saxsı məmulatının xammalının necə seçilməsini, onların necə və hansı
əmək alətləri ilə hazırlanmasını, məmulatın bişirilmə keyfiyyətini müəyyənləşdirmək, burada
dulusçuluq sənətinin inkişaf səviyyəsinin öyrənilməsində mühüm əhəmiyyət daşıyır. Əldə edilmiş
saxsı qabların əksəriyyəti əldə hazırlanmışdır. Lakin bununla yanaşı dulus dəzgahında hazırlanmış
nümunələrə də rast gəlinir. Antik və ilk orta əsrlərdə, dulus dəzgahından istifadənin çox azaldığı bir
dövrdə bölgədə belə nümunələrə rast gəlinməsi, həmçinin dulusçuluqda nisbətən çətin iş hesab olunan
və yüksək ustalıq tələb edən iri küplərin istehsalı bölgədə dulusçuluq sənətinin yüksək inkişafından,
həm də mahir ustaların yaşadığından xəbər verir.
Küp qəbirlərdən aşkar edilmiş saxsı məmulatı təkcə dulusçuluq sənətinin inkişaf səviyyəsini
araşdırmaq baxımından önəmli deyildir. Bu nümunələrin hər biri aid olduğu sahəni öyrənmək üçün də
çox qiymətli maddi mənbədirlər. Ümumiyyətlə arxeoloji materialların, tarixin öyrənilməsində əvəzsiz
rolunu nəzərə alsaq, uzun bir tarixi mərhələni əhatə edən küp qəbirləri abidələrindən əldə olunmuş
zəngin arxeoloji materialların, o cümlədən saxsı məmulatlarının Azərbaycan tarixinin müxtəlif
aspektlərdən tədqiqi üzrə daşıdığı əhəmiyyət aydın olur. Cəlilabad rayonu ərazisində küp qəbirlərdən
aşkar edilmiş saxsı məmulatlarını tədqiq etdikdə də, təsərrüfat, məişət və cəmiyyət həyatının başqa
sahələrində baş vermiş inkişafı, bəzən isə tənəzzülü izləmək mümkün olur. Əsasən yerli istehsal
malları olan, içərisində bəzi gətirilmə materiallara da təsadüf edilən saxsı nümunələri o dövrün
sənətkarlığını, qonşu bölgələrlə əlaqələrini, mədəniyyətini və s. məsələlərini öyrənməkdə də bizə
yaxından kömək etmiş olurlar. Qeyd edək ki, rayonun düzən ərazilərinə nisbətən, dağlıq və dağətəyi
ərazisində qeydə alınan qədim yaşayış yerlərinin mədəni təbəqələri son dərəcə zəifdir və maddi
mədəniyyət nümunələri ilə də zəngin deyildir. Bu çox güman ki, ərazidə yaşayan əhalinin təsərrüfat
fəaliyyəti ilə əlaqədar olmuşdur. Belə ki, əsasən maldarlıq təsərrüfatı ilə məşğul olan qədim tayfaların
məskənləri müvəqqəti xarakter daşımışdır. Buna görə də, antik və ilk orta əsrlərdə rayonun xüsusilə
dağlıq və dağətəyi bölgələrində yaşayan qədim tayfalarının tarixini araşdırmaq üçün, küp qəbir
abidələri və onlardan əldə olunan maddi mədəniyyət nümunələrinin öyrənilməsinin çox böyük elmi
əhəmiyyəti vardır. Cəlilabad rayonu ərazisində bugünədək arxeoloji kəşfiyyat işləri nəticəsində,
həmçinin təsərrüfat işləri zamanı təsadüfən açılmış küp qəbirləri avadanlıqlarının, o cümlədən saxsı
məmulatlarının timsalında burada cəmiyyətin inkişaf prosesini müəyyən dərəcədə izləmək mümkün
olur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1668
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
XVIII YÜZİLLİKDƏ MARAĞANIN SOSİAL-İQTİSADİ
TARİXİNİN ÖYRƏNİLMƏSİNDƏ OSMANLI MÜFƏSSƏL
DƏFTƏRİ BİR MƏNBƏ KİMİ
Gülər QAFQAZLI
AZƏRBAYCAN
XVIII yüzilliyin 20-ci illərində Səfəvi dövlətinin çökməsindən sonra onun ərazilərinin böyük
hissəsi Osmanlı imperiyası tərəfindən zəbt edilmiş və burada yeni Osmanlı üsul-idarə sisteminin
tətbiqinə başlanmışdı. Belə ki, yeni fəth edilmiş torpaqlarda Osmanlı idarə qaydalarına uyğun inzibati-
ərazi bölgüsü aparılır, onlar əyalət, liva (sancaq) və nahiyələrə bölünür, bu ərazilərdə əhalinin və vergi
obyektlərinin ümumi siyahıya alınması (“təhrir”) həyata keçirilir və Osmanlı vergi sistemi tətbiq
edilməyə başlayırdı. Qeyd edilən tədbirlərin nəticəsi öz əksini Osmanlı vergi və maliyyə məmurları
tərəfindən tərtib edilən “təhrir” (“icmal” və “müfəssəl”) dəftərlərində tapırdı. Bu vergi sisteminə
müvafiq olaraq olmaqla iki növ vergi dəftərləri tərtib edilirdi. Bu növ sənədlərin arasında, ehtiva etdiyi
tarixi məlumatların önəminə görə “müfəssəl” dəftərlər xüsusilə seçilir.
1728-ci ildə Osmanlı məmurları tərəfindən Marağa bölgəsinin də müfəssəl dəftəri tamamlanmış
və bu sənəddə Marağa livasının (sancağının) inzibati quruluşu, sosial-iqtisadi və demoqrafik vəziyyəti,
əhalinin dini tərkibi, kənd təsərrüfatı, şəhərləri, əhalinin məşğuliyyəti haqqında dolğun məlumat
verilmişdir. İki hissədən və ümumi həcmi 528 səhifədən ibarət olan dəftərin orijinalı İstanbul
Başbakanlık Arxivində saxlanılır. Bu sənəd çətin oxunan “siyaqət” xətti ilə yazıya alınmışdır. Vergi
dəftərinin birinci hissəsində Marağa livasına, ikinci hissəsində isə Soyuqbulaq livasına daxil olan
nahiyələrin adları verilmişdir. Dəftərin fihrist hissəsində “nəfs-i Marağa”, yəni Marağa şəhərinin özü
və şəhərin tabeliyində olan kəndlərin adları qeyd olunduğu müqətaaları göstərilmiş və dəftərin ikinci
hissəsi də eyni qayda üzrə tərtib edilmişdir.
Digər müfəssəl dəftərlərdə olduğu kimi öncə Marağa şəhərinin özündə yaşayan vergi
ödəyicilərinin adları müəyyən qayda üzrə tərtib edilmiş, onların sosial statusları və evli və yaxud
subay olmaları dəqiq şəkildə göstərilməklə yaşadıqları məhəllələrin adları qeyd olunmuşdur. Daha
sonra şəhər əhalisinin siyahısı bitdikdən sonra buğda, arpa, darı, pambıq, meyvə, bostan və şəhər
əhalisi tərəfindən istehsal edilən məhsul növləri üçün yığılan vergilərin və onların miqdarı, həmçinin,
digər vergi növləri (torpaq vergisi gəlinlik vergisi, işlənmiş hər-hansı bir cinayətə görə alınan vergi)
qeyd olunmuşdur.
Bununla yanaşı, sənəddə Marağanın sənətkarlıq və ticarət mərkəzi olmasını göstərən dabbaqxana,
sabunxana kimi emalatxanalar və onlardan alınan vergilər haqqında ayrıca məlumat verilmişdir.
Burada həmçinin, tikinti işlərinin aparılmasında orta əsrlərə məxsus olan və xammal kimi istifadə
edilən çayır bitkisi, onun hansı nahiyələrdə, ərazilərdə becərilməsi və bitkidən xəzinəyə daxil olan
verginin miqdarı hesablanaraq göstərilmişdir.
Müfəssəl dəftərinin ikinci hissəsi adlanan Soyuqbulaq (bugünki Məhabad) livası barədə ətraflı
məlumat verilmişdir. Bu hissədə də eyni qayda üzrə Soyuqbulaq livasının tərkibinə daxil olan
nahiyələrin və bu nahiyərin tabeliyində olan kəndlərin adları, burada yaşayan və vergi ödəyən şəxslər
qeyd edilmiş, eləcə də kənd yerlərində becərilən bitkilərdən toplanan vergilərin növləri və miqdarı
göstərilmişdir.
Beləliklə, qeyd edilən müfəssəl dəftər XVIII yüzilliyin ilk yarısında Azərbaycanın Marağa
bölgəsinin sosial-iqtisadi tarixinin araşdırılması üçün ən önəmli və informativ qaynaqlardan biridir və
bu mənbənin tədqiqi tarixçünaslığımızın qarşısında duran ən önəmli məsələlərdən birini təşkil edir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1669
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ABŞ-IN İSRAİL-FƏLƏSTİN SÜLH DANIŞIQLARINDA İŞTİRAKI:
OSLO RAZILIĞI VƏ ONUN NƏTİCƏLƏRİ
Nigar ƏSGƏROVA
Azərbaycan Dillər Universiteti
Asgarova.n@gmail.com
AZƏRBAYCAN
II Dünya müharibəsindən sonra Yaxın Şərqdə İsrail dövlətinin yaranması və daha sonrakı illərdə
ABŞ-İsrail müttəqfiqliyinin formalaşması, Ərəb-İsrail müharibələri və digər hadisələr bu regionda
sülhün bitdiyinin bir nişanəsi idi.
Bu münaqişələrdən ən çox əziyyət çəkən isə Fələstin xalqı oldu. İllər ərzində azadlıq uğrunda
aparılan mübarizədə on minlərlə fələstinli həlak olmuş, milyonlarla fələstinli isə öz doğma
yurdlarından didərgin düşmüşdür.
1987-ci ildən fələstinlilər tərəfindən başladılan İntifada (ərəb dilində qiyam deməkdir) fonundan
iki tərəf arasında vəziyyətin gərginliyi artıq beynlxalq ictimaiyyəti də narahat etməyə başladı. Belə ki,
1987-ci il İntifadasında 1500 fələstlinli, 450 İsrail vətəndaşları həlak olmuşdur. Əslinə, bu Fələstin
mübarizəsində dönüş nöqtəsi idi və baş verən İntifada Fələstin Diasporası tərəfindən dəstəklənirdi.
İsrail fərqli yollarla Fələstin cəmiyyətindən gələn bu mübarizənin qarşısını almaq üçün bir sıra
tədbirlər görürdü. Lakin, münaqişə artıq hər iki tərəfi yormuş və haldan salmışdır. Münaqişənin həll
yoluna nail olmaq üçün hər iki tərəf beynəlxalq ictimaiyyətdən yardım istədi. Hətta belə bir şayələr də
yayılmağa başladı ki, İsrail və Fələstin Azadlıq Təşkilatı (FAT) artıq norveçli elm adamlarının
himayədarlığı ilə sülh prosesinin əsasının qoyması üçün işlərə belə başlamışdı. Bu prosesin başlanğıcı
olan Oslo razılığı 1987-ci il İntifadasının nəticəsi idi. Həm İsrail, həm də Fələstin liderləri belə bir
tarixi fürsətdən istifadə etməyi və danışıqlar masasında əyləşməyi münaqişənin davam etməsindən
daha faydalı olduğu qənaətinə gəldilər. İsrailin beynəlxalq aləmdəki nüfuzuna İntifada zamanı həyata
keçirilən hərbi əməliyyatlarla xələl gəlmişdi. Şimali Afrikaya sürgün edilən FAT üçün isə yerli
səviyyədə siyasi səhnəyə qayıtmaq vacib idi.
Rəsmi olaraq, müvəqqəti özünüidarəetmə prinsiplərinə dair deklorasiya və ya Prinsiplər
Deklorasiyası, qeyri-rəsmi isə Oslo razılığı İsrail və fələstinlilər arasında bir qrup norveçli elm
xadiminin vasitəçiliyi ilə aparılan danışıqların məhsulu idi. Bu, sülh razılığı deyildi. Oslo razılığı
tərəflərin hansı istiqamətdə sülhə nail ola biləcəklərinə dair bir əsas idi. Tərəflər arasında razılığa
mərhələli şəkildə gəlinməsi planlaşdırılırdı. Münaqişənin həllinə dair bu cür yanaşma tərəflər arasında
etibarın yaradılmasını və danışıqlar üçün möhkəm təməl yaratmağı nəzərdə tuturdu. Danışıqlar zamanı
müzakirə olunası əsas məsələ qaçqınların gələcəyi, Qüdsün statusu və sərhədlərlə bağlı idi.
Oslo razılığına əsasən FAT terror aktlarını reallaşdırmaqdan əl çəkməli və İsraili tanımalı, İsrail
isə Qəzza zolağından və Yeriço şəhərindən geri çəkilməli və daha sonrakı mərhələdə isə hər iki partiya
Qüds, sərhədlər, qaçqınlar və qəsəbələrə aid məsələləri qarşılıqlı şəkildə danışıqlar vasitəsi ilə həll
etməli idilər. Hər iki tərəf “sülh, qarşılıqlı anlayış və təhlükəsizlik şəraitində yaşamağa səy
göstərməli, davamlı və tarixi barışığa nail olmalıdırlar”.
Vaşinqtonun Oslo razılığındakı rolu başlanğıcdan məhdud idi. Hər halda, XX əsrin ən böyük
siyasi məsələsini həll etmək üçün bu görüşün hansı önəmə malik olmasını nəzərə alsaq, 1992-ci ildə
ABŞ prezidenti seçilmiş Klinton adminstrasiyası bu prosesdə niyə mərkəzi rol oynamaq qərarına
gəldiyini anlamaq olar. Oslo prosesinə daxil olmaqla ABŞ “ziddiyyətli münsif rolu, İsrailin sadiq
müttəfiqi, regionda sabitliyin və sülhüm təbliğatçısı” rolunda çıxış edirdi. Osloda aparılan gizli
danışıqlar prosesə nəzarət edən Klinton 1993-cü ilin sentyabr ayının 13-də Rabin və Ərəfatı Oslo
razılığını imzalamaq üçün Vaşinqtona dəvət etdi. Yaser Ərəfat və Yitzak Rabinin Ag evin balkonunda
əl sıxması Klintonun prezidentliyi dövründə çox önəmli hadisə idi. Bu hadisəni üç minə yaxın qonaq,
bunların arasında ABŞ-ın keçmiş prezidentləri, səkkiş keçmiş dövlət katibləri və bütün Vaşinqton
diplomatik korpusu da var idi. KİV də bu hadisəni işıqlandırdı. “Bu cəsarətli və risk tələb edən addım
bizə gələcəyin keçmişdən daha da yaxşı olacağını deyir” deyə Klinon vurğulamışdı. İsrailin baş naziri
İsxaq Rabin isə bəyan etdi: “Biz, sizə-Fələstinlilərə qarşı vuruşmuşuq, biz sizə uca və səlis səslə
deyirik, qan tökməyə və göz yaşlarına yetər! Yetər!”. Dramatik bir formada Bill Klinton İsxaq
Rabindən Ərəfatın sülh naminə uzanmış əlini sıxması üçün astaca itələdi.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1670
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Ərəfat üçün Oslo razılığı beynəlxalq səhnəyə geri qayıtmaq idi. Ən önəmlisi isə, bu razılıq FAT-
ın Şimali Afrikadakı sürgünün başa çatması demək idi. Təşkilat işğal olunmuş ərazilərə geri qayıtdı və
burada Fələstin adminstrasiyasını yaratdı. Bir çox siyasi partiyalar bu razılığın sülh gətircəyinə əmin
deyildilər, hətta Rabbinin Ərəfatın əlini sıxmasından da əmin deyildilər. Məhz bu sülh əldə etmək
addımına görə onların hər ikisi Nobel mükafatına layiq görülmüşdürlər.
1994-cü ildə İsrail Müdafiə Qoşunları Qəzza və Yeriçodan çıxdı və Ərəfat Fələstin
Muxtariyyətinin əsasının qoyulduğunu elan etdi. 1995-ci ildə isə İsrail və Fələstin Muxtariyyəti
arasında İsrail-Fələstin Qərb sahili və Qəzzaya dair Müvəqqəti Razılıq imzaladılar, bu həmçinin II
Oslo razılığı adlanırdı. 1996-cı ildə Ərəfat Fələstin Muxtariyyətinin prezidenti seçildi. İsrail
Leyboristlər Partiyası da Fələstin dövlətçiliyinə qarşı çıxmadığını elan etdi.
Əslində, Oslo razılığı böyük əhəmiyyətə malik siyasi nailiyyət idi. Belə ki, İsrail dövləti FAT-ı
Fələstin xalqının yeganə təmsilçisi kimi qəbul etdi, FAT isə İsrail dövlətinin mövcud olma hüququnu
tanıdı. Lakin, Fələstin Milli Muxtariyyətinin əsasının qoyulmasına və bir sıra istiqamətlərdə sülh
danışıqlarının aparılmasına baxmayaraq, Fələstin xalqının başlıca məqsədi olan dövlətin yaranması
prosesinə nail olunmadı.
Oslo razılığı sülh müqaviləsi deyildi. Razılıq İsrail və Fələstin arasında münaqişəni həll etmədi.
Əslində razılıq bu, iki icma arasında münasibətlərin gələcəyi üçün nəzərəçarpacaq bir irəliləyiş oldu.
Belə ki, yüz minlərlə fələstinlinin Qəzza və Qərb sahilinə qayıtması bir nailiyyət idi. Razılıq Fələstin
muxtariyyətinin əsasının qoyulmasına və həmçinin işğal olunmuş ərazilərdə İsrail silahlı qüvvələrinin
geri çəkilməsinə zəmin yaratdı.
.
HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ ÖLKƏNİN
SOSİAL-İQTİSADİ İNKİŞAFINDA ROLU\
Gülnar TƏHMƏZLİ
Milli Elmlər Akademiyası Tarix İnstitutu
gtahmazli@yahoo.com
AZƏRBAYCAN
Bildiyimiz kimi, 90-cı illər ölkəmizdə baş verən siyasi proseslər, respublika ərazisində qeyri-
sabitliyin mövcud olması bütün sahələrə olduğu kimi, sosial-iqtisadi həyata da öz mənfi təsirini
göstərirdi. Yaranmış maliyyə və texniki problemlər neft və qaz sənayesinin inkişafına, “Azəri”,
“Çıraq”, “Günəşli” kimi yataqların işlənməsinə imkan vermirdi. 1992-ci ildə Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti yaradılsa da neft sənayesində vəziyyət ağır olaraq qalırdı. 1993-cü ildə xalqın
tələbi ilə ikinci dəfə Heydər Əliyevin hakimiyyətə gəlməsi bu sahədə demək olar ki, dirçəlişi başlatdı.
“Neft Azərbaycanın milli sərvətidir” devizi altında aparılan siyasət nəticəsində xarici neft şirkətləri ilə
danışıqlar nəticə vermiş və ölkəmizin maraqlarına uyğun olan müqavilə şərtləri razılaşdırılmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, İlham Əliyev danışıqlar
prosesinə cəlb olunmuş, yeni neft strategiyasının hazırlanmasında bilavasitə iştirak etmişdir. Beləliklə,
gedən danışıqların nəticəsində 1994-cü il 20 sentyabrda Gülüstan sarayında Qərb dövlətlərinin neft
şirkətləri ilə “Əsrin müqaviləsi” nin imzalanması neft sahəsində yeni dövrün başlanğıcı olmuşdur. Bu
müqaviləni dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti imzalamışdır. Neft və qaz sərvətlərindən artıq
ölkənin sosial-iqtisadi inkişafı, xalqın rifahının yüksəldilməsi üçün istifadə olunmağa başlanmışdır.
Əsrin müqaviləsinin ardınca artıq bir sıra dövlətlərlə yeni neft sazişləri imzalanmış və ölkəmizə
qoyulan investisiyanın sayı getdikcə artmışdır. Yeni neft strategiyasının nəaliyyətlərini bir neçə
misalla göstərmək olar: sazişlərin nəticəsi olaraq neft-qaz sənayesinə təxmini olaraq 60 milyard ABŞ
dolları qədər sərmayə qoyulması nəzərdə tutulmuş, neftin ixracı üçün ixrac boru kəmərləri sistemi
yaradılmış, Qərbin qabaqcıl texnologiyası Azərbaycana gətirilmiş, Azərbaycan Respublikası Dövlət
Neft Fondu yaradılmış və gələn gəlirlərdən ölkənin sosial-iqtisadi inkişafı üçün istifadə olunması
nəzərdə tutulmuşdur. Heydər Əliyev bu müqavilənin Azərbaycan Respublikası üçün əhəmiyyətini
vurğulayaraq demişdir: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata
keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1671
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə
etməkdən ibarətdir.”
Neft strategiyası yolunda daha bir mühüm hadisə Heydər Əliyev siyasətinin bariz göstəricisi
olmuşdur. Bu, 1999-cu il 17 aprel tarixində Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze
və Ukranya prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa ixrac boru kəmərinin istismara
verilməsi olmuşdur. Bununla da, “Çıraq” yatağından hasil olunan Azərbaycan nefti Supsa limanından
dünya bazarına ixracına başlanmış və ilk dəfə şimala yox birbaşa qərbə göndərilmişdir. Heydər Əliyev
uzaqgörənliyi onu göstərdi ki, Azərbaycan nefti dünya bazarına çıxmaqla ölkə digər dövlətlər arasında
öz yerini tutmuş, regionun geosiyasi xəritəsində mərkəzi dövlətə çevrilmişdir.
Heydər Əliyev tərəfindən növbəti mühüm addım Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
vasitəsilə xam neftin nəql edilməsinə dair sazişin imzalanması olmuşdur. Saziş 1999-cu il ATƏT-in
İstanbul Zirvə görüşündə imzalanmışdır. 2002-ci ildə Səngəçal terminalında H.Əliyev, Türkiyə və
Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli
qoyulmuşdur. Boru kəmərinin Azərbaycan hissəsi ilə Gürcüstan hissəsinin birləşdirilməsi 2004-cü ilə
təsadüf etmişdir. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Türkiyənin Ceyhan
şəhərində təntənəli açılış mərasimi keçirilmiş, Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu dəhliz
sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara nəqli üçün geniş imkan yaranmışdır. Bakı-Tbilisi-
Ceyhan əsas ixrac boru kəməri region və bütövlükdə dünya üçün enerji təhlükəsizliyi baxımından
böyük əhəmiyyətə malik olmaqla yanaşı, həmçinin Türkiyənin Qara dəniz boğazlarının artıq
yüklənməsinin də qarşısını almışdır. Kəmər ildə 50 milyon ton Azərbaycan nefti nəql etmək üçün
nəzərdə tutulmuş, istismara verildiyi gündən etibarən 2007-ci ilin sonuna qədər 36 milyon 796 min ton
Azərbaycan nefti dünya bazarına nəql olunmuşdur. Onu qeyd etmək yerinə düşər ki, bu sazişlə
Azərbaycan uzunmüddətli iqtisadi, sosial, siyasi maraqlarını təmin etməklə yanaşı regionda sülh və
təhlükəsizliyi bərqərar etməyə nail olmuşdur. Araşdırmalar və göz önündə olan nəticələr onu göstərir
ki, kəmər gələcəkdə türkdilli ölkələrin əsas magistral kəməri olacaqdır. Neft siyasətinin gedişatı onu
göstərirdi ki, Azərbaycan artıq dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 dekabr Fərmanı ilə Azərbaycan
Respublikası Dövlət Neft Fondunun yaradılması ölkənin sosial-iqtisadi inkişafındakı rolu əvəzedilməz
olmuşdur. Fond fəaliyyətə başladığı vaxtdan indiyə qədər buraya 1 milyard ABŞ dolları məbləğində
vəsait daxil olmuşdur. Belə ki, Fonddan ilk vəsait doğma torpaqlarında zorla didərgin salınmış qaçqın
və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı olan problemlərin həlli ilə
əlaqədar olaraq tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir. Fond eyni zamanda Samur-Abşeron
suvarma sisteminin yenidən qurulmasını, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini, Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üçün Dövlət Proqramını və digər bir sıra sosial məsələlərin həllinin
maliyyələşdirilməsinə xidmət etmişdir.
Zəngin təbii qaz yataqlarının dünya bazarına çıxarılması istiqamətində daha bir uğurlu addım isə
Azərbaycan və Türkiyə arasında yeni layihə-Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP)
reallaşdırılması üçün hökümətlərarası sazişin imzalanması olmuşdur. Bu layihə Azərbaycanda hasil
olunan təbii qazı Gürcüstandan keçərək Türkiyə vasitəsilə Avropaya nəql olunacaq “Şahdəniz”
yatağının işlənməsinin ikinci mərhələsinin başlanğıcıdır. Onu da qeyd etmək yerinə düşərdi ki,
“Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilməsinə baxmayaraq, “Şahdəniz 1” üzrə əməliyyatlara 2006-cı
ildən başlanmış və ilk qaz hasil olunmuşdur. Daha sonra “Şahdəniz” yatağından çıxan qazın Gürcüstan
və qardaş Türkiyəyə nəql olunması üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum boru xətti istifadəyə
verilmişdir. Bu layihənin reallaşması İlham Əliyevin siyasi qətiyyəti və Heydər Əliyevin əsasını
qoyduğu Neft strategiyasının uğurlu davamı deməkdir.
Heydər Əliyevin əsasını qoyduğu Yeni neft strategiyası Azərbaycanın öz milli sərvətinin sahibi
olduğunun, ölkənin 90-cı illərin iqtisadi, sosial, siyasi böhranından çıxaraq dirçəlməsinin və XXI əsrin
əvvəllərində inkişaf etmiş və dünya dövlətləri arasında öz sözünü deyən Azərbaycan dövlətinin
olduğunun göstəricisidir.
|