6.
V Fәsil
"Dağlıq Qarabağı Azәrbaycan SSR hüdudlarında saxlamaq"! (Qafqaz bürosunun
qәrarından)
Tariximizi saxtalaşdıranların hamısı iddia edir ki, guya 1920-ci il dekabrın 1-dә
Azәrbaycan “Dağlıq Qarabağı Ermәnistanın ayrılmaz hissәsi elan etmişdir” vә guya
1921-ci ildә “Dağlıq Qarabağ mexaniki surәtdә Ermәnistandan qoparılıb Azәrbaycana
qatılmışdır” (yaxud: bolşeviklәr “ermәni Qarabağını Azәrbaycana bağışlayıblar”).
Bu iddialar başdan-ayağa uydurmadır vә yalandır.
Azәrbaycan Cümhuriyyәti silahlı qüvvәlәri Qarabağda daşnak qiyamını
müvәffәqiyyәtlә yatırdığı bir zamanda Azәrbaycan Sovet Rusiyasının açıq hәrbi
tәcavüzünә mәruz qaldı. Hәlә 1920-ci il martın 17-dә (martın 17-dә!) V.İ.Lenin Qafqaz
cәbhәsinin Hәrbi-inqilab şurasına tapşırmışdı:” Bakını tutmaq (tutmaq! -T.K) bizә
olduqca zәruridir. Bütün sәyinizi buna verin”. Hәtta aprelin 16-da, hәlә Azәrbaycan
Cümhuriyyәti sağ ikәn, RSFSR hökumәti A.P.Serebrovskini Azәrneftin rәisi tәyin etmişdi!
Aprelin 25-dә Levandovski “aprelin 27-dә Azәrbaycan Cümhuriyyәtinin sәr-hәddini
keçәrәk, şiddәtli hücumla Bakı quberniyasının әrazisini tutmaq” haqqında Qızıl Orduya
әmr verdi. Bu әmәliyyat beş gün әrzindә başa çatmalı idi. Dәmir yolunu tutmaq üçün
Kürdәmirә yandan süvari dәstәlәri yeridilmәli idi. Xәzәr hәrbi donanmasının komandanı
Raskolnikova әmr edilmişdi ki, XI ordu Abşeron yarımadasına yaxınlaşan vaxt, Әlәt
stansiyası rayonuna desant çıxartsın.
Sonrası hamıya mәlumdur: Sovet Rusiyası beynәlxalq normaları kobudcasına
pozaraq Azәrbaycanı işğal etdi. Müstәqilliyi Paris sülh konfransının Ali Şurası tәrәfindәn
vә bir sıra başqa dövlәtlәr tәrәfindәn artıq tanınmış Azәrbaycan Cümhuriyyәti zorla
devrildi. Aprelin 28-dә Azәrbaycan Sovet Sosialist Respublikası elan olundu.
Yeni hökumәt Dağlıq Qarabağ mәsәlәsinә dәrhal münasibәt bildirdi. Aprelin 30-da
Azәrbaycan Sovet hökumәti Ermәnistana nota verәrәk, Qarabağ vә Zәngәzur әrazilәrini
Ermәnistan qoşunlarından tәmizlәmәyi tәlәb etdi. Әks tәqdirdә Azәrbaycan özünü
Ermәnistanla müharibә vәziyyәtindә hesab edәcәkdi. Eyni zamanda Qarabağ vә
Tofiq Köçərli
- 89 -
Qarabağ: Yalan və Həqiqət
Zәngәzurda olan Azәrbaycan qoşun hissәlәrinә әmr edildi ki, “hücum dayandırılsın” vә
әlverişli müdafiә mövqeyi tutulsun.
247
Lakin Dağlıq Qarabağ mәsәlәsinin vә bir sıra digәr müstәsna әhәmiyyәtli
mәsәlәlәrin hәllindә Azәrbaycan Sovet hökumәtinin başçısı Nәrimanovun işini
çәtinlәşdirәn vә mәhdudlaşdıran ciddi amillәr var idi.
Sovet Rusiyası Azәrbaycanın müstәqilliyini tanıdığını elan etmişdi. Lakin
Azәrbaycanın müstәqilliyi formal xarakter daşıyırdı. Azәrbaycan hökumәti öz
fәaliyyәtindә sәrbәst deyildi:
- artıq iyun ayının axırında Lenin “Azәrbaycanın bütün xarici vә daxili siyasәtinә
rәhbәrliyi” Orconikidzeyә rәsmi hәvalә etmişdi.
248
Çox hallarda Orconikidze öz iradәsini
Azәrbaycan hökumәtinә diqtә edir, prinsipial mәsәlәlәrә qeyri ciddi yanaşır onlara
münasibәtdә ardıcıllıq göstәrmir, özbaşınalıq edirdi vә i.a. Mәsәlәn, irәlidә görәcәyik ki,
o ilk mәrhәlәdә Dağlıq Qarabağla Zәngәzurun Azәrbaycan әrazisi olmasını vurğulamış vә
bu әrazinin “dәrhal vә danışıqsız Azәrbaycana birlәşdirilmәsini” tәlәb etmiş, lakin az
sonra Zәngәzuru “mübahisәli” saymış, nәhayәt, 1921-ci il iyulun 4-dә Dağlıq Qarabağı
Ermәnistana vermәk haqqında qәrara sәs vermişdi!
- Azәrbaycanda Sovet Respublikasıelan olunandan az sonra Moskva Kaminskini,
sonra Kirovu, sonra da başqalarını Azәrbaycan KP-ә rәhbәrliyә göndәrmişdi. Azәrbaycan
Zaqafqaziya respublikaları içәrisindә yeganә respublika idi ki, onun kommunist
partiyasının 1-ci katiblәri ta 1933-cü ilә qәdәr qeyri azәrbaycanlılar olmuşdular. Bu, kadr
qıtlığı ilә yox, azәrbaycanlılara siyasi etimadsızlıqla bağlı idi. Hadisәlәrin bilavasitә içindә
olan Nәrimanov 1923-cü ildә RK(b)P MK-yә, Stalinә (surәti Trotskiyә vә Radekә)
ünvanlanan mәktubda mәrdi-mәrdanә yazmışdı: “Zәrrö qәdәr dә şübhәm yoxdur ki, AK
(b)P MK-sı Serqo vә Stalinin simasında biz türklәrә etibar etmir vә Azәrbaycanın taleyini
ermәni daşnaklarına tapşırır”
249
Sovet hakimiyyәtinin ilk illәrindә Azәrbaycan Kommunist
Partiyasının әn böyük vә hәlledici tәşkilatı olan Bakı tәşkilatının bir-birinin ardınca
rәhbәrlәri olmuş Mikoyan, Sarkis, Mirzoyan addımbaşı Azәrbaycan hökumәtinin başçısı
Nәrimanova badalaq gәlir, maneçilik törәdirdilәr. “Sapı özümüzdәn olanlar” da onların
fitnә-fәsadına uyurdular;
Tofiq Köçərli
- 90 -
Qarabağ: Yalan və Həqiqət
- Azәrbaycan neft sәnayesi kimi әsas vә hәlledici sahә Moskvanın emissarı
Serebrovskinin sәrәncamına verilmişdi. Nәrimanovun şәhadәtinә görә, Azәrbaycanda
dövlәt içәrisindә dövlәt - “başda kral” Serebrovski olmaqla “monarxiya” yaradılmışdı.
250
- RSFSR hökumәti addımbaşına Azәrbaycan hökumәtinin suveren hüquqlarını tap-
dalayırdı. Tәkcә bir fakt: 1920-ci il iyunun 29-da, hәlә SSRİ yaradılmadığı bir şәraitdә
Lenin Azәrbaycan xalq tәsәrrüfatı şurasına belә bir teleqram vurmuşdu: “Әrzaq
Komissarlığının aldığı mәlumata görә Sizin sәrәncamınızda altı min pud sıxılmış qara
kürü vardır vә siz bunu müstәqil әmtәә mübadilәsi qaydasında xaricә göndәrmәk
istәyirsiniz. Lazım bilirik diqqәtinizi cәlb edәk ki, sizin әmtәә mübadilәsi mәsәlәsindә
bizimlә razılaşmadan hәrәkәt etmәniz ümumi dövlәt nöqteyi-nәzәrindәn arzu
edilmәzdir”.
251
RSFSR hökumәti bir çox hallarda Azәrbaycanın milli mәnafelәri ilә hesablaşmır,
hәtta әrazi mәsәlәsi kimi kәskin mәsәlәdә Azәrbaycanın mövqeyini saya salmırdı.
Vә sairә...
Hәmin amillәr müstәqil siyasәt yeritmәkdә Azәrbaycanın әl-qolunu bağlayırdı, o
cümlәdәn Dağlıq Qarabağ mәsәlәsinin әdalәtli hәllinә mәnfi tәsir edirdi.
Azәrbaycan Sovet Respublikası qurulduqdan bir neçә gün sonra. Qarabağda da
Sovet hakimiyyәti elan olundu. Dağlıq Qarabağda bu yeni şәraitlә әlaqәdar yerli daşnak
başçılarından biri Yerevana mәlumat vermişdi ki, “ermәni kәndlәri bizim (daşnakların -
T.K) hakimiyyәtimizi tanımaqdan imtina etdilәr”. İyunun ortalarında Orconikidze
Qarabağa gedәrәk, yerli әhalinin, hәm§ azәrbaycanlıların, hәm dә ermәnilәrin, siyasi
әhval-ruhiyyәsi ilә şәxsәn tanış oldu. Hәmin! tәәssüratla da o, iyunun 19-da Çiçerint
teleqramla bildirdi ki, Qarabağ vә Zәngәzur1 “özlәrini Azәrbaycan Sovet Respublikasının!
hissәsi hesab edirlәr”.
252
Hәmin vaxt RSFSR ilә Ermәnistan Respublikası arasında müqavilә bağlamağa
hazırlıq gedirdi.
İyunun axırlarında Orconikidze Rostovda olarkәn Ermәnistan nümayәndә heyәti ilә
görüşür. Dağlıq Qarabağ vә Naxçıvan mәsәlәlәri dә müzakirә olunur. Nümayәndә heyәti
Orconikidzeyә bildirir ki, “әgәr Azәrbaycan Şәrur-Dәrәlәyәz qәzasından vә Naxçıvan
Tofiq Köçərli
- 91 -
Qarabağ: Yalan və Həqiqət
rayonundan imtina etsә (Ermәnistanın xeyrinә -T.K.), ermәni nümayәndә heyәti
Qarabağla Zәngәzurun dәrhal Azәrbaycana birlәşdirilmәsinә razı olar”.
253
Bu barәdә Orconikidze Rostrvdan teleqramla Leninә, Stalinә vә Çiçerinә xәbәr verir.
Hәm dә öz fikrini bildirir ki, Qarabağ vә Zәngәzur Azәrbaycana birlәşdirilmәlidir; “orada
muxtariyyәt elan edәrik..., mәsәlәnin başqa cür hәlli bizim vәziyyәtimizi Azәrbaycanda
laxladır, Ermәnistanda isә heç bir şey qazanmırıq”.
254
Daha sonra Orconikidze yazırdı: “Yaxşı başa düşürәm, ola bilsin, müәyyәn siyasi
şәraitdә Ermәnistan bizә lazım ola bilәr. Necә lazım bilirsinizsә, elә dә hәll edin. Bizә hәr
nә göstәriş verilsә, yerinә yetirәcәyik. Lakin icazә verin nәzәrinizә çatdıraq ki,
Azәrbaycana belә münasibәt bizi Azәrbaycanın geniş kütlәlәri gözündә
lәkәlәyәcәkdir”.
255
Görünür, Moskvada Dağlıq Qarabağa dair hansısa başqa plan cızılırmış. Bunun
konkret olaraq nәdәn ibarәt olması hәlә tam aydınlaşdırılmayıb. “Azәrbaycana belә
münasibәt” nәdәn ibarәt imiş? Bunu Orconikidze açıqlamayıb. Ancaq Orconikidzenin
yenә Rostovdan Çiçerinә başqa bir teleqramı onu demәyә әsas verir ki, Moskva Dağlıq
Qarabağı vә Zәngәzuru “mübahisәli әrazi” elan etmәk fikrindә olub. Hәmin teleqramda
deyilir: “Ermәnistanla Azәrbaycanın mübahisәli vilayәtlәri haqqında teleqramlarınızı
yalnız bu gecә almışam... Әgәr hәmin yerlәr (Qarabağ, Zәngәzur vә Naxçıvan -T.K.)
mübahisәli qalarsa, onları danışıqsız türklәr tutacaqlar”.
256
Sonra Orconikidze Dağlıq Qarabağ mәsәlәsindә öz mövqeyini tәkrar etmişdi:
“Mәnim fikrim - Qarabağ vә Zәngәzur dәrhal Azәrbaycana birlәşdirilmәlidir. Mәn
Azәrbaycanı hәmin vilayәtlәrә muxtariyyәt vermәyә mәcbur edәrәm. (“mәcbur
edәrәm”! - T.K.) Lakin tәşәbbüsü Azәrbaycan etmәlidir, bu, heç bir vәchlә müqavilәdә
(RSFSR-Ermәnistan müqavilәsindә -T.K.) qeyd olunmamalıdır”, “mәsәlә belә hәll
edilәrsә, Azәrbaycanı başqa vilayәtlәrdәn (Naxçıvandan -T.K.) imtina etmәyә mәcbur
etmәk olar” (“mәcbur etmәk olar”! - T.K.).
257
Orconikidze Bakıya Nәrimanova zәng çalır: “Qarabağ vә Zәngәzur barәsindә indicә
Çiçerinlә danışdım. Tәklif edirәm hәmin vilayәtlәr dәrhal vә danışıqsız Azәrbaycana
birlәşdirilsin, siz başqa vilayәtlәrә (Naxçıvan .T.K.) iddialarınızdan әl çәkin vә Dağlıq
Qarabağa vә Zәngәzura muxtariyyәt verin, özü dә muxtariyyәt verilmәsi mәsәlәsi sülh
Tofiq Köçərli
- 92 -
Qarabağ: Yalan və Həqiqət
müqavilәsindә (Rusiya-Ermәnistan müqavilәsi T.K.) әsla göstәrilmәmәlidir, tәşәbbüsü
yalnız siz etmәlisiniz”.
258
Nәrimanov qәti cavabı sabah vermәyi vәd edir.
Nәrimanov Qafqaz bürosu üzvü Mdivani, AKP MK üzvü Mikoyan vә Ermәnistan KP
MK üzvü Nuricanyan ilә birlikdә Çiçerinә vә Vladiqafqazda olan Orconikidzeyә teleqram y
göndәrir.
Teleqramda deyilirdi:
- “qәti bәyan edirik ki, artıq Sovet Azәrbaycanının tәrkibinә daxil olmuş guya
mübahisәli Zәngәzur vә Qarabağ, mübahisәsiz Azәrbaycan әrazisidir vә indәn sonra da
Azәrbaycan hüdudlarında olmalıdır”.
- “Culfa vә Naxçıvan rayonları tamamilә müsәlmanların mәskunlaşdığı yerlәrdir, bir
ildәn artıqdır ki, daşnak hökumәtindәn öz güclәrilә müdafiә olunurlar... Hәmin yerlәr
bizim qoşunlar tәrәfindәn tutulmalı vә Azәrbaycana birlәşdirilmәlidir”.
259
(Naxçıvanlıların
daşnaklara qarşı mübarizәdә göstәrdiklәri qәhrәmanlıq vә mәtanәti Ermәnistanın ilk baş
naziri O.Kaçaznuni dә etiraf etmәli olmuşdu. O, 1923-cü ildә yazmışdı: “Vedi Basar,
Şәrur, Naxçıvan kimi mühüm yerlәrdә hәtta silah gücünә öz hakimiyyәtimizi qura
bilmәdik, mәğlub olduq vә geri çәkildik”).
260
Demәli, Nәrimanov Orconikidzenin başlıca tәlәbinә - Naxçıvandan imtina etmәk
tәlәbinә mәnfi münasibәt bildirir vә tәkid edir ki, Naxçıvan Azәrbaycana birlәşdirilsin.
Әgәr Nәrimanov Dağlıq Qarabağla Zәngәzurun “dәrhal vә danışıqsız Azәrbaycana birlәş-
dirilmәsi” naminә Naxçıvandan imtina etmәk tәlәbinә “bәli” desәydi, şübhәsiz
Naxçıvanın Ermәnistana verilmәsi prosesi başlayardı.
Bu da aydın olur ki, Dağlıq Qarabağa Azәrbaycan tәrkibindә muxtariyyәt vermәk
ideyası Orconikidzeyә mәxsusdur. Lakin Nәrimanov nә yuxarıda adı çәkilәn teleqramda,
nә dә Qarabağa dair 1920-ci il dekabra qәdәr olan digәr mәktub vә sәnәdlәrindә hәmin
mәsәlәyә münasibәt bildirmәmişdir. Ehtimal etmәk olar ki, Nәrimanov prinsip etibarı ilә
Dağlıq Qarabağa muxtariyyәt verilmәsinin әleyhinә olmuşdur.
Hadisәlәrin sonrakı inkişafı, o cümlәdәn Çiçerinin iyunun 29-da Leninә göndәrdiyi
mәktub göstәrir ki, Çiçerin “mübahisәli әrazilәr” adlandırılan mәsәlәdә Azәrbaycan
rәhbәrliyinin mövqeyi ilә hesablaşmamışdır. Yәqin , Ermәnistana xüsusi rәğbәt göstәrәn
Tofiq Köçərli
- 93 -
Qarabağ: Yalan və Həqiqət
Çiçerin Naxçıvandan imtina etmәk şәrtilә Dağlıq Qarabağ vә Zәngәzurun “dәrhal vә
danışıqsız Azәrbaycanla birlәşdirilmәsi” haqqında Orconikidzenin tәklifinә dә etinasız
yanaşmışdır. Ola bilsin, Nәrimanovla Çiçerin şәxsi münasibәtlәrindәki gәrginlik vә
habelә, RSFSR Xarici İşlәr Komissarı müavini Qaraxanın (Qaraxanyan) öz komissarı
Çiçerinә tәsiri Çiçerindә Azәrbaycana mәnfi münasibәt formalaşdırmışdı.
Leninә mәktubda Çiçerin hәr şeydәn әvvәl Naxçıvan әtrafında türk hәrbi hissәlәrinin
peyda olması barәdә Mdivanidәn teleqram aldığını vә guya “türklәrin Azәrbaycan
istiqamәtindә hәrәkәt etmәlәrini” mәlumat verirdi.
Fәrz edәk ki, belә dә olub. Bәs bu şәraitdә Sovet Rusiyası müttәfiqi Sovet
Azәrbaycanına hansısa kömәyi, deyәk ki, artıq Azәrbaycanda, o cümlәdәn Şuşada
yerlәşmiş XI Qızıl Ordu hissәlәrini Zәngәzura, oradan da Naxçıvana yeritmәyi vә belәliklә
hәm Zәngәzuru daşnaklardan azad etmәyi vә hәm dә türklәrin “Azәrbaycan
istiqamәtindә hәrәkәtini”. dayandırmağı tәklif edirdimi?
Etmirdi.
Çiçerin Nәrimanova qara yaxaraq yazırdı ki, Nәrimanov rus hissәlәrinin Qarabağı,
Zәngәzuru, Naxçıvanı tutub “Azәrbaycana Hәdiyyә etmәsini istәyir. Nәrimanov mәhz bu
kombinasiyanı nәzәrdә tutur... Bu kombinasiyanı Rusiya hissәlәrinin әli ilә etmәk әsla
yolverilmәzdir”.
Bәlkә Çiçerin bu işi Azәrbaycan SSR әsgәrlәrinin öz әli ilә görmәk tәrәfdarıymış?
Әsla yox. Әksinә, Çiçerin Leninә yazırdı ki, Zәngәzuru, Naxçıvanı tutmaq üçün
ermәnilәrә qarşı Azәrbaycan әsgәrlәrinin göndәrilmәsi “Qәti yolverilmәzdir vә әn böyük
cinayәt olardı” Nә üçün? Ona görә ki, “hәmin vilayәtlәrә cәnubdan türklәr hücum edirlәr
vә Azәrbaycan müsәlman hissәlәri oraya göndәrilәrsә, dәrhal türklәrә әl uzadarlar”.
Bәs Çiçerin nә istәyirdi, onun әsas tezisi nә idi?
“Azәrbaycan hәmişә Ermәnistana mәnsub olan vә faktiki surәtdә Ermәnistan
respublikasının әlindә olan okruqlara iddia etmәk fikrinә düşüb. Azәrbaycan hökumәti
Qarabağa, Zәngәzura vә Naxçıvan, Ordubad, Culfa ilә birlikdә Şәrur-Dәrәlәyәz qәzasına
iddia edir”.
Sadalanan rayonların “daim Ermәnistana mәnsub olması” haqqında fikir tarixi
faktları bilmәmәk nәticәsindәnmi yaranmışdı? Hәtta belәdirsә dә, bu, RSFSR Xalq Xarici
Tofiq Köçərli
- 94 -
Qarabağ: Yalan və Həqiqət
İşlәr Komissarına şәrәf gәtirmir. Tutduğu vәzifәyә görә vә qaldırdığı mәsәlәnin
kәskinliyinә görә Çiçerin heç olmasa yaxın keçmişin faktların-dan, deyәk ki,
Azәrbaycanın Qarabağ vә Naxçıvan xanlıqlarının mövcud olması vә bu xanlıqların mәhz
müsәlman xanlıqları kimi Rusiya hakimiyyәtini qәbul etmәlәri faktlarından xәbәrdar
olmalıydı. O, mәsәlәn, xәbәrdar olmalıydı ki, Rusiya imperatoru mәhz “Şuşalı vә
Qarabağlı İbrahim xanın... vә onun varislәrinin ölkәsinin bütövlüyünü saxlamağa öz
imperator zәmanәtini” vermişdi.
Deyilәn yerlәrin “hәmişә Ermәnistana mәnsub olması” haqqında fikir Çiçerinә
kәnardan, ola bilsin, müavini Qaraxan tәrәfindәn tәlqin edilibmiş.
Mәktub yazılan zaman hәmin yerlәrin kimin Әlindә olması haqqında mәsәlәdә
bolşevik Çiçerin kimә etibar etmişdi: “Naxçıvan bir neçә aydır üsyançıların-
müsәlmanların әlindәdir”, Qarabağ vә Zәngәzur “özlәrini Azәrbaycan Sovet
Respublikasının tәrkib hissәsi sayırlar” deyәn bolşevik Orconikidzeyәmi; Qarabağ vә
Zәngәzur şәksiz Azәrbaycan vilayәtlәridir”, “tamamilә müsәlmanlarla mәskunlaşmış
Culfa vә Naxçıvan rayonları bir ildәn artıqdır ki, yerli әhalinin gücü ilә daşnak
hökumәtindәn qorunurlar” deyәn bolşevik Nәrimanovamı, yaxud daşnaklaramı?
Sonunculara.
Çiçerin RSFSR Xarici İşlәr Komissarı kimi bilmәmiş olmazdı ki, mәsәlәn, Naxçıvanda
Araz Türk Cümhuriyyәti, sonra başda amerikan qubernatoru olmaqla Naxçıvan
qubernatorluğu mövcud olmuş vә Kaçaznunin dediyi kimi, Ermәnistan “Vedi Basar,
Şәrur vә Naxçıvanda hәtta silah gücünә öz hakimiyyәtini qura bilmәmiş, mәğlub olmuş
vә geri” çәkilmişdi”. Çiçerin Ermәnistan informasiya bürosunun 1919-cu il mart ayının
sonunda yaydığı vә elә o zaman rus dilli mәtbuatda dәrc olunan belә bir mәlumatı
bilmәmiş olmazdı ki, müttәfiq qoşunların komandanı general r Tomson Yerevanda
olarkәn, Ermәnistan hökumәti ondan acizanә xahiş etmişdi: y
Şәrur vә Naxçıvanın müsәlman әhalisi mәcbur edilsin ki, ermәni qaçqınlarını
danışıqsız öz kәndlәrinә qayıtmağa qoysun.
Әgәr Naxçıvan Çiçerinin dediyi kimi, “faktiki surәtdә Ermәnistanın әlindә” isә, nә
üçün Ermәnistan hәmin xahişlә Tomsona müraciәt edirdi? Hәqiqәt baş nazir
Kaçaznuninin dediyindә idi: Ermәnistan “Şәrur vә Naxçıvanda hәtta silah gücünә öz
Tofiq Köçərli
- 95 -
Qarabağ: Yalan və Həqiqət
hakimiyyәtini qura bilmәmişdi”. Yaxud Çiçerin komissar kimi bilmәmiş olmazdı ki,
mәsәlәn, 1919-cu ilin avqustunda Dağlıq Qarabağ ermәni qurultayı Azәrbaycan
hakimiyyәtini qәbul etmәk; Dağlıq Qarabağı Azәrbaycan Respublikası hüdudlarında
hesab etmәk barәdә saziş imzalamışdı.
Yәqin deyilәn mәsәlәdә dә Çiçerin Qara-xanın informasiyasının qurbanı vә әsiri
olubmuş.
Çiçerin Leninә bildirirdi ki, Ermәnistan nümayәndә heyәti “heç bir vәchlә Qarabağ
okruqundan savayı Ermәnistan hakimiyyәti altında olan digәr yerlәrin Rusiya işğalına
könüllü verilmәsinә razı deyildir”.
Demәli, hәr şey Ermәnistan necә istәyirsә elә dә hәll olunmalı idi. Çiçerinin mәntiqi
belә idi!
Çiçerin tәklif edirdi ki, “Türkiyә tәhlükәsi” ilә әlaqәdar artıq tutulmuş Şuşa vә
Cәbrayıl rayonları ilә kifayәtlәnilsin vә “Ermәnistanın hәr hansı yeni hissәlәrinin, hәtta
Onlar mübahisәli sayılırsa da, tutulmasından imtina edilsin”.
Bu, Çiçerinin fikrincә, Ermәnistanla müqavilә bağlamağı “asanlaşdırardı”. Çiçerin
hәmin müqavilәni “mümkün qәdәr tez bağlamağı” vacib sayırdı. Artıq Sovet hakimiyyәti
Ermәnistanın da qapısını döyürdü. Türkiyәnin Moskvada elçisi Әli Fuad Paşanın
yazdığına görә, o zamanlar Lenin özü Türkiyә nümayәndәlәri ilә söhbәtdә demişdi ki,
“hәm Ermәnistanın, hәm dә Gürcüstanın çox yaxın bir zamanda istәdiyimiz bir şöklә
girәcәyinә şübhә yoxdur”, Söhbәtin nәdәn getdiyini anlamaq çәtin deyil. Çiçerin әla
bilirdi ki, Azәrbaycandan sonra növbә Gürcüstanın vә Ermәnistanındır. Axı, Çiçerin özü
Azәrbaycan, Gürcüstan vә i.a. milli hakimiyyәtlәrini zorla devirib, burada Sovet
Hakimiyyәti qurmaq planının әsas müәlliflәrindәn biri idi. Belә olduğu halda bәs nә üçün
Çiçerin Ermәnistanla müqavilә bağlamağı sürәtlәndirirdi?
Mәlum deyil. Bәlkә ermәnipәrәst Çiçerin Azәrbaycanın zәrәrinә vә Azәrbaycan
әrazisini Ermәnistana güzәştә getmәklә Ermәnistan-Azәrbaycan әrazilәrini vә
sәrhәdlәrini müәyyәnlәşdirmәk vә belәliklә Azәrbaycanı baş vermiş fakt qarşısında
qoymaq vә gәlәcәk Sovet Ermәnistanını “mübahisәli әrazilәr”) problemindәn azad etmәk
istәyirmiş?
İstisna etmirәm.
Tofiq Köçərli
- 96 -
Qarabağ: Yalan və Həqiqət
İyulun 7-dә RK (b)P MK siyasi bürosu Çiçerinin tәklifi üzrә Qafqaz cәbhәsi hәrbi-
inqilabi Şurasına tәlimat” qәbul etdi. Nәrimanova, habelә RSFSR-in Gürcüstanda,
Ermәnistanda vә Türkiyәdә diplomatik nümayәndәlәri Kirova, Leqrana vә Eliavaya
göndәrilәn hәmin sәnәddә deyilirdi: “Hәrbi vәziyyәtimiz rus hissәlәrinin Qarabağı,
Zәngәzur qәzasını, Naxçıvanı, Culfanı, Şәrur vә Dәrәlәyәz qәzasını tutmasına imkan
vermәdiyi üçün Rusiya hәrbi hakimiyyәtlәri Ermәnistanla Azәrbaycan arasında o
mübahisәli yerlәri tutmaqla kifayәtlәnmәlidirlәr ki, o yerlәr, yәni Şuşa vә Cәbrayıl artıq
tutulmuşdur... Hәmin yerlәrdә heç bir Azәrbaycan vә Ermәnistan hakimiyyәti
olmamalıdır” (artıq Cәbrayıl da “mübahisәli әrazi” elan edilibmiş!)
Çiçerinin Leninә mәktubu vә “tәlimat” Azәrbaycanın suveren hüquqlarını kobud
şәkildә pozurdu. Görünür, hәmin sәnәdlәrlә әlaqәdar Nәrimanov teleqrafla Lenindәn
hәyәcanla soruşmuşdu (teleqramı akademik C.Quliyev aşkar edib): “... bilmәk istәyirәm,
mәrkәz bizә, müsәlmanlara necә yanaşır vә mәrkәz necә belә mühüm mәsәlәlәri bizsiz
hәll etmişdir... Ermәnistanın vә Gürcüstanın müstәqilliyini tanıyan (Rusiya),
Azәrbaycanda Sovet hakimiyyәti qurulanadәk mübahisәsiz olan vilayәti indi mübahisәli
hesab edir. Çiçerin yoldaş Mәrkәzin> siyasәtinә tabe olmaq haqqında danışır, lakin eyni
zamanda Mәrkәz nәzәrә alırmı ki, hәmin Mәrkәz bizi şirma olmağa vadar edir?”.
İyulun 10-da Azәrbaycan K(b)P MK bürosunun RSFSR-in Ermәnistandakı
nümayәndәsi Leqranın iştirakı ilә iclası oldu. “Qarabağdan mәruzә” dinlәnildi. Mәruzәdә
deyilirdi: “Daşnakların әsas dayağı türkiyәli ermәni qaçqınlarıdır. Dro öz dәstәsi ilә
Qarabağdan Zәngәzura qaçmışdır... (Qarabağ) ermәni kәndlisi Ermәnistanın tәrkibinә
daxil olmaq istәmir... Hazırda mәrkәzin irәli sürdüyü mәsәlә anlaşılmaz işdir... Birinci
növbәdә qaçqınlar mәsәlәsini hәll etmәk lazımdır, çünki ermәni qaçqınlar Ermәnistana
qayıtmağa razı deyillәr...”.
261
“Mәruzәnin әsas - müddәaları “ qәbul edildi”. Büro protokolunda mәlumat bu qö-
dәrdir.
İyulun 10-da Nәrimanov, RK(b)P MK Qafqaz bürosunun üzvü Mdivani, Azәrbaycan
K(b)P MK üzvlәri Mikoyan, Naneyşvili, XI Qızıl Ordu HİŞ üzvlәri Vesnik, Levandovski vә
Mixailov RK (b)P MK-nә “Zәngәzur vә Qarabağ mәsәlәsinә dair vahid fikir” bildirdilәr.
Teleqramdan aydın olur ki, RSFSR-in Ermәnistanla apardığı danışıqlarda “Zәngәzur vә
Tofiq Köçərli
- 97 -
Qarabağ: Yalan və Həqiqət
Qarabağ mәsәlәsi” müzakirә olunurmuş. Azәrbaycanın tәmsil olunmadığı hәmin
danışıqlarda “Zәngәzur vә Qarabağın neytrallaşdırılması, yaxud daşnaklara verilmәsi”
nәzәrdә tutulurmuş. Bununla da әlaqәdar aşağıdakı “vahid fikir” RK(b)P MK-ya çatdırıldı:
1. Qarabağ müsavat hökumәti dövründә bütünlüklә Azәrbaycan tәrkibindә
olmuşdur”. Xatırladılmışdı ki, hәlә o zaman 1919-cu ilin avqustunda, Qarabağ
ermәnilәrinin kәndli qurultayı Dağlıq Qarabağı Azәrbaycan hüdudlarında hesab etmişdi.
2. “Qarabağ vә onun dağlıq hissәsi... ket-gedә sovet qurulucuğunun dayağı olurlar”.
3. “Zәngәzurun şimal hissәsindә, cәngavәr Kürdüstanda әhalinin yarısı öz tәşәbbüsü
ilә sovetlәrdә birlәşmişdir. Orada olmuş diviziya komissarı mәlumat verir ki, kürdlәr
Sovet hakimiyyәtinin bütün şәrtlәri vә әmrlәri ilә. razıdırlar” (Belә bir arxiv sәnәdi var:
1920-ci il iyunun 25-dә XI Qızıl Ordu 32-ci diviziyasının kәşfiyyat rәisi mәlumat vermişdi
ki, zәngәzurlular “atletik qәddi-qamәtli, davamlı, әla atıcı, at sürәn adamlardır,
vaxtlarının çoxunu ermәnilәrә qarşı basqınlarda vә müharibәlәrdә keçirirlәr”. Ermәnistan
“Zәngәzurda kürdlәrin güclü müqavimәtinә rast gәlib. Buraya göndәrilәn әn yaxşı
ermәni dәstәlәri: Andranikin, Hamazapsın vә Dronun dәstәlәri böyük itkilәr veriblәr vә
Ermәnistanın planı (kürdlәri Zәngәzurdan qovmaq planı -T.K.) baş tutmamışdır... Ararat
hökumәti kürdlәrә qarşı fәallığını dayandırmağa mәcbur olmuşdur”)
4. “Zәngәzur vә Qarabağın neytrallaşdırılması, yaxud daşnaklara verilmәsi... xәyanәt
sayılacaqdır (“xәyanәt sayılacaqdır”! - T.K.) ... Keçmişә gözlәnilmәz dönüşü vә Sovet
hakimiyyәtinin Azәrbaycanı әvvәlki sәrhәdlәri hüdudlarında saxlamağa qadir olmamasını
müsәlman kütlәlәri satqınlıq, ermәnipәrәstlik, yaxud Sovet hakimiyyәtinin zәifliyi hesab
edәcәklәr”,
5. “Azәrbaycanın Qızıl Ordu himayәsindә olan vә ermәnilәrә vә gürcülәrә paylanan
mәlәzә çevrilmәmәsi naminә, biz, Mәrkәzi Qarabağ vә Zәngәzur mәsәlәsindә tәrәddüd
etmәkdәn saqındırırıq”.
262
Orconikidzenin hәr halda bu “vahid fikir”dәn xәbәri olardı. Lakin, o bunu nәzәrә
almamış vә Leqran ilә birlikdә (Leqran ilә birlikdә!) iyulun 14-dә Bakıdan Çiçerinә
aşağıdakı mәzmunda teleqram göndәrmişdi: “Mәsәlәni Azәrbaycanı qismәn tәmin edә
bilәcәk belә bir qaydada hәll etmәyi zәruri sayırıq: Qarabağ tamamilә vә danışıqsız
Tofiq Köçərli
- 98 -
Qarabağ: Yalan və Həqiqət
Azәrbaycana birlәşdirilir. Zәngәzur mübahisәli elan olunur. Qalan vilayәtlәr (Naxçıvan -
T.K.) Ermәnistanda qalır”.
263
Orconikidze “Azәrbaycanın bütün xarici vә daxili siyasәtinә rәhbәrliyi” belә hәyata
keçirirdi! Azәrbaycan rәhbәrliyindәn xәbәrsiz nәyin Azәrbaycanı “qismәn tәmin
edәcәyinә” tәminat verir, nәyi kimә verib vermәmәyi, nәyin mübahisәli elan olunmasını
hәll edirdi. Diqqәti bir dә o cәlb edir ki, dünәn, sırağa gün “Zәngәzur dәrhal
Azәrbaycana birlәşdirilmәlidir” deyәn şәxs, bu gün Zәngәzuru “mübahisәli әrazi” elan
edir! Bilinmir, Orconikidze kimi tәmsil edir, Sovet Azәrbaycanınımı, yaxud burjua
Ermәnistanınımı?1
İyulun 15-dә MK bürosu Orconikidze vә Leqranın iştirakı İlә “Ermәnistanla sülh
haqqında mәsәlә” müzakirә edir. İclasın stenoqrafik yazısı yoxdur, Ona görә mәsәlәnin
nә ilә .әlaqәdar müzakirәyә qoyulması, iclas iştirakçılarının konkret mövqelәri, orada
gedәn fikir mübadilәsi vә mübarizә haqqında qәti fikir söylәmәk imkan xaricindәdir.
Yalnız büroda qәbul olunan qәrarı izah etmәklә kifayәtlәnmәli oluruq.
Qәrarın tam mәtni belәdir:
“1. Qarabağla Zәngәzur Azәrbaycana birlәşdirilmәlidir.
2. Naxçıvandan vә başqalarından imtina etmәli, (hәmin yerlәrin) rus qoşunları
tәrәfindәn işğal olunmasını tәklif etmәli.
3. Hәlә Ermәnistanda vәziyyәt haqqında tam informasiya alanadәk, sülh
imzalamamaq yolu Leqrana tәklif olunsun.
4. Danışıqlar vaxtı bütün hәrbi әmәliyyatları dayandırmaq Ermәnistana tәklif
olunsun”.
264
Ehtimal etmәk olar ki, iclasda Orconikidze Zәngәzuru mübahisәli elan etmәk tö-
lәbindә israr edib. Lakin hәmin tәlәb qәbul olunmayıb.
Ehtimal etmәk olar ki, Naxçıvandan imtina edilmәsi haqqında tәklifin müәllifi
Orconikidze olmuşdur vә mәhz onun tәzyiqi ilә dә hәmin tәslimçi vә biabırçı bәnd qәbul
edilmişdir.
Onu da ehtimal etmәk olar ki, mәhz Nәrimanovun tәkidi ilә Naxçıvanın Sovet
qoşunları tәrәfindәn tutulması haqqında qәrar qәbul edilib.
Tofiq Köçərli
- 99 -
Qarabağ: Yalan və Həqiqət
Nәrimanovun tәkidinә görәmi, yaxud başqa mülahizәlәrә görәmi, mәlum deyil,
RSFSR Şuşa vә Cәbrayılla kifayәtlәnib başqa yerlәri tutmamaq haqqında öz qәrarından
imtina etdi.
İyulun 17-dә Qızıl Ordu korpusunun komandiri Todorski Nәrimanova bütün
Zәngәzurun daşnak zülmündәn azad edilmәsi vә orada Sovet hakimiyyәti qurulması
haqqında teleqram vurdu. Qızıl Ordu hissәlәrinin Naxçıvan hәndәvәrinә yaxınlaşması
Naxçıvanda hadisәlәrin inkişafına müsbәt tәsir etdi.
İyulun 28-dә Naxçıvanda Sovet hakimiyyәti elan edildi. Avqustun 10-da Orconikidze
Naxçıvanın sovet qoşunları tәrәfindәn tutulmasını Moskvaya xәbәr verdi. Naxçıvan
inqilab komitәsi Ermәnistan hökumәtinә sülh danışıqlarına başlamağı tәklif etdi. Cavab
olaraq Ermәnistan hәrbi naziri “Naxçıvanın Ermәnistana danışıqsız itaәt etmәsini” tәlәb
etdi. Şuşa şәhәrindәn XI Qızıl Ordu 28-ci diviziyası qәrargahının rәisi Frolovun Bakıya
teleqrafla verdiyi mәlumata görә, Ermәnistanın şәrtlәri nә az, nә çox belә idi:
“Naxçıvan qәzası әhalisi Ermәnistan hökumәtinә danışıqsız itaәt etmәli, yeddi min
tüfәng vә hәr tüfәngә 80 güllә, bütün pulemyotları, sursatı, üç yüz min pud buğda,
ondan yüz әlli min pud әvәzsiz, 300 yәhәrli at, 200 baş iş heyvanı vermәlidir. İcra
müddәti 48 saat!.
Naxçıvan inqilab komitәsinin sәdri M.Bәktaşi Ermәnistanın ultimatumunu rәdd etdi.
Eyni 3amanda XI Qızıl Ordu komandanlığı avqustun 1-qde Ermәnistana xәbәrdarlıq etdi
ki, Ermәnistan Naxçıvan rayonunda fәal hәrbi әmәliyyatları dayandırmasa, bir sıra
sarsıdıcı zәrbәlәrlә cavab verilәcәkdir. Ermәnistan bu xәbәrdarlığa mәhәl qoymadı.
Avqustun әvvәllәrindә XI Qızıl Ordu 28-ci diviziyasının süvarilәri Naxçıvan şәhәrinә
hücum edәn ermәni hissәlәrini geri oturtdular. Şahtaxtı rayonunda da ermәni hissәlәri
mәğlubiyyәtә uğradıldı.
Belә bir şәraitdә, avqustun 10-da RSFSR ilә Ermәnistan arasında müvәqqәti sülh
sazişi imzalandı. Sazişә görә, Şahtaxtı vә Culfa, habelә Şahtaxtı-Culfa dәmiryolu
Ermәnistan işğalında qalırdı Dәmiryolundan Ermәnistan hәrbi mәqsәdlәr üçün istifadә
etmәmәli idi. Lakin bu, sazişin antiazәrbaycan mahiyyәtini dәyişmirdi.
Saziş barәsindә mәtbuatda xәbәr verilәn kimi, avqustun 12-dә Azәrbaycanın
Moskvada fövqәladә nümayәndәsi B.Şahtaxtinski Leninә vә Çiçerinә mәktub göndәrdi.
Tofiq Köçərli
- 100 -
Qarabağ: Yalan və Həqiqət
Bildirdi ki, “Naxçıvan ölkәsi әhalisi türklәr getdikdәn sonra Araz Cümhuriyyәti yaratdı.
Naxçıvan ölkәsi әhalisi bir neçә il әrzindә öz Müstәqilliyini daşnaklardan qoruyub saxladı.
Bütün cәhdlәrinә baxmayaraq, daşnaklar Naxçıvana Yiyәlәnә bilmәdilәr”. B.Şahtaxtinski
“ qanlı müharibәdәn sonra әlindә silah azad olan vә Azәrbaycanla birlәşmәyә nail olan”
Naxçıvan әmәkçilәrinin, Sovet Azәrbaycanının hüquq vә mәnafelәrinin pozulmasına
etiraz bildirdi. Tәklif etdi ki, yaranmış şәraitdә Azәrbaycanla Ermәnistan arasında әrazi
mübahisәlәri qәti hәll olunanadәk Qızıl Ordu bütün Naxçıvan ölkәsini tutsun.
B.Şahtaxtinski o zaman Moskvada danışıqlar aparan Türkiyә nümayәndәlәri ilә
görüşdü. Türkiyәnin Moskvada böyük elçisi Әli Fuad Paşanın yazdığına görә,
B.Şahtaxtinski demişdi Ki, Ermәnistan Naxçıvan vә Zәngәzurun Ermәnistana qatılmasına
Sovet hökumәtinin razılığını almışdır. Bununla әlaqәdar B.Şahtaxtinski Azәrbaycan
rәhbәrliyinin mövqeyini açıqlamışdı: “Naxçıvan ya Azәrbaycana vә ya Türkiyәyә
birlәşdirilmәlidir vә yaxud müstәqil bir Hökumәt olaraq qalmalıdır”.
Әli Fuad Paşa Çiçerinlә danışıqlarda Naxçıvan mәsәlәsinin müzakirәsi barәdә maraqlı
mәlumatlar vermişdir.
Çiçerin Türkiyә nümayәndәlәri ilә görüşdә demişdi:
“Biz, ermәnilәrlә bir saziş yapdıq. Mәtnini bu gün qәzetlәrdә yayınladıq. Bu sazişә
görә, Naxçıvan ordumuzun (RSFSR ordusunun-T.K.) vә Şahtaxtı qәsәbәsi ilә Culfa,
Şahtaxtı dәmiryol xәtti Ermәnistanın işğalında qalacaqdır. Ancaq bu tәdbir keçicidir”.
Nümayәndә Heyәtinin başçısı Bәkir Sami bәy dәrhal etiraz etmişdi . “Çiçerin, qısa
bir: Keciçi bir şeydir, qәti deyildir dedi”.
Çiçerin “Sarıqamış ilә Şahtaxtının türklәr tәrәfindәn qәti biçimdә işğalını qәbul edirdi.
Bu işğal sırasında ermәnilәrin qәtlinә meydan verilmәmәsinә tәminat istәyirdi. Bәkir
Sami bәy, hәmin istәyә bu cavabı vermişdi.
- Silahsız ermәnilәrin öldürülmәsi xatirimizdәn belә keçmәz,... Qarsda, Naxçıvanda
vә Şahtaxtıda müsәlmanlara qarşı sürdürülәn qәtlә son vermәk lazımdır”.
Türkiyә nümayәndә heyәti Leninlә görüşdә dә Sovet hökumәtinin “Naxçıvan-
Şahtaxtı dәmiryolunu Ermәnistana tәslim etmәsinin heyrәt vә üzüntülәrimizә sәbәb
olduğunu” vurğulamışdı. Buna münasibәtini bildirәn Lenin demişdi:
Tofiq Köçərli
- 101 -
Qarabağ: Yalan və Həqiqət
“Bәli, bunda bir haqsızlıq vә xәta oldu. Bununla birlikdә mәsәlә incәlәnmәkdә olub
üç-dörd gün içәrisindә uyğun bir çözüm bulunacağından umutluyam”.
Naxçıvan mәsәlәsindә Nәrimanovun prinsipial mövqeyi, onun adından
B.Şahtaxtinskinin Moskvada atdığı addımlar Rusiya-Türkiyә Moskva danışıqlarında
Türkiyә nümayәndәlәrinin seçdiyi xәtt Moskvanın Naxçıvan mәsәlәsinә münasibәtinin
dәyişmәsinә vә nәticә etibarı ilә Naxçıvana Azәrbaycan tәrkibindә muxtariyyәt
verilmәsinә ciddi tәsir etmişdi.
Onu da qeyd etmәk lazımdır ki, Çiçerin Şahtaxtı ilә Culfanın, dәmir yolunun
Ermәnistan işğalında olmasını keçici bir şey sayarkәn, sәmimilik göstәrmәmişdir.
Çiçerinin rәhbәrliyi altında tәlәsik Ermәnistanla müqavilә layihәsi hazırlanmışdı. Hәmin
müqavilә layihәsindә Azәrbaycanın bütövlüyünә qәsd edilmiş vә Naxçıvanla Zәngәzurun
Ermәnistana verilmәsi nәzәrdә tutulmuşdu.
Bu antiazәrbaycan sövdәlәşmәsindәn Nәrimanov xәbәrdar olmuşdu.
AK(b)P MK Siyasi bürosunun noyabrın 4-dә Stalinin vә Orconikidzenin iştirakı ilә
keçirilәn iclası ehtimal ki, Nәrimanovun sәyi vә tәkidi ilә qәrara aldı: “Naxçıvanın vә
Zәngәzurun Ermәnistana verilmәsi haqqında tәklif olunan maddә (Rusiya-Ermәnistan
müqavilә layihәsindәki maddә-T.K.) nә siyasi, nә dә strateji cәhәtdәn sәrfәli deyildir”.
Bununla Naxçıvandan imtina etmәk barәdә AK(b) P MK-nın 15 iyul tarixli qәrarı
faktiki olaraq lәğv edildi. Gözlәmәk olardı ki, Stalinin iştirakı ilә qәbul edilәn bu qәrarla
Naxçıvan vә Zәngәzur barәsindә Azәrbaycan rәhbәrliyinin vә Stalinin rolu nәzәrә
alınmaqla Moskvanın mövqeyi qәti müәyyәnlәşdi. Lakin noyabrın 9-da Bakıda Stalin
Naxçıvan barәsindә ona verilәn suala cavab olaraq bildirdi: “Zәngәzurun vә Naxçıvanın
kimә mәxsus olması barәdә demәliyik ki, onları indiki Ermәnistan hökumәtinә vermәk
olmaz, lakin orada Sovet hakimiyyәti yaransa vermәk olar”.
Bu ikili mövqe Stalinin taleyüklü mәsәlәyә necә konyuktur vә yüngül yanaşmasını
göstәrir. Hәm dә guya Naxçıvan mәsәlәsinin Ermәnistanın ziddinә hәllindә Stalinin “әn
qaba tәzyiq” etmәsi barәdә iddianı tәkzib edir.
Әn başlıcası, Stalinin belә cavabı Orconikidzeyә vә başqalarına әsas verirdi ki, sabah
Ermәnistanda sovet hakimiyyәti qurulanda Naxçıvanın vә Zәngәzurun Ermәnistana veril-
mәsi mәsәlәsini tәzәdәn irәli sürsünlәr.
Tofiq Köçərli
- 102 -
Qarabağ: Yalan və Həqiqət
Belә dә oldu, Ermәnistanda Sovet hakimiyyәti elan olunması münasibәtilә
Azәrbaycan K(b) P MK-sı noyabrın 30-da qәrar qәbul etdi. Noyabrın 4-dә qәbul olunmuş
qәrara zidd olaraq Zәngәzurun Ermәnistana verilmәsi elan edildi (Demәk lazımdır ki, bu
qәrara baxmayaraq, Azәrbaycan hökumәti Zәngәzuru Azәrbaycan tәrkibindә saxlamağa
çalışmışdı. Hәmin istiqamәtdә axırıncı cәhdlәrdәn biri 1921-ci ilin mayında edilmişdi.
Azәrbaycan MİK-si mayın 30-da Nәrimanovun iştirakı ilә “Zәngәzur qәzasında vәziyyәt
haqqında” mәsәlә müzakirә edәrәk, qәrara almışdı: “Zәngәzur bandaları lәğv
olunanadәk Zәngәzur (Qubadlı) qәzası üçün Şuşada xüsusi inzibati tәsәrrüfat apparatı
tәşkil olunsun, hәmin әrazi bandalardan tәmizlәnәn kimi, dәrhal apparat Gorusda
yerlәşdirilsin”.)
265
30 noyabr tarixli qәrarda Naxçıvan mәsәlәsinә әsla toxunulmamışdı. Lakin hәmin
qәrar әsasında hazırlanıb dekabrın 1-dә Nәrimanov tәrәfindәn elan edilәn Bәyan-
namәdә Zәngәzurla yanaşı, “Naxçıvan qәzası әrazisinin Sovet Ermәnistanının ayrılmaz
hissәsi” olması bildirildi.
Bu, Naxçıvan barәsindә Nәrimanovun mövqeyinә, yeritdiyi xәttә tamamilә zidd idi.
Bәlkә Nәrimanovun bәyanatı qәzetdә dәrc olunanda (dekabrın 2-dә) sәhv buraxılıbmış?
Hәmin halda Nәrimanov sәhvi tәkzib edәrdi. Bәlkә Orconikidze vә başqaları әlavә bir
qәrar qәbul edib Nәrimanovu Hәmin addımı atmağa vadar ediblәrmiş? İstisna etmirәm,
Bәlkә Moskvadan kim isә, yaxud Orconikidze Nәrimanova deyibmiş ki, beynәlmilәlçilik
naminә Naxçıvanı Ermәnistanınkı elan et, sabah Ermәnistan proletar beynәlmilәlçiliyi
naminә Naxçıvanı Azәrbaycanınkı elan edәr? Demәk çәtindir.
Hәr halda bir maraqlı fakt var. Nәrimanovun hәmin bәyanatının 27-ci günü, yәni
dekabrın 27-dә Ermәnistan inqilab komitәsi dekret verir ki, “Sovet Azәrbaycanı tәntәnәli
aktla (1 dekabr tarixli bәyanatla- T.K.) Azәrbaycan vә Ermәnistan arasında mübahisәlәri
mәhv etmiş ... vә Naxçıvanı Sovet Ermәnistanının ayrılmaz hissәsi elan etmişdir. Lakin
Ermәnistanın Sovet hakimiyyәti... öz gücünü yalnız xalqın, o cümlәdәn Naxçıvan әhalisi
zәhmәtkeşlәrinin açıq ifadә olunmuş iradәsindә görür”. Ermәnistan inqilab komitәsi
Naxçıvan әhalisinә tәklif edir ki, özü öz yolunu seçsin, bütün әmәkçi Sovet Ermәnistanı
ilә Naxçıvan zәhmәtkeşlәri üçün arzu olunan qarşılıqlı әlaqәlәr haqqında özünün aydın
ifadә olunmuş mütәşәkkil rәyini bildirsin.
Tofiq Köçərli
- 103 -
Qarabağ: Yalan və Həqiqət
Azәrbaycan Elmlәr Akademiyasının müxbir üzvü Qaraş Mәdәtovun mәlumatına görә,
1921-ci ilin әvvәllәrindә Naxçıvanda referendum keçirildi. Әhalinin 90 faizindәn çoxu
Naxçıvanın Muxtar respublika statusunda Azәrbaycanın tәrkibindә qalmasına sәs verdi.
Demәli, Ermәnistan hökumәtinin ra-zılığı vә Naxçıvan әhalisinin öz iradәsi ilә
Naxçıvanın Azәrbaycan tәrkibindә qalması mәsәlәsi hәll edildi. 1921-c.i il martın 16-da
Moskva RSFSR ilә Türkiyә arasında bağlanan müqavilә artıq baş vermiş faktı tәsdiq etdi.
Rusiya vә Türkiyә Naxçıvanın Azәrbaycanın protektoratı altında muxtariyyәtә malik
olmasını tәsbit etdilәr.
Naxçıvanın bu statusu digәr bir beynәlxalq müqavilәdә dә - Rusiya, Türkiyә,
Azәrbaycan, Gürcüstan vә Ermәnistanın 1921-ci ilin oktyabrında imzaladıqları Qars
müqavilәsindә tәsdiqlәndi vә tәsbitlәndi.
Balayan yazır ki, Moskva müqavilәsi ilә guya “nәinki Türkiyә, hәm dә Rusiya
Naxçıvan üzәrindә protektorat almışdır” O, Hәm dә ciddi bir әda ilә әlavә edir: “ o
zamanlardan Rusiyanın Naxçıvan üzәrindә protektoratı olmamışdır ... Moskvanın
protektoratı haqqında artıq hamı unutmuşdur, o cümlәdәn Rusiyanın özündә
unutmuşlar”.
Belә de! Lakin müqavilәnin mәtni Balayanı ifşa edir: Hәmin müqavilә Naxçıvan
üzәrindә protektoratı nә Türkiyәyә, nә dә Rusiyaya yox, mәhz Azәrbaycana vermişdir!
Müqavilәnin hәmin maddәsi belәdir: “Müqavilә bağlayan tәrәflәr razıdırlar ki, Naxçıvan
vilayәti, bu Müqavilәnin I (s) әlavәsindә göstәrilәn sәrhәdlәrdә Azәrbaycanın
protektoratı altında muxtar әrazidir, bir şәrtlә ki, Azәrbaycan bu protektoratı üçüncü bir
dövlәtә güzәştә getmәyәcәkdir”.
Naxçıvan haqqında belә bir prinsipial razılığa gәlinmәsinә Nәrimanovun tәsiri
olmuşdumu? Şübhәsiz vә çox böyük.
Doğrudur, Ermәnistan hökumәti Naxçıvan barәsindә yuxarıda göstәrilәn dekreti
vermişdi vә bunun әsasında Naxçıvan әhalisi referendum yolu ilә Naxçıvanın Azәrbaycan
tәrkibindә qalması haqqında öz, demәk olar, yekdil iradәsini ifadә etmişdi. Ancaq
Nәrimanov Çiçerinlә gәrgin münasibәtlәrini, Çiçerinin Azәrbaycanın әrazi bütövlüyü
mәsәlәsinә tendensiyalı vә obyektiv olmayan münasibәtini yaxşı bilirdi. Ona görә
Nәrimanov Naxçıvanın statusunun beynәlxalq tanınmasına vә birinci növbәdә Rusiyanın,
Tofiq Köçərli
- 104 -
Qarabağ: Yalan və Həqiqət
Türkiyәnin tanımasına çalışırdı. Rusiya ilә müqavilә imzalamağa gedәn Türkiyә
nümayәndә heyәti yolüstü Bakıda dayanmış vә Nәrimanovla әtraflı söhbәt etmişdi.
Nәrimanov B.Şahtaxtinskini Türkiyә nümayәndә heyәti ilә birlikdә Moskvaya
göndәrmişdi. Onunla Leninә xüsusi mәktub da göndәrmişdi. Mәktub çox kәskin
mәktubdur. Orada mәsәlәn, Nәrimanov yazır: “Әziz Vladimir İliç, mәn dәhşәtli saatı
qabaqcadan görürәm, ona görә sizdәn heç bir şeyi gizlәtmәmәyi zәruri sayıram. Mәnә
inanırlar vә hәr şeyi deyirlәr: mәndә ucqar muxtar respublikalarda vәziyyәt vә bizә
münasibәt barә-sindә şifahi vә yazılı mәruzәlәr var. Bütün mәruzәlәrdә Sovet
Respublikasının müstәmlәkәçi siyasәti haqqında danışılır.
Bütün bu respublikalarda yerli mәsul işçilәr ÇK vә Xüsusi şöbәnin agentlәri
tәrәfindәn dәhşәtә salınır. (Kamenev Nәrimanovun mәktubunun üstündә yazmışdı:
“Ucqarların әhval-ruhiyyәsinin xarakterizә edil-mәsindә fikrimcә, Nәrimanov V»
haqlıdır”.
“Ermәni mәsәlәsi” ilә әlaqәdar Nәrimanov yazmışdır: “Mәn sizi xәbәrdar et-
mәliyәm: Çiçerin yoldaş Şәrq mәsәlәsini dolaşıq salır, o ermәni mәsәlәsi ilә hәddindәn
artıq maraqlanır vә ermәni mәsәlәsi üzündәn türklәrlә әlaqә kәsilsә, nә baş verәcәyini
nәzәrә almır. Mәn qәti bildirirәm: Qafqazda (Dağıstan vә Gürcüstanda) yaranmış
şәraitdә әgәr Azәrbaycanı saxlamaq istәyiriksә, biz necә olursa olsun türklәrlә möhkәm
ittifaq bağlamalıyıq”. Lenin Stalinә tapşırmışdı ki, “MK-nın bütün üzvlәrini” Nәrimanovun
mәktubu ilә tanış etsin.
Fevralın 21-dә Leninә göndәrdiyi başqa bir mәktubda Nәrimanov bir daha qeyd
edirdi ki, “Türkiyәnin nümayәndә heyәti ilә danışıqlarda ermәni mәsәlәsi rol
oynamamalıdır”.
RSFSR - Türkiyә müqavilәsi hazırlanıb imzalanarkәn, Nәrimanovun fikirlәri nәzәrә
alınmışdı. Qәti demәk olar ki, hәm Naxçıvanın Azәrbaycan protektoratı altında muxtar
әrazi statusu almasında, hәm dә bu statusun beynәlxalq tanınmasında Nәrimanov
hәlledici rol oynamışdır.
Belәliklә, Ermәnistanın Naxçıvana yiyәlәnmәk cәhdi boşa çıxdı.
Tofiq Köçərli
- 105 -
Qarabağ: Yalan və Həqiqət
Dağlıq Qarabağ mәsәlәsinә qayıdaq. AK(b)P MK tәşkilat bürosunun vә siyasi
bürosunun noyabrın 30-da qәbul etdiyi qәrarda deyilirdi: “Qarabağın dağlıq hissәsinә öz
müqәddәratını tәyin etmәk hüququ verilir”.
266
Bu prinsipial qәrar dekabrın 1-dә Nәrimanovun elan etdiyi Bәyannamәdә dә öz
әksini tapdı.
Bәyannamә ilk dәfә 1920-ci il dekabrın 2-dә, yәni elan edildiyi günün sәhәri Bakıda
“Kommunist” qәzetindә (rus dilindә), dekabrın 3-dә isә “Бакинский Рабочий” qәzetindә
dәrc olunmuşdur. Hәmin Bәyannamә Yerevanda da çap edilmişdir. Bәyannamә “Böyük
Oktyabr sosialist inqilabı vә Ermәnistanda Sovet hakimiyyәtinin qәlәbәsi” (sәnәdlәr
mәcmuәsi, Yerevan, 1957) mәcmuәsinә daxil edilmişdir. Özü dә bu cür nәşrlәrә aid
bütün tәlәblәrә әmәl edilmәklә, yәni ixtisar edilmәdәn, üç nöqtәsiz vә Ermәnistan
Mәrkәzi dövlәt arxivindә saxlanan Bәyannamәnin surәtinә istinadla vә Bәyannamәnin ilk
dәfә Bakıda “Kommunist” qәzetinin 1920-ci il 2 dekabr tarixli 178-ci nömrәsindә işıq üzü
görmәsi göstәrilmәklә çap olunmuşdur.
Bir daha deyәk: Bәyannamәnin Yerevanda çap edilmiş mәtnindә dә açıq-aydın
yazılmışdır: “Dağlıq Qarabağın әmәkçi kәndlәrinә öz müqәddәratını tam tәyin etmәk
hüququ verilir”.
1988-ci ilәdәk ermәni müәlliflәri bunu inkar etmir vә heç bir şübhәyә almırdılar.
Elә ki, Dağlıq Qarabağ hadisәlәri başlandı, ermәni müәlliflәri dәrhal bir ağızdan
Azәrbaycanın 1 dekabr tarixli Bәyannamәsindә guya Dağlıq Qarabağın Ermәnistanın
ayrılmaz hissәsi elan olunduğunu iddia etdilәr.
Bu iddianı onlar dekabrın 1-dә Bәyannamә qәbul edilәn iclasda Orconikidzenin nitqi
vә onun Moskvaya teleqramı ilә әsaslandırırlar. Nitqdә Orconikidze sәhv olaraq
Bәyannamә ilә Dağlıq Qarabağın Ermәnistanın . ayrılmaz hissәsi elan olunduğunu
söylәmişdi.
267
Bu sәhv onun Deninә vә Stalinә göndәrdiyi teleqramda da (“Pravda”, 4
dekabr 1920) tәkrar olunmuşdu.
Lakin ilkin mәnbә - göstәrilәn Bәyannamәni elә o zaman Bakıda, sonra Yerevanda
çap edilmiş mәtni göstәrir ki, Orconikidzenin nitqindә vә Moskvaya göndәrdiyi
mәlumatda hәqiqәtәn sәhvә yol verilmişdir.
Tofiq Köçərli
- 106 -
Qarabağ: Yalan və Həqiqət
Bunu әsas sәnәd olan Bәyannamәnin mәtni ilә yanaşı başqa sәnәdlәr dә tәsdiq edir.
Elә Bәyannamә qәbul edilәn gün, yәni dekabrın 1-dә Orconikidze bir başa әlaqә ilә
Nazaretyana bildirmişdi ki, bu gün Bakıda Sovetin tәntәnәli iclası oldu. Nәrimanov
Azәrbaycan hökumәtinin bәyanatını oxudu. Orada göstәrilir ki, ““Dağlıq Qarabağ
ermәnilәrinә öz müqәddәratını tәyin etmәk hüququ verilir”.
268
Orconikidze bunu geniş
tәbliğ etmәyi Nazaretyandan xahiş etmişdi. Başqa bir fakt. 1921-ci il iyunun 27-dә
Nәrimanov birbaşa әlaqә ilә Tiflisdә olan xarici işlәr komissarı M.D.Hüseynova
tapşırmışdı ki, Dağlıq Qarabağ barәdә Qafqaz bürosuna çatdırsın: “Әgәr onlar mәnim
Bәyannamәmә (1 dekabr tarixli Bәyannamәdә -T.K.) istinad edirlәrsә, orada hәrfәn belә
deyilmişdir: “Dağlıq Qarabağa öz müqәddәratını tәyin etmәk hüququ verilir”
269
Bir
sәnәdә dә müraciәt edәk. Zaqafqaziya kommunist tәşkilatlarının I qurul-tayına (1922-ci
il fevral ayı) Qafqaz ölkә komitәsinin siyasi mәruzәsindә deyilirdi ki, Dağlıq Qarabağ
mәsәlәsinin “hәlli әhalinin öz ixtiyarına verilir”.
270
Tәkzib olunmaz faktlar belәdir. Lakin ermәni müәlliflәri qatığa qara deyәrәk ictimai
rәy yaratmaq mәqsәdilә saxtakarlıqlarını davam etdirirlәr. Deyirlәr, bax, Azәrbaycan özü
1920-ci ilin dekabrın 1-dә Dağlıq Qarabağı Ermәnistanın tәrkib hissәsi elan etmişdir,
demәli, Dağlıq Qarabağ Ermәnistan tәrkibindә olmuşdur vә Ermәnistan әrazisidir! Digәr
mәqsәd yalan üzәrindә yeni yalan uydurmaqdan ibarәtdir: guya “Azәrbaycan rәhbәrliyi
Dağlıq Qarabağı Sovet Ermәnistanının ayrılmaz his-! sәsi hesab etmәk haqqında özünün
qәrarını dәyişdirmәk mәsәlәsini RK(b)P MK Qafqaz bürosu qarşısında qaldırmışdır.”
Biz gördük ki, Azәrbaycan Hökumәtinin 1 dekabr Bәyannamәsindә Dağlıq Qarabağ
Ermәnistanın ayrılmaz hissәsi elan olunmamışdır. Bu barәdә Azәrbaycan hökumәtinin,
yaxud Azәrbaycan K(b)P MK-nın heç bir ayrıca qәrarı da olmamışdır. Ona görә dә
Azәrbaycan rәhbәrliyi özünün mövcud olmayan qәrarı barәsindә Qafqaz bürosu
qarşısında mәsәlә qaldıra bilmәzdi vә qaldırmamışdı. Dağlıq Qarabağ Azәrbaycan
tәrkibindә idi, orada Azәrbaycan qanunları işlәyirdi. Dağlıq Qarabağın hakimiyyәt vә
partiya orqanları Bakıya tabe idi, Bakıdan idarә olunurdu. Azәrbaycan nә üçün Dağlıq
Qarabağın әrazi mәnsubiyyәti haqqında mәsәlә qaldırmalıydı? Demәli, Azәrbaycan
rәhbәrliyinin guya “öz qәrarını dәyişdirmәk” haqqında mәsәlә qaldırması barәdә iddia da
ağ yalan vә uydurmadır.
Tofiq Köçərli
- 107 -
Qarabağ: Yalan və Həqiqət
Qafqaz bürosunda Dağlıq Qarabağ mәsәlәsinә qayıdışın tarixçәsi belәdir:
Qafqaz bürosu Azәrbaycanla Ermәnistan arasında sәrhәd mәsәlәsini müzakirә
edәndә, Ermәnistan hökumәti Dağlıq Qarabağın әrazi mәnsubiyyәti haqqında mәsәlә
qaldırmışdı. Azәrbaycan hökumәti deyil, mәhz Ermәnistan hökumәti hәmin mәsәlәni
qaldırmışdı,
Dağlıq Qarabağa sahib olmaq uğrunda Ermәnistan yeni geniş miqyaslı mübarizәyә
başlamışdı.
1921-ci il iyun ayının 3-dә Qafqaz bürosu qәrara aldı:
“5. Ermәnistan hökumәtinin bәyanatında Dağlıq Qarabağın Ermәnistana mәnsub
olmasını göstәrmәk...” Hәmin qәrar Azәrbaycanda çap edilmәyib. Ermәnilәr onu
yuxarıda gәtirilәn şәkildә çap ediblәr. Qәrarın tam mәtni necәdir, o necә qәbul olunub,
müzakirәdә Azәrbaycan nümayәndәlәri iştirak edibmi, onların qәrara münasibәti necә
olub? Mәlumatım yoxdur.
Akademik C.Quliyev mәsәlәyә müәyyәn aydınlıq gәtirmişdir. Onun fikrinә görә,
iyunun 3-dә Qafqaz bürosu Zәngәzurda daşnak qruplarının tezliklә lәğv edilmәsi
haqqında qәrar qәbul etmişdir. Hәmin qәrarda Qafqaz bürosu “guya taktiki mülahizәlәri
nәzәrә almaqla” Ermәnistan hökumәtinin bәyanatında Dağlıq Qarabağın Ermәnistana
mәnsub olmasını göstәrmәyi lazım bilmişdi.
Qafqaz bürosunun bu “dәlili” әlbәttә, saxta dәlil idi, qәrar qәbul edәnlәrin qeyri
ciddilik әlamәti idi, uşaq oyununu xatırladan siyasi oyun idi.
Artıq qeyd olunduğu kimi, 16 mart 1921-ci il tarixli RSFSR-Türkiyә müqavilәsi ilә
Naxçıvanın Azәrbaycan protektoratı altında muxtariyyәti tanınmışdı. Bu, Orconikidzenin
uzun müddәt әrzindә Naxçıvanı Ermәnistana vermәk uğrunda göstәrdiyi cәhdin boşa
çıxması vә eyni zamanda Naxçıvanı Azәrbaycan tәrkibindә saxlamaq uğrunda
Nәrimanovun yeritdiyi siyasәtin qәlәbәsi demәk idi. Ola bilsin, Orconikidze Naxçıvan
barәsindә öz siyasәtinin açıq uğursuzluğuna görә Dağlıq Qarabağ haqqında 3 iyun tarixli
qәrarla Nәrimanovdan, Azәrbaycandan qisas alırmış. Ola bilsin.
Hәr halda Qafqaz bürosunun 3 iyun tarixli qәrarı öz mәnhus rolunu oynadı.
Ermәnistan hökumәti Qafqaz bürosunun “taktiki mülahizәlәrindәn” dәrhal istifadә etdi.
İyunun 19-da Yerevanda Ermәnistan hökumәtinin “Dağlıq Qarabağın Ermәnistanla
Tofiq Köçərli
- 108 -
Qarabağ: Yalan və Həqiqət
yenidәn birlәşdirilmәsi (“воссоединение”) haqqında” dekreti çap olundu. Dekretdә
deyilirdi: “Azәrbaycan Sovet Sosialist Respublikası inqilab komitәsinin bәyanatı vә
Ermәnistan vә Azәrbaycan Sovet Sosialist Respublikaları hökumәtlәrinin sazişi әsasında
elan edilir ki, bu gündәn etibarәn Dağlıq Qarabağ Sovet Ermәnistanının ayrılmaz
hissәsidir.” Dekretdәn bir neçә gün sonra Ermәnistan hökumәti Mravyanı Ermәnistanın
Dağlıq Qarabağda fövqәladә müvәkkili tәyin etdi vә Dağlıq Qarabağa göndәrdi.
Bu dekretdә әlamәtdar bir etiraf vardır.
Dekretin adından göründüyü kimi, söhbәt Dağlıq Qarabağın Ermәnistanla “yenidәn
birlәşdirilmәsindәn” gedir. Demәli, Ermәnistan hökumәti etiraf etmişdir ki, dekret elan
olunanadәk Dağlıq Qarabağ Ermәnistan tәrkibindә olmamışdır. Tәbii, Dağlıq Qarabağ
kosmik fәzada deyil, mәhz Azәrbaycan tәrkibindә, olmuşdur. Dekret qәbul edilәn
gündәn etibarәn isә, bir dә deyәk, mәhz hәmin gündәn etibarәn Dağlıq Qarabağ
Ermәnistana “yenidәn birlәş-dirilir” vә Dağlıq Qarabağ Ermәnistanın “ayrılmaz hissәsi”
hesab edilir. Bәs haçan, hansı ildә, yaxud әsrdә onu Ermәnistandan qoparıb
Azәrbaycana birlәşdiriblәrmiş? Bu suala ermәni müәlliflәri cavab vermәyiblәr vә indi dә
verә bilmirlәr.
Ermәnistan hökumәtinin dekretindә iki ağ yalana yol verilmişdir.
Yalandan biri odur ki, guya Azәrbaycanın 1 dekabr tarixli bәyanatı Dağlıq Qarabağı
Ermәnistanın “ayrılmaz hissәsi” elan edib.
Halbuki bәyanat yalnız vә yalnız Dağlıq Qarabağın әmәkçi kәndlilәrinә öz
müqәddәratını tәyin etmәk hüququ verib,
İkinci yalan.
Guya Dağlıq Qarabağı Ermәnistana birlәşdirmәk, onu Ermәnistanın tәrkib hissәsi
elan etmәk haqqında Azәrbaycan hökumәti ilә Ermәnistan arasında hansısa saziş,
razılaşma olub.
Qәti belә şey yoxdur.
İyunun 25-27-dә Tiflisdә Zaqafqaziya respublikalarının sәrhәdlәrini
müәyyәnlәşdirmәk üzrә konfrans keçirilir. C.Quliyevin yazdığına görә, konfransda çıxış
edәn Ermәnistan nümayәndәsi Bekzadyan dil tökür: “ümumi hәmrәylik, bir dәfәlik әn
sәmimi, dostluq qarşılıqlı münasibәtlәrinin yaradılması naminә” Ermәnistana “müәyyәn
Tofiq Köçərli
- 109 -
Qarabağ: Yalan və Həqiqət
әrazi güzәştlәri olunsun”. Bekzadyan bildirir ki, Moskvada onunla vә Myasnikovla
söhbәtdә Stalin bu fikirә “tam şәrik” olmuşdur.
Azәrbaycan vә Gürcüstan nümayәndәlәri Bekzadyanın Tәklifini qәbul etmirlәr, әrazi
mәsәlәlәri hәll olunmamış qalır. İyunun 26-da Orconikidze vә Kirov teleqramda
Nәrimanovdan xahiş edirlәr ki, tәcili olaraq AK(B) P MK siyasi bürosu vә Xalq
komissarları Soveti Qarabağ mәsәlәsinә baxsın.
İyunun 27-dә Azәrbaycan K(b)P MK-nın siyasi bürosu vә tәşkilat bürosunun iclası
keçirilir. İclas “Tiflisdә komissiyanın işi ilә әlaqәdar Azәrbaycanla Ermәnistanın sәrhәdlәri
haqqında” mәsәlәyә baxıb aşağıdakı qәrarı qәbul edir:
1. “Siyasi büro va tәşkilat bürosu Dağlıq Qarabağın Azәrbaycana şәksiz iqtisadi
meylini nәzәrә aparaq, Dağlıq Qarabağ haqqında mәsәlәnin Bekzadyan tәrәfindәn
qoyuluşunu qәbul edilmәz sayır. Mәsәlә hәmin mәnada da hәll olunmalıdır.
2. Ona görә ermәni vә türk әhalili yerlәrin müvafiq olaraq Ermәnistana vә
Azәrbaycana ayrılması tәklifi inzibati vә iqtisadi mәqsәdәuyğunluq baxımından qәbul
edilә bilmәz.
3. Mәsәlәnin yeganә hәlli kәnddә ermәni vә müsәlman kütlәlәrinin Sovet
quruculuğuna cәlb edilmәlәri ola bilәr (Nәrimanov yoldaşın bәyanatından aydın olduğu
kimi).
4. Bu mәsәlәnin sonrakı gedişi vә müzakirәsi Tiflisdәn informasiya alana qәdәr açıq
qalsın.
5. Siyasi büronun vә tәşkilat bürosunun rәyini Tiflisә çatdırmaq Nәrimanov yoldaşa
tapşırılsın”.
271
Bu qәrar hәm dә Ermәnistan Hökumәtinin Dağlıq Qarabağ haqqında dekretinә
dolayı münasibәt idi. Hәmin gün qәrarın tam mәtni telefonla Tiflisdә olan
M.D.Hüseynova çatdırıldı. Nәrimanov Xalq Komissarları Sovetinin iclasında olduğundan
qәrarın mәtnini çatdıran A.Q.Şirvani M.D.Hüseynova dedi: “Nәrimanov yoldaş bildirmәyi
xahiş etdi ki, mәsәlә yalnız bu şәkildә (qәrarda deyildiyi kimi -T.K.) hәll olunmalıdır,
yoxsa Xalq Komissarlar Soveti mәsuliyyәti üzәrindәn götürür”.
272
Hәmin an telefona gәlәn Nәrimanov Hüseynova bildirdi: “Deyin ki, bu, Siyasi
büronun vә tәşkilat bürosunun rәyidir. Әgәr onlar mәnim bәyanatıma (1 dekabr
Tofiq Köçərli
- 110 -
Qarabağ: Yalan və Həqiqət
bәyanatı -T.K.) istinad edirlәrsә, orada hәrfәn belә deyilmişdir: Dağlıq Qarabağa öz
müqәddәratını sәrbәst tәyin etmәk hüququ verilir.”
Vә bir dә Nәrimanov Hüseynova xәbәr verdi: “Dünәn Serqo yoldaşla söhbәt
etmişәm, o bir başa dedi ki, Qarabağ mәsәlәsi bütün Sovet respublikalarının şәrәf işidir
vә onu elә hәll etmәliyik ki, bu axırıncı dәfә olsun, yәni mәn dünәn sizә dediyim şәkildә”
hәll edilmәlidir.
273
Buradan aydın olur ki, Nәrimanov әvvәlki gün, iyulun 26-da Dağlıq
Qarabağ haqqında qәti fikrini artıq Hüseynova çatdırıbmış.
Hüseynovun Nәrimanova dediyi aşağıdakı sözlәr xüsusi maraq doğurur: “Bir
tәrәfdәn Ermәnistan Xalq komissarları Soveti bizim xәbәrimiz olmadan bәyanat verir vә
öz
fövqәladә komissarını Qarabağa göndәrir. Hәrçәnd ermәni yoldaşlar iddia edirlәr ki,
bütün bunlar bizim razılığımız ilә edilir vә biz bunlardan xәbәrdarıq. Digәr tәrәfdәn biz
onlara teleqram göndәrәrәk, onların qәrarlarını demәk olar lәğv edirik.”
274
Demәli, nә Nәrimanovun, nә dә xarici işlәr komissarı Hüseynovun Dağlıq Qarabağ
haqqında Ermәnistan dekretinin verilmәsinә razılıqları olmayıb, bundan ümumiyyәtlә
xәbәrsiz olublar. Bu haqda Azәrbaycan rәhbәrliyinin heç-bir qәrarı da olmayıb.
Lakin biz nәzәrә alsaq ki, ermәnilәrin dediklәrindә hәqiqәt var, hәm onların dekreti,
hәm dә Dağlıq Qarabağa fövqәladә komissar göndәrmәlәri Azәrbaycanın razılığı ilә
edilib, onda bunu Azәrbaycan partiya rәhbәrliyi vә Qafqaz bürosu adından çox ehtimal
Orconikidze edib.
İyunun 27-dә Nәrimanov Orconikidzeyә vә Ermәnistan XKS sәdri Myasnikova xüsusi
bir teleqram da göndәrmişdi.
Teleqramda Ermәnistanın Dağlıq Qarabağ haqqında dekretinә bilavasitә münasibәt
bildirilmişdir. Orada deyilirdi ki: “Dağlıq Qarabağ haqqında mәsәlә yalnız Ermәnistan
inqilab komitәsi tәrәfindәn hәll edilmişdir, ancaq hәmin mәsәlәyә Xalq Komissarları
Sovetindә (Azәrbaycan XKS-dә -T.K.) hәlә baxılmamışdır vә baxılmır”.
274a
(“Hәlә
baxılmamışdır vә baxılmır”! - T.K.) Tәkcә gәtirilәn bu sitat da tәsdiq edir ki, Ermәnistan
dekretinin Azәrbaycan hökumәti ilә razılaşdırılması barәsindә iddia әfsanәdir.
Sonra teleqramda deyilirdi ki, Azәrbaycan Xalq komissarları Soveti “yekdilliklә
Mravyan yoldaşın Ermәnistanın Dağlıq Qarabağda fövqәladә müvәkkili kimi peyda
Tofiq Köçərli
- 111 -
Qarabağ: Yalan və Həqiqət
olmasını böyük siyasi vә taktiki sәhv hesab edir. Azәrbaycan komissarları Soveti
Mravyan yoldaşın dәrhal geri çağırılmasını xahiş edir” Bu tәlәbә dәrhal әmәl olundu.
Belәliklә. Azәrbaycan rәhbәrliyi Ermәnistan rәhbәrliyinin Dağlıq Qarabağ barәsindә
növbәti kәlәyinin qarşısını ala bildi.
Sәnәdlәr şәhadәt verir ki, hәmin günlәrdә Dağlıq Qarabağ mәsәlәsi ilә әlaqәdar
olduqca gәrgin, böhranlı vә dramatik siyasi vәziyyәt yaranıbmış. Nәrimanov istefa
mәsәlәsi qoyubmuş. İyunun 27-dә Qafqaz bürosu “Qarabağ mәsәlәsinә dair Hüseynov
yoldaşın Nәrimanov yoldaşla danışıqları haqqında” mәsәlәyә baxdı. Bu barәdә Hüseynov
Nәrimanova bildirmişdi: “mәnim son bәyanatlarımdan sonra qәrara alındı ki, mәsәlә
(Dağlıq Qarabağ mәsәlәsi -T.K.) hәr halda açıq qalır”. Bununla birlikdә ultimatum
xarakteri daşıyan bir qәrar qәbul edildi. Nәrimanov vә Myasnikova tәklif olunurdu ki,
teleqramı “alan kimi dәrhal Qafqaz bürosunun fövqәladә plenumuna gәlsinlәr”. Deyilirdi
ki, Qafqaz bürosunun 6 üzvü Tiflisdәdir. Әgәr gәlmәsәniz hәmin 6 üzvün qәrarı
“mәcburi hesab edilәcәkdir, ona görә sizin dәrhal gәlmәyinizi tәkid edirik”.
275
İyulun 4-dә Qafqaz bürosunun Stalinin iştirakı ilә iclası oldu. “Qarabağ mәsәlәsi”
müzakirә edildi. Deyәsәn, iclasın stenoqramı yoxdur. Ona görә mәsәlәnin müzakirәsinin
tәfsilatı, kimlәrin çıxış etmәsi vә nә demәsi barәdә danışmaq qeyri-mümkündür. İclasın
protokolundan mәlum olan odur ki, sәsә 4 mәsәlә qoyulmuşdur:
a) Qarabağı Azәrbaycanın hüdudlarında saxlamaq (saxlamaq! -T.K.)
b) bütün ermәni vә müsәlman әhalisinin iştirakı ilә bütün Qarabağda rәy sorğusu
keçirmәk.
v) Qarabağın dağlıq hissәsini Ermәnistan tәrkibinә daxil etmәk (daxil etmәk! -T.K.).
q) yalnız Dağlıq Qarabağda, yәni ermәnilәr içәrisindә rәy sorğusu keçirmәk.”
276
Qarabağın Azәrbaycan hüdudlarında saxlanmasına Nәrimanov, Maxaradze vә
Nazaretyan sәs verir. (әleyhinә Orconikidze, Kirov, Myasnigov vә Fiqatner). Bununla
Orconikidze özünün uzun müddәt ardıcıl olaraq yeritdiyi xәttә - Dağlıq Qarabağı dәrhal
vә danışıqsız Azәrbaycanla birlәşdirmәk, Dağlıq Qarabağa muxtariyyәt vermәk xәttinә
dönük çıxır, açıq-aşkar prinsipsizlik göstәrir.
Dağlıq Qarabağın Ermәnistan tәrki-binә daxil edilmәsinә Orçonikidze, Myasnikov,
Fiqatner vә Kirov sәs verdi.
Tofiq Köçərli
- 112 -
Qarabağ: Yalan və Həqiqət
Belәliklә, Qafqaz bürosu qәrara aldı: “Dağlıq Qarabağ Ermәnistan SSR-in tәrkibinә
daxil edilsin (daxil edilsin! -T.K.), rәy sorğusu yalnız Dağlıq Qarabağda keçirilsin”.
277
Ermәni müәlliflәri bu qәrar üzәrindә “kiçiçik” әmәliyyat aparıblar: “daxil edil-sin”
ifadәsini “saxlanılsın” ilә әvәz ediblәr.
Bu saxtakarlıqda hansı siyasi mәqsәd güdülür? Qәrar qәbul edilәn dövrdә Dağlıq
Qarabağın guya Ermәnistan tәrkibindә olması tәsәvvürünü yaratmaq. Belә olduğuna
görә dә Qafqaz bürosunun guya Dağlıq Qarabağı Ermәnistan tәrkibindә “saxlamaq”
haqqında qәrar qәbul etmәsi tәsәvvürünü yaratmaq!
Ermәni müәlliflәri mәsәlәnin Qafqaz bürosunun iclasında mәhz “Qarabağın dağlıq
hissәsini Ermәnistan tәrkibinә daxil etmәk” şәklindә qoyulmasını qulaq ardına vururlar.
Qafqaz bürosu Dağlıq Qarabağı Ermәnistan tәrkibindә “saxlamaq” haqqında heç bir
qәrar qәbul etmәmişdir. Qәrar belә olmuşdur: “Dağlıq Qarabağ Ermәnistan SSR-in
tәrkibinә daxil edilsin... “ Başqa cür yox, mәhz belә!
Heç şübhә yoxdur ki, bu qәrar qәbul edilәn anda Nәrimanov sussaydı, qәrara
etirazını bildirmәsәydi, Azәrbaycanın milli mәnafelәri müdafiәsindә möhkәm dayanma-
saydı, Azәrbaycan üçün, bütün gәlәcәk nәsillәrimiz üçün tәhqiredici vә biabırçı olan
hәmin qәrar qüvvәyә minәrdi. O zamanlar partiya qәrarının nә demәk olduğunu, Hansı
küçә malik olduğunu hamımız yaxşı bilirik.
Nәrimanov susmayıb! Protokol sәtirlәri belәdir: “Nәrimanov yoldaşın bәyanatı:
Qarabağ mәsәlәsinin Azәrbaycan üçün әhәmiyyәtini nәzәrә alaraq, onu RKP MK-nın qәti
hәllinә vermәyi zәruri sayıram”.
278
Nәrimanovun bu bәyanatına müvafiq dә qәrar qәbul
olundu: “Qarabağ haqqında mәsәlә ciddi fikir ayrılığı doğurduğuna görә RKP MK Qafqaz
bürosu hәmin mәsәlәni RKP MK-nın qәti hәllinә vermәyi lazım bilir”.
279
Mәsәlәnin RKP MK-sı ilә razılaşdırılması, yaxud neçә razılaşdırılması haqqında
mәlumat yoxdur. Bu bәllidir ki, ertәsi günü, iyulun 5-dә Qafqaz bürosu aşağıdakı adda
mәsәlә müzakirә etmişdir: “Orçonikidze vә Nazaretyan әvvәlki plenumun Qarabağ
haqqında qәrarına yenidәn baxmaq haqqında mәsәlә qaldırırlar”
280
. Orçonikidze özü!
Mәsәlә üzrә qәrara alındı: “Yuxarı vә aşağı Qarabağın iqtisadi әlaqәlәrini, yuxarı
Qarabağın Azәrbaycanla daimi әlaqәlәrini vә müsәlmanlarla ermәnilәr arasında milli
sülhün zәruriliyini nәzәrә alaraq, Dağlıq Qarabağı Azәrbaycan SSR hüdudların-da
Tofiq Köçərli
- 113 -
Qarabağ: Yalan və Həqiqət
saxlamaq (saxlamaq! -T.K.), Dağlıq Qarabağa Şuşa şәhәri inzibati mәrkәz olmaqla geniş
muxtariyyәt vermәk”
281
Ermәni müәlliflәri yazırlar ki, qәrar “sәsә qoyulmadan” qәbul edilmişdir.
282
Bu uy-
durmadı. Qәrar sәsә qoyulmuşdur. Qәrara 4 nәfәr sәs vermişdi. 3 nәfәr isә bitәrәf
qalmışdı.
283
Lakin onların kimlәr olması protokolda öz әksini tapmayıb.
Belәliklә, Qafqaz bürosu Dağlıq Qarabağın Ermәnistan tәrkibinә daxil edilmәsi
haqqında öz әvvәlki qәrarını lәğv edәrәk, Dağlıq Qarabağı Azәrbaycan tәrkibindә
saxlamaq haqqında qәrar qәbul etdi.
Bu, tarixi hәqiqәtin qәlәbәsi idi, saxtakarlığın, әsassız iddiaçılığın mәğlubiyyәti idi.
Belәliklә Dağlıq Qarabağı Azәrbaycandan qoparıb Ermәnistana daxil etmәk cәhdi boşa
çıxdı.
Ermәni müәlliflәrinin fikrincә, “Qafqaz bürosu Stalinin tәkidi ilә öz qәrarına tәzәdәn
baxmışdır”. Bu da uydurmadır. Bu, Stalinin tәkidi ilә olmamışdı. Ümumiyyәtlә Qafqaz
bürosunun iyulun 4 vә 5-dәki iclaslarında Stalinin çıxış edib et-mәmәsi, nә deyib
demәmәsi, hәr iki qәrarın qәbul olunmasında nә kimi rol oynaması haqqında heç bir
mәlumat aşkar edilmәmişdir.
Mәhz Nәrimanovun qәti tәlәbi ilә hә-min mәsәlәyә yenidәn baxılmışdı. hәlә Qafqaz
bürosu iclası әrәfәsindә Nәrimanov birmәnalı bәyan etmişdi ki, Dağlıq Qarabağ
Azәrbaycan tәrkibindәn çıxarılarsa, Azәrbaycan hökumәti istefa verәcәkdir. Mәhz
Nәrimanovun tәkidi ilә iyulun 4-dә Dağlıq Qarabağ mәsәlәsini Mәrkәzin “qәti hәllinә
vermәk” qәrara alınmışdı. Bu demarş da, istefa mәsәlәsi dә “şıltaqlıq” deyildi, Dağlıq
Qarabağ mәsәlәsindә ardıcıl prinsipial mövqe idi, Azәrbaycan mәnafelәrinin hәr şeydәn,
o cümlәdәn şәxsi reputasiyadan, hökumәt başçısı kürsüsündәn üstün tutulması demәk
idi.
“Нагорний Карабах. Историческая справка” kitabının yüksәk elmi rütbәli
müәlliflәri (Qaloyan, Barseqov, Barxudaryan, Mikaelyan, Muradyan, Sarkisyan,
Simonyan, Xoçabeqyan, Xudaverdyan vә Xurşudyan) Nәrimanovun mәnә bәlli olmayan
bir fikrini gәtiriblәr: “Dünyada heç kim göstәrilәn vilayәtlәrin (Dağlıq Qarabağ vә
Zәngәzurun-T,K.) әhalisinә Azәrbaycanla birlәşmәyә öz fikrini bildirmәyә tәsir etmәkdә
bizә mane ola bilmәz” (MPA, f.64, s.2, iş 5, v.80).
284
Tofiq Köçərli
- 114 -
Qarabağ: Yalan və Həqiqət
Ermәni müәlliflәri bunu yәqin, Nәrimanovu “millәtçi” kimi tәqdim etmәk vә onu SSRİ
rәhbәrliyi nәzәrindә közdәn salmaq üçün ediblәr.
Lakin Nәrimanovun hәmin sözlәri, ehtimal ki, 1920-çi ildә söylәnmiş sözlәr,
Nәrimanovun Dağlıq Qarabağ mәsәlәsindә mövqeyinin dönmәzliyinә, ardıcıllığına vә
әzminә daha bir sübutdur.
O zamankı ağlagәlmәz mürәkkәb siyasi şәraitdә “Dağlıq Qarabağı Azәrbaycan SSR
hüdudlarında saxlamaq” haqqında qәrar qәbul olunması Nәrimanovun tarixi xidmәtidir.
Ermәni müәlliflәri Qafqaz bürosunun bu qәrarını (Dağlıq Qarabağ Azәrbaycan SSR-in
hüdudlarında saxlanılsın) Dağlıq Qarabağı mexaniki surәtdә Ermәnistan tәrkibindәn
çıxarıb Azәrbaycan tәrkibinә “daxil etmәk” qәrarı kimi tәqdim edirlәr.
Bu ermәni iddiaları XX әsrin son-larının әn böyük yalanlarından biridir.
Tarixi hәqiqәt budur ki, 5 iyul tarixli qәrarla Ermәnistan hökumәtinin Dağlıq
Qarabağı Azәrbaycan tәrkibindәn çıxarıb Ermәnistana birlәşdirmәk cәhdi rәdd edilmiş,
Dağlıq Qarabağın Azәrbaycan әrazisi olması tәsdiqlәnmiş, Dağlıq Qarabağı Azәrbaycan
tәrkibindә saxlamaq vә Dağlıq Qarabağa Azәrbaycan tәrkibindә muxtariyyәt vermәk
mәsәlәsi hәll edilmişdir.
Tofiq Köçərli
- 115 -
Qarabağ: Yalan və Həqiqət
Dostları ilə paylaş: |