Azər Turan



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix31.01.2017
ölçüsü2,06 Mb.
#7202
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

* * * 
 
Əli bəy Hüseynzadənin varlığında eynən Hötedə olduğu kimi, mütəfəkkirin 
elmə, biliyə qarşı coşqun arzuları çağlayırdı. 

95 
 
Onun da  yazdıqları eynən Hötedə olduğu kimi,  məlumatı çox olan adamın 
həyat təcrübəsinə istinad edirdi. 
O  da  Höte  kimi,  "yalqızlığı  sevən  dahinin  taleyini"  (Rixard  Meyyer) 
yaşayırdı, "əsrarəngiz vazi-uzletperverisi" - tənhalığı sevən, guşənişin halı (Abdulla 
Cövdət) vardı. 
Əli  bəy  yazdıqlarındakı  hədsiz  informasiya  yüküylə,  üstəlik  fərdi  mənəvi-
psixoloji  vəziyyətilə  Höteni  xatırladırdı.  "Burada  hər  şey;  onun  ümidləri  də, 
şübhələri də, biliyi də, kədəri də, iqtidarı da, imtianı da iştirak etmişdir; bu ehtiraslı 
insan  üzüntüsü  kompleksinə,  bu  insan  ümidsizliyi  aləminə  hər  şey  öz  hissəsini 
vermişdir...  Tövrat,  fəlsəfi  əsərlər,  təbiət,  elm-sehr  kitabları,  Şekspir  və  xalq 
nəğməsi,  Strasburq  və  Zezenheum,  Roma  və  Veymar,  Hötenin  yaşadığı  hər  yer, 
oxuduğu hər şey ona yardım etmişdir".
192 
 
* * * 
 
Hötenin "Faust" və özü barədə dediklərini Əli bəy Hüseynzadə haqqında da 
söyləmək olar: 
"Öz  yağı  ilə  qovrulan  dahi  yoxdur.  Dahi  bütün  intibaları  mənimsəyən  və 
onlardan  istifadə  etməyi  bilən,  qarşısına  çıxan  dəyərlər  toplusunu  sistemləşdirən, 
canlandıran,  kimindən  tunc,  kimindən  mərmər  alıb  bu  həmmadələrlə  əbədi  bir 
abidə quran insandır. Mən nə yaratdımsa, nə gördümsə, nə duydumsa, nə eşitdimsə 
bir  araya  gətirdim,  həm  təbiətin  əsərlərindən  faydalandım,  həm  insanların. 
Yazılarımdan  hər  birini  minlərcə  insana  və  ya  minlərcə  şeylərə  borcluyam.  Alim 
də,  cahil  də,  bilgə  də,  dəli  də,  çocuq  da,  ixtiyar  da  əsərimi  yazarkən  yardımçım 
oldu. Yəni, mənim əsərim sadəcə reallıqda mövcud olan ünsürləri, çeşidli ünsürləri 
toparlayır. Höte dedikləri bu bütündən ibarətdir". 
(Əli bəy sağlığında müasirləri tərəfindən dahi adlandırılmış ilk Azərbaycan 
düşünürü — mütəfəkkiriydi). 
 
* * * 
 
Azərbaycanda  ədəbi  tənqidin  yeni  dəyərlərini  meydana  çıxaran  Əli  bəy 
Hüseynzadənin dəqiq müşahidəsinə görə bizdə həqiqətdən daha çox şəxsiyyətlərə 
əhəmiyyət  verilirdi.  Məhz  bu  xüsusiyyət  Hüseynzadəyə  görə  bizim  ədəbi 
meyarlarımızı zəiflədir, islam-türk düşüncəsini Avropaya nisbətlə geri qoyurdu. 
...   Əli   bəy   Hüseynzadə   həyatın   və   düşüncənin   bütün sahələrində 
avtoritarlığa qarşıydı. Sənət, ədəbiyyat məsələlərində olduğu kimi, milli məsələdə 
də  o,  avtoritetlərin  peşində  deyildi.  Avtoritetlərlə  hesablaşmayan,  yeninin 
sorağında  olan  Əli  bəy  milli  və  siyasi  məsələlərdə  də  yalnız  həqiqətin  tərəfini 
tuturdu.  Əli  bəyə  görə,  hər  rast  gəlinən  bir  millət  vəkili,  tərcümanı  milləti  təmsil 
edə  bilməzdi.  Hüseynzadə  yazılarının birində  "... hətta  Əhməd Midhət, Əbu  Ziya 

96 
 
Tovfiq,  Üşşaqizadə  Xalid  Ziya,  Əli  Kamal  kimi  mötəbər  türk  mühərrirləri"ni, 
"yaxud  Əbdülhəq  Hamid,  Əkrəm  bəylər  kimi  böyük  şairlər"i  "dəxi...  ümum 
osmanlıların tərcümani-əfkarı ədd etməkdən ictinab edərdim.  Çünki bunlardan hər 
biri  olsa-olsa  osmanlılardan  kiçik  bir  firqənin  hissiyyatını  ifadə  edə  bilirlər"
193
  - 
deyirdi. Nəinki təkcə Əhməd Midhət, Əbu Ziya Tovfiq, Üşşaqizadə Xalid Ziya, Əli 
Kamal,  Əbdülhəq  Hamid...  və  b.  Həmin  siyahıda  adlar,  ünvanlar  daha    mötəbər  
ismlərdən  ibarət  idi: Konfutsi, Tolstoy, Herbert Spenser, yaxud İbn Rüşt, Fərabi, 
Rumi, Sədi və b. Bu baxımdan, Əli bəyin tənqidçilik görüşlərinin klassik və yeni 
bir  mərhələsi  kimi  dəyərləndirə  biləcəyimiz  "Tolstoyluq  nədir?"  məqaləsi  təkcə 
Tolstoyla bağlı qələmə alınmış ilk yazı olaraq deyil, eyni zamanda, ədəbi tənqiddə 
yeni metodun tətbiq edilməsi kimi əlamətdar bir fakt idi. Əli bəy Tolstoyun təkcə 
yaradıcılığını deyil, şəxsi xüsusiyyətlərini hətta psixoloji yöndən də tədqiqata cəlb 
edirdi.  Tolstoyun  fikirlərində  də  nöqsan  və  natamamlıqları  nəzərdən  qaçırmayan 
Əli  bəyə  görə,  bəlkə  də  dərin  bir  mütəfəkkir  olmayan  Tolstoy  hər  şeydən  əvvəl, 
bəhri-bədaye olduğu üçün dəyərləndirilməliydi. 
Tolstoyu   müsəlman-türk   oxucusuna   daha   kamil   şəkildə tanıtdırmaq 
istəyən  Əli  bəy  onu  Firdovsi,  Sənai,      Sədi    ilə  qiyaslandırır  və  xatırladırdı  ki, 
Tolstoy  da  Firdovsi  kimi  "Şahnamə"  yazırdı.  Sonra  özünün  "Şahnamə" 
mərhələsindən imtina edən Tolstoy Sənai kimi hərəkət etdi. Dindarlığa uğrasa da, 
Sənaidən  fərqli  olaraq  inzivaya  çəkilmədi.  Nəhayət,  Tolstoyun  düşüncələrində 
Sədiyanə elpərvərlik mərhələsi başlandı... 
"Tolstoy  məsləkinin  əsası  dindarlıq  və  elpərvərlikdir"  —  qənaətinə  gələn 
Əli bəy onu da xatırladırdı ki, Tolstoy müasir xristian məzhəblərindən heç birinin 
yolu ilə getmir. Həm də buna görə Tolstoy kilsədən qovulmuşdur. 
Tolstoy peyğəmbərlik iddiasında da deyil. O, Cəlaləddin Rumi ilə də qiyas 
oluna bilməz. Çünki Rumi "Peyğəmbər deyildi, kitabı isə vardı". Tolstoy meydana 
bir  məzhəb  çıxarmaqdadır.  Fəqət,  düşüncələri  pərakəndədir,  biri  digərinə  ziddir. 
"Tolstoy şübhə və tərəddüd içindədir". 
Əli  bəy  Tolstoyun  "Fənalığa  müqabilə  etmə"  təliminə  qarşı  çıxır  və  onun 
Engelqarda  yazdığı  məktubdakı  "Əgər  xanəmə  afrikalı  bir  zulus  vəhşisi  hücum 
edib bənim gözümün önündə ciyərparam olan övladımı xəncərlə doğrasa, bən əsla 
müqabilə etməm!" — fikirlərini əbəs yerə xatırlatmırdı. 
Çünki  Əli  bəy  başqa  cür  düşünürdü:  "Həyatın  bütün  zövqü  fənalıqla 
mübarizədən ibarətdir". 
Tolstoyun dini  məsləkinin əsassız  olduğuna  diqqəti cəlb edən Hüseynzadə 
dahi  ədibdə  baş  verən  zəlalətin  səbəbləri  barədə  də  danışırdı:  "Bizə  qalırsa  bu 
zəlalətin  əsl  səbəbini  Tolstoyun  ehkami-islamiyyəni  behəqq  mütaliəyə  rəğbət 
etməməsində  aramalıdır.  Tolstoy  ömrünün  bir  qismini  boşuna  sərf  edib  ibrani  və 
yunani lisanlarını əriz və əmiq təhsil edəcəyinə, ərəb və fars dilini gözəlcə öyrənib 
bu vasitələrlə bir də islamiyyəti tədqiq etməli idi. Şair Höte ömrünün axırında bu 
lüzumu  hiss  edib  farscayı  öyrəndi  və  bu  təhsildən  xeyli  müstəfiz  oldu".  Əli  bəy 

97 
 
Hüseynzadə  Tolstoyun  böyüklüyünü  onun  məzhəbində  deyil,  ədəbi-ictimai 
məsləkində görürdü. Əli bəyə görə Tolstoy bir sıra mənalarda böyük idi: 
Ona görə böyük idi ki, ayrı-ayrı təbəqələrin deyil, kütlənin, sadə insanların 
fikrini aydınlatmağa və əxlaqi tərbiyəsinə çalışırdı; 
Ona görə böyük idi ki, müharibənin ortadan qaldırılıb insanlar və millətlər 
arasında əbədi sülhün möhkəmlənməsinə qeyrət edirdi;  
Ona  görə  böyük  idi  ki,  dinlər arasında  birlik  və  vəhdət axtarışındaydı; 
Ona  görə  böyük  idi  ki,  Tanrının  bəşəriyyətə  əmanət  etdiyi  bir  vəzifənin 
uğrunda əlindən gəldiyi qədər cəhd edirdi... 
Əli  bəyin  Tolstoy  haqqında  yazdığı  məqalə  ədəbi  tənqidi  fikrimizin  ən 
dəyərli  nümunələrindən  biridir.  Məqalədə  bir  ədəbi  şəxsiyyət  yaradıcılığının  və 
psixoloji  halının  çevrəsində  tədqiq  olunur,  problem  sona  qədər  çözülür,  Tolstoy 
mahiyyətinəcən araşdırılırdı. 
* * * 
 
Ədəbi  prosesi  dünyadakı  müasir  sənət  cərəyanlarının  müstəvisində 
incələyən  Əli  bəy  Hüseynzadə  Azərbaycan  ədəbi  tənqidində  yeni  tipli  bir 
mərhələnin əsasını qoyurdu...
*
 
 
«Faust» 
 
Əli  bəy  Hüseynzadənin  almancadan  tərcüməsində  "Faust"dan  parçalar  75 
ildir ki, İstanbulda "Hamid" mətbəəsində nəşr olunub. 
Hüseynzadənin araçılığı ilə Hötenin ədəbi nəhəngliyi, onun ecazkar şeri və 
fəlsəfəsi,  alman  maarifçiliyinin  düşüncələr  aləmi  və  romantizminin  üslubu, 
obrazlar sistemi ilə türk dünyasının ilk tanışlığından 115 il ötür. 
Bu  böyük  ədəbi-tarixi  hadisələrin  çevrəsində  olub-keçənlərə  nəzər 
yetirərkən  belə  bir  sual  doğur:  türk  dünyası  ilə  yanaşı,  Azərbaycanı  da  Höte 
fəlsəfəsinin cazibəsinə çəkib gətirən Əli bəy Hüseynzadənin məramı nə idi? 
 
* * * 
 
Əli  bəy  maarifçilik  dövrünün  fəlsəfəsini  şəkilləndirən  "Faust" 
qəhrəmanlarını milli ədəbi düşüncənin məhrəm  obrazlarına çevirməyi bacardı. 
Əli  bəy  Hüseynzadə  və  Höte  arasındakı  ruhani  simsarlığın  aşkarlanması 
Hüseynzadənin ədəbi-estetik görüşlərinin daha obyektiv dəyərləndirilməsinə imkan 
verir. 
                                                           
*
 Bütün bu məsələlər barədə daha ətraflı bax: Şamil Vəliyev "Füyuzat ədəbi məktəbi" (Bakı, 1999) və 
Rasim Mirzə "Türkçülüyün babası" (Bakı, 2000) 
 

98 
 
"Ötədən bəri uğraşmaqda olduğum "Faust" tərcüməsinin bir  qismi (qismən 
mənzum) 1932-ci ildə Hötenin vəfatının 100-cü ildönümü dolayısı ilə prof. Tofiq 
Rəmzinin himmətilə basıldı". 
Bunu Əli bəy Hüseynzadə yazır. Ancaq ilk nümunə daha əvvəllər — 1893-
cü  ildə  Türkiyədə  "Məlumat"  məcmuəsində,  sonra  "İctihad"  dərgisində  dərc 
edilmişdi. Səlyaninin imzası ilə işıq üzü görən bu parça bir az əvvəl qeyd etdiyimiz 
kimi,  türk  oxucusunun  və  türk  ədəbi  camiasının  Höte  ilə  ilk  tanışlığına  səbəb 
olmuşdu.  Almaniyada  maarifçilikdən  romantizmə  keçid  dövrünü  gerçəkləşdirən 
Höte türk dilində ilk dəfə az qala, bir türk şairi qədər şərqanə ahənglə danışmağa 
başlayırdı: 
 
Eyvah ki, dünyaları fikrim dolaşırkən,  
Təqibə nə at var, nə qanad var, nə də yelkən.  
Sərbəst uçuşub fövqü çəmənzarda quşlar,  
Əlhan ilə ihtar qılarlarsa baharı.  
Sevdayi-vətən sevqi ilə eylər isəm seyr  
Səhraları, dəryaları bir durna qatarı.  
Camlı, uca dağlar üzərində əzəmətlə  
Şahin pərü-balın açıb eylərsə təalı  
Yüksəlməyə balalara aləmləri seyrə  
Hər fərdi edər sevq onun hissi-xəyalı.
194 
 
Səlyani  Höteni  Almaniyadan  siyasi,  psixoloji  təbəddülatlar  məngənəsində 
gərilməkdə olan Türkiyəyə belə bir üslubda gətirirdi. Sonra Hötenin, necə deyərlər, 
Bakı  —  "Füyuzat"  dövrü  başlanacaqdı.  Məncə,  biz  bu  böyük  tarixi  və  ədəbi 
gerçəkliyə biganə qalmamalıyıq. Qloballaşan dünyada  müasir milli ədəbiyyatımız 
Əli  bəyin  öyrətdiyi  kimi,  dünya  ədəbiyyatının  estetik  dövriyyəsində  cərəyan 
etməlidir.  Bir  sıra  hallarda  isə  o  artıq  özünün  ədəbiyyat  funksiyasını  literatur 
funksiyası ilə bölüşməyə məcburdur... 
 
* * * 
 
1906-cı  ildə  nəşr  olunan  "Füyuzat"ın  ilk  sayında  Almaniyanın  Veymar 
şəhərində  milli teatrın qarşısında 1857-ci ildə Şiller və Höteyə ucaldılmış məşhur 
abidənin (heykəltəraş Ritşel) təsviri verilmişdi və "Füyuzat" ilk   sayından etibarən 
oxucusunu  "Faust"dan  parçalarla  tanış  etməyi  özünə  deməzdim  ki,  təkcə  ədəbi, 
ədəbi  olduğu  qədər  də  milli-siyasi  və  məfkurəvi  bir  vəzifə  bilmişdi.  Bu, 
Azərbaycan  oxucusunu  alman  mədəniyyəti  ilə  tanış  etmək  cəhdindən  daha  çox, 
Qərbdəki,  o  halda  isə  Almaniyadakı  maarifçilik  düşüncəsinə  -  Veymar  o  zaman 
maarifçiliyin  Qərbdəki  mərkəzlərindən  biriydi  —  və  romantik  ədəbiyyat  axımına 
diqqəti cəlb etmək məqsədi daşıyırdı. 

99 
 
1932-ci ildə nəşr olunan kitab isə Hötenin Türkiyədə çıxan ilk kitabıydı. Və 
bizimkilərin  əsasən  dilinin  ağırlığına  görə  qınadığı  bu  kitabçanı  XX  yüzil  türk 
şerinin    dahilərindən  olan  və  Əli  bəy  Hüseynzadənin  1905-ci  ildə    "Kaspi" 
qəzetində  dərc  olunmuş  məqalələrindən  birində  "Şərqin  Bayronu"
195
  adlandırdığı 
Əbdülhəq Hamid yüksək dəyərləndirirdi və Əli bəyə ünvanladığı 10 aprel 1932-ci 
il tarixli məktubunda Hamid Əli bəy Hüseynzadəyə yazırdı: 
"Müəzzəz və möhtərəm əfəndim həzrətləri.  
Hötedən mütərcim bəzi asar və əşarınızı bəndənizə ihda etmək surətilə vaqi 
olan lütfünüzə hassatən ərzi-şükran edərim. Əsli nəfis olan bu əsərin tərcüməsi də 
ənfəs  olmuş.  Himməti-ədəbiyyəniz  şayani-təbrikdir.  Bir  vaxti-müsaiddə  ziyarəti-
alinizə  şitab  ilə  şifahən  də  ərzi-minnətdari  edəcəyimi  bəyan  edər  və  haqqı 
ustadilərindəki layəzal ehtiramatımı bu vəsiləylə dahi təyid eylərim əfəndim".
196
 
Türk ədəbiyyatının böyüklərindən olan Əbdülhəq Hamidin verdiyi qiymətə 
rəğmən "Faust"un Əhməd Cəmil tərəfindən Azərbaycan dilinə tərcüməsinin izahlar 
bölümündə  "ədəbi  dilimizin,  xüsusən  inqilabdan  sonra  keçən  müddətdə  nə  qədər 
sürətlə inkişaf etdiyini, nə dərəcə dəyişdiyini, necə sadələşib gözəlləşdiyini görmək 
üçün  Əli  bəy  Hüseynzadənin  etdiyi  həmin  tərcümədən  bir  parçanı"  misal 
gətirirdilər. Misal isə, təbii ki, hər dəfə olduğu kimi, "Faust"un: 
 
Ənzari-şəbabımda pədidar olan ey zill,  
Ey zilli-tüluat oluyorsın yenə peyda 
 
- misralarıyla başlanan hissəsiydi. 
Ə.Cəmilin  böyük  zəhmət  bahasına  hasilə  gətirdiyi  tərcüməsinin  dəyərini 
azaltmadan bu məqamda onu da etiraf etməliyik ki, həmin mülahizəni irəli sürənlər 
nədənsə  fərqinə  varmırdılar  ki,  dilin  sürətlə  sadələşdirilməsi  bahasına  Hötenin 
təfəkkür  tərzinə,  poeziyasına  çox  da  müvafiq  olmayan  bir  "Faust"  meydana 
çıxmışdı. 
Müqayisə həqiqətləri aydınlaşdırmaq üçün bəs edər: 
 
Bəli, yer üzünün allahı — insan,  
O qəribə məxluq bu günə qədər  
Heç dəyişməmişdir... Bəlkə çox güman,  
Sən ilahi nurun parıltısından  
Ona verməsəydin bir kiçik zərrə,  
Şüur adlandırmaz bunu. Bilmərrə,  
Olmazdı heyvandan beşbetər heyvan.
197  
(Ə.Cəmilin tərcüməsi) 
 
Bədbaxt o qədər olmaz idi bir zaman insan,  
Etsəydin əgər nuri-səmanı ona pünhan;  

100 
 
Əql ismini vermiş bəşər ol nura dilində,  
Heyvanlığı lakin gözəl alətdir əlində.
198
 
(Əli bəy Hüseynzadənin tərcüməsi) 
 
Bəli, başdan-başa, tanrım, qan, qada...  
İnsanlar qəm, möhnət, içindədir lap.  
Mən də rəhm eləyib, vermirəm əzab!
199  
(Ə.Cəmilin tərcüməsi) 
 
Yerdə görürəm hər şeyi nifrinə səzavar! 
İnsan o qədər çəkmədə dünyada səfalət 
Kim yox həvəsim verməyə biçarəyə zəhmət.
200
 
(Əli bəy Hüseynzadənin tərcüməsi) 
 
Mefistofel Allah haqqında: 
 
Hərdən xoşum gəlir lap bu qocadan,  
Onunla aranı vurmamaq şərtdir.  
Şeytanın özüylə belə mehriban  
Danışmaq, özü də bir kəramətdir.
201  
(Ə.Cəmilin tərcüməsi) 
 
Mefistofel Rəbbi-aləm haqqında: 
 
Bəzən də ziyarət xoş olur Zati-qədimi;  
Heç istəməm etmək Ona izhari-ədavət.  
Bunca əzəmət, heyrətə şayəstə deyilmi!  
Şeytana belə göstəriyor rıfkı-nəzakət!..
202
 
(Əli bəy Hüseynzadənin tərcüməsi) 
 
Dilimizin sürətli inkişafının göstəricisi qoca ilə Zati-qədimin arasındakı fərq 
qədər dərin və düşündürücüydü. 
Höte şeriyyətinin vüsəti, fəlsəfə və romantikası Əli bəydə daha mükəmməl 
bir  şəkildə  təzahür  etmişdi.  Görkəmli  alman  dili  mütəxəssisi  professor  Nəzakət 
xanım  Ağazadənin  belə  fikirləri  vardı:  "Əli  bəy  Hüseynzadənin  əruz  vəznində 
"Faust"dan  etdiyi  tərcümə  əvəzedilməzdir.  Əgər  bu  gün  həmin  tərcüməni  alman 
dilinə çevirsək, eynilə Hötenin "Faust"unu alarıq".
203
 
Çünki  Əli  bəyin  tərcüməsi  Hamid  demişkən,  "Faust"un  "əsli  kimi  nəfis" 
yaradılmışdı. 
 
* * * 

101 
 
Milli ədəbi düşüncəni Höte  fəlsəfəsinin cazibəsinə  çəkib gətirən Əli bəyin 
məramı  nə  idi?  Bu  sualın  ən  dürüst  cavabını  Hüseynzadənin  tərcümə  etdiyi 
parçaların mütaliəsi zəminində aydınlaşdırmaq olar. 
...  Xalqının  əhval-ruhiyyəsinə  vaqif  olan  teatr  müdiri  "onun  dəhşətli 
deyiləcək dərəcədə çox oxumuş olduğuna" da şübhə etmir. Və düşünür ki, "əcaba, 
nə yapmalıyız ki, təqdim edəcəyimiz şeylərin həpsi həm təzə və yepyeni görünsün, 
həm  də  böyük  bir  əlaqə  oyandıraraq  xoşa  getsin?"  Xalqın  dəstə-dəstə  teatra 
axışmasından  başqa  ona  zövq  verə  biləcək  bir  səbəb  yoxdur.  Şair  isə  bu 
qənaətdədir  ki,  "bizi  iradəmiz  xilafına,  girdabi-kəşməkəşə  sürükləyən  o  seyli-
xüruşandan  uzaq  qalmalıyız..."  Çünki  "gələcək  nəsillər  için  qeyb  olmayan  şey 
həqiqi  gözəllikdən  ibarətdir".  Məddah  isə  fərqli  düşünür:  "Canım  fərz  ediniz  ki, 
bən də əxlafdan dəm vurmaya başladım, o halda müasirlərimizi, bugünkü gəncliyi 
kim əyləndirəcək?" Teatr müdiri tamaşada daha çox macəra bolluğuna əhəmiyyət 
verir. Şairə görə isə "əgər sənət böylə bir şey isə" bu zaman o, çirkin bir şeydir. Və 
elə  buna  görə  də  "  ...  Əfəndi,  get,  kəndinə  başqa  bir  kölə  ara!  Sən  istiyorsun  ki, 
şair,  xatirin  için,  ən  ülvi,  ən  insani  haqqından,  təbiətin  ona  bir  mövhibəsi  olan 
haqdan  zəlilanə  əl  çəksin!"  "O  şair  ki,  ruhunda  insanlığın  mənəvi  qüvvəti  təcəlü 
edər" və s. 
1906-cı  ildə  Əli  bəy,  sanki  Hötenin  "Faust"una  istinad  etməklə,  eyni 
zamanda, məmləkətin teatr siyasətini də müəyyənləşdirirdi. 
 
* * * 
 
İlhamını yüksəklərdən, fəzalardan, həqiqi gözəlliyin bərqərar olduğu aləmi-
lahutdan alan Əli bəy Hüseynzadənin "Faust"dan etdiyi tərcümələr, əslində həm də 
onun  öz  romantik  sənət  kredosunu  bəyan  edirdi.  Sonralar  bu  məktəb  yerə 
enməyəcəyini  bəyan  və  israr  edən  səma  şairi  Cavidin  timsalında  əbədi  bir  ömür 
qazandı... 
 
Dəli şairin heyrəti. «Bir mələyin insanlara xitabı» 
Yaxud tədqiqatçılar nəyi sübut etmək istəyir? 
 
"Füyuzat"  dərgisinin  1-ci  sayında  "Dəli  şair"  imzasıyla  dərc  edilmiş 
"Heyrət, yaxud bir mələyin insanlara xitabı" şerinin Əli bəyə aid olmadığını iddia 
edənlər  var.  Bu  şeir  guya  18-ci  yüzil  Türkiyə  divan  ədəbiyyatının 
nümayəndələrindən  biri  —  Dəli  Hikmətə  məxsusdur.  Amma  az  qala  qeyd-şərtsiz 
elmi həqiqət kimi irəli sürülən bu versiyanı təsdiqləyəcək heç bir vəsiqə və mənbə 
yoxdur və yalnız fəhmə istinad edən belə ehtimallar əsasən şerin sonuncu bəndi ilə 
əlaqədar irəli sürülür. 
 
 

102 
 
İlahi, yox xəbiri-hikmətin, ancaq yapan sənsən, 
Neyləsin əql irişməz, neyləsin insanlar? İnsanlar! 
 
Şerin  "Füyuzat"da  dərc  olunmuş  mətninə  deyil,  digər  mənbələrdə,  özü  də 
təhriflərlə  dərc  olunmuş  misralarına  istinadən  "Diqqət  edilirsə...  misralar  düzgün 
oxunmadığı üçün heç bir məna ifadə etmir, daha doğrusu, "xəbiri-hikmətin"... heç 
bir məna tutumuna malik deyil"
204
 — yazan tədqiqatçı onu da əlavə edir ki, əslində 
misra belə oxunmalı idi: 
 
İlahi, yox xəbəri Hikmətin, ancaq yapan sənsin 
Neyləsin əql irişməz, neyləsin insanlar? İnsanlar! 
 
Daha  sonra  da  qəti  bir  hökm  çıxarılır:  "Və  "Heyrət,  yaxud  bir  mələyin 
insanlara  xitabı"  şeri,  yuxarıda  gətirdiyimiz  ilk  misrada  adı  çəkilən  Hikmətə 
məxsusdur,  onun  Əli  bəyə  məxsusluğu  barədə  heç  bir  mübahisə,  ehtimal  ola 
bilməz. Hikmət 18-ci yüzil divan şerinin istedadlı nümayəndələrindəndir..."
205
 və s. 
Qəribədir, əgər Hikmət divan şerinin istedadlı nümayəndəsidirsə, bu, həmin 
şerin Əli bəyə aid olmadığını iddia etmək üçün hansı əsası verir ki? Axı tamamilə 
aydındır ki, buradakı "xəbiri-hikmətin" ifadəsi tərkibdir. Əslində  misradakı sözlər 
"Xəbəri Hikmətin" şəklində oxunarsa "Hikmətin xəbəri yoxdur" anlamını verəcək. 
Şerin  ümumi  kontekstində  isə  "Xəbiri-hikmət"  tədqiqatçının  iddialarına  rəğmən, 
əslində  ciddi  bir  anlam  daşıyır.  Əksinə,  bu  kontekstdə  "xəbəri  Hikmətin"  heç  bir 
anlam  daşımır.  Bir  halda  ki,  şeir  "bir  mələyin  insanlara  xitabı"  və  heyrətinin 
ifadəsiydi. 
 
Səmadan bir mələk heyrətlə der: İnsanlar! İnsanlar! 
Nədir bu, ruyi-ərzi qaplıyror al qanlar, insanlar! 
Şəhidi-tiğiniz ixvanınızdan almasın fəryad!  
Əcəb kimdir şu hun-alud bicanlar, insanlar!  
Ölən kim, öldürən kim, zülm edən kim, ağlayan kimdir?  
Bir az fikir eyləyin: sizdən deyilmi anlar? İnsanlar! 
Fədayi-zülmünüz sizdən, sizin cəlladınız sizdən!  
Nasıl qail bu halə ya vicdanlar? İnsanlar!..  
Mənahi zövqinizmi? Bir təhaşi yoxmu xaliqdən?  
Sizi niyranə sövq etməzmi bu üsyanlar? İnsanlar! 
Mübəşşirmisiniz cənnətlə? Yoxmu xövfi-rəbbani? 
Kitabüllahi bir təftiş edin fəttanlar! İnsanlar!  
Baxın bu nəzreyi ibrətlə səmti-məşəri-xakə!  
Şu iqlimi-vücuda ey olan mehmanlar, insanlar!  
Neçün bir firqəniz islah edər, bir firqəniz ifsad? 
Nədən təsirsiz qalmış əcəb büranlar? İnsanlar!  

103 
 
Nədən bir firqəniz imar edər, bir firqəniz təxrib  
Neçün xəndani bais dideyi-giryanlar? İnsanlar! 
Nədir bin müxtəlif surət? Nədir bin müxtəlif sirət? 
Nədir bu ərseyi hikmət? Nədir cövlanlar, insanlar!  
Nə heyrətbəxş olur görseydiniz ətvarınız böylə 
Dəmadəm ah edər eylərdiniz əfqanlar! İnsanlar!  
İlahi, yox xəbiri-hikmətin, ancaq yapan sənsən  
Nə yapsın əql irişməz, neyləsin izanlar? İnsanlar! 
 
Birbaşa romantik təsəvvürlərlə dolu olan bu şerin 18-ci əsrə və xüsusən də 
divan  ədəbiyyatına  çox  az  dəxli  var.  Yaxud,  heç  dəxli  yoxdur.  Azərbaycan 
ədəbiyyatında 
romantizm 
mərhələsinin 
başlanğıcında 
onun 
"Füyuzat"  
səhifələrində "Faust"dan bəzi parçalarla yanaşı dərc  olunması "Heyrət, yaxud bir 
mələyin  insanlara  xitabı"nın  Azərbaycanda  romantik  mədəniyyət  hadisəsinin  ilk 
təzahürlərindən  biri  oduğunu  ehtimal  etməyə  ciddi  əsas  verir. "Heyrət,  yaxud  bir 
mələyin insanlara xitabı" Əli bəy Hüseynzadənin estetik kredosu ilə tamamilə üst-
üstə düşən görkəmli bir ədəbiyyat hadisəsiydi. Və bu şerin Əli bəy  Hüseynzadənin 
qələmindən çıxdığını təsdiqləyəcək hər hansı bir vəsiqə olmadığı kimi (hər halda, 
ona  "Füyuzat"ın  ilk  sayından  başqa  heç  yerdə  təsadüf  edilmir),  onun  18-ci  yüzil 
Türkiyə  divan  ədəbiyyatının  nümayəndəsi  Dəli  Hikmətə  məxsusluğunu  da 
söyləməyə əsas verən heç bir dəlil yoxdur. 
Bir məsələni də  unutmayaq. Məlumdur ki,  Əli bəy Hüseynzadə  "İndicani" 
imzasından  da  istifadə  etmişdir.  "Heyrət,  yaxud  bir  mələyin  insanlara  xitabı" 
"Füyuzat"da  dərc  olunandan  bir  müddət  sonra  "Molla  Nəsrəddin"  məcmuəsinin 
1907-ci il mart tarixli 9-cu sayında "Qabaqda gedən zəncirli" imzası ilə həmin şeirə 
nəzirə yazılmış və nəzirə "İndicaninin mini-mini ünsiyyəsinə dəhdiyyə" sərlövhəsi 
ilə dərc olunmuşdu. 
 
* * * 
 
İnsandakı  vəhşiliyə heyrət edən mələk mövzusu və dünya romantiklərinin 
cavab  axtardığı  ənənəvi  sual  Azərbaycan  romantik  ədəbiyyatında  ilk  dəfə  "Dəli 
şair" imzası ilə təqdim edilən "Heyrət, yaxud bir mələyin insanlara xitabı" şerində 
təzahür  edib.  Şeirdə  İblis  —  Mefistofel  müstəvisində  qaldırılan  suallar 
qaldırılmışdı.  Həm  də  o  maraqlıydı  ki,  yer  problemlərini,  milli  məsələləri,  bəşəri 
ağrıları  çözmək  üçün  romantikin  sualı  uzun  müddət  göy  sferasından,  səma 
qatından  verilirdi  və  sözü  gedən  şerin  timsalında  Azərbaycan  ədəbiyyatında  eyni 
proses baş verirdi. 
"Füyuzat"  jurnalı  biblioqrafiyasında
206
  isə  yuxarıdakı    şerin  Məhəmməd 
Hadiyə məxsus olduğu qeyd olunub. Lakin məlumdur ki, Dəlilər Mühibbi (dəlilər 
dostu)  imzasından  istifadə  edən  Məhəmməd  Hadi  heç  vaxt,  o  cümlədən 

104 
 
"Füyuzat"da  "Dəli  şair"  imzasıyla  yazmayıb.  "Füyuzat"ın  ilk  sayında  Dəli  şair 
imzasıyla  dərc  olunan  "Heyrət,  yaxud  bir  mələyin  insanlara  xitabı"ndan  sonra 
jurnalın  1906-cı  il  tarixli  6-cı  sayında  Dəlilər  Mühibbinin  "Dəli  şairə,  dəlilər 
mühibbi  olan  bir  quşun  köməyi"  şeri  dərc  edilmişdi.  Hətta  məsələnin  zahiri 
tərəfini,  yəni  Məhəmməd  Hadinin  "Füyuzat"da  baş  yazarın  —  Əli  bəy 
Hüseynzadənin köməkçisi olduğunu nəzərə alsaq, 6-cı  saydakı  şerin  adı  da  Dəli  
şairin  Əli  bəy,  Dəlilər mühibbinin  Hadi  olduğunu  sadə  məntiqlə  təsdiq  edir.   
Şerin Məhəmməd  Hadiyə  aid  olması  qənaətinə  təəssüf  ki, müasir tədqiqatlarda 
da təsadüf olunur. Hətta bəzən "Dəli Şairə, dəlilər mühibbi olan bir quşun köməyi. 
Tövsiyeyi-mürğ"ün  müəllifinin  -  Dəlilər  Mühibbinin  imzası  Dəli  şairlə  dəyişik 
salınır.
207
 
Təəssüf  ki,  xatırlatdığımız  biblioqrafiyada  da  ədəbiyyat  və  ictimai  fikir 
tariximizdə belə bir ciddi və romantik başlanğıcın halal haqqı Əli bəydən "alınıb"... 
 
P.S.  Məlumdur  ki,  Əli  bəy  "Turani",  "Ə.H",  "Füyuzati",  "Həyati", 
"Ə.Hüseynzadə",  "Şair  Naim",  "Əbülnəqqaş".  "Əbülhafiz",  "Ayn",  "Ayn  H.", 
"Hürendiş",  "İndicani"  "Tərəfdar"  imzalarıyla  yazırdı.  Bu  qədər  gizli  imzasının 
olmasına  rəğmən  isə  Qulam  Məmmədlinin  tərtib  etdiyi  "İmzalar"
208
  kitabında 
ümumiyyətlə,  Əli  bəyin  adı  çəkilmir,  Əli  bəyə  məxsus  olan  istər  gizli,  istərsə  də 
aşkar imzalardan əsər-əlamət belə görünmür. 
 
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin