AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək


§ 3. ĠKĠNCĠ RUSĠYA-ĠRAN MÜHARĠBƏSĠ



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
1   2   3   4   5   6   7   8   9   ...   36
§ 3. ĠKĠNCĠ RUSĠYA-ĠRAN MÜHARĠBƏSĠ.                              

ĠSTĠLANIN BAġA ÇATMASI 

 

Rusiyanın 1804-1813-cü illər Rusiya-İran müharibəsində qələbəsi, Cənubi 



Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən istilası ingilis müstəmləkəçilərinin 

qızğın  qəzəbinə  səbəb  oldu.  Gülüstan  müqaviləsini  özü  üçün  rüsvayçılıq  hesab 

edən və Cənubi Qafqazı  ələ keçirmək  üçün  yeni planlar hazırlayan İran sarayı isə 

Rusiyanın  Cənubi  Qafqazı  zəbt  etməsi  ilə  barışmaq  istəmirdi.  İranın  bu  planları 

İngiltərənin Cənubi Qafqazdakı planlarına tam uyğun gəlirdi və buna  görə ingilis 

diplomatiyası  hər  vasitə  ilə  yeni  münaqişələr  törədir,  İranı  Rusiya  ilə  yeni 

müharibəyə təhrik edirdi. Bu məqsədlə Tehrana yeni Britaniya səfiri göndərildi. O, 

şahı  inandırmağa  çalışırdı  ki,  İran  Cənubi  Qafqazı  ələ  keçirə  bilər,  ancaq  bunun 

üçün  güclü  ordu  yaratmaq  lazımdır.  Səfir  öz  hökumətinin  yaxşı  təlim  görmüş  və 

silahlanmış 50 minlik korpus yaratmaqda İrana kömək göstərməyə hazır olduğunu 

bildirdi [22]. 

Müharibənin qurtarmasından cəmi bir il sonra, 1814-cü il noyabrın 25-də 

Tehranda  İngiltərə  ilə  İran  arasında  müqavilə  bağlandı.  Bu  müqavilə  Rusiyaya 

qarşı yönəldilmişdi. İran şahı İran sərkərdələri tərəfdən Hindistanın təhlükəsizliyini 

təmin  etməyi  öz  öhdəsinə  götürürdü.  Böyük  Britaniya  isə  İrana  hər  il,  1809-cu  il 

müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə maliyyə yardımı göstərmək, ordu və 

hərbi gəmilər ayırmaq haqqında öz öhdəliyini bir daha təsdiq etdi. 

İngiltərə  İrana  Gülüstan  müqaviləsi  ilə  müəyyənləşdirilmiş  Rusiya-İran 

sərhədlərinə  yenidən  baxmağa  nail  olmaq  barədə  söz  verdi.İngiltərə  İrana  yeni 

təlimatçı  zabitlər,  sursat,  Təbrizdə  fəalliyyət  göstərən  silah  zavodu  üçün 

avadanlıqlar  göndərməyə  başladı.  Qafqazdakı  rus  qoşunlarının  baş  komandanı 


A.P.Yermolov  1817-ci  ildə  nümayəndə  heyyətinin  başçısı  kimi  İranda  olarkən 

çoxlu ingilis zabitinin qızğın fəaliyyətinin şahidi olmuşdu. 

Vəliəhd,  Cənubi  Azərbaycanın  hakimi  Abbas  Mirzə  Rusiyaya  qarşı  yeni 

müharibənin hazırlanmasında yenə də  mühüm rol oynayırdı. İngilis diplomatiyası 

hər  vasitə  ilə  onu  İngiltərənin  daimi  nəzarəti  altında  saxlamağa  çalışırdı.  Abbas 

Mirzə  isə,  öz  növbəsində,  özünü  ingilis  zabitləri  və  siyasi  məsləhətçilərlə  əhatə 

etmişdi  və  onların  köməyi  ilə  öz  ordusunu  yenidən  qururdu.  İranın  anbar  və 

cəbbəxanaları ingilis tüfəngləri və döyüş sursatı ilə dolu idi. 

İngiltərə ilə yeni müqavilə bağlamaq və ordunu müharibəyə hazırlamaqla 

yanaşı,  İran  sarayı  eyni  zamanda  belə  hesab  edirdi  ki,  Rusiyadan  müəyyən 

güzəştlərə  nail  olmaq  üçün  əlverişli  şərait  yaranmışdır.  1815-ci  ildə  Gülüstan 

müqaviləsinə  yenidən  baxmağa  Rusiyanın  razılığını  almaq  və  Cənubi  Qafqazın, 

əsasən  Azərbaycan  ərazisinin  heç  olmazsa  bir  hissəsinin  İrana  verilməsinə  nail 

olmaq üçün İngilrətə ilə sıx bağlı olan və çoxdan onun təlimatından istifadə edən 

Mirzə  Əbdül  Həsən  xanın  başçılığı  ilə  Peterburqa  nümayəndə  heyəti  göndərildi. 

İngiltərə  və  İranla  münasibətləri  kəskinləşdirməyi  istəməyən  çar  hökuməti 

sərhədlərin müəyyənləşdirilməsində bəzi xırda güzəştlərə getməyi qərara aldı və bu 

məqsədlə  1817-ci  ildə  A.P.Yermolovun  başçılığı  ilə  İrana  nümayəndə  heyəti 

göndərdi.  Nümayəndə  heyətinə  Rusiya  ilə  İran  arasında  möhkəm  dostluq  və 

qardaşlıq  əlaqələri  üçün  əsas  ola  biləcək  xüsusi  müqavilə  bağlamağa  səlahiyyət 

verilmişdi [23]. 

A.P.Yermolovun  səfirliyi  İranda  soyuq  qarşılandı.  İngilislər  tərəfindən 

qızışdırılan  vəliəhd  Abbas  Mirzə,  hətta  Yermolovun  səfirliyindən  ölkədə  hərbi 

əhval-rihiyyəni qızışdırmaq üçün istifadə etməyə çalışdı. Bu zaman o belə bir şayiə 

yaydı ki, rus səfiri İranı işğal etmək üçün 12 minlik korpus gətirmişdir. 

Rus  səfirliyini  qorxutmaq  məqsədilə  Abbas  Mirzə  Təbrizə,  onların 

qarşısına  on  minlərlə  əsgərdən  ibarət  olan  hərbi  birləşmə  göndərdi.  Yermolovun 

keçdiyi  bütün  yol  boyu  onu  ingilis  zabitləri  müşayiət  edirdi.  Tərəflərin  elə  ilk 

görüşündə  İrandakı  ingilis  səfirinin  iştirakı  ilə  şah  diplomatiyası  Gülüstan 

müqaviləsinə  görə  Rusiyaya  keçmiş  torpaqların  İrana  verilməsini  tələb  etdi.  Şah 

sarayının mübahisəli məsələləri danışıqlar yolu ilə həll etmək fikrində olmadığına 

və İngiltərənin köməyi ilə müharibəyə hazırlaşdığına əmin olan general Yermolov 

İranı  tərk  etdi.  Rusiyaya  qayıtdıqdan  sonra  Yermolov  Peterburqa  yazırdı: 

―İngilislər ehtiyat edirdilər ki, İran bizim hakim təsirimiz altına düşə bilər‖. O daha 

sonra qeyd edirdi ki, ―vəliəhdin sarayında ingilislərsiz heç bir iş görülmür‖ [24]. 

XIX  yüzilliyin  20-ci  illərində  İranın  Rusiyaya  qarşı  hərbi  hazırlığı  yeni 

mərhələyə  qədəm  qoydu  və  çox  fəallaşdı.  İngilis  diplomatiyası  ehtiyat  edirdi  ki, 

Rusiya Şərq məsələsini öz xeyrinə həll edə bilər və ona görə də hər vasitə ilə İranı 

müharibəyə  təhrik  edirdi.  İngilislər  çaha  pulla,  silahla  və  sursatla  göstərdikləri 

yardımı  daha  da  gücləndirirdilər.  İngilis  zabitləri  sərhəd  qalalarını 

möhkəmləndirirdilər.  Bu  işdə  ingilis  texniki  qoşunlarının  polkovniki  Montis 


mühüm  rol  oynayırdı.  Tehranda  və  Təbrizdə  tökmə  zavodların  əsası  qoyulmuş, 

Təbrizdə  barıt  istehsalı  nizama  salınmışdı.  ―...İngilis,  fransız  zabitləri  növbə  ilə 

İran ordusunu təşkil etməyə cəhd edirdilər. Bir sistemi digəri əvəz edir və hər biri 

növbə ilə pozulurdu‖. 

Şah  sarayı  ingilislərin  köməyi  ilə  öz  ordusunun  gücünü  artırır,  gələcək 

müharibədə Türkiyədən kömək almağa səy göstərirdi. Bu işdə də İngiltərə İorana 

kömək etdi.  1823-cü ildə  İran və  Türkiyə  arasında  müqavilə  bağlandı İngilislərin 

köməyi ilə Cənubi Qafqazda geniş casusluq və təxribat işləri təşkil edildi. Bundan 

məqsəd müharibənin başlanması ilə yerlərdə İran tərəfdarlarını gücləndirmək, yerli 

əhalini Rusiyaya qarşı üsyana qaldırmaq idi. 

1825-ci  ilin  payızında  Abbas  Mirzənin  qoşunu  üçün  İsfahana  200  tay 

ingilis  silahı  gətirildi.  1826-cı  ildə  İngiltərə  Hindistandan  daha  15  min  tüfəng 

göndərdi. Bu zaman ingilislər şaha bildirdilər ki, gələcəkdə kömək yalnız o zaman 

göstəriləcəkdir ki, İran Rusiyaya qarşı müharibəyə başlansın. Elə həmin il İngiltərə 

artıq Rusiyaya qarşı müharibəyə başlamağı inadla israr edirdi [25]. 

Rusiya  hökuməti  İranla  toqquşmaqdan  qaçmağa  çalışırdı.  I  Nukolay 

Yermolova yazırdı: ―İndi demək olar ki, bütün dağlı xalqlarının bizim  əleyhimizə 

qalxdığı  bir  vaxtda,  Avropadakı  işlər,  xüsusilə  Türkiyə  ilə  münasibətlər  öz 

əhəmiyyətinə görə böyük diqqət tələb etdiyi bir vaxtda iranlılarla əlaqələri pozmaq 

haqqında  düşünmək  ağılsızlıq  olardı‖.  Ona  görə  də  Rusiya  hökuməti  danışıqlar 

aparmaq  və  ərazi  məsələlərini  dinc  yolla  həll  etmək  üçün  yenidən  Tehrana  öz 

nümayəndəsini göndərməyi qərara aldı. 1826-cı ildə general Menşikovun başçılıq 

etdiyi  rus  nümayəndə  heyəti  İrana  gəldi.  Aldığı  təlimata  əsasən,  Menşikov  şah 

sarayının  nəzərinə  çatdırmalı  idi  ki,  Rusiyanın  məqsədi  İranla  sülhü,  mehriban 

razılıq  və  dostluq  münasibətlərini  qorumaqdan,  beləliklə,  İranın  Rusiyanın  işğal 

məqsədi  daşıması  və  öz  ərazisini  genişləndirmək  istəməsi  gümanını  aradan 

qaldırmaqdan  ibarət olmalı idi. Menşikov sərhəd haqqında məsələni tənzimləməyə 

―şahı  razı  salmaq  üçün  bütün  gücünü  sərf  etməli  idi‖.  Çarın  sərəncamı  ilə 

Menşikov Qarabağın və Talış xanlığının bir hissəsini güzəşt etməyə hazır idi [26]. 

Rusiyanın  İranla  hərbi  münaqişəyə  girməmək  üçün  göstərdiyi  bu  cəhd 

müvəffəqiyyətsizliyə  uğradı.  Menşikovu  İranda  çox  soyuq  və  davakarcasına 

qarşıladılar  və  o  çox  pis  qəbul  olundu,  hətta  Şimali  Azərbaycan  sərhədlərinə 

soxulan  çoxlu  qoşunla  rastlaşdı.  Şahın  yay  iqamətgahı  Sultaniyyəyə  gələn 

Menşikov başa düşdü ki, müharibə labüddür. O özü və onu müşayiət edənlər çoxlu 

həqarət və təhqirdən sonra ancaq avqustun sonunda İrandan çıxa bildilər. 

İran  sarayı  özünün  Rusiyaya  qarşı  hazırladığı  müharibə  planlarında 

―Qafqaz  müsəlman  vilayətlərinin‖,  daha  doğrusu,  Azərbaycan  və  Dağıstanın 

―hamılıqla silahlanmasına‖ böyük ümid bəsləyirdi [27]. Qaçqın 

Azərbaycan  xanları  Abbas  Mirzə  Qafqaz  xalqları  arasında  milli  və  dini 

ədavəti qızışdıracağına da ümid bəsləyirdi. 



1826-cı  il  mayın  26-da  İran  qoşunu  sərhəd  dəstələrinə  hücum  etdi,  iki 

aydan  sonra  isə,  iyulun  19-da  Abbas  Mirzənin  60  minlik  ordusu  Şimali 

Azərbaycana soxukdu. 

Abbas  Mirzənin  planı  qəflətən  Qarabağa  soxulmaq,  Şuşanı  ələ  keçirmək 

və  sonra  isə  Gəncəni  tutmaqla  Tiflisə  hücum  etmək  idi.  Tiflis  üzərinə  hücum  üç 

tərəfdən:  cənubdan,  şərqdən  və  şimal-şərqdən  planlaşdırılmışdı.  İrəvan  sərdarı 

Hüseyn  xan cənubdan Şuragəl və  Pəmbəkəç  soxulmalı və  burada  AbbasMirzənin 

əsas  qüvvələrinin  yaxınlaşmasını  gözləməli  idi.  Abbas  Mirzənin  yanında  olan 

gürcü  şahzadəsi  Aleksadr  isə  İran  ordusu  ilə  Kaxetiyaya  girməli  və  burada  Car-

Bakakən dəstələri ilə birləşib şimal-şərqdən Tiflis üzərinə hərəkət etməli idi. Bütün 

bu dəstələr Tiflis  yaxınlığında birləşməli və eyni vaxtda vurulan zərbə ilə onu  ələ 

keçirməli idilər. 

Ordunun  bir  hissəsi  yol  üstündəki  hər  şeyi  oddan  və  qılıncdan  keçirərək, 

Gəncəyə  tərəf  hərəkət  etdi.  Digər  əsas  qüvvələr  şuşa  üzərinə  yeridildi.  Şuşaya 

çəkilən əhali, düşmənin əlinə keçməsin deyə, hər şeyi məhv edirdi. 

Sayı 30 min nəfər olan İran ordusuna qarşı 9 rota, 6 yüngül top və çox zəif 

bir  kazak  alayı  dayanırdı.  Bu  hissələrdən  3  rota  və  iki  yop  mal-qaranın  sürülüb 

aparılmasının qarşısını almaq üçün Qarabağın dağlıq hissəsində yerləşirdi. 

Zaqafqaziyadakı  rus  qoşunlarının  sayının  azlığı  və  pərakəndəliyi  İran 

qoşununun  Quba,  Bakı  və  b.  yerlərə  hərəkəti  üçün  əlverişli  şərait  yaratdı.  İran 

ordusu  ilə  İrana  qaçmış,  hakimiyyətiddiasında  olan  xanlar  –  gəncəli  Cavad  xanın 

oğlu  Uğurlu  xan,  bakılı  Hüseynqulu  xan,  şirvanlı  Mustafa  xan  vəö  başqaları  da 

gəlirdilər.  Qarabağda  İrana  meyil  edən  bəy  qrupları  öz  fəallığını  artırırdılar.  İran 

şahının hakimiyyəti altında olan İraəvan xanı rus ordusunun düşərgə saldığı rayona 

böyük  atlı  dəstəsilə  hücum  etdi.  Əhali  öz  keçmiş  xanlarına  kömək  məqsədilə 

Rusiya  əleyhinə  üsyanlar  qaldırdı.  Belə  bir  üsyan  Gəncədə  baş  verdi.  Bu  çıxışın 

iştirakçıları iyulun 27-də həbsxananı ələ keçirdilər, iyulun 28-ə keçən gecə isə yerli 

qarnizonu darmadağın etdilər. Zurnabaddan rus qarnizonunun köməyinə gələn rota 

top atəşi ilə qarşılandı, rota geri çəkildi. Şəhər Abbas Mirzənin qoşunu tərəfindən 

tutldu  [28].  Beləliklə,  hərbi  əməliyyatlar  Şimali  Azərbaycanın,  demək  olar  ki, 

bütün ərazisini və Ermənistanın bir hissəsini əhatə etdi. 

İran  qoşunlarının  və  İraəvan  xanının  bütün  Qarabağı,  Yelizavetpol 

dairəsini,  Qazax  və  Şəmşəddili  əhatə  edən  mərkəzi  hərbi  əməliyyatlar  rayonunda 

vurduğu  ilk  zərbəni  kazaklar,  maaflar  və  bəylərdən  təşkil  olunmuş  dəstələr  öz 

üzərlərinə  götürdülər.  Mirak,  BöyükQarakilsə  və  Balıqçayı  qoruyan  bu  dəstələri 

Vətənin  taleyindən  çox  quldurluq  və  qənimət  ələ  keçirmək  müharibənin  başladığı 

elə  birinci  gün  oraya  rus  zabitinin  başçılığı  altında  300  nəfərlik  süvari 

göndərilmişdi.  Balıqçayı  qoruyan  rus  qoşunları  düşmənin  üstün  qüvvələrinin 

təzyiqi  altında  geri  çəkildilər  və  Dilican  dərəsində  möhkəmləndilər.  Süvari  dəstə 

burada  onlarla  birləşdi.  Birləşmiş  qüvvələr  geriyə,  Balıqçaya  hərəkət  edərək,  onu 

yenidən ələ keçirdilər. 


Elə  bu  vaxt  İran  ordusu  bütün  Qarabağ  mahallarını  ələ  keçirərək,  Şuşa 

qalasını mühasirəyə aldı. Şuşa qarnizonu sayca az idi. O,6 rotadan, daha doğrusu 4 

topu olan 1500 adamdan ibarət idi. 

Şuşa  qalasının  mühasirəsi  48  gün  davam  etdi.  Şuşanın  mühasirəsində 

ingilis, fransız və italyan mühəndisləri fəal iştirak edirdilər. Onlar qala divarlarını 

dağıtmağa  çalışır,  qala  bütrclərinin  altını  minalayır  və  s.  Lakin  onların  cəhdi  baş 

tutmadı.  Patlayışlardan sonra  gecə  vaxtı hücuma  keçən İran ordusu heç nəyə  nail 

ola bilmədi və rus qoşunları tərəfindən geri oturdular [29]. 

Abbas  Mirzənin  təslim  olmaq  haqqında  dəfələrlə  verdiyi  tələblər  Şuşa 

qarnizonunun rəisi polkovnik Reut tərəfindən rədd edildi. 

Şuşa  qalasını  uzun  müddət  mühasirədə  saxlamaq  İran  hərbi 

komandanlığının  səhvi  idi.  İranın  hərbi  qüvvəsinin  böyük  hissəsinin  diqqətini 

özünə cəlb edən rus qarnizonu və qalanın erməni əhalisi general Yermolova strateji 

təşəbbüsü  ələ  almağa,  pərakəndə  halda  olan  qüvvələri  zərbə  qruplarında 

cəmləşdirməyə  və  düş.mən  üzərinə  hücum  etməyə  şərait  yaratdı  və  bununla  da 

gələcək  hərbi  əməliyyatları  rus  ordusunun  xeyrinə  həll  etdi.  Yermolov  başa 

düşürdü  ki,  azsaylı  qüvvələrlə  düşmənə  bütün  hücum  xətti  boyunca  əks  zərbə 

vurmaq  mümkün  deyil.  Bütün  qüvvələri  Cənubi  Qafqazın  hərbi-siyasi  mərkəzi 

olan Tiflisin müdafiəsində cəmləşdirməklə, o, düzgün qərar qəbul etdi. 

Hüseynqulu xan İran sərbazlarından ibarət böyük bir dəstə ilə azsaylı rus 

qarnizonunu  müdafiə  etdiyi  Bakı  qalasını  dənizdən  və  qurudan  mühasirəyə  aldı. 

Bakı körfəzi də dənizdən İranın avarlı donanması tərəfindən mühasirədəydi. Qala 

möhkəm dayanmışdı və  Hüseynqulu xanın bütün  hücumları dəf edildi.  Rus hərbi 

komandanlığı  Bakıya  böyük  əhəmiyyət  verirdi.  Bakı  limanı  Həştərxanla  daimi 

əlaqə  saxlanılmasında, rus ordusunun döyüş sursatı və  ərzaqla  təmin edilməsində 

mühüm rol oynayırdı. Buna görə Abbas Mirzə Bakını ələ keçirmək, rus ordusunun 

təchizatını pozmaq, fəaliyyətdə olan rus ordusunun sol cinahını iflic halına salmaq 

və  onu  mərkəzdən  təcrid  etmək  üçün  tələsik  Hüseynqulu  xanın  köməyinə  yeni 

qüvvələr göndərdi. 

Qüvvələrin  belə  nisbəti  şəraitində  rus  ordusunun  komandanı  düşmənlə 

üzbəüz gəlməyə cəsarət etməyib, Gəncənin dar küçələrində müdafiə olunmağıdaha 

məqsədəuyğun  hesab  edirdi.  Lakin  Mədətov  və  digər  generallar  başqa  fikirdə 

idilər.  General  Paskeviç  Yermolovun  generallarına  şübhəli  münasibət  bəsləyir  və 

belə  güman  edirdi  ki,  onlar  onu  qəsdən  müvəffəqiyyətsizliyə  düçar  edəcəklər. 

Bununla belə o öz niyyətindən əl çəkməyə məcbur oldu. 

1826-cı  il  sentyabrın  13-də  İran  qoşunları  hücuma  başladılar.  Amansız 

döyüş  baş  verdi.  Azərbaycan  tarixçisi  Mirzə  Adıgözəl  bəy  bu  döyüş  haqqında 

yazırdı: ―Səhər vaxtı sərdar Paskeviç və general Mədətov qoşunlarına nizam  verib 

Şeyx  Nizami  türbəsinə  yaxınlaşdılar.  Qızılbaş  qoşunu  ilə  üz-üzə  gəldilər.  Burada 

böyük  soltani  bir  müharibə  oldu.  Bir  saatdan  sonra  qızılbaşlar  başladılar‖  [36]. 

Seçmə  şah  qoşunu  darmadağın  edildi.  Bu  döyüşdə  İran  qoşunundan  min  nəfər 


öldürüldü,  min  yüz  nəfərdən  çox  əsir  alındı,  4  bayraq,  bir  neçə  top  və  s.  ələ 

keçirildi. Abbas Mirzənin qoşununun qalıqları tələsik Qarabağdan keçərək cənuba, 

Xudafərin körpüsünə tərəf qaçdı [37]. 

Sentyabrın 18-də  Abbas Mirzə Şuşa altında saxlanılan dəstəni də özü ilə 

götürərək, Arazın sol sahilinə keçdi. Geri çəkilərkən İran sərbazları əllərinə düşən 

hər şeyi məhv edir, dinc əhalini soyur, mal-qaranı sürübn aparırdılar. 

XIX  yüzilliyin  birinci  qərinəsində  Cənubi  Qafqazda  baş  verən  hərbi 

əməliyyatlar içərisində ən böyük döyüşlərdən biri olan Gəncə döyüşünün Rusiya-

İran  müharibəsinin  sonrakı  gedişində  çar  Rusiyası  üçün  çox  mühüm  əhəmiyyəti 

oldu və fatiki olaraq, onun müqaəddəratını həll etdi. Şah qoşunu ilə birlikdə, onun 

köməyi ilə öz hakimiyyətlərini bərpa etməyə ümid bəsləyən xanlar və feodallar da 

Azərbaycanı tərk etdilər. 

1826-cı ilin dekabrında Abbas Mirzə və şahzadə Aleksadr Azərbaycan və 

Dağıstan  hərbi  hissələrinin  köməyi  ilə  Şəki  əyaləti  ilə  həmsərhəd  olan  Dağıstan 

əhalisinin  üsyanını  təşkil  etdilər  və  Hüseyn  xanın  iddiasında  olduğu  xan 

hakimiyyətini  bərpa  etmək  şərtilə  Nuxaya  böyük  dəstə  yeritdilər.  Dekabrın  9-da 

Yermolovun  başçılığı  ilə  rus  dəstələri  Nuxaya  gəldi.  Müqavimət  göstərməyə  və 

müdafiə olunmağa imkanı olmayan Hüseyn xan qaçdı və Araz çayını keçərək İrana 

getdi [38]. 

Sentyabrın 24-də Sultan Əhməd özünün 6 minlik dəstəsi ilə Qubadan geri 

çəkildi, şirvanlı Mustafa xan isə Şamaxıdan qaçdı. Qubada mühasirədən çıxan rus 

dəstəsi geri çəkilən İran qoşun dəstəsini təqib etdi.Başqa xanlar da qaşdılar. 1827-

ci  ilin  əvvəllərində  İran  sərbazları  bütün  Şimali  Azərbaycan  ərazisini  tərk  etdilər. 

Yalnız Talışda hələlik Mirhəsən xan qalırdı. 

İran  feodalları  Arazın  o  tayına  keçdikdən  sonra  da  tez-tez  soyğunçu 

basqınlar təşkil etməklə, Azərbaycan torpaqlarını rahat qoymurdu. Belə ki, 1826-cı 

il dekabrın sonunda min nəfərlik İran süvari dəstəsi Araz çayını keçərək bir kəndə 

hücum etdi. ―Bu təhlükə haqqında xəbərdar olan əhali döyüşə  girdi...Düşmən itki 

verərək geri çəkildi‖ [39]. Dağlarda qışın sərt keçməsi ilə əlaqədar qoyun sürüləri 

Arazın  yaxınlığındakı  düzənlikdə  saxlanılırdı.  İran  sərbazları  soyğunçuluq 

məqsədilə onların üzərinə hücum etdilərsə də dəf olundular. 

Belə  hücumların  qarşısını  almaq  məqsədilə  dekabrın  26-da  Mədətovun 

başçılığı ilə rus qoşunu Araz çayını keçərək Cənubi Azərbaycan ərazisinə, 1827-ci 

ilin yanvarında isə Meşkin dairəsinə daxil oldu. Lakin rus komandanlığı hələlik öz 

qarşısına Cənubi Azərbaycanın içərilərinə doğru irəliləmək vəzifəsini qoymamışdı 

və Mədətov öz qoşunu ilə geri qayıtdı. 

Hərbi  əməliyyatlar  1827-ci  ilin  yazında  yenidən  başlandı.  Apreldə  rus 

qoşunu  iki  istiqamərdə  irəliləməyə  başladı.  Dəstələrdən  biri  Mədətovun 

komandanlığı  altında  1827-ci  il  aprelin  20-də  Xudafərin  körpüsünü  ələ  keçirdi, 

Cənubi  Azərbaycana  yol  açıldı.  Lakin  rus  komandanlığı  ilk  növbədə  İrəvan 

xanlığını ələ keçirməyi qərara aldı. 


Əlahiddə  Qafqaz  korpusunun  əsas  qüvvələri  İran  qoşunları  tərəfindən 

viran edilmiş Eçmiədzinə daxil oldu və aprelin 23-də İrəvan üzərinə  hərəkət etdi, 

səhəri  gün isə İrəvan qalasına  yaxınlaşaraq, onu  mühasirəyə aldı. Mühasirə iki ay 

davam  etdi.  Bu  müddət  ərzində  düşmən  bir  neçə  dəfə  həmlə  etdi,  lakin  hər  dəfə 

canlı qüvvə və silah itirərək məğlub oldu. Ən böyük həmlə ayın 8-də baş verdi. O, 

qanlı  döyüşlə  qurtardı.  Düşmən  geri  çəkilməyə  məcbur  oldu.  Lakin  rus  qoşunu 

sayının  azlığı  ucbatından  (8600  adam)  İrəvanda  müvəffəqiyyət  qazana 

bilmədiyindən, rus komandanlığı qalanın mühasirəsinə vaxt itirməməyi qərara aldı 

və  qoşununu  Naxçıvan  üzərinə  yeritdi.  1827-ci  il  mayın  26-da  20  kilometlik 

yürüşdən sonra rus qoşunu Naxçıvanı döyüşsüz ələ keçirdi və Abbasabad qalasına 

yaxınlaşdı.  Bu  qalanın  böyük  strateji  əhəmiyyəti  var  idi.  Belə  ki,  o,  şah 

hakimiyyətinin Naxçıvan xanlığında Araz çayı üzərində keçidi təmin edirdi. 

İran komandanlığı ikitərəfli həmlə ilə rus qoşununu əzməyi qərara aldı və 

Abbas Mirzə 16 minlik qoşunla Abbasabad üzərinə hərəkət etdi. 1827-ci il iyunun 

5-də  Cavanbulaq  deyilən  yerdə  döyüş  baş  verdi.  Qüvvələr  həddindən  artıq  qeyri-

bərabər  idi.  Lakin  rus  qoşunu  üstün  gəldi  və  İran  qoşununun  bu  məğlubiyyəti 

iyulun 7-də təslim olan Abbasabad qalasının taleyini həll etmiş oldu [40]. 

Rus  qoşunu  İrəvana  yaxınlaşana  qədəravqustun  17-də  Uşağanda  və  b. 

yerlərdə iri döyüşlərə girdi. Rus qoşunu avqustun sonlarında İrəvana yaxınlaşdı. O, 

ilk növbədə xeyli taxıl və digər ərzaq ehtiyatlarının toplandığı Sərdarabad qalasını 

mühasirəyə aldı. Sentyabrın 20-də Sərdarabad qalası süqut etdi. Sentyabrın 26-da 

İrəvan  qalasının  da  mühasirəsi  başlandı.  İrəvan  xanlığı  əhalisinin  əksəriyyəti 

azərbaycanlılar idi. Paskeviçin yazdığı kimi, ―İrəvan vilayətində 10 min müsəlman 

(azərbaycanlı  –  Red.)  və  ancaq  3  min  erməni  ailəsi  var  idi‖  [41].  Bu  əhalinin 

müəyyən  hissəsi,  başlıca  olaraq  ermənilər  rus  qoşununa  hər  cür  yardım 

göstəriridilər.  ―Qala  divarları  üstündə  görünən  sakinlər  papaqlarını  yellədərək, 

işarə  edirdilər  ki‖,  onlar  təslim  olurlar.  Onlar  çimal  darvazalarını  açdılar  və 

oktyabrın  1-də  rus  qoşununu  qalaya  buraxdılar.  Elə  həmin  gün  qanlı  döyüşdən 

sonra rus qoşunu İrəvan qalasını ələ keçirdi. 

İrəvan  qalasındakı  qələbə,  onun  alınması  Rusiya-İran  müharibəsinin 

gedişində  rus  komandanlığı  üçün  mühüm  əhəmiyyətə  malik  idi.  Bu  vaxta  qədər 

general  Kristovun  komandanlığı  altında  Cənubi  Azərbaycanın  sərhədlərində 

dayanan rus qoşunu ölkənin içərilərinə  doğru irəliləməyə  başladı.  Oktyabrın 2-də 

Mərənd döyüşsüz ələ keçirildi. 

Rus qoşunu Xoy şəhərinə  yaxınlaşarkən  müqavimətə rast gəlmədi. 1827-

ci  il  oktyabrın  11-də  rus  qoşunu  Təbrizə  hərəkət  etdi.  Eristov  yazırdı:  ―Şəhərə 

rəhbərlik üçün göndərilmiş şahın kürəkəni və birinci naziri Allahyar xan əhalini və 

orada  olan  2  batalyon  sərbazı  müdafiə  olunmağa  razı  salmaq  üçün  hər  vasitədən 

istifadə  etdi‖.  1827-ci  il  oktyabrın  13-də  rus  qoşunu  Təbrizə  daxil  oldu.  Çoxlu 

qənimət – 40 top, mindən çox tüfəng,çoxlu mərmi ələ keçirildi [42]. 



Şəhəri  idarə  etmək  üçün  Təbrizdə  müvəqqəti  idarə  yaradıldı.  Müvəqqəti 

idarəyə  yüksək  rütbəli  rus  zabitlərindən  başqa,  Təbriz  ruhanilərinin  başçısı  Ağa 

Mirfəttah,  Təbrizin  keçmiş  qubernatoru  Fətəli  xan  və  b.  daxil  oldular. 

Dekabristlərə yaxın olan İ.Q.Burtsev Təbrizin komendantı təyin edildi. Təbrizin və 

bütün  Azərbaycanın  idarə  olunmasına  dair  təlimat  A.S.Qriboyedov  tərəfindən 

tərtib  edilmişdi.  Rus  qoşununun  Təbrizi  ələ  keçirməsi  ilə  Tehrana  yol  açıldı. 

Qorxuya düşən şah hökuməti sülh xahiş etdi. Rusların köməyi ilə hakimiyyəti ələ 

keçirməyə  ümid  edən  Cənubi  Azərbaycanın  feodal  hakimləri  Paskeviçə  cənuba 

hərəkət etmək, Tehranı tutmaq xahişi ilə müraciət etdilər [43]. 

Bununla  belə,  daxili  və  beynəlxalq  vəziyyət  Rusiyanı  İranla  müharibəni 

başa çatdırmağa sövq edirdi, çünki dağlıların azadlıq hərəkatı geniş vüsət almışdı 

və  Rusiya  Türkiyə  ilə  müharibənin  yaxınlaşdığını  hiss  edirdi.  1827-ci  il  noyabrın 

7-də  danışıqlar  başlandı.  Rusiya  İrəvan  və  Naxçıvan  xanlıqlarının  ona  güzəştə 

gedilməsini,  İran  qoşununun  Talış  xanlığını  tərk  etməsini  və  gümüş  pulla  30 

milyon  manat  təzminat  verilməsini  təklif  edirdi.  Şah  sarayı  isə  rus  qoşunlarının 

Azərbaycan  ərazisindən  çıxarılmasını  tələb  edirdi.  Lakin  ingilis  diplomatiyasının 

təhriki  və  Türkiyənin  təzyiqi  altında  danışıqlar  kəsildi.  1828-ci  il  yanvarın  24-də 

Paskeviç  rus  qoşununa  Ərdəbil  və  Tehran  istiqamətində  hərəkət  etməyi  əmr  etdi. 

Rus  qoşunları  yanvarın  28-də  Urmiyanı,  fevralın  8-də  isə  Ərdəbili  tutdular.  Rus 

qoşunun  yeni  hücumunu  İranın  hakim  dairələri  arasında  vahimə  doğurdu.  İranın 

tamamilə  darmadağın  ediləcəyindən  ehtiyat  edən  Britaniya  səfiri  Makdonald 

döyüşən  tərəflər  arasında  vasitə  kimi  çıxış  etdi.  1828-ci  il  fevralın  6-da  (18-də) 

Təbriz  yaxınlığındakı  Türkmənçay  kəndində  Abbas  Mirzə  ilə  Paskeviç  arasında 

sülh  danışıqları  yenidən  başlandı.  Rusiya  hökuməti  Paskeviçin  qarşısında  şahdan 

Cənubi Azərbaycan ərazisinin də Rusiyaya birləşdirilməsini tələb etmək vəzifəsini 

qoymuşdu.  Danışıqların  iştirakçısı  A.S.Qriboyedov  da  Cənubi  Azərbaycan 

ərazisinin Rusiyaya birləşdirilməsi fikrinə tərəfdar çıxdı. 

Britaniya  diplomatiyası  danışıqlarda  vasitəçiliyə  can  atırdı.  O,  İranın 

tamamilə  dağılmasından,  bütün  Cənubi  Azərbaycanın  rus  qoşunları  tərəfindən 

tutulacağından qorxurdu və bütün gücünü ona sərf edirdi ki, Rusiya özünün Cənubi 

Azərbaycana  olan  iddialarından  əl  çəksin.  Türkiyə  ilə  yaxınlaşmaqda  olan 

müharibə  təhlükəsi  şəraitində  çar  hökuməti  İranla  sülh  müqaviləsi  bağlamağa 

tələsdi. Müqavilə 1828-ci il fevralın 10-da (22-də) imzalandı. 

Türkmənçay  sülh  müqaviləsinə  görə,  İran  Şimali  Azərbaycana  olan  öz 

iddialarından  əl  çəkir,  onun  üzərində  Rusiya  hakimiyyətini  tanıyırdı.  Cənubi 

Azərbaycan isə İranın himayəsində qaldı. Azərbaycan iki yerə bölündü. 

Cənubi Azərbaycanın Rusiya tərəfindən işğalına İngiltərə qətiyyətlə mane 

oldu. Burjua zadəgan tarixçisi yazırdı: ―İranlıların özlərindən çox ingilislər Abbas 

Mirzənin bədbəxtliyinə yas tutur, Azərbaycana görə əsirdilər. Çünki Azərbaycanın 

İrandan  alınması  ingilislərin  qüdrət  və  nüfuzunu  tam  sarsılması  demək  idi‖  [44]. 

İngilis  hökuməti  Cənubi  Azərbaycanın  mühüm  hərbi  strateji  mövqeyinə  böyük 


əhəmiyyət  verirdi.  Buna  görə  də  ingilislər  Azərbaycanın  Rusiyanın  tərkibində 

qalması  ilə  onların  İrandakı  mövqelərinin  itiriləcəyindən  ehtiyat  etdiklərini 

gizlətmirdilər.  İngilis  diplomatiyasının  bu  siyasəti  digər  səbəblərlə  birlikdə 

Azərbaycanın,  onun  xalqının  iki  yerə  bölünməsində  mühüm  rol  oynadı.  Cənubi 

Azərbaycan  şah  istibdadının,  İran  feodallarının  zülmü  altına  düşdü.  Şimali 

Azərbaycan  isə  çar  Rusiyasının  müstəmləkəsinə  çevrildi.  Həmin  vaxtdan 

Azərbaycanın şimal və cənub hissəsinin tarixi inkişafı müxtəlif yollarla getdi. 

Türkmənçay  müqaviləsi  16  maddədən  ibarət  idi.  İran  Rusiya  arasında 

sərhəd  xəttini  dördüncü,  İranın  Qafqaz  dağlarına  qədər  bütün  Zaqafqaziya 

ərazisini,  o  cümlədən  Gülüstan  müqaviləsinə  əsasən,  Rusiyaya  keçmiş  ərazilərini 

və ―Araz çayının bu və o biri tərəfindəki İrəvan xanlığını və Naxçıvan xanlığını‖... 

Rusiyaya ―güzəştə‖ getdiyini beşinci maddələr müəyyən edirdi. 

Səkkizinci  maddəyə  görə,  İran  Xəzər  dənizinin  Rusiyanın  daxili  dəniz 

olduğunu  tanıyırdı.  Xəzər  dənizində  hərbi  donanma  saxlamaq  hüququ  ancaq 

Rusiyaya  verildi.  Bu  maddə  Xəzər  dənizində  hərbi  donanma  yaratmağa  can  atan 

İngiltərənin mənafeyinə güclü zərbə idi. Onuncu maddə ilə Rusiyaya İranın istədiyi 

şəhərində  özünün  diplomatik  nümayəndəliyini  açmaq  və  ticarət  etmək  hüququ 

verilirdi.  Müqaviləyə  əsasən,  İran  Rusiyaya  20  minyon  manat  məbləğində  hərbi 

təzminat  ödəməli  idi.  Müqavilədə  Cənubi  Azərbaycandan  Cənubi  Qafqaz 

ərazisində  köçənlərin  hüquqlarını  müdafiə  edən  maddə  var  idi.  Türkmənçay 

müqaviləsinə  əsasən,  əhalinin  Cənubi  Azərbaycandan  Cənubi  Qafqaz  və  əksinə 

hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Cənubi 

Qafqaz, Qarabağ və İrəvan xanlıqlarına köçdülər. 

Həm  1804-1813-cü  və  1826-1828-ci  illər  Rusiya-İran  müharibələrinin 

gedişində, həm də sonralar ermənilərin böyük kütlələrinin İran, Türkiyə və Cənubi 

Azərbaycandan  Zaqafqaziyaya,  o  cümlədən  də  Qarabağa  köçürülməsi  nəticəsində 

burada onların sayı ilbəil artırdı. Təkcə 1826-1828-ci illər Rus-İran müharibəsinin 

gedişində  İrandan  və  Azərbaycanın  cənub  ərazilərindən  Zaqafqaziyayan,  o 

cümlədən  Qarabağa  18  min  erməni  ailəsi  köçürüldü.  Məlumdur  ki,  1826-1828-ci 

illər  Rusiya-İran  müharibəsinin  Rusiya  üçün  qalibiyyətlə  başa  çatmasından  sonra 

iki vuruşan dövlət arasında bağlanmış Türkmənçay müqaviləsinə görə, ermənilərin 

maneəsiz olaraq İran ərazisindən Rusiya ərazisinə köçməsinə icazə verilmişdi. Bu 

akt  ermənilərin  İrandan  Zaqafqaziyaya,  o  cümlədən  Qarabağa  kütləvi  halda 

köçməsinə  imkan  verirdi.  İki  il  ərzində,  1828-ci  ildən  1830-cu  ilədək, 

Zaqafqaziyaya 40 mindən çoz İran və 84000 Türkiyə ermənisi köçürüldü və onlar 

erməni  əhalisinin  cüzi  olduğu  Yelizavetpol  və  İrəvan  quberniyalarının  ən  yaxşı 

torpaqlarında yerləşdirildi, onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı. 

Yararlı  torpaqların  köçkünlərə  verilməsi  yerli  azərbaycanlı  kəndliləri 

narahat etməyə bilməzdi. Onlar öz torpaqlarının bir hissəsindən məhrum olurdular. 

Bu  hadisələrin  şahidi  olan  rus  səfiri  A.S.Qriboyedov  yazırdı:  ―Biz  onunla, 

həmçinin  müsəlmanları  onların  uzunmüddətli  olmayacaq  indiki  ağırlaşmalarla 


barışdırmaq  və  onlardan  ermənilərin  ilk  vaxtlarda,  köçürüldükləri  torpaqları 

həmişəlik tutacaqları barədə qorxunu çıxarmaq üçün müsəlmanlara olunacaq təlqin 

barədə  çox  mülahizələr  etdik.  Bu  mənada  mənim  yanımda  olmuş  xanla 

danışılmışdı‖. 

1832-ci  ildə  Qarabağ  əhalisinin  91%-ni  azərbaycanlılar,  8,4%-ni  isə 

ermənilər  təşkil  edirdilər.  1832-ci  il  kameral  təsvirlərinin  materiallarına  görə, 

Qarabağ əyalətinin Ərazisindəki 20546 ailədən 13965-i azərbaycanlılar, 6391-i isə 

ermənilər idi. Beləliklə, çarizmin XIX əsrin 30-cu illərinin əvvəllərindəki köçürmə 

siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8-ə endi, ermənilərin faizi isə 34,8-ə 

qalxdı. 


             Türkmənçayda  rus  tacirlərinə  bir  sıra  üstünlük  verən  və  xüsusi  ―akt‖ 

adlandırılan ticarət sazişi bağlandı. 

Türkmənçay  sülh  müqaviləsi  XIX  yüzilliyin  birinci  qərinəsinin  Rusiya-

İran  müharibəsinə  son  qoydu  və  İranın  Cənubi  Qafqaza  və  Dağıstana  olan 

iddialarından  imtina  etdiyini  təsbit  etdi.  O,  Rusiyanın  Qafqazdakı  strateji 

mövqeyini möhkəmləndirdi, onun qonçu ölkələrdə siyasi və iqtisadi təsirinin daha 

da  genişlənməsinə  zəmin  yaratdı.  Cənubi  Azərbaycan  İranın  hakimiyyəti  altında 

qaldı. Beləliklə, Azərbaycanın iki hissəsinin inkişafı müxtəlif yollarla getdi. 

İkinci Rusiya-İran  müharibəsinin başa  çatdığı dövrdə  Rusiya  ilə  Türkiyə 

arasında  münasibətlər  kəskin  şəkildə  pisləşdi.  Mülkədarların  mənafeyi  keşiyində 

duran  çarizm  öz  müstəmləkə  mülklərini  genişləndirməyə,  Xəzər  və  Qara 

dənizlərini  ələ  keçirməyə  can  atırdı.  İran  üzərində  qələbədən  sonra  Xəzər,  demək 

olar  ki,  Rusiyanın  daxili  dənizi  idi.  İndi  çar  Rusiyası  qarşısına  Qara  dənizi,  ilk 

növbədə  isə  Qara  dənizdə  hökmranlığın  açarı  hesab  edilən  Bosfor  və  Dardanel 

boğazlarını ələ keçirmək vəzifəsini qoymuşdu. Qara dəniz Rusiya üçün nəzərlərini 

boğazlara və Qafqaza yönəltmiş İngiltərə və Fransadan özünün cənub sərhədlərini 

qorumaq baxımından da mühüm əhəmiyyət kəsb edirdi. 

Çar  hökuməti  Türkiyə  ilə  müharibəni  əvvəlcədən  görür  və  ona 

hazırlaşırdı.  ―Hökmdarın  beynində  türkiyə  ilə  müharibə  qərara  alınmışdı‖  [45].  I 

Aleksadr  1825-ci  il  noyabrın  əvvəllərində  Türkiyə  ilə  müharibəyə  hazırlığı 

yoxlamaq  üçün  şəxsən  cənnuba  gəldi,  lakin  ölüm  ―onun  işini‖  dayandırdı.  I 

Nikolayın  da  xarici  siyasəti  Türkiyə  ilə  müharibəyə  başlamaq  yolu  ilə  ―Şərq 

məsələsi‖nin həll edilməsinə yönəldilmişdi [46]. 

İngiltərə  və  Fransanın  köməyindən  istifadə  edən  Türkiyə  də  müharibəyə 

hazırlaşırdılar. Sultan II Mahmud hələ 1826-cı ildə hərbi islahat keçirmiş, özünün 

keçmiş  qüdrətini  itirən  yeniçəri  qoşunu  ləğv  edilmişdi.  İngilis  və  Fransız 

təlimatçılarının yardımı ilə nizami yaradılmışdı. 

1828-ci  ilin  aprelində  Rusiya  Türkiyəyə  müharibə  elan  etdi.  Rus 

komandanlığı  Soğanlıq  sıra  dağları  və  Ermənistan  yaylasından  sürətli  yürüşlə 

Anadolu içərilərinə daxil olmağı,  Ahalkələki,  Ahalsıx, Qars, Qanlı çay, Milli düz 

hüdudlarında  tür  qoşununun  əsas  qüvvələrini  darmadağın  etməyi,  Anadolunun 


paytaxtı Ərzurumu ələ keçirməyi, daha sonra Trapezund üzərinə hücum etməyi və 

Osmanlı  imperiyasının  paytaxtı  İstanbul  üçün  təhlükə  yaratmağı  öz  qarşısına 

başlıca vəzifə kimi qoymuşdu. 

Rusiya-Türkiyə müharibəsində Qafqaz hərbi əməliyyatlarırus qoşunlarının 

Qarsistiqamətində  hücumu  ilə  başlandı.1828-ci  il  iyunun  19-da  rus  qoşunu  Qars 

qalasına  yaxınlaşdı.  Elə  həmin  gün  ilk  döyüş  baş  verdi.  1828-ci  il  iyunun  19-da 

Peterburqa  göndərilən  raportda  deyilirdi:  ―Düşmən  süvarilərinin  şücaətinə 

baxmayaraq, bizim qeyri-nizami süvarilər döyüşün bu növündə onlardan heç nə ilə 

geri  qalmırdı‖  [47].  İyunun  22-də  rus  qoşunları  Qars  qalasını  hücumlaələ 

keçirdilər. 

Rus  komandanlığı  Cənubi  Qafqazda  könüllü  piayda  və  süvari  alayları 

təşkil etdi. Bu barədə olan əmrdə yazılırdı: ―... Hər birinin tərkibində 600 atlı olan 

4  süvari  –  müsəlman  alayı  toplamaq,  Naxçıvanda  isə  bundan  əlavə  vilayətdə 

yaşayan  ən  döyüşkən  tatar  (azərbaycanlı  –  Red.)  tayfalarından  biri  olan  Kəngərli 

süvarisi təşkil etmək‖ [48]. 

Qarsı tutduqdan sonra ruslar Ahalsıx üzərinə hərəkət etdilər. Avqustun 9-

da  rus  qoşunları  Ahalsıxı  ələ  keçirdilər.  Hələ  bundan  əvvəl  rus  qoşunları 

Ahalkələkini  və  Xertsisi  tutmuşdu.  Avqustun  sonlarına  qədər  rus  qoşunu  Bəyazid 

qalası,  Torpaqqala  və  Diadil  sədləri  ilə  birlikdə  bütün  Bəyazid  paşalığını  ələ 

keçirdi.  1828-ci  il hərbi kompaniyasının  sonuna  yaxın rus qoşunu Ərzurumun 90 

kilometrliyində  yerləşirdi.  Qara  dəniz  sahillərində  türklər  Anapa  və  Potidən 

sıxışdırılıb çıxarıldı. 

Yazda  1829-cu  ilin  hərbi  əməliyyatlarına  hazırlıq  başlandı.  Bu  vaxt  rus 

hakim  dairələri  gələcək  döyüşlərdə  iştirak  etməli  olan  öz  alayları  üçün 

Azərbaycandan yeni qüvvə topladılar. 

Yaz  hərbi  əməliyyatlarına  Türkiyə  də  hazırlaşırdılar.  O,  ingilis  və 

fransızların  köməyi  ilə  öz  ordusunu  nizama  salmaqla  kifayətlənməyib,  keşmiş 

Azərbaycan və  Dağıstan xanlıqlarının  yuxarı dairələri ilə  əlaqəyə  girmək qərarına 

gəldi və bu məqsədlə öz emissarlarını göndərdi. Onlar özlərinin şəxsi mənafeləri və 

keçmiş  hakimiyyətlıərinin  bərpa  edilməsi  naminə  türklərə  xidmət  etməyə  hazır 

olan  bəzi  keçmiş  xanlarla  da  gizli  əlaqəyə  girdilər.  1829-cu  il  hərbi 

əməliyyatlarında  Paskeviçin  ordusunun  başlıca  vəzifəsi  Anadolunun  içərilərinə 

doğru hərəkət etmək və Ərzurumu tutmaq idi. Hərbi əməliyyatlar 1829-cu il mayın 

1-də  Ahalsıx  altında  Sursqab  adlı  möhkəmləndirilmiş  kəndin  yaxınlığında  qanlı 

döyüşlərlə başladı.Bu döyüşdə5 minlik türk dəstəsi məğlub edildi. Bir aydan sonra 

Diqur rayonunda Posxovçay üzərində, 1829-cu il iyununda isə Soğanlıq rayonunda 

döyüş baş verdi [49]. 

1829-cu  il  hərbi  əməliyyatların  gedişində  rus  qoşunu  Ərzurumu  ələ 

keçirdi  və  Trapezund  üzərinə  hücuma  hazırlaşmağa  başladı.  Balkan  hərbi 

əməliyyat  meydanında  isə  rus  qoşunu  Balkan  dağlarından  keçərək  Ədirnəni  ələ 

keçirdi və İstanbula yaxınlaşdı. Sultan sülh xahiş etməyə məcbur oldu. 1829-cu il 


sentyabrın  2-də  (14-də)  Ədirnədə  bağlanan  sülh  müqaviləsinə  görə,  Türkiyə 

şimalda  Anpadan  başlayaraq,  cənubda  Müqəddəs  Nikolay  limanına  qədər  Qara 

dənizin  bütün  Şərq  sahillərini  və  Ahalsıx  paşalığının  ərazisinin  bir  hissəsini 

Rusiyaya  güzəştə  getdi.  Bosfor və  Dardanel  boğazları ru və  Qərbi Avropa  ticarət 

gəmiləri  üçün  açıq  saxlanılırdı.  Moldoviya  və  Valaxiya  rus  qoşunu  tərəfindən 

müvəqqəti olaraq işğal edildi və s. [50]. 

Ədirnə  sülhü  Çimali  Azərbaycanın,  bütün  Cənubi  Qafqazın  Rusiya 

tərəfindən  zəbt  olunmasını  təsbit  etdi,  Rusiyanın  Orta  Şərqdə  və  Balkanlarda 

mövqelərini  möhkəmləndirdi,  Qara  dənizdə  ticarətin  genişlənməsi  üçün  şərait 

yarandı. 

Azərbaycanın  şimal  torpaqlarının  Rusiya  tərəfindən  zəbt  edilməsi  ilə 

Azərbaycan  xalqı  öz  dövlət  müstəqilliyinə  nail  ola  bilmədi.  Azərbaycan  xalqını 

müharibə nəticəsində zorla iki hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi. Bu 

tarixi  ədalətsizlik  nəticəsində  vahid  xalq  bölündü  və  onların  hər  biri  bir-birindən 

fərqli sosial-iqtisadi, siyasi və  mədəni inkişaf  yoluna düşməyə  məcbur oldu. İşğal 

nəticəsində Azərbaycan çar Rusiyası zadəganlarının və sənaye sahiblərinin xammal 

bazasına,  tacirlərinin  isə  satış  bazarına  çevrildi.  Azərbaycan  iqtisadiyyatı 

müstəmləkə  iqtisadiyyatı  xarakteri  aldı.  Bu  isə  o  demək  idi  ki,  yalnız  Rusiya 

sənayesi  üçün  xammal  istehsal  etməli,  sənayesi  də  buna  xidmət  etməli  idi. 

Nəhayət,  ən  başlıcası  budur  ki,  Şimali  Azərbaycan  Rusiyanın  ucqar 

müstəmləkəsinə çevrildi. 

Azərbaycanın çar Rusiyası tərəfindən zəbt edilməsi ilə Şimali Azərbaycan 

Rusiyasının tərkibində kapitalizmin inkişaf yoluna düşdü. Əlbəttə, Bakı kimi neft 

sərvəti  mərkəzinin  olması  Azərbaycanda  kapitalist  münasibətlərinin  XIX 

yüzillikdə  inkişaf  etməsinin  əsas  amilləörindən  biri  idi.  Rusiyanın  tərkibində 

Azərbaycan xalqının dünya mədəniyyəti ilə qovuşması prosesi də sürətləndi. 

Azərbaycanın  çar  Rusiyası  tərəfindən  istilasının  nə  kimi  acı  nəticələrə 

gətirməsi  Gəncədən  millət  vəkili  İsmayıl  xan  Ziyadxanovun  I  Dövlət  dumasında 

1906-cı  ilin  iyununda  söylədiyi  nitqində  öz  kəskin  ifadəsini  tapmışdır: 

―Zaqafqaziya torpaqları yüz il bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu 

yüz  il  içində  biz  müsəlmanlar,  həmişə  əsir  müamiləsi  görmüş  və  bu  sifətlə  hər 

təqibata  məruz  qalaraq,  hər  cür  haqq  və  hüquqdan  faydalanmaz  kölə  vəziyyətinə 

endirilmişik.  Sözün  həqiqi  mənasında  yüz  il  içində  biz  gözləri  hər  şeyi  görən 

şiddətli  və  əleyhimizə  mənfi  düzəltmələri  altında  yaşadılmışıq.  Siyasi,  sosial  və 

iqtisadi  sahənin  hansı  sahəsi  ələ  alınarsa  alınsın,  hər  birində  bizim  haqqımızda 

haqsızlığın  hökm  sürdüyünü  görmüş  olacaqsınız.  Ölkəmiz  istila  edilər-edilməz, 

dərhal  milli  varlığımıza  təcavüzə  qalxışıldı.  Dinimizə  və  müqəddəslərimizə 

müdaxilə edildi‖. 

Ölkə  Rusiya  tərəfindən  işğal  ediləndən  sonra  elə  ilk  illərdə  Azərbaycan 

xanlıqlarında  mövcud  olan  müxtəlif  pul  sistemləri  vahid  rus  pul  sistemi  ilə  əvəz 

edildi. Bu tədbir ölkənin ayrı-ayrı rayonlar arasında ticarətin XIX yüzilliyin birinci 


yarısında  əmtəə-pul  münasibətlərinin  inkişafında  mühüm  rol  oynadı.  Azərbaycan 

iqtisadiyyatı  müstəmləkə  xarakteri  alsa  da,  o,  metropoliyanın  xammal  bazasına 

çevrilsə  də,  Rusiya  imperiyasının  ayrılmaz  hissəsi  kimi  Azərbaycan  Rusiyanın 

iqtisadi inkişaf axınına cəlb olundu, onun bazarına qoşuldu və bu bazar vasitəsilə 

dünya  əmtəə  dövriyyəsində  iştirak  etməyə  başladı.  Azərbaycandakı  çar 

ekspansiyası Ruasiya hərbi feodal dövlətinin zəif inkişaf etmiş ölkələrin işğalına və 

bu ölkələrdə yaşayan xalqların əsarət altına alınmasına yönəldilmiş bir siyasəti idi. 

Çarizm hər vasitə ilə ucqarlarda, o cümlədən Azərbaycanda feodal münasibətlərini, 

geriliyi qoruyub saxlamağa, rus kapitalı tərəfindən ölkənin müstəmləkə qaydası ilə 

qarət  olunmasına,  kapitalizmə  qədərki  münasibətlərin  saxlanılmasına  çalışırdı. 

Ucqarların xalq  kütlələri ikiqat  zülmə  -  çarizmin  və  yerli istismarçıların zülmünə 

məruz  qalırdılar.  Yerli  mülkədarların  və  burjuaziyanın  bəzilərinin  simasıında 

özünə  müttəfiq  tapan  və  onlara  arxalanan  çarizm  Azərbaycanda  müstəmləkə 

siyasəti yeridirdi. 

 

 

 


II FƏSĠL 

 

XIX ƏSRĠN BĠRĠNCĠ YARISINDA 

AZƏRBAYCAN ĠQTĠSADĠYYATI  VƏ SOSĠAL 

MÜNASĠBƏTLƏR 

 


Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin