AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
1   2   3   4   5   6   7   8   9   ...   36
§ 1. ÇARĠZMĠN ĠQTĠSADĠ SĠYASƏTĠ 

 

Zaqafqaziyanin işğalının başa çatması yaxınlaşdıqca, Rusiyanın siyasi və 



ictimai  dairələrində  imperiyanın  yeni  torpaqlarındakı  sərvətlərin  mənimsənilməsi, 

istifadəsi və istismarı ideyası özünü büruzə verirdi. 

20-ci  illərin  əvvəllərinə  yaxın  çar  hökuməti  hələ  bu  məsələdə 

müəyyənləşmmiş mövqeyə malik deyildi. Tranzit Avropa-Asiya ticarətində hələlik 

Zaqafqaziya  çarizmin  Yaxın  və  Orta  Şərqdə  iqtisadi  mövqelərini 

möhkəmləndirməkdə  fəal  vasitəçi  ötürmə  məntəqəsi  kimi  əhəmiyyət  verilirdi. 

Çarizmin  mövqeyinin  bu  cəhətləri  öz  əksini  Zaqafqaziyada  1821-ci  ilin  güzəştli 

tarifi deyilən tarifdə tapdı. Bu tarifə görə, Qərbi Avropa malları üçün də, Gülüstan 

sülhündə  Rusiya  və  İran  malları  üçün  nəzərdə  tutulmuş  rüsum  (5%)  qoyulurdu. 

Xarici  işlər  naziri  K.V.Nesselrode  tarifin  təyin  edilməsinə  ancaq  Gülüstan, 

İmeritiya  və digər Zaqafqaziya vilayətlərində ticarətin canlandırılması və bununla 

da ÖnAsiyanın Qars və Ərzurum vasitəsilə aparılan ticarətə cəlb olunması vasitəsi 

kimi  baxırdı.  Lakin  tarif  Mərkəzi  Rusiyanın  ticarət  və  yetişməkdə  olan  sənaye 

burjuaziyasının ciddi narazılığına səbəb oldu. Belə ki, 1828-ci ilədək Zaqafqaziya 

tacirlərinin  Avropadakı  (Leyptsiq  yarmarkasında)  əməliyyatları,  demək  olar  ki, 

dörd dəfə artdığı bir zamanda, Nijni-Novqorod yarmarkasının dövriyyəsi müvafiq 

surətdə  azalmışdı.  Halbuki  Rusiyanın  işgüzar  dairələrində  hökumət  xəttindən 

radikal  surətdə  fərqlənən  baxışlar  irəli  sürülürdü.  Görkəmli  publisist  və  ictimai 

xadim, çara ―Qafqaz sakinlərini silah gücünə fəth etməyə nisbətən, onları özümüzə 

bağlamağın  Rusiya  üçün  daha  əlverişli  olan  üsulları  haqqında  fikir‖  adlı  qeydlər 

təqdim  etmiş  admiral  N.S.Mordvinov  1816-cı  ildə  diyar  əhalisinin  Rusiyanın 

iqtisadi  həyat  orbitinə  cəlb  etmək  yolu  ilə  siyasətdə  ağırlıq  mərkəzini  bu  diyarın 

iqtisadi istilasına keirmək təklifi ilə çıxış etdi [1]. 

Səlahiyyətli səfir sifəti ilə İrana göndərilməsini gözləyən A.S.Qriboyedov 

və  Tiflis  mülki  qubernatoru  P.D.Zavileyski  1828-ci  ilin  sentyabrında  100  mln. 

manatlıq  kapitalı  olacaq  ―Rusiya  Zaqafqaziya  ticarət  kompaniyası‖nın  layihəsini 

İ.F.Paskeviçə  təqdim  etdilər.  Muxtar  inzibati  və  diplomatik  statusa  malik  olan 

möhtəşəm  bir  müəssənin  yaradılması  düşünülmüşdü.  Onun  fəaliyyətində  ticarət 

böyük  olsa  da,  heç  də  başlıca  yer  tutumurdu.  Müəlliflərin  fikrincə,  1821-ci  ilin 

güzəştli tarifi diyarda ticarətin canlanması üçün şərait yaradır, bunun da hesabına 

yerli  tacirlər  varlanırdılar.  Lakin  onlar  tarifin  təsirini  ümumiyyətlə,  mənfi 

qiymətləndirirdilər.  Çünki  o,  ―daxili  (Zaqafqaziya  –  müəl.)  sənayenin 



həvəsləndirilməsi  amili  deyildi:  nə  bir  fabrik  meydana  çıxır,  nə  əkinçilik,  nə  də 

bağçılıq  çiçəklənirdi...‖.  Daha  sonra  müəlliflər  qeyd  edirdilər:  ―Tiflis  bazarı 

cürbəcür ―gətirmə malları dolu olduğu halda, müşahidəçinin gözləri onlara dəyişilə 

biləcək yerli məlumat və ya məhsulları nahaq yerə axtaracaqdır‖ [2]. Qriboyedov-

Zavilevski  layihəsinin  ideyasının  mahiyyəti  bundan  ibarət  idi.  Zaqafqaziya  ticarət 

kompaniyasının layihəsinə görə, emal tipli fabrik və zavodlar (şəkər, mahud, gön-

dəri, şüşə) şəbəkəsi yaradılmalı və paralel olaraq üzümçülük, şərabçılıq, ipəkçilik, 

tütünçülük və s. inkişaf etdirməli idi. Bununla yanaşı qeyd olunurdu ki, Rusiyanın 

dövlət xəzinəsi təkcə pambıq və xam ipəyin idxalına hər il 80 mln. man. xərcləyir. 

Müəssisələr tikilməsinin sosial cəhəti daha vacib idi. Hökumətə təklif olunurdu ki, 

inhisarçı  ticarət  dənizlərdə  sərbəst  üzmək  hüququ  ilə  yanaşı,  kompaniyaya  rəmzi 

icarə  haqqı  müqabilində  120  min  desyatin  torpaq  da  verilsin.  İşçi  qüvvəsi  kimi 

kompaniyanın  təsərrüfatlarında  əvvəlcədən  təhkimçilikdən  azad  edilmiş  rus 

kəndlilərindən də haqqı ödənilməklə 50 il kompaniya üçün işləməli olmaları şərtilə 

istifadə  etmək  nəzərdə  tutulurdu.  Beləliklə,  Qriboyedov  və  Zavileyskinin  layihəsi 

―obyektiv  kapitalist  xarakterinə‖  malik  idi  və  həm  Nikolay  rejiminin  təhkimçilik 

platformasına, həm də rus burjuaziyasının mənafelərinə uyğun gəlmirdi. 

İctimai  fikir  nümayəndələri  bu  baxışları  rəsmi  dairələrdə  düşmənçiliklə 

qarşılandı.  Mürtəce  general  M.S.Jukovski,  baş  komandan  vəzifəsində  Paskeviçin 

sələfi  olan  baron  Q.V.Rozen  və  başqaları  bildirdilər  ki,  əgər  bu  layihə  həyata 

keçirilsə, ―bura (Zaqafqaziya – Red.) Amerika Birləşmiş Ştatları olardı‖ [3]. 

20-ci  illərin  sonu  30-cu  illərin  əvvəlləri  –  Rusiyanın  Zaqafqaziyada 

bərqərar  olduğu  dövr  rus  toxuculuq  sənayesinin  güclü  inkişafı  ilə  eyni  vaxta 

düşürdü. Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin Rusiya üçün uğurla başa 

çatması  rus  tacirləri  və  sahibkarları  içərisində  ticarət-iqtisadi  müdaxilə  obyekti 

kimi  Zaqafqaziyaya  güclü  maraq  oyadırdı.  Belə  əhval-ruhiyyə  çarizmə  yaxın 

dairələrdə  də  mövcud  idi.  Knyaz  A.B.Qolitsin  1829-cu  ildə  ipəkçilik  sahəsində 

səhmdar cəmiyyəti təsis etmək layihəsi ilə çıxış etdi. Layihədə göstərilirdi ki, ―bu 

qədər  parlaq‖  şəkildə  qurtarmış  müharibələrdən  sonra  ―sakitliyin  yaradılması‖ 

burada  (Zaqafqaziyada  –  müəl.)  kommersiya  tədbirlərinin  etibarlığını  və  böyük 

sərmayelərinin faydalı şəkildə sərf edilməsini təmin edir‖ [4]. 

30-cu  illərin  başlanğıcı  ərəfəsində  çar  hökumətində  belə  fikir 

möhkəmləndi ki, o, Zaqafqaziyaya, ―Rusiyadan manufaktura məlumatları almaqla 

bizim  fabriklər  üçün  kobud  (xam  –  Red.)  material  verəcək  müstəmləkə  kimi‖ 

baxmalıdır  [5].  Çarizm  Zaqafqaziya  ölkələrini  müstəmləkəyə  -  öz  sənayesinin 

sənaye-texniki  xammal  təchizatçısına  və  satış  bazarına  çevirmək  siyasətini  elan 

etdi.  Bu  siyasət  sonralar  Azərbaycandakı  iqtisadi  dəyişikliklərin  istiqamətini 

müəyyənləşdirdi,  emal  tipli  manufaktura,  fabrik  və  zavodların  qətiyyən  meydana 

çıxmadığı  bir  zamanda  başlıca  olaraq  xammal  istehsalı  ilə  bağlı  olan  sahələr 

(hasilat  sənayesi)  inkişaf  edirdi.  Xammalın  ilkin  emalı  üzrə  sayca  az  olan 

müəssisələr də  (ipəkaçma  və  ipəksarıma  müəssisələri,  pambıqtəmizləmə  zavodlar 


və i.a.) istisna təşkil edirdi. Ticarət siyasəti də bunlara müvafiq  surətdə - yenidən 

nəzərdən  keçirildi.  Belə  ki,  maliyyə  nazirinin  fikrincə,  Leyptsiq  tranzitinin 

əlverişliyini  qoruyub  saxlamaqla  öz  tranzitimizin  və  fabriklərimizin  müdafiə 

olunması bir yerə sığışdırıla bilməzdi‖ [6]. 

Maliyyə 

idarəsinin 

Rusiya 

pambıq-parça 



sənayesinin 

inkişaf 


perspektivləri  və  bununla  əlaqədar  olaraq  onun  məhsullarının  Avropa  bazarında 

faydalı  satışının  təmin  oluna  bilməyəcəyini  nəzərə  alan  platforması  bir  növ  ikili 

məqsəd  daşıyırdı:  Zaqafqaziyanı  Rusiya  sənayesinin  daxili  bazarına  çevirmək  və 

Öz  Asiyada  rus  ticarətini  inkişaf  etdirmək.  Bu  isə  Rusiya  ilə  Avropa  arasındakı 

―bütün Asiya bazarlarında‖ rus manufaktura məmulatlarına verilmiş üstünlük kimi 

qiymətləndirilirdi  [7].  Buna  görə  də  1831-ci  ilin  iyununda  Zaqafqaziya  Avropa 

malları  üçün  bağlanıldı.  1831-ci  ilin  qadağan  tarifi  Rusiya  sənayesini  (başlıca 

olaraq  toxuculuq  sənayesini)  beynəlxalq  rəqabətdən  qoruyaraq,  onu  başqa 

bölgələrdən idxal üçün əslində bağlı olan xüsusi satış bazarı ilə təmin edirdi. 

Çar  hökuməti  öz  iqtisadi  siyasətini  həyata  keçirməklə  ilk  növbədə 

Azərbaycanın təbii zənginliklərinə  maraq göstərirdi. O, faydalı qazıntılarla zəngin 

olan rayonların öyrənilməsi üçün mütəxəsəsislər göndərirdi. Bir çox mütəxəssislər 

Qərbi  Azərbaycanın  çay  yataqlarında  qızılın  olub-olmadığını  öyrənməklə  məşğul 

olurdular.  Dağ-mədən  mütəxəssiləri,  Rusiya  Elmlər  Akademiyasının  fəxri  üzvü 

qraf 

A.A.Musin-Puşkin, 



dağ-mədən 

mühəndisləri 

Eyxfeld, 

Korniksi, 

Voskoboynikov və b. XIX əsrin birinci yarısı ərzində Ağstafa çayından sağ tərəfdə, 

Porxalı  kəndinin  yaxınlığında  yerləşən  Qazax  yatağını,  Gürcüstan  sərhədlərindən 

Gəncəyədək,  Gəncəçay  da  daxil  olmaqla,  Kiçik  Qafqazın  şimal  ətəkləri  boyunca 

axan  bütün  çayları  tədqiq  edirdilər.  40-cı  illərdən  etibarən  onlar  artıq  öz 

tədqiqatlarını  qızıl  yataqlarının  olması  baxımından  daha  çox  ümid  verən  Tərtər 

çayı  da  daxil  olmaqla  Qarabağadək  genişləndirdilər  [8].  Lakin  qızıl  yataqlarının 

baha  başa  gələn  axtarışları  o  dövrdə  gözlənilən  nəticəni  vermədi  və  onların 

tədqiqatı dayandırıldı. 

Car-Balakən  dairəsində  qalay  yataqlarının  kəşfiyyatı  aparıldı,  burada, 

dağların  birində  qalay  filizi  tapıldı.  1824-cü  ildə  Qazax  distansiyasındakı 

Qarabayat dağında, Şuşa şəhərinin ətrafında da kükürd kolçedanı aşkara çıxarıldı. 

Çar hökuməti Azərbaycanda ipəkçiliyin inkişafının bu sahəsinin yüksəlişi 

üçün bir sıra tədbirlər gördü. General Yermolov hələ 1825-ci ildə Şamaxıdakı tut 

bağlarının  genişləndirilməsi  barədə  sərəncam  vermişdi.  1829-cu  ildə  isə  o  öz 

məktubunda  maliyə  nazirinə  yazırdı  ki,  ―mən  öz  tərəfimdən  ən  yaxşı    ipəyin 

istehsal olunduğu Şirvan əyalətini himayə edirəm, mənim sərəncamım üzrə hər ilm 

1000000 və daha çox tut ağacı əkilir‖ [9]. 

Bu  məktub  hökumətin  Azərbaycanda  ipəkçiliyin  inkişafında,  Rusiyanın 

ipək  sənayesi  üçün  xammal  bazasının  yaradılmasında  nə  qədər  maraqlı  olduğunu 

sübut  edir.  Peterburqda  çıxan  ―Kommerçeskaya  qazeta‖  yazırdı:  ―Şəki  əyaləti 



başqa əyalətlərə nisbətən daha çox miqdarda və daha yaxşı keyfiyyətli ipək istehsal 

edir. 1827-ci ildə bu əyalətdən satış üçün 8200 pud ipək aparılmışdır‖ [10]. 

30-50-ci  illərdə  Rusiya  ipək  sənayesinin  təlabatı  daha  da  artdı,  bu  da 

toxuculuq  sənayesini  xammalla  təmin  etmək  üçün  hökumət  tərəfindən  bir  sıra 

tədbirlərin  həyata  keçirilməsinə  gətirib  çıxardı.  1836-cı  il  üçün  Peterburqda 

―Zaqafqaziya  diyarında  ipəkçiliyin  inkişaf  və  ticarəti  həvəsləndirmək  və 

yaxşılaşdırmaq üçün‖ kompaniya təşkil edirdi. Kompaniyaya qraf A.X.Benkendorf 

,  knyaz  Dolqorukov  və  b.  kimi  ali  dövlət  məmurları  başçılıq  edirdilər.  Bu  faktın 

özü 

ucqarların, 



cümlədən 

də 

Azərbaycanın 



ipək 

sərvətlərinin 

―mənimsənilməsinə‖  hökumətin  necə  böyük  di9qqət  yetirdiyini  aydın  göstərir. 

Xəzinənin  Şəki  əyalətindəki  bütün  tut  bağları  pulsuz  olaraq  beşillik  müddətinə 

kompaniyaya  verildi.  Bu  bağlara  təhkim  edilmiş,  kompaniya  tərəfindən  amansız 

istismara  məruz  qalan  rəncbərlərdə  onun  sərəncamına  verildi.  Kompaniya  yerli 

sakinlərdən barama və xam ipəyi maliyyə nazirliyi tərəfindən qoyulmuş qiymətlər 

üzrə almaq hüququna malik idi. 

Azərbaycan  Rusiya  ipək  sənayesinin  ən  mühüm  xammal  bazasına 

çevrildi.  1838-ci  ildə  Moskva və  onun  ətrafındakı emal  olunmuş 33180 pud xam 

ipəyin  5/8  hissəsi  Zaqafqaziya,  başlıca  olaraq  Azərbaycan  ipəyinin  və  ancaq  3/8 

hissəsi xaricdən gətirilmiş xammalın payına düşürdü [11]. 

30-cu və xüsusən də 40-cı illərdə Azərbaycan kənd təsərrüfatında indiqo, 

yeni  tütün,  pambıq  və  düyü  növləri  kimi  bitkilərin  əkilməsi,  zəfəranın 

keyfiyyətinin  yaxşılaşdırılması  və  s.  üçün  cəhdlər  göstərilirdi.  1833-cü  ildə 

―Zaqafqaziyada kənd təsərrüfatı, manufaktura sənayesi və ticarəti həvəsləndirməyə 

cəmiyyəti‖nin layihəsitəsdiq təsdiq edildi. 

Ticarət  sahəsinin  xüsusən  çoxlu  cəmiyyətlər  yaradıldı.  1838-ci  ildə  10  il 

ərzində rus malları ticarəti ilə məşğul olan ―Zaqafqaziya ticarət işi‖ adlı cəmiyyət 

fəaliyyətə    başladı.  Bu  cəmiyyət  ―Zaqafqaziya  ticarət  kompaniyası‖nın  yenidən 

işlənmiş  layihəsi  əsasında  yaradılmışdı.  Müəssisələrin  təsisçisi  və  direktoru  olan 

A.D.Zavileyski  A.S.Qriboyedovun  ölümündən  sonra  fabrik  və  zavodlar  yaratmaq 

ideyasından  tamamilə  əl  çəkməli  oldu.  Meydana  çıxmış  ticarət  firmaları  və 

cəmiyyətlərinin əksəriyyətinin ömrü uzun olmadı. 

XIX  yüzilliyin  birinci  yarısı  ərzində  Azərbaycanın  iqtisadi  cəhətdən 

mənimsənilməsi  yolunda  ancaq  ilk  addımlar  atılırdı.  Bu  istiqamətdəki  cəhdlərin 

məhdud,  çox  vaxt  isə  yarımçıq  xarakteri  də  Rusiyada  dağılmaqda  olan  feodal-

təhkimçilik  quruluşu  şəraitində  inkişaf  edən  Rusiya  sənaye  kapitalizminin 

bünövrəsinin zəifliyi və məhdudluğu ilə izah olunurdu. 

Çar  hökumətinin  məqsəd  və  vəzifələri  Azərbaycanı  müstəmləkəyə, 

xammal  bazasına  çevirməyə  yönəlsə  də,  bu  şəraitdə  Azərbaycan  iqtisadiyyatının 

ipəkçilik və balıqçılıq təsərrüfatı kimi mühüm sahələrinə rus kapitalınıı soxulması, 

Azərbaycanın  yeraltı  sərvətlərinin  aşkara  çıxarılması  sahəsində  görülən  tədbirlər, 


―praktiki  ipəkçilik  məktəbinin‖  yaradılması  və  i.a.obyektiv  olaraq  Azərbaycanın 

iqtisadi inkişafına kömək edirdi. 



 

§ 2. KƏND TƏSƏRRÜFATI 

 

XIX  əsrin  birinci  yarısında  Azərbaycan  kənd  təsərrüfatı  feodal 



münasibətlərinin  üstün  mövqe  tutması  ilə  səciyyələnirdi.  1801-1828-ci  illər,  yəni 

Şimali Azərbaycanın Rusiya tərəfindən bilavasitə istilası dövründə kənd təsərrüfatı 

dəfələrlə  ağır  sınaqlara  məruz  qalmışdı.  XIX  əsrin  birinci  otuz  illiyində 

Azərbaycanın  düşdüyü  mürəkkəb  hərbi-siyasi  şərait,  ölkənin  feodal  pərakəndliyi 

kənd təsərrüfatının vəziyyətinə mənfi təsir göstərirdi. Rusiya-İran  müharibələrinin 

hərbi  əməliyyatları  dövründə  Azərbaycan  ərazisi  üç  dəfə  -1804,  1812  və  1826-cı 

illərdə yadelli işğalçıların viranedici hücumlarına məruz qalmışdı. 

İran  və  Rusiya  qoşunlarının  törətdiyi  qarət  və  zorakılıqlar  nəticəsində 

Qarabağ,  Talış,  Şamaxı  və  Şəki  xanlıqlarından  on  minlərlə  iri  və  xırdabuynuzlu 

mal-qara qovulub aparılmış, xeyli sakinin əmlakı əlindən alınmış, minlərlə ailə ev-

eşiyindən məhrum edilmişdi. 

Yadelli qoşunların soyğunçu basqınları ilk növbədə məhsuldar qüvvələrin 

dağılmasına,  əkin  sahələrinin  və  dənli  bitkilərin  istehsalının  ixtisar  olunmasına, 

kənd  təsərrüfatında  əsas  qoşqu  qüvvəsi  olan  iribuynuzlu,  habelə  xırdabuynuzlu 

mal-qaranın  sayının  azalmasına,  ipəkçilik,  pambıqçılıq  və  s.  sahələrin  tənəzzülə 

uğramasına səbəb olmuşdu. 

Lakin  Azərbaycan  kəndlilərinin  özlərinin  adi  dinc  əməyə  qayıtdıqları 

nisbətən  dinclik  və  ya  xarici  basqınlardan  müxtəlif    fasilələr  dövründə  kənd 

təsərrüfatı  məhsulları  nəinki  yerli əhalinin tələbatını ödəyir, hətta  müəyyən qədəri 

bazara  çıxarılır.  Məsələn,  təsərrüfata  az  zərər  vurmamış  birinci  Rusiya-İran 

müharibəsinin sonuna yaxın bir sıra əyalətlərdə taxıl istehsalı hələ də yerli tələbatı 

üstələyirdi.  Bununla  əlaqədar  olaraq,  rus  komandanlığının  sərəncamı  üzrə 

Şirvandakı  taxıl  əkinləri  ixtiras  olundu,  taxılın  ―artıqları‖  təkcə  bütün  taxıl 

vergisini  danışıqsız  ödəməyə  deyil,  həm  də  rus  intendantlığına  lazımi  miqdarda 

sursat  satmağa  imkan  verirdi.  1812-ci  il  təkcə  Şəki  və  Şamaxı  xanlıqları  rus 

ordusuna  onmin  çervert  (1.160  min  pud)  taxıl  satmağı  öhdəyə  götürmüşdülər. 

Buğda,  düyü,  zəfəran,  qurudulmuş  meyvə,  mal-qara,  ipək  və  qızıl  boya,  az 

miqdarda olsa da, ölkə daxilində satışa gedir, habelə Gürcüstana, İrana və Rusiyaya 

ixrac olunurdu. 

Şimali  Azərbaycanın  Rusiya  tərəfindən işğalının başa  çatmasından  sonra 

Azərbaycan müstəmləkəyə çevrilsə də, kənd təsərrüfatının bərpası və inkişafı üçün 

şərait  yarandı,  daxili  müharibələrə  son  qoyuldu.  XIX  əsrin  40-cı  illərində 

həddindən  artıq  müxtəlif  olan  ölçü  və  çəki  sistemlərinin  vahid  Rusiya  ölçüləri  ilə 

əvəz  olunmasına  başlandı.  Eyni zamanda, çar xəzinəsinin  nəfiknə  bir sırfa  feodal 

rüsumlarının,  xüsusən  də  xanlıqlar  dövründən  mövcud  olan  gömrükxana 


maneələrinin  –  rahdar  deyilən  vergilərin  saxlanılması  daxili  ticarətin  inkişafını 

ləngidirdi. Xanlıqların yerini əyalətlərin tutduğu komendant üsuli-idarəsi dövründə 

əyalətlər  arasında  ―rahdar  rüsumları‖  qalmaqda  idi.  20-ci  illərin  sonuna  yaxın 

Zaqafqaziyada  17  rahdar  vergisi  və  sənətkarlıq  məmulatları  üzərinə  qoyulan  120 

müxtəlif  rüsum  alınırdı,  1851-ci  ildə  yeni  ticarət  tarifinə  görə,  Zaqafqaziyada 

istehsal olunan mallar rüsum alınmadan Rusiyaya aparıla bilər. Buna baxmayaraq 

uzun müddət ərzində Mərkəzi Rusiya quberniyalarına aparılan mallardan bu rüsum 

alınırdı. 

XIX  yüzilliyin  30-50-ci  illəri  kənd  təsərrüfatında  məhsuldar  qüvvələrin 

nəzərəçarpacaq  dərəcədə  artımı  və  əmtəə-pul  münasibətlərinin  inkişafı  dövrüdür. 

Bununla  yanaşı,  hakim  feodal  münasibətləri  kənd  təsərrüfatının  əksər  sahələrinin 

surətli  inkişafına  mane  olurdu.  Çar  hökuməti  özünün  aqrar  qanunları  ilə 

Azərbaycanda  bu  münasibətlərin  möhkəmləndirilməsinə  yardım  göstərməyə  cəhd 

edirdi. 


Kənd təsərrüfatında başlıca yeri, əvvəllərdə olduğu kimi, əkinçili tuturdu. 

Dənli bitkilər – buğda, arpa, çəltik daha geniş yayılmışdı. Buğda aparıcı dənli bitki 

olaraq qalırdı. O, Azərbaycanın bütün əyalətlərində becərilirdi. Buğdanın istehsalı 

üzrə  əsas  yeri  Şirvan  və  Qarabağ  əyalətləri  tuturdu.  Bu  əyalətlərdə  buğdanın 

ümumi  istehsalı  1830-1832-ci  illərdə  4861  min  pud,  1845-ci  ildə  isə  8347  min 

puda  bərabər  olmuşdu.  Ümumiyyətlə  isə  1845-ci  ildə  Azərbaycanın  8  qəza  və 

dairəsində  -  Quba,  Şamaxı,  Talış,  Qarabağ,  Şəki,  Naxçıvan  qəzaları,  habelə  Car-

Balakən və Yelizavetpol dairlərində, Qazax-Şəmşəddil torpaqlarında – ümumi taxıl 

yığımı 7617 min puda bərabər olmuşdu. Bu da buğdaya olan daxili tələbatı ödəyir 

və ixrac üçün məhsul qalırdı. 

Buğda kimi, arpa da Azərbaycanın bütün əyalətlərində yayılmışdı. 1845-ci 

ildə  onun  ümumi  istehsalı  6919,4  min  pud  olmuşdu.  Arpanın  yetişdirilməsində 

Şirvan və Qarabağ qəzaları fərqlənirdi. 

Düyünün (çəltiyin) ümumi istehsalı nəzərə çarpacaq dərəcədə artdı. Onun 

becərilməsində aparıcı yeri Talış əyaləti tuturdu, onun ardınca Şirvan və Qarabağ, 

habelə Quba əyalətləri gəlirdi. 1830-1832-ci illərdə bu əyalətlərdə, 1208 min pud, 

1845-ci  ildə  isə  1657  min  pud  çəltik  yığılmışdı.  Ümumiyyətlə  isə,  1845-ci  ildə 

bütün  Azərbaycan  ərazisində  düyünün  ümumi  istehsalı  2315,7  min  puda  bərabər 

idi. 

Bu  dövrdə  Azərbaycanda  darı,  yulaf,  pərinc,  paaxlalılar,  lobya,  noxud 



kimi  digər  dənli  bitkilər  az  miqdarda  becərilirdi.  XIX  yüzilliyin  əvvəlləri  ilə 

müqayisədə bu bitkilərin, xüsusən də darı becərilməsi genişlənsə də, onun ümumi 

istehsalı cüzi idi. Ümumiyyətlə isə 40-cı illərdə dənli bitkilər istehsalı ləng artırdı. 

Azərbaycan  iqtisadiyyatında  əhəmiyyətinə  görə  ikinci  yeri  tutan  kənd 

təsərrüfatı  sahəsi  heyvandarlıq  idi.  Onun  inkişafı  üçün  ölkədə  əlverişli  şərait  var 

idi. Muğan, Mil, Şirvan və digər düzlərin geniş əraziləri təkcə Azərbaycanın deyil, 



həm də qonşu ölkələrin Dağıstan və Gürcüstanın da malları üçün gözəl qış otlaqları 

idi. Yay alp çəmənlikləri – yaylaqlar da geniş əraziləri tuturdu. 

40-50-ci  illərdə  iribuynuzlu  mal-qaranın  sayı  xeyli  artmışdı.  1845-ci  ilə 

aid  olan  məlumatlara  görə,  Azərbaycanın  altı  qəzasında  –  Quba,  Bakı,  Şamaxı, 

Lənkəran,  Nuxa  və  Şuşa  qəzalarında  onun  sayı  272,1  min  başa  çatırdı. 

Xırdabuynuzlu  mal-qaranın  –  qoyun  və  keçilərin  də  sayı  artırdı.  1843-cü  ildə 

Azərbaycanın  həmin  qəzalarının  hüdudlarında  476,9  min  baş  xırdabuynuzlu  mal-

qara var idi. 

Həmin  dövrdə  həm  mal-qaranın  sayına,  həm  də  bu  sayın  artımına  görə 

Azərbaycanın  aparıcı  maldarlıq  rayonları  Şamaxı,  Şuşa,  Yelizavetpol  və  Quba 

qəzaları idi. 

1845-ci  ilin  məlumatlarına  görə  (Yelizavetpol  və  Car-Balakən  dairələri, 

habelə Naxçıvan və İrəvan bölgələri nəzərə alınmadan), atların sayı 88 min baş idi. 

XIX  yüzilliyin  I  yarısında  Azərbaycanda  iri  və  xırdabuynuzlu  mal-qara, 

atlardan başqa xeyli miqdarda yük heyvanları – dəvə, qatır və ulaq bəslənirdi. 

40-50-ci  illərdə  Azərbaycan  heyvandarlığında  xeyli  dəyişikliklərə 

baxmayaraq, bu sahədə, əsasən, natural təsərrüfat hökmran olaraq qalmaqda davam 

edir  və  sahənin  əmtəəliyi  çox  zəif  təzahür  edirdi.  Məsələn,  1845-ci  ildə 

Azərbaycanın həmin altı qəzasında satışa 2750 baş at (atların ümumi sayının ancaq 

3,1%-i),  19150  baş  iribuynuzlu  mal-qara  (8,7%)  və  89  min  baş  qoyun  (11,7%) 

çıxarılmışdı.  Bundan  başqa,  həmin  qəzalarda  satışa  20,5  pud  yağ,  23,3  min  pud 

pendir, 11,8 min pud piy və 49,5 min pud dəri çıxarılmışdı. 270 min başdan artıq 

iribuynuzlu mal-qaranın və 760 min başdan artıq qoyun və keçinin olduğu şəraitdə 

bu, əlbəttə ki az idi. 

Bununla  belə  kənd  təsərrüfatının  əvvəlki  qapalılığı  öz  yerini  əmtəə 

mübadiləsinin  və  şəhərlə  kənd  arasında  əlaqələrin  müəyyən  qədər  artmasına 

verirdi. Heyvandarlıq məhsulları əsasən şəhərlərdə satıldığı halda, bazara çıxarılan 

taxılın  mühum  hissəsi  maldar  kəndlilər  tərəfindən  istehlak  edilirdi.  1845-ci  ildə 

bütün  Xəzər  vilayəti  üzrə  mal-qara  və  maldarlıq  məhsullarının  satışından  əldə 

olunan gəlir 332,6 min manata, taxıl satışından götürülən gəlir isə 397 min manata 

bərabər olmuşdur. 

XIX  yüzilliyin  30-50-ci  illərində  Azərbaycan  ipəkçiliyi  inkişaf  etməkdə 

davam edirdi. Rus sənayesinin xam ipəyə olan tələbatı daim artırdı. Ucuz xammal 

əldə etməkdə maraqlı olan hökumət və ticarət-sənaye dairələri ipəkçiliyin inkişafı 

üçün  müəyyən  cəhdlər  göstərirdi.  1836-cı  ildə  Peterburqda  təsis  olunmuş 

kampaniya  ―Zaqafqaziyada  ipəkçiliyi  və  ticarət  sənayesini  yayan  cəmiyyət‖ 

Nuxanı öz fəaliyyətinin mərkəzi seçdi. Şəki əyalətinin bütün xəzinəyə məxsus tut 

bağları  5  illik  müddətə  pulsuz  olaraq,  sonrakı  25  il  ərzində  isə  götürülən  gəlirə 

müvafiq  olaraq  ucuz  qiymətə  cəmiyyətə  verildi.  Bağlara  təhkim  olunmuş  700 

yaxın  dövlət  kəndlisi  –  rəncbər  də  cəmiyyətin  sərəncamına  verildi.  Qısa  müddət 

ərzində kampaniya öz təsərrüfatını xeyli genişləndirdi. Kampaniyanın sərəncamına 


verilmiş  760  bağda  1836-cı  ildə  4300  min,  18  il  sonra  isə  (1854-cü  ildə)  artıq  7 

mln-dan  yuxarı  tut  ağacı  var  idi.  Kampaniya  rəncbərləri  istismar  etmək  hesabına 

ipək istehsalını təxminən 3 dəfə artırmağa nail oldu [12]. 

40-cı  illərin  sonuna  yaxın  istehsal  edilən  xam  ipəyin  miqdarı  28-29  min 

puda çatdı. Ümumiyyətlə, 30-50-ci illər ərzində Azərbaycan rus sənayesi üçün bu 

qiymətli  xammalın  əsas  istehsal  bazasına  çevrildi.  Zaqafqaziyada  emal  olunan 

ipəyin 85 faizi Azərbaycanın payına düşürdü. 

Xam  ipəyin  bir  hissəsi,  başlıca  olaraq,  Şamaxı  şəhərində  və  onun 

ətrafındakı  kəndlərdə  yerləşən  yerli  ipəktoxuma  müəssisələrində  emal  olunurdu; 

ipəyin  az  bir  hissəsi  xaricə,  əsasən  Fransaya  ixrac  edilirdi.  Azərbaycan  xam 

ipəyinin əsaə hissəsi isə Rusiyaya daşınırdı. Onu Nijni-Novqorod yarmarkasına və 

Moskvaya göndərirdilər. Artıq XIX yüzilliyin 30-cu illərin sonuna  yaxın rus ipək 

sənayesi  olaraq,  Zaqafqaziyadan  göndərilən  xammalın  hesabına  işləyirdi.  Həmin 

dövrdə  Moskva  və  onun  ətrafındakı  fabriklərdə  emal  olunmuş  xam  ipəyin  5/8 

hissəsindən  çoxu  Zaqafqaziyanın,  başlıca  olaraq  isə,  Azərbaycan  ipəyinin  payına 

düşürdü. 

40-50-ci  illərdə  Azərbaycandan  xam  ipək  daşınması  artmaqda  davam 

edirdi. 50-ci illərin əvvəllərində Zaqafqaziyada istehsal olunan 30-35 min pud xam 

ipəkdən  2/3-si  Rusiyaya  aparılır,  1/4-i  yerlərdə  sərf  olunur,  qalanı  (təxminən  8 

faizi) xaricə ixrac edilirdi [13]. 

Beləliklə,  Rusiya  işğalından  sonra  Azərbaycan  iqtisadiyyatında  ipəkçilik 

inkişaf  etməkdə  olan  rus  ipək  sənayesi  üçün  xammal  tədarükçüsü  kimi  müstəsna 

olaraq əmtəə əhəmiyyəti kəsb etdi. 

Bu dövrdə tütünçülük də əmtəə istehsalı sahəsinə mevrilirdi. 30-cu illərin 

əvvəllərində  tütün Azərbaycanın ancaq 4  əyalətində  becərildiyi halda,40-cı  illərin 

ortalarında bununla artıq 8 qəzada məşğul olurdular. Tütün istehsalının həcmi xeyli 

artsa  da,  əldə  olunan  tütünün  miqdarı  çox  deyildi.  Lakin  bu  sahədə  istehsalın 

əmtəəliyi  kifayət  qədər  yüksək  idi.  Məsələn,  1845-vi  ildə  8  qəzada  toplanılmış  4 

min puddan bir qədər artıq tütünün 2 min puda qədəri satışa getmirdi [14]. 

Rusiya  bazarında  yüksək  keyfiyyətli  tütün  növlərinə  təlabat  xaricdən 

gətirilmiş  ən  yaxşı  tütün  növlərinin  –  Havana,  Alban  və  Perqam  növlərinin 

Azərbaycanın  iqlim  şəraitində  əldə  edilməsi  üçün  bir  sıra  bölgələrdə  onlatrın 

becərilməsinə marağı artırdı. 

Texniki  bitkilərdən  qızılboya  istehsalı  daha  böyük  əhəmiyyətə  malik  idi. 

Onun  köklərindən  yüksək  keyfiyyətli  təbii  boyalar  hazırlanırdı.  Qızılboya 

Azərbaycanda  qədimdən  istehsal  olunurdu.  O  hələ  orta  əsrlərdə  Azərbaycan 

parçalarına, xalçalarına və digər məmulatlarına dünya şöhrəti qazandırmışdı. Ötən 

yüzilliyin  40-cı  illərində  qızıl  boyaya  sənaye  tələbatı  artdı.  Azərbaycan  qızıl 

boyasının  yaxşı  keyfiyyətinə  əmin  olan  rus  sənayeçiləri  Xəzər  dənizinin  qərb 

sahillərində bu bitkinin plantasiyalarının genişlənməsi və istehsalın artmasında fəal 

içtirak  edirdilər  [15].  1851-ci  ilə  qədər  Azərbaycan  və  Dağıstanda  qızıl  boya 


becərilməsi  əsaslı  surətdə  mənimsənilərək,  iqtisadi  həyatın  sərfəli  və  gəlirli 

sahələrindən  birini  təşkil  edirdi.  O  zaman  Rusiyaya    120  min  puddan  140  min 

pudadək  qızılboya  kökü  aparılırdı.  Azərbaycanda  qızılboya  başlıca  olaraq  Quba, 

Şamaxı və Lənkəran qəzalarında becərilir [16], Bakıdan, Niyazabad limanından və 

Dərbənddən  ixrac  olunurdu.  1851-ci  ildən  1860-cı  ilədək  qızılboya  istehsalının 

başlıca  mərkəzində  Quba  qəzasında  2,762 min  manatlıq 334,5 min pud qızılboya 

kökü  istehsal  olunmuş  və  Nijni-Novqorod  yarmarkasına  aparılmışdı.  Azərbaycan 

qızılboya istehsalı üzrə Rusiya toxuculuq sənayesinin ehtiyaclarını təmin edən sırf 

ticarət  xarakterli  kənd  təsərrüfatı  sahəsi  idi.  50-ci  illərdə  Moskva  yaxınlığında 

xüsusu olaraq Xəzər sahillərindən gətirilən qızılboyanın emalı üçün fabrik tikildi. 

Azərbaycan  qızılboyası  özünün  yüksək  keyfiyyətilə  xarici  boyaqların  rus 

bazarında müvəffəqiyyətlə sıxışdırıb çıxarır, hətta xaricə də ixrac olunurdu. 

Digər  texniki  bitkinin  –  pambığın  istehsalında  vəziyyət  başqa  cür  idi. 

Azərbaycanın  Rusiya  tərəfindən  işğalı  illərində  pambığın  istehsalı  azaldı.  30-cu 

illərin  əvvəllərində  burada  cəmisi  11,5  min  pud  pambıq  becərilirdi.  30-cu  illərin 

ortalarında  hökumət  tərəfindən  bu  qiymətli  bitkinin  inkişafı  üçün  bəzi  tədbirlər 

görüldü  və  uzunlifli  Misir  və  Braziliya  pambıq  növlərinin  Zaqafqaziyada  tətbiq 

olunmasına  səy  göstərildi.  Qarabağ  və  Şəki  əyalətlərində  xəziknə  pambıq 

plantasiyaları  yaratmaq  üçün  cəhdlər  göstərildi.  Lakin  40-50-ci  illərdə 

pambıqçılıqda istehsalın həcmi hələ də çox məhdud idi. 1845-ci ildə Azərbaycanın 

8 qəzasında səpilmiş çiyidin çəkisi cəmisi 1,3 min puda bərabər idi. 

Bu dövrdə düyü, buğda və digər dənli bitkilərin baha olduğu bir şəraitdə 

pambıq becərilməsinin iqtisadi cəhətdən əlverişli olmaması, habelə ucuz xarici və 

rus fabrik çit parçalarının diyarda geniş yayılması pambıqçılıqda durğunluğa səbəb 

olmuşdu [17]. 

Qədimdən  bəri  ancaq  Abşeron  yarımadasında  yetişdirilən  zəfəran 

təsərrüfatı  da  kəskin  tənəzzül  dövrü  keçirirdi.  Maliyyə  nazirliyinin  tapşırığı  üzrə  

yaradılmış ―Cənubi Qafqaz Rusiya torpaqlarının statistika, etnoqrafiya, topoqrafiya 

və  maliyyə  baxımından  xülasəsi‖nin  tərtibçiləri  qeyd  edirdilər  ki,  zəfəranın 

becərilməsi ilə ən çox Bakı əyalətində məşğul olurdular. 5-6 kənd istisna olmaqla 

Abşeronun  bütün  kəndlərində  bu  bitki  əhalinin  mühüm  gəlir  mənbəyini  təşkil 

edirdi.  30-cu  illərin  əvvəllərində  zəfəranın  illik  istehsalı  1000  puda  çatırdı  və 

kəndlilər  onun  satışından  360  min  manat  pul  götürürdülər.  Zəfəranı  İran  və 

Həştərxana aparıb satan tacirlər 200 min manat gəlir götürürdülər. 

Lakin  40-cı  illərdə  zəfəran  istehsalı  azalmağa  başladı.  361  pud  zəfəranın 

yığıldığı 1846-cı il istisna olmaqla onun illik istehsal 120 puddan yuxarı yığıldığı 

1846-cı  il  istisna  olmaqla  onun  illik  istehsalı  120  puddan  yuxarı  qalxmırdı.  Bu 

vəziyyət onunla izah olunurdu ki, zəfəran təsərrüfatının mənafeyi çarizmin iqtisadi 

siyasətinin  ümumi  xəttinə  uyğun  gəlmirdi.  Yerli  əhali  və  tacirlərin  gəlir  mənbəyi 

olan bu sahə çar xəzinəsinə heç bir xeyir vermirdi. 



30-40-cı  illərdə  üzümçülük  və  bağçılıqla  nəzərəçarpacaq  artım  müşahidə 

olunur,  üzüm  və  meyvə  bağlarının  sayı  çoxalırdı.  1849-cu  ildə  Azərbaycanın  6 

qəzasında  21413  meyvə  və  üzüm  bağı  var  idi.  Lakin  şərabçılıq  zəif  inkişaf  

etmişdi.  30-cu  illərin  əvvəllərində  Mədrəsə  və  Gürcüvan  kəndlərində  16  min 

vedrədən  çox  çaxır  və  2  min  vedrəyədək  araq  istehsal  edilmişdi.  40-cı  illərin 

ortalarında Şəki qəzasında çaxır istehsalı təxminən 14 min vedrə, araq istehsalı isə 

təxminən  3  min  vedrə  olmuşdu.  Azərbaycandan  kənara  aparılan  digər  bağçılıq 

məhsulları yenə də fındıq, qurudulmuş armud, alma və s. idi. 

Lakin  nə  üzümçülük,  nə  də  bağçılıq  bu  dövrdə  hələ  də  yüksək  əmtəə 

istehsalı xarakteri almamışdı. 

30-50-ci  illərdə  bostançılıq  da  geniş  yayılmışdı.  O,  başlıca  olaraq  yerli 

əhalinin  ehtiyaclarını  ödəyir  və  kənd  təsərrüfatının  zəif  inkişaf  etmiş  əmtəə 

sahələrindən biri olaraq qalırdı. Lakin burada da bəzi dəyişikliklər baş verirdi. 40-

50-ci  illərdə  Azərbaycanda  rus  köçkünləri  tərəfindən  buraya  gətirilmiş  kartof 

becərilməyə başlanmışdı. 

Beləliklə,  Azərbaycanın  Rusiya  tərəfindən  işğalından  sonra  onun 

təsərrüfatının  inkişafında  müəyyən  yüksəliş  baş  verdi.  Lakin  bu  inkişaf    birtərəfli 

gedirdi, yəni başlıca olaraq, xammal istehsal olunurdu. Bu da ölkə iqtisadiyyatının 

müstəmləkə xarakterinin göstəricisidir. XIX yüzilliyin 30-50-ci illəri sosial-iqtisadi 

həyata  mühüm  dəyişikliklərin  müəyyənləşdiyi  dövrdür.  İqtisadiyyatın  bəzi 

sahələri,  xüsusən  də  texniki  bitkilər  istehsalı  Mərkəzi  Rusiyanın  tərəfindən  irəli 

sürülən sənaye tələbatını, habelə yerli şəhərlərin tələblərini ödəməyə yönəldilmişdi

kənd təsərrüfatı məhsulları əmtəə xarakteri almağa başlayırdı. 

 


Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin