§ 1. AZƏRBAYCANIN ĠSTĠLASININ BAġLANMASI
XVIII-XIX əsrin hüdudlarında Azərbaycanın daxili və beynəlxalq
vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərə
parçalanmışdı. Qonşu xalqların ərazilərini ələ keçirmək uğrunda xanlar arasında
ardı-arası kəsilməyən ara müharibələri, feodallarla ölkə ərazisinin böyük
əksəriyyətini təşkil edən kəndlilər arasında sinfi ziddiyətlərin güclənməsi, iqtisadi
tənəzzül Azərbaycanın daxili vəziyyəti üçün səciyəvi hal idi. Rusiyanın Cənubi
Qafqaz barəsindəki işğalçı niyyətləri, İran işğalçılarının viraneidici türüşləri
vəziyyəti daha da gərginləşdirirdi.
Göstərilən dövrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri
Cənubi Qafqazın istilasından ibarət idi. Çarizm Cənubi Qafqazı əlavə gəlir
mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi üzərində Rusiya ağalığına nail
olmağa, Xəzəri Rusiyanın daxili dənizinə çevirməyə can atırdı. Azərbaycanın təbii
sərvətləri, xüsusən də faydalı qazıntı yataqları artıq rus elminə məlum idi və
təsadüfi deyildir ki, II Yekaterina hökuməti bu ölkənin sərvətlərinin
mənimsənilməsini onun istilası ilə bağlayırdı. Qızılboya, yun, ipək, pambıq, tütün,
yanacaq və s. Rusiya sənayesinin xammal və yanacaqla təmin edə bilərdi.
Zaqafqaziyanın siyasi və hərbi-strateji əhəmiyyəti xüssusilə böyük idi. Bu
diyarın işğalı ənənəvi rus-türk rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə
həll edə bilərdi. Rusiya Mərkəzi Qafqazı hələ fəth edə bilməmişdi. Cənubi
Qafqazın istilası dağlıların ərazilərini şimaldan və cənubdan mühasirəyə almaqdan
ötrü əlverişli şərait yarada bilərdi. Nəhayət, rus-ingilis rəqabəti Cənubi Qafqazın, o
cümlədən Azərbaycanın əhəmiyyətini artırırdı.
Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Ost-
hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi.
Cənubi Qafqazdakı mürəkkəb vəziyyət Rusiyanın işğalçı planlarının bu
diyarda həyata keçirilməsini obyektiv olaraq asanlaşdırırdı. Feodal ara
müharibələri və xarici işğalçıların basqınları Cənubi Qafqazı var-yoxdan çıxarırdı.
Zəruri ilkin sosial-iqtisadi şərtlərin, yetkin siyasi qüvvələrin olmaması üzündən
ayrı-ayrı xanların Azərbaycanı öz başçılıqları altında birləşdirmək cəhdləri
müvəffəqiyyətsizliyə uğrayırdı.
Qərbi Avropa dövlətlərinin də, xüsusən İngiltərə və Fransanın Cənubi
Qafqaz barədə işğalçı planları var idi. Onlar Rusiyanın bu ərazidə zəifləməyən
hərəkətlərini diqqətlə izləyir və çarizmin planlarına mane olmağa çalışırdılar.
1800-cü ilin sonunda İngiltərə nümayəndəsi Malkolm İrana gəldi və 1801-
ci ilin əvvəlində o bu dövlətlə müqavilə bağladı. Siyasi və ticarət müqavilələrini
bağlamaqla İngiltərə İranın daxili işlərinə qarışmaq imkanı əldə etdi. İngiltərə hər
hansı dövlətin İran üzərinə hücum edəcəyi təqdirdə şaha lazımi qədər xidmət
heyətilə birlikdə tələb olunan miqdarda hərbi xərc verməyi öz üzərinə götürürdü.
Ticarət müqaviləsi razılığa gələn tərəflərin tacirlərinə öz mallarını hər iki
dövlətin ərazisinə azad danışmaq hüququ veriridi. İngiltərə tacirlərinə İranın
istənilən şəhər və limanında məskən salmağa icazə verilir, Onların malları isə hər
cür vergilərdən azad olunurdu.
Müqavilələr ölkənin bazarını ingilis tacirlərinin üzünə geniş açır, İranı öz
müstəmləkə mülklərini genişləndirmək uğrunda mübarizədə İngiltərənin
antirussiyasətinin alətinə, öz müstəmləkəsini – Hindistanı kənar təcavüzlərdən
qorumaq, Zaqafqaziya barəsində özünün uzağa gedən planlarını həyata keçirmək
üçün meydana çevirirdi [1].
Çar hökuməti belə hesab etdi ki, bu müqavilə ilə növbədə Rusiyaya qarşı
yönəldilmişdir, ona görə də öz planlarının həyata keçirilməsinə hazırlaşdı. Lakin I
Pavelin öldürülməsindən və I Aleksadrın hakimiyyətə gəlməsindən sonra rəqiblərin
qüvvələr nisbəti dəyişdi. I Aleksadr Fransa ilə əlaqələri qırdı və İngiltərə ilə
yaxınlaşdı. Bu dövrdə təcavüzkar napoleinçu Fransanın mövcudluğu şəraitində
Rusiya ilə yaxınlaşmağı yüksək qiymətləndirən İngiltərə artıq İranı açıqca müdafiə
edə bilmirdi. Fransa bu vəziyyətdən dərhal istifadə etməyə imkanını əldən
verməyərək, Rusiya əleyhinə müqavilə bağlamağı şah İranına təklif etdi.
İngiltərə ilə yaxınlaşmasına baxmayaraq, I Aleksadr Cənubi Qafqaz
barədə öz planını həyata keçirməyi qərara aldı. O, hər şeydən əvvəl, Həştərxan-
Dərbənd-Bakı vasitəsilə rus qoşunlarının 1799-cu ildə yenidən daxil olduğu
Gürcüstanla əlaqə yaratmağa çalışırdı [2].
1801-ci il sentyabrın 12-də Kartli – Kaxetiya çarlığının Rusiyaya
birləşdirilməsi haqqında çar manifesti elan olunurdu. Rus qoşunları baş komandanı
və mülki hakim tərəfindən idarə olunan Tiflis quberniyası yaradıldı. Azərbaycan
ərazisinin də bir hissəsi – Kartli – Kaxetiya çarlığının vassal asılığında olan və
onunla birlikdə birləşdirilmiş Qazax, Borçalı, Şəmsəddin sultanlıqları bu
quberniyanın tərkibinə daxil edildi. Deməli, Gürcüstanın Rusiyaya birləşdirilməsi
ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu.
I Aleksadr bəzi xanların artıq Rusiya himayəsini qəbul etməyə məcbur
olması ilə məhdudlaşmağa qərara aldı. O digər xanlıqları da, ilk növbədə
Azərbaycanın Xəzəryani vilayətlərini ələ keçirməyə çalışı5rdı. I Aleksadr 1801-ci
ilin dekabrnda Qafqaz qoşunlarının baş komandanı general Knorrinqə yazırdı:
―Qonşu hakimlər və xalqlarla münasibət saxlayaraq, Rusiya tərəfdarlarınınn sayını
artırmağa çalışmalı. Xüsusən də üzərlərində hələlik Baba xanın (Fətəli şahın)
hakimiyyəti yaranmamış İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanlatrı cəlb
etməli‖[3].
Bu fərman müvafiq olaraq general Knorrinq 1802-ci ilin sentyabr-dekabr
aylarında Şimali Qafqazda, Georgiyevsk şəhərində siyasəti və ticarət məsələləri
üzrə danışıqlar üçün çar komandanlığının Şimali Azərbaycan xanlarının və
Qafqazın digər hakimlərinin nümayəndələri ilə görüşünü keçirdi. Danışıqlarda
Tərki şamaxılı, Qara Qaytaq usmisi, Tabasaran hakimi və digər dağlı hakimlərin
nümayəndələri ilə yanaşı, iki Azərbaycan xanlığəının – Quba və Talış xanlıqlarının
nümayəndələri də iştirak edirdilər [4]. Digər xanlıqların nümayəndələri görüşdə
iştirak etmirdi. Çünki buna qədər İran şahının nümayəndəsi İbrahimxəlil xanın
yanına gələrək Qarabağın tabe olmasını tələb etmişdi. Bakı xanına da belə tələb
verilmişdi.
İranın maneçiliyinə baxmayaraq, Georgiyevskidəki dörd aylıq danışıqlar
müvəffəqiyyətlə başa çatdı və 1802-ci il dekabrn 26-da müqavilə imzalandı.
Müqaviləyə görə, onu imzalayanlar İrana hücum edəcəyi təqdirdə ona qarşı
çıxmağı öz öhdələrinə götürürdülər. Müqavilə Zaqafqaziyada ticarətin
genişləndirilməsini. Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsini və s. Nəzərdə
tuturdu. Müqavilədə deyilir ki, onu imzalayanlar ―onların öz xahişlərinə görə
...Rusiya, ...himayəsinə‖ qəbul olunurlar.
Georgiyevsk müqaviləsi bağlandıqdan sonra çar hökuməti həmin
müqaviləyə etinasız yanaşmış Azərbaycan xanlıqlarının ərazilərini zəbt etmək
üçün hazırlaşmağa başladı.
Şimali Azərbaycanın çar Rusiyası tərəfindən istilası kimi mürəkkəb və
ziddiyyətli prosesin öz xüsusiyyətləri vardır.
Feodal hakimlər – xanlar yaxşı başa düşürdülər ki, öz qüvvələri ilə İran,
Rusiya kimi dövlətlərə müqavimət göstərməklə öz xanlıqlarını qoruyub saxlaya
bilməyəcəklər. Onlar Rusiyanın xanlıqların istiqlaliyyətini qoruyacağı barədə
verdiyi yalan vədlərə uyaraq, öz xanlıqlarının istiqlaliyyətini bu yolla
qoruyacaqlarını zənn edərək, bir tərəfdə rus himayəsini qəbul etməyə meyil etməli
olur, digər tərəfdən isə çarizmin vədlərinə qətiyyətsizlik göstərirdilər. Onların bəzi
yollarla İran və ya Türkiyə qoşunlarının basqın edəcəyi təqdirdə. Öz torpaqlarını
qarətdən və var-yoxdan çıxarılmasından müdafiə edə biləcəklərinə ümid
bəsləyirdilər. Eyni zamanda bu xanlar İrana və ya Türkiyəyə də meyil
göstərdiklərindən tərəddüd edir, öz mövqe və qərarlarını qəti müəyyənləşdirməyə
tələsmirdilər. Bu, hər şeydən əvvəl, xanların öz xanlıqlarının daxili idarəsində
müstəqillik saxlanılmasına əmin olmamaları ilə əlaqədar idi.
Rusiya ayrı-ayrı Azərbaycan xanlarının İran və Türkiyə təhlükəsindən
müdafiə edəcəyini vəd etsə də, bu heç də onun xanlıqlara müstəqillik vermək
niyyətində olması deyildi. O, bəzi mülahizələrə görə, xanlıqlar Rusiya himayəsinə
daxil olduqdan sonra bir müddət daxili idarədə xan hakimiyyətini saxlamağı, daxili
qayda və alətlərə əməl olunmasına təminat verməyi nəzərdə tuturdu. Bununla belə,
Azərbaycanın ayrı-ayrı feodal hakimlərinin Rusiyaya istilasına müqavimət göstərə
biləcəklərindən, habelə öz hüquq və imtiyazlarının bərpası uğrunda mübarizəni
davam etdirəcəklərindən ehtiyat edən Rusiya əlavə də həyata keçirmək barəsində
fikirləşirdi. Bu illərdə qədim gürcü zadəgan nəslindən çıxmış, 1802-ci ilin
sentyabrında Qafqazın Baş komandanı təyin edilən general P.D.Sisianov Cənubi
Qafqazda müstəmləkə siyasətinin icraçısı oldu. Çar hökuməti Cənubi Qafqazdakı
bütün mülki-hərbi hakimiyyəti qafqazlı Sisianova etibaer edərək, onun vasitəsilə
Qafqazı sakitləşdirməyə ümid bəsləyirdi. Sisianov isə Azərbaycan xalqına özünün
nifrət edici və amansız münasibəti ilə fərqlənirdi. Azərbaycanın Rusiya tərəfindən
işğalının gedişində onun bir çox Azərbaycan xanlarına göndərdiyi alçaldıcı
məktublar buna dəlaət edir.
Çar hökuməti Şərqi Gürcüstan ərazisindən hücum meydanı kimi istifadə
edərək, özünün Azərbaycan barəsindəki planlarını həyata keçirməyə başladı. Bu
siyasətin keçiricisi general Sisianov Car-Balakən camaatının ələ keçirilməsinə
böyük əhəmiyyət verirdi. Çünki bu ərazi rus qoşunlarının Gürcüstandan
Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə idi. Rus qoşunları 5 minlik
gürcü qoşunu ilə birlikdə Car-Balakəndə yerli əhalinin müqaviməti ilə rastlaşdı.
Gürcüstanda antirus, iranpərəst dairələrə başçılıq edən və öz hakimiyyətinin
bərpasına çalışan gürcü şahzadəsi Aleksadr isə silahlı dəstəsi ilə Cara gəldi. Qanıq
(Alazan) çayı sahilində döyüş baş verdi. Müqaviməti qırdıqdan sonra general
Qulyakov heç bir hərbi ehtiyac olmadan Balakəni yandırdı. Martın 29-da Car fəth
olundu. 1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli
nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-
Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı.
Sazişin şərtlərinə görə, carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli,
sədaqət əlaməti olaraq verməli, öz ərazilərində rus qoşunlarının yerləşdirməli
idilər. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz
içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu. Lakin
camaatın iradəsinin dəyişməz olaraq qaldığını və əhalinin itaət şərtlərini yerinə
yetirmədiyini görən general Qulyakov 1804-cü ilin yanvarında yenidən Cara
soxuldu. Car yenidən fəth olundu və yandırıldı. Sonra rus qoşunları Zaqatalaya
doğru yeridilər və Zaqatala yaxınlığındakı dərədə carlılar tərəfindən hücuma məruz
qaldılar. Qanlı döyüşdə carklılar üstünlük qazanıb qələbə çaldılar. Rus qoşunlarının
salamat qalmış hissəsi Muxax kəndinə geri çəkildi, general Qulyakov isə
öldürüldü.
1803-cü ilin martında müqavimət göstərmiş adamların əfv olunması
barədə carlıların xahişini rədd etmiş Sisianovun şəxsi hərəkəti Carda baş vermiş
hadisələrdə az rol oynamadı. O, nəinki əfv etmədi, əksinə öz məktubunda alçaldıcı
şəkildə yazdı: ―Kafir əclaflar... İstəyirsiniz ki, mən sizə inanım və əfv edim. Siz
mənim gəlməyimi gözləyəcəksiniz və orada mən sizin bütün evlərinizi
yandıracağam, sizi yandıracağam, uşaqlarınız və arvadlarınızın içalatını dartıb
çıxaracağam‖ [5].
Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqaviməti davam
etdirməyin qeyri-mümkünlüyünü və faydasızlığını görərək təslim oldular.
Car-Balakən camaatının fəthindən sonra qonşu İlisu soltanlığı da Rusiya
təbəəliyini qəbul etməli oldu, Soltanlıqda 40-cı illərin ortalarınadək soltan öz
torpaqlarının daxili idarəsində hakimiyyətini qoruyub saxlamışdı [6]...
General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət
verirdi. Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru
sonrakı irəliləyişinin açarı idi. ―Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan
üzərində hökmrandır. Bax, buna görə də bu istila Rusiya üçün birinci dərəcəli
əhəmiyyətə malikdir‖ [7].
Gəncə xanlığı XVIII əsrin 90-cı illərindən rus dövləti ilə səmimi
diplomatik münasibətlər saxlayırdı. Xanlığın hökmdarı Cavad xan Sisianovun
Rusiya himayəsini qəbul etmək təklifinə rədd cavabı vermədi. O yazırdı ki, 1796-cı
ildə ―sənin padşahın fərman göndərdi və mən də onun təklifini qəbul edib qalanı
təhvil verdim. Əgər indi də sənin padşahın belə fərman göndəribsə, onu mənə
göstər. Onda mən onun iradəsini görərək buna uyğun hərəkət edərəm‖. General
tələb etməyi siyasi danışıqlardan üstün tutdu. O, məktublarında özünəməxsus
yekəxanalıq və etinasızlıqla Cavad xanı özündən uzaqlaşdırdı, bu da qanlı
döyüşlərə gətirib çıxarırdı.
Sisianov Rusiya hakimiyyətini qəbul etmiş digər xanlıqlardan fərqli
olaraq, Gəncə xanlığına qarşı amansız tələblər irəli sürürdü. O, Cavad xandan ildə
20 min çevron məbləğində, yəni sonralar Şəki, Qarabağ və Şirvan xanlıqları üçün
müəyyənləşdirilmiş məbləğdən 3 dəfə çox, ödənc tələb edir və yazırdı: ―Əgər
mənim təklifimi qəbul etməsən, Gəncəyə atəş və qılıncla gələcəyəm‖.
O, 11 topu olan piyada batalyonu, 3 eskadron və 2 kazak yüzlüyündən
ibarət qoşunu Gəncə üzərinə yeritdi. Bütün bu qoşunlara general Portnyakin
komandanlıq edirdi. Gəncəyə doğru yolda, şəhərin iki verstliyindəki Quluqobu adlı
yerdə, rus qoşunları ilə gəncəlilər arasında ilk vuruşma baş verdi. Cavad xan bir
qədər müqavimətdən sonragücdən düşərək pozulmuş qoşunları ilə birlikdə qalaya
qayıtdı. Bundan sonra rus qoşunları Gəncəni mühasirəyə aldılar. Mühasirə bir ay
davam etdi. 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə rus qoşunları qalaya
hücuma başladılar. Onların iki cəhdi dəf olundu. Qalanın müdafiəçiləri inadlı
müqavimət göstərdilər. Cavad xan və onun oğlu Hüseynqulu ağa döyüşlərdə
qəhrəmancasına həlak oldular. Gəncə xanlığı ləğv olundu və dairəyə çevrildi, şəhər
isə öz qədim adını itirdi və I Aleksandrın arvadının şərəfinə Yelizavetpol
adlandırıldı. ―Gəncə‖ adını çəkmək qadağan olundu. Bu qaydanı pozanlar cərimə
edilirdilər.
Gəncənin alınması qoşunlarının digər feodal dövlətlərini tabe etmək
məqsədilə Azərbaycanın içərilərinə doğru irəliləməsi üçün böyük əhəmiyyət kəsb
etdi. Gəncə xanının vassal asılılığında olan Samux hakimi Şirin bəy Gəncənin
süqutundan sonra Rusiya təbəəliyini qəbul etməyə məcbur oldu. O, hər il Rusiyaya
1000 çervon, yəni 3 min manat bac verməyi öhdəsinə götürdü.
§ 2. BĠRĠNCĠ RUSĠYA – ĠRAN MÜHARĠBƏSĠ
Gürcüstanın, Şimali Azərbaycanın bir hissəsinin bir hissəsinin Rusiya
tərəfindən işğalı İran və Türkiyənin, habelə onların arxasında duran İngiltərə və
Fransanın narahatlığına səbəb oldu. XIX əsrin birinci yarısında yaşamış
Azərbaycan tarixçisi A.Bakıxanovun yazdığına görə, ―İran rusların sürətli
müvəffəqiyyətlərə dəhşətlə baxırdı. İran şahı 70 minlik qoşununu Zaqafqaziya
sərhədlərində cəmləşdirdi‖ [8].
Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından – İngiltərə ilə
müqavilə bağladıqdan sonra hazırlaşırdı. Elə həmin ilin sentyabrında Ənzəlidə
sahil istehkamları quruldu.
Fətəli şah Zaqafqaziyanı tutmağa hazırlaşaraq, əvvəlcə Gürcüstan və
Gəncə ilə həmsərhəd olan bütün xanlıqların ərazilərini ələ keçirmək niyyətində idi.
O, bu məqsədlə 1802-ci ilin iyulunda 20 minlik qoşunu sərhədə göndərməyi qərara
aldı. Fətəli şah Avropa kralları və imperatorlarına məktubla müraciət edərək
kömək almağa çalışdı.
Lakin İranın daxilində baş vermiş çaznaşmalar və İngiltərə tərəfindən real
köməyin olmaması davakar əhvali-ruhiyyəli şah sarayına soyuducu təsir göstərirdi.
İngiltərə isə I Pavelin öldürülməsindən və xüsusən də Fransa qoşunlarının Suriya
və Misirdən getməsindən belə qənaətə gəldi ki, Hindistana yürüş planı Napoleonun
Şərq siyasətinin gündəliyindən çıxarılmışdır və şaha köməyə ehtiyac qalmayıb.
Ona görə də İngiltərə vəd verməkdən uzağa getmirdi. Bununla belə o, İranı Rusiya
ilə müharibəyə qızı.dırırdı.
İran sarayı Rusiya ilə müharibəyə hazırlaşaraq Gürcüstanı Rusiyaya qarşı
birgə çıxışa cəlb etmək məqsədilə öz nümayəndələrini buraya göndərdi.
Zaqafqaziyanın hər yerinə şahın Gəncə və Gürcüstan üzərinə yerimək niyyətindən
xəbər verən, xanlardan itaət və kömək göstərilməsini tələb edən fərman göndərildi.
O yazırdı ki, taxt-tac varisi Abbas Mirzənin 50 minlik ordusu Rusiyaya
birləşdirilmiş vilayətləri qoparıb almaq üçün Zaqafqaziyaya yeridiləcəkdir.
Kızılyaradək bütün ölkələri ―kafir ruslardan‖ təmizləyəcəyinə lovğalıqla bəyan
etmiş şahın özü də başlıca qüvvələrlə birlikdə Abbas Mirzənin qoşunlarının ardınca
hərəkət etməyə hazırlaşırdı.
1804-cü ilin mayında Fətəli şah başda olmaqla İranın yuxarı feodal
təbəqələri rus qoşunlarının Zaqafqaziyadan çıxarılmasını tələb etdi. Tələb rədd
olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə İran arasında diplomatik əlaqələr
kəsildi, 10 il davam etmiş Rusiya-İran müharibəsi başlandı.
Azərbaycanın yerli əhalisinin Rusiya-İran müharibəsinə münasibəti eyni
cür deyildi. Azərbaycanın bəzi feodal hakimləri, habelə feodalların da bir hissəsi
öz hakimiyyətlərini itirməkdən qorxaraq, müharibəyə öz xilaskarı kimi baxır və
şah İranın qalib gələcəyi təqdirdə öz hakimiyyətlərini saxlayacaqlarını düşünərək,
ona kömək etməyə hazır idilər və imkan daxilində kömək göstərirdilər Həm
daxildən, həm də xaricdən törədilən sonsuz müharibələrdən xilas yolu axtaran və
bunu Rusiyanın sayəsində əldə edə biləcəyini zənn edən əhalinin bir hissəsi isə rus
qoşunlarına kömək göstərmək istəyirdi. Ümumiyyətlə isə əhali nə İranın, nə də
Rusiyanın istilasına məruz qalmaq istəmir, öz xanlarına müraciət edərək,
istilaçılara qarşı mübarizədə onlara hər cür kömək göstərməyi vəd edirdilər.
Müharibənin
başlanğıcında
Zaqafqaziyadakı
rus
qoşunlarının
komandanlığı müharibə aparmağın hücum planını seçdi. İlk döyüş 1804-cü il
iyulun 2-də İrəvan xanlığının ərazisində, Eçmiədzin divarları yanında baş verdi. 12
topu olan 3600 nəfərlik piyada, süvari eskadronu və 2 kazak yüzlüyündən ibarət
rus qoşunu 20 minlik İran qoşunu ilə qarşılaşdı. Rus qoşunları gürcü süvari
dəstələrinin köməyi ilə üstünlük qazandılar.
İkinci döyüş İrəvan yaxınlığında, Qəmərli kəndinin yanında baş verdi,
1804-cü il iyulun 29-dan 30-na keçən gecə rus qoşun dəstəsi ilə İran qoşunlarının
böyük birləşməsi arasında qanlı döyüş oldu. Rus qoşunları tutduqları mövqeləri
qoruyub saxlaya bildilər. Lakin azuqənin çatışmazlığı, qoşunların azlığı, habelə
İran qoşunlarının kiçik rus dəstəsi yerləşmiş Gəncəyə tərəf irəliləməsi üzündən
sentyabrın 4-də rus qoşunları İrəvandan geri çəkildi.
Gəncənin
alınması, rus qoşunlarının sonrakı müvəffəqiyyətləri
Azərbaycan xanlıqlarının istilasının sürətlənməsində mühüm rol oynadı. General
Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisaneviçi Qarabağa İbrahimxəlil
xanın yanına göndərərək ondan ―Rusiya təbəəliyinə‖ keçməyi tələb etdi.
İbrahimxəlil xan İran qoşunlarının hücumunun qarşısını almaq üçün Sisianovdan
hərbi kömək xahiş edib, ―Rusiyaya kömək göstərmək və ona sadiq qalmaq‖ vədi
verdi. Qarabağ xanının Rusiya ilə yaxınlaşmasından həyəcana düşmüş İran sarayı
İbrahimxəlil xanın oğlu Əbülfət xanı 500 nəfərlik dəstə ilə Qarabağa göndərdi.
Lakin İbrahimxəlil xan onu düşməncəsinə qarşıladı və onun dəstəsini Dizax
yaxınlığında əzdi.
Qarabağ xanının bu qələbəsindən sonra Sisianov onun xahişinə görə
Qarabağa mayor Lisaneviç başda olmaqla dəstə göndərdi. Eyni zamanda o. Rusiya
təbəəliyini qəbul etmək barədə cavabı sürətləndirməyi tələb etdi. İbrahimxəlil xan
xanlığını qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. General
Sisianov Gəncə yaxınlığındakı Kürək çayının sahilinə gəldi və düşərgə saldı.
İbrahimxəlil xan da buraya gəldi və 1805-ci il mayın 14-də Sisianovla görüşdü.
Görüşdə müqavilə imzalandı. Bu müqaviləyə əsasən xan. Onun varisləri və
xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur və onların üzərinə rus çarına
sadiq qalmaq təhəddüdü qoyulurdu. Çar isə, öz növbəsində, bu xan sülaləsinin
hüquqlarını ―bütün zamanlar üçün‖ təsdiq edirdi, lakin hər dəfə xan varisləri çar
tərəfindən təsdiq olunmalı idi. Xan öz nəvəsini əmanət verməyi boynuna götürdü.
O, Tiflisdə qalmalı idi. Xanlığın daxili idarəsi xanın ixtiyarında saxlanıldı. Lakin o,
rus qarnizonunu Şuşaya buraxmağı və onu zəruri şeylərlə təmin etməyi öz üzərinə
götürdü. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə 8000 çervon ayırmağı
öhdəsinə götürdü.
Bəzi xanlıqlar tərəfindən Rusiya hakimiyyətinin döyüşsüz qəbul edilməsi
faktı çarizmin burada işğalçı məqsədlər güdməməsi kimi qəbul edilməməlidir. İlk
zamanlar bəzi xanlıqların daxili muxtariyyət hüququnun saxlanılmasına gəldikdə
isə bu, öz qarşısında İngiltərə və Fransanın həvəsləndirdiyi İran və Türkiyə kimi
rəqibləri görərək, Zaqafqaziyada böyük ehtiyatla hərəkət etməyə can atan çarizmin
müvəqqəti tədbiri idi.
Müharibənin elə ilk ilində şah sarayının İngiltərəyə bəslədiyi ümmidlər
özünü doğrultmadı. İngiltərə bu illərdə Rusiyanın iştirakı ilə yeni antinapoleon
koalisilasını yaratmağa çalışırdı. İngiltərə Rusiya-İran müharibəsini qızışdıraraq,
öz müttəfiqinə - İrana münasibətdə ikiüzlü siyasət yürüdürdü: İran tərəfindən 1801-
ci il müqaviləsinin şərtlərinə əməl olunmasını tələb edərək, özünü elə aparırdı ki,
guya ki, onun özü müttəfiqlik borclarından azaddır.
İngiltərənin belə siyasəti onunla nəticələndi ki, 1804-cü ilin payızında İran
şahı Rusiya əleyhinə Fransa ilə ittifaq bağlamağa hazır olması barədə Napoleona
məktub göndərdi. Napoleon bundan istifadə etməyi qərara aldı və İstanbuldakı
fransız səfirinə İranla danışıqlara başlamaq barədə göstəriş verdi.
1805-ci il yay kompaniyasının gedişində İran qoşunları iyunun ortalarında
Qarabağa soxuldular və onu talan etdilər. ―Hələ bu yaxınlaradək laləzar torpaqlar
olan hər yerdə indi ancaq kəndlərin xarabalıqları, geniş tut bağlarının qalıqları, bir
də atılmış və baxımsız qalmış tarlalar görünürdü‖ [9].
Pirqulu xan Əsgəranı tutdu və Qarabağın içərilərinə irəlilədi. 1805-ci ilin
iyunun 26-da şah qoşunlar, polkovnik Koryagin başda olamqla azsaylı rus
qarnizonunun yerləşdiyi Şahbulağı mühasirəyə aldılar.Abbas Mirzə qalanın təslim
olmsını tələb etdi. Koryagin vəziyyətin çıxılmazlığını görərək, qalanı iyulun 8–də
təslim etməyə razılaşdı, özü isə iyulun 7-nə keçən gecə dəstəsi ilə düşmənin xəbəri
olmadan qalanı tərk etdi. Abbas Mirzə rus dəstəsinin gizlicə oradan çıxmasını bilən
kimi onu təqib etməyə başladı, lakin ona hücum etməyə cürət etmədi. Şahbulaqdan
şimaldakı Muxrat qəsrində dayanmış Koryaginə kömək gələndə şah qoşunları geri
çəkildilər. Koryaginin dəstəsi Gəncəyə gəldi və burada Kotlyarevskinin dəstəsi ilə
birləşdi.
İyulda İran qoşunları Qazaxa soxuldular. İran qoşunlarının komandanı
yerli əhalinin köməyinə ümid bəsləyirdi. O, kətxudalara bəyanatla müraciət edərək,
Qazax sakinlərini Rusiyaya qarşı üsyana çağırdı. Koryagin 570 nəfərlik dəstə ilə
döyüş əməliyyatları meydanına tələsdi və iyulun 27-də Zəyəm yaxınlığındakı İran
düşərgəsinə hücum etdi.
İran qoşunlarının 1805-ci ilin yay hərbi kompaniyasındakı Azərbaycanda
öz mövqeyini daha da möhkənləndirmək, Şirvan. Bskı və Quba xanlarını tabe
etmək imkanı verdi.
Hələ Qarabağ və Şəki xanlıqları ilə müqavilələr bağlanan dövrdə Sisianov
Rusiya hakimiyyətini qəbul etməyi şirvanlı Mustafa xandan da tələb etmişdi.
Şirvan xanı qonşu Azərbaycan xanlıqları üzərində onun hakimiyyətinin tanınması
şərti ilə bu tələblə razılaşdı. Mustafa xan illik bac verməkdən boyun qaçırır, daxili
idarədə özünün müstəqilliyi barədə təminat və özünə daimi məvacib təyin
olunmasını tələb edirdi. Sisianov isə özünün irəli sürdüyü şərtlərlə Rusiya
hakimiyyətini qəbul etməyi tələb edirdi və danışıqların heç bir şey verməyəcəyinə
əmin olduqdan sonra 1805-ci ilin noyabrında Mingəçevir yaxınlığında Kürü
keçərək Şamaxıya doğru yeridi. Onun 10 topu olan dəstəsi 1100 piyadadan vəm
süvarilərdən ibarət idi.
General Sisianov Şirvana doğru hərəkət edərkən İbrahimxəlil xandan
kömək tələb etdi və o da 1500 süvari ilə birlikdə öz böyük oğlu Mehdiqulu ağanı
göndərməyə məcbur oldu. Rus qoşunlarının yaxınlaşdığını eşidən Mustafa xan
Sisianovun tələbini qəbul etmək qərararına gəldi, xanlığın xarici əlaqələr
hüququnun Rusiyaya verilməsinə, ildə 10 min çervon bac ödəməyə, xanlığın
hüdudları daxilində ticarətin təhlükəsizliyini təmin etməyə və s. razılaşdı. Bununla
belə xan danışıqlardan boyun qaçırdı, təbii qala və möhkəm sığınacaq olan
Fitdağda mövqeyini möhkəmləndirdi. Sisianov qoşunlarını Şamaxının lap
yaxınlığına çəkməyə başladı. Rus qoşunları Fitdağa yaxınlaşdı. Öz vəziyyətinin
çıxılmazlığını görən xan Rusiya təbəəliyinə keçməyərazı oldu. Mustafa xan və
Sisianovun 1805-ci il dekabrın 27-də imzaladıqları müqavilə əvvəlcə bağlanmış iki
müqavlə ilə eyni idi.
Qarabağ və Şəki xanlıqlarının Rusiya hakimiyyəti altında keçməsi
haqqındakı müqavilərlə eyni olan bu müqavilədə rus qoşunlarının Şamaxıda
mütləq yerləşdirilməsindən danışılmırdı. Şamaxı xanlığının illik bacı 7 min çervon
məbləğində müəyyənləşdirildi. Şamaxı xanlığı öz ərazisindən keçən karvanların
təhlükəsizliyini təmin etməyə borclu idi. Xan, həmçinin, Kür sahilində - Cavadda
möhkəmləndirilmiş rus məntəqəsinin tikilməsinə icazə verməsi ilə də razılaşırdı.
Azərbaycanın ən iri xanlıqlarından birinin – Şamaxı xanlığının tabe
edilməsi çar Rusiyası üçün bütün Şimali Azərbaycanın ələ keçirilməsində mühüm
əhəmiyyətə malik idi. Şamaxı xanlığı digər xanlıqlar arasında mərkəzi mövqe
tuturdu, böyük iqtisadi,siyasi və hərbi-strateji əhəmiyyətə malik did.
Şamaxı xanlığının tabe edilməsindən sonra Bakıya yol açıq idi. 1805-ci
ilin əvvəllərində Qafqazdakı rus qoşunlarının baş komandanı Gilanı tutmaq, geri
qayıdarkən isə Bakını ələ keçirmək üçün rus donanmasını Xəzərə göndərməyi
qərara aldı.
Çar hökuməti Xəzər donanmasının möhkəmləndirilməsinə və onun
köməyi ilə Xəzərin qərb sahillərinin ələ keçirilməsinə böyük əhəmiyyət verirdi.
Çarın xarici içlər naziri bunu dönə-dönə Sisianova xatırladırdı. Sonuncu isə, öz
növbəsində, Xəzər dənizi üzərində Rusiyanın tam hərbi ağalığını bərqərar etmək
hüququnu rəhbər tutur və bu məqsədlə də yerli tacirlərin ticarət gəmilərinin burada
görünməsinə yol vermirdi.
Apreldə desant general Zavalışının rəhbərliyi altında Rəşt istiqamətində
yola düşdülər. Bu qoşunların qarşısını Ənzəli və Bakını tutmaqdan başqa, ötən
kompaniyada əsir düşmüş adamların və gürcü knyazlarının geri alınmasını şahdan
tələb etmək vəzifəsi qoyulurdu. İyunun 23-də donanma Ənzəli limanına çatdı.
Desant çıxarmaq və Rəşti tutmaq üçün göstərilən uğursuz cəhddən sonra rus
eskadrası avqustun 12-də Bakı rayonuna yaxınlaşdı. Qalanın təslim edilməsi
barədə danışıqlar başladı. Zavalişin rədd cavabı alaraq, avqustun 15-də qalanı atəşə
tutmağa, avqustun 22-də isə şəhəri mühasirəyə almağa başladı. Avqustun 29-dək
xanlığın mühüm strateji məntəqələri tutuldu.
İranla əlaqə saxlayan Bakı hakimi Hüseynqulu xan kömək şah sarayına
müraciət etdi. İran tarixçisi Nəsir Nəcminin məlumatına görə, Abbas Mirzənin
urmiyalı Əsgər xana Bakı xanına kömək üçün qoşunlarla birlikdə dərhal yoloa
düşməyi əmr etdi. Qubalı Şeyxəli xan da Hüseyqulu xana kömək etməyə
hazırlaşırdı [10].
General Zavalişin Bakıya – Hüseynqulu xana Urmiya və Qubadan
köməyin yaxınlaşmasından qorxaraq, qalanı ələ keçirmədən Lənkəran xanlığındakı
Sara adasına çəkildi. 1806-cı ilin fevralın əvvəllərində Sisianov artilleriyası olan
böyük qoşun dəstəsi ilə Bakının 2 km-də general Zavalişinin desant dəstəsi birləşdi
və Naxır-bulaqda düşərgə saldı. Sisianov qalanın təslim edilməsini tələb etdi.
Sisianovun təklif etdiyi şərtlərə görə, Bakı xanlığı Rusiya təbəəliyini
qəbul etməli, xanlığın ərazisi Rusiyaya birləşdirilməli, xanlığın bütün gəlirləri çar
xəzinəsinə göndərilməli, xan isə ildə 10 min manat məbləğində məvacib almalıydı.
Şəhər xüsusi qaydalar üzrə idarə olunmalı idi. Bakı qalasında toplarla birlikdə altı
yüz min əsgərdən ibarət qarnizonunun yerləşdirilməsi nəzərdə tutulurdu.Xarici
siyasət və hərbi məsələlərdə xan Qafqazdakı rus qoşunları baş komandanlığının
sərəncamlarına tabe olmalı idi.
Bakılı Hüseynqulu xan bu şərtlərlə razılaşdı. Fevralın 8-də Sisianov
polkovnik Eristavinin müşayiəti ilə, demək olar ki, mühafizəsiz şəkildə onu lap
qalanın yanında gözləyən xanla görüşmək üçün yola düşdü. Görüşdə o,
Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürüldü.
General Zavalişin rus qoşunlarını Bakıdan Sara adasına, sonra isə
Kızılyara aparmağa məcbur oldu.
Bakıda Sisianovun öldürülməsindən sonra Zaqafqaziyadakı rus
qoşunlarının vəziyyəti ağırlaşdı. Cənubi Qafqazda da şərait mürəkkəbləşdi.
Xanların çoxu tərəddüd etməyə başladı. Dağıstanın bəzi feodal hakimləri bu
məqamdan istifadə edərək, tələsik Zaqafqaziyaya soxulmaq üçün hazırlıq görməyə
başladılar. Qazıqumux hakimi Surxay xan Azərbaycana soxuldu. Lakin rus
qoşunlarının Şimali Qafqazdakı fəallığı üzündən digər Dağıstan hakimləri Kürə
yaxınlaşan, Mingəçevir yaxınlığındakı keçidi ələ keçirməyə ümid bəsləyən, lakin
tələsik geri qayıtmağa məcbur olan Surxay xana kömək göstərməyə cürət
etmədilər.
1806-cı ilin yazında İran qöşunları yenidən fəallaşdı. Napoleonun vəd
etdiyi kğmək burada az rol oynamadı. İran qoşunları Arazı keçərək Qarabağa
yeridi.
İyunun 8-də rus və İran qoşunları arasında 1806-cı ilin kampaniyasının ilk
silahlı toqquşması baş verdi. Şahbulaq və Əsgəran arasında, Ağdamda rus dəstəsi
4000 İran sərbazı iləm qarşılaşdı. Rus dəstəsi İran qoşununu sıxışdırdı və Əsgəranı
tutaraq, Şuşaya doğru irəlilədi.
Abbas Mirzə İbrahimxəlil xanı öz tərəfinə çəkmək üçün elçilərini onun
yanına göndərdi. Bu dövrdə Şuşada yerləşən mayor Lisaneviçin başçılıq etdiyi rus
qarnizonunun azlığı üzündən İbrahimxəlil xan xanlığın var-yoxdan çıxarılmasına
yol verməmək üçün əvvəlcədən Lisaneviçlə razılaşaraq, rus qoşunları gəlib
çıxanadək iranlılarla mülayim rəftar etməyi qərara aldı. Rus qoşunlarının gəlib
çıxmasının xeylim gecikməsi İran qoşunlarının lap qalaya yaxınlaşmasına səbəb
oldu. İbrahimxəlil xan öz ailəsinin təhlükəsizliyini təmin etmək üçün onu Şuşa
qalası yaxınlığındakı Xankəndinə köçürdü. XIX əsrin birinci yarısında yaşamış
Azərbaycan tarixçisinın yazdığı kimi, ―bəzi bədniyyətli adamlar xanı mayora elə
şərləmişdilər ki, mayor gecə ikən bir dəstə döyüşçü ilə onun məskəninə yollandı,
burada fələyin zalım hökmü ilə İbrahim xan bəzi ailə üzvləri və yaxın adamları ilə
birlikdə öldürüldü‖. Bu qətl çar zabitlərinin müstəmləkəçi vəhşiliyini
səciyyələndirən parlaq misaldır. Belə yolla həm tərəddüd edən feodallar, həm də
əhali ruslardan uzaqlaşdırıldı. Təsadüfi deyil ki, bu hadisələrdən dərhal sonra şəkili
Səlim xan Rusiya ilə əlaqələri kəsdi, ―əhalini üsyana qaldırdı və rus qoşunlarını
xanlıqdan getməyə məcbur etdi‖ [11].
Həmin günlərdə 1806-cı ilin hərbi əməliyyatların yay kampaniyası
qızışmışdı. Abbas Mirzənin qoşunları Qarabağ və Şirvanda idi, gürcü şahzadəsi
Aleksandr başda olmaqla 15 minlik digər ordu isə iyunun sonlarında Gəncənin 45
km-liyində düşərgə salmışdı. Şahzadə Tiflis, Qarakilsə və Gəncə istiqamətləri ilə
Gürcüstana girməyə hazırlaşırdı.
Lisaneviçin amansızlığına və atasının xaincəsinə öldürülməsinə
baxmayaraq, Mehdiqulu xan general Nebolsinin komandanlığı altında rus
qoşunları ilə birləşməyə məcbur oldu bə Əsgəran qalasının yaxınlığında düşərgə
saldı. Tezliklə ruslar Xanaşır aşırımında İran qoşunlarını əzdilər və İran
qoşunlarının qalıqları tələsik Arazın o tayına çəkildi. 1806-cı ilin qışında yeni baş
komandan təyin olunmuş general Qudoviç Qarabağın idarə olunması haqqındakı
fərmanı Mehdiqulu xana təqdim etdi.
Qəsbkarlar geri çəkilərkən dinc sakinlərdən ibarət kütlələri zorla qovub
əsirliyə aparırdılar. Təkcə Şirvandan İrana 6 min nəfər aparılmışdı.
Yay kampaniyasının müvəffəqiyyətlə başa çatmasından sonra qarşıda
Şimali Azərbaycanın talan ərazisinin, ilk növbədə Bakı və Quba xanlıqlarının
işğalı məsələsi dururdu.
Rus komandanlığı Bakı və Dərbənd qalalarını ələ keçirilməsinə böyük
əhəmiyyət verirdi. General Qlazenap 1806-cı il mayın 3-də çara yazırdı: ―Nə qədər
ki, Bakı alınmayıb, o vaxtadək Şirvan və Qarabağdakı nailiyyətlər həmişəlik
təhlükədə olacaqdır, elə Gürcüstanıpn özü də farsların basqınını gözləməlidir‖. İran
hökuməti Rusiya və onun planları üçün Bakının əhəmiyyətini aydın başa düşürdü
və Qarabağdakı uğursuzluqlardan sonra rus qoşunlarının irəliləməsinin qarşısını
almaq məqsədilə hərbi əməliyyatları Şamaxı xanlığı istiqamətinə keçirdi [12]. Bu
vaxt bir rus dəstəsi Zərdaba, digər isə Cavada daxil oldu. Rus qoşunlarının
yaxınlaşdığını eşidən Abbas Mirzə düşərgə saldığı Ağsudan Kür çayına doğru geri
çəkildi. Bakı və Dərbəndə doğru irəliləmək üçün əlverişli şərait yaradırdı. Qubalı
Şeyxəli xan Rusiya hakimiyyətini qəbul etmək istəmirdi. 1806-cı ilin iyununda rus
qoşunları Quba xanına tabe olan Dərbəndə yaxınlaşdılar və iyunun 22-də onu
tutdular. Sonra onlar general Bulqaqkovun komandanlığı altında Bakıya doğru
yönəldilər. General şəhər sakinlərinə müraciət göndərdi. Hüseynqulu xan öz
nümayəndə heyətini şəhərin bayrağı, qalanın açarı və duz-çörəklə Buqakovun
yanına göndərdi, lakin Hüseynqulu xanın öxü qisasdan qorxaraq, ailəsi ilə birlikdə
Qubaya, oradan da İrana qaçdı [13]. Beləliklə, 1806-cı il sentyabrın 3-də Bakı
xanlığı Rusiyaya tabe edildi. Tezliklə Quba xanı da qaçdı, onun xanlığı da
Rusiyaya tabe olundu. Dərbənd və Quba xanlıqları Tərki şamxalının ixtiyarına
verildi, sonralar isə əyalətlərə çevrildi.
Beləliklə, 1806-cı ilin sonund, Talış, İrəvan və Naxçıvan xanlıqları istisna
olmaqla, Şimali Azərbaycan ərazisi Rusiyanın hakimiyyəti altına keçdi.
Göstərilən xanlıqların işğalından sonra rus qoşunları Şəki xanlığındakı
üsyanı yatırmaq üçün göndərildi. 1806-cı ilin oktyabrın 22-də Nuxa yaxınlığında
həlledici döyüş baş verdi və şəkili Səlim xanın dəstələri məğlubiyyətə uğradı. Rus
qoşunları Nuxa şəhərini mühasirəyə aldılar. Şəhər sakinləri müqavimət
göstərməkdə davam edirdi. Onlar şəhər divarlarının ətrafını yandırıcı materiallarla
doldurdular və rus qoşuunları hücuma başlayanda onlara od vurdular. Bununla belə
nuxalıların müqaviməti qırıldı və rus qoşunlatrı hücum edib, Nuxanı ələ keçirtdilər.
Səlim xan İrana qaçdı. Xanlığın idarə olunması üçün Şəkidə yerli, Rusiyaya
meyilli olan bəylərdən ibarət müvəqqəti idarə təşkil olundu.
Sonra rus qoşunları üsyanı bürümüş Car-Balakənə yola düşdü. Rus
qoşunları Carda üsyanları və avar xanının, habelə digər Dağıstan feodallarının
burada olan süvarilərini mühasirəyə aldılar. Tezliklə bu üsyan da yatırıldı.
Şimali Azərbaycan xanlıqlarında üsyan yatırıldıqdan sonra hökumət bir
sıra yerli feodal hökmdarları dəyişdi. Rusiya-İran müharibəsinin başlanğıcında
Rusiyanın tərəfinə keçmiş xoylu Cəfərqulu xan Şəki xanı təyin edildi. O özünün
keçmiş Xoy xanlığı əhalisinin bir hissəsini Şəkiyə köçürdü. Azərbaycanlılardan və
ermənilərdən ibarət olan bu köçkünlər Nuxa şəhərinin ətrafında bir neçə kənd
(Yenikənd, Cəfərabad vəs.) saldılar.
Çar hökuməti Quba və Bakı xanlıqlarını ələ keçirdikdən sonra İranla sülh
bağlamağa can atırdı, belə ki, rus komandanlığı Türkiyə ilə müharibənin
yaxınlaşdığını qabaqcadan görür və buna görə də əl-qolunu azad etmək, mümükün
olarsa, hətta İranı Türkiyəyə qarşı müharibəyə sövq etmək istəyirdi. İran hökuməti
də güzəştlərə ümid bəsləyərək, sülh bağlamaq istəyirdi. 1806-cı il sentyabrın
ortalarında şah sarayı öz nümayəndəsini sülh bağlamaq təklifi ilə rus qoşunlarının
baş komandanı Qudoviçin yanına göndərdi.
Çar hökuməti heç nəyi İrana güzəşt etmək fikrində deyildi, əksinə o,
İrandan Naxçıvan və İrəvan xanlıqlarını tələb etgdi. Qudoviç 1806-cı il oktyabrın
4-də I Aleksandrdan göstəriş aldı ki, ―...yaranmış mövcud şəraitdə İranla hərbi
əməliyyatların dayandırılması ən mühüm məsələdir‖. Çar hökuməti hətta
müvəqqəti barışığın imzalanmasına razı idi. Lakin danışıqlar uzandı. İngiltərə və
Fransa bu işdə az rol oynamırdı.
İngiltərə və Fransanın başlıca mənafelərini başqa beynəlxalq məsələlərə
daha çox məşğul etsə də,Onlar Cənubi Qafqazı bir anlığa da gözdən qoymur,
İngiltərə açıq-aşkar, Fransa isə gizlicə İranı müdafiə edir və Türkiyəni Rusiya ilə
müharibəyə təhrik edirdilər. Austerlitsdən sonra İran və Türkjiyə də Napoleon
diplomatiyası daha da fəallaşdı. Napoleon 1806-cı ildə öz nümayəndəsi general
Romyeni İrana göndərdi. İranın Fransa ilə danışıqları İngiltərəni təşvişə saldı.
Bağdaddakı ingilis səfiri Xarford Cons şah nazirinə müraciət edib ona təminat
verdi ki, İngiltərə 1801-ci il müqaviləsinin şərtlərinə sadiq qalacaqdır. General
Romyenin qəfildən, müəmmalı şəkildə vəfatı üzündən danışıqlar kəsildi. Lakin
tezliklə digər fransız nümayəndəsi Jober İrana gəldi. Onu şahın özü də qəbul etdi.
Napoleon ―rus qoşunlarını Zaqafqaziyadan qovmaq üçün... fransız
qoşunlarının İran sahillərinə çıxmasına icazə verməyi‖ İrana təklif etdi.
Fransa bütün vasitələrlə Türkiyəni də Rusiyaya qarşı qaldırmağa çalışırdı.
Dövlət kansleri A.R.Vorontsov bu barədə hələ 1803-cü ildə general Sisianova
məlumat verirdi. Fransanın təsiri altıpnda Türkiyə Rusiyaya qarşı birgə mübarizəsi
üçün İranla hərbi ittifaq bağlamaq niyyətində idi. Türkiyə məmuru Feyzi Mahmud
Əfəndi 1805-ci ilin payızında bu məqsədlə Tehrana gəldi. Napoleonun 1806-cı ildə
İstanbula gəlmiş səfiri general Sebastian hədələr və cəlbedici vədlərlə Türkiyəni bir
sıra rus-türk sazişlərini, o cümlədən də də təzəcə imzalanmış müttəfiqlik
müqaviləsini təhrik yolu ilə pozmağa nail oldu. 1806-cı ilin sonunda Türkiyə
Rusiyaya qarşı müharibəyə başladı.
Türkiyənin müharibəyə başlanması rus qoşunlarının Qafqazdakı
vəziyyətini ağırlaşdırdı. Rus ordusun un əsas qüvvələri Napoleon qoşunlarına qarşı
mübarizəyə yönəlmişdi və Qafqaza göndərilə bilməzdi. İndi Qafqaz fərbi
əməliyyatlar meydanında İranla yanaşı, Türkiyə ilə də müharibə aparmaq lazım idi.
Rusiya bunu qabaqcadan görür və buna görə də İranla sülh bağlamağa cəhd
göstərirdi. Lakin İranla danışıaqlar müvəffəqiyyətlə nəticələnmədi.
Rusiya-Türk müharibəsinin başlanmasından sonra Qafqazdakı rus
qoşunlarının komandanlığı Tərtər çayında istehkam yaratmağı qərara aldı. Quba,
Bakı və Dərbəndi təzəcə ələ keçirmiş, Şəki və Car-Balakındə üsyanı yatırtmış
qoşunlar oraya göndərilmişdi. Baş komandan general Qudoviç rus ordusunun
başında Gümrüyə yönəldi. Burada rus və türk qoşunları arasında qanlı döyüş baş
verdi. Mirzə Adıgözəl bəy bu döyüş haqqında yazırdı: ―Hər iki qoşun Arpa çayında
qarşılaşdı və bir-birinin qarşısında yerləşdilər. Bir qədər vaxtan sonra döyüş baş
verdi. Qaş qaralana yaxın osmanlılar məğlub eduildilər. Ruslar osmanlılardan
qənimətlər və çoxlu top ələ keçirdilər‖ [14]. Bu döyüş 1807-ci il iyunun 18-də baş
vermişdi. Elə həmin ildə İran qoşunlarının Zaqafqaziyaya viran edici yürüşləri
yenidən başladı.
Napoleon 1807-ci ilin əvvəllərində İran şahını Rusiya ilə mübarizəni
gücləndirməyə çağırırdı. 1807-ci il yanvarın 17-də Napoleon iran şahına yazırdı ki,
Rusiya üzərində qələbə ―məni səninlə yaxınlaşdırır‖, ona görə də Rusiya üzərinə
hücum etməyi, Zaqafqaziyanı tutmağı, ―Xəzər dənizini ruslardan ötrü bağlamağı‖
məsləhət görürdü. O, ―üç dövlətin əbədi ittifaqını‖ (yəni Fransa, İran və Türkiyənin
ittifaqını) yaratmağa çağırırdı. Fətəli şah öz növbəsində Napoleonun yanına çox
zəngin hədiyyələrlə nümayəndə heyəti göndərdi və ittifaq bağlamağı təklif etdi.
Napoleon Fətəli şaha cavabında onu Rusiya əleyhinə mübarizəni
gücləndirməyə çağırır və Fransa. İran və Türkiyədən ibarət antirusiya blokunu
yaratmağı təklif edirdi. Cavab məktubunda deyilirdi: ―Gürcüstanı və Yeni
imperiyanı (yəni Qacarlar imperiyası – M.İ.) təşkil etmiş bütün başqa əyalətləri
ondan la və Xəzər darvazasını ona qarşı möhkəmləndir‖. Şah hökuməti bu təklifi
qəbul etdi.
Fransanın yeni nümayəndə heyəti İrana gəldi. 1807-ci il aprelin sonunda
İranınm səlahiyyətli nümayəndəsi I Napoleonun olduğu Şərqi Prussiyaya gəldi və
danışıqlara başladı. I Napoleon müqavilənin bağlanmasını gözləməyərək İrana
göndərilmək üçün 50 top, 10 min tüfəng və 4 min piyada hazırlamaq əmrini verdio.
1807-ci il mjayın 4-də Finkenşteyndə Fransa-İran müqaviləsi imzalandı. Bu
müqaviləyə görə, Zaqafqaziyanı tutmaq üçün İrana hərbi kömək göstərilməsi
nəzərdə tutulurdu. Tezliklə İrana general Qardanın başçılıq etdiyi fransız
diplomatik nümayəndə heyəti gəldi. Onun gəlişi ilə Finkenşteyn müqaviləsi tələm-
tələsik təsdiq olundu. 1808-ci il yanvarın 21-də müqavilə bağlandı. Bu müqaviləyə
görə, İran fransız cəbbəxanasından 20 min tüfəng satın ala bilərdi.
Rusiya və İran arasında barışığın görünməkdə olan əlamətləri Fransa-İran
müqaviləsinin bağlanması və fransız diplomatik nümayəndə heyətinin İrana
gəlməsi ilə yoxa çıxdı. ―Fransa hökumətinin fitnələri nəticəsində bizim bu
diyardakı işlərimiz ümidlərimizin əksinə hal almağa başlayır‖. Fransızların
rəhbərliyi ilə İsfahanda top istehsalı qaydaya salındı. Tehranda isə artilleriya parkı
təşkil olundu.
Fransızlar İran ordusunu yenidən qurmağa başladılar. General Qardan
eyni zamanda Iran və Rusiya arasındakı danışıqlara hər vasitə ilə mane olurdu.
Hələ 1807-ci ilin yayında beynəlxalq vəziyyətdə dəyişikliklər baş verdi.
Rusiya ilə Fransa arasında Tilzit sazişi, habelə hücum və müdafiə ittifaqı haqqında
gizli rus-fransız müqaviləsi imzalandı. Tilzitdə Napoleon İran və Türkiyənin
mənafelərinin təmin olunmasını təkid etmədi. Tilzit müqaviləsinin ikinci gizli
maddəsində qeyd olunurdu ki, Fransa özünün Türkiyə və İran işlərindəki
vasitəçiliyindən imtina edir. Lakin sonrakı hadisələr göstərir ki, Fransa və Rusiya
arasında Tilzitdə bağlanılmış bu ittifaq məcburi ittifaq idi. Fransız mütəxəssisləri
İranı Rusiya ilə yeni silahlı toqqujşmalara hazırlamaqda davam edirdilər vəşah
sarayı da Napoleonun köməyinə ümidini itirməyərək, Fransa ilə əlaqələri kəsmək
istəmirdi. Lakin yaranmış şərait şahı İngiltərə ilə yaxınlaşmağa sövq edirdi.
İngiltərə hökuməti şəraitdən dərhal istifadə etdi və İranda öz yerini hər
vasitə ilə möhkəmləndirmək qərarına gəldi. Lakin şah rüşvət və hədə-qorxulara
baxmayaraq, Malkolmu qəbul etmədi. Şah Gürcüstanı ona qaytarmağı vəd etmiş
Napoleonun qüvvəsinə hələ də inanırdı. Tezliklə Cekson başda olmaqla ikinci
diplomatik nümayəndə heyəti İrana gəldi cekson şahın Fransa ilə əlaqələrini
kəsməyinə nail oldu. O, şahı və şah sarayını satın almaq üçün böyük vəsaitdən
istifadə edirdi. 1809-cu ilin fevralında general Qardan Tehranı tərk etməyə məcbur
oldu. 1809-cu ildə İngiltərə İranla müqavilə imzaladı. Bu müqaviləyə görə, İran
İngiltərə ilə düşmənçilik edən bütün dövlətlərlə münasibətlərini kəsməyi öhdəsinə
götürdü. İngiltərə şaha Rusiya ilə müharibə müddətində hər il 120-min funt-
sterloinq məbləğində malıyyə yardımı göstərməyi, silah, hərbi sursat və
təlimatçılar verməyi vəd edirdi.
Danışıqlarla yanaşı, gələcək hərbi əməliyyatlara hazırlıq gedirdi. Artıq
1808-ci ilin mayında 10 minlik İran qoşunu İrəvana doğru çəkilirdi [15]. Rus
qoşunlarının baş komandanı general Qudoviç də öz qoşunlarını İran sərhədinə
doğru yönəltdi və sentyabrın 40- də Soğanlıq düşərgəsindən 3 min nəfərdən bir
qədər artıq qoşunla Pəmbəkə doğru yeridi. O oradan İran qoşunlarına hücum etmək
niyyətində idi. Qudoviç eyni zamanda Naxçıvanı ələ keçirməyi general Nebolsinə
əmr etdi. Nebolsin sentyabrın 11-də 3000 nəfərllik qoşunla Şuşadan yola düşdü.
Sentyabrın 26-da Qudoviç irəvanlı Hüseyn xan başda olmaqla 4 min nəfərdən
ibarət İran qoşununu məğlub etdi. Rus qoşunları irəvana geri çəkilən Hüseyn xanı
təqib edərək yolüstü Eçmiədzini ələ keçirtdi. Bu zaman general Nebolsin
Naxçıvana doğru irəliləyərək, oktyabrın sonunda Qarababa kəndi yanında İran
qoşunlarını dağıtdı və Naxçıvanı tutdu. Rus qoşunlarının birləşmiş qüvvələri
İrəvanın mühasirəsinə başladı və mayın ortalarında qalaya hücuma keçdi. Lakin
müvəffəqiyyətsizliyə uğrayıb geri çəkildi. Rus qoşunları Naxçıvanı da tərk etməyə
məcbur oldular. Abbas Mirzə Naxçıvanı tutaraq, rus qoşunlarını təqib etməyə
başladı. Qarababa kəndi rayonunda döyüş baş verdi, Qudoviç yenidən
məğlubiyyətə uğradı. 1808-ci il kampaniyası uğursuz başa çatdı və Qudoviç
istefaya getməyə məcbur oldu.
1809-cu ilin əvvəllərindən Rusiyanın Zaqafqaziyadakı vəziyyəti daha da
mürəkkəbləşdi. İran İngiltərənin rəhbərliyi altında hərbi əməliyyatları davam
etdirməyə, Arabağa soxulmağa hazırlaşırdı. Sarıqamışda 14 min sərbaz
cəmləşdirilmişdi. Qafqazda rus qoşunlarının sayı 43,5 min nəfərə çatdığı bir vaxtda
İran bütövlükdə 150 min nəfərlik ordu çıxarmaq niyyətində idi.
Yeni baş komandan Tormosov İranla münasibətləri danışıqlarla nizama
salmağa ümid bəsləyirdi. Lakin 1809-cu ilin iyununda şahın özü Qarabağ və
İrəvanla kifayətlənməmək və qüvvələrini Türkiyə ilə birləşdirmək üçün Qərbdə
hərbi əməliyytalar cəbhəsini genişləndirmək niyyəti ilə Cənubi Azərbaycana gəldi.
Şah Zaqafqaziya hakimləri və sakinlərinə fərmanlar göndərərək, onları Rusiyaya
qarşı çıxış etməyə çağırdı.
1809-ci ilin hərbi əməliyyatları iluyda iki İran qoşununun Qarabağ və
Pəmbəkə yürüşləri ilə eyni zamanda başladı. Üçüncü qoşun hissəsi Göyçə (Sevan)
gölünün yanında dayandı. Onun əməliyyat meydanı Gəncə, Qazax və şəmşəddil
olmalı idi. Lakin İran qoşunlarına öz planlarını həyata keçirmək müyəssər olmadı.
Abbas Mirzə rus qoşunları ilə qarşılaşmaqdan hər vasitə ilə çəkinirdi. Avqustda o,
Gəncəyə hücum etdi. Rus qoşunları da oraya tələsdi. Abbas Mirzə yenidən, döyüşə
girmədən, bir neçə yaşayış məntəqisini talan edərək, Arazın o tayına çəkildi.
1809-cu ilin sentyabrında on bir minlik İran süvari qoşunu Talış xanlığına
soxuldu və Lənkəranı talan etdi. Mir Mustafa xan öz qoşunlarının qalıqları və ailəsi
ilə birlikdə yarımadada gizlənməyə məcbur oldu. Həmin günlərdə əsgəranda İran
və Rusiya arasında danışıqlar yenidən başlandı. General Tormosov İran
nümayəndəsi Mirzə Bezürkdən Talış xanlığının müstəqilliyini tanımağı tələb etdi.
İrandakı ingilis səfiri sülh müqaviləsinin bağlanmasına hər vasitə ilə mane
olurdu. O, şahı inandırırdı ki, İranın qarşısında qoyulan şərtlər çar sarayı tərəfindən
deyil, Tormosov tərəfindən irəli sürülür.Eyni zamanda İngiltərə İran qoşunlarını
silahal təchiz edirdi. Məsələn, danışıqların getdiyi günlərdə İran İngiltərədən 3000
əsgər, 100 top, 2000 tüfəng, 1,2 mln man. pul, ―top tökmək və Astrabad,
Mazandaran, Gilan və Ləngərudda gəmi qayırmaq üçün müxtəlif ustalar‖ [16]
almışdı.
İngiltərə və Türkiyənin maneçiliyi üzündən danışıqlar kəsildi. Türkiyə
barışıq bağlanacağı təqdirdi İranla müharibədən azad olacaq qoşunların hesabına
Rusiyanın güclənməsindən ehtiyat edirdi.
Ona görə də soltan danışıqları pozmaq üçün öz səlahiyyətli
nümayəndəsini qiymətli hədiyyələrlə Tehrana göndərdi. Abbas Mirzəyə isə onun
tam ixtiyarına 12 inlik nizami seçmə türk qoşununu verməyi təklif etdi.
Zaqafqaziyadakı rus qoşunları ağır vəziyyətə düşdü.
1810-cu ilin iyununda İran qoşunları Qarabağa, Gəncəyə və Pəmbəkə
doğru irəlilədi. İran qoşunlarının öz dəstələri Tuğ kəndinin yaxınlığında,
Qarğabazar adlanan yerdə dayandı. Iranlılar Mehridə də möhkəmləndilər [17].
Təbriz istiqamətində Cənubi Azərbaycana irəliləməyin açarı rolunu oynayan
Mehrinin mühüm strateji əhəmiyyətini nəzərə alan, sayca 400 nəfərdən bir qədər
artıq dəstəsi olan Kotlyarevski Mehriyə doğru hərəkət etdi. İyunun 15-də kəndi
hücumla ələ keçirmək ona müyəssər oldu [18]. Arazın o tayına geri çəkilmiş
iranlılar iyulun 2-də yenidən Mehriyə yaxınlaşdılar. Mühasirə 5 gün davam etdi.
Lakin şah komandanlığı onun alınmazlığına əmin olaraq, geri çəkilmək
məcburiyyətində qaldı. İyulun 8-nə keçən gecə Kotlyarevski İran qoşunlarının
Mehri yaxınlığında yerləşən düşərgəsinə qəflətən hücum etdi. Süngü döyüşündə
İran dəstəsi darmadağın edildi və Qarabağın hüdudlarından kənara atıldı. Rus
qoşunlarının bu qələbəsi Zaqafqaziyadakı bütün vəziyyəti dəyişdi. Lakin şah sarayı
Pəmbək və Şuragəl istiqamətində yeni hücum hazırlayırdı. İranlılar Abaran
yaxınlığında yığışdılar. Türkiyə tərəfindən gözlənilən təhlükə İran qoşunlarının
üzərinə hücum etməyə imkan vermirdi. 1810-cu ilin avqustunda İanla Türkiyə
arasında Rusiya əleyhinə hərbi ittifaq bağlandı. Lakin bunun da köməyi olmadı.
İran qoşunları Ahalkələki yaxınlığında darmadağın edildi. Abbas Mirzə rus
dəstələri ilə yeni toqquşmalardan çəkinərək, barışıq haqqında danışıqlara yenidən
başlamaq qərarına gəldi.
O, eyni zamanda, fəal surətdə yeni kampaniyaya hazırlaşır, ingilislər isə
Rusiya-İran sərhədlərindəki qalaların mökəmləndirilməsi ilə əsaslı surətdə məşğul
olurdular. Bu vaxt Malholm təlimatçılar qrupu toplar və digər silahlarla birlikdə
Tehrana gəldi. 1811-ci ildə Xarford Ceksonu Tehranda başqa bir səfir – Ouzli əvəz
etdi. O özü ilə birlikdə üçillik maliyyə yardımının hamısını, habelə 3 min tüfəng,
20 top, hərbi sursat və ləvazimat gətirmişdi [19].
1812-ci il martın 14-də, yəni Fransa ilə Rusiya arasında əlaqələrin
kəsilməsi ərəfəsində və Bonopart əleyhinə İngiltərə-Rusiya ittifaqının yaradıldığı
dövrdə Ouzli müqaviləni imzaladı. Bu müqavilə 1809-cu
il müqaviləsini təsdiq edirdi. Bu müqaviləyə görə, İngiltərə İrana lazımi
maqdarda qoşun göndərməyi və yaxud da Britaniya səfirinin bilavasitə nəzarəti
altında bütün müharibə ərzində ordunun saxlanması üçün hər il 200 min tümən pul
ödəməyi öz öhdəsinə götürdü. İngiltərə hökuməti Xəzərdə gəmiqayırmanın təşkili,
hərbi anbarların tikintisi üçün mütəxəssislər qrupu ayırmağı, zəruri hallarda hərbi
gəmilərini İran körfəzinə göndərməyi boynuna götürdü. Bu gəmilər körfəzin
istənilən limanını tutmaq hüququna malik idi.
İran İngiltərədən belə əhəmiyyətli yardım alaraq, barışıqdan imtina etdi və
fəal surətdə hücuma hazırlaşmağa başladı. Bu həm də ondan irəli gəlmişdi ki,
ingilislər şah sarayını inandırırdılar ki, Rusiyanın vəziyyəti xeyli mürəkkəbdir,
qoşunlar Zaqafqaziyadan Qərbə atılıb, Napoleon Rusiya üzərinə hücuma
hazırlaşır. İngilislərin məsləhəti ilə Fətəli şah ruhanilərin başçısını çağırdı və
ruslara qarşı cihad – müqəddəs müharibə barəsində fitva verməyi tapşırdı. Şah yeni
kampaniyaya din uğrunda aparılan müharibə xarakteri vermək istəyirdi. Təbrizdə
üləmalar moizəçilərin böyük qrupunu topladı və onlara təlimat verib
Zaqafqaziyanın müxtəlif yerlərinə göndərdilər.
Rus qoşunları Rusiya-Türkiyə müharibəsinin Qafqaz və Balkan
cəbhələrində bir sıra qələbələr qazandılar. M.İ.Kutuzovun komandanlığı altında
Balkanlardakı qələbə xüsusən təsiredici idi və bu da Türkiyəni sülh istəməyə
məcbur etdi. 1812-ci il mayın 16-da Buxarestdə Rusiya və Türkiyə arasında sülh
müqaviləsi bağlandı. Bu müqaviləyə görə, Türkiyə zaqafqaziyanın böyük bir
hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi.
İndi İran Rusiyanı müəyyən güzəştlərlə belə bir müqavilə bağlamağa sövq
etməyə can atırdı. Rusiya da İranla sülh bağlanılmasında maraqlı idi, çünki Qərbdə
Fransa ilə münasibətlər kəskinləşirdi.
General Rtişşev 1812-ci il aprelin 20-də Zaqafqaziya diyarını idarə
etməyə və buradakı rus qoşunlarına komandanlığa başlayanda İranla sülh
bağlamaq göstərişi aldı. İndi Rusiya demarkasiya xəttinin Kür, Araz və Arpaçay
çayları boyunca keçməsi barədə əvvəllər irəli sürülən təkliflərdən imtina edir və
sərhədi işğaldan sonra necə varsa elə qurmağa razılaşırdı. Lakin danışıqlar uzandı,
çünki Abbas Mirzə ərazi güzəştləri tələb edirdi.
Bu zaman beynəlxalq münasibətlərdə baş verdi. 1812-ci ilin yayında
Napoleon Fransası ilə Rusiya arasında Fransa əleyhinə yönəlmiş müqavilə
imzalanmasına baxmayaraq, Rusiyanın başını Napoleonla müharibəyə
qarışmasından istifadə edən İngiltərə İranda fəallaşdı. Abbas Mirzə rus ordusunun
əsas qüvvələrinin Napoleona qarşı müharibəyə yönəlməsindən istifadə edərək, öz
ordusunu Zaqafqaziya üzərinə yeni hücuma hazırlamağa başladı.
İran ilk növbədə Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmaq istəyirdi.
Bunun üçün də, hər şeydən əvvəl, general Kotlyarevskinin dəstəsinin yerləşdiyi
möhkəmləndirilmiş Mehrini tutmaqlazım idi. İyulun 12-də İran qoşunları Qarabağa
soxuldular, lakin darmadağın edilib Arazın o tayına atıldılar. Avqustda 20 minlik
İran qoşunu Lənkəran da daxil olmaqla Talış xanlığı ərazisini ələ keçirdi. İran
qoşunlarının digər dəstələri Ərçivanı tutub, bununla da Azərbaycanın içərilərinə
doğru yol açdılar. Rusiyanın Zaqafqaziyadakı vəziyyəti yenə də mürəkkəbləşdi.
Rus komandanlığı Abbas Mirzənin sülh bağlamaq üçün 40 günlük barışıq
barəsində təklifindən istifadə etməyi qərara aldı. Danışıqlar sentyabrın 20-də
Aslandüzdə başlandı və oktyabrın 10-dək davam etdi. Tərəflər özlərinin əvvəlki
mövqelərindən əl çəkmək istəmədiyinə görə danışıqlar heç bir nəticə vermədi. Şah
qoşunları yenidən hərbi əməliyyata başladı.
Abbas Mirzənin komandanlığı altında 30 minlik ordu Aslandüz
yaxınlığında Araz sahilində cəmləşdi. O, Kotlyarevskinin komansanlığı altında
qarşısınıda dayanmış rus dəstələrinə zərbə endirərək Qarabağa və Yelizavetpola
(Gəncəyə), daha sonra isə Gürcüstana irəliləmək niyyətində idi.
Lakin Hüseynqulu xanın qalanı ələ keçirmək üçün göstərdiyi bütün
cəhdlər müvəffəqiyyətsizliyə uğradı. İran qoşunları Şamaxıda da güclü
müqavimətə rast gəldilər. Mustafa xan Yeni Şamaxını ələ keçirməyə müvəffəq
olmuşdu. Bütün əhalinin köməyinə baxmayaraq, o, köhnə Şamaxını ələ keçirə
bilmədi. Elə həmin vaxt şəkili Səlim xanın oğlu Hüseyn xan İran sərbazlarından
ibarət dəstə ilə Şəki xanlığına soxuldu, Mirhəsən xan Talışa gəldi. O, Xəzər
batalyonunu və kazak bölməsini sıxışdıraraq, Salyanı, Qızılağacı ələ keçirməyə və
Lənkəranı mühasirəyə almağa müvəffəq oldu. Şimaldan təcrid olunan və ərzaq
ehtiyatı tükənən qarnizon rəisi mayor İlyinski iyunun 27-də keçən gecə şəhəri
yandırdı və ordunu Xəzər donanmasına mindirərək Sara adasına üzdü [30].
Özlərinin keçmiş mülklərini ələ keçirən xanların başlıca vəzifəsi yerlərdə
İran ordusunun qüvvələri ilə birlikdə hərəkət edərək, körpüləri, dəyirmanları
dağıdan, ərzaq ehtiyatlarını məhv edən təxribatçı dəstələr təşkil etmək idi.
General Yermolov keçmiş Azərbaycan xanlarına qarşı sərt tədbirlər
görmək qərarına gəldi və Dağıstanda yerləşən qoşunu onlara qarşı göndərdi. Bu
qoşun Qubaya hərəkət edərək, oradanda iyunun 23-də Köhnə Şamaxıya gəldi.
Lakin Qubanın sonuncu hakiminin oğlu Sultan Əhmədin Quba ətrafında peyda
olması və həmçinin ərzaq ehtiyatının tükənməsi rus qoşunlarını geri çəkilməyə və
Qubaya daxil olmağa məcbur etdi. Şəhər İran ordusu tərəfindən mühasirəyə alındı.
Abbas Mirzənin oğlu yerli əhalini soyur və onu özünə qarşı çevirirdi [31]. Cənubi
Dağıstan Abbas Mirzə tərəfindən Dağıstanın hakimi təyin edilmiş Surxay xanın
əlinə keçdi.
Abbas Mirzə öz ordusu ilə Şuşa qalası ətrafında dayanarkən İran
ordusunun digər dəstələri Gəncəni ələ keçirdikdən sonra Tiflisə tərəf hərəkət etdi.
Yolda onlar mənşəcə Qarabağ ermənilərdən olan general Mədətovun dəstəsilə ilə
rastlaşdılar.
Rus hərbi dəstələri və gürcü süvariləri şahzadə Aleksadrın dəstəsini
məğlub etdilər. Mədətovun dəstəsi qazandığı müvəffəqiyyəti inkişaf etdirərək
Gəncəyə hərəkət etdi. Lakin Gəncəyə gedən yolun üstündə, Şamxorda İranın
böyük hərbi qüvvələri yerləşmişdi. İngilis zabitlərindən təlim almış 2000-lik
piyadadan, 8 minlik nizami süvari qoşundan, toplardan və folkanetlərdən ibarət
olan bu qüvvə rus dəstəsinə hücum etməyə hazırlaşırdı. Bu dəstə sayı 2900 nəfərə
çatan 3 piyada batalyonundan və kazaklardan, gürcülərdən təşkil olunmuş 1360
nəfərlik ibarət idi [32].
1826-cı il sentyabrın 3-də səhər tezdən İran ordusu rus qoşunlarının
düşərgəsinə doğru hərəkət etdi. Şamxor yaxınlığında düzənlikdə qanlı döyüş
başlandı. Kazaklar və süvarilər döyüşə birinci olaraq girdilər.Gürcü dəstəsi hücum
edən rus qoşununun sağ cinahında fəaliyyət göstərirdi. O, İran qoşunlarının bir
neçə dəfə üstün qüvvəsi qarşısında sarsıldı. Döyüşün həlledici anında dəstə
mövqeyini saxlaya bilməyəcəyindən ehtiyat edən Mədətov zabitlərdən birini
göndərərək, ona gürcü könüllülərini köməyə aparmağı əmr etdi. Birləşmiş qüvvələr
İran süvari qoşunu ilə döyüşə atıldı. Sonra isə bütün rus qoşunu hücuma keçdi və
düşmən geri çəkilməyə məcbur oldu [33].
İran ordusu Şamxorçay yanında möhkəmlənməyi, sonra isə rus qoşunu
üzərinə hücum etməyi qərara aldı. Lakin hücum edən rus qoşununun zərbələri
altında şah qoşunları pərən-pərən düşdü. Şah qvardiyası qılıncdan keçirildi, süvari
qoşunun təqib etdiyi sağ qalmış sərbazlar qaçmağa başladılar. Bu süvari qoşun
―İran ordularına xeyli zərbə vurdu və çoxlu qənimətlər ələ keçirdi‖ [34].
Şamxor məğlubiyyətindən sonra İran ordusu tələsik Gəncədən geri
çəkildi, sentyabrın 4-də general Mədətovun rus dəstəsi Gəncəyə daxil oldu.
Sentyabrın 9-da rus korpusunun əsas qüvvələri Gəncəyə gələrək general
Mədətovun qrupu ilə birləşdi.
Bu zaman Şamxor məğlubiyyətini eşidən Abbas Mirzə Şuşanın
mühasirəsindən əl çəkməyə və oğlunun əzilmiş qoşununun köməyinə hərəkət
etməyə məcbur oldu. O, Şuşa ətrafında ərzaq və digər ehtiyatları olan 10 minlik
qoşun saxladı. Şuşa qalasının rəisi özünün sərəncamında olan azsaylı qarnizonun
qüvvələri ilə düşmən düşərgəsinə hücum etdi və ―qələbə çaldı, iranlılar qaçıb
dağıldılar və bütün qaliblərin əlinə keçdi‖ [35].
İran ordusunun yaxınlaşdığını eşidən rus komandanlığı zərbə qrupunu
Gəncə yaxınlığında cəmləşirdi. Sentyabrın10-da sonralar Yermolovu əvəz edən
Paskeviç də əlavə qoşunla buraya gəldi. Rəqiblər döyüş meydanında üzbəüz
dayanmışdılar. Rus qoşunu 8700 adamdan ibarət idi. İran ordusu 15500 nəfərlik
nizami piyadadan, 10700 nəfərlik süvaridən ibarət idi.
Abbas Mirzə Pəmbək və Şuragəldəki rus sərhəd məntəqələrinə hücum
üçün həm də İrəvan xanının qüvvəllərindən istifadə etməyi qərara almışdı. Pirqulu
xanın komandanlığı altında 4 minlik dəstə isə Səlim xanın Şəkidəki hakimiyyətini
bərpa etmək, sonra is. Kaxetiyada gürcü şahzadəsi Aleksadrın qoşunları ilə
birləşərək Tiflis üzərinə birgə hücum üçün Şəkiyə göndərildi.
Lakin Abbas Mirzənin planları həyata keçmədi. O, ilk zərbəni Ağoğlan
adlanan yerin yaxınlığında, Araz sahilində aldı. İrəvanlı Hüseynqulu xanın
qoşunları isə Pəmbək və Şuragələ soxuldular. Onları çoxsaylı rus qoşunları
qarşıladı. Bu qoşunlar Dilican dərəsində erməni əhalisininköməyi ilə qələbə çaldı.
Pirqulu xan da Şəkidə darmadağın edildi, Abbas Mirzə qərara gəldi ki, özü Şəkiyə
yerisin və Pirqulu xanın qalan qüvvələri ilə birləşsin. Bu məqsədlə o öz qoşunlarını
Arazdakı Aslandüz keçidi qarşısında cəmləşdirdi. Rus dəstələrinin rəisi
Kotlyarevski Abbas Mirzənin niyyətini başa düşdü və onun hərəkətlərinin qarşısını
almaq qərarına gəldi. Lakin Kotlyarevskinin qüvvələri az idi, ona görə də qətiyyət
və qəfillik tələb olunurdu. O, düşmənin arxasına keçmək və gözlənilmədən arxadan
zərbə vurmaq məqsədilə daölarla 70 kilometrlik gücə yürüşü etdi. Hücum o qədər
gözlənilməz oldu ki, Abbas Mirzənin darmadağın edilmiş qoşununun qalıqları
düşərgəni qoyaraq qaşmaqla canlarını qurtardı. Abbas Mirzə əzilmiş hissələrin
qalıqlarını toplayaraq, səhərisi gün məğlubiyyətinin əvəzini çıxmağa qərara aldı.
Lakin Kotlyarevski Aslandüz istehkamlarına hücum edib onun qoşunlarını
darmadağın etdi.
Pirqulu xan İran qoşunlarının darmadağın edilməsindən xəbər tutaraq,
tələsik Şəki xanlığının, ümumiyyətlə, Şimali Azərbaycan ərazisini tərk etdi.
Tezliklə Kotlyarevski İran qoşunlarını sıxışdırıb çıxarmaq üçün Lənkəran xanlığına
göndərildi. O, 1812-ci il dekabrın 17-də təxminən 2000 nəfərlik dəstə ilə
Ağoğlandan yola düşərək Arazı keçdi və dekabrın 21-də Lənkəran xanlığına daxil
oldu. Xəzər donanması da buraya göndərilmişdi.
İngilis tərəfindən təlimat almış iranlılar Lənkəran qarnizonunu
möhkəmləndirdilər. Lənkəran qarnizonuna 2500 nəfər piyadadan ibatər kömək
gəldi [20].
Dekabrın 21-də İran qoşunlarının ön dəstələri Muğanda darmadağın
edildi. Rus qoşunlarının yaxınlaşdığından xəbər tutan İran qoşunları Ərçivandan
geri çəkildilər.
Kotlyarevski Ərçivanda kiçik bir qarnizon qoyaraq, Lənkərana tərəf
irəlilədi. O, xanlığın ərazisinə daxil oldu. Lənkəran qalasının təslim olunması
barəsində Kotlyarevsikinin dəfələrlə etdiyi təkliflər rədd olundu. Rus qoşunları
dekabrın 30-dək davam edən fasiləsiz artilleriya atəşinə tutdu. Dekabrın 31-də
Kotyarevsiki qoşunu üç hissəyə bölərək axşam qala divarlarına yaxınlaşdı və 1813-
cü il yanvarın 1-də səhərə yaxın hücuma başladı. Amansız və qanlı çarpışma üç
saatdan çox çəkmədi və qala alındı.
Lənkəranın alınması Rusiya-İran müharibəsinin taleyini həll etdi. Abbas
Mirzənin yanında xidmət edən fransız zabiti rus qoşunlarının Aslandüz və
Lənkəranda qazandıqları qələbələrin əhəmiyyəti haqqında yazırdı: ―Xüsusən də
Aslandüz vuruşması və Lənkəranın alınması onların (iranlıların) demək olar ki,
bütün hərbi vasitəsinin axırına çıxdı. İngilis zabiyinin komandanlığı altında oloan
artilleriyanın demək olar ki, hamısı, eləcə də hərbi sursat və taxt-tac varisi
şahzadənin düşərgəsi rusların əlinə keçdi. Bu düşərgədən nə bircə çadır, nə də bircə
dəvə belə xilas ola bildi‖ [21].
Aslandüz və Lənkəran qələbələri müharibənin taleyini həll etdi. Artıq
aydın oldu ki, demək olar ki, heç bir şey rus qoşunlarının İranın içərilərinə doğru
irəliləməsinə mane ola bilməz. İrandakı ingilis səfiri Ouzli Rusiya və İran
arasındakı müharibənin dayandırılmasının zəruri olması haqqında Londondan
göstəriş aldı. 1813-cü ilin əvvəllərində Rtişşev və sülh haqqında danışıqlara hazır
olduğunu bildirmiş şah sarayı arasında yazışma başlandı. Rtişşev yenidən qeyd
edirdi ki, tutulmuş bütün torpaqları Rusiya tərkibində saxlamaq şərtilə sülh
bağlamağa hazırdır, bu isə şah sarayını razı salmırdı. Şah sarayı 1813-cü il yay
kampaniyasının geniş planını işləyib hazırladı, öz casuslarını Azərbaycana və
ümumiyyətlə, Zaqafqaziyaya göndərərək, yerli feodalları şah qoşunlarına kömək
göstərməyə çağırdı. Lakin müsbət cavab almayaraq, habelə bir sıra parlaq
qələbələrdən sonra Rusiyanın Zaqafqaziyada güclənməsindən qorxaraq, sülh
danışıqlarına başlamaq qərarına gəldi. Bu danışıqlar sentyabrın 27-də Qarabağda,
Gülüstan kəndində başladı və 1813-cü il oktyabrın 12-də sülh müqaviləsinin
imzalanması ilə başa çatdı.
Gülüstan müqaviləsinə görə, İran Rusiyanın qələbəsini, Gəncə, Qarabağ,
Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıqlarının ərazisinin, habelə Şərqi
Gürcüstan və Dağıstanın Rusiyanın ixtiyarına keçməsini tanıdı.
İrəvan və Naxçıvan xanlıqları İranın hakimiyyəti altında qaldı. İran təkcə
Rusiyanın Xəzər dənizində hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı.
Aşağı, 5%-lik gömrük tarifi qoyuldu ki, bu da o demək idi ki, rus tacirləri üçün
İrana yol açılırdı. İranın daxilində isə rus tacirləri daxili gömrük rüsumlarını
ödəməkdən azad olunurdu. Bütün bunlar Rusiya-İran ticarətinin inkişafı üçün
əlverişli şərait yaradırdı.
Gülüstan müqaviləsi Şimali Azərbaycan və bütün Zaqafqaziyanın çar
Rusiyası tərəfindən istilasını təsdiq edirdi. Bu müqavilənin bağlanılması ilə Şimali
Azərbaycanın Rusiya tərəfindən isyilasının birinci mərhələsi başa çatdı.
Dostları ilə paylaş: |