PLAN
GİRİŞ
I FƏSĠL-XIX əsrin sonuncu rübündə Uzaq ġərqdə beynəlxalq münasibətlər
Çin –Yapon savaĢı:Yaponiyanın Koreyada üstünlüyü uğrunda mübarizə
II FƏSĠL-XX əsrin ilk illərində Uzaq ġərqdə mövcud vəziyyət və beynəlxaq Ģəraitin
təhlili
III FƏSĠL- Rus-Yapon müharibəsini Ģərtləndirən amillər
1902-ci il Ġngiltərə-Yaponiya müqaviləsinin beynəlxalq Ģərait və qütbləĢməyə
təsiri
Rus-Yapon konfrantasiyasının yüksəliĢi
IV FƏSĠL- Rus-Yapon müharibəsinin baĢlanması və gediĢi
Ölkə daxili dairələrin müharibəyə münasibəti
Port-Artur basqını
Çemulpo limanında döyüĢ
Mancuriyaya Yapon hücumları və Port-Arturun mühasirəsi
Lyaoyan və ġaxe döyüĢləri
Mükden döyüĢü
Tsusima döyüĢü
Rus-Yapon müharibəsində iĢtirak etmiĢ Azərbaycanlı hərbiçilər
V FƏSĠL- Müharibənin siyasi nəticələri və Portsmut sülhü
Taft-Kaçura saziĢi
Portsmut sülhü
NƏTĠCƏ
Ədəbiyyat siyahısı
GİRİŞ:
RUS-YAPON MÜHARİBƏSİ (Rus dilində- Русско-японская
война; yaponca-日露戦争 Niti-Ro senso)-ÜMUMİ MƏLUMAT
XX əsrin ilk əvvəllərində Uzaq ġərqdə beynəlxalq vəziyyət dünyada baĢ verən
proseslər üçün bütövlükdə xarakterik olan tendensiyalar konteksində inkiĢaf edirdi.
Artıq bölünmüĢ dünyanın yenidən bölünməsi uğrunda mübarizə gedir, bloklar
yaradılır, sürətlə silahlanma aparılırdı. Nəticədə ölkələr arasında rəqabət kəskin
artdı. Dünya siyasətinin ön sahəsinə ABġ, Almaniya,Yaponiya, Çin çıxdılar,
Afrika ölkələri onların güclü siyasi və iqtisadi asılılığı altına düĢdü. Koreya və
Mancuriya üzərində nüfuz uğrunda mübarizədən irəli gələn Rus-Yapon savaĢı
Uzaq ġərq siyasəti baxımından, Ģübhəsiz, Rusiya qarĢısında qəti olaraq əldə etdiyi
zəfər və müvəffəqiyyət ilə Yaponiyanın dövlətlərarası siyasətdə öz yerini
tutmasına səbəb oldu. Rus-Yapon savaĢının nəticələrindən biri də bir Asiya
dövlətinin muasir dövrdə ilk dəfə olaraq Avropa dövlətini məğlubiyyətə uğratması
idi.Bu müharibə uzaqmənzilli artileriya, zirehli gəmi(uzaqvuran toplarla təchiz
olunmuĢ hərb gəmisi), minagəmisi(rusca-minonoseç) kimi yeni silahların ilk dəfə
iĢlədilməsi ilə də tarixə düĢmüĢdür.
Ġmperator II Nikolayın hakimiyyətinin ilk yarısında onun bütün Rusiya siyasətində
əsas yerlərdən birini ―Böyük Asiya proqramı‖ –na əsasən Uzaq ġərq məsələsi
tuturdu.Hələ Reveldə imperator II Vilhelmlə görüĢü zamanı Rusiya imperatoru
birbaĢa,açıqca bildirmiĢdi ki, O Rusiyanın ġərqi Asiyada qüvvətlənməsi və təsir
gücünün artmasına öz hakimiyyətinin ―Əsas vəzifəsi‖ kimi baxır.Rusiyanın Uzaq
ġərqdə üstünlüyünə ən böyük hədə Yaponiya idi.QarĢıdurmanın qaçılmaz
olduğunu öncədən görən II Nikolay nəinki diplomatik yollarla,həmçinin,hərbi
yollarla da müxtəlif tədbirlər görürdü.Belə ki,Avstriya ilə anlaĢmanın əldə
olunması və Almaniya ilə münasibətlərin yaxĢılaĢdırılması Rusiyanın mövqelərini
möhkəmlədir və həmçinin,Sibir yollarının inĢası,donanmanın gücləndirilməsi
müharibə ehtimalına qarĢı tədbirlərin təmin olunmasına xidmət edirdi.Məlum
olduğu kimi,Rusiya və Yaponiya arasında diplomatik münasibətlər hələ 1855-ci
ildə pozulmuĢdu.Rusiyanın xarici iĢlər naziri Qorçakov Rusiyanın Yaponiya və
Çinlə yaxınlaĢmasında maraqlı Ģəxslərdən biri idi.Qorçakov bu 2 dövlətin dünya
siyasətinə gələcək təsirini hiss edirdi və Rusiyanı bu dövlətlə rəqabətdən
yayındırmağa çalıĢırdı. Ancaq Rusiyanın dövlət maraqları onun Uzaq ġərqdə
möhkəmlənməsini tələb edirdi.
Lakin Rusiya hakimiyyət dairələrində böyük ümid edirdilər ki,Rusiyanın əzəməti
qorxusu Yaponiyanı birbaĢa hücuma keçməkdən çəkindirəcəkdir
.
1867-1868-ci illərdəki burjua inqilabının natamamlığı nəticəsində Yaponiyada
daxili
bazarın
son
dərəcə
məhdud
olması
iĢğalçılıq
meyillərini
gücləndirmiĢdi.Hakim dairələr yapon kapitalizminin təĢəkkülündən doğan daxili
ziddiyətləri özgə torpaqlara təcavüz etmək yolu ilə həll etməyə çalıĢırdılar.
Yaponiyanın müstəmləkə təcavüzünün ilk hədəflərindən biri Koreya
olmuĢdur.XIX əsrin axırlarında Çini birlikdə istismar etmək və onu ―nüfuz
dairələrinə‖ bölmək üçün ilk addımı Ġngiltərə və ABġ-ın köməyilə Yaponiya
atdı.Koreya uğrunda mübarizə 1894-1895-ci illərdə Çin –Yaponiya müharibəsinə
səbəb oldu.1895-ci ilin aprelində Çinlə Yaponiya arasında imzalanmıĢ Smonesk
müqaviləsinə görə Çin Koreyanın müstəqilliyini tanıdı,Tayvan və Lyaodun
Yaponiyaya verildi.Çin böyük məbləğdə təzminat ödəməli oldu.Yaponiya ilə
müharibədə məğlubiyyət Çinin müstəmləkəçi dövlətlər arasında bölüĢdürülməsi
prosesini
sürətləndirdi.ABġ
Çinin
müstəmləkəçi
dövlətlər
tərəfindən
bölüĢdürülməsi prosesindən kənarda qalmaq istəmirdi.ABġ dövlət katibi C.M.Hey
1899-cu ildə verdiyi notada ―açıq qapı‖ adlandırılan doktrinanı elan
etdi.Doktrinanın mahiyəti bundan ibarət idi ki,ölkələr Çinin ayrı-ayrı regionları və
portları ilə artıq müqavilə baglamıĢ digər dövlətlərin hüquqlarına müdaxilə
etməmək ,baĢqa ölkələrin maraq dairələrini pozmamaq,öz nüfuz dairələrinə daxil
olan gəmilər üçün daha yüksək rüsum təyin etməmək barədə öhdəlik götürməli
idilər
.
Bu doktrinanın meydana çıxması məhz o zaman mümkün oldu ki,ABġ
iqtisadi inkiĢafda aparıcı Avropa dövlətlərinin səviyyəsinə çatdı və onlarla rəqabət
apara bilərdi.Əgər əvvəl elan olunmuĢ Monro və Olini doktrinaları Avropa
ölkələrinin Latın Amerikası qitəsinin iĢlərinə müdaxiləsinə qarĢı yönəlmiĢdisə,Hey
doktrinası ondan fərqli olaraq artıq ABġ üçün Çində baĢqa dövlətlərlə bərabər
iqtisadi imkanlar tələb edirdi.
1902-ci ildə bütün Avropa dövlətləri Heyin təklifini qəbul etdilər.Rusiyaya gəlincə
isə o,bir sıra qeyd-Ģərtlər etdi,belə ki,onun Çinə daĢıdığı malların tarif müdafiəsinə
ehtiyac vardı.Çinə hamıdan yaxında yerləĢən və bunula da əlaqədar olaraq baĢqa
ölkələr qarĢısında üstünlüyə malik olan Yaponiya Amerikanın təklifinə etiraz
etmədi.Beləliklə,yalnız Rusiya xususi mövqe tuturdu ki,bu da müəyyən mənada
ABġ,Ġngiltərə və Yaponiyanın Uzaq ġərqdə ona qarĢı yaxınlaĢmasına təsir
göstərdi.
XX əsrin əvvəllərində Rusiyada kapitalizmin inkiĢafı xeyli sürətlənmiĢdi.Burada
kapitalizm təhkimçi mülkədarların tədricən burjua təsərrüfatçısına çevrilməsi yolu
ilə inkiĢaf edirdi.Bu isə kəndlilərin əsas kütləsinin uzun müddət mülkədar
asılılığından saxlanmasına səbəb olurdu.
Sənayeçilər iri fabrik – zavodlar inĢa etdirir,dəmiryolu tikintisi coĢqun surətlə
geniĢlənir,banklar və səhmdar cəmiyyətləri artırdı.
Rusiyada sindikatlar sayca üstünlüyə malik idilər.1902-1907-ci illərdə burada
―Truboprokat‖ , ―Prodamet‖ ,‖Qvozd‖ , ―Prodauqol‖ və s. inhisarlar meydana
gəlmiĢdir.Ġnhisarlarla sıx əlaqədə olan iri banklar ölkədə həlledici rol oynamağa
baĢlamıĢdılar.
XX
əsrin əvvəllərində ölkədə ictimai-siyasi proseslər dərinləĢməyə
baĢlamıĢdı.Burjua –liberal ,sosial-demokrat hərəkatı güclənmiĢ,ilk siyasi partiyalar
yaranmağa baĢlamıĢdı.
XX əsrin baĢlanğıcında Yaponiya iqtisadi cəhətdən Avropanın digər böyük
dövlətlərindən və ABġ-dan hələ geridə qalmaqda idi.
1900-1903-cu illərin dünya iqtisadi böhranı ölkədə kapitalın və istehsalın
təmərküzləĢməsi prosesini sürətləndirmiĢdi.
Yaponiya inhisarlarının səciyyəvi cəhətlərindən biri ondan ibarət idi ki,onlar
sələmçi-ticarət kapitalı əsasında yaranaraq inkiĢaf etmiĢdilər.Bu isə inhisarların
quruluĢunda və fəaliyətində yarımfeodal üsullarının hökm sürməsi ilə müĢaiət
edilirdi.2ci səciyyəvi cəhət inhisarlaĢma prosesinin sənayenin inkiĢafını aĢağı
səviyyədə olduğu Ģəraitdə getməsində idi.Ölkənin iqtisadi inkiĢafında maraqlı olan
hakimiyyət dairələri inhisarlara fəal köməklik göstərir və onları müdafiə
edirdilər.Yapon kapitalizmi hərbi-feodal səciyəsi daĢıyırdı,bu da mahiyyət etibarilə
inhisarçı kapitalizm ilə yarımfeodal qalıqların çulğaĢmasından ibarət idi.
I FƏSİL -XIX ƏSRİN SONUNCU RÜBÜNDƏ UZAQ ŞƏRQDƏ
BEYNƏLXALQ MÜNASİBƏTLƏR
Uzaq ġərqdə beynəlxalq vəziyətə böyük dövlətlər arasınada rəqabət mühüm təsir
göstərdi.XIX əsrin 70-ci illərində Çində nüfuz uğrunda mübarizəyə Yaponiya da
qoĢulmuĢdu.XIX əsrin 70-80-ci illərində Yaponiyanın iqtisadi və hərbi potensialı
artmıĢdı.
1874-cü ildə Yaponiya Tayvan(Formoza) adasını iĢğal etemyə cəhd göstərdi.
1874-cü ilin oktyabrın 31-də Çinlə Yaponiya arasında imzalanmıĢ protokola görə
Çin Ryukyu adalarını Yaponiya ərazisi kimi tanıdı.Çin Yaponiyaya həm də
təzminat ödəməli idi.Yaponiyanın iĢğal etmək istədiyi ərazilərdən biri Koreya
idi.Koreyanın kralı Çin imperatorunun vassalı idi.Yaponiya Koreya ilə diplomatik
münasibətlər yaratmaq üçün dəfələrlə Koreya kralının yanına nümayəndə
göndərmiĢdi.Lakin Koreya Yaponiya ilə əməkdaĢlıq etmək istəmirdi.1875-ci ilin
aprelində Yaponiya Cənubi Koreya sahillərinə 3 hərbi gəmi göndərdi.Xanqan
çayının mənsəbimə yerləĢən istehkamlar yapon gəmiləri tərəfindən atəĢə
tutuldu.1875-ci ilin sentyabrında Yaponiya Kanxvado adasına hərbi gəmi
göndərdi.Koreya hökuməti yenə Yaponiya ilə əməkdaĢlıqdan imtina etdi.Yaponiya
çalıĢırdı ki,Çin Koreyaya təzyiq etsin və Koreya Yaponiya ilə müqavilə
bağlasın.Yaponiya onunla müqavilə bağlamadığı halda Koreyanı müharibə ilə
hədədləyirdi.Çin hokuməti bildirdi ki ,Koreya ilə danıĢıqlar qarĢılıqlı razılıq
prinsipi əsasında aparılmalıdır.Koreya sahillərinə hərbi gəmilər göndərməklə
Yaponiya hokuməti 1871-ci ildə Çinlə imzaladığı müqaviləni pozmuĢdu.digər
tərəfdən ,Çin hokuməti Koreyaya tovsiyyə etdi ki ,Yaponiyanın tələblərini qəbul
etsin.
Yaponiya ilə müharibə aparmaq iqtidarında olmayan Koreya onun tələbləri ilə
razılaĢdı.1876-cı ilin fevralında onların arasında sülh və dostluq müqaviləsi
bağlandı.Yaponiya
ilə
Koreya
arasında
diplomatik
münasibətlər
yaradıldı.Koreyanın Pusan,Ġncxon,Vonsan limanlarına Yaponiyanın ticarət
gəmilərinin gəlməsinə icazə verildi.Yaponiya dənizçiləri xəritələr hazırlamaq üçün
Koreya sahillərini tədqiq edə bilərdi.Koreya limanlarında Yaponiyanın konsulları
fəaliyyət göstərməli idi.Açıq limanlarda Koreya vətəndaĢlarına toxunulmazlıq
hüququ verilirdi.
1876-cı ildə Yaponiya ilə Koreya arasında imzalanmıĢ saziĢə görə Yaponiya
vətəndaĢlarına Koreyada gömrüksüz ticarət hüququ verildi.1876-cı il müqaviləsi
ilə Koreyanın özünütəcridinə son qoyuldu.Koreyada kapitalist münasibətləri
inkiĢaf etməyə baĢladı.
Yaponiya ilə eyni vaxtda Koreya ABġ ilə və Avropa ölkələri ilə əlaqələr
yaratmağa baĢladı.Koreya sahillərinə hərbi gəmi göndərən ölkələrdən biri ABġ
idi.ABġ hokuməti çalıĢırdı ki,Koreya limanlarına onun ticarət gəmilərinin
gəlməsinə icazə verilsin.Lakin Yaponiya ABġ-a kömək etmək fikrində
deyildi.Çünki Yaponiya ABġ-ın Koreya ilə əməkdaĢlığının əleyhinə idi.Ona gorə
ABġ hokuməti Çinlə danıĢıqlara baĢladı ki,Koreya məsələsində Çin ona kömək
etsin.Çin hokuməti bildirdi ki,ABġ-ın Koreya ilə əməkdaĢlığına etiraz etmir.Digər
tərəfdən,Çin Koreyada ABġ-dan Yaponiyaya qarĢı istifadə etmək niyyətində idi.
Koreya hokuməti ABġ-la müqavilə bağlamağa hazır olduğunu bildirdi.1882-ci ilin
mayında imzalanmıĢ müqavilə əsasında ABġ-la Koreya arasında diplomatik
münasibətlər yaradıldı.Koreya limanlarına ABġ-ın vətəndaĢlarına Koreyada
toxunulmazlıq hüququ verildi.
Koreya əhalisi Yaponiyanın siyasətindən narazı idi.1882-ci ildə Seulda baĢ vermiĢ
üsyan nəticəsində bir neçə Yaponiya vətəndĢı öldürülmüĢ və yapon missiyasının
binası dağıdılmıĢdı.Yaponiya bu hadisədən istifadə edib Çemulpo limanına hərbi
gəmilər göndərdi və Koreya hokumətinə ultimatum verdi.Koreya hokuməti 2gün
ərzində ultimatuma cavab verməsə Yaponiya ona qarĢı müharibəyə baĢlamalı
idi.Koreya hokuməti Yaponiyanın tələbləri ilə razılaĢdı.Diplomatik missiyanı
qorumaq üçün Yaponiya Seulda daimi qoĢun saxlamlı idi.Bu öhdəliklər öz əksini
1882-ci ilin avqustun 30-da imzalanmıĢ Yaponiya-Koreya müqaviləsində öz əksini
tapdı.
1884-cü ilin dekabrında Seulda Yaponiyanın köməyi ilə dövlət çevriliĢi baĢ
verdi.Lakin yeni hökumət cəmi 2gün fəaliyyət göstərdi.Çunki bu dəfə Çin
qoĢunlarının köməyi ilə hakimiyyət dəyiĢikliyi həyata kecirildi.Koreya məsələsi ilə
bağlı Çinlə Yaponiya arasında danıĢıqlar baĢlandı.1885-ci ilin aprelində Yaponiya
ilə Çin arasinda Tyantszin müqaviləsi bağlandı.Müqaviləyə gorə tərəflər 4 ay
ərzində qoĢunlarını Koreyadan çıxartmalı və təlimatçı kimi Koreyaya öz
zabitlərini göndərməməli idi.Onlar yalnız siyasi böhran zamanı,həm də qarĢılıqlı
razılıq esasında Koreyaya qoĢun göndərə bilərdi.Bu müqavilədən sonra Koreyada
Çinin mövqeyi möhkəmləndi və Seula Çinin caniĢini göndərildi.
Uzaq ġərqdə cərəyan edən hadisələr Ġngiltərənin diqqət mərkəzində idi.Ġngiltərə
Çində öz mövqelərini möhkəmləndirməyə çalıĢırdı.Çinin xarici ticaretində 1-ci
yeri Ġngiltərə tuturdu.1864-cü ildə Çində Ġngiltərə Honkonq-ġanxay bankı təsis
edilmiĢdi.ingiltərə Honkonqda böyük hərbi-dəniz bazası yaratmıĢdı.
Rusiya Çinlə iqtisadi əlaqələri geniĢləndirməyə və ticarətə mane olan amillərin
aradan qaldırılmasına çalıĢırdı.Rusiya Çinin onunla həmsərhəd rayonlarına böyük
satıĢ bazarı kimi baxırdı.1879-cu ilin oktyabrın 2-də Rusiya ilə Çin arasında saziĢ
imzalandı və Rusiya qoĢunları Çin ərazisindən çıxarıldı.Rusiya tacirlərinə Çinin
Ģimalında və qərbində gömrüksüz ticarət hüququ verildi.Bu ərazidə yerləĢən 7
Ģəhərdə Rusiyanın konsulluqları açıldı.Çin hökuməti 1879-cu il müqaviləsini
təsdiq etmədi və Rusiyanı müharibə ilə hədələdi.Rusiya hökuməti danıĢıqlara hazır
olduğunu bildirdi.24 fevral 1881-ci ildə Peterburqda Rusiya ilə Çin arasında yeni
müqavilə bağlandı və əvvəlki müqavilə ilə Rusiyaya edilmiĢ güzəĢtlərin
əksəriyyəti ləğv edildi.
Ġngiltərə Rusiya ilə Çin arasında ziddiyətlərin kəskinləĢməsinə çalıĢırdı.Lakin Çin
Rusiya ilə münasibətləri gərginləĢdirmək istəmirdi.Çünki Orta Asiyada Rusiya
hərbi cəhətdən Çindən güclü idi.Eyni zamanda Rusiyanın Uzaq ġərqdə Çinlə
sərhədləri lazımı Ģəkildə müdafiə etmək imkanları məhdud idi.Rusiya istəmirdi
ki,Çinlə münaqiĢə nəticəsində Avropada,Yaxın və Orta ġərqdə mövqeləri
zəifləsin.Çin höküməti yaxĢı bilirdi ki,Rusiya ilə müharibə nəticəsində ölkənin
potensialı zəifləyəcək və Qərb dövlətlərinin yeni tələblərini qəbul etməli
olacaq.Ona görə Çin Rusiya ilə bütün mübahisəli məsələləri dinc yolla həll etməyə
tərəfdar idi.1886-cı ildə Rusiya ilə Çin arasında əldə edilmiĢ razılığa görə tərəflər
Koreyanın ərazi bütövlüyünün saxlanmasına çalıĢmalı idi.
Ġngiltərə və Yaponya Uzaq ġərqdə Rusiyanın əraziləri üçün təhlükə
yaradırdı.Rusiya höküməti Uzaq ġərqdə hərbi qüvvə daĢınmasını asanlaĢdırmaq
üçün ölkənin mərkəzini Vladivastokla birləĢdirən dəmiryolu inĢa etdirmək qərarına
gəldi.Sibir dəmiryolunun çəkilməsini Rusiya burjuaziyasının iqtisadi mənafelərini
də tələb edir.
1891-ci ildə Rusiya höküməti Fransadan kredit alıb Sibir dəmiryolunun
çəkilişinə başladı.SĠBĠR dəmiryolu həm də Rusiyanın Çinlə iqtidasi əlaqələrini
geniĢləndirmək
məqsədilə
çəkilirdi.Rusiya
Uzaq
ġərqdəki
ərazilərini
qorumağa,Yaponiya ilə münasibətlərin tənzimlənməsinə çalıĢırdı.Rusiya istəyirdi
ki,Yaponiya Saxalinə olan iddialarından imtina etsin.1875-ci ilin mayında Rusiya
ilə Yaponiya arasında imzalanmıĢ müqaviləyə görə Yaponiya Saxalinə olan
iddialarından imtina etmiĢ,əvəzində Kuril adaları Yaponiyaya verilmiĢdi.
ÇİN-YAPON SAVAŞI:YAPONİYANIN KOREYADA ÜSTÜNLÜYÜ
UĞRUNDA MÜBARİZƏ
Yaponiya özünün inkiĢaf edən sənayesi üçün əlavə dəmir-filiz və kömür bazaları
yaratmağa cəhd edərək,Koreya və Çində(Cənubi Mancuriya)xammal bazarları
uğrunda əsl kompaniya aparırdı.Uzaq ġərq regionunda öz nüfuzunun yayılmasına
və möhkəmləndirilməsinə o,Rus-Yapon müharibəsindən xeyli əvvəl hazırlaĢmağa
baĢladı.
Yaponiya Koreyada Çinin mövqelərinin möhkəmlənməsi ilə barıĢmaq
istəmirdi.Yaponiyanın Koreya ilə iqtisadi əlaqələri zəifləmiĢdi.Yaponiya hökuməti
Koreya ərazisinə coxsaylı kəĢfiyatçılar göndərmiĢdi.Xarici siyasətin fəallaĢması
Yaponiyanın hərbi potensialı ilə bilavasitə bağlı idi.Çinə qarĢı müharibəyə
hazırlaĢmaqda Yaponiya hökümətinin məqsədi həm də əhalinin diqqətini ölkənin
daxili problemlərindən yayındırmaq idi.Çinə qarĢı müharibə yolu ilə Yaponiya
Koreyanı və Tayvanı iĢğal etmək niyyətində idi.1893-cü ildə Koreyada baĢlanmıĢ
kəndli üsyanı həm yerli feodallara,həm də xarici zülmə qarĢı yönəlmiĢdi.Üsyan
Koreya hökümətinin ciddi narahatlığına səbəb oldu.Çin yaranmıĢ Ģəraitindən
istifadə edib Koreyada öz mövqelərini möhkəmləndirməyə çalıĢırdı.Üsyanı
yatırmaq üçün Çin höküməti Koreyaya hərbi yardım təklif etdi.1894-cü ildə
Koreya höküməti Çindən xahiĢ etdi ki,qiyamçıları cəzalandırmaq üçün qoĢun
göndərsin.Ġyunun 9-da Koreya ərazisinə Çin qoĢunları göndərildi.Çin Tokiodakı
səfiri Koreyaya qoĢun göndərilməsi haqqında Yaponiya hökümətinə məlumat
verdi.Ġyunun 7-də Yaponiyanın Pekindəki səfiri bildirdi ki,onun höküməti
Koreyaya qoĢun göndərəcək.Ġyunun 9-da Koreyanın Ġnçon limanına artıq bir neçə
yapon hərbi gəmisi gəlmiĢdi.Yaponiya qoĢunları iyunun 10-da Koreyanın paytaxtı
Seula daxil oldu
.Çin və Koreya yapon qoĢunlarının Seuldan çıxarılmasını tələb
etdi.Yaponiya höküməti onların tələbini qəbul etmədi.Yaponiya Koreyanı iĢğal
etmək fikrində idi.Eyni zamanda Yaponiya iddia edirdi ki,Koreyanın Çin
tərəfindən
iĢğal edilməsini istəmir.Yaponiya Çinə qarĢı müharibəyə
hazırlaĢırdı.Çin höküməti hesab edirdi ki,Avropa dövlətləri ona kömək
edecək.Ġngiltərə Çinlə geniĢ iqtisadi əlaqələr yaratmıĢdı və heçbir dövlətin Çində
ona rəqib olmasını istəmirdi.Ġngiltərə Çini,Koreyanı və Yaponiyanı özündən asılı
vəziyyətə salmağa və Yaponiya ilə Çin arasında ittifaqın yaradılmasına
çalıĢırdı.Ona gorə Yaponiyanın Çinə qarĢı müharibəyə hazırlaĢması Ġngiltərənin
Uzaq ġərqdəki mənafelərinə zidd idi.Yaponiya Uzaq ġərqdə ticarət sahəsində
Ġngiltərənin rəqiblərindən birinə çevrilmiĢdi.Koreyanın Yaponiya tərəfindən iĢğalı
nəticəsində bu ölkədə Ġngiltərənin mövqeyi zəifləyə bilərdi.Yaponiya Avropa
ölkələri ilə imzalanmıĢ qeyri-bərabərhüquqlu müqavilələrin ləğvinə
çalıĢırdı.Ġngiltərə isə Yaponiyada mövqelərini qorumaq istəyirdi.Yaponiyanın
xarici ticarətinin yarısı Ġngiltərənin payına düĢürdü.1894-cü ilin iyununda Çin
höküməti Yaponiyaya qarĢı Ġngiltərədən kömək istədi.Eyni zamanda Çin höküməti
Ġngiltərədən
xahiĢ
etdi
ki,Yaponiya
sahillərinə
hərbi
donanma
göndərsin.Ġngiltərənin Pekindəki səfiri bildirdi ki,Ġngiltərə yapon qoĢunlarının
Koreyadan çıxarılmasını tələb edə bilər,lakin əvəzində Çin Koreyada islahatların
keçirilməsi,orada
Yaponiya
tacirlərinin
hüquqlarının
artırılması
ilə
razılaĢmalı,Koreyanın ərazi bütövlüyünə təminat verilməli idi.Çin arasında
müharibəyə qoĢulmaq fikrində deyildi.
1894-cü ilin iyununda Uzaq ġərqdə yaranmıĢ vəziyyət Yaponiyanın mənafeyinə
uyğun idi.Belə ki,böyük dövlətlərin heç biri Yaponiyaya ciddi müqavimət
göstərmək fikrində deyildi.Ġngiltərə Çinlə Yaponiya arasında müharibənin əleyhinə
idi.Ġngiltərə Yaponiya ilə münasibətlərin pozulmasını istəmirdi.1894-cü ilin iyulun
16-da Ġngiltərə Yaponiya ilə ticarət müqaviləsi imzalandı.1894-cü ilin iyulun 23-də
Yaponiya qoĢunu Koreyanın paytaxtı Seulu iĢğal etdi.Koreyada yeni hökümət
quruldu.1894-cü iliniyulun 25-də Yaponiya Çinə qarĢı müharibəyə baĢladı.1894-cü
ilin avqust-sentyabr aylarında Yaponiya və Çin qoĢunları arasında hərbi
əməliyatlar Koreya ərazisində aparılmıĢdı.1894-cü ilin oktyabrında yapon
qoĢunları Çinin Fintyan əyalətinə daxil oldu.Oktyabrın 24-də yapon ordusu
Lyaodun yarımadasına desant çıxardı.1894-cü ilin noyabrın sonunda yapon
qoĢunları Port-Arturu ələ keçirdi.Çinin hərbi qərargahlarından biri Port-Arturda
yerləĢirdi.1895-ci ilin fevralında Veyxayvey Ģəhəri yapon ordusu tərəfindən iĢğal
edildi.Yaponiya iqtisadi və hərbi cəhətdən Çindən üstün idi.
Uzaq ġərqdə cərəyan edən hadisələr Avropa dövlətlərini narahat edirdi.Rusiya
Koreyada müharibədən əvvəlki vəziyətin bərpasında maraqlı idi.1894-cü ilin
oktyabrında Ġngiltərə Çinə və Yaponiyaya öz vasitəçiliyini təklif etdi.Ġngiltərə
hərbi əməliyatların Tyantszın,Honkonq və ġanxay rayonlarına keçməsini
istəmirdi.Bu rayonların hərbi əməliyatlar zonasına çevrilməsi Ġngiltərənin iqtisadi
mənafeyinə zidd idi.Ġngiltərə təklif edirdi ki,Koreyanın müstəqilliyinə beynəlxalq
təminat verilsin və Çin Yaponiyanın hərbi xərclərini ödəsin.Çin höküməti
Ġngiltərənin təkliflərini qəbul etmədi.Yaponiya hərbi əməliyatları davam
etdirdi.1894-cü ilin noyabrında ABġ höküməti bildirdi ki,müharibə aparan tərəflər
arasında vasitəçilik edə bilər.ABġ Yaponiyanın köməyi ilə Uzaq ġərqdə
Ġngiltərənin və Rusiyanın mövqeyini zəiflətmək istəyirdi.Çin və Yaponiya ABġ-ın
vasitəçilik təklifini qəbul etdi.Çin höküməti Yaponiyaya güzəĢt etməyə hazır
idi.1895-ci ilin fevralın 1-də Xirosima Ģəhərində Çin və Yaponiya
nümayəndələrinin görüĢü keçirildi.Lakin Yaponiya höküməti Çindən göndərilən
nümayəndə heyətinin səlahiyətləri ilə razılaĢmadı və danıĢıqlar nəticəsiz baĢa
çatdı.Çin hökuməti Yaponiyaya daha geniĢ səlahiyətlərə yeni nümayəndə heyəti
göndərdi.Çinin nümayəndə heyəti 1895-ci ilin martın 18-də Yaponiyanın
Simonoseki Ģəhərinə gəldi.Çin və Yaponiya nümayəndələrinin ilk görüĢü 1895-ci
ilin martın 20-də keçirildi.Çin hərbi əməliyatların dayandırılmasına və barıĢıq
imzalanmasına çalıĢırdı.Martın 21-də Yaponiyanın nümayəndəsi bildirdi ki,Çin
höküməti Daqu,Tyantszin və ġanxayquan Ģəhərlərini,Tyantszin-ġanxayquan
dəmiryolunu Yaponiyaya verilməlidir.Yaponiya bilirdi ki,Çin onun təkliflərini
qəbul etmiyəcək.Yaponiyanın məqsədi hərbi əməliyatları sülh müqaviləsinin
imzalanmasına qədər davam etdirmək idi.Simoneseki Ģəhərində Çinin nümayəndə
heyətinin baĢçısına qarĢı terror aktının törədilməsi ilk növbədə danıĢıqları pozmağa
yönəlmiĢdi.Avropa
dövlətləri
Çinlə
Yaponiya
arasında
müharibənin
dayandırımasını tələb edirdi.Yaponiya Çinin paytaxtını iĢğal etmək istəyirdi.Eyni
zamanda,Yaponiya ehtiyat edirdi ki,Pekinin iĢğalı Çində yeni xalq üsyanına səbəb
olacaq.1895-ci ilin martın 30-da Çinlə Yaponiya arasında barıĢıq imzalandı.1895-
ci ilin martın 31-də Yaponiya hökuməti sülh müqaviləsinin layihəsini Çinin
nümayəndə heyətinə təqdim etdi.Nümayəndə heyəti çoxsaylı ağır Ģərtləri olan
layihəni Pekinə göndərdi.Çin hökuməti bildirdi ki,təzminatın miqdarı azaldılmalı
və Yaponiyanın ərazi iddiası bir rayonla məhdudlaĢmamalıdır.Yaponiya Çindən
həm də Koreyanın müstəqilliyini tanımağı tələb edirdi.1895-ci ilin aprelin 9-da
Çinin nümayəndə heyəti tərəfindən hazırlanmıĢ müqavilənin layihəsi Yaponiya
hökümətinə təqdim edildi.Çin tələb etdi ki,Yaponiya Koreyanın müstəqilliyini
tanısın.Çin hökuməti yalnız Lyaodun yarımadasını və Peskador adalarını
Yaponiyaya verməyə razı idi.
1895-ci ilin aprelin 17-də Simonosekidə Yaponiya ilə Çin arasında müqavilə
imzalandı.Çin Koreyanın müstəqilliyini tanıdı.Lyaodun yarımadası,Tayvan və
Peskador adaları Yaponiyaya verildi.Çin 200milyon lan(400 milyon manat)
təzminat ödəməli idi. Yaponiya vətəndaĢları Çinin açıq limanlarında sənaye
müəssisələri yarada bilərdi.Çinlə Yaponiya arasında yeni ticarət müqaviləsi
bağlanmalı idi.Çinin nümayəndə heyəti ölkəyə qayıtdı.Bu müqavilə Çində əhalinin
böyük narazılığına səbəb oldu.
Rusiya höküməti Uzaq ġərqdə hərbi donanmanın gücləndirilməsi,Rusiyanın Uzaq
ġərqdə Ġngiltərə və Fransa ilə birlikdə Yaponiyaya təzyiq göstərməsi haqda qərara
qəbul etdi.Rusiyanın xarici iĢlər naziri Ġngiltərə və Fransa ilə danıĢıqlara
baĢladı.Ġngiltərə və Fransa Koreyanı müstəqilliyinin qorunub saxlanmasına
tərəfdar idi. Ingiltərə Yaponiyaya qarĢı hərbi qüvvədən istifadə etmək fikrində
deyildi.Ġngiltərə Yaponiya ilə münasibətlərini yaxĢılaĢdırmaq istəyirdi ki,ondan
Rusiyaya qarĢı istifadə etsin.Ġngiltərə əmin idi ki,yapon qoĢunları Pekinə hücum
etməyəcək.Ġngiltərə Çindən əldə etdiyi böyük qazancı itirmək istəmirdi.Eyni
zamanda Yaponiyaya qarĢı mübarizədə Ġngiltərə Rusiyaya kömək etmək
istəmirdi.Rusiya Almaniya və Fransaya təklif etdi ki,Yaponiyaya qarĢı birgə etiraz
bəyanatı ilə çıxıĢ etsinlər.Almaniya əvvəlcə yapon-çin müharibəsində vasitəçilik
etmək istəmirdi.Lakin Almaniyanın Ġngiltərə ilə yaxınlaĢmaq cəhdləri uğursuz oldu
və onların arasında ziddiyətlər kəskinləĢdi.Ona gorə Almaniya Rusiya ilə siyasi
əlaqələri yaxĢılaĢdırmaq qərarına gəldi.1895-ci ilin aprelin 8-də Almaniya
höküməti bildirdi ki, Rusiya ilə birlikdə Yaponiyaya etiraz notası göndərməyə
hazırdır.Almaniya
ilk
növbədə
Uzaq
ġərqdə
öz
mövqelərini
möhkəmlətmək,Ģəraitdən istifadə edib Sakit okeanda hərbi dəniz bazaları yaratmaq
fikrində idi.Almaniyanın mövqeyi Fransanı Rusiyanın təklifi ilə razılaĢmağa
məcbur
etdi.Fransa
eyni
zamanda
Rusiya
ilə
ittifaqın zəifləməsini
istəmirdi.Rusiya,Almaniya və Fransanın eyni mövqedən çıxıĢ etmələri
Yaponiyanın gözəĢtə getməsinə səbəb oldu.1895-ci ilin mayın 10-da Yaponiya
höküməti bildirdi ki,Lyaodun yarımadsını Çinə qaytarır.1895-ci ilin noyabrında isə
Yaponiya bəyan etdi ki Simonoseki müqaviləsinin Ģərtlərinə yenidən baxılmasına
razıdır.Bu Rusiya diplomatiyasının böyük qələbəsi idi.Nəticədə Yaponiya Formoza
və Paskador adaları ilə kifayətlənməli oldu.Rusiya Avropa dövlətlərinin Çində
mövqelərinin möhkəmlənməsini istəmirdi.Çinin Yaponiyaya təzminatı ödəmək
üçün Rusiya ona 4%-lə 100 milyon manat kredit verdi.
[1]
Rusiya-Çin bankı
yaradıldı.
Dostları ilə paylaş: |