Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə52/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   48   49   50   51   52   53   54   55   ...   72

yayda heç yerdə xaş tapmaq olmur. Cəlil müəllim fikirləşirdi ki, əgər bayaq, Kamal 

gəlməmişdən bir az əvvəl çıxıb getsəydi, çox qiyamət olardı, indi çayxanada əyləşənlərin bir 

qismi elə güman eləyə bilər ki, Cəlil müəllim Kamalla söhbət eləyir, yaxud da, Allah eləməmiş, 

çayxanaya elə Kamalla bir yerdə gəlmişdir, tez durub getmək isə yaxşı düşməzdi. 

 

– Amma əvəzində keçən bazar günü bəsdi deyincə tıxmışıq. 



 

Rzanın zirzəmisində. Rza elə bu cür də dedi: “Ay uşaqlar, bu axırıncı xaşdır, növbəti xaş altı 

aydan sonra olacaq” – biz də möhkəm girişdik! Hərəmiz iki boşqab. Həm də and olsun, əgər 

yalan deyirəmsə, iki gözümdən olum, adama bir litr araq vurduq. Özü də necə araq! Xalis tut 

arağı, mənə Zaqataladan göndərmişdilər – od vurursan, gömgöy alov qalxır! Belə arağı... 

 


 

379


Qonşu stollarda əyləşənlərin Kamalın axmaq və nalayiq danışığına diqqətlə qulaq verdiklərini 

duyub, Cəlil müəllim onun sözünü yarımçıq kəsdi: 

 

– Axı ziyandır. 



 

Kamal təəccüb qaldı: 

 

– Kimə? 


 

– Canınıza ziyandır, – Cəlil müəllim Kamalın ağzından az-çox münasib bir söz çıxmasını 

gözləyirdi ki, bu sözdən yapışıb ədəbərkanla xoşagəlməz söhbətə son qoymaq mümkün olsun. O, 

Kamalın xatirinə dəymədən hər şeyi, adicə bir fürsəti bəhanə eləyib xudahafizləşməyə və çıxıb 

getməyə hazır idi, Kamal, əlbəttə, hörmətə layiq adam deyildi, ancaq indi o, Cəlil müəllimin 

stolunun kənarında oturmuşdu, bu səbəbdən də onun müəyyən dərəcə hörmətə qanuni haqqı 

vardı. 

 

– Ziyanı yoxdur, ziyanı yoxdur, – Kamal onu sakitləşdirdi, – bizim Bakı arağını içmək ziyandır, 



Allah bilir onu nədən çəkirlər, kimisi deyir ki, çürümüş kartofdan, kimisi də deyir ki, neftdən 

çəkirlər. 

 

Amma o araq yox, qiyamət şey idi – şeh kimi şəffaf, gül-çiçək ətri gəlirdi, heyf ki, qurtardı. 



Hərəmiz bir litr vurduq, amma olsa yenə də içərdik. Üç adam oturmuşduq – mən, montinli Firuz, 

bir də sənin qardaşın Simurq. İkinci şüşədən sonra Firuz, namusuma and olsun, elə getdi ki, 

Rzanın zirzəmisinə yatırtmalı olduq, mən də, sözün düzü, keflənmişdim, amma Simurq, mən 

bunu Simurq sənin qardaşın olduğuna görə demirəm, özün yaxşı bilirsən: mən pisi də, yaxşını da 

deməkdən çəkinən adam deyiləm, əgər Simurqun haqqında pis fikirdə olsaydım, açıqca sənin 

üzünə deyərdim. Ancaq bir şey demək istəyirəm: Simurq qiyamət adamdır, adam yox, şirdir! 

Əjdaha kimi içir! İçir, amma nə keflənir, nə də ağlını itirir. Mən Simurqun yolunda canımdan da 

keçərəm. Simurq qiyamət oğlandır, çox qiyamət oğlandır. Bilirsənmi, mən indi and içəndə, onun 

canına and içirəm, onun, bir də öz uşaqlarımın canına, Simurq mənim ən yaxın, ən yaxşı 

dostumdur. 

 

Cəlil müəllim Uzunqulaq Kamalla üzbəüz oturmuşdu, hərdən könülsüz-könülsüz bir qurtum çay 



içirdi, o daha ətrafındakı adamlara fikir vermirdi, hamamın da, çayın da ləzzəti tamam qaçmışdı. 

 

Cəlil müəllim fikirləşirdi ki, Kamalın, əlbəttə, heç bir təqsiri yoxdur, adını nahaq yerə Uzunqulaq 



qoymayıblar ki! Amma onun doğma qardaşı nə səbəbə Kamala qoşulmalıdır, nə səbəbə Cəlil 

müəllim kənar adamların yanında belə söhbətlərə qulaq asmalıdır, 28 axı bu adamların arasında 

xeyirxahları ilə yanaşı, heç şübhəsiz, onun rüsvayçılığına ürəkdən sevinən adamlar da vardı. 

Sonra o xatırladı ki, qardaşı neçə dəfə qonşuları özlərinə güldürmüşdü; gərgin vəziyyət, ağır 

fikirlər yenidən qayıtdı. Cəlil müəllim bilirdi ki, bütün günü bu vəziyyətdən yaxa qurtara 

bilməyəcəkdir. 

 

Cəlil müəllim qeyri-iradi özünə də, Kamala da çay süzürdü. 



 

Kamal, başlarını itirənə kimi içəndən sonra Simurqla şəhər bağına yelləncəyə minməyə 

getmələrindən danışmağa başlayanda, Cəlil müəllim istehzalı-istehzalı gülümsündü. Məxsusi 

onunla görüşmək üçün stoluna yaxınlaşan tanış adamların əlini sıxdı, mürəbbənin içinə düşmüş 

arını çıxardıb atdı, fikirləşdi ki, bu arı, heç şübhəsiz, onun pətəklərinin arılarındandır. Cəlil 

müəllim arının tələf olmasına heyifsiləndi. Onun eşitdikləri və gördükləri indi yenidən solmuş, 

anlaşılmaz olmuşdu, yaddaşında ləngimirdi, iz salmırdı. 

 


 

380


Cəlil müəllim bu lüzumsuz söhbətə mənasına fikir vermədən qulaq asır, eyni zamanda da özü 

tamam başqa şeylər xatırlayırdı, bu xatirələrdə nə Uzunqulaq Kamala, nə də bu yaxın vaxtlardan 

bəri baş verən əhvalatlara yer vardı. Atası öləndən sonra bütün ailənin dərdi-sərini çəkdiyi 

günlər, anasının və iki kiçik qardaşının – Simurqun və Tahirin, Cəlilin üstünə düşdükləri ağır 

müharibə günləri birdən gəlib gözünün qabağında durdu. Anasının qətiyyən savadı yox idi, arvad 

mikrobiologiya institutunda laborantlığa düzəldi, onlar qonşulara belə deyirdilər, amma əslində 

o, süpürgəçilik eləyirdi, dovşan və it qəfəslərini yuyub təmizləyirdi. Maaşı çox az idi, ancaq 

əvəzində, hərdən institut işçilərinə, elmi məqsədlər üçün istifadə edilmiş, sonra da öldürülmüş, 

yemək üçün yararlı, ziyansız olan bir şaqqa dovşan əti verirdilər... Elə bu vaxtlar Cəlil müəllim 

məktəbi atmağa məcbur oldu, səhərlər o, vağzalın qabağındakı meydanda qəzet satırdı, sonra 

evlərə məktub, qəzet aparırdı, günün ikinci yarısında isə şəhərin o başına, Budaqov bazarına 

gedir, burada dənə-dənə papiros, qənd, iris və başqa şeylər satırdı, bu şeyləri ona başsız qalmış 

ailəyə rəhmdillik eləyən, yazığı gələn uzaq qohumları, mağaza müdiri verirdi. Arıqlamış, həmişə 

aclıq çəkən, amansız Bakı günəşinin altında qapqara yanmış Cəlilin bircə arzusu vardı: böyüyüb 

babat qazanmağa başlayan kimi anasını o ağır işdən çıxartmaq, kiçik qardaşlarına savad vermək 

və uzaq qohumlarının, mağaza müdirinin yaxşılığından çıxmaq. Elə bütün arzularına da 29 

çatacaqdı. Amma müharibənin lap axırlarına yaxın kiçik qardaşı – Tahir öldü. Çox yatmadı, 

ancaq bir qarına ac, bir qarına tox keçinməkdən üzülmüş bədən üz vermiş yeni bəlaya – boğma 

xəstəliyinə dözmədi. Tahirin ölümü ananı yaman dərdə saldı, arvad yorğan-döşəyə düşdü, 

öskürməyə başladı, bu qayda oğlunun ölümündən sonra, ta ömrünün axırına kimi daha 

düzəlmədi. Cəlil ilk dəfəydi ki, yaxın adamının ölümünü görürdü, ona görə də bu fəlakətin, bu 

itkinin dəhşətini uzun müddət unuda bilmədi. Atası uzaqda, cəbhədə ölmüşdü, odur ki, 

qardaşının ölümünə qədər, o cür sağlam, gülərüz, deyib-gülən adamın bu dünyadan köçməsinə 

inana bilmirdi. Amma qardaşının ölümündən sonra inandı. 

 

Müharibə qurtarandan sonra işlər yavaş-yavaş yoluna düşməyə başladı – Cəlil bir müddət də 



poçtalyon işlədi, sonra onu “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif etdilər, rabitə 

idarəsində qüsursuz işlədiyini qeyd elədilər, iki il də keçəndən sonra isə, köhnə müdir təqaüdə 

çıxanda, Cəlil rabitə şöbəsinin müdiri oldu. Gəncliyinin haradan gəlib, haraya getdiyindən heç 

xəbər də tutmamışdı, ancaq buna heyifsilənmirdi də, qazandığını ötən illərin hamısına 

dəyişməzdi. 

 

Qardaşı Simurq məktəbdə oxuyurdu, ancaq hər halda abırlıbaşlı ailə uşağı kimi oxuyurdu. Cəlil 



müəllim qardaşının və anasının əyin-başına yaxşı baxırdı, abırlı geyinirdilər, özü də son dərəcə 

təmiz dolanırdı, işdən və evdən savayı ayrı yer tanımırdı. İşinə, vəzifəsinə münasibəti çox ciddi 

idi, buna görə də rəislərinin yanında yaxşı gözdə idi, ona tapşırılmış rabitə şöbəsinin işi dəfələrlə 

fəxri fərmanla qeyd edilmiş, şöbənin işçiləri, o cümlədən Cəlil müəllimin özü də pul mükafatı və 

qiymətli hədiyyələr almışdılar. O öz balaca təsərrüfatına da möhkəm uymuşdu. 

 

Bomboz asfalt döşənmiş həyəti yavaş-yavaş güllü-çiçəkli, bostanlı bağa çevirmişdi, Cəlil 



müəllim həyətdə bir balaca toyuq-cücə yeri də düzəltmiş, bura bir neçə hind toyuğu, firəng 

toyuğu salmışdı. 

 

Qardaşını da özünün çox xoşladığı işə alışdırmağa başladı, ona ağac calamağı, meynə kəsməyi 



öyrədirdi. Simurq bu işlərin hamısını asanlıqla, oynaya-oynaya eləyirdi, onu ciddi, ağlı başında 

olan böyük qardaşından fərqləndirən də elə bu idi. Məktəbdən qayıdandan sonra qardaşı sinif 

yoldaşları ilə birlikdə, əlində səbət küçələrə düşüb peyin yığırdı. Bu peyinlə Simurq və Cəlil 

müəllim bağlarını gübrələyirdilər. İlk vaxtlar qardaşı küçələri dolanıb peyin yığmağa 30 utanırdı, 

Cəlil müəllim bir gün bunu duyub, sakit-sakit onu başa saldı ki, burada elə bir utanmalı, biabırçı 

şey yoxdur, sonra da öz sözünü təsdiq eləmək üçün bir bazar günü Simurq və onun dostları ilə 

birlikdə Quba yoluna getdi. O vaxtlar avtomobil nəqliyyatı seyrək idi, buradan tez-tez hərbi 

arabalar, faytonlar, kəndli arabaları keçirdi, asfaltın üstünə bol əyani və göz qabağında olan 



 

381


eksponatlar tökülürdü, bu eksponatları təzə-təzə səbətə yığıb bağının torpağını gübrələyən 

işgüzar və müdrik adam materiyanın bir şəkildən başqa şəklə düşməsi, başqa cürə desək, 

əsrarəngiz və əbədi təbiətdə dövretmə prosesinin sürətləndirilməsində bilavasitə iştirak edə 

bilərdi. 

 

Cəlil müəllim məhəllədə çox oxumuş adam sayılırdı, ancaq dünya ədəbiyyatı deyilən möhtəşəm 



binanı təşkil eləyən bütün kitablardan – bir zamanlar yer üzündə yaşamış insanların heç biri hələ 

ömrü boyu bu binanın bütün mərtəbələrini və otaqlarını gəzib dolaşa bilməmişdir – onun payına 

çox az şey düşmüşdü – bircə kitab, Azərbaycan nağıllarını oxumuşdu, amma məmnuniyyətlə 

oxumuşdu. 

 

Ömründə oxuduğu bu bircə kitabı Cəlil müəllim hər ilyarım-iki ildən bir yenə də oxuyurdu, 



nağılların bəzilərində onu çox maraqlı süjet cəzb eləyirdi, bəzilərində vüsal yollarında şər 

qüvvələrin və cadugərlərin iyrənc fitnə-fəsadlarını dəf eləməyə çalışan sevgililərin düşdüyü 

vəziyyət onu kövrəldirdi. Zəngin və rəngarəng yumorun təsirindən ucadan qəhqəhə çəkib 

gülürdü. Arzu-kamlarına çatmış, bir-birinə qovuşmuş, adətən bir sarayda, yaxud cənnət bağında, 

qızıl balıqlar üzüşən hovuzun qırağında məhəbbətin səfasını görən sevgililər təsvir olunan yerləri 

– çox yekrəng, bəsit təsvirləri oxuyanda, qıpqırmızı olur və hiss ediləcək dərəcədə 

həyəcanlanırdı. 

 

Ən çox da onu heyran qoyan bu kitabdakı müdriklik və aydın, gözəl nəticə, ibrət dərsi idi, 



nağılların hamısının axırında bütün şər qüvvələr öz cəzalarını alırdılar, namuslu, zəhmətsevən, 

səmimi, valideynlərinə, yaxın adamlarına və dostlarına xeyirxahlıq eləyən adamlar isə çəkdikləri 

zəhmətin və sevgilərinin mükafatını artıqlaması ilə alırdılar, xalq, yaxud ədalətli hökmdarlar 

onları layiqincə qiymətləndirir, uca tuturdular; onlar ictimai və dövlət pilləsində yüksəkliklərə 

qalxırdılar, ancaq burada da yollarını azmır, təmiz vicdanla dolanırdılar. 

 

Cəlil müəllim sadə, asan başa düşülən ifadələrlə, özü dərk elədiyi kimi, Simurqa izah elədi ki, 



peyin ağacların və başqa bitki- 31 lərin boy atması üçün son dərəcə zəruri şeydir. Simurq və 

onun yoldaşları peyin yığmaqla faydalı və lazımlı iş görürlər, hər cür zəhmətin şərəfli olduğunu 

başa düşməyib, onları ələ salan adamlara isə fikir verməyinə dəyməz, çünki onlar – Simurqu və 

onun yoldaşlarını ələ salmağı özlərinə rəva görən adamlar ləyaqətsiz insanlardır, hətta demək 

olar ki, axırı itmiş adamlardır, onları yalnız səmimi tövbə, peşmançılıq xilas edə bilər. 

 

Həyatının bu dövründə Cəlil müəllim, heç şübhəsiz, xoşbəxt adam idi. Bir azca onu anasının 



səhhəti narahat eləyirdi, müharibə illərinin ağır itkilərindən sonra arvad özünə gələ bilməmişdi, 

son dərəcə dindar olmuşdu, hər gün oğlanlarının canına dua oxuyurdu. 

 

Cəlildən ötrü dəli-divanə idi, fərəhindən yerə-göyə sığışmırdı, oğlu işdən qayıdana kimi rahatlıq 



tapmırdı, dözə bilmirdi. Cəlil evdə olmayanda adı dilindən düşmürdü, tərifləyib göylərə 

qaldırırdı. 

 

Deyirdi ki, dünyada hər şeyi var, heç bir şeyə ehtiyacı yoxdur, ancaq Cəlilin evləndiyi günü, bir 



də Simurqun məktəbi qurtardığını görsəydi, yüz yaşayardı. 

 

Ana bu xoş günü də gördü, bir abırlı ailəyə elçiliyə getdi. Cəlil adaxlandı, qız qəşəng idi, cehizi 



də vardı. Bir sözlə, qaydasında, hamı necə, o da elə idi. Leyla yaxşı evdar qadın, yaxşı arvad idi, 

qayınanasına gəldikdə isə, ona yaxşı gəlin yox, mehriban, qayğıkeş qız olmuşdu, Məryəm 

xanıma əlindən gələn hörməti eləyirdi, əldənayaqdan gedirdi, qarıya – iki istəkli, ehtiramlı 

oğulun anasına qulluq göstərməyə, xoşuna gəlməyə çalışırdı. Gizlətməyin nə mənası, ilk vaxtlar 

məqsəd doğrudan da bu idi, elə Məryəm xanımın da əvvəllər işi-gücü yalnız gəlinə göz qoymaq 

idi: “Görək nə yuvanın quşudur”. Sonra isinişdilər, bir-birlərini ürəkdən sevdilər; gəlinqayınana 



 

382


arasında belə şey az-az olar. Bir-birlərindən aralı olmasalar da, bir evdə yaşasalar da, hər səhər 

görüşəndə ürəkdən şad olurdular; gəlinlərini evlərinə gətirdikləri vaxtdan ta o qara günə kimi. 

Məryəm xanım bu dünyadan köçənə kimi, tək bircə gün də bir-birlərindən ayrılmamışdılar. 

 

Qonşular da Cəlil müəllimin ailəsini hamıya nümunə göstərirdilər. 



 

Cəlil müəllim məhəllədə ən hörmətli adamlardan biri olmuşdu, hətta qonşu məhəllədə yaşayan 

prokuror Həsənov da bir az özünü yığışdırmalı, hər il keçirilən qeyri-rəsmi rayon birinciliyində 

fəxri yeri Cəlil müəllimə verməli olmuşdu. 

 

Qardaşı Simurq da onu məyus eləmədi, indi yaxşı oxuyurdu, hətta məktəbdən qayıdandan sonra 



kitabxanaya da getməyə başlamışdı, Cəlil müəllim onun bu hərəkətini təqdir eləyir, haqlı olaraq 

belə mülahizə yürüdürdü ki, kitabxanaya getməyin adama heç bir ziyanı ola bilməz. 

 

Cəlil müəllim hiss eləyirdi ki, qardaşı onu sevir, onunla fəxr eləyir. O da Simurqun hündürboy, 



qəşəng oğlan olacağını fikirləşəndə ürəyi sevincdən dağa dönürdü, qonşu evlərin qızları onun 

qardaşına çoxdan, az qala hələ yeddinci sinifdə oxuduğu vaxtlardan oğrun-oğrun baxırdılar. 

 

Bu vaxtlar Cəlil müəllim çox yaxşı qazanırdı; onun mülahizəsinə görə, onlar çox firavan 



dolanırdılar, pulları hər şeyə çatırdı, hətta dar gün üçün də bir az arxaya ata bilirdilər. Hər 

həftənin axırında Cəlil müəllim Simurqa cib xərcliyi verirdi. Simurq özü istəməyəndə də verirdi. 

Cəlil müəllim özünün Simurq yaşda olanda nə müsibətlər çəkdiyini xatırlayırdı, ona görə 

çalışırdı ki, qardaşının günü xoş keçsin, kino pulu da, dondurma pulu da verirdi, elə verirdi ki, 

Simurq ürəyi istəyəndə bir yoldaşını da kinoya dəvət eləyə bilsin, açığını desək, Cəlil müəllim 

qardaşına bir də ona görə pul verirdi ki, canından çox istədiyi kiçik qardaşının nazı ilə oynamaq 

xoşuna gəlirdi. Cəlil müəllim bilirdi ki, qardaşı parka rəqsə gedir, ancaq onu qınamırdı, 

məzəmmət eləmirdi. Fikirləşirdi ki, cavanlıqdır, böyüyər, özü başa düşər ki, mənasız, axmaq 

işdir, bəlkə də pozğunluqdur. Bu münasibətlə Cəlil müəllim qardaşına bircə kəlmə də 

deməmişdi, inanırdı ki, Simurqun damarlarında axan qan yaxşı qandır, atasının qanıdır, qoymaz 

yolunu azsın. Cəlil özü, ta evləndiyi günə kimi, tək bircə qadının da qoluna girməmişdi, qoluna 

girmək nədir, qadınla təkbətək, üz-üzə dayanmamışdı. 

 

Yayda, onuncu sinfi bitirdikdən sonra, Simurq axşamlar tez-tez evə gec gəlməyə başlayanda, 



Cəlil müəllim başa düşdü ki, işə müdaxilə eləməyin vaxtıdır. Demək olar, gecəni səhərə kimi 

yatmadı, sübh çağına yaxın qardaşının addım səslərini eşitdi, tələsik yataqdan qalxdı və elə bu 

cür, alt paltarında, darvazaya tərəf, qardaşının qabağına getdi. O səhər Simurqun sifəti qəribə 

olmuşdu, baxışı elə həmin baxışdı, gözlərində yorğunluq vardı, ancaq necə məsud idi, elə bil 

çıraq yanırdı, üzündə, nədənsə şişmiş al-qırmızı dodaqlarında isə indiyə kimi Cəlil müəllimin öz 

qardaşının üzündə görmədiyi qəribə bir təbəssüm dolaşırdı. Simurqun köynəyinin yaxası 

düymələnməmişdi, möhkəm, qüvvətli sinəsi tamam açıq qalmışdı. 

 

Əvvəl Cəlil müəllim qət elədi ki, Simurq evə sərxoş gəlib, bu fikirdən ürəyi düşdü, sonra 



diqqətlə baxanda boynunda iki yerdə tünd-qırmızı ləkə gördü, burnuna yüngülcə, çətin duyulan 

ətir dəydi, başa düşdü ki, Simurq sərxoş deyil. Cəlil müəllim bilmədi ki, buna sevinsin, ya 

sevinməsin. Gözünü zilləyib bir xeyli qardaşının üzünə baxdı, tək bircə dəfə baxdı, amma bu 

baxışda çox şey vardı. 

 

Simurq utanıb başını aşağı saldı, ağzını açıb bircə kəlmə də demədi, talvara, anasının axşamdan 



saldığı yerə tərəf getdi. Həmin səhərdən sonra Simurq daha bayırda çox ləngimədi, bircə dəfə də 

evlərinə saat on ikidən gec gəlmədi. Cəlil müəllim də həmin səhəri ona heç vaxt xatırlatmadı, bir 

kəlmə də demədi, onlar yenə axşamlar bağda işləyirdilər, işlərini qurtarandan sonra isə oturub 


 

383


nərd oynayırdılar, çay içirdilər. Bütün rayonda, bəlkə də bütün şəhərdə heç kimin Cəlil 

müəllimin qardaşından üzüyola yaxşı qardaşı yox idi. 

 

Cəlil müəllim Simurqun həm ən yaxın dostu, həm mehriban böyük qardaşı, həm də səxavətli, 



nazikqəlbli atası idi, ona görə ki, Simurqun ondan yaxın dostu yox idi, başqa qardaşı yox idi, 

atası isə Simurqun yadına gəlmirdi, atası cəbhəyə gedəndə Simurqun iki yaşı təzəcə tamam 

olmuşdu. Simurq Cəlil müəllimi nadir hallarda adı ilə çağırardı, adam arasında isə, özündən on 

iki yaş böyük qardaşına lazım olduğu kimi, hörmətlə “ağa dadaş” deyərdi. 

 

Ailədə hamının kefi kök idi, işləri yoluna düşmüşdü. Özünün və ailəsinin yaxşı adını adamların 



gözündə ucaltmaq, qorumaq üçün əlindən gələni eləyən Cəlil müəllim də xoşbəxt idi. 

 

Həmin yay Simurq tibb institutuna girirdi. İmtahanların hamısını verdi, heç birindən kəsilmədi, 



elə qiymətləri də pis deyildi, yaxşı qiymətlər almışdı. Qəbul etmədilər. Müsabiqədən keçmədi. 

Cəlil müəllim rektorun qəbuluna getdi, nazirliyə müraciət etdi, ancaq heç bir şey çıxmadı, 

köməyi olmadı. Cəlil müəllim nazirliyin binasından çıxdı, bir də imtahan vərəqinə baxdı, 

qiymətlərin hamısı dörd idi, tək bircə üçü vardı, sonra onu cırıq-cırıq elədi. İşə bir bax, ikicə 

baldan ötəri adamı instituta qəbul eləmirlər! Bu iş heç cürə Cəlil müəllimin ağlına batmırdı – 

adamların başına hava gəlib, nədir? Uşaq on il oxuyub, arzusu həkim olmaqdır, iki alan da deyil, 

imtahanların hamısını verib, amma qəbul eləmirlər. Nədir, nədir, ikicə balı çatmır! 

 

Cəlil müəllim Simurqun qiymətini kəsəndə əli titrəməyən müəllimləri tanımadığına çox 



heyifsilənirdi. Cəlil müəllim bu 34 adamlardan soruşardı ki, insanların taleləri ilə bu cür 

başdansovdu məşğul olmağa onlara kim ixtiyar verib? Axı elə üzünə baxan kimi görünür ki, 

Simurq dərrakəli, bilikli oğlandır, yox əgər dərhal görə bilmirsənsə, onda qarşında dayanıb, bir 

də soruş. Cəlil müəllim dilxor-dilxor fikirləşdi: bilet nədir, üç sual yazılmış bir parça kağız? 

 

Adamdan bir soruş ki, kimsən, hansı ailədə böyüyüb tərbiyə almısan, məgər atasız böyümək asan 



işdirmi, hər şeyi soruş, bil, sonra fikirləş gör nə qiymət vermək olar. Yox, əgər kefin yoxdursa, 

dilxorsansa, söhbət eləməyə həvəsin yoxdursa, onda heç imtahan götürməyə getmə, bir az 

bulvarda gəziş, fikrin dağılsın, axı sən insan taleyi həll eləyirsən! 

 

İnstituta girə bilməməsi Simurqa qardaşı qədər ağır təsir etməmişdi, o, Cəlil müəllimə bacardığı 



kimi təskinlik verir, onu başa salırdı ki, bu il tibb institutunda hələ indiyə kimi görünməmiş 

müsabiqə olub, əsasən yalnız imtahanların hamısından beş qiymət alanları, bir də bir, yaxud iki 

beş alanların bir qismini qəbul eləyiblər, özü də bunları az qala hamının, elə Simurqun özünün də 

ərizə verdiyi müalicə fakültəsinə yox, sanitar, yaxud pediatriya fakültəsinə götürüblər. Çox başa 

saldı, söz verdi ki, bütün ili möhkəm hazırlaşacaq, imtahanların hamısından beş alıb, gələn il hər 

necə olur-olsun instituta daxil olacaqdır. Köməyi olmadı, Cəlil müəllim təskinlik tapmırdı. On 

gündən sonra isə hərbi komissarlıqdan kağız gəldi. Simurqu əsgərliyə çağırdılar. Cəlil müəllim 

qardaşını yola salmaq üçün Biləcəriyə getdi, ömründə birinci dəfə, onun mülahizəsinə görə, 

böyük qardaşa, ailə başçısına yaraşan təmkinini pozdu. 

 

Simurqu bərk-bərk bağrına basıb, bir neçə dəfə öpdü, amma kiçik qardaşının yanında gözlərinin 



yaşarması lap biabırçılıq oldu, heç ona yaraşan iş olmadı, özü də qardaşına qoşulub ağlayan 

Simurqla yanaşı, vaqonun qabağında dayandıqları müddət ərzində heç cür özünü ələ ala bilmədi, 

hətta ona hərbi qulluqda karına gələ biləcək bir məsləhət-filan da verə bilmədi. 

 

Simurq getdi, ev elə bil boşaldı. Simurqun yeri yaman görünürdü. 



 

Məktubu tez-tez, günaşırı gəlirdi. Cəlil müəllim vaxtlıvaxtında cavab yazırdı, həyatda hər şey 

kimi bu işə də ciddi yanaşırdı, başı nə qədər qarışıq olur-olsun, hər məktubuna cavab yazırdı, az 


 

384


qala hər məktubun da axırında mütləq soruşurdu ki, bəlkə Simurqa pul, yaxud başqa bir şey 

lazımdır. 

 

Simurq maraqlı məktublar yazırdı, Cəlil müəllimin yalnız adlarını eşitdiyi müxtəlif yerləri təsvir 



eləyirdi. 

 

Əvvəlcə məktublar Ukraynadan gəlirdi. Simurq zərfin içinə Lvovun, Çernovitsanın və başqa 



şəhərlərin mənzərəli şəkillərini qoyurdu. Simurq yazırdı ki, burada, orduda şoferlik kursunu 

qurtarıb, indi hissədə qulluq eləyir, bu hissə haqda yazmağa, bir hərbiçi kimi, onun ixtiyarı 

yoxdur. Simurq “Döyüş və siyasi hazırlıq əlaçısı” nişanı ilə təltif olunanda Cəlil müəllim bütün 

dostlarını və qohumlarını, eləcə də həmişəki kimi, uzaq qohumlarını – mağaza müdirini dəvət 

eləyib, qonaqlıq verdi, yaxşılığı itirməyən Cəlil müəllim müharibə dövründən bəri bu mağaza 

müdirinə daim qayğı göstərir, xüsusi hörmət eləyirdi. Sonra məktublar xaricdən gəldi, özü də 

əvvəlki vaxtlara nisbətən xeyli seyrəldi, Cəlil müəllim qardaşından incimirdi, başa düşürdü ki, 

orduda qulluq eləmək zarafat iş deyil, adamın məktub yazmağa da vaxtı qalmır. Özü müntəzəm 

məktub yazırdı, evdə olub-keçənlərin, işindəki və məhəllədəki yeniliklərin hamısını yazırdı. 

Müntəzəm, hər ay o, tinlərindəki əmanət kassasına gedir, Simurqun adına on, bəzən də on beş 

manat pul qoyurdu. Cəlil müəllim yadından çıxartmırdı ki, ondan savayı bu dünyada Simurqun 

arxası yoxdur. Ordudan qayıdandan sonra ilk vaxtlar, ələlxüsus əgər instituta oxumağa getsə, 

yaxud cavanlıqdır, birdən evlənmək fikrinə düşsə, ona pul lazım olacaqdır. Bir o qədər də hər ay 

Cəlil müəllim öz adına əmanət kassasına pul qoyurdu – ailəli adam gərək gələcəyini də 

fikirləşsin, uşaqları haqda düşünsün. Bu vaxt Cəlil müəllimin iki uşağı vardı, oğlu Simurq əsgər 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin