zilləmişdi və dəqiq deyə bilərəm ki, ömrümdə heç kim mənə belə baxmayıb. Sən demə, bura
xəstəxanaymış. Bunu mənə sonra dedilər, ilk günlər nə özümə danışmağa icazə verirdilər, nə də
mənə bir şey danışırdılar.
Heç o biri uşaqların da bu xəstəxanada olduqlarını deməmişdilər.
Hamısını sonra danışdılar, dedilər ki, mən hamıdan gec özümə gəlmişəm. Yəqin ona görə ki,
mən ən balacasıyam və bədəncə hamısından zəifəm. Onda yeməkdən başqa heç nə yadıma
düşmürdü. Elə acmışdım ki, balışı çeynəməyə hazır idim. Ancaq ilk günlər şirədən, bir az
kəsmik və dumduru bulyondan savayı nə qədər eləsəm də heç bir şey vermirdilər. Yalnız beşinci
gün bir tikə paştet verdilər. Bundan dadlı şey yeməmişdim!
366
On gün sonra görüşdük – Əli, Kəmalə, bir də mən. Sabiri soruşdum, mənə danışdılar ki, Sabirin
halı çox xarab imiş, hətta siftə elə biliblər ki, daha yaşamaz. Heç demə, onda qanqrena
başlayıbmış, hətta qolunu kəsmək istəyiblər ancaq son iki gündə həkimlər bundan qəti vaz
keçiblər. Onun palatasına getmək istədik, buraxmadılar, dedilər ki, bu gün gəzdiyiniz bəsdi.
Dəhlizdə cəmicümlətanı on-on beş dəqiqə olmuşduq, amma palataya qayıdanda yaman
yorulmuşdum, ayaqlarım sözümə baxmırdı. Kəmaləynən Əli özlərini məndən daha gümrah hiss
eləyirdilər.
Yuxudan ayılanda çarpayımın böyründə iki nəfər oturmuşdu, biri mayordu. İkisi də jurnalist idi.
Biri hərbi qəzetdən, biri şəhər qəzetindən gəlmişdi. Mənə dedilər ki, yaman qoçaqlıq eləmişik və
bizə mükafat verəcəklər. Mənə isə, bir başçı, komandir kimi orden, ya da medal düşür. Elə
bildim, nə isə qarışıq salıblar və sonra heç bir anlaşılmazlıq yaranmasın deyə onlara dedim ki,
mən başçı deyiləm və heç vaxt da olmamışam. Bir-birlərinin üzlərinə baxdılar və birdən hərbiçi
mənə elə bir söz dedi ki, tamam mat qaldım. Sən demə, bunu onlara uşaqlar deyiblər, özü də hər
üçü – Əli də, Kəmalə də, Sabir də – bir ağızdan. Deyiblər ki, onların arasında başçı, komandir
mən olmuşam. Ömrümdə inanmaram ya Əli, ya da Sabir məni, hələ başçı olmaq cəhənnəm, heç
olmasa özlərinə tay hesab eləsinlər, axı ikisinin də həmişə məndən zəhləsi gedib. Ən qəribəsi də
buydu ki, o dəqiqə olmasa da, mayor deyənə inandım.
İnandım ki, zarafat eləmir.
Onlar mənə bir neçə sual verdilər. Sonra mayor soruşdu ki, almanca bilməyə-bilməyə, fövqəladə
partlayış cihazını işə salmaq hardan ağlıma gəlib. Axı ona görə biz azadlığa çıxa bilmişik. O,
şüşə qutunun üstündəki yazını tərcümə elədi: ora yazılıbmış ki, komendantın yazılı göstərişi
olmadan fövqəladə partlayış cihazı işə salan yerindəcə ölümlə cəzalandırılır! Bu cihaz partlayış
vasitəsi ilə avtomatik çıxış yolunu uzun müddətə sıradan çıxarırmış, yəqin elə ona görə də
fövqəladə adlanırmış və onu işə salmaq bu cür ciddi qadağan olunurmuş. Bir sözlə, ən müstəsna
hal üçün nəzərdə tutulubmuş.
Fikirləşdim ki, bu müstəsna hal nəhayət ki, baş verdi!
Mayor isə məni gözləyirdi. Gözləyirdi görsün ona nə cavab verəcəm. Hətta qələm-kağızını da
əlində hazır tutmuşdu. Dedim, ağlıma gəldi, vəssalam! Başqa nə deyə bilərdim? Ancaq mayor əl
çəkmirdi, min cür sual verir, çıxış yolundan tamam uzaq olan bu cihazı birdən-birə niyə işə
saldığımı öyrənmək istəyirdi. Yaxşı ki, elə bu vaxt yoxlama başladı, baş həkim içəri girdi. Və
onlardan bayıra çıxmağı xahiş elədi. Onlar dərhal mənimlə gülərüzlə görüşdülər və bir də
gələcəyik, deyib getdilər.
Onlar gedəndən sonra fikirləşdim ki, onsuz da gec-tez mən bu suala cavab verməliyəm. Yoxsa
bu mayor məndən əl çəkən deyil.
Bəlkə də dərhal cavab vermədiyimə görə, məndən incidi. Buna dərhal cavab vermək olar?
Bundan ötrü gərək hər şeyi başdanayağa danışasan; o bir-birini qıran esesçi skeletlərdən tutmuş
bütün yaxşılıqlara ölüm vəd eləyən danışıq kitabçasına kimi. Danışasan ki, gərək əvvəlcə bu
yaxşılıqları eləyən adamlar haqqında uzunuzadı düşünəydin, axı onlar ölümü gözlərinin qabağına
ala-ala bu yaxşılıqları eləmişdilər... və daha nələr, nələr barədə... Beynimdə hər şeyi ölçüb-
biçirdim ki, gələn dəfə mayora bunları necə izah eləyim, ona necə başa salım. Birdən ağlıma
gəldi ki, əgər faşist ölüm vəd eləyirsə, deməli, hökmən nə isə yaxşı şeyə görə vəd eləyir... Bu
barədə hələ çox fikirləşəcəkdim, ancaq birdən anamla atam içəri girdi və başladım onlar
haqqında fikirləşməyə.
Həm onlarla danışır, həm də düşünürdüm ki, bu dünyada mənə bunlardan əziz adam yoxdur.
367
Onlar mənə zəlzələdən söhbət açdılar. Heç demə, mən onda səhv eləməmişəm, – yeraltı təkan
həm gündüz olub, həm gecə. Həm bizim qəsəbədə, həm qonşu qəsəbədə bir neçə ev uçub,
xoşbəxtlikdən ölüm-itim olmayıb. Əvvəllər heç belə şey başıma gəlməyib: onlar yanımda ola-ola
ancaq onları fikirləşirəm.
ONDAN YAXŞI QARDAŞ YOX İDİ
İkimərtəbəli ağ hamam binasının yastı damına qoyulan tünd rəng çəkilmiş qazanlar şəhərin bu
uzaq rayonunda hansı səmtdən baxsan yaxşı görünürdü. Bu qazanların yeknəsəq uğultusu gecə
də, gündüz də ətraf məhəllələrə yayılır, hətta xəzri qopanda da həyətlərin hamısında eşidilirdi.
Məhəllə adamları qazanların səsinə alışmışdılar, heç elə bil onların uğultusunu eşitmirdilər.
Hamam keçən əsrin ortalarında tikilmişdi və o vaxtdan bəri bu rayonda beşinci, ya altıncı nəsil
qazanların uğultusu altında xoş güzəran sürür, doğub-törəyir, peşmançılıq çəkir, keşməkeşli
həyat mübarizəsində gah qalib gəlir, gah da məğlub olurdu. Hamam bu rayonun yeganə
məziyyəti, yeganə gəlməli yeri idi, ona görə də əsl hamam sərraflarının şəhərin o başından bura
çimməyə gəlmələri heç kimi təəccübləndirmirdi.
Qabaqlar hamamın qara sütun kimi göyə dirənən, sonra elə bil mina çəkilmiş mavi səmanın
fonunda tez-tez dəyişərək, gah əfsanəvi ağac, gah vəhşi heyvan, gah da quş şəklinə düşən tüstüsü
narahatlıq törədirdi. Küləkli havada küçələri qəhvəyi duman bürüyür, ağacların yarpaqlarına,
həyətlərdə sərilmiş paltarların üstünə qapqara, əl vuran kimi yayılan lopa-lopa qurum yağırdı.
Ancaq heç kim gileylənmirdi, görünür, adamlar tüstü və quruma kompensasiya qanununun labüd
nəticəsi kimi baxırdılar, bu qanuna görə insan əvvəl-axır hər bir yaxşı şeyin əvəzini verməlidir.
Hər bir ağlı başında olan adam da (bu rayonun sakinlərinin əksəriyyəti isə bu dərrakənin
sahibləri idilər) yaxşı başa düşürdü ki, iki və üçotaqlı nömrələri olan, divarlarına döşəmədən tam
tavanına kimi çəhrayı və zərif mavi rəngdə mərmər döşənmiş, ümumi salonunda hovuzu və
uzanacaqları, yüksək ixtisaslı kisəçiləri, eləcə də səhərin gözü açılandan ta gecə yarısına kimi
lumulu, ətirli çay verilən çayxanası olan qədim hamamın müqabilində tüstü və qurum çox cüzi
şeydir. Vaxt gəldi ocaqxanada odluğu dəyişdirdilər, mazutdan qaza keçdilər. İndi hamamın
bacasından ağır-ağır, dalğalana-dalğalana şəffaf qızmar hava çıxırdı, sürətli texniki tərəqqi
dövründə yaşayan işgüzar 11 adamlara qismət olmuş neçə-neçə əlavə nemətlərdən birini də
dərhal qiymətləndirməyə və ondan istifadə etməyə qabil təşəbbüskar məhəllə uşaqlarının əli və
iradəsi ilə bacanın üstünə yönəldilən çərpələnglər bu istiyə düşəndə qıc olmuş kimi qıvrılır və
yanırdı.
Cəlil müəllimin həyəti hamama, onun pəncərəsiz arxa divarına bitişik idi. Həyət məhəllədə ən
abad həyətlərdən hesab olunurdu, Cəlil müəllimin səyi sayəsində tamam yaşıllaşmış,
səliqəsahmana salınmışdı; onun şəhərin həyəti olduğunu bilməyən adam, elə güman eləyə bilərdi
ki, bu həyət Abşeronun dəniz səmtlərində salınmış üzümlü, əncirli, hələ üstəlik çalışqan və
səriştəli “torpaq sahibləri”nin nar və qara tut da əkdikləri bağlardan biridir. Cəlil müəllim yay
günü səhər hələ ala-toranlıqdan həyətinin ortasında dayanıb, dilxor-dilxor qazanların səsinə
qulaq verirdi, ona elə gəlirdi ki, bu gün qazanların səsi onu fikrini cəmləşdirməyə, gecə gördüyü
yuxunu yadına salmağa qoymur.
Hərdən yadına düşən, heç cür hafizəsində bir yerə toplaşmaq istəməyən təsəvvürlərdən anlayırdı
ki, gördüyü yuxu qarmaqarışıq, pis yuxudur, ancaq yenə də Cəlil müəllim onu yadına salmaq
istəyirdi, heç cür bu əzablı arzunun öhdəsindən gələ bilmirdi.
O, həyəti dolandı, talvardan düşmüş meynəni fikirli-fikirli qaldırıb yerinə qoydu, quşların bir
salxım üzümü dimdikləyib, tamam zay elədiklərini görüb dilxor-dilxor başını buladı, sonra da bir
368
neçə ləklik, uzunluğu beş, eni dörd metr bostana yaxınlaşdı. Burada Cəlil müəllim ilin
fəsillərindən asılı olaraq soğan, pomidor, turşəng, vəzəri, eləcə də cürbəcür gül-çiçək əkirdi.
Onun mülahizəsinə görə, birbaşa ləkdən yığılıb süfrəyə qoyulan göyərtinin cana ayrı faydası
vardı, elə bostanda işləməyin, torpaqda ayaqyalın gəzməyin də insana çox xeyri vardı – gün
ərzində bədənə toplaşan elektrik enerjisi ayağın altından torpağa axırdı. Bir tanış feldşer ona
demişdi ki, şəhərdə yaşayan adamın orqanizmində xeyli elektrik yığılır və asfalt elektriki
keçirmədiyi üçün bu enerji onun canından çıxmır.
Bu söhbət Cəlil müəllimə yaman təsir eləmişdi, indi o, tez-tez bu elektrikin onun kürək
nahiyəsində və başında möhkəm, ağır yumruq kimi düyünlənib, bütün əsəblərini sıxdığını çox
aşkar duyurdu. Bunu Cəlil müəllim bütün günü aydın hiss eləyir, ona görə də axşamlar mütləq
çəkmələrini çıxarıb, bostana gəzməyə düşür, 12 ayaqlarını torpağa basdırır, hər dəfə ağır
gərginliyin qumluğa necə axdığını hiss eləyib yüngülləşirdi. Ancaq Cəlil müəllimin ağıllı iş
görüb heç vaxt fikirlərini açıq deməyən arvadının və qızının mülahizəsinə görə, onun
orqanizmindən heç bir elektrik-filan çıxmırdı, hətta əgər həyətdəki bostanın torpağına müəyyən
miqdar enerji axırdısa da, onun canında o qədər elektrik, yaxud hələ elmə məlum olmayan başqa
enerji formaları qalırdı ki, bu enerji bütün Bakı bostanlarına və əkinlərinə artıqlaması ilə bəs
eləyərdi.
Bostanı dolanmaq çox çəkmədi, torpaq kifayət qədər nəm idi, ləkləri o, həmişə axşamlar, gecə
suvarırdı. Həyətin dib tərəfindəki tut ağacının yanına gəldi. Bu qollu-budaqlı tut ağacının altına
iki arı pətəyi qoyulmuşdu. Cəlil müəllim bu pətəklərlə fəxr elədiyi kimi, bütün şəhərdə bunlardan
savayı arı pətəyi yox idi; hər halda hələ indiyə kimi heç kim ona Bakıda bir başqasının da arı
saxladığını deməmişdi.
O, pətəklərin ahəngdar uğultusuna qulaq verdi, arılar yuxudan ayılmışdılar, amma pətəkdən
bayıra çıxmırdılar. Hələ çox tez idi, yarıaçılmış yuxulu çiçəklərin ləçəkləri şehli idi, arılar ani
səhər soyuğunun ötüb-keçməsini, ilıq havanı, nəm torpaq və ağac qabığı, bal və çiçək ətri, ilıq
insan nəfəsi duyulan havanı, onlara həyat gətirən havanı gözləyirdilər...
Arılara Cəlil müəllimin çox böyük məhəbbəti vardı. Hər dəfə bu zəhmətsevən, fədakar canlılara
tamaşa eləyəndə o, özündə bir sevinc duyur, mütəəssir olurdu. Söhbət vaxtı dostluqdan və ağıllı
davranışdan tutarlı misal çəkmək lazım gələndə Cəlil müəllim mütləq arılardan söz salırdı. O,
qəti bu qənaətə gəlmişdi ki, əgər insanlar arılardan bir-birlərinin xatirinə canlarından keçmək
xasiyyətini mənimsəyə bilsəydilər, çox şey qazanardılar. O, qarşılıqlı hörmətdən, paxıllığın
ziyanından danışanda da arılardan söhbət salırdı. Həmişə də arıları xatırlaması çox inandırıcı
olur, yerinə düşürdü. Ancaq söhbət insanların nanəcibliklərindən düşəndə, həmişə belə
söhbətlərdən sonra, özü düzgün həyat yolu tutduğu üçün bir razılıq hissi duyan Cəlil müəllim,
arılara isnad eləyə bilmirdi. Amma o, ümid edirdi ki, pətəklərin, yaxud tək-tək arıların həyatına
göz qoymaqla bir vaxt arı ailələrində ən dəhşətli qüsura – nanəciblik mərəzinə mübtəla
varlıqların olmadığını da inandırıcı surətdə sübut eləyən səciyyəvi xüsusiyyətləri tapacaqdır.
13 Bu müşahidələrdən o, gələcək söhbətlərində istifadə etmək, onları rövnəqləndirmək istəyirdi,
Cəlil müəllim belə söhbətlərə ehtiyac duyurdu və fürsət düşən kimi onu başlamağa hazır idi.
Nə isə bir başqa qarışığı olan qara, qoyun iti eyvanda, pilləkənin qabağında, balaca döşəkçənin
üstündə yatmışdı, Cəlil müəllim başının üstündə dayananda it gözünü açdı, yuxulu-yuxulu baxdı
və təzədən yatdı.
Cəlil müəllim asta-asta eyvana qalxdı, mətbəxə keçdi, soyuducudan bir parça içalat çıxartdı,
xırda-xırda boşqaba doğradı, üstünə çörək də əlavə elədi və götürüb təzədən həyətə qayıtdı. İt
369
tənbəltənbəl qalxdı, boşqaba yaxın gəldi. Cəlil müəllim çox istəyirdi ki, it ona quyruq bulasın. İt
iki ağıza boşqabı təmizlədi, sonra elə buradaca qoyulmuş tasdan bir az su yaladı və təzədən
uzandı. Cəlil müəllim ona bir təpik vurdu, it həmişəki kimi zingildədi və kənara sıçramaq istədi,
ancaq kəndir qoymadı. Cəlil müəllim qapısına gətirəndə bu, körpə küçük idi, ilk vaxtlar o,
küçüyə süd verirdi, bir müddət keçəndən sonra isə ona bazardan ət, içalat almağa başladı.
Cəlil müəllim iti təmiz saxlayırdı, iyrənsə də canını dişinə tutub, həftədə bir dəfə çimdirirdi.
İtin tərbiyəsinə o, çox fikir verirdi, Cəlil müəllimin fikrinə görə, məqamında, haqqına sərt
olurdu. Nahaq yerə döymürdü, döymək lazım gələndə isə – küçük ev-eşiyi batıranda, yaxud
gecəyarısı hürəndə, Cəlil müəllim onu məhz iti döymək üçün hazırlanmış şallaqla döyürdü, özü
də elə döyürdü ki, onurğa sütunu, yaxud başqa bir sümüyü zədələnməsin. Layiq olanda mütləq
mükafatlandırırdı – tumarlayır, konfet verirdi. Böyütdü. Tək-tək adam itə belə qulluq eləyərdi,
özü də bu cür qatışıq, cinsi naməlum itə! Cəlil müəllimə ən çox yer eləyən o idi ki, it onun
qapısında böyümüşdü, onun yalını yeyib az qala canavar böyüklükdə olmuşdu, amma onu sahib
yerinə qoymurdu.
Cəlil müəllimin həyətə girdiyini görəndə it qaçıb kolluğa soxulurdu, ondan uzaq dolanırdı,
gözlərini Cəlil müəllimə zilləyir, qəmgin-qəmgin baxırdı. Heç kim də bunu görmürdü. Nə ev
adamları, nə də qonum-qonşular. Kimin nə işinə qalmışdı ki, həyət iti kimə necə baxır, həyət-
bacanı yaxşı qoruyurmu, kifayətdir!
Amma Cəlil müəllimə ağır gəlirdi: it hamıya şırmanır, ancaq onu görən kimi tamam dəyişirdi.
Cəlil müəllim dünən axşam iti tutub 14 bağlamışdı, bütün günü açmamışdı. İstəyirsən bütün
günü səhərdən axşama nə yal ver, nə də bir tikə çörək, təki burax getsin Cəlil müəllimin
qardaşının həyətinə. Beş-altı dəfə Cəlil müəllim özünü elə tutmuşdu ki, guya itin harada
olduğunu bilmir. O, fit də çalmışdı, səsi gəldikcə: “Bozdar, Bozdar!” da çağırmışdı, ancaq it ona
fikir də verməmişdi. Heç elə bil onu çağırmırdılar. Axırda Cəlil müəllim oğlunu onun dalınca
göndərməli olmuşdu.
Hələ məsələ bununla qurtarsa, dərd yarı idi, rüsvayçılıq orasıydı ki, uşaq onu evə tərəf çəkirdi, it
də ayaqlarını yerə dirəyib dartışırdı, az qalırdı xaltası boğazından çıxsın, elə bil ki, evə yox,
diridiri dərisini soymağa aparırdılar. Cəlil müəllim iti möhkəm şallaqladı ki, daha özgənin
qapısına dadanmasın. Bozdar qəzəbli-qəzəbli mırıldayırdı, ancaq tutmurdu, qorxurdu. Cəlil
müəllim isə istəyirdi ki, Bozdar onu tutsun, onda bəlkə də döyüb öldürərdi, özü də lap ədalətli iş
tutmuş olardı.
Cəlil müəllim itə bir təpik də vurub, evə, şeylərini götürməyə getdi – hamamın lap yaxşı vaxtı
idi. Bayaq arılara tamaşa eləyərkən duyduğu xoş əhvali-ruhiyyədən, sakitlikdən indi heç bir əsər-
əlamət qalmamışdı. “İtin həyətin o biri tərəfinə qaçmağının səbəbi məlumdur, qəsdən, mənim
acığıma aldadıb qapılarına dadandırırlar, bunların hamısı o ləçərin işidir, başqa it olsa, əlinə
dəyənək alıb qapıdan qovardı, amma bunu mənim qanımı qaraltmaq üçün aldadıb aparır”.
Şalvarı pilləkənin ortasında dikəlmiş mıxa ilişdi, Cəlil müəllim ayağını zərblə atanda balağının
köbəsi tikiş yerindən cırıldı. Cəlil müəllim hiss elədi ki, bütün varlığını kimə və nəyə qarşı
yönəldiyi məlum olmayan dumanlı, mənasız bir hiddət bürüyür. Dişlərini qıcayıb evə girdi,
çəkici götürüb bayıra çıxdı, mıx görünən pillənin üstündə dayandı. Bazar gününün sübhçağına,
bu tamam səssizsəmirsiz sakitliyə yaraşmayan, dəhşətli, qulaqbatırıcı çəkic zərbəsi eşidildi.
Birinci zərbədən sonra ikinci zərbə guruldadı...
Zərbələrarası fasilə yatanlara yəqin ki, əslində olduğundan daha uzun gəlirdi. Ola bilsin, bəziləri
bir il qədər uzun gələn bu ani müddət ərzində fikirləşmişdilər ki, zəlzələ oldu, tozanaq qopdu,
atom bombası atıldı, ola da bilərdi ki, ikinci zərbə həmin adamın yaddaşından bu təsəvvürü
370
silmişdi, amma onun yerində çapıq qalmışdı, bu çapıq sağalana və gələcəkdə tamam itib-gedənə
kimi o, dönə-dönə səksənib yuxudan dik atılacaq, canını yapışqan kimi soyuq tər 15 basacaqdı...
Cəlil müəllim mıxı döyəcləyir, daha dərin vurmaq istəyirdi; çəkiclə döyüşməkdən taxta
çalalanmış, mıxın başı az qala tamam itmişdi, amma Cəlil müəllim hələ də var gücü ilə onun
başına-başına vururdu. Hər dəfə vuranda da ona elə gəlirdi ki, tanış kəmsavad feldşerin sirli,
əsrarəngiz nəzəriyyə qanununa görə hirs yavaş-yavaş onun xirtdəyini, sinəsinin taxtaya dönmüş
sol tərəfini, çiynini buraxır və gərginləşmiş qoluna, keyimiş biləyinə, isti ovcuna axır, oradan da
çəkicin başına tökülür.
Səs ətraf məhəllələri götürmüşdü, hər zərbədən sonra da havaya dairə-dairə səs dalğaları qalxır,
havalanıb sürətlə ətrafa yayılırdı, zərbələr yeyinləşir və bir-birinin ardınca qalxan dalğalar
nəhəng tor yaradırdı: bu torun lap aşağısında, lap mərkəzində bu gözəl yay səhəri yuxudan
hamıdan tez qalxmış bir adam oturmuşdu. O, qanrılıb arxasına baxmasa da, qardaşının külfətinin
vahimə içində həyətə töküldüyü hiss edir, görürdü; o bilirdi ki, əgər çevrilib geri baxsa, seyrək
yaşıllığın, canlı hasarın arxasından təəccüb və çaşqınlıqla baxan qardaşının üzünü görəcək.
Cəlil müəllim geri qanrılmadı, başını qaldırıb öz evinin qapısına baxdı, alt köynəyində qapının
ağzında dayanmış arvadı ilə gözgözə gəldi, çəkici yerə qoydu, arvadına salam verdi və təmiz alt
paltarı yığılmış hamam çamadanını götürmək üçün sivişib onun böyründən içəri keçdi.
Əlində çamadan otaqdan bayıra çıxdı, arvadına dedi:
– Pilləni bərkidirdim. Pilləsiz pilləkən çox xatalı şeydir. Elə bilirdim ki, öz pilləkənimin pilləsinə
mıx vurmağa ixtiyarım var.
Özü də lap vaxtında vurmuşam, səhər-səhər. Günortaya kimi yatmağa vərdiş eləyən adamların
yuxudan nə vaxt qalxacaqlarını gözləyə bilmərəm. Olmaya səs-küy salıb kimi isə narahat
eləmişəm?
Arvadı tələsik dedi:
– Yox, yox, mən onsuz da ayılmışdım.
Cəlil müəllim pilləkəni endi, sonra arvadına tərəf döndü:
– Mən iki saata gəlirəm, sən, arvad, bağışla məni. Tamam yadımdan çıxmışdı, səhər hələ indi
açılır. Taqqıltı yəqin otaqda da eşidilirmiş. Hə?
Arvad dedi:
– Eyibi yoxdur, sən mıxa bir-iki çəkic vurmaqla heç kimə heç nə olmaz! Nəhayət, ömründə bir
dəfə sənin də öz evində bir şey eləməyə haqqın var.
Cəlil müəllimin soyuq barmaqları hələ də yumulub açılırdı, bir də sağ gözü səyriyirdi, yanağının
dərisi, sağ gözünün altı tez-tez dartılırdı.
Küçə çox seyrəklik idi, gediş-gəliş yox idi, bazar günləri dalandar da yuxudan həmişəki vaxtdan
gec oyanırdı. Cəlil müəllim özözünə fikirləşirdi ki, əgər həmişə, bütün il boyu, günün hər vaxtı
hava bax, elə bu cür, bu səhər çağı kimi gözəl, sərin, küçələr həmişə seyrəklik olsaydı, yaxşı
olardı, yoxsa tünlüyün, basabasın nə xeyri! Qarışıqlıq olur, itələşmə düşür, adam əsəbiləşir.
371
O, müharibədən əvvəlki gözəl günləri xatırladı, o vaxt Bakıda indikindən qat-qat az camaat
vardı, hamı da bir-birini tanıyırdı.
Adamlar küçədə qabaq-qabağa gələndə mütləq salamlaşırdılar, özü də əvvəl kiçik salam verirdi.
Hamı bir-birinə hörmət eləyirdi, doğrudur, hərdən ağızlaşanlar da olurdu, ancaq belə şeylər az-az
idi.
İndiki küçə ilə o vaxtın küçəsini heç müqayisə etmək olmazdı.
Amma hamam heç dəyişməmişdi, elə necə vardı, o cür də qalmışdı, salonun ortasındakı hovuz
da həmin hovuz idi, ancaq qızıl balıqlar salmışdılar. Bəlkə elə əvvəllərdə balıq vardı? Yaddaşı
yavaşyavaş xarab olurdu.
Divardakı şəkil – qış vaxtı meşə bulağının başında, qarın içində dayanıb xumar-xumar baxan,
rəngbərəng Hollandiya kaşısından düzəldilmiş maral şəkli də həmin şəkil idi. Əvvəllər olduğu
kimi, indi də buradan tünd həna ətri, qarışıq xəfif kif iyi gəlirdi.
Kassir Rəxşəndə gülümsüyə-gülümsüyə onun salamını aldı, dinməz-söyləməz ona dürgəklənmiş,
üstündən də ensiz kağızla qurşaqlanmış iki mələfə və bir qəlib də göy sabun uzatdı.
Rəxşəndə əvvəlcə Cəlil müəllimdən arvadının, oğlunun kefini soruşub dedi:
– Hüseyni yarım saatdan sonra göndərərəm.
Cəlil müəllim bir zamanlar gördüyü həmin gözəl qadına çox az oxşayan Rəxşəndənin üzünə,
əvvəlki görkəmi dəyişmiş yanaqlarına, nazik xətt kimi çəkilmiş qaşlarına, ətlənmiş sallaq
buxağına, üzünün solmuş dərisinə baxırdı.
O, otuz ikinci nömrəyə gedə-gedə də bu qadın haqqında fikirləşirdi; Rəxşəndə həmişəki kimi ona
yenə də bu hamamdakı ən yaxşı nömrəni vermişdi.
Rəxşəndə Cəlil müəllimdən on iki-on dörd yaş böyük idi. Bu hamamda isə qırx ilə yaxındı
işləyirdi. On beş yaşında gəlmiş və elə o vaxtdan da burada qalmışdı.
Əvvəllər anasının, çox usta kisəçi Dilbazi xanımın əlinin altında işləyərdi. Dilbazi xanım
qadınlar arasında hər cür çıxıqları tez və rahat salmaqda, üz almaqda ad çıxartmışdı, onun aldığı
üzə də bir də nə tük gələr, nə də yeri-izi bilinərdi, sifətin dərisini vaxtından on il, hətta bəzən on
beş il keçəndən sonra da zərif, təravətli saxlamağın sirlərinə vaqif idi. Elə dərman bilirdi ki, başa
çəkəndə tük sıx gəlir və saçın rəngi çox xoş olurdu, bədənin bütün gecəni açılmış qönçə kimi ətir
saçması, səhərlər gözlərin aydın, duru olması, göz qapaqlarının şiş görünməməsi üçün nə etmək
lazım olduğunu bilirdi. Qız köçürən olanda isə gəlini toy günü mütləq Dilbazi xanım çimdirər,
hazırlayardı. Hələ toya xeyli qalmış qızın anası, xalaları Dilbazinin yanına gələr, danışardılar,
Dostları ilə paylaş: |