Səh. 2-də Səh. 8-də Səh. 5-də Səh. 10-da İbrahimxəlil r e g I



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix31.01.2017
ölçüsü2,62 Mb.
#7260
1   2   3   4   5   6

Vaqif İsaqoğlu,

hərbi jurnalist

Əziz oxucu, burda şairin həyatı və yaradıcılığı 

ilə bağlı yazdığım fikirlərimi yekunlaşdırıram. 

Son olaraq onu demək istəyirəm ki, Paşamızın 

həyat  və  yaradıcılığı  bir-biri  ilə  tam  üstə 

düşdüyündən,  mən  onları  bir-birindən  ayır-

madım – bir-birinə sarmaşıqlı verdim. Of, nə 

gözəl  olardı  bütün  insanların  sözü  ilə  əməli 

beləcə,  Nizamii  Paşa  şəxsiyyətində  olduğu 

kimi, üst-üstə düşəydi, canbir, dilbir olaydı!..

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin 

kollektivi görkəmli şair Nizami Saraclını 65 

illik  yubileyi  münasibətilə  təbrik  edir,  ona 

möhkəm cansağlığı, uzun ömür və yaradıclıq 

uğurları arzulayır! 

Nizami Paşa Saraclıya

Daha nələr yazım, Nizami Paşa?..

...padşahı pürxətər poşası yıxdı.

Nə desən varımdı: həsrət... həyəcan...

bircə ümidimin paşası yoxdu.

Eyy !.. indi qəhrəman olmağa nə var:

 o vaxt bircə diri-duru gələydi!

Deyirdim xilaskar gözləyənlərtək:

 oğuz bəylərinin biri gələydi!

Bu indi belədi – asan və ucuz:

 əyri də Əyriqar yoluna çıxır.

Bir əmanətim var “ucqar” adında;

 durub gəlininə, oğluna çıxır...

Beynəva dünyanı birdən düzəltmək

 nədi ki qüdrətin qaib əlində? 

Bir də Başkeçiddən Qaraçöpəcən 

qalmasın heç nökər-naib əlində!..

Daha nələr yazım, Nizami Paşa?..

...qoşa qanada da qoşa ox olur.

And olsun qələmə, yazılanlara!  – 

paşa gələn təki poşa yox olur...

İbrahimxəlil

Dünyamızın dəli dərvişi, yaxud da 

şair Nizami Paşa Saraclıya salam... 

№09 (184) 30.06.2015

7

Mənəviyyat

№09 (184) 30.06.2015

6

Sizcə nədir məsafələr? Bizi bir-birimizdən 

ayıran? Ya bizə birlikdə olduğumuz anların 

dəyərini bildirməyə çalışan? 

Nədir o? Bizim qatı düşmənimiz? Bəlkə,  

əslində  var  olub,  görmədiklərimizi  bizə 

göstərməyə çalışan dostumuz? 

Məsafə  hər  şey,  həm  də  heç  nədir. 

Məsafə dediyimiz bu məfhum ancaq cis-

miniz üçün keçərlidir, ruhunuz üçün deyil. 

Önümüzdə  çətinliklər,  məsafələr  durursa 

əgər,  öz  arzularımızdan,  hədəflərimizdən 

əlimizi  üzməyimiz  iradəsizlikdən  başqa 

bir şey deyildir. 

Hər  gün  nə  qədər  xəyallarımız  olur 

gerçəyə sığmaz, amma bir gün bir gerçək 

olar xəyallara sığmaz. 

Hədəfi dəqiq olmayan insanın hərəkətləri 

sərxoş  odunçunun  ağacı  yonmasına  bən-

zəyir. 


Qaraqan

Əgər  məqsədiniz  varsa,  bunun  üçün 

içinizdə inam,  əzm də olmalıdır. Çətin və 

mümkünsüz kimi düşüncələrə qapılmayın, 

iradəli olun. 

Uzaq  və  imkansız  görünən  bir  şey,  bir 

anda yaxın və mümkün ola bilər. 

Tolstoy

Biz nə qədər inkar etsək də ətrafdakıların'ın 

fikirləri,  qınaqları  bizim  həyatımızda 

rol  oynayıb,  bizi  izləyir  və  şüurumuza 

təsir  edir,  ya  da  etməyə  çalışır.  Bunun 

nəticəsində kimisi öz planlarından daşınır, 

kimisi də başladığı bir işi yarımçıq qoyur. 

Bizim bədbəxtçiliyimiz, zəif nöqtələrimiz 

də elə buradan başlayır. 

Bu  bizi  yanlışlardan  da  qaytara  bilər, 

bizi qarşıda gözləyən, qazana biləcəyimiz 

uğur  və  nailiyyətlərdən  də  məhrum  edə 

bilər. Özünüz olun, başqalarının hər ağız-

burun  əymələrinə  fikir  verməyin.  Biz 

həyatda bəzən elə məqamlarla qarşılaşırıq 

ki, bizə elə şans verilir ki,  əgər ona tərəf 

biraz  addımlasaq  həyatımız  dəyişib, 

hədəflərimizə  daha  yaxın  ola  bilərik, 

amma bunun üçün də bəzi seçimlər edib, 

addımlar atmalıyıq. Odur ki, biz iradəmizin 

idarəsini öz əlimizə almağı bacarmalıyıq. 

Bilirsiniz  necədir,  hərdən  insan  nail  ola 

biləcəyi  şeyləri  öz  şüurunda  heç  cəhd 

etmədən elə həkk edir ki,  ''mən bunu ba-

cara bilmərəm'',  ''mənlik deyil'', ''mən nə 

edim-icazə vermirlər''

-Stop, Stop!!!

Sən bu vaxta qədər mümkünsüz gördüyün 

çox  şeyi  bacara  bilərsən.  Sadəcə,  bir  az 

cəsarət,  bir  az  özünə  inam  və  artıq  sən 

arzularına bir addım daha yaxınsan. Yetər 

ki, istə, cəhd et, çalış. 

Əsas  odur  ki,  sizin  həyatda  arzunuz, 

hədəfləriniz  olmalıdır,  bilməlisiniz  bu 

həyatda  nəyə  nail  olmaq  istəyirsiniz.  Və 

bunun üçün də var gücünüzlə, iradənizlə 

çalışmalısınız. 

Ümid edirəm ki, söhbətimiz sizdə müsbət 

təəssürat  yaradacaq  və  bu  söhbətimiz 

özünüzə inanmağınızın, cəhd etməyinizin, 

çalışmağınızın nə dərəcədə vacib olduğunu 

anladıb, sizə hər zaman uğur gətirəcəyini 

xatırladar. 

Sonda:

Cəsarət inamın yarısıdır. İnandığın amma 

edə bilmədiyin bir şeyə cəsarət etsən, işin 

yarısını həll etmiş olarsan. 

Elcan Hacıyev

Marneulinin musiqi məktəbi 55 illik 

yubileyini qeyd etdi

Marneuli  Mədəniyyət  Evində 

musiqi  məktəbinin  55  illik  yubiley 

gecəsi təşkil olundu.

Tədbir  çərçivəsində  musiqi  mək-

təbinin  pedaqoqları  və  şagirdləri 

tamaşaçılar qarşısında insanların xa-

tirəsinə  həkk  olunmuş  musiqi  par-

çaları səsləndirdilər. 

Yubiley  gecəsində  Marneuli  bə-

lədiyyəsinin,  icra  hakimiyyətinin 

rəhbər şəxsləri, elmi-mədəni təbəqə-

nin  nümayəndələri  və  digər  dəvət 

olunmuş qonaqlar iiştirak etdilər.

Tədbirin sonunda musiqi məktəbinin 

direktoru  İrina  xanım  Samxaradze 

qonaqlara dərin təşəkkürünü bildirdi, 

tədbirdə çıxış edən hər kəsə gələcək işlərində uğurlar arzuladı

Musiqi məktəbinin yubiley gecəsi bəstəkar Qia Qançelinin “Səma rəngli dağlar yaxud 

inanılmaz xəbər” kinofilmindən məşhur bəstəsi ilə sona çatdı.

Ən qədim Quran qaresinin səs yazısı tapılıb

Müqəddəs Qurani-Kərim qaresinin 130 il bundan əvvələ aid olan qədim səs yazısı tapılıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, müqəddəs Kəbədə ayələri oxuyan naməlum 

qarenin səsi fonoqrafla 1885-ci ildə yazılıb.

Audioyazı həmin il Niderland hökumətinin təqaüdü ilə Məkkəyə gələn islamşünas Kristian 

Snuk Qürxonya tərəfindən qeydə alınıb.

İslam dinini qəbul etməsi ehtimalı olunan şərqşünasın Əbdül Qaffar adı ilə də tanınması istisna 

edilmir.

Beş  ay  müqəddəs  şəhərdə  qal-

dığı bildirilən alim burada bir sıra 

çəkilişlər  edib,  müxtəlif  audio-

yazıların qeydiyyatını aparıb.

Xatırladaq  ki,  1877-ci  il  no-

yabrın 21-də Tomas Edison tərə-

findən yaradılmış ilk fonoqraf ci-

hazı  səs  yazısı  aparatıdır. Aparat 

səsi  yazarkən  fırlanan  barabanın 

üzərindəki silindrik formalı spiral 

da açılır ki, bu da nəzərdə tutulan 

səs yazılarını asanlıqla qeydiyyata 

ala bilir.



Mövqe

Məhkumların hüquqları dövlət 

səviyyəsində qorunur

Məhkum deyiləndə, hər kəs beynində bir obraz canlandırır.  Qara nimdaş 

paltarlı, üzü tüklü, qolu qandallı, hər şeydən məhrum olunmuş şəxs.  Bir 

sözlə, ona insan demək olmaz; amma burada yanılanlar var.  Məhkumların 

əksəriyyəti cəmiyyətdən müvəqqəti təcrid olunub.  Onların bir qismi ilk 

dəfə, bəlkə də təsadüfən cinayət törədib.  Ümumiyyətlə, vətəndaşın müəyyən 

müddətə  azadlıqdan  məhrum  edilməsi,  heç  də  onun  cəmiyyətdən  silinib 

atılması demək deyil.  Onların yenidən sağlam cəmiyyətə qayıtması üçün 

müəyyən cəza müddəti təyin olunur və bu müddətdə çoxlarının ağlı başına 

gəlir.   Amma  elə  insanlar  da  var  ki,  ümumiyyətlə  həyatını  həbsxanasız 

keçirə bilmir.  Hətta qəsdən cinayət törədib, “içəri” girənlər də olur.  Belə 

insanlar tamamilə başqa kateqoriyaya aiddir, amma onlar da insandır. 

Son vaxtlar məhkumların hüquqları ilə bağlı tez-tez müxtəlif fikirlər səslənir.  Artıq cəmiyyətdə 

məhkumların da bir insan olduğu dərk edilir və onların hüquqlarının qorunması ilə bağlı tədbirlər 

görülür.  Belə ki, bu yaxınlarda Gürcüstanın cəzaçəkmə müəssisələrində cəza çəkən etnik məhbuslara 

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılıgı ilə ana 

dillərində nəşr olunan qəzetlərin veriləcəyi xəbərləri yayıldı.  Bu təşəbbüs Gürcüstanın Cəzaçəkmə 

və Probasiya Məsələləri üzrə Nazirliyi ilə razılaşdırılib.  Belə ki, məhkumlara həftədə bir dəfə 

Azərbaycandilli  “Gürcüstan”,  ”RegionPress”  və  erməni  dilli  “Vrastan”  (“Gürcüstan”)  qəzetləri 

çatdırılır. Bundan başqa, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyinin et-

nik azlıqların məsələləri üzrə müşaviri Zaur Darğallının bildirdiyinə görə, bu addım həbsxanalarda 

cəza çəkən məhkumların ölkədə baş verən hadisələr haqqında məlumatlanmaq məqsədi daşıyır.  

Daha  sonra  o  qeyd  edir  ki,  həbsxanalarda  məhkumların  məşğulluğunu  artırmaq  və  cəmiyyətə 

inteqrasiyası üçün müxtəlif proqramlar hazırlanıb.  Fikrimcə, bu çox böyük, təqdirəlayiq haldır və 

alqışlanmalıdır.  Ancaq mənim məhkumların hüquqları ilə bağlı başqa fikirlərim var.  İndi belə bir 

məsələ ortaya çıxır: görəsən məhkumları müvəqqəti evə buraxmaq olarmı? Məsələn, məhkumun 

ailə üzvləri, qohumları rəhmətə gedərsə, o da müəyyən nəzarət altında yas mərasimində iştirak edə 

bilər.  O cümlədən, məhkumun yaxınlarının xeyir işində iştirak etməsi də mümkündür.  Bundan 

başqa, məhkumun ailə üzvlərindən biri xəstə olarsa, onu xəstəyə baş çəkmək üçün evə buraxmaq 

olar.  Amma bunu bütün məhkumlara şamil etmək mümkündürmü?.  Nəzərə alaq ki, artıq Avropa 

ölkələrində və digər demokratik dövlətlərdə belə qaydalar tətbiq olunur və məhkum hətta adi hal-

da da qısamüddətli məzuniyyətə buraxılır, amma müəyyən qaydalar əsasında.  Yəni, məhkumun 

törətdiyi cinayət, onun neçənci dəfə məhkum olunması, həbsdə olduğu müddətdə davranışı və 

digər xüsusiyyətlər əsas amillər kimi nəzərə alınır. 

Xarici, sivil, demokratik dövlətlərdə məhkumların məzuniyyətə buraxılması prosesi hələ bir neçə 

il bundan əvvəl həyata keçirilir.  Həmin dövlətlərdə də, məhkumların törətdiyi cinayətin ağırlığı və 

digər əsas xüsusiyyətlər nəzərə alınır.  Əminik ki, bu qayda gec-tez Gürcüstanda da tətbiq oluna-

caq.  Çünki bu qaydanın tətbiq olunması, məhkumlara müsbət mənəvi-psixi təsir göstərər.  Allah 

qapılarını açsın!

ÇİNGİZ QASIMOV

“Şeyx Sənan” əsəri ilk dəfə 

gürcü dilində səhnəyə qoyulacaq

Görkəmli  dramaturq  Hüseyn  Cavidin  “Şeyx 

Sənan”  əsəri  ilk  dəfə  gürcü  dilində  səhnəyə 

qoyulacaq.

Azərbaycan  Dövlət  Akademik  Milli  Dram 

Teatrının  (ADAMDT)  mətbuat  xidmətindən 

AZƏRTAC-a  bildiriblər  ki, ADAMDT  və  Gür-

cüstanın  K.Marcanişvili  adına Akademik  Dram 

Teatrının birgə layihəsi olan “Şeyx Sənan” faciəsi 

hər  iki  teatrda  Azərbaycan  və  gürcü  dillərində 

tamaşaya qoyulacaq. Əvvəlcə Bakıda, sonra isə 

Tbilisidə  nümayiş  olunacaq  tamaşanın  birinci 

hissəsi  Azərbaycan  dilində,  ikinci  hissəsi  isə 

gürcü dilində təqdim ediləcək.

“Şeyx Sənan” faciəsi gürcü dilinə tərcümə edilib və əsərin gürcü dilində olan nüsxəsi 

Gürcüstandan Azərbaycana göndərilib.

Süleyman Dəmirəl vəfat etdi

Türkiyənin  9-cu  prezidenti  Süleyman  Dəmirəl  91 



yaşında dünyasını dəyişib. 

 İyunun 17-də, yerli vaxtla saat 02:05-də Türkiyənin 

9-cu prezidenti Süleyman Dəmirəl müalicə aldığı An-

kara Güvən Xəstəxanasında dünyasını dəyişib.

Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, bu 

barədə Xəstəxananın məlumatında bildirilir.

"Hörmətli  9-cu  Cumhurbaşqanımız  Süleyman  Də-

mirəl,  2015-ci  il,  mayın  13-də    ürək    çatışmazlığı  və 

kəskin tənəffüs yolları infeksiyası ilə Xəstəxanamıza yerləşdirilib. Son günlər onun vəziyyəti 

ağırlaşmış,  iyunun  16-da  tənəffüs  və  ürək  funksiyalarının  kəskin  pozulması  müşahidə 

olunmuşdur.  Bütün  səylərimizə  baxmayaraq  onun  həyatını  xilas  etmək  mümkün  olmayıb.  

Süleyman Dəmirələ Allahdan rəhmət, yaxınlarına və Türk Millətinə baş sağlığı diləyirik", 

deyə açıqlamada bildirilir.

Allah rəhmət eləsin!

İradə və İnam


№09 (184) 30.06.2015

7

Mənəviyyat

№09 (184) 30.06.2015

6

Mədəniyyət

Tbilisidə azərbaycanlı 

rəssamın sərgisi açılıb 

İyunun  16-da  Tbilisidəki  Parlament  Kitabxanasında  Gürcüstan  Mü-

səlmanları İdarəsinin (GMİ) və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin 

(AMM)  təşəbbüsü  və  təşkilatçılığı  ilə  hənyerlimiz  rəssam  Hacı  Rizvan 

İsmayılovun  "Şərq  müdriklərinin  qonaqlığında"  adlı    rəsm  əsərlərindən 

ibarət sərgisinin açılışı olub.

Tədbirdə  Gürcüstanın  Barışıq  və  Və-

təndaş Bərabərliyi Məsələləri üzrə Döv-

lət naziri Paata Zakareişvili, Gürcüstanın 

Dini  Məsələlər  üzrə  Dövlət  Agentliyi-

nin  sədri  Zaza  Vaşakmadze,  GMİ-nin 

şeyxi Hacı Ramin İgidov,  Gürcüstanın 

Qaçqınlar  və  Məskunlaşma  məsələləri 

üzrə  naziri  Sozar  Subari,  Türkiyənin 

Gürcüstandakı səfiri Ləvənd Gümrükçü, 

AMM-in  rəhbəri  Fazil  Həsənov,  Fran-

sadan  gələn  rəssam  Levan  Moisaşvili 

və başqaları çıxış edərək rəssamın əsər-

lərində  İslam  mədəniyyətinin  saflığı, 

möhtəşəmliyi  və  müasirliyinin,  həqiqət 

və  irfan  yolunun  əks  olunduğunu 

bildiriblər.

Fransadan  gələn  rəssam  Levan  Moisaşvili  çıxışında  gənc  rəssamın 

əsərlərinin saflıqdan yarandığını bildirib: "Mən hər an ona dəstək olmağa 

hazıram”, – 

Gürcüstanın  Dini  Məsələlər  üzrə  Dövlət  Agentliyinin  sədri  Zaza 

Vaşakmadze, həmçinin Türkiyənin Gürcüstandakı səfiri Ləvənd Gümrükçü 

rəssamın bir neçə əsərini alacaqlarını bildiriblər.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət na-

ziri  Paata  Zakareişvili  rəsm  əsərlərini  yüksək  dəyərləndirib:  "Bu  əsərlər 

yaddaqalan, sevindirici, həmçinin düşündürən əsərlərdir. Həmvətənimizin 

sərgisindən  qürur  duyuruq.  O,  İslam  mədəniyyətini  təbliğ  edir.  İslam 

mədəniyyəti böyük və müasirdir”.

Tədbirdə çıxış edən rəssam Hacı Rizvan İsmayılov iki gün bundan əvvəl 

Tiflisdə baş verən təbii fəlakət zamanı həlak olan insanların ailələrinə və 

yaxınlarına başsağlığı verib və tədbiri təşkil edənlərə minnətdarlığını ifadə 

edib.

Qonaqlara Hacı Rizvan İsmayılovun bir neçə gün bundan əvvəl işıq üzü 



görmüş rəsmə əsərlərindən ibarət kataloq hədiyyə olunub.

Qeyd edək ki, sərgidə rəssamın 73 rəsm əsəri nümayiş olunub. Sərgi iki 

gün davam edib.

Tədbirdə  diplomatik  korpus  nümayəndələri,  ziyalılar,  din  xadimləri, 

Tbilisi sakinləri və gənclər iştirak ediblər.

N.Məmmədzadə

Gürcüstanda APA əməkdaşının kitabının 

təqdimatı keçirilib

Gürcüstanda APA-nın Gürcüstan bürosunun müxbiri Nizami Məmmədzadənin "Çələbilər" kitabının təqdimatı 

keçirilib.

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin və Azərbaycanlıların Mədəniy-

yət  Mərkəzinin  (AMM)  təşəbbüsü  və  təşkilatçılığı  ilə  keçirilən  tədbirdə  zi-

yalılar,  Rusiyadan,  Bakıdan,  Tbilisidən  gələn  qonaqlar,  QHT  təşkilatlarının 

nümayəndələri, məktəb müəllimləri və jurnalistlər iştirak ediblər.

Tədbiri  AMM-in  "RegionPress__"Sarvan"_ürəkləri_fəth_edir'>RegionPress"  qəzetinin  redaktoru  Binnət  Əlioğlu  aça-

raq  "Çələbilər  kitabının  müəllifi, AYB-nin  üzvü,  şair-jurnalist  Nizami  Məm-

mədzadənin son illər nəşr olunan kitabları haqqında ətraflı məlumat verib. Sonra 

kitabın redaktoru, professor, filologiya üzrə fəlsəfə doktoru Mahmud Hacıxəlilov, 

AMM-in rəhbəri Fazil Həsənov, araşdırmaçı-jurnalist Mirzə Məmmədoğlu, yazıçı 

Əli Abbas, ziyalılardan Mirağa Mustafazadə, Suddarxan Kazımov, şairlərdən 

Güllü Tomarova, Qurban Əzizli, Rustavidə fəaliyyət göstərən "Salam" Mədəni 

Xeyriyyə  Mərkəzinin  rəhbəri  Maya  Rəcəbova,  "Borçalı"  İctimai  Birliyinin 

Gürcüstan nümayəndəsi İsrafil Bayramov və başqaları çıxış edərək "Çələbilər" 

kitabının Borçalı tarixinə həsr edildiyini və mövzunun müasir tələblərə cavab 

verdiyini, vaxtında yazıldığını və daha çox araşdırmağa ehtiyac duyulduğunu 

bildiriblər. Çıxışçılar Borçalıda qəbirüstü abidələrin məhv olmaması və tarixin 

keçmiş səhifələrinə qayğı göstərilməsi, həmçinin tarixi mövzulara müraciət edib 

tariximizi yaşatmaq və onu gələcək nəsillərə ötürməyin vacibliyini vurğulayıblar.

Kitabın redaktoru, professor, filologiya üzrə fəlsəfə doktoru Mahmud Hacıxəlilov bildirib: "Naməlum səbəblərdən 

bir çox kəndlər xəritədən silinib. Xaccaoğlu, Çələbilər, Şamalı, Bəyazid kəndləri buna misaldır, lakin biz çox sevinirik 

ki, bu kəndlərdən çıxan məşhur adamlar xəritədən silinən kənd adlarını hələ də yaşadırlar".

Tədqiqatçı-jurnalist Mirzə Məmmədoğlu müəllifin müraciət etdiyi mövzunun vacib olduğunu qeyd edib: "Tarix 

faktı sevir. Tarixə yazıçı təxayyülü ilə yanaşmaq lazım deyil. Bu kitab faktlarla yazılan yaxşı başlanğıcdır" .

AMM-in  rəhbəri  Fazil  Həsənov 

müəllifin  tarixi  əhəmiyyətli  bir 

mövzuya  toxunduğunu  bildirib: 

"Bu kitabda qaldırılan tarixi məsələ 

gələcəkdə tarixçilərimizə mövzu ve-

rə bilər. Çələbilər kəndi İpək Yolunun 

üstündə  yerləşib.  Min  illər  bundan 

öncə  Çindən  və  Şərq  ölkələrindən 

gəlib-gedən  tacirlər  öz  mallarını 

bu  ərazidən  keçiriblər.  Məhz  buna 

görə  də  müəllif  ərazidəki  Damğaçı 

düzünün  adını  kitabında  çəkib 

və  burada  gömrük  məntəqəsinin 

yerləşdiyini vurğulayıb".

Tədbirdə  Rustavi  şəhərindəki  18 

nömrəli Azərbaycan orta məktəbinin 

sagirdləri  Anfisa  Əliyeva,  Aysel 

Əhmədova,  Süleymanova  Güllü, 

Məmmədova Zenfira müəllifin şeirlərini əzbər söyləyiblər. Təqdimat mərasimində aşıqlardan Aşıq Nargilə və Aşıq 

Məsim şair-jurnalist Nizami Məmmədzadənin şeirlərini aşıq havaları üstündə oxuyublar.

Sonda müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirib və nəşr olunan "Çələbilər" kitabını oxuculara imzası ilə 

hədiyyə edib.



RegionPress

"Sarvan" ürəkləri fəth edir

"Sarvan"  folklor  ansamblı  Türkiyənin  Dənizli  şəhərində  keçirilən 

15-ci Belnəlxalq Rəqs Festivalına qatılaraq Gürcüstanı təmsil etdi.

Ansambıl festivalda gürcü və Azərbaycan xalq rəqsləri və mədəniyyət 

nümunələri nümayiş etdirdi. 

Dənizli  şəhər  Bələdiyyəsi  tərəfindən  təşkil  olunan  festivala  11 

ölkədən 380-ə yaxın iştirakçı qatılımışdı - Türkiyə, Bosniya və Her-

soqovina, Moldova, Makedoniya, Gürcüstan, Kosta-Rika, Kosovo, 

Meksika, Şimali Kipr Türk Respubllikası, Serbiya və digər ölkələr. 

Ansamblın  çıxışları  böyük  izdihamla  qarşılanaraq  izləyiciləri 

heyrətə  gətirib.  Ansamblın  bədii  rəhbəri  Cəmilə  Məmmədovanın 

sözlərinə görə, gürcü və azərbaycan xalq rəqsləri, aşıq mahnıları yer-

li əhali və xarici təmsilçilər tərəfindən müsbət qarşılanaraq böyük 

maraq yaradıbdır. 

7 gün davam edən festivalın qala gecəsində Gürcüstanı təmsil edən 

"Sarvan" folklor ansamblına mükafatlar təqdim olunub. 

Festivalın Qala gecəsində ölkələrdən seçilmis ən yaxşı ifaçılar sürpiz 

olaraq Zeybək rəqsini ifa etdilər.Gürcüstanı isə Aygün Həsənova və 

Orxan Məmmədov təmsil etdi.

RegionPress

Rəssamın albom-

kataloqu işıq üzü gördü

Tanınmış  rəssam  Rizvan  İs-

mayılovun    əsərlərinin  sərgisi 

ərəfəsində  “Rəssam  rənglərlə 

şeir  yazan  bəstəkardır”  ad-

lı  albom-kataloqu  Tbilisidə 

nəşr  edilmişdir.  Marneulidəki 

"Azərbaycanlıların  Mədəniy-

yət  Mərkəzinin  kitabxana-

sı"  seriyasından  üç  dildə  – 

Azərbaycan,  gürcü  və  ingilis 

dillərində  buraxılmış bu maraq-

lı nəşrə rəssamın 100 ədəd rəsm 

əsəri daxil edilmişdir. 

Albomkataloq 

müəllifin 

“Yaradıcılıqda  əsas  hədəf-

lərim” adlı ön sözü ilə açılır. 

Nəşrin  redaktoru  Binnət 

Əlioğlu,  tərtibatçı-dizayneri 

Əkrəm Qəhrəmanovdur.

“RegionPress”


Sevəndə də sərhəd 

gözləmək...

(sense)

Mənəviyyat

№09 (184) 30.06.2015

9

Mənəviyyat

№09 (184) 30.06.2015

8

Haqqında söhbət açmaq istədiyim şəxs artıq 

55 ilə yaxın pedaqoji stajla elin-obanın dərin 

hörmət və izzətini qazanmış, sadə və təvazökar 

insan olan Mahal Mustafa oğlu Eminovdur. 

Anadan  sanki  müəllimlik  peşəsi  üçün  do-

ğulmuş Mahal müəllimin əmək kitabçasında 

1961-ci ilin avqustun 20-dən I Kosalı yeddiil-

lik  məktəbinə  tarix  müəllimi  təyin  olunması 

əmri  yazılıb  və  həmin  əmrdən  sonra  yuxarı 

vəzifələrə çəkilməsi düz xətt üzrə 2007-ci ilin 

oktyabrınadək davam etmişdir. 

1956-ci  ildə  A.S.Puşkin  adına  Tbilisi 

Dövlət  Pedaqoji  İnstitutunun  (o  zamanlar 

İ.Çavçavadze adına Pedaqoji Universitet belə 

adlanırdı) tarix, Azərbaycan dili və ədəbiyyatı 

şöbəsinə  qəbul  olunan  Mahal  Eminov  yaxşı 

və əla qiymətlərlə həmin şöbəni 1961-ci ildə 

bitirib, o zamankı Marneuli RXMŞ-nin müdiri 

Abbas Kərimovun əmri ilə I Kosalı yeddillik 

məktəbinə tarix müəllimi təyin olunmuşdur. 

Kollektivə  tez  uyğunlaşan  Mahal  müəllim 

kəndin  ilk  ziyalılarından  biri  kimi,  həmişə 

işinə  məsuliyyətlə  yanaşmış  və  gənclik  eh-

tirası  ilə  kəndin  bütün  mədəni  quruculuq 

işlərində fəal iştirak etmişdir. Mahal müəllim 

o qədər həvəslə işləyirdi ki, sanki o nə vaxt-

sa  rast  gələcəyi  və  yaxud  görüşüb  söhbət 

edəcəyi  keçmiş  qrup  yoldaşlarına:  filologi-

ya  elmləri  doktoru,  professor,  şair  Əflatun 

Saraclıya, filologiya elmləri namizədi, dosent 

Akif  Nuriyevə,  Marneuli  RXMŞ-nin  müdiri 

işləmiş Alı Rzayevə, Marneuli Rayon Partiya 

Komitəsinin təlimatçısı Kamal Rüstəmova öz 

gözəl və nəcib işlərindən söhbət açacaqdır. 

Mahal müəllimlə mən artıq qırx ildən çoxdur 

ki, eyni bir kollektivdə işləyirəm. Onun bütün 

nailiyyətləri  mənim  gözümün  qabağında 

olmuşdur.  Mən  onunla  məktəb  həmkarlar 

komitəsinin  sədri  və  dərs  hissə  müdiri  kimi 

də  çalışmışam.  Onun  əmək  fəaliyyətini  və 

qazandığı  nailiyyətləri  nəzərdən  keçirməyi 

özümə borc bilirəm. 

Mahal  müəllim  kəndimizdə  vaxtı  ilə 

təhsildən  yayınmış  bəzi  gənclərin  siyahısını 

müəyyənləşdirib  1965-1966-cı  dərs  ilində  I 

Kosalı kəndində axşam (növbəli) ümumtəhsil 

məktəbi təşkil etdi. Maarif Nazirliyinin əmri 

ilə bir neçə sinifdən ibarət olan həmin məktəb 

tez bir zamanda respublikada ad-san qazandı. 

Sevindirici  haldır  ki,  həmin  məktəbin 

məzunları  kəndimizin  70-80-ci  illərdəki  ali 

təhsilli  mütəxəssislərimizin  80-90  faizini 

təşkil etmişdir. 

Onların arasında müəllim, həkim, mühəndis, 

iqtisadçı, aqronom və başqa ixtisas sahibləri 

də vardır. Həmin məzunlardan elimizin fəxri, 

tibb elmləri namizədi, cərrah Rəfael Eminov, 

şair-publisist Firudin Vəliyev, keçmiş partiya 

işçisi  Dursun  Hüseynov,  vaxtilə  təsərrüfat 

rəhbərləri  işləmiş  Gülməmməd  Sadiqov  və 

Xudahafiz Əliyev, sovxozumuzun baş aqrono-

mu işləmiş Mirzalı Hacımahmudov, Rusiyanın 

Stavropol vilayətində böyük bir zavodda baş 

mütəxəssis olmuş Məhəmməd Zamanov. Bu 

siyahını daha da genişləndirə bilərik. Bax, bu 

naliyyətlərin qazanılmasının başında I Kosalı 

axşam (növbəli) məktəbinin direktoru Mahal 

Eminov durmuşdur. Kollektivdə xeyli müəllim 

çalışırdı. Sağlam və yaradıcı müəllim kollek-

tivinin nailiyyətləri nə Marneuli Maarif Şöbə 

müdiri Yusif Heydərovun, nədə ki, Gürcüstan 

Maarif  Nazirliyinin  Axşam  və  Qiyabi 

məktəbləri  idarəsinin  rəisi  Qucecianinin  də 

nəzərindən  qaçmamışdır.  Məktəb  kollektivi-

nin əməyi yüksək qiymətləndirilmiş və Mahal 

müəllim iki dəfə Gürcüstan müəllimlərinin ali 

məclisinə-qurultaya  nümayəndə  seçilmişdir. 

Əməyi bir neçə dəfə diplom və tərifnamələrlə 

qiymətləndirilmişdir.  

Mahal  müəllimin  bu  nailiyyətlərini  rayon 

maarif şöbəsi yüksək qiymətləndirərək onun 

vəzifəsini daha da yüksəltmişlər. Artıq 1977-ci 

ildən Marneuli rayon maarif sistemində onun 

rəhbərliyinin coğrafi dairəsi genişləndirilərək 

11  kənddə  yerləşən  axşam  və  qiyabi  təhsil 

üzrə təlim məntəqələrinə müdir təyin etdilər. 

Mahal  müəllim  öz  müavini  və  metodisti 

Hümbət  Zamanov  və  Məmik  İsgəndərovla 

əl-ələ  verərək  nümunəvi  işlər  görüb,  təlim-

tərbiyənin keyfiyyətini daha da yüksəltdilər. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin