Çəmənlərin nəğməsi
Baharda göyəririk...
Dünyaya sıravi əsgər kimi gəlirik –
ayaq üstə - əmrə müntəzir.
Üstümüzdən mart küləyi əsir,
qoşun-qoşun səpilirik düzlərə,
sığınırıq anamız Yerə.
Göylər pay alır göylüyümüzü,
Bəlkə də yaşayardıq bütün ömrümüzü,
göylərə boy atardıq,
sürülər, naxırlar olmasaydı,
Birinci paxıllar olmasaydı...
1969
Göy göl
Gözündən nur alıb dan ulduzunun
Qoca Kəpəzimin yaşıdı Göy göl.
Bir ceyran baxışlı Gəncə qızının
Qızıl üzüyünün qaşıdı Göy göl.
Ahından yanmadı zaman Əslinin,
Bürüdü yolunu duman Əslinin,
Kərəmin oduna yanan Əslinin
Bəlkə də gözünün yaşıdı Göy göl.
Ona bağışlanıb ətri güllərin,
Açıq süfrəsidir bizim ellərin,
Bütün dənizlərin, bütün göllərin
Qövsi-qüzeh taclı başıdı Göy göl.
1963
Nazimin heykəli
Nazim Hikmətin əsərləri
Bolqarıstanda türk dilində
nəşr olunur.
Nazimin heykəli Sofiyada
dünyaya baxır gülə-gülə,
Qoltuğunda səkkizcildliyi;
(İkicəciyi çıxıb hələ).
Nazimin heykəli İstanbulda
qoltuğunda yazılmamış bir kitab,
dodağında donmuş bir cüt söz:
Türkiyə! İnqilab!
Nazimin heykəli Parisdə
yağmurluğu qolunun üstdə.
Nazimin heykəli Bakıda,
Kiyevdə, Tiflisdə, Üsküpdə.
Nazimin heykəli Qara dənizdə
Moskvada Nazimin heykəli!
hər yerdə, hər yerdə
Vətənə uzanıb Nazimin əli.
1966
A dünya
Beş günlük qonağam fağır gəlmişəm,
Dərdi özümnən çox ağır gəlmişəm,
Sürünüb zülmətdə yağır gəlmişəm,
Dizlərim olubdur mayıf, a dünya.
Dəniz suyu qədər axıb telimnən,
Ağrılar yol salıb yazıq belimnən,
Yığdığımı küləklər alıb əlimnən,
Çəkdiyim zəhmətə hayıf, a dünya.
Kəsilib qulağım, duymadım azan,
Kor olmuş gözümdə xoş deyil məzəm,
İnsan arasında ruh olub gəzən,
Gözünnən olmuşam qayıf, a dünya.
Düşmüşəm zindana günahım yoxdu,
Varına, puluna tamahım yoxdu,
Sənə yazılası sözlərim çoxdu,
Rəbibdi eyləyən ayıf, a dünya.
Vəfalı olsun
Sevdiyimə ilk hədiyyə
Bahar gül-çiçəyi olsun,
Bir azda böyüsün hələ,
Gözəllər göyçəyi olsun.
Şıltaqlığına gülməyin,
Gözləyin tam yaşa dolsun,
Bilməsin heç kədər, qəm, kin,
Daima qəlbi şad olsun.
Tərifdədir qara qaşlı,
Nə edim buğdayı olsun,
Qaratel qaşlı sevdiyim,
Arzumdur vəfalı olsun.
Abbas Abdulla
75
Gülməmməd Cəlilov
Getdi
Heç özüm də bilmədən yaş yetmişi haqladı,
İnsan ömrü də sanki, sinəyə gül taxmadı,
Yel kimi ötən zaman bircə sözə baxmadı,
Eh, illər gəncliyimi belə apardı getdi.
Yay, payız yolum düşdü gah dağa, gah arana,
Düşdüm çox burulğana, əl atmadım samana,
Hər an günbatan yerdə boylandım gün doğana,
Deməsinlər eloğlu yurdunu atdı getdi...
Ömrün qırx altı ili əktəb carçısı oldum,
Məzunlarla hər dəfə birgə kövrəlib doldum,
“Son zəng”də gül misallı həm açıldım, həm soldum,
Hər il xoş arzularım onlarla birgə getdi.
Şahvələd Tükənliyəm, sevdim incəsənəti,
Verdiyim məsləhətlər gənclərə bir hörmətdi,
Əgər qazana bilsə oxucu məhəbbəti,
O vaxt bir kimsə deməz zəhmətim boşa getdi.
Əzizli Qurban
Şahvələd Tükənli
Rəbib
Məmmədov
Oruc tutanları
tox saxlayan qidalar
Diyetoloq Şəfiqə Aydın Səlcuq Ramazanda tox qalmağın sirlərini verib.
Publika.az-ın sağlamlıq bölməsi Türkiyə mətbuatına istinadən diyetoloqun
məsləhətlərini təqdim edir:
Ramazan ayının isti yay günlərinə təsadüf etməsi oruc tutmağı bir az da
olsa, çətinləşdirir. Bu gözəl ayı rahat başa vurmaq üçün imsakda tox sax-
layan qidalara üstünlük verin.
Tahin (küncüt pastası) və doşab
Vitamin mineral və enerji anbarı olan tahinlə doşabı qarışdırıb yedikdə
özünüzü gün ərzində yorğun və əzgin hiss etmirsiniz. Mürəbbəylə
qarışdırdıqda mədəni ağırlaşdırmayacaq, həzmi yaxşılaşdıracaq. Gün
ərzində 2-3 çay qaşığından artıq yemık olmaz.
Yulaf əzməsi
Yulaf əzməsini imsakda qatıq, kefir
və ya süd ilə qarışdırılaraq yeyildikdə
daha doydurucu olur, həm də mədəni
tox saxlayır.
Meyvə və kompot
Meyvə və kompot bədənə enerji
verir, bağırsaqların gün ərzində yaxşı
işləməsini təmin edir.
Qoz
Qoz minerallarla zəngindir, həm də
toxluq hissi verdiyi üçün oruc tutmağı
asanlaşdırır. İmsakda mütləq 1-2 qoz
yeyin.
Yumurta
Yumurta da imsakda mütləq yeyilməli
olan qidaların siyahısına daxildir.
Qaynadılmış yeyilməlidir. Ancaq
yulaf kəpəyi, göbələk və bibər kimi
tərəvəzləri ilə qayğanaq halına gətirilərək az yağda yeyilə də bilər.
Az duzlu və ya duzsuz pendir
Pendir gün ərzində lazım olan enerji ehtiyacını qarşılayır. Zülal anbarı
olan qidadır. Lakin imsakda duzsuz, yaxud az duzlu pendir yeyilməlidir.
Çünki duzlu pendir susuzluq yaradır.
Gürcüstan
“Beynəlxalq İctimai Kolleci”
Marneuli Tədris-Məsləhət Mərkəzi üzrə -9-10-11-12-ci sinifləri
bitirmiş şagirdlər üçün müsabiqə əsasında 2015-2016 tədris ili
üçün aşağıdakı ixtisaslara tələbə qəbulu elan edir:
9-cu siniflər üzrə
1.İnformasiya qrafikası
2.Kompyuter qrafikası
3.İnternet texnoloqu
4.Neft və qaz texniki
5.Gömrük işi
6.Mühasibat
7.Ofis meneceri
8.Diş texniki
9.Tibb bacısı – assistent
10. Müxbir
11. Kriminalist
12-ci sinif üzrə
1.Əyiricilik peşəsi
2.Tikinti yolları mühən-
disi
3.Kiçik biznes üzrə ix-
tisasçı
4.Bank operatoru
5.Tibb bacısı– təcrübəçi
6.Əczaçılıq - assistent
7.Kriminalist
Məzunlara dövlət akkreditasiyalı və avtorizasiyalı diplomlar
verilir.
Aşağıdakı sənədləri təqdim etmək lazımdır:
Attestat
Pasport
Şəkil - 6 ədəd 3x4 ölçülü
Disk - 1 ədəd
Dərslər Marneuli şəhərində keçirilir.
Ünvan: Marneuli şəhəri, Rustaveli küç. 53, I mərtəbə.
Kollecin rəhbəri: Hüseynov Xəlil
599 18 74 68
599 06 26 76
Göz həkiminin yanında:
— Pasient, zəhmət olmasa deyin,
bu yazını oxuya bilirsiniz ?
— Oxuya bilmirəm
— Aydındır, sizdə uzağı pis görmə
vardır.
— Həəəəəəə, savadsızlıq azmış
kimi hələ bir uzağı pis görmə də
tapıldı.
***
Təcili yardıma zəng:
— Təcili yardım eşidir.
— Mənim oğlum qələmi udub !
— Narahat olmayın, biz indi
gəlirik
— Bəs mən nə edim ?
— Hələlik karandaşla yazın.
***
Aleksandr Düma xəstə olduğu za-
man yanına gəlmiş həkim deyir:
— Vəziyyətiniz ciddidir, siz hər
bir təsadüfə hazır olmalısınız. Sizin
bu çətin günlərinizdə görüşmək
istədiyiniz biri varmı?
Düma bu sual qarşısında bir
qədər fikirləşib deyir:
— Əlbəttə!
— Kiminlə görüşmək xəyalınız
var?
— Başqa həkimlə! — deyə cavab
verir…
Sərbəst səhifə
№09 (184) 30.06.2015
12
Yalan qarın doy-
durmaz, mənə
həqiqət lazımdır.
R.Taqor
Region
Иътимаи гязет
P R E S S
Azərbaycanlıların
Mədəniyyət
Mərkəzi
№09 (184)
30.06.2015
Гязет 2008-
ъи ил мартын
15-дян чыхыр
Azərbaycanlıların
Mədəniyyət Mərkəzi (АММ)
AMM-in sədri:
Fazil HƏSƏNOV
Qeydiyyat şəhadətnaməsi:
09.09.2004. №43/5 z----9
Redaksiyanın ünvanı:
Marneuli şəhəri, Çolokaşvili küç. 3
İndeks: 3000 Tel.: (+995 357) 22 29 29
Faks: (+995 357) 22 57 88
E-mail: regionpress@yahoo.com
Qəzetimizi Facebook səhifəmizdə də oxuya
bilərsiniz:
https://www.facebook.com/regionpress.AMM
Редактор:
Биннят ЯЛИОьЛу
məsul katib:
İbrahimxəlil
Texniki redaktor:
Əkrəm QƏHRƏMANOV
Kompyuter tərtibatçısı:
Bahar MƏMMƏDOVA
Fakta və ifadə olunan fikrə
görə məsuliyyəti müəlliflər daşıyır.
Гязет пулсуз йайымланыр.
ТИРАж: 2000
Təsisçi:
I Avropa Oyunları tarixə çevrildi
Mərasimdə ənənəvi və müasir Azərbaycan mədəniyyətinin birliyi tamaşaçıların diqqətinə çatdırılıb. Tədbirin “trans-
formasiya” hissəsində səhnədə üç nəhəng heykəl görsənib. Sonra Qız qalasının divarları aralanıb və onun içərisində
Alov qüllələri peyda olub.
Müxtəlif maraqlı göstərilərdən sonra
idmançılar kütləvi şəkildə stadiona daxil
olaraq tribunalarda onlar üçün xüsusi
ayrılmış yerlərə keçiblər.
Xatırladaq ki, 17 gün davam edən
yarışlarda 6 mindən çox idmançı 253
medal dəsti uğrunda mübarizə aparıb.
Medal cədvəlində ilk üç sırada Rusiya,
Azərbaycan və Böyük Britaniya yer
alıb. Gürcüstan isə 2 qızıl, 6 gümüş və 8
bürünc medalla 21-ci sırada olub.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin kollektivi
Tbilisidəki Ukrayna-Avropa Universitetinin müəllimi
Ziyadxan Sərdarova anası
Həbbəzə Məhəmməd
qızının
vəfatından kədərləndiyini bildirir və mər-
humun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Bu da sürücüsüz işləyən
maşınlar
Uzun müddətdir sürücüsüz maşın hazırlamağa çalışan “Google”
nəhayət bu istəyinə nail olub.
Kaliforniyada girişi sərbəst olan bir məkanda maşınların təqdimatı
keçirilib.
Firmanın açıqlamasına görə, maşınlar hər hansı sürücü müdaxiləsi
olmadan düzgün yolu tapa biləcək. Ancaq hələlik təhlükəsizlik
məqsədilə maşınların içərisində sürücülər olacaq.“Google”
firmasında çalışan bu sürücülər maşında hər hansı problem meydana
çıxarsa dərhal müdaxilə
edəcək.
Sürücüsüz maşınlara gə-
ləcəkdə tələbat daha çox
olacaq. Hazırda istifadə
olunan maşınlardan daha
çox etibarlı olacağı de-
yilən həmin maşınlar bir
çox texnologiya şirkətlə-
ri və maşın firmalarının
diqqətindədir.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin kollektivi
Marneuli rayonundakı Kəpənəkçi ümumi məktəbinin
kimya müəllimi Suddarxan Kazımova anası
Naz
Yəhya qızının
vəfatından kədərləndiyini bildirir və
mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Başsağlığı
(Əvvəli səh. 1-də)