ayıra bilməlidir.
keşlər məhdud sayda iştirak edə biləcəklər.
1868 — Səmərqənd Rusiya impe-
riyasına birləşdi.
1894 — Londonda məşhur körpü
Tauer Bric açılmışdır.
1894 — Koreya Çindən öz müs-
təqilliyini elan etdi.
1941 — İkinci Dünya Müharibəsi:
Almaniya Ukrayna şəhəri Lvovu iş-
ğal edir.
1960 — Konqo Belçikadan müs-
təqilliyini elan edir.
1964 — İlk dəfə olaraq ayın ya-
xından şəkilini əldə etmək mümkün
olmuşdur.
Nizami Saraclı - 65
№09 (184) 30.06.2015
5
Dünya
№09 (184) 30.06.2015
4
Bakı-2015”in məşəli bu
ölkəyə verildi
“Bakı – 2015”in Təşkilat Komitəsi Avropa Oyunlarının
məşəlini Olimpiya çempionu Dmitri Dovqalenokun başçılıq
etdiyi Belarus nümayəndə heyətinə təqdim edib.
Bu barədə Azərtac
Belarus Milli Olim-
piya Komitəsinin
(MOK) rəsmi saytına
istinadla xəbər verir.
Məşəl Belarus
MOK-un mənzil-qə-
rargahının muzey
ekspozisiyasında nü-
mayiş etdiriləcək.
Avropa Oyunlarının məşəlinin dizaynı ənənəvi Azərbaycan
döymə üsulunun tətbiqi ilə hazırlanıb. Məşəlin 660 milli-
metr hündürlüyündə gövdəsi "Bakı – 2015"in brendini – nar
ağacını xatırladır.
Səfir: Əfqanıstan Bakı-Tbilisi-
Qars layihəsinə qoşula bilər
Əfqanıstan Türkmənistan vasitəsilə Bakı-Tbilisi-Qars dəmiryolu
layihəsinə qoşula bilər. Bu barədə Trend-ə Əfqanıstanın Azər-
baycandakı səfiri Məhəmməd Taqi Xəlili deyib.
Səfir bildirib ki, Azərbaycan bu layihənin reallaşdırılmasında
əhəmiyyətli rol oynayır: “Bu, Əfqanıstandan idxal və ixrac üçün ən
qısa və rahat yoldur”.
M.T.Xəlili qeyd edib ki, Azərbaycan və Əfqanıstan arasında əlaqələr
sürətlə inkişaf edir və iki ölkə arasında əməkdaşlıq perspektivləri çox
şey vəd edir: “Bakıda Əfqanıstan səfirliyinin 2012-ci ildə açılmasına
baxmayaraq, xalqlarımızın oxşar cəhətləri sayəsində Azərbaycan və
Əfqanıstan arasında əməkdaşlıq yüksək sürətlə inkişaf edir”.
Diplomatın sözlərinə görə, Əfqanıstan Azərbaycandan investisiya-
ların cəlb edilməsində maraqlıdır: “Düşünürəm ki, Əfqanıstan və
Azərbaycan arasındakı iqtisadiyyat sahəsində uğurlu əməkdaşlıq
inkişaf edəcək. Tərəflər tez-tez qarşılıqlı səfərlər edirlər. Bu ilin fevral
ayında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev
ilk dəfə Əfqanıstanda oldu”.
Əfqanıstanda fəaliyyət
göstərən xarici şirkətlərin
təhlükəsizlik məsələsinə
şərh verən səfir qeyd edib
ki, hökumət bu şirkətlə-
rin təhlükəsizliyini tə-
min etmək üçün əlindən
gələni edir: “Hazırda
Əfqanıstanda çoxlu xa-
rici şirkət işləyir. Hö-
kumət şirkətlərin və
şirkət əməkdaşlarının
təhlükəsizliyini təmin
etmək üçün hər şey edir.
Müəyyən çətinliklərə
baxmayaraq, Əfqanıstan hökuməti bu tapşırığın öhdəsindən yaxşı
gəlir”.
Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz xəttinin tikinti
layihəsinin reallaşdırılmasında irəliləyişlərlə bağlı sualı cavablandıran
M.T.Xəlili deyib ki, layihənin 2020-ci ildə həyata keçiriləcəyi
gözlənilir: “Bu layihənin reallaşdırılması məsələsində çox şey
təhlükəsizlikdən asılıdır. Hazırda layihənin reallaşdırılmasında müsbət
irəliləyişlər var”.
Pakistanda istidən
ölənlərin sayı 1400-ü keçdi
Pakistanda davam edən isti havalar 1400 nəfərin həyatına
son qoyub.
“Dawn” qəzeti xəbər
verir ki, ölkədə son 3
gündə havanın hərarəti 50
dərəcəyə kimi yüksəlib.
Ən acınacaqlı vəziyyət
ölkənin Sind vilayətində
müşahidə olunur.
Təkcə ötən gün Karaçi-
də günvurma diaqnozu
ilə 500 nəfər xəstəxanaya
yerləşdirilib. İstilər ümumilikdə isə 6 min nəfərə ziyan vu-
rub.
İsti havanın Ramazan ayına təsadüf etməsi və insanların
çoxunun oruclu olması da itkilərin sayına təsir edib.
İstidən ölənlərin çoxu az gəlirli və çörək pulu qazanmaq
üçün gün altında işləməyə məcbur olan insanlardır.
Rusiya ilə ABŞ
kosmosu da bölüşdürdü
Rusiya üçün prioritet Ay, ABŞ üçün isə
Marsdır.
Rusiyanın federal kosmik agentliyi "Ros-
kosmos"un rəhbəri İqor Komarov kosmosun
araşdırılması haqqında maraqlı açıqlamalar ve-
rib.
O, 14-15 il sonra Rusiyanın Ayı araşdırmaq
üçün pilotlar göndərəcəyini deyib. Komarov ko-
smosun araşdırılması sahəsində ABŞ-la əmək-
daşlığın mümkün olduğunu da bildirib.
"NASA üçün prioritet Marsdır. Biz isə öz
növbəmizdə Ayı özümüzə prioritet seçmişik.
Ona görə də biz iki ölkə olaraq bu proqram
üzərində birgə işləyə və bir-birimizi əla tamam-
laya bilərik", - deyə Roskosmosun rəhbəri qeyd
edib.
Onun sözlərinə görə, kosmik sahədə araşdırmalar
Rusiya ilə ABŞ arasında əməkdaşlıq üçün əla
örnək ola bilərdi. Çünki bunun siyasətlə heç bir
əlaqəsi yoxdur. Onun fikrincə, "qlobal layihələri
birlikdə reallaşdırmaq daha yaxşıdır". Çünki
buna daha az investisiya xərclənsə də, hamı üçün
daha çox fayda verir.
İqor Komarov Rusiyaya qarşı tətbiq edilən
sanksiyaların Beynəlxalq Kosmik Stansiyanın
işinə təsir etmədiyini də deyib. "Bununla belə,
Rusiya birgə fəaliyyət göstərmək üçün BRİCS
ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və
Cənubi Afrika) arasında da partnyor axtarır".
Yevqeni Primakov
dünyasını dəyişdi
Rusiyanın keçmiş baş naziri Yevqeni Primakov 85 yaşında
dünyasını dəyişdi. Rusiya mediasının bildirdiyinə görə, son
günlər Primakovun
səhhətində ciddi prob-
lemlər olub. Rus dip-
lomat, dövlət və siyasi
xadim Yevqeni Primak-
ov 1996-1998-ci illərdə
Rusiyanın xarici işlər
naziri, 1998-1999-cu
illərdə isə Rusiya Federasiyasının baş naziri olub. Siyasətdən
uzaqlaşandan sonra Primakov elmi işlə məşğul olmağa
başlamışdı.
Almaniyada hicab sərbəst oldu
Almaniyanın ən böyük əyalətlərindən olan Şimali Reyn-Vestfaliyada hicab qadağası ləğv olunub.
Verilən məlumata görə, əyalət parlamenti məktəblərdə qadın müəl-
limlərin hicab geyinə biləcəyinə qərar verib. Bildirilir ki, qadağanın
ləğv olunması üçün parlamentdə keçirilən səsvermədə Sosial De-
mokrat, Yaşıllar, “Piratlar” partiyası ilə Xristian Demokratlar birliyi
lehinə, Liberal Azad Demokratiya partiyası əleyhinə səs verib. Bu
qərardan sonra müəllimlər ölkənin ən çox əhalisi olan və ən böyük
əyalətində hicabla dərslərə girə biləcəklər.
Qeyd edək ki, Şimali Reyn-Vestfaliya əyalətində bir milyona yaxın
türk miqrant yaşayır. Federal Konstitusiya məhkəməsinin keçən
ilin mart ayında məktəblərdə hicab qadağasını prinspial olaraq
yasaqlamasından sonra əyalət parlamenti hicabın sərbəst olması üçün
işə başlamışdı. Ölkədə hicab qadağasını ləğv edən ilk əyalət isə Bre-
men olub.
Yunanıstanda banklar
bağlanır
Yunanıstanın maliyyə nazirliyi ölkə banklarının fəaliyyəti ilə
bağlı bır sıra fövqəladə tədbirlərin həyata keçirilməsini təklif
edib.
Verilən məlumata görə, bu gündən iyulun 6-dək ölkə bankları
işləməyəcək.
İyunun 29-dan bankomatlardan istifadəyə qadağa, sonra isə
nağd pulun verilməsinə limit qoyulub.
Həmçinin banklararası pul köçürmələrinə məhdudiyyətlərin
qoyulması nəzərdə tutulub. Sahibkarların maliyyə əməliyyatları
yoxlamadan keçiri-
ləcək.
Fövqəladə tədbirlər
ölkədən xaricə mil-
yardlarla avro həc-
mində pul axını və
əhalinin bankomat-
lardan kütləvi şə-
kildə pul çıxarması
ilə bağlıdır.
SOCAR Rumıniyada hər il 10
yanacaqdoldurma məntəqəsi açacaq
Azərbaycan Dövlət Neft Şirkəti
(SOCAR) yaxın 2-3 il ərzində
Rumıniyada yanacaqdoldurma
məntəqələri (YDM) şəbəkəsini
genişləndirmək üçün 50 mln. avro
investisiya yatıracaq.
"APA-Economics"in məlumata
görə, bunu SOCAR-ın sərmayələr
və marketinq üzrə vitse-preziden-
tinin müavini Vitali Bəylərbəyov
bildirib.
Onun sözlərinə görə, SOCAR indiyədək Rumıniya iqtisadiyyatına 50
mln. avro yatırıb: "Hazırda SOCAR brendi altına Rumıniyada 32 ədəd
YDM fəaliyyət göstərir. Bu ilin sonuna qədər Rumıniyada daha 3-4 YDM
açacağıq. Gələn il ərzində isə daha 10 ədəd YDM-in açılması nəzərdə tutu-
lur. Bu tendensiyanı 3-4 il müddətində davam etdirəcəyik. Bununla da, hər il
ümumilikdə 10 YDM fəaliyyətə başlayacaq".
SOCAR rəsmisi qeyd edib ki, şirkət yerli bazarda böyük oyunçuya çevrilmək
niyyətində deyil, ancaq YDM-in şaxələndirməsini davam etdirəcək.
Nizami Saraclı - 65
№09 (184) 30.06.2015
5
Dünya
№09 (184) 30.06.2015
4
Şairləri susan bir məmləkətdə
xalq başı hayına qalar əlbəttə...
N.P.Saraclı
Nizamii Paşa Saraclının hansı ildə doğulduğu-
nu bilmirəm. Ancaq onu bilirəm ki, ilk şeiri on
üç yaşında qələmə alıb. Və həmin o ilk şeirin
yazıldığı il də Nizamii Paşanın doğulduğu
ildir. Şairin ilk şeirini yazdığı gün doğma
kəndi Saraclıya
şeir kimi bir
işıq düşdü.
Əvvəlcə ata-
baba ocağını,
sonra həyət-
bacanı, sonra
da yolu-izi,
kənd ortalığını
– Dağdağanın
dibini işıqlat-
dı, orta məktəb
pəncərəsində
bərq vurdu,
şagirdlərin, müəllimlərin könlünü aydınlatdı,
dodaqlarında təbəssümə döndü... Az sonra bu
işıq bütün Börcala – Borçalını bürüdü, qurd
gözünün parıltısı kimi dərvişlər, elat köçləri
görmüş dağ-aran yollarına güzgü tutan və
qaranlıqları aydınlada-aydınlada arxasınca
gələnlərin göz görümünü genəldə-genəldə
həyata, yaşayışa, gün-güzəran qayğısına ho-
pub göyərdi, çiçək açdı, bar gətirdi... Bu gün
Saraclıda doğan o işıqdan Azərbaycanın hər
guşəsinə, Turan dünyasının hər köyünə, kənd-
kəsəyinə bir zərrə düşüb. Şairin səsi hər yanda
eşidilir, nəfəsi hər yanda duyulur.
Nizami Paşaya dünyamızın Dəli Dərvişi
demişəm. Nəyə görə demişəm, niyə demişəm...
Bunu öyrənmək üçün şairin bağrından
parıltı kimi, hayqırtı kimi qopan şeirlərini,
poemalarını, dastanlarını oxuyub duymaq
gərəkdir:
Dostları vurdum dişə,
tikəni çəkdim şişə,
mən bişmişi bişmişə
qatmadım, Baba Dərviş!
-Küsmə dünyadan, – dedin, –
ayıl röyadan, – dedin, –
rəngdən-boyadan – dedin, –
məna duy, – Baba Dərviş!
Nə dedin, o da oldu,
içim bir oda oldu.
Hər gün bir hikmət doldu
odama, Baba Dərviş!
Cəmisi üç bənd olan bu şeirin məna tutumu,
fəlsəfi siqləti, lirik-metodik ahəngi, drama-
tizmi, dialoqvari yivli inkişafı, hər sözün
yerli-yerində işlədilərək oxucuda qəribə hiss
oyatması göz önündədir. Şeir gəraylıdırmı? –
Yox! Varsağıdırmı? – Yox! Bayatı düzümlü bir
süjetə xidmət edən nəzm parçasıdırmı? – Yox!
Bəs bu hansı ölçüyə, hansı qəlibə sığışdırılıb?!
– Bilmirəm! Bircə onu bilirəm ki, şeirdir. Özü
də hər birimizin mənəvi zənginliyə doğru can
atan içimizdəki “mənin” şeiridir, nəğməsidir,
əzəli-əbədi nəğməsi... Şairi, şeiri duymayanlar,
duymaq istəməyənlər şairin və eləcə də, mənim
nə demək istədiyimi anlamazlar. Ona görə
də onlar bu cür əsərləri oxumasalar yaxşıdır.
Çünki oxusalar, istər-istəməz unamadıqları
bir dünyayla qarşılaşacaq, mənfur duyğular ilə
qara qəlbin burulğanında baş-başa qalacaqlar...
Paxıllanıb dıncıxacaqlar, özlərinə yer üzündə
yer tapa bilməyəcəklər, rahatlıqları pozulacaq,
dişləri bağırsaqlarını kəsəcək... Mən isə bu
adamların, insan zümrəsinə aid olduqlarından
, istəmirəm ki, onsuz da qara olan qəlbləri daha
da qaralsın, şairə qarşı daha da qanıxıb fəsad
törətmək fikrinə düşsünlər...
* * *
Burda mən Qarabağ uğrunda gedən döyüşlə-
rin birində, ön cəbhədə düşmənlə əlbəyaxa
vuruşmada olan şair haqqında, polkovnik-
leytenant Tanrıverdiyevin, mənim yanımda
Müdafiə Nazirinin müavinlərindən birinə
dediyi sözləri xatırlamaq istəyirəm: “Cənab
general, güllə böyük-kiçik, şair-alim tanımır.
Nizami Paşa bizim adı dünyayla bir olan,
xalqa bizdən daha çox gərəkli bir insandır. Onu
güllə qabağına verməklə nə qazanırıq? Xahiş
edirəm, əmr ver, şairi geri çağırsınlar. Demək
olmaz, itirərik, dünya bizi qınayar. Deyərlər,
Azərbaycan xalqı gör nə günə qalıb, şairin güllə
qabağına verir. Burda biz onun özündən yox,
sözlərindən yararlansaq daha yaxşı olmazmı?”.
Polkovnik-leytenant generala “məruzə”sini
bitirdikdən sonra şairin bir şeirindən bu bəndi
əzbər söylədi:
Biz də bizik, ağır elik,
Çəpik-çevik, çəlik-çilik,
Birləşərək bölük-bölük,
Hu deyin, bəylər, hu deyin!
Mən bu bir bəndlik şeir parçasını polkov-
nik-leytenantın dilindən eşitdikdən sonra, bir
qələm əhli, hərbçi-jurnalist kimi qürur hissi
keçirməklə bərabər, həm də çox qəmləndim və
nigaran baxışlarla Nizami Paşanın da olduğu
savaş meydanını daha intizarla seyr eləməkdə
davam etdim... Orda bizdən təxminən dörd ki-
lometrlik məsafədə ailənin yeganə oğlu, dörd
uşaq atası, dul bir qadının saçının birini ağ, o
birini qara hörüb böyütdüyü bir türk erkəyi
– şair qardaşım savaşırdı... Bəlkə də mənim
ona dünyanın Dəli Dərvişi deməyim elə bur-
dan, buranın bu qanlı-qadalı, qarma-qarışıq,
həyat və ölüm qoxulu abı-havasından, qeyrət
və qürur dolu, qorxu-həyəcan yüklü döyüş
bölgəsinin, heç bir qanuna sığmayan, mənfur
müharibə qaydalarının məntiqli-məntiqsiz
məzmunundan irəli gəlirdi...
* * *
Mənim fikrimcə, şairin vətən uğrunda özü
yox, sözləri vuruşmalıdır. Könüllər atlandıran
bədii söz bir küncə sıxışdırılmamalı, söz
sahibləri özləri əldə silah vuruşmaq zorunda
qalmamalıdırlar. Ölkənin və ordunun başında
duranlar bilməlidirlər ki, müharibəni yalnız
ruh yüksəkliyi daha çox olan tərəf uda bilər.
Bu isə səmimi vətənpərvər sözü, xüsusən də
ən çevik təbliğat vasitəsi olan şeir və nəğmə
ilə mümkün olur. O ki, qalmış Nizami Paşa
kimi söz adamlarına onların özü bir əsgər,
sözləri isə bir ordunu əvəz etdiyindən belə
şəxslərdən vətən gərəyincə yararlanmalıdır.
Şairin milli ordumuza ithaf etdiyi “Millətin is-
tiqlal marşı” şeiri on ildən artıqdır ki, yazılıb.
“Azərbaycan” qəzetinin və “Hərbi bilik”
jurnalının birinci səhifələrində dərc edilib. Bu
şeir qardaş Türkiyənin dövlət himninin mətni
olan “İstiqlal marşı”ndan heç də geri qalan əsər
deyil. Ancaq gəlin görək onu biz gərəyincə
dəyərləndiririkmi? Əsla yox! Şeiri bütünlüklə
burada vermək imkanı olmadığımızdan yalnız
bir bəndini xatırladırıq:
Sönməz sehrini gör haq yaxan çırağımın,
Ayı, yıldızı nur üç rəngli bayrağımın,
Bir bax, nəbzi vurur üstündə torpağımın,
Öndə iki yol var: Qələbə, ya da məzar:
Öncə Vətəndir yurd, sonra övlada məzar!
Mənim fikrimcə belə əsərləri orta məktəb
dərsliklərinə salmalıyıq. Ayrı-ayrı vaxtlarda
təkrar-təkrar çap edərək xalq arasında mümkün
qədər, daha çox yayılmasına nail olmalıyıq. Yetər
ki, sovet dövründən qalma bayağı tərənnüm
ruhlu şeirlərə gənclərimizin zövqünü korladığı
dövrlə səsləşən həyatda daha yaxın insanlara
daha məhrəm əsərlərlə üz tutmağımızın vaxtı
çoxdan çatıb. Şairin vətənpərvərlik və döyüş
ruhunda yazılmış dəyərli şeirləri yüzlərlədir.
Ancaq ağzına gücü yetməyən bəzi tənqidçilər
və jurnalistlər cəmiyyətdə belə bir fikir
formalaşdırmaq istəyirlər ki, guya şairlərimiz
“41-45” müharibəsində olduğu qədər indi fəal
deyillər. Tamamilə yanlış fikirdir!
* * *
Nizai Paşa Saraclı geniş əhatəli yaradıcılığa
malik ustad bir sənətkardır, məhsuldardır.
Əsərlərinin keyfiyyəti, hər baxımdan müa-
sir oxucunu qane etməyə qadirdir. Şair dos-
tumun yeganə qüsuru özünü təbliğlə məş-
ğul olmamasında, əsərlərinin öz-özünə yol
açacağına arxayın olmasındadır. Bu isə bəlkə
də dövrün, müəllifdən, yüksək maddi durum
tələb etməyindən irəli gəlir. Axı indi “para”sız
heç kim heç kimin kitabını oxumaq istəmir...
* * *
Nizami Paşanın yazdıqları əslində, sadəcə
şeir deyil, yüz illər öncə dünyaya səpələnmiş
gündoğandan günbatana at sürmüş türklərin
hayqırtısıdır. Onun şeirlərinə diqqət yetirsələr
Altayda, Çində, Sibiryada... yarasından qan
fışqıran ulu türkün səsi eşidilər:
Dəmirdağda Qurd ana türkü doğubdu azad,
Əlinə qılınc verib, altına qısraq bir at.
O vaxtdan uçur göydə bir köhlən kişnərtisi,
Bir qılınc parıltısı, bir igid nəriltisi,
Bu azadlıq həsrəti, bu həyat eşqi türkün,
Çıxır, batır yox olur... təkrar doğulur hər gün...
Nizami Paşa şeir yazmır, türkün ulu keçmişini
işıqlandırır, dünənimizdən, bu günümüzdən
söhbət açır, vəhy şəklində ayələr, ilahilər
söyləyir. Sanki diricə Dədə Qorquddur,
Manasdır, Koblandı-Batırdır.
Bir bax, yapıb getdiyin hər yuvaya
öz adını yazır düşmən əli, Türk!
Yetir bunca havalandın havaya,
hoy günüdü, özünə dön, Dəli Türk!..
Filologiya elmləri doktoru Ş.Vəliyevin
təbrincə desək, “kiçik köyün böyük millət
şairi” təpədən dırnağa, qandan iliyə, qafa-
dan könüləcən vətənpərvər olan bir insan, öz
doğmaca türkustanından oğul-uşaqlı, nəvə-
nəticəli yuvası dağılmış qartal misalı, vətən
göylərində cövlan edir, bu, bəlkə də onun
qanadları yorulanacan davam edəcək və bizi
illər, əsrlər boyu nəsil-nəsil, yana-yana qoyub
bir gün: Salam, torpaq! – deyəcək... Bax, onda
kimlər üçünsə “qızıl dövr” adlanan bu dövr
sürəkli qınanacaq...
Unudulmaalıdır ki, qaranlıq işığın kölgəsidir,
onu hər hansı bir kəsərlə yaralamaq olmaz.
Şairin bir-birindən sanballı, bir-birindən
dəyərli əsərlərini damarlarından saf ana südü
kimi türk qanı axanlardan savayı oxuyan, ox-
umaq istəyən yoxdur. Çünki bayaq dediyim
kimi, oxusalar ürəkləri tab gətirməz, partlayar,
çilik-çilik olar. Vaxt var idi ki, türklər dünya-
ya hökmranlıq edirdilər, insanlara din, dil,
mədəniyyət, azadlıq, demokratiya daşıyırdılar.
Türk əsgərləri çarıqlarını, patavalarını Hind
okeanında, Sakit okeanda yuyar, Misir
ehramlarına at belində tamaşa eyləyər, Zevsin
Olimpdəki heykəlini sığallayar, Babilistanda
asma bağların kölgəsində dincələrdilər. Vaxt
gələcək ki, bir zaman babaları atla gəzən yerləri
Nizai Paşanın ruhu şeirləriylə gəzəcək, min
illərin xatirələrini hər addımbaşı, durna sürüsü
kimi, pırıldada-pırıldada gəzəcək...
Şair şeirlərində, poemalarında daha çox
kişilikdən, mərdlikdən və millətin qeyrətindən
yazır. Çünki özü, bir şəxsiyyət olaraq, bu kimi
keyfiyyətlərə malikdir. Vətən dara düşdüyü
bir vaxtda hər şeydən, hətta öz nəğmələrindən
belə əl götürüb, Borçalıdan gələrək, silaha
sarılan şair əlbəttə ki, millətin qeyrətli oğlu,
Qarapapaqlar yadigarı bir cəngavərdir. Bütün
əsərlərində, yurda, el-obaya, soy-kökə bağlılığı
önə çəkən bu cəngavər qələm əhli hər yerdə,
hər zaman vətən, millət təəssübkeşi kimi səsini
ucaldıb və ucaldır:
Dağları verdik yada, düzlərə səpələndik,
Bu nə əda, nə əda, dağ ikən təpələndik!..
Və yaxud da:
Ayrı-ayrı yeyildik bişsək də bir kürədə,
Hey Uludağ, Uludağ, Osman Qazi nerədə?!
Şairin səsi hər yanda, bizə elə gəlir ki, Tanrı
qatında da eşidilir. Ancaq inanırıq ki, onun səsi
daha çox özündən sonra eşidiləcək. Çünki bu
gün səsi öz arxasınca sel kimi ilğıyıb gələn
Nizami Paşanın, yarın özü dayananda, bu səs
seli başından aşıb daha sürətlə çağlayacaq... Bu
isə şair şəxsiyyətinin ucalığından şəlalə kimi
tökülən səs və söz nəhritək təsəvvürə gəlir.
Əsil dərvişlər Tanrının ən sadiq, ən inanılmış
və ən etibarlı bəndələrindəndir. Tanrı bən-
dələrinə demək istədiklərini Qurani-Kərim
vasitəsiylə göndərsə də, bu müqəddəs kitabı
oxumayanların sayı oxuyanların sayından
çox oldu. Odur ki, dərvişlər köməyə gəldilər,
qapı-qapı gəzdilər, məclislərdə, meydanlarda
xalq sözünü, haq sözünü danışdılar, düzü-düz,
əyrini-əyri qələmə aldılar. Xalqı qəflət yux-
usundan silkələyib oyatmağa, özünü tapmağa,
haqqa tapınmağa, səslədilər. Xalq sözü, haqq
sözü deyənə dəli dedilər. Dərviş qiyafəsində el-
el, oba-oba gəzənlər əslində millətin müəllimi
və bir növ canlı, özüyeriyən ensiklopedik
kitabları idilər.
Bu gün isə mənim dərviş şair kimi tanıdığım
və qələminə baş söykədiyim, and yeri bilib,
sözünün istisinə isindiyim N.P.Mutlutürkün
kitabları evləri dolaşır, obaları, mahalları
gəzir, ölkə sərhədlərinin hüdudları kənarında
elçilik missiyası yerinə yetirir... deməli öz
dərvişlik görəvini ləyaqətlə, usanmadan həyata
keçirdir...
Bu məqalənin bir qədər qısa variantını “Dünya
yaxşı adamların çiynində durur” adlı kitabımda
çap etdirmişdim. İndi bir az genişləndirdim.
Bu da on ildən artıq tanıdığım şair dostu-
mun ürəyimdə tutduğu yer kimi oldu... Biz
bu müddətdə çox oturub-durmuşuq, çörək
kəsmişik, çay içmişik, hərdən içki məclisləri də
qurmuşuq. Və bu vaxt ərzində duyğuları bulaq
kimi qaynayan, bu dünyanın, bu yer üzünün
dəli dərvişi sayılan, yaşı əllini çoxdan ötsə də
öz uşaq təmizliyini, öz kənd sadəlövhlüyünü,
öz ürək saflığını hələ də özündə saxlayan,
ondan bircə xışma da qara yellərə, azğın rüz-
garlara verməyən, 16 dəyərli kitab müəllifi,
dörd beynəlxalq mükafat laureatı Gürcüstanın
“Şöhrət” ordeninin kavalerini sən demə, mən
hələ yaxşı tanımamışam. Polkovnik-leytenant
İsmayıl Həkimlinin Nizami Paşaya həsr etdiyi
“Atlanış” şeirini oxuyandan sonra quruyub
yerimdəcə heykələ döndüm. Özümü bir andaca
min illərin o tayında Orta Asiya türklərinin
arasında hiss etdim. Atı qanadlı ulu babalarım
yaraq-yasaqlı gəlib bir-bir gözüm önündən
keçdilər. Şair Nizami Paşayla yan-yana, omuz-
omuza keçdilər. Sağ əlimi gözüm üstünə qoyub
min illərin o tayından bu günümüzə baxdım.
Bu günümüzə yazığım gəldi. Şairi Haramı
dağlarında haramılarla qılınc döyüşdürən bir
xalqın bədəsil oğullarının künc-bucaqda, ar-
vad tumanı altda gizlənən nankorlarını seyr et-
dim, üzüldüm, ürəyim ağzıma gəldi... Yaşaran
gözlərimlə İsmayıl bəyin əksini gördüm,
yenidən onun hayqırtısını eşitdim. General
Tağı Əhmədovun şairin əmək cəbhəsindəki
sücaətindən söz açan könül çırpıntısını
ifadə edən “müşairə”sini duydum və pro-
fessor Nizamii Cəfərovun Nizami Paşanın
yaradıcılığına verdiyi misilsiz dəyərlə təskinlik
tapdım. Alim qardaşım Ş.Vəliyevin hələ o vax-
tlar köydə yaşayan N.Paşa haqqında dediyi
“kiçik köyün böyük millət şairi” kəlamını bir
daha öpüb göz üstünə qoydum. Sevindim,
qürurlandım...
Dostları ilə paylaş: