ĠuĢa təkcə ĢuĢalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaĢımız üçün əziz bir



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix03.02.2017
ölçüsü1,22 Mb.
#7292
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Üçüncü  səbəb.  Erməni  ünsürləri  həmişə  başqa  xalqlara 
qarşı  həsəd  aparmış  və  onlara  paxıllıq  etmişlər.  Paxıllıq  isə 
sağalmaz  xəstəlikdir.  Bu  xəstəlik  erməni  ünsürünün 
iliyindədir.  Onu  sağaltmaq  mümkün  deyildir.  Ermənilər 
tülküdən  də  bicdirlər.  Tülkünün  qurduğu  kələkdən  baş  açmaq 
mümkün olmadığı kimi, erməninin də kələyindən dünya xalqları 
hələ də baş aça bilmir… 
*** 
Mən  ömrümün  56  ilini  doğma  ġuĢada  keçirmiĢəm
Boya, başa bu şəhərdə çatmışam. Həyatımda əldə etdiyim bütün 
uğurlar  ġUġANIN  adı  ilə  bağlıdır.  Mənim  mənsub  olduğum 
şəcərə  Qarabağ  xanlığının  tarixi  ilə  bağlıdır.  Mənim  ata-baba 
nəslim ġuĢada  DaĢçılar  adı  ilə  məĢhurdur.  ġəhərin  hasar  və 
bürclərinin,  küçələrin  daĢ  döĢəmələrində,  Rastabazarların, 
bazar  və  karvansarayların  və  digər  tikintilərdə  onların 
əməyi  xüsusilə  böyükdür.  Bunlar  yaşlı  şuşalıların  xatirəsində  
dərin iz qoymuşlar. Mən, bununla fəxr edirəm.  
Evimiz  Çuxur  məhəllədə  yerləĢir.  GeniĢ  və  yaraĢıqlı 
həyətimiz  var  idi.  Həyətimizdə  tut,  alma,  armud,  alça, 
gavalı, heyva, gilənar və müxtəlif bəzək ağacları var idi. 
Ailədə  doqquz  uĢaq  olmuĢuq,  altı  qardaĢ  və  üç  bacı
Hamımız zəhmətlə boya-başa çatmışıq. Altımız ali təhsilli, ikisi 
orta ixtisas və bir nəfəri isə orta təhsillidir.  
Atam Hüseynov Rza ƏĢrəf oğlu və anam Hüseynova 

 
 
66 
Əziz  Məhəmməd  qızı  bizim  bütün  qayğılarımızı  çəkmiş, 
sağlam,  ədəbli,  yüksək  əxlaqi  keyfiyyətlərə  yiyələnməyimizə 
həmişə  ciddi  fikir  verərdilər.  Bunun  dəyərli  nəticələri  bizi 
xoşbəxt həyata qovuşdurmuşdur.  
Şuşa,  onun  təbii  gözəlliyi,  mehriban  və  qayğıkeş 
insanları mənim yadımdan çıxmaz. 
Orta  məktəbdə  və  ali  məktəbdə  oxuduğum  illər, 
xatirimdə  dərin  iz  buraxmışdı.  Boş  vaxtlarımı  çox  sevdiyim 
yerlərdə  -  Məhəmmədhəsən  ağanın  imarətinin  divarları 
qarşısında yerləşən, hündür və təbii qaya olan Leyli Qayasının 
üstündə,  Qırxpilləkan  ərazisində,  Cıdır  düzündə,  Ġbrahim 
xanın  kəmənd  imarətində,  Əli  kahasında  və  baĢqa  tarixi 
yerlərdə keçirərdim.  
Ən  çox  sevdiyim  istirahət  yeri  Leyli  qayası  idi. 
Günortadan sonra, ġuĢanın səmasını öz ağuşuna alan qara və 
ağ  buludları  yarıb  açıq  səmaya  çıxan  dağ  qartallarının 
çıxardığı  əzəmətli  səslər  mənə  xüsusi  ilham  verərdi.  Hüseyn 
Arif demiĢkən:  
«Yarıb buludları dinəndə qartal,  
Bu səsə bərabər bir səs harda var». 
 
Şuşanın təbii gözəlliyini heç bir bədii sözlə təsvir etmək 
qeyri-mümkündür.  Şəhərin  üzərində  ağ  və  qara  buludlardan 
ibarət,  elə  mənzərə  həkk  olunurdu  ki,  heç  bir  rəssam  fırçası  bu 
mənzərəni  yarada  bilməzdi.  Şuşanın  özündə  və  onun  ətraf 
ərazilərini  qarış-qarış  gəzmişəm.  Topxana  və  Çaxmaq 
meĢələri,  Böyük və  Kiçik Kurs dağlarını  gəzib dolaĢmıĢam. 
1938-ci  ildə  alpinistlər  V.Ġ.Leninin  büstünü  Böyük  Kirs 
dağının zirvəsində, qayanı oyaraq, orada yerləĢdirmiĢlər
Şuşa  ətrafında  yerləşən  meşələrdə  zoğal,  cır  armud, 
alma,  böyürtkən,  göcə,  fıstıq  və  baĢqa  qiymətli  ağaclar  var 
idi.  Meşələrimiz  heyvanlar  aləmi  ilə  də  zəngin  idi.  Zəngin 
meşələrin  və  çoxlu  dağların  olması,  təbii  yem  ehtiyatlarının 
bolluğu  burada  heyvan  və  quşların  yaşamasına  hərtərəfli  şərait 
yaradır.  Meşədə  və  dağlarda  Qafqaz  maralının,  sığının, 

 
 
67 
cüyürün,  dağkeçisinin,  ayının,  canavarın,  vəhĢi  qabanın, 
çaqqalın,  tülkünün,  dovĢanın  yaşamasına  əlverişli  şərait 
yaradır.  Bunlardan  əlavə  Şuşa  ərazisində  kəklik,  bülbül, 
bildirçin, dağlarda isə dağ qartalı, qızılquĢ da yaĢayırdı. Bir 
sözlə Şuşanın flora və faunası olduqca müxtəlif və zəngin idi.  
Şuşanın hər daşı bir tarix idi. Təbiət sanki bu müqəddəs 
şəhərə  ana  laylası  oxuyurdu.  Təbii  ponarama  olan  Şuşa,  özü 
kimi  mərd,  cəsur  insanlar  məskəni  idi.  Şəhərin  sakinləri 
mehriban və qonaqpərvər idi.  
Milli  bayramımız  xüsusilə  əzəmətli  və  yaddaqalan  idi. 
Bahar  mərasimləri  yüksək  səviyyədə  keçirilərdi.  Şuşalılar  bu 
mərasimə ilin son çərşənbəsinə 40 gün qalmış hazırlıq görməyə 
başlayardılar.  
Şuşanın bütün məhəllələrində, həyət və evlərdə təmizlik 
işləri  aparılır  və  bu  işdə  sakinlər  bir-birinə  köməklik 
göstərirdilər. Novruz bayramı milli vətəndaşlıq hüququ aldıqdan 
sonra, şuşalılar bu sahədə qədim ənənələri yüksək səviyyədə icra 
edirdilər.  
Şuşada  Novruz  mərasimləri  «kosa-kosa»  adı  ilə 
başlayırdı.  Hər  bir  məhəllədə  bu  mərasimi  yüksək  səviyyədə 
bilən, insanları özünə cəlb edən cavanlar icra edirdilər. Keçəl və 
Kosa  rolunda  da  məharətli  cavanlar  çıxış  edirdilər.  Onların  hər 
ikisi  oynadıqları  rollara  uyğun  geyimlər  geyərdilər.    Keçəl  və 
Kosa  məhəllələri  gəzir,  uşaqlarla  əylənir  və  onlara  bayram 
hədiyyələri verirdilər.  
Novruzun  əsas  atributlarından  biri  və  əsası  «Səməni» 
göyərtmək idi. Şuşalılar səməniyə dərdlərə  əlac  edən  məlhəm 
kimi  baxırdılar.  Şuşanın  bütün  evlərində  səməni  göyərdilirdi. 
Bayram  axşamı  qapıpusma  da  xüsusi  yer  tuturdu.  Ona  görə 
də  həmin  axşam,  hər  bir  ailə  xoş  sözlər  danışır,  qapıpusmaya 
gələni xoş əhval-ruhiyyə ilə geri qayıtmasına şərait yaradırdılar.  
ġuĢanın  hər  məhəlləsində  Novruz  tonqalı  xüsusi  yer 
tuturdu.  Tonqallar  üçün  təbii  bitkilərin  qurumuş  qalıqlarından, 
xüsusilə  qanqallardan  istifadə  olunardı.  Məhəllə  cavanları  bu 
sahədə yarışa girərdilər. Tonqallar yandıqca adama elə gəlirdi ki, 

 
 
68 
onların  üzərinə  barıt  tökülmüĢdü.  Bu  mərasimdə  başqa 
məhəllələrin nümayəndələri də iştirak edərdilər.  
Daha  qədim  dövrlərlə  səsləşən,  tonqal  üzərindən 
tullanmaq da şən əhval-ruhiyyə yaradırdı.  
Məhəllə  uşaqları  torba  atmaq  üçün  evləri  əvvəlcədən 
müəyyən edərdilər. Şər işləri olan evlərə torba atmazdılar. Yaxın 
adamları və qonşular onlara bayram sovqatı aparardılar. Onlara 
mənəvi dayaq olardılar.  
Novruz  axĢamı  «Ġsak-Musak»,  yəni  el  arasında 
deyildiyi  kimi  GecəquĢunun  oxuması  insanlara,  xüsusi  ovqat 
bəxş edirdi. Ustad Seyid Məhəmmədhüseyn ġəhriyarın dediyi 
kimi:  
 
Bayram idi, gecəquĢu oxurdu, 
Adaxlı qız bəy corabın toxurdu, 
Hər kəs torbasın bir “qapıdan” salırdı, 
Ay nə gözəl qaydadı torba atmaq,  
Bəy torbasına bayramlığı bağlamaq. 
 
Torba istədim mən də evdə ağladım, 
Bir torba alıb tez belimə bağladım,  
Qulamgilə qaĢdım, torba salladım, 
Fatma xala mənə corab bağladı, 
Xan nənəmi yada salıb ağladı.   
 
Bayramda  yumurta  boyamaq,  yumurta  döyüşdürmək  də 
adət  idi.  Bu  işlə  məşğul  olanlar,  yumurtaların  möhkəmliyinə 
xüsusi  fikir  verərdilər.  Sağlam  toyuqların  yumurtalarının  əldə 
olunması dəb idi.  
Bayram  axşamı  ailə  üzvləri  mütləq  bir  yerdə  olmalı  və 
bayram  süfrəsinin  ətrafında  əyləşməli  idilər.  İl  təzələnəndə, 
səhər  tezdən  təmiz  axar  su  başında  uşaqların  çilləsi  kəsilərdi. 
Uşaqların sol və sağ əllərinin baş barmaqlarını qırmızı iplə bir-
birinə bağlayırdı. Çillə kəsən yaşlı qadın dua oxuyar, sonra ipləri 
kəsər,  uşaqlara  su  içirdər  və  onlara  xeyir-dua  verərdi.  Çillə 

 
 
69 
kəsilən çeşmələr təmiz və saf sulu idi.  
Qonşular  çalışırdılar  ki,  hamının  Novruz  süfrəsi  zəngin 
və bol olsun.  
Şuşada  bayram  günləri  olduqca  şən  və  təmtəraqlı 
keçərdi.  Mənim  Şuşa  günlərim  belə  idi.  Mən  dağam,  dumanlı 
zirvəyəm,  Şuşadır  Vətənim,  çünki  şərəfdir,  şöhrətdir  zirvə  dağ 
üçün.  Şuşa  mənim  son  yuvam,  son  binəmdir.  Ömrümün  son 
çağlarında əyilərəm ona, əyilər torpağa gün batmaq üçün. 
ġUġA! Bu ad nə qədər əziz, doğma, munis və sevimli bir 
ad, nə qədər dilnəvaz və mehriban bir ana – VƏTƏNDĠR. Şuşa 
o  qədər  gözəl  bir  məkandır  ki,  onun  adı  qarşısında  diz  çökərək 
xakipayini hörmətlə öpmək mənim ən müqəddəs vəzifəm olub. 
Bu şəhərin uğrunda hər bir varlıqdan, candan, maldan, həyatdan 
və  sairədən  keçmək,  al-qanlara  bulanmaq,  məhv  olmaq  mənim 
üçün ən müqəddəs bir səadət və şərəfli bir haldır [9, 311]. 

 
 
70 
ƏDƏBĠYYAT 
 
1.
 
Əhməd  bəy  Cavanşir.Qarabağ  xanlığının  1747-1805-ci  illər 
siyasi  vəziyyətinə  dair.  Qarabağnamələr.  I  kitab.  Bakı., 
1989. 
2.
 
M.H.Həkimov.  Xalqımızın  deyimləri  və  duyumları.  Bakı.,                                                                      
1988, 384 s. 
3.
 
Mirzə Adıgözəl bəy. Qarabağnamə. Qarabağnamələr. I kitab. 
Bakı., 1989. 
4.
 
Mirzə    Camal    bəy    Cavanşir    Qarabaği.    Qarabağ  tarixi. 
Qarabağnamələr.      I kitab. Bakı., 1989. 
5.
 
Yaqub  Mahmudov.  Kərim  Şükürov.  Qarabağ.  Real  tarix. 
Faktlar. Sənədlər. Bakı., 2009, 144 s. 
6.
 
Jan Kevr. Xacə şah. (Tarixi roman). II kitab, B.1994, 220 s.                
7.
 
Mirzə Yusif Qarabaği. Tarixi-Safi. Qarabağnamələr. II kitab. 
Bakı. 1991. 
8.
 
Rzaqulu bəy Mirzə Camal oğlu. Pənah xan və İbrahim xanın 
Qarabağda  hakimiyyətləri  və  o  zamanın  hadisələri. 
Qarabağnamələr. II kitab. Bakı., 1991. 
9.
 
Həsən  İxfa Əlizadə. Şuşa şəhərin tarixi.  Qarabağnamələr.  II 
kitab, Bakı., 1991. 
10.
 
  Həsənəli  Qaradaği.  Qarabağ  vilayətinin  qədim  və  cədid 
keyfiyyət övzaları. Qarabağnamlər. II kitab, Bakı., 1991. 
11.
 
M.İ.Mustafayev.  Qarabağ  xanlığının  iqtisadiyyatı.  Berlin, 
1949. 
12.
 
Qarabağnamələr. I kitvab, Bakı., 1989 
13.
 
Y.Mahmudov., C.Mustafayev. Şuşa-Pənahabad. Bakı., 2012, 
152 s.  
14.
 
 M.Baharlı.  Əhvalati-Qarabağ.  Qarabağnamələr.  II  kitab. 
Bakı., 1991. 
15.
 
 Əminə Pakrəvan. Abbas Mirzə və Azərbaycan. Bakı., 2010.  
16.
 
 F.M.Əliyev Şimali Azərbaycan şəhərləri. Bakı., 1960. 
17.
 
 AKAK. T.V, II c., Tiflis, 1875. 
18.
 
Y.R.Hüseynov. Qarabağ tarixi mənbələrdə. Bakı., 2012. 
19.
 
Н.Н.Шавров.  Новая  угроза  русскому  делу  в  Закавзазье. 

 
 
71 
Баку., 1990. 
20.
 
 ASE. X c., 1987. 
21.
 
Ə.A.Ağayev. 150 yaşlı Şuşa məktəbi. B., 1982. 
22.
 
Y.R.Hüseynov. 
Şuşa 
Azərbaycan 
mədəniyyətinin 
mərkəzidir. Şuşa qəzeti, 15 dekabr, №23, 2010. 
23.
 
F.B.Köçərli. Azərbaycan  ədəbiyyatı.  II  cilddə.  I  cild,  Bakı., 
1978. 
24.
 
ASE. II c., Bakı, 1978. 
25.
 
ASE. IV c. Bakı, 1980. 
26.
 
Y.R.Hüseynov. Qarabağ xanının yeganə övladı. Şuşa qəzeti, 
15 iyun, №11, 2012-ci il.  
27.
 
 ASE, I c., Bakı, 1976. 
28.
 
ASE. VII c., Bakı., 1983. 
29.
 
ASE. V c., Bakı., 1981. 
30.
 
 В.Виноградов.  Узеир  Гаджибеков  и  Азербайджанская 
музыка. М., 1938. 
31.
 
S.Vurğun.  Xurşudbanu  Natəvan.  «Pravda»  qəzeti,  1940,  23 
may. 
32.
 
F.M.Şuşinski. Şuşa kitabı, Bakı., Gənclik. 1998, 428 s.  
33.
 
Y.V.Çəmənzəminli.  Bir  gəncin  dəftəri.  Əsərləri,  üç  cilddə, 
III c., Bakı., 2005. 
34.
 
V.X.Quliyev.  İbrahimxəlil  xan  Cavanşir.  «Şuşa»  qəzeti,  30 
aprel, №8, 2012.    
 
 

Yunis HÜSEYNOV,  
tarix üzrə fəlsəfə doktoru 
 
TƏVAZÖKARLIQ VƏ BĠLĠK 
 
(«Qabusnamə»nin altıncı fəslinin motivləri əsasında 
işlənilmişdir) 
 
Belə bir el məsəli var: «Ləyaqət əql və ədəbdədir, əsil-
nəsəbdə  deyil».  Böyüklük  və  ucalıq  mərifət  və  bilikdədir, 
haralı  və  kimlərdən  olmaqda  deyil.  Biliyi  və  kamil  sənəti 
olmayan  adamlar  gövdəli  olarlar,  kölgəli  olmazlar.  Belələri 
nə  baĢqalarına,  nə  də  özlərinə  xeyir  verməzlər.  Çox  haqlı 
olaraq  onları  Ərəbistan  çöllərində  bitən  tikanlı  bitki 
kollarına bənzədirlər. 
Həyatda  ən  şərəfli  və  uca  ad  ona  deyirlər  ki,  onu  öz 
əməlin və istedadınla qazanasan, şöhrət tapıb, şaxələnəsən. Onda 
el  arasında  insanın  hörməti  və  nüfuzu  özünün  həqiqi  qiymətini 
və dəyərini tapar. 
İnsan  ləyaqətinin  ən  yüksək  dəyəri  sözdür.  İnsan  Yer 
üzünün  əşrəfidir.  İnsan  bütün  canlıların  şərəflisidir.  Məhz  ona 
görə  insan  bir  çox  xüsusiyyətlərinə  görə  digər  canlılardan 
fərqlənir.  Həmin  xüsusiyyətlər  təfəkkür,  hafizə,  təxəyyül, 
təsəvvür  və  danışıqdır.  Bu  beş  daxili  xüsusiyyətlə  yanaşı,  beş 
xarici  xüsusiyyəti  -  eşitmə,  görmə,  qoxubilmə,  toxunma  və 
dadbilmə  xüsusiyyətlərini  də  nəzərə  almaq  lazımdır.  Bütün  bu 
xüsusiyyətlərə  malik  olan  insan  onu  əhatə  edən  aləm  üzərində 
özünün hökmranlığını təmin edə bilmişdir. 
Hər  bir  adam  dilini  gözəl  danışığa  və  yaxşı  şeylər 
söyləməyə  öyrətməlidir.  Ona  görə  ki,  dilə  nə  öyrətmisən,  nəyə 
adət  etdirmisənsə,  həmişə  onu  da  deyəcək.  «Söz  ağlın 
çeĢməsidir»,  «Söz  insanın  görən  gözü,  vuran  əli,  döyünən 
ürəyidir», «Sözü müdrik olanın özü də müdrik olar», «Sözü 
demək  asandır,  arxasında  durmaq  çətin»  və  sair  kəlamlar 
tarixin sınaqlarından keçərək günümüzə gəlib-çıxmıĢdır. 

 
 
73 
Deməli, 
söz  sirlər  xəzinəsinin  açarıdır.  Ulu 
babalarımız  bütün  dövrlərdə  yaĢayıĢ  tərzləri,  inam  və 
etiqadları,  hünər  və  qeyrətləri,  alp-ərlikləri,  yadelli 
düĢmənlərə  qənim  kəsilmələri,  sözün  iĢləmək  məqamında 
gah  hədəfə  dartılmıĢ  ox-yay,  gah  sivrilmiĢ  kəsərli  Misri 
qılınc, gah qalxan, gah nizami ordunu döyüĢə səsləyən zəfər 
himni,  gah  da  qədirbilən  nəsillərin  yaddaĢına  nəsihətlər 
vasitəsilə həkk etdirmiĢlər. 
Söz  mənalı  və  yığcam  olmalıdır.  Müdriklərimiz  çox 
gözəl  demiĢlər:  «Çox  danıĢmaq  gümüĢdürsə,  az  danıĢmaq 
qızıldır», «Az danıĢ ki, sözünün qədri bilinsin». 
 
Böyük Nizami deyir:  
Az sözün inci tək mənası solmaz, 
Çox sözün kərpic tək qiyməti olmaz. 
 
Xalq  arasında  da  sözün  təsiri  haqqında  olduqca 
tutarlı  duyumlar  daha  çoxdur.  Məsələn,  «Yersiz  söz  baĢ 
ağrıdar»,  «Dilini  iĢə  salmazdan  əvvəl  baĢını  iĢə  sal»,  «Dil 
baĢa  bəladır»,  «Söz  yıxmayan  evi  fələk  də  yıxmaz»,  «Söz 
ağlın  cövhəridir»  və  sair  atalar  sözünün  qabağında  nə 
demək 
olar?  Sözün  böyüklüyü  onun  yerli-yerində 
deyilməsidir,  sözü  ağızdan  çiy  çıxarmazlar,  haqq  söz  heç 
vaxt  ləkə  götürməz,  cavan  gözlə,  qoca  sözlə  tanınar.  Yalan 
haqq  və  ədalətə  düĢmən,  yaltaqlıq  və  qorxaqlıq  əlamətidir. 
Bunlar sözün dəyərini aĢağı salır, adamı cılızlaĢdırır. 
Füzuli  də  Nizami  kimi  sözə  yüksək  qiymət  verir.  O 
yazır: 
Sözdür gühəri-xəzaneyi dil, 
Ġzharı sifati-zatə qabil. 
Can sözdür əgər bilirsə insan
Sözdür ki, deyirlər özgədir can. 
Sözün  dəyərlərindən  biri  də  onun  ictimai  xarakter 
daĢımasıdır.  Sözün  qədir-qiyməti  Azərbaycan  yazıçılarının, 
Ģairlərinin  yaradıcılığında,  xalqımızın  əsatirlərində,  əfsanə-

 
 
74 
lərində,  bayatılarında,  nağıllarında,  lətifələrində,  dastan-
larında,  atalar  sözlərində  və  məsəllərində  özünün  dəyərini 
tapmıĢdır.  Bütün  bunlar  xalqımızın  mənəvi  süfrəsidir. 
Yuxarıda  deyilənlər  haqqında  məqalədə  ətraflı  söhbət 
açmaq,  onların  mənəvi  dərinliklərinə  varmaq  imkan 
xaricindədir.  Həmin  problemlərin  hamısı  ayrı-ayrı  əsərlərə 
möhtacdır. 
«Qabusnamə»də deyilir ki, «Dili xoĢ olanın havadarı 
çox  olar».  Əsərin  qəhrəmanı  oğluna  nəsihət  edir  ki,  nə 
sənətin  sahibi  olursan  ol,  ancaq  sözü  yerində  de,  yerində 
deyilməyən  söz  heç  bir  xeyir  verməz.  Camaat  arasında  heç 
kəsə  nəsihət  etmə,  ona  görə  ki,  belə  hərəkət  məzəmmətə 
bərabərdir. 
Təvazökarlıq 
insanın 
bəzəyi 
və 
ləyaqətidir. 
Təvazökarlıq 
sadəlikdir,  belə  adamlar  lovğalıqdan, 
təkəbbürlükdən,  özü  haqqında  cılız,  mənasız,  insana 
yaraĢmayan  ləyaqətsizlikdən  uzaq  olanlardır.  Ġctimaiyyət 
içərisində,  rəsmi  yerlərdə,  mənasız  və  qeyri-humanist 
fikirlər  söyləmək,  həm  «Ģəxs»in  özünə,  həm  də  milli 
sərvətimiz  olan  sözə  xələl  gətirir.  Belə  addımlar  ictimai 
qınaqdan  kənarda  qaldıqlarına  görə  öz  hərəkət  və 
davranıĢlarını  bir  qədər  də  artırırlar.  Respublikamızda 
demokratiyanın və söz azadlığının bərqərar olmasından heç 
kəs sui-istifadə etməməlidir, buna hər hansı  bir ünsürün də 
hüququ yoxdur. 
Keykavus  oğlu  GilanĢaha  məsləhət  görür  ki, 
bilmədiklərini  öyrənməyə  çalıĢ,  bildiklərinlə  öyünmə. 
Bunların  sənə  hər  zaman  xeyri  dəyər.  XoĢxasiyyət  ol.  Ata 
oğula deyir: Sokrat demiĢdir: «Bilikdən daha zəngin xəzinə, 
pis xasiyyətdən daha rəzil düĢmən ola bilməz, bilikdən daha 
böyük  izzət,  həyatdan  daha  qəĢəng  zinət  ola  bilməz». 
Göründüyü  kimi,  ata  oğula  biliyə  yiyələnməyin  yollarını 
məsləhət  görür,  hər  an  yeni  biliklərə  yiyələnməyi  vacib  sayır. 
Hətta biliyi nadanlardan da öyrənməyi mümkün sayır. 
Makedoniyalı  Ġsgəndərin  kəlamını  ata  oğluna  misal 

 
 
75 
gətirir: «Mən xeyri yalnız dostlardan deyil, düĢmənlərdən də 
götürürəm.  Məndən  kiçik  bir  xəta  baĢ  verdikdə  dostlar 
dostluq  xatirinə  onu  ört-basdır  edirlər  ki,  mən  bilməyim, 
düĢmənlər  isə  əksinə,  düĢmənçilik  üzündən  açıb  deyirlər, 
mən  də  ondan  xəbərdar  olub,  həmin  pis  iĢi  bir  daha  təkrar 
etmirəm.  Deməli,  mən  bu  xeyri  dostdan  yox,  düĢməndən 
görürəm...» 
Elm və bilik öyrənmək hamıya vacibdir. Elmli və kamil 
sənətə  malik  olan  hər  kəs  bununla  öyünməməlidir.  El  arasında 
belə hal yaxşı qarşılanmaz. Ağac çox bar gətirdikdə başını aşağı 
əyər. Bu isə ucalıqdır. 
İnsanın  yüksək  əxlaqi  keyfiyyətlərindən  biri  də  onun 
həyalı  olmasıdır.  Bu  isə  imandan  doğur.  Nadan  adamla  oturub-
durmaq  sənin  də  nadanlığına  işarədir.  Müdrik,  xeyirxah 
adamlarla  əlaqə  saxla,  onlardan  ən  yaxşı  işləri  öyrənməkdən 
həzz al. Atanın oğluna arzu etdiyi bunlar idi. Ata deyir:  «Oğul, 
cəhd  et  ki,  səni  xalq  tərifləsin,  cahillər  tərifləməsinlər». 
Həyalı və ləyaqətli o kəslərdir ki, hər yerdə özlərini ləyaqətlə 
aparır, yersiz hərəkətlərə yol vermirlər. 
Ata  oğluna  belə  bir  hekayət  danıĢır:  «Qədim  yunan 
filosofu Əflatun Ģəhərin (Afinanın) adlı-sanlı adamları ilə bir 
yerdə  oturub,  söhbət  edir...  Bir  nəfər  ona  yaxınlaĢaraq 
deyir: «Ey filosof, bu gün bir nəfər səni tərifləyərək deyirdi: 
«Əflatun  (Platon)  çox  böyük  filosofdur,  indiyə  kimi  onun 
kimisi  nə  olub,  nə  də  olacaq».  «Filosof  bu  sözü  eĢidən  kimi 
baĢını  aĢağı  salıb,  ağlamağa  baĢlayır».  Bunu  görən  həmin 
adam deyir: «Ey filosof, mən sənə nə ağır bir söz dedim ki, 
halın belə pozuldu?» Filosof Əflatun deyir: «Ey xacə, Ģəxsən 
sən  mənə  elə  ağır  bir  söz  demədin,  lakin  bundan  daha  ağır 
müsibət  olarmı  ki,  nadanın  biri  məni  tərifləsin,  mənim 
gördüyüm iĢ ona xoĢ gəlsin? Bilsəydim nə nadanlıq etmiĢəm 
ki,  onun  təbiətinə  yaxın  olmuĢ,  xoĢuna  gəlmiĢ  və  məni 
tərifləmiĢdir,  tövbə  edib,  o  iĢdən  əl  çəkərdim.  Halımın 
pozulması  ondadır  ki,  mən  hələ  də  nadanam,  çünki 
nadanların təriflədikləri adamlar yalnız nadanlar olar». 

 
 
76 
Bilik  elmli  olmaq  deməkdir.  Bunu  isə  oxumaqla, 
təcrübə  ilə  əldə  etmək  olar.  Bilik  ən  böyük  sərvət 
mənbəyidir.  Buna  sahib  olanlar  dünyanın  ən  xoĢbəxt 
insanlarıdır.  Ən  kamil,  mənəviyyatlı  insan  odur  ki, 
bilmədiklərini dərk edə bilsin. 
Mənəvi  kamilliyə  yiyələnən  insan  sözgəzdirən, 
sözgüləĢdirən  olmaz,  buna  divanəlik  deyirlər.  Deyirlər  ki, 
sənin  haqqında  pis  danıĢanı  bu  xəbəri  sənə  gətirəndən  tez 
bağıĢla.  Ona  görə  ki,  sən  bilməlisən  ki,  xəbər  gətirən  sənin 
haqqında ona nə deyibsə, o da səni pisləyib. 
Kamil  adam  həyatdan  dərs  almağı  bacarmalıdır.  Bu 
qəbildən  olanlar  başqalarının  qədrini  bilir,  başqaları  da  onun 
qədrini bilir. İstedadı olmayandan sənə dost ola bilməz, belələri 
söz gəzdirən, ara vuran olar. 
Çox təəssüflər olsun ki, həyatda hələ də mənəvi cəhətdən 
şikəst  olanlarla  qarşılaşırıq.  Belələri  nəinki  başqalarının,  hətta 
özlərinin  də  qədrini  bilmirlər.  Onlar  cəmiyyətin  tör-töküntülü 
ünsürləridir. Qoy onlar arxaya baxıb, xəcalət təri töksünlər. 
O  adam  həyatda  xoşbəxtdir  ki,  elinin,  obasının  qədrini 
bilir, bütün varlığı ilə vətəninə, xalqına bağlıdır. Bacardığı qədər 
onlara  xidmət  edir.  Belə  insanlar  ürəklərdə  özünə  əbədi  yurd 
salır və sevilir. 
Təvazökar və bilikli insanlar böyük bağın meyvəsidir, 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin