1170-ci ildə Pənahabad qalasının əsası qoyuldu. Qala
tikilib başa çatdıqdan bir il sonra Məhəmmədhəsən xan Qacar
İraq və Azərbaycan (Cənubi Azərbaycan nəzərdə tutulur)
qoşunu ilə Pənahabad qalasını almaq və Pənah xanı özünə tabe
etmək məqsədilə Araz çayını keçib qalanın dörd ağaclığında
çadırlar qurdurdu. Lakin Pənah xanın qoçaq döyüşçüləri və əhali
Məhəmmədhəsən xanın ordusuna ağır zərbə vuraraq, onu geri
qayıtmağa məcbur etdilər.
Yuxarıda qeyd edildiyi kimi Pənahabad qalasının
binası 1170-ci ildə qoyulmuĢdur. Bu tariximizin 1756-57-ci
ilinə müqabildir. Yeni qalanın tikilməsində eyni zamanda da
ərazinin iqlim şəraiti də nəzərə alınmalıdır. Bir il ərzində
Pənahabad kimi möhkəm bir qalanın tikilməsi və möhkəm-
ləndirilməsi qeyri-mümkündür. Nəzərə alsaq ki, Məhəmməd-
həsən xan Qacar qala üzərinə 1757-ci ildə hücum etmişdirsə, bəs
qalanı nə üçün tuta bilməmişdir?
Mənə belə gəlir ki, minilliyin yadigarı olan qədim türk
yurduna, özündən əvvəlki qala şəhərlərin ən əzəmətlisi, bir sözlə
Allahın əli ilə yaradılan gözəl məkanda ucaldılan Pənahabadın
tarixi son zamanlarda dəqiqləşdirilmişdir.
Ġndi qətiyyətlə deyə bilərik ki, Pənahabadın
bünövrəsi 1750-ci il, - avqust ayının sonu - sentyabr ayının
ilk günlərində qoyulmuĢdur. Çox ehtimal ki, ehtiyat üçün
ġahbulağı qalasının da tikintisi davam etdirilmiĢdir.
«Qarabağnamə» müəllifləri də Pənahabad qalasının inşa
olunmasında müxtəlif fikirlər irəli sürürlər.
Mirzə Yusif Qarabaği «Tarixi-Safi» salnaməsində
yazırdı:
«SoraqlaĢdıqdan və axtarıĢ etdikdən sonra … ġuĢa
qalasının yerini müəyyən etdilər. Bu yeri Pənah xan özü
gedib gördü və hər cəhətdən bəyəndi. Ərazinin ortasından su
14
axmadığı üçün bir neçə quyu qazdırdı və bu quyulardan
çoxlu su çıxdı. Bundan sonra 1752 (1166)-cı ildə Pənah xan
xoĢ bir gündə ġuĢa Ģəhərinin təməlini qoydu» [7, 18].
Mirzə Adıgözəl bəy, Mirzə Camal bəy CavanĢir
Qarabaği Pənahabad qalasının əsasının qoyulmasını 1756-
1757-ci illəri göstərirlər. Əhməd bəy CavanĢir isə 1754-cü ili
əsas götürür.
Yuxarıda göstərdiyimiz tarixlər Pənahabadın bünöv-
rəsinin qoyulması kimi qəbul edilə bilməz. Ona görə ki,
Qarabağın tarixinə həsr edilən ilk salnamənin müəllifi Mirzə
Adıgözəlbəyin əsəri Pənahabadın tarixini dəqiqləĢdirməyə
imkan verir. Güman etməyə əsas verir ki, istər Mirzə Adıgözəl
bəyin və istərsə də Mirzə Camal bəy CavanĢir Qarabağinin
salnamələri dikdə olunub yazılarkən və ya üzləri köçürülərkən,
bu işləri görən adamlar tarixləri, özləri də bilmədən səhv qələmə
almışlar. Başqa cür də ola bilməz.
Rzaqulu bəy Mirzə Camal oğlu «Pənah xan və
Ġbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın
hadisələri» adlı əsərində yazırdı:
«Xan (Pənah xan nəzərdə tutulur - Y.H.) hicri 1160-cı
ildə ġahbulağında sakin olan bütün rəiyyətləri, əyanların,
qulluqçuların, ellərin və bəzi kəndlərin kəndxudalarının
ailələrini köçürüb bu qalanın (Pənahabad qalası nəzərdə
tutulur - Y.H.) içərisində yerləĢirdi. Əvvəllər bu yerlərdə heç
bir abadlıq yox idi [7, 215].
Rzaqulubəy
Mirzə
Camal
oğlunun
yuxarıda
göstərdiyimiz 1160-cı il hicri tarixidir. Bu isə miladi tarixinin
1747-ci ilinə təsadüf olunur. Halbuki, Pənah xan həmin tarixdə
Qarabağ xanlığını yaratmıĢdır. Həmin dövrdə xanlığın siyasi
və mədəni mərkəz Ģəhəri yox idi. Görünür əsas dolaĢıqlıq
hicri və miladi tarixlərinin dəqiq göstərilməməsindədir.
ġuĢa-Pənahabad qalası 1750-ci ilin yayının sonu-
payızın əvvəllərində inĢa olunmağa baĢlaması heç bir Ģübhə
doğurmur.
ġuĢalı Həsən Ġxfa Əlizadə «ġUġA ġƏHƏRĠNĠN
15
TARĠXĠ» adlı salnaməsində qalanın inşa edilməsindən
danışaraq belə bir fikir irəli sürür:
“Miladi 1750-ci ildə ġuĢa Ģəhərinin bünövrəsi
qoyulmuĢdur. (O, ġuĢa dedikdə ilk növbədə qalanın ilk adı
olan Pənahabadı nəzərdə tuturdu). Pənahəli xan tezliklə
Ģəhərin ətrafına möhkəm bir hasar çəkdirib hər növ
təcavüzə qarĢı müdafiə sistemi və möhkəm bir səngər
düzəltdikdən sonra, daxili islahat və inĢaat iĢlərinə baĢladı.
Pənah xan Pənahabadı (ġuĢanı) qədim Azərbaycan
memarlıq abidələri ənənələri əsasında tikmək üçün adamlar
göndərib Təbriz, Ərdəbil və baĢqa Ģəhərlərdən ustalar
gətirtdirmiĢdir. Sonralar həmin ustaların özləri də
Pənahabadın sakini oldular” [9, 316].
Qarabağ salnamələrinin müəlliflərindən biri də Həsənəli
Qaradağidir. O, “Qarabağ vilayətinin qədim və cədid
keyfiyyət və övzaları» adlı salnaməsində qeyd edir ki:
“Azərbaycana Məhəmmədhəsən xan Qacar hakim
olmuĢdur. Hərçənd son illər ki, hakimlər ilə, xüsusən Əmir
Aslan xan ilə Pənah xan çox dost idi. Lakin bu yeni gəlmiĢ
Məhəmmədhəsən xandan ehtiyat edirdi. Ona görə də
mövcud qalalar (Bayat və ġahbulağı) əgər dava düĢərsə,
Ġran qızılbaĢlarına cavabverici tərzdə deyildi. Pənah xan və
onun yaxınları yeni bir möhkəm qalanın binasına qərar
verdilər. Bu qalanın elə bir mərkəzdə olmasını məsləhət
gördülər ki, bura həm Aran, həm də dağ camaatına yaxın
olsun. Belə bir məkan indiki ġuĢa Ģəhərinin yerini tapdılar.
Təbii bir qaladır ki, hər tərəfdən hündür qayalar, əlçatmaz
daĢlar idi. Yalnız belə bir yerdə Ġran qızılbaĢlarından
müdafiə olunmaq mümkün idi. ġuĢa qalası 1754-cü ildə,
hicri tarixi ilə 1168-ci ildə bina olunmuĢdu. Ġlk adı
Pənahabad idi. Burada pul sikkəsi dəxi vurulurdu [10, 357].
Onu da qeyd edək ki, Həsənəli Qaradağinin salnaməsinin
tam mətni indiyə kimi əldə edilməmişdir.
M.M.Mustafayev Qarabağ xanlığının iqtisadiyyatına
həsr etdiyi elmi əsərində qeyd edir ki , «ġuĢa qalasının
16
inĢasına 1750-ci ildə baĢlanmıĢ və bu iĢ 1752-ci ildə baĢa
çatmıĢdı» [(11, s. 33].
«Qarabağnamələr»in 1989-cu ildəki son nəşrinin
tərtibçiləri də ġuĢa qalasının inşası barədə başqa fikir
söyləyirlər. Onlar qeyd edirlər ki, «Hicri 1170-ci ili ġuĢa
qalasının bina olunması tarixi kimi qəbul etmək olmaz. Ona
görə ki, Mirzə Adıgözəl bəyin «Qarabağnamə» əsərini
diqqətlə nəzərdən keçirərkən məlum olur ki, tarixçi o dövrdə baş
verən hadisələri ardıcıllıqla izah edir» [12, 41].
Doğrudan da Mirzə Adıgözəl bəyin yuxarıda qeyd
etdiyimiz salnaməsini diqqətlə oxuduqca məlum olur ki, o,
qələmə aldığı hadisələri təsvir edərkən tarixi ardıcıllığı əsas
tutmuşdur. Tarixçi salnaməsinin dördüncü fəslinə belə bir başlıq
vermişdir: - «ġuĢa qalasının bina olması və Ağa Məhəmməd
Ģahın atası Qacar Məhəmmədhəsən xanın mərhum Pənah
xanla müharibəsi haqqındadır» səhifələrini diqqətlə oxuduqda
Pənahabad (ġuĢa) qalasının bina edilməsi haqqında məlumat
əldə etmək olar.
Mirzə Adıgözəl bəy yazırdı:
«Bu Ģəhərin bina edilməsindən bir il keçdikdən sonra,
Ağaməhəmməd Ģahın atası Məhəmmədhəsən xan Qacar
Astarabad, Mazandaran və Gilan vilayətlərindən daĢların
sayından çox və yağıĢın qətrələrindən artıq qaniçən qoĢun
topladı, ġuĢa Ģəhərini almaq məqsədilə hərəkət etdi [3, 40].
Göstərilən
iqtibasdan
aydın
göründüyü
kimi
Məhəmmədhəsən xan Qacarın qoĢunları Qarabağda olduğu
zaman Pənahabad qalası var idi.
Bu hadisədən sonra Gəncə, Qarabağ, Qaradağ, Naxçıvan
və İrəvan xanları, Şəki xanı Hacı Çələbiyə qarşı müharibə
aparmaq məqsədilə, Gürcüstan hakimi II Ġrakli ilə birləşmək
üçün Gəncədən bir qədər aralıda yerləşən Qızılqaya ərazisinə
gəldilər. Lakin Gürcü hökmdarı namərdlik edərək Azərbaycan
xanlarını - Qarabağ xanı Pənah xanı, Qaradağ xanı Kazım
xanı, Naxçıvan xanı Heydərqulu xanı və Gəncə xanı
ġahverdi xanı tutub həbs etdirdi.
17
Aralarında olan düşmənçiliyə baxmayaraq ġəki xanı
Hacı Çələbi həbs edilən xanları əsirlikdən azad etdi.
E.C.TakayĢvili tərəfindən rus dilinə tərcümə edilmiş və
«Описание событий» başlığı ilə nəşr olunmuş adsız gürcü
salnaməsində bu hadisələrin tarixi dəqiq qeyd olunmuşdur.
Salnamənin verdiyi məlumata görə yuxarıda göstərilən hadisələr
1752-ci ilin mart ayında baĢ vermiĢdir [3, 41].
Bütün bu hadisələrin təhlili sübut edir ki, özünə qədər
inşa olunan qalaların ən əzəmətlisi, tayı və bərabəri olmayan
Pənahabad qalasının əsası ən geci 1750-ci ilin ikinci
yarısında və ya 1751-сi ilin əvvəllərində qoyulmuĢdur. Biz
isə 1750-ci ili qəbul edirik.
Eyni zamanda onu da nəzərə almaq lazımdır ki,
Pənahabad (ġuĢa) qalası qədim türk torpağında inĢa
olunmuĢdur. Bu yurdun min ildən çox tarixi vardır.
Dövrün etibarlı mənbələri olan « Qarabağnamələr» in
əksəriyyətində Məhəmmədhəsən xanın Qarabağa hücumunu
1752-ci ildə baĢ verdiyi qeyd edilir. Bu barədə müxtəlif fikirlər
də var. Bir sıra tarixçi alimlərimiz belə hesab edirlər ki,
Məhəmmədhəsən xan Qacar ola bilsin ki, Qarabağa iki dəfə
hücum etmişdir. Əlbəttə, bu fərziyyələr elmi araşdırmalar
əsasında müəyyənləşdirilməlidir. Bir daha qeyd etməliyik ki,
Şuşa qalasının əsasının 1756-cı ildə qoyulmasını qəbul etmək
olmaz.
Pənahabad-ġuĢa Azərbaycanın qədim tarixə malik olan
şəhər mədəniyyətinin nadir incisidir. Bu inci təkrarolunmaz
olaraq, onun şanlı tarixinə həkk olunmuşdur. Şuşa müqəddəs
şəhərdir, Azərbaycan xalqının Kərbəla Ģəhəridir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, əməkdar elm xadimi YAQUB MAHMUDOV yazır:
«ġuĢa Azərbaycan xalqı üçün son dərəcə müqəddəs,
ziyarətgah qədər əziz olan yurd yeridir. Çünki dünyanın bu
füsunkar guĢəsi bütün tarixi dövrlərdə Azərbaycanın
cənnəti olan Qarabağın sinəsində ona həyat verən bir ürək
kimi döyünmüĢ, aranlı-yaylaqlı bütün Qarabağın mərkəzi
18
olmuĢdur.
Düzənli-dağlı Qarabağ üçün, bütün Azərbaycan
ellərindən ötrü uzun tarixi dövr ərzində uca, ĢiĢ dağlar
baĢında səfalı bir yaylaq yeri olan ġuĢa el arasında, xalqın
təfəkküründə və ədəbiyyatında ġiĢə kimi də məĢhur
olmuĢdur» [13, 9-10].
Q.B.Zakir və F.B.Köçərli də öz əsərlərində ġuĢanı
ġiĢə kimi iĢlətmiĢlər.
19
ġUġANIN ĠNKĠġAF TARĠXĠNDƏN
Pənah xanın və onun oğlu İbrahimxəlil xanın dövründə
Pənahabad-ġuĢa sürətlə inkişaf etmişdir. Artıq Ģəhər XVIII
əsrin ortalarında Azərbaycanın inkişaf etmiş şəhərlərindən biri
idi. Hər iki xan qalanın inkişafına xüsusi qayğı göstərirdilər.
Şuşanın sürətlə inkişaf edib böyüməsi, onun əlverişli
təbii mövqedə yerləşməsi idi. Üç tərəfdən hündür sıldırım
qayalarla əhatə olunmuş qalaya, yalnız ərazinin şimal-şərq
hissəsindən, bir o qədər də əlverişli olmayan dar bir cığırla
qalxmaq olardı. Sanki Ulu Tanrı Pənahabad üçün hər şeyi
təbii plan əsasında bəxş etmişdir.
«Pənah xan bir xoĢ gündə ġuĢa Ģəhərinin təməlini
qoydu. ġəhər cənub-qərbdən, Ģimal-Ģərqdən, eyni zamanda
da qərb və cənub tərəfdən piyada və qeyriləri üçün gediĢ-
gəliĢ mümkün olmayan möhkəm hasar və təbii sıldırım
qayalarla əhatə olunmuĢdur» [7, 18].
Xanlıq dövründə tikilmiş olan qala divarları daş və
əhənglə tikilmişdir. Pənah xanın dövründə inşa olunan qala
hasarları bir qədər də möhkəm deyildi. Ona görə ki, həmin
hasarlar sürətlə və tələsik inşa edilmişdir. İbrahim xan
hakimiyyətə gəldikdən sonra, Şuşa qalasının divarlarının
yenidən tikilməsini həyata keçirdi. Bu barədə Mirzə Camal bəy
CavanĢiri yazırdı:
«ġuĢa qalasının hasar divarları müsəlman tarixi ilə
1198 (1783-84)-ci ildə binası qoyulmuĢ və üç il ərzində
çəkilib baĢa çatdırılmıĢdır. Qala divarlarının uzunluğu 2,5
km-dir [4, 143].
İbrahim xanın hakimiyyəti dövründə inşa edilmiş qala
divarları, Pənah xan dövründə tikilmiş qala divarları ilə
müqayisədə olduqca keyfiyyətli və möhkəm idi. Yeni tikilmiş
qala divarları, İbrahim xanın nəzarəti altında yüksək ixtisaslı
mütəxəssislər tikib başa çatdırmışlar.
«Bu divardan nə ton mərmisi, nə də baĢqa bir Ģey
keçməzdi. Çünki divar daĢ və əhənglə tikilmiĢdir. Bu
20
divarlardan dörd darvaza açdılar. ġimal və Ģərq tərəfdən
olan darvazaya –ġuĢa kənd darvazası deyilir. Ġki darvaza isə
Ģimal və qərb arasındadır. Bunlardan birinə Ġrəvan
darvazası, digərinə isə Gəncə və Çiləbörd darvazası deyilir.
Dördüncü darvaza isə dağıdılmıĢ və hazırda onun yerinə
divar tikilmiĢdir. Ġndi isə Ģəhərin ancaq üç darvazası var» [7,
18].
«Xacə Ģah» romanının müəllifi Jan Gevr Şuşanın
müdafiə istehkamları haqqında yazır:
Ağa Məhəmməd xan Ərdəbilə çatanda ona dedilər ki,
Ġbrahimxəlil xan CavanĢir ġuĢa Ģəhərini möhkəmləndirmiĢ-
dir və qərara almıĢdır ki, orada müqavimət göstərsin. Qacar
xanı düĢündü ki, Ġbrahimxəlil xana qüvvətlənməyə fürsət
verməsin, ona görə, bilatəxir onunla vuruĢmaq üçün yola
düĢdü. Xudafərin körpüsündən keçib sürətlə irəlilədi…
Ġbrahimxəlil xan CavanĢir ġuĢa hasarının arxasında
vuruĢmağa hazırlaĢmıĢdı. Ağa Məhəmməd xan Qacarın
dövründə ġuĢa kiçik, gözəl Ģəhər idi, möhkəm hasarın
hündürlüyü Ģəhərin bütün cəhətlərində bərabər idi, hasarın
elə yerləri var idi ki, oradan mücahidlərin baĢına daĢ,
qaynar su və ya ərimiĢ qurğuĢun tökmək olardı [6, 129-130].
Ağa Məhəmməd şah Qacardan əvvəl də Şuşa qalası bir
neçə xarici işğala qarşı qəhrəmancasına müqavimət göstər-
mişdir. Ağa Məhəmməd şah Qacarın və Fətəli xan Əfşarın
hücumlarının qarşısının alınması və onların dəf olunması
Şuşanın tarixində silinməz izlər buraxmışdır.
Şuşa qalasında İç qala olmamışdır. Qalanın ümumi
hasarı olduqca etibarlı idi. Şəhərin inşası yuxarıda deyildiyi kimi
yüksək ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilmişdir.
Qalanın daxilində xana, onun övladlarına, qohumlarına, bəylərə,
ağalara, ali din xadimlərinə, saray məmurlarına, tacirlərə məxsus
olan imarətlərin ətraf əraziləri möhkəm və hündür hasarlarla
əhatə olunmuşdur. Bütün bu deyilənlər Şuşanın yaşlı sakinlərinə
məlumdur.
Deməli, Şuşa qalasında İç qalanın olmaması onun
21
coğrafi mövqeyi ilə və etibarlı müdafiə qurğularının olması ilə
sıx bağlı idi. Şuşa qalasının inkişaf mərhələləri Qarabağ
xanlığının siyasi, iqtisadi və mədəni inkişafı ilə sıx bağlı idi.
Şuşa qalasında inşa olunan binaların əksəriyyəti iki mərtəbəli
idi. Üç mərtəbəli binaların sayı olduqca az idi. Daş və əhəngdən
tikilən binaların otaqları geniş, hündür və işıqlı idi. Binaların
geniş eyvanları var idi.
Ġbrahim xanın böyük oğlu Məhəmmədhəsən ağanın
imarəti, qalanın aşağı hissəsində, Çuxur məhəllədə, «Leyli»
qayasının üstündə inşa edilmişdir. Bina Şuşanın cənub-şərq
hissəsində, səfalı və mənzərəli ərazidə yerləşir. İmarətin sol və
sağ hissəsində, hündür hasarın ətrafında iki möhkəm bürc
tikilmişdir.
Təsadüfi deyildir ki, Ağa Məhəmməd şah Qacar 1797-ci
ilin iyun ayının əvvəllərində ġuĢa qalasını alarkən Məhəm-
mədhəsən ağanın imarətində yerləĢmiĢ və orada da qətlə
yetirilmiĢdir.
Şuşada inşa edilən bina və imarətlər şərq arxitekturası
ənənələri əsasında tikilmişdir. Bütün binaların eyvanları Qibləyə
baxır.
Qaraböyük xanımın imarəti, Hacı DadaĢın imarəti,
Hacı Qulunun imarəti, M.M.Nəvvabın mülkü, Nəcəfqulu
Ağanın mülkü, C.Qaryağdı oğlunun mülkü, Zöhrabbəyov-
ların mülkü və yüzlərlə bəy, ağa, ruhani və tacir mülkləri
ġuĢanın bəzəyi idi.
Pənah xanın, Ġbrahim xanın, Mehralı bəyin,
Mehdiqulu xanın, XurĢudbanu Natəvanın imarətləri və
habelə divanxana kompleksi Qarabağ xanlığının silinməz və
unudulmaz tarixi yaddaĢıdır.
Şuşa qalası 17 məhəllədən ibarətdir. Hər bir məhəllənin
öz adı var. M.Baharlı «Əhvalati-Qarabağ» adlı öz salnamə-
sində qeyd edir ki, bir çox adam məndən xahiş etdilər ki,
Şuşanın məhəllələrinin , hamam və karvansaraların adlarını
yazım. Elə yeri gəlmişkən qeyd edim ki, M.Baharlı Qarabağın
və Qarabağ xanlığının tarixindən daha çox onun memarlıq
22
abidələri, tarixi şəxsiyyətləri və etnoqrafik xüsusiyyətlərini
qələmə almışdır. O, yazırdı:
«Birinci məhəllə yuxarı məhəllədən xanlıq aradır. Bu
məhəllənin əsl adı Mir (Mir dedikdə müəllif ola bilsin ki
rəhbər və baĢçı nəzərdə tuturdu – Y.H.) adlanır. Ona görə
ki, ona Xanlıq ara deyilir ki, Ġbrahim xanın imarətinin
yanıdır».
Ġkinci məhəllə Saatlı məhəlləsidir.
Üçüncü məhəllə Köçərli məhəlləsidir.
Dördüncü məhəllə Mamayı məhəlləsidir.
BeĢinci məhəllə Xoca Mərcanlı məhəlləsidir.
Altıncı məhəllə Dəmirçi məhəlləsidir.
Yeddinci məhəllə Hamam qabağı məhəlləsidir.
Səkkizinci məhəllə Təzə məhəlləsidir.
AĢağı məhəllələrin adları bunlardır:
Birinci məhəllə Qurdlar məhəlləsidir.
Ġkinci məhəllə Seyidli məhəlləsidir.
Üçüncü məhəllə Culfalar məhəlləsidir.
Dördüncü məhəllə Quyuluq məhəlləsidir.
BeĢinci məhəllə Çuxur məhəlləsidir.
Altıncı məhəllə Dördlər Qurdu məhəlləsidir.
Yeddinci məhəllə Hacı Yusifli məhəlləsidir.
Səkkizinci məhəllə Dördçinar məhəlləsidir.
Doqquzuncu məhəllə Çölqala məhəlləsidir.
[14, 277].
M.Baharlı
Şuşa
qalasının
hamamları
və
karvansarayları haqqında da ətraflı məlumat vermiĢdir.
Tarixçinin verdiyi məlumata görə, qalada 18 hamam olmuĢdur.
1822-ci ildə Qarabağ xanlığı Rusiya imperiyası tərəfindən
ləğv edildikdən sonra qalanın xaricində xristianlar üçün də
bir hamam tikilmiĢdir. 17 hamam müsəlmanlara xidmət
23
edirdi. İslam dininə görə ermənilər murdar olduqlarına görə
onların hamamları qaladan xaricdə yerləşirdi, bu hamamın suyu
Şuşadan xaric olan tullantı sulara da qarışa bilməzdi…
M.Baharlı Şuşa qalasında tikilən hamamları belə təsvir
edirdi:
«Ġlk hamamı Əbdüssəməd bəy tikdirmiĢdir. Bir
hamam Uğurlu bəy, bir hamam Qazi Mirzəli, bir hamam Əli
bəy Fuladov, bir hamam Rüstəm bəy, bir hamam Rəhim
bəy, bir hamam Bəhmən Mirzə, iki hamam MəĢədiqulu
xanın qızı, iki hamam Hacı Rza Xanqızı ilə, iki hamam
AğakiĢi, bir hamam Hacı Əbdürrəhim, bir hamam
Xeyrənsə, bir hamam Hacı Saleh, bir hamam ġahbaz, bir
hamam Qaladan xaricdə xristianlar üçün tikilmiĢdir [14,
277-278].
Şuşanın karvansaraylarını M.Baharlı aĢağıdakı kimi
təsvir edir:
«Uğurlu bəyin, Hacı Əmiraslan bəyin karvansarayı
idi, sonralar onu MəĢədi Hüseyn Mirsəyab oğlu alıb təmir
etdirmiĢdir. Hacı Hüseynin Karvansarayı, Timçəli Hacı
Məhərrəmin kravansarayı, bir karvansarayı Hacı Böyük və
Hacı Ġsgəndər, bir karvansaray Ağa Qəhrəman Mirsəyaf
oğlu, bir karvansaray Abbas bəy, bir karvansaray Cavad
Ağa, bir karvansaray Gövhər Ağa tikdirmiĢlər [14, 278].
Şuşa qalasının 17 məhəlləsinin hər birinin ayrıca
məscidi, iki cümə məscidi var. Bu iki məscid aĢağı Gövhər
Ağa və Yuxarı Gövhər Ağa məscidləridir. Məhəllə məscidləri
hər bir küçənin əhalisinin sayına uyğun olaraq inşa edilmişdir.
Məhəllə məscidləri içərisində Çuxur məhəllə məscidi özünün
arxitektura tikintisinə və həcminə görə fərqlənir. Bu məscidin
qarşısında tikilən müqəddəs ocaqda (Şuşalılar onu Saqqaxana
adlandırırlar) dini mərasimlər zamanı əhaliyə çay, gülab suyu və
şirin şərbət paylanardı. Şuşanın yuxarı hissəsində inşa olunan
Həzrət Abbas məscidi də yerli əhalinin və ətraf yerlərdən
gələnlərin izdihamlı ziyarət yeri idi. Bir sözlə Pənahabadın –
Dostları ilə paylaş: |