Vii L e m I l L



Yüklə 17,94 Mb.
Pdf görüntüsü
səhifə13/40
tarix03.02.2017
ölçüsü17,94 Mb.
#7304
1   ...   9   10   11   12   13   14   15   16   ...   40
§4. ƏDƏBĠYYAT 

 

Azərbaycan  ədəbiyyatı  müharibədən  sonrakı  dövrdə  də  ictimai-siyasi 



həyatla sıx əlaqədə inkişaf edirdi. 

Azərbaycan  Yazıçılar  İttifaqının  bilavasitə  ədəbi  prosesə  fəal  müdaxiləsi 

gücləndi.  Təşkilatın  qurultay  və  plenumlarında,  xüsusi  müşavirələrində  nəsr, 

poeziya  və  dramaturgiyanın  yaradıcılıq  problemlərinə  həsr  olunmuş  müzakirələr 

keçirilirdi. 

Poeziya, xüsusilə siyasi lirika fəal mövqe qazanmışdı. S.Vurğun, S.Rüstəm, 

R.Rza,  M.Rahim,  O.Sarıvəlli,  M.Dilbazi,  Ə.Cəmil,  N.Rəfibəyli  və  başqaları 

müasirlərinin daxili aləmini əks etdirən lirik  və epik əsərlər yazdılar. S.Vurğunun 

"Muğan"  və  "Zəncinin  arzuları",  R.Rzanın  "Lenin",  M.Rahimin  "Leninqrad 

göylərində", S.Rüstəmin "Qafurun qəlbi" kimi poemaları yazıldı. 

Azərbaycan romanının da mövzu dairəsi genişləndi, müasir həyata və tarixi 

keçmişə  həsr  edilmiş  yeni  əsərlər  oxuculara  çatdırıldı.  Müharibə  zamanı 

Sevastopol  şəhəri  müdafiəsinin  iştirakçısı  olan  Ə.Əbülhəsən  qələbədən  sonra 

"Müharibə"  romanının  birinci  hissəsini  çap  etdirdi.  S.Rəhimov  müharibə 

ərəfəsində  başladığı  "Saçlı"  romanını  bitirdi.  M.Hüseynin  "Abşeron", 

M.Süleymanovun  "Yerin  sirri",  Mir  Cəlalın  "Yaşıdlarım",  Ə.Vəliyevin  "Gülşən" 

əsərləri nəşr edildi. 

Xalq  tarixinin  mühüm  səhifələrinə,  azadlıq  uğrunda  mübarizə  mövzusuna 

maraq gücləndi. M.S.Ordubadinin "Dumanlı Təbriz" epopeyasının son hissəsi çap 

olundu,  "Qılınc  və  qələm"  oxuculara  təqdim  edildi.  M.Hüseyn  "Komissar" 

povestini tamamladı, S.Rəhman isə "Nina" romanını yazdı. 

Dramaturgiya  sahəsində  də  müasirliyə  maraq  gücləndi.  İ.Əfəndiyevin 

"Bahar  suları",  İ.Qasımovun  "Xəzər  üzərində  şəfəq"  C.Məcnunbəyovun  "Böyük 

məhəbbət",  S.Rəhmanın  "Aydınlıq"'  Ə.Məmmədxanlının  "Şərqin  səhəri"  əsərləri 

oxucularda böyük maraq oyatdı. 

Müharibədən  sonrakı  ilk  illərdə  Azərbaycan  ədəbiyyatı  əsasən  uğurla 

inkişaf  etmiş,  nəsrdə,  poeziyada  və  dramaturgiyada  əhəmiyyətli  əsərlər 

yaradılmışdı.  Bununla  belə  həmin  illərdə  dəbdə  olan  konfliktsizlik  "nəzəriyyəsi" 

sənətin inkişafına, onun həyatla əlaqəsinin möhkəmlənməsinə ciddi əngəl törətmiş, 


133 

 

bir  sıra  istedadlı  sənətkarları  ziddiyyətlərin  mahiyyətinə  nüfuz  etməkdən, 



nöqsanları üzə çıxarmaq təşəbbüslərindən uzaqlaşdırmışdı. 

1947-ci  ildə böyük  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  anadan  olmasının 

800  illiyi  İttifaqın  mədəni  mərkəzlərində  təntənə  ilə  qeyd  olundu.  Yubiley 

münasibətilə  1946-cı  ildə  Gəncədə  böyük  şairin  məqbərə-abidəsi  açıldı.  SSRİ 

Yazıçılar  İttifaqı  ilə  Azərbaycan  Yazıçılar  İttifaqının  dahi  şairin  yubileyinə  həsr 

edilmiş təntənəli plenumu keçirildi.

48

 

1956-cı ildə S.Vurğunun anadan  olmasının 50 illiyi  yüksək ehtiramla qeyd 



olundu.  Azorbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  Fərmanı  ilə  birinci  olaraq 

S.Vurğuna "Xalq şairi" adı verildi. 

50-ci  illərdə  respublikamızın  mədəni  həyatında  mühüm  hadisələrdən  biri 

böyük  Azərbaycan  şairi  Məhəmməd  Füzulinin  vəfatının  400  illiyinin  (1958-ci  il) 

qeyd  edilməsi  oldu.  Bakıda  şairin  yubiley  tədbirlərində  bütün  respublikaların 

nümayəndələri,  həmçinin  İran,  Türkiyə,  Əfqanıstan,  İraq  və  başqa  ölkələrdən 

gəlmiş  xarici  qonaqlar  iştirak  etdilər.  Dekabrın  9-da  Moskvada,  İttifaqlar  Evində 

şairə  həsr  olunmuş  gecə  keçirildi.  Füzulinin  400  illiyi  Sovet  İttifaqında  xalqların 

klassik  mədəni  irsinin  məhəbbətlə  qorunmasının  və  təbliğ  edilməsinin  parlaq 

nümayişinə çevrildi. 

1968-ci  ildə  Molla  Ponah  Vaqifin  250  illik  yubileyi  geniş  qeyd  olundu. 

1962-ci  ildən  başlayaraq  hər  ilin  may  ayında  M.Ə.Sabir  poeziyası  günləri 

keçirilməsi ənənəsi yarandı. 

50-ci  illərdə  zəngin  həyat  materialına  və  sənətin  tarixi  təcrübəsinə   

arxalanan  yazıçılar  yeni  ədəbi  nailiyyətlər  qazandılar.  S.Vurğunun  "Aygün" 

poemasında əməyin qüdrəti və şəxsiyyətin fərdi duyğuları bədii təhlil predmetinə 

çevrilir. 

Bu  illərdə  epik  təsvirlərə  xüsusi  maraq  göstərən  Azərbaycan  nəsri 

S.Rəhmanın  "Böyük  günlər",  M.Cəlalın  "Yolumuz  hayanadır",  Ə.  Sadığın 

"Mingəçevir",  Ə.Vəliyevin  "Çiçəkli",  M.Hüseynin  "Səhər",  İ.Qasımov  və 

H.Seyidbəylinin "Uzaq sahillərdə", S Rəhimovun "Ağbulaq dağlarında" romanları 

ilə  zənginləşdi.  Əlbəttə,  bu  əsərlərdə  müəllifləri  məşğul  edən  problemlər  eyni 

dərəcədə  ictimai  əhəmiyyətə  malik  olmadığı  kimi,  onların  bir  qismi  sənətkarlıq 

baxımından da zəif idi. 

Stalinin vəfatından sonra cəmiyyətdə baş vermiş ictimai prosesləri dərindən 

öyrənib, onları yüksək qiymətləndirən bir çox yazıçılar yeni, aktual əsərlərlə çıxış 

etdilər. M.İbrahimovun "Böyük dayaq", İ.Şıxlının "Ayrılan yollar", İ.Hüseynovun 

"Yanar  ürək",  B.Bayramovun  "Yarpaqlar",  İ.Əfəndiyevin  "Söyüdlü  arx", 

Ə.Əbülhəsənin  "Tamaşa  qarının  nəvələri",  H.Seyidbəylinin  "Telefonçu  qız" 

əsərlərində,  şairlərin  poema  və  silsilə  şeirlərində,  habelə  Ə.Məmmədxanlının 

"Şirvan  gözəli" komediyasında  yadda  qalan bədii obrazlar yaradıldı.  Bu əsərlərin 


134 

 

əksəriyyətində  nöqsanlara,  cəmiyyətin  inkişafına  maneə  olan  əngəllərə,  məişətdə 



və  psixologiyada  özünü  göstərən  əyintilərə,  meşşanlığa  qarşı  kəskin  tənqidi 

münasibət vardı. 

Azərbaycan  dramaturgiyası  müasirliyə  dönüşü  daha  da  gücləndirməklə, 

bədii  kamillik  kəsb  etdi.  Ə.Məmmədxanlının  "Od  içində",  İ.Əfəndiyevin 

"Atayevlər  ailəsi",  R.Rzanın  "Qardaşlar",  İ.Qasımov  və  H.Seyidbəylinin  "Dəniz 

cəsurları sevir", İ.Səfərlinin "Göz həkimi" əsərlərində bir sıra bitkin ədəbi surətlər 

yaradıldı.  Əldə  edilmiş  müvəffəqiyyətlərə  baxmayaraq,  dramaturgiya  yaradıcılığı 

pyeslərin məzmununa, həm də bədii formasına görə açıq-aydın geri qalırdı. 

Müharibədən  sonra  SSRİ  və  dünya  xalqları  ədəbiyyatlarının  ən  gözəl 

nümunələrinin  Azərbaycan  dilinə  tərcüməsi  dövlət  əhəmiyyəti  kəsb  edən  mədəni 

tədbirlərdən  idi.  Klassik  və  müasir  Azərbaycan  sənətkarlarının  ədəbi  irsinin  rus 

dilinə tərcüməsi də genişləndi. 50-ci illərdən başlayaraq, qarşılıqlı tərcümə dövlət 

əhəmiyyətinə 

malik 


vüsət 

aldı. 


Azərbaycan 

oxucuları 

A.Radişşev, 

N.S.Dobrolyubov, İ.A.Qonçarov, V.Latsis, İ.Çavçavadze, A.İ.Gertsen, M.Saltıkov-

Şedrin, K.Fedin, A.Tvardovski, A.Tolstoy, O.Balzak, C.London, D.Fenimor-Kuper 

və başqa sənətkarların əsərlərini öz dillərində oxumaq imkanı qazandılar. 

60-cı  illərdə  "Yeni  nəsr"  ədəbi  məktəbi  meydana  gəldi.  Bu  məktəb  yeni 

estetik  və  siyasi  qayəsi,  əxlaqi  problematikası  ilə  fərqlənirdi.  Onun  qəhrəmanları 

əvvəlki  stereotip  qəhrəmanlara  oxşamayan,  mühitində  yad  görünən  "qəribə 

adamlar"  idi.  Cəmiyyətdəki  dərin  barışmaz  ziddiyyətləri,  insan  hüquqlarının 

tapdalanmasını,  qanunsuzluğun  baş  alıb  getməsini,  bəşəri  və  milli  dəyərlərin 

deformasiyasını, saxtakarlığı və başqa eybəcərlikləri  mövcud idarəçilik sisteminin 

labüd  nəticəsi  kimi  təqdim  edən  əsərlər  yaranmışdı.  Cəmiyyətdə,  ailədə,  nəsillər 

arasında  olan  ziddiyyətlərin  müxtəlif  aşkarlıq  formaları  və  əsas  səbəbləri 

S.Rəhmanın  "Yalan",  İ.Hüseynovun  "Yanar  ürək",  "Doğma  və  yad  adamlar", 

Anarın  "Molla  Nəsrəddin-66",  Elçinin  "Ağ  dəvə",  "Sos"  əsərlərində,    Ə.Əylisli,  

S.Əhmədov,  Rüstəm  və  Maqsud  İbrahimbəyovların  roman  və  povestlərində 

məharətlə açıqlanırdı. 

Getdikcə  açıq-aşkar  dərinləşən  ictimai-sosial  ədalətsizliyin  tənqidi  üçün 

yaradıcı  ziyalılar  rəmzlərdən,  alleqoriyalardan,  eyhamlardan,  başqa  xalqların  və 

tarixi  dövrlərin  mövzularından  geniş  istifadə  edirdilər.  Rəsul  Rzanın  rənglər 

silsiləsi bu baxımdan çox səciyyəvi idi. Xəlil Rza təqiblərə məruz qalsa da, sözünü 

cəsarətlə və açıq deyirdi. 

Xalqın zəngin qaynaqları olan mənəvi aləmi öz poetik əksini Rəsul Rzanın, 

Osman Sarıvəllinin, Bəxtiyar Vahabzadənin, Mirvarid Dilbazinin, Əhməd Cəmilin, 

Nəbi  Xəzrinin,  Hüseyn  Arifin,  Əliağa  Kürçaylı,  İslam  Səfərli,  Qasım 

Qasımzadənin  və  başqalarının  əsərlərində  ustalıqla  tapmışdı.  Vahidin  qəzəlləri 

geniş yayılmışdı. 



135 

 

Milli  şüurun  oyanmasında  Cənub  mövzusunda  əsərlərin  xüsusi  əhəmiyyəti 



vardı. Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı silsilə şeirlər böyük poetik 

və siyasi təsir gücünə malik idi. 

M.İbrahimovun  "Gələcək  gün",  "Pərvanə",  P.Makulunun  "Səttarxan" 

romanları maraqla qarşılanmışdı. Balaş Azəroğlunun, Əli Tudənin, Söhrab Tahirin, 

Mədinə  Gülgünün,  Həkimə  Büllurinin  əsərlərində  parçalanmış  vətən,  ayrılıq, 

həsrət mövzuları əsas yer tuturdu. 

Xaricdə  yaşayan  azərbaycanlı  yazıçıların  yaradıcılığı  da  Azərbaycan 

ədəbiyyatının  zənginləşməsinə  töhfə  idi.  Ümbülbanu  Mirzə  (Banin)  1945-ci  ildə 

Parisdə çap olunmuş "Qafqaz günləri" romanı ilə istedadlı yazıçı kimi tanınmışdı. 

Onun  sonrakı  illərdə  nəşr  olunmuş  "Paris  günləri",  "Sonra",  "Yad  Fransa",  "Son 

ümidin harayı" və s. əsərləri də maraqla qarşılanmışdı. 

 

 



 

 

§5. ĠNCƏSƏNƏT 

 

Azərbaycan  incəsənəti  də  inkişafda  idi.  Azərbaycan  bəstəkarlarının 

yaradıcılığında mərkəzi yeri simfonik musiqi tuturdu. Q.Qarayev İkinci, C.Hacıyev 

Üçüncü,  S.Hacıbəyov  İkinci  simfoniyalarını  bəstələdilər.  Simfonik  musiqiyə 

"Nizami"  mövzusu daxil oldu. "Leyli və  Məcnun" poemasının  motivləri əsasında 

Q.Qarayev  eyniadlı  simfonik  poema  yazdı.  F.Əmirov  simli  orkestr  üçün 

simfoniyasını böyük şairin xatirəsinə həsr etdi. 

Respublikanın musiqi həyatında F.Əmirovun yaratdığı yeni simfonik musiqi 

janrı  -  simfonik  muğam  mühüm  hadisə  oldu.  Bəstəkar  "Şur"  və  "Kürd-ovşarı" 

əsərlərində  ilk  mənbə  kimi  Azərbaycan  muğamlarının  orijinal  melodiyalarından 

istifadə  etdi.  Bir  qədər  sonra  Niyazi  "Rast"  simfonik  muğamını,  S.Ələsgərov  isə 

"Bayatı-Şiraz" simfonik muğamını yaratdı. 

F.Əmirov  və  E.Nəzirovanın  ərəb  mövzularında  orkestrlə  fortepiano  üçün 

ikiqat  konserti  (1957-ci  il)  musiqi  həyatında  əlamətdar  hadisə  oldu.  1960-cı  ildə 

Q.Qarayev skripka və  fortepiano üçün Sonata, "Don Kixot" simfonik qravürlərini 

yaratdı. 

Simfonik  yaradıcılıq  sahəsində  proqramlı  əsərlər  ön  plana  çıxırdı. 

C.Hacıyevin "Sülh uğrunda" simfonik poeması mövzusunun publisist  istiqamətilə 

diqqəti cəlb edir. Dünyanın bütün xalqlarına aid olan mövzunu bəstəkar tərəfindən 

öz  xarakterinə  görə  parlaq  milli  musiqidə  açıb  göstərən  "Kvartet-poema"sı  onun 

başqa əsərləri arasında seçilirdi. 


136 

 

Azərbaycan 



musiqisi  üçün  yeni  olan  kantata-oratoriya  janrında 

C.Cahangirovun "Füzuli" kantatası (1959-cu il) yarandı. 

Bu  dövr  digər,  həm  də  olduqca  mühüm  bir  hadisə  ilə  -  Azərbaycan 

bəstəkarlarının  yeni,  üçüncü  nəslinin  həyata  qədəm  qoyması  ilə  əlamətdar  idi. 

Onların ilk böyük əsərləri - A.Məlikovun "Nağıl" simfonik poeması (1957-ci il) və 

Birinci  simfoniyası,  X.Mirzəzadənin  Birinci  simfoniyası  (1957-ci  il)  və 

V.Adıgözəlovun Birinci  simfoniyası (1958-ci  il)  50-ci  illərin sonlarında  meydana 

çıxmışdı. 

Ə.Bədəlboyli  "Nizami"  operasını  tamamladı.  C.Cabbarlının  eyni  adlı 

dramının  süjetinə  F.Əmirovun  yazdığı  "Sevil"  operası  (1953)  opera  sənətində 

parlaq səhifə oldu. Opera xalq arasında tezliklə çox

 

məşhurlaşdı. C.Cahangirovun 



"Azad"  operası  (1957)  Arazın  o  tayında  yaşayan  azərbaycanlıların  öz  azadlığı 

uğrunda  apardığı  mübarizəni  əks  etdirdi.  Opera  janrı  R.Mustafayevin  yeni  əsəri 

"Vaqif"lə

 

(1960) zənginləşdi. 



S.Hacıbəyov  müasir  mövzuda  "Gülşən"  (1957)  baletini  bəstələdi. 

Q.Qarayevin  "Yeddi  gözəl"  baleti  (1952)  Azərbaycan  balet  sənətini  yeni  inkişaf 

pilləsinə  yüksəltdi.  Bu  əsər  bir  çox  sovet  və  xarici  ölkə  teatrlarının  repertuarını 

zənginləşdirdi.  Q.Qarayev  Nizami  yaradıcılığının  humanist  ideyalarını  öz  balet 

musiqisində  yüksək  bədii  səviyyədə  təcəssüm  etdirmişdir.  "Yeddi  gözəl"  baleti 

Azərbaycan balet musiqisinin sonrakı inkişafına böyük təsir göstərmişdir. 

Q.Qarayevin  1958-ci  ildə  yaratdığı  "İldırımlı  yollarla"  əsəri  balet 

musiqisinin yeni nailiyyəti oldu. Balet H.Abrahamsın povestinin motivləri əsasında 

yazılmış,  ilk  dəfə  1958-ci  ildə  Leninqrad  Opera  və  Balet  Teatrında  tamaşaya 

qoyulmuşdu. Baletin musiqisi öz azadlığı və xoşbəxtliyi uğrunda mübarizə aparan 

Afrika  xalqına  qızğın  məhəbbətlə  yoğrulmuşdu.  Parlaq  müasir  obrazlar  baletin 

cazibədarlığını  gücləndirməklə,  onu  balet  klassikasının  ən  gözəl  nümunələri 

səviyyəsinə qaldırırdı. 

Musiqili komediya janrı fəal inkişaf edirdi. Müasir mövzuya həsr edilmiş ən 

gözəl Azərbaycan operettaları - S.Rüstəmovun "Durna", F.Əmirovun "Yaxşı yol", 

S.Ələsgərovun  "Ulduz"  operettaları  idi.  Operetta  janrında  T.Quliyevin 

"Qızılaxtaranlar" və  R.Hacıyevin "Romeo  mənim qonşumdur" əsərləri bacarıq və 

maraqla işlənilmişdi. 

Kamera instrumental-vokal musiqisində parlaq əsərlər yarandı. Azərbaycan 

bəstəkarlarının yaradıcılığı təkrarsız milli özünəməxsusluğu ilə səciyyələnirdi. 

Respublikanın musiqi həyatı olduqca zəngin idi. M.F.Axundov adına Opera 

və  Balet  Teatrının  fəaliyyəti  xeyli  canlanmışdı.  Tamaşalara  Niyazi,  Ə.Bədəlbəyli 

kimi  müqtədir  sənətkarlar  dirijorluq  edirdilər.  Q.Almaszadə,  K.Bataşov  və 

başqaları  baletdə  yetkin  sənətkarlıq  nümayiş  etdirirdilər.  Ü.Hacıbəyov  adına 

simfonik orkestrə

 Niyazi


 rəhbərlik edirdi. S.Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı 

137 

 

alətləri orkestrinin konsertləri böyük maraqla qarşılanırdı. Xalq rəqslərinin ifaçıları 



və  quruluşçu  rejissorları  Ə.Dilbazi,  Ə.Abdullayev  tamaşaçıların  rəğbətini 

qazanmışdılar.  R.Behbudovun  Azərbaycanı  tərənnüm  edən  mahnıları  sovet  və 

xarici  ölkə    dinləyicilərinin  qızğın  hüsn-rəğbətini  qazanmışdı.  Xalq  musiqiçiləri 

Q.Primovun,  Ə.Bakıxanovun,  B.Mənsurovun,  S.Şuşinskinin,  X.Şuşinskinin, 

S.Qədimovanın,  Ş.Ələkbərovanın,  Ə.Əliyevin  və  başqalarının  ifaçılıq  sənəti 

yüksək səviyyədə idi. 

Mahnı  janrı  sürətlə  inkişaf  edirdi.  Bu  janrı  T.Quliyev,  S.Rüstəmov, 

Q.Hüseynli,  A.Rzayeva,  C.Cahangirov,  S.Ələsgərov,  R.Hacıyev  və  başqaları 

təmsil edirdilər. 

Azərbaycanda musiqi yaradıcılığının səmərəli inkişafı respublikanın musiqi 

mədəniyyətinin  bütün  sahələrinə  getdikcə  daha  çox  təsir  göstərirdi.  İfaçı 

kollektivlər  qarşısında  artıq  milli  repertuar  problemi  durmurdu.  Azərbaycan 

bəstəkarlarının  əsərləri  onların  proqramında  mərkəzi  yer  tutmaqla,  bütövlükdə 

ifaçılıq  sənətinin  inkişafına  kömək  edirdi.  Azərbaycan  musiqisinin  təbliğində 

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri xüsusi rol oynamışdı. 

M.F.Axundov adına Opera və Balet Teatrının kollektivinə yeni ifaçı kadrlar 

gəldi.  Rəqqasə  L.Vəkilova  parlaq  yaradıcılıq  fəaliyyətinə  başladı.    Müğənni  

F.Əhmədova yaddaqalan  musiqi-səhnə obrazları yaratdı. 

Azərbaycan  musiqisinin  inkişafına  istedadlı  özfəaliyyət  kollektivlərinin 

yaradıcılığı kömək edirdi. 1960-cı ilin əvvəlində keçirilmiş özfəaliyyətə respublika 

baxışında 300-dən çox Azərbaycan xalq çalğı alətləri üçlüyü, xalq yaradıcılığının 

müxtəlif  janrlarının  3000-ə  qədər  ifaçısı,  213  xor  və  42  rəqs  kollektivi  iştirak 

etmişdi.

49

 



Müharibədən  sonrakı  illərdə  teatrların  təşkilat  və  yaradıcılıq  həyatında 

müəyyən dönüş yarandı. İnsanların mənəvi simasını və qəhrəmanlığını əks etdirən 

yüksək  bədii  keyfiyyətli  tamaşalar  yaradılmağa  başlandı.  Dram  teatrları  müasir 

mövzularda tamaşaların səhnəyə qoyulması sahəsində böyük iş görürdülər. 

1947-ci  ildə  rejissor  A.İskəndərov  yazıçı  İ.Əfəndiyevin  "İşıqlı  yollar" 

pyesini və 1948-ci ildə "Bahar suları" əsərini tamaşaya qoydu. Rejissor işi, aktyor 

ifası  cəhətdən  diqqəti  cəlb  edən  bu  tamaşalar  M.Əzizbəyov  adına  Azərbaycan 

Dövlət  Akademik  Dram  Teatrının  ideya-sənətkarlıq  və  məfkurəvi  həyatında 

mühüm  hadisə  idi.  1947-1948-ci  illərdə  teatrın  yaradıcı  kollektivi  C.Cabbarlının 

"Yaşar",  B.Çirikovun  "Qaliblər",  Ceyn  Qou  və  Arnoldo  Dyussonun  "Dərin 

köklər", A.Fadeyevin "Gənc qvardiya" əsərlərinin tamaşalarını hazırladı. 

1948-ci  ildə  Moskva  qastrolu  Azərbaycan  Dram  Teatrının  həyatında 

mühüm  hadisə  oldu.  Teatr  paytaxt  tamaşaçılarına  C.Cabbarlının  "1905-ci  ildə", 

S.Vurğunun  "Vaqif",  Ə.Məmmədxanlının  "Şərqin  səhəri",  V.Şekspirin  "12-ci 



138 

 

gecə",  A.N.Ostrovskinin  "Tufan"  pyeslərini  və  digər  əsərlərin  tamaşalarını 



göstərdi. 

Rejissor  M.Məmmədovun  Gəncə  Dövlət  Dram  Teatrında  hazırladığı 

"Otello" bu dövrün ən yaxşı tamaşalarından idi. S.Rəhmanın "Aydınlıq", Lope de 

Veqanın  "Rəqs  müəllimi",  Q.Mdivaninin  "Kimdir  müqəssir",  Tur  qardaşlarının 

"Bir  evin  sirri",  C.Məcnunbəyovun  "Böyük  məhəbbət"  pyeslərinin  tamaşaları  da 

maraqla qarşılandı. 

1949-cu  ildə  Azərbaycan  teatrının  75  illik  yubileyi  təntənə  ilə  qeyd  edildi. 

SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  1949-cu  il  23  iyul  tarixli  fərmanı  ilə  teatra 

Qırmızı Əmək Bayrağı ordeni verildi. S.Ruhulla, M.A.Əliyev, M.Davudova SSRİ 

xalq  artisti  kimi  yüksək  ada  layiq  görüldülər.  Teatr  müxtəlif  janrlı  tamaşalar 

hazırlamaqla ideya-məzmun və üslub etibarilə geniş yaradıcılıq yolunda olduğunu 

bir daha sübut etdi. 

Lakin  bu  dövrdə  Azərbaycan  dövlət  teatrlarının  sayı  xeyli  azaldı.  1937-ci 

ildə  Azərbaycanın ayrı-ayrı rayonlarında  yaradılmış dövlət teatrlarını "səmərəsiz" 

hesab  edib  ucdantutma  bağladılar.  Yalnız  Naxçıvanda,  Gəncədə,  Xankəndi  və 

Qubada olan teatrlar öz fəaliyyətini davam etdirirdilər. 

50-ci illərdə Azərbaycan teatrı müasir həyatımızın müxtəlif sahələrinə həsr 

edilmiş  yeni  tamaşalar  hazırladı,  klassik  dramaturgiyanın  ən  yaxşı  nümunələrini 

tamaşaçılara  göstərdi.  Azərbaycan  milli  dramaturgiyası  teatrla  bərabər  böyük 

inkişaf  yolu  keçərək  həyat  və  sənət  problemlərinin  həllində  mühüm  rol  oynadı. 

Müasirlik hissi, hadisələrə müasir baxış klassik əsərlərin tamaşalarında da öz əksini 

tapmışdı.  "Od  gəlini"  (C.Cabbarlı),  "Məzəli  əhvalat"  (K.Qoldoni),  "Namus" 

(A.Şirvanzadə),  "Lənkəran  xanının  vəziri"  (M.F.Axundov),  "Hacı  Qənbər" 

(N.Vəzirov), "Şeyx Sənan" (H.Cavid) və s. tamaşalar bu cəhətdən olduqca qiymətli 

idi. 

Bu dövrdə müasir mövzulu tamaşalar içərisində S.Rəhmanın "Nişanlı qız", 



İ.Əfəndiyevin  "Atayevlər  ailəsi",  İ.Səfərlinin  "Göz  həkimi",  Ə.Məmmədxanlının 

"Şirvan gözəli" pyesləri  mövzu və  janr etibarilə  müxtəlif  olsa  da, bu tamaşalarda 

xalqın  müxtəlif  təbəqələrinin  surətləri  yaradılmışdı.  Müasirliklə  əlaqələri 

genişləndirmək təşəbbüsü Gəncə Dram Teatrının tamaşalarında da ("Böyük ürək", 

"Bir gəncin manifesti") özünü göstərdi. 

Sülhsevər  siyasətin  təbliği,  müharibə  qızışdırıcıların,  milli  azadlıq 

hərəkatını  boğmağa  çalışanların  ifşası  Azərbaycan  teatrının  əsas  məqsədlərindən 

olmuşdur. Ə.Məmmədxanlının "Od içində", V.Sebkonun "İkinci cəbhə arxasında", 

N.Hikmətin  "Türkiyədə"  və  İ.Qasımovla  H.Seyidbəylinin  müştərək  yazdıqları 

"Uzaq sahillərdə" pyeslərinin tamaşaları bu baxımdan çox əhəmiyyətli idi. 

Beləliklə,  1951-1960-cı  illərdə  Azərbaycan  teatrında  müasir  mövzu  və 

müasir  qəhrəmanın  səhnəyə  gəlməsi  prosesi  güclənmişdi.  Bu  yeniləşmə  tarixi 



139 

 

mövzulara  həsr  olunmuş  ayrı-ayrı  tamaşalara  da  təsir  edirdi.  Həmin  keyfiyyətlər 



V.Şekspirin  "Qış  nağılı",  H.Cavidin  "Şeyx  Sənan"  və  H.Mehdinin  "Cavanşir" 

pyeslərinin tamaşalarında aydın nəzərə çarpırdı. Lakin həmin illərdə baş alıb gedən 

bədnam  konfliktsizlik  "nəzəriyyəsi"  müasir  mövzulu  əsərlərə  və  onların 

tamaşalarına öz mənfi təsirini göstərdi ("Zərif tellər", "İldırım" və s.) 1956-cı ildə 

Azərbaycan  Dövlət  Akademik  Dram  Teatrının  H.Cavid  yaradıcılığına  müraciət 

edib,  20  illik  fasilədən  sonra  şairin  "Şeyx  Sənan"  mənzum  faciəsini  tamaşaya 

hazırlaması  həm  teatr  kollektivinin,  həm  tamaşaçıların,  həm  də  respublika  teatr 

ictimaiyyətinin  ürəyindən  oldu.  Əsərdəki  yüksək  dramatik  ehtiraslar,  zəngin 

şeriyyət,  parlaq  romantika  teatr  kollektivi  üçün  ilham  mənbəyinə  çevrildi.  Bu 

tamaşada R.Əfqanlı və A.D.Qurbanov (Şeyx Sənan), H.Qurbanova və N.Məlikova 

(Xumar),  S.Ruhulla  və  A.Gəraybəyli  (Platon),  Ə.Sultanov  (dərviş),  Ə.Qurbanov 

(keşiş), M.Sənani və İ.Dadaşov (Serqo) və b. emosional obrazlar yaratdılar. 

V.Şekspirin əsərlərini müvəffəqiyyətlə tamaşaya qoyan Azərbaycan Dövlət 

Akademik  Dram  Teatrı  1956-cı  ilin  aprelində  Ümumrusiya  Teatr  Cəmiyyəti 

tərəfindən  Moskvada  keçirilən  "Şekspir  sovet  səhnəsində"  konfransında  iştirak 

etdi. 


1957-ci  ildə  keçirilən  Ümumittifaq  konfransında  teatr  "Almaz"  və 

"Cavanşir"  tamaşalarını  göstərdi.  Yüksək  səviyyədə  oynanılan  həmin  tamaşalara 

görə  teatra  festivalın  laureatı  adı  verildi  və  o,  birinci  dərəcəli  diplomla  təltif 

olundu. 


Azərbaycan  Dram  Teatrı  dəfələrlə  rus,  Avropa  və  qardaş  xalqların 

dramaturgiyasına  müraciət  etmişdi,  A.İskəndərov,  M.Məmmədov,  T.Kazımov, 

Ə.Şərifov, Ə.Ələkbərov  kimi  rejissorlar "Müfəttiş" (N.Qoqol), "Vassa  Jeleznova" 

(M.Qorki),  "Vanya  dayı"  (A.Çexov),  "Məzəli  əhvalat",  "Mehmanxana  sahibəsi" 

(K.Qoldoni) "Sevilya ulduzu" (Lope de Veqa),  "Qış nağılı" (V.Şekspir) pyeslərini 

müvəffəqiyyətlə tamaşaya qoymuşdular. 

Bakıdakı S.Vurğun adına Rus Dram Teatrı da müasir mövzularda tamaşalar 

hazırlamaq  üçün  ciddi  səy  göstərirdi.  Qəhrəmanlıq,  lirik,  satirik,  psixoloji 

tamaşalar  teatrın  səhnəsində  müvəffəqiyyətlə  göstərilir  və  onun  kollektivinin 

yaradıcılıq imkanlarını nümayiş etdirirdi. 

 Müharibədən  sonrakı  illərdə  Azərbaycan  kinosunun  inkişafında,  onun 

kollektivinin  böyüməsində  nəzərə  çarpacaq  irəliləmələr  baş  verdi.  Respublikada 

müntəzəm  olaraq  bədii  və  sənədli  filmlər  buraxılırdı.  Azərbaycan 

kinematoqrafçıları  tanınmış  yazıçılar,  ssenaristlər,  rəssamlar,  bəstəkarlar  və 

artistlərlə sıx yaradıcılıq əməkdaşlığında bir sıra gözəl filmlər yaratdılar. 

Azərbaycan  kinematoqrafçılarının  1945-ci  ildə  istehsal  etdiyi  "Arşın  mal 

alan"  filmi  nəinki  SSRİ-də,  hətta  bütün  dünyada  çox  böyük  müvəffəqiyyətlə 

nümayiş  etdirilmişdi.  Bu  filmin  yaradıcıları  və  ifaçıları  Dövlət  mükafatına  layiq 



140 

 

görüldülər.  1949-1950-ci  illərdə  yaradılmış  "Bakının  işıqları"  filmi  Bakı 



neftçilərinin müharibə illərindəki əmək qəhrəmanlığından bəhs edirdi. 

50-ci  illərdə  Azərbaycan  kinosunun  inkişafında  ciddi  müvəffəqiyyətlər 

müşahidə olunurdu. "Xəzər neftçiləri haqqında povest" (1953) və "Dəniz fatehləri" 

(1959)  sənədli  filmlərinin  ekrana  buraxılması  kino  sənətinin  böyük  nailiyyəti  idi. 

"Görüş" filmi (1957) Azərbaycan pambıqçılarının Özbəkistanın pambıq ustaları ilə 

dostluğuna həsr olunmuşdur. 

Azərbaycan  kinematoqrafçılarının  axtarışları,  onların  tarixi  və  milli 

səciyyəvi  xüsusiyyətlərdən  bacarıqla  istifadə  etməsi,  yeni  yaradıcı  işçilərin  cəlb 

olunması böyük uğurlarla nəticələndi. 

1954-1958-ci  illərdə  respublikanın  kino  sənəti  tamaşaçılar  tərəfindən 

hərarətlə  qarşılanan  yeni  ən  yaxşı  filmlərin  -  "Sevimli  mahnılar",  "Qara  daşlar", 

"Qızmar günəş altında", "Bir məhəlləli iki oğlan'', "Uzaq sahillərdə", "O olmasın, 

bu  olsun",  "Ögey  ana",  "Mahnı  belə  yaranır"  və  b.  filmlərin  yaradılması  ilə 

əlamətdar  olmuşdu.  Bununla  bərabər,  bir  çox  kinofilmlər  tamaşaçıların  artan 

estetik tələblərinə hələ də cavab vermir, kino dramaturgiyası geri qalır, kino üçün 

yaradıcı və ifaçı kadrların hazırlanmasına kifayət qədər diqqət yetirilmirdi. 

Azərbaycan  rəssamlarının  yaradıcılığında  dövrün  adamlarının  məişəti  və 

əmək  fəaliyyəti  mövzuları  əsas  yer  ruturdu.  Mingəçevir  tikintisində  təbiətin 

dəyişdirilməsinə  M.Abdullayevin  "Mingəçevirin  işıqları",  "Beşillik  yolları  ilə" 

romantik sənaye mənzərələri həsr olunmuşdu. Onun "Xoşbəxtlik yaradanlar" rəsmi 

fəlsəfi  baxışı  ilə  nəzəri  cəlb  edir.  M.Abdullayev  özünün  "Axşam"  rəsm  əsərində 

Azərbaycan  qadınının  mənən  saflığını  və  gözəlliyini  əks  etdirmişdir.  Rəssam 

B.Mirzəzadə  "Neft  mədənlərində"  və  dəniz  neft  mədənlərinin  mənzərəsini  əks 

etdirən  bir  sıra  rəsmlərdə  ("Yeddi  gəmi  adası",  "Estakadalar",  "Çənlər")  yaradıcı 

əməyin poeziyasını yaratmışdır. Müasir Azərbaycan kəndinə həsr edilmiş "Dövlətə 

pambıq  təhvili"  kompozisiyası  da  (B.Əliyev,  Əbdülxalıq,  A.Zarubin)  tipik  əyani-

nəqli  əsərlər  sırasına  aiddir.  Rəssamlardan  S.Salamzadə,  T.Tağıyev,  S.Şərifzadə, 

V.Səmədova  və  başqaları  respublikanın  görkəmli  adamlarının,  milli  mədəniyyət 

xadimlərinin  bir  sıra  portret  obrazlarını,  lirik  qadın  portretlərini  yaratmışdılar. 

Səttar  Bəhlulzadənin  Azərbaycanın  gözəl  guşələri  Quba,  Abşeron  və  Qarabağın 

təbiətinə  həsr  edilmiş  mənzərə  şəkilləri  məhəbbətlə  təsvir  olunmuşdur.  Həmin 

illərdə  Azərbaycan  rəssamlarının  sıraları  yeni  istedadlı  gənclərin  hesabına  artırdı. 

T.Nərimanbəyovun "Nar" rəngli rəsm əsərində romantik intonasiya üstünlük təşkil 

edir. N.Ədülrəhmanovun "Düyü əkini" və A.Cəfərovun "Qolbaq seçmək" şəkilləri 

lirik əhvali-ruhiyyə ilə zəngindir. 

Azərbaycan  heykəltəraşlarının  fəaliyyəti  uğurlu  nailiyyətlərlə  nəzəri  cəlb 

edirdi.  1947-1949-cu  illərdə  heykəltəraş  F.Əbdürrəhmanov  Nizaminin  Bakıda  və 

Gəncədə  ucaldılmış  heykəllərini  yaratmışdı.  Nizaminin Gəncədəki abidəsi Dövlət 



141 

 

mükafatına  layiq  görülmüşdü.  F.Əbdürrəhmanovun  "Çoban"  heykəli  də  Dövlət 



mükafatı ilə qeyd olundu və Dövlət Tretyakov Qalereyasının daimi ekspozisiyasına 

daxil edildi. 

Heykəltəraş  C.Qaryağdı  şair  M.Sabirin  abidəsini,  həmçinin  respublikanın 

məşhur  adamlarının  heykəllərini  yaratmışdı.  Bu  illərdə  heykəltəraşlardan 

T.Məmmədovun,  Ö.Eldarovun,  M.Mirqasımovun  istedadı  özünü  parlaq  surətdə 

göstərdi. 

Rəssamlardan 

M.Rəhmanzadə,  O.Sadıqzadə,  Nəcəfqulu  tərəfindən 

yaradılan  siyasi  plakatlar,  illüstrasiyalar,  karikaturalar  böyük  rəğbət  qazanmışdı. 

Lakin  təsviri  sənətdə  çox  vaxt  fərdi  üsul  və  dəst-xətlərin  yeknəsəqliyinə,  zahiri 

bəzəyə və şişirtmələrə rast gəlinirdi. Azərbaycanın təsviri sənəti yeni monumental 

əsərlərlə  zənginləşdi.  Rəssamlar  yeni  üslubda  müxtəlif  məzmunda  çoxlu  əsər 

yaratdılar.  N.Əbdürrəhmanovun  "Sevinc",  T.Salahovun  "Növbədən  qayıdanda", 

"Təmirçilər",  T.Nərimanbəyovun  "Xəzər  üzərində  şəfəq",  L.Feyzullayevin 

"Qasırğa  yaxınlaşır"  və  başqa  rəssamların  əsərlərində  müasirlərimizin  əmək 

fəaliyyətinin müxtəlif səhnələri təsvir olunmuşdur. 

Azərbaycanın  təbiəti,  onun  təbii  gözəlliyi  S.Bəhlulzadənin  "Doğma 

əkinliklər",  "Səhər  şəfəqi"  kimi  mənzərə  tablolarında  və  digərlərində  öz  əksini 

tapmışdır. 

Azərbaycan  memarlığı  üçün  Xəzər  sahilində  -  Sumqayıtda  iri  sənaye 

mərkəzinin  yaradılmağa  başlanması  mühüm  hadisə  oldu.  Sonrakı  illərdə 

Sumqayıtın  layihələşdirilməsi  və  tikilməsi  sahəsində  iş  davam  edirdi.  Tamamilə 

boş bir yerdə kimyaçılar və metallurqlar şəhəri böyüməyə başladı. 

Bakının  mərkəzinin  yenidən  qurulması  həmin  illərdə  Azərbaycan 

memarlarının fəaliyyətinin mühüm sahəsi idi. Müharibədən sonrakı ilk illər bir sıra 

iri  obyektlərin  başa  çatdırılması  ilə  əlamətdardır.  Hökumət  evinin  (L.Rudiyev  və 

V.Munts)  və  V.İ.Lenin  (indiki  T.Bəhramov)  adına  Respublika  stadionunun 

(Qonsirovski və O.İsayev) inşası başa çatdı. 

Bakı şəhərinin mərkəzi rayonlarında iri ictimai binalar - Azərbaycan Dövlət 

Dram  Teatrı  (Q.Əlizadə,  M.Mədətov),  Mərkəzi  Univermaq  (N.Kəngərli),  Daxili 

İşlər  Nazirliyinin  binası  (Q.Məcidov),  V.İ.Lenin  Muzeyinin  Bakı  filialı  (indiki 

Xalq  Tətbiqi  Sənət  Muzeyi)  (Q.Məcidov),  M.F.Axundov  adına  Dövlət  Kütləvi 

Kitabxanası (M.Hüseynov) ucaldıldı. 

Sabir  bağından  Gənclər  meydanına  qədər  olan  ərazidəki  köhnə    binalar 

söküldükdən,  İçərişəhər  divarları  açıldıqdan,  onlar  Nizami  Muzeyi,    Azərbaycan 

SSR  Elmlər  Akademiyasının  binası  və  Nizaminin  heykəli  olan  bağça  ilə  uyğun 

şəkildə  bərpa  olunduqdan  sonra  gözəl  memarlıq  mənzərəsi  yarandı.  Dağüstü 

yaylanın  tikilib  abadlaşdırılması  sahəsində  işlər  başlandı.  Mingəçevir  su 

qovşağının tikilməsi  və  Mingəçevir su  hövzəsinin  yaradılması  ilə əlaqədar olaraq 


142 

 

Mingəçevir  şəhərinin  layihələşdirilməsinə  başlandı.  Daşkəsənin  layihələşdirilməsi 



və  inşası  böyük  şəhər  tikintisi  tədbirinə  çevrildi.  Müharibə  qurtardıqdan  sonra 

mənzil  tikintisi  sürətlə  aparıldı,  əksər  hallarda  standart  azmərtəbəli  evlər  tikilirdi. 

"Tikintini  sənayeləşdirmək,  keyfiyyətini  yaxşılaşdırmaq  və  dəyərini  azaltmaq 

sahəsində tədbirlər haqqında" Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1955-ci il 

23  avqust  tarixli  qərarından  sonra  Azərbaycanda  yaşayış  evlərinin  kütləvi 

tikintisində bir çox standart layihələr tətbiq olunmağa başlandı. 

Sənaye  müəssisələrinin  layihələşdirilməsi  və  tikintisində  yeni  meyillər 

özünü  açıq-aşkar  büruzə  verirdi.  Öz  memarlıq  həllinə  görə  Daşkəsəndəki 

filizsaflaşdırma  fabrikinin,  Mingəçevir  SES-in  (Popov)  və  Bakı  şin  zavodunun 

(Kanukov) binaları diqqəti cəlb edirdi. 

Naxçıvanda  Musiqili  Dram  Teatrı  binasının  tikilməsi  (H.İsmayılov, 

Q.Məcidov)  şəhər  mərkəzinin  layihələşdirilməsi  üzrə  baş  planın  həyata 

keçirilməsinin  başlanğıcı  oldu.  Gəncədə  möhtəşəm  inzibati  bina  (Z.İsmayılov, 

F.Leontyev) ucaldıldı. 

Müsabiqələr  nəticəsində  malikanə  tipli,  əsasən  bir  və  ikimərtəbəli  kənd 

yaşayış evlərinin tikintisinə başlandı. Lakin memarlıq sahəsində milli ənənələrdən 

uzaqlaşmaq, yeknəsəqlik kimi mənfi cəhətlər də özünü göstərdi. 

1946-1970-ci  illər  Azərbaycan  mədəniyyəti  quruculuğunda  mürəkkəb  və 

ziddiyyətli olsa da, çox mühüm tərəqqi dövrü hesab edilə bilər. 

 

 



143 

 

 



IV FƏSİL 

 

AZƏRBAYCANIN ĠNKĠġAFINDA DÖNÜġ 



MƏRHƏLƏSĠ 

 


Yüklə 17,94 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin