Vii L e m I l L



Yüklə 17,94 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix03.02.2017
ölçüsü17,94 Mb.
#7304
1   ...   8   9   10   11   12   13   14   15   ...   40
§1. TƏHSĠL 

 

Müharibədən  sonra  Azərbaycanın  xalq  maarifi  şəbəkəsinin  tədris-maddi 

bazasını  möhkəmləndirmək,  məktəbləri  pedaqoji  kadrlarla  təmin  etmək,  təlim  və 

tərbiyə  sistemini  yaxşılaşdırmaq,  tədrisin  səviyyəsini  yüksəltmək  üçün  əməli 

tədbirlər həyata keçirildi. 

1946-cı  ilin  avqustunda  Azərbaycan  müəllimlərinin  III  qurultayı  yeni 

dövrün tələblərinə uyğun xalq maarifinin vəzifələrini konkretləşdirdi.

1

 



Tədris-tərbiyə  müəssisələrinin  şəbəkəsi  tədriclə  genişlənir,  şagirdlərin  sayı 

artırdı.  1946-1970-ci  illərdə  respublikanın  şəhər  və  kəndlərində  dövlət  və 

kolxozların  vəsaiti  ilə  444  min  yerlik  169  ümumtəhsil  məktəbi  binası,  74  min 

yerlik məktəbəqədər uşaq müəssisəsi tikilib istifadəyə verildi. 

1950-1951-ci  dərs  ilində  respublikada  4233,  1970-1971-ci  dərs  ilində  isə 

artıq 5115 ümumtəhsil məktəbi vardı. Bu məktəblərdə 40-cı illərin sonlarında 660 

min, 60-cı illərin sonlarında isə 1444 minə qədər şagird təhsil alırdı.

2

 



Gənclərin  və  yaşlıların  istehsalatdan  ayrılmadan  təhsil  alması  üçün  1970-

1971-ci  dərs  ilində  772  ümumtəhsil  məktəbi  fəaliyyət  göstərirdi.  Bu  məktəblərdə 

60-cı illərin axırlarında 88 mindən çox istehsalatçı təhsilini artırırdı.

3

 



Ümumtəhsil məktəblərində 1970-ci ildə artıq 73,4 min müəllim gənc nəslin 

təlim-tərbiyəsi ilə məşğul olurdu.

Respublikada məktəbəqədər və məktəbdənkənar 



uşaq  müəssisələri  şəbəkəsi  genişlənmişdi.  1970-ci  ildə  isə  artıq  111  min  uşağı 

əhatə  edən  1600  məktəbəqədər  uşaq  müəssisəsi  fəaliyyət  göstərirdi.

5

  172 


məktəbdənkənar  uşaq  müəssisəsi,  pioner  və  məktəblilər  sarayı,  gənc  texniklər, 

təbiət stansiyaları, park və idman məktəbləri vardı.

6

 

Respublika  və  Bakı  müəllimləri  təkmilləşdirmə  institutlarında  müəllim  



kadrları  elmi  və  metodik  cəhətdən öz  səviyyələrini yüksəldirdilər. 

Təlimin  məzmununa  dəyişikliklər  edildi.  1948-ci  ildən  başlayaraq  VIII-X 

siniflərdə ana dilinin tədrisinə həftədə bir saat əlavə vaxt ayrıldı. Xarici dillər üzrə 

saatların  miqdarı  artırıldı.  Ədəbiyyat  üzrə  proqramda  dəyişikliklər  aparıldı;  rus 

klassik  və  sovet  ədəbiyyatına,  SSRİ  xalqları  ədəbiyyatına,  xalq  demokratiyası 

ölkələrinin  ədəbiyyatına,  habelə  Qərbi  Avropa  ölkələri  ədəbiyyatının  böyük 

şəxsiyyətlərinə  müəyyən  yer  verildi.  Digər  fənlərə  dair  proqram  və  dərsliklər  də 


122 

 

əsaslı  surətdə  yenidən  tərtib  olundu.  1958-1959-cu  dərs  ilindən  orta  məktəblərdə 



"Azərbaycan  tarixi"  (40  saat)  "SSRİ  tarixi"  içərisində  tədris  olunmağa  başlandı. 

1960-cı ildən orta məktəblərin tədris planına "İctimaiyyət" fənni əlavə olundu. 

Respublikanın  milli  məktəblərində  rus  dili  və  ədəbiyyatının  tədrisinə  ciddi 

fikir verilir, rus dili müəllimlərinin hazırlanması genişləndirildi, II-X siniflərdə rus 

dili  və  ədəbiyyatının  tədrisinə  tədris  planlarında  həftədə  5-6  saat  ayrıldı. 

Müəllimlərə  kömək  məqsədilə  1947-ci  ildən "Rus dili qeyri-rus  məktəbində" adlı 

aylıq metodiki külliyyat nəşr olunmağa başlandı. 

1949-cu  ildən  ümumi  yeddiillik  təhsilə  keçid  başlandı.  50-ci  illərdə 

Azərbaycan xalq təhsili öz inkişafının yeni mərhələsinə daxil oldu, 1959-cu ildən 

icbari  səkkizillik  təhsil  tətbiq  olundu,  orta  məktəblərin  şəbəkəsi  genişləndi, 

şagirdlərin sayı artıb 1954-cü ildə müharibədən əvvəlki səviyyəni ötüb keçdi. Bakı, 

Gəncə,  Xankəndi  və  Naxçıvan  şəhərlərində  orta  məktəb  həcmində  ümumi  təhsil 

həyata  keçirildi.  1966-cı  ildən  orta  təhsil  -  ümumtəhsil  elan  olundu.  Ümumtəhsil 

məktəblərinin  yeni  forması  -  "İnternat  məktəb"in  meydana  çıxması  məktəb 

sisteminin həyatında mühüm hadisə oldu. 

Politexnik 

təlimə 

diqqət  artırıldı.  Məktəblərin  nəzdində  tədris 



emalatxanaları  yaratmağa  başladılar. Bu işdə  şəhərlərin, xüsusən, Bakı,  Sumqayıt 

və Gəncə şəhərlərinin sənaye müəssisələri, kənddə isə sovxoz MTS-lər mühüm rol 

oynadı.  Kənd  məktəblərinin  və  bəzi  şəhər  məktəblərinin  nəzdində  tədris-təcrübə 

sahələri  yaradıldı.  Kənd  məktəblərində  kolxoz  və    sovxozların  yanında  şagird 

istehsalat  briqadaları  təşkil  olundu.  Ümumtəhsil  məktəblərində  politexnik  təlimin 

inkişafı  məqsədilə  tədbirlər  həyata  keçirildi.

7

  1956-1958-ci  illərdə  Azərbaycanın 



70  şəhər  məktəbində  istehsalat  təlimi  tətbiq  olundu.

8

  Bunun  sayəsində  həmin 



illərdə 5 min şagird çilingər, tornaçı və digər kütləvi fəhlə ixtisaslarına yiyələndi.

9

 



Kənd  məktəblərində  Stavropol  diyarının  təcrübəsi  üzrə  şagird  istehsalat 

briqadaları yaradılırdı. VIII-X sinif şagirdləri kənd təsərrüfatı istehsalının əsasları 

və mexanikləşdirilməsi, müxtəlif kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üsulları 

ilə tanış olur, əmək vərdişlərinə yiyələnirdilər.

10

 

Şagirdlərin  əməyə  hazırlanmasında  və  istehsalat  üzrə  ixtisaslarının 



artırılmasında  1958-ci  ilin  martında  Azərbaycan  SSR  Ali  Sovetinin  məktəbin 

həyatla  əlaqəsini  möhkəmləndirmək  haqqında  qəbul  etdiyi  qanun  mühüm  rol 

oynadı.  1959-cu  ilin  sentyabrından  Azərbaycanda  da  yeddiillik  məktəblər 

səkkizillik  məktəblərə,  onilliklər  isə  istehsalat  təlimli  onbirillik  orta  məktəblərə 

çevrildilər.  Təlim-tərbiyə  işi  sahəsində  də  yenidənqurma  başlandı,  şagirdlərdə 

müstəqil  işləmək  vərdişlərinin  inkişafına  daha  çox  diqqət  yetirildi.  Lakin  maddi 

baza  zəif  olduğundan  çox  vaxt  istehsalat  təlimi  dərsləri  boş  keçir,  lazımi  səmərə 

vermirdi.  Buna  görə  də  1966-cı  ildən  ümumi  orta  təhsilə  keçidlə  əlaqədar  yuxarı 

siniflərin  istehsalat  təlimi  dərsi  ləğv  edildi.  Bununla  əlaqədar  texniki-peşə 


123 

 

məktəblərinin sayı artırıldı. Əgər 1966-cı ildə respublikada 46 (1951-ci ildə 30 idi) 



texniki-peşə  məktəbi  vardısa,  1970-ci  ildə  onların  sayı  78-ə  çatmışdı.  Bu 

məktəblərdə 1970-ci ildə 40 min şagird müxtəlif peşələrə yiyələnmişdi.

11

 

Şagirdlər  arasında  müxtəlif  tərbiyəvi  tədbirlərin  həyata  keçirilməsində 



komsomol təşkilatları müəyyən kömək göstərirdilər. Pioner yaşlı bütün məktəblilər 

pioner dəstələrinə cəlb olunmuşdular. 

Müharibədən  sonrakı  illərdə  ali  təhsil  daha  da  inkişaf  etdi  -1945-ci  ildə 

Teatr İnstitutu (1968-ci ildən İncəsənət İnstitutu adlandı),

12

 1947-ci ildə V.İ.Lenin 



adına APİ-nin xarici dillər fakültəsi bazasında Xarici Dillər İnstitutu,

13

 1950-ci ildə 



Politexnik  İnstitutu  yaradıldı.

14

  Fəaliyyətini  1941-ci  ildə  dayandırmış  Xalq 



Təsərrüfatı İnstitutu 1951-ci ildə bərpa olundu. 1952-ci ildə Rus dili və Ədəbiyyatı 

İnstitutu  təşkil  edildi.  İnstitut  1959-cu  ildə  Xarici  Dillər  İnstitutuna  birləşdirildi. 

1945-46-cı  tədris  ilində  respublikada  17  ali  təhsil  müəssisəsi  olduğu  halda,  1950-

51-ci dərs ilində onların sayı 20-yə çatdı.

15 

1945-46-cı  dərs  ilində  S.M.Kirov  adına  ADU-nun  filologiya  fakültəsində 



jurnalistika  şöbəsi,  tarix  fakültəsində  isə  fəlsəfə  şöbəsi  təşkil  edildi.

16

  Sonra 



şərqşünaslıq  fakültəsi  yarandı.  1947-1948-ci  dərs  ilinin  əvvəlində  filologiya 

fakültəsinin  nəzdində  məntiq  və  psixologiya  şöbəsi  açıldı.  Universitet 

respublikanın ən iri təhsil mərkəzinə çevrildi, orada 1945-ci il iyulun 1-dən 1950-ci 

il iyulun 1-dək gündüz şöbələrində təhsil alan tələbələrin sayı 1212 nəfərdən 2565 

nəfərə çatdı, yəni iki dəfədən çox artdı.

17

 



1948-ci  il  sentyabrın  1-də  V.İ.Lenin  adına  APİ-nin  dil  və  ədəbiyyat 

fakültəsinin rus bölməsi bazasında rus dili və ədəbiyyatı fakültəsi yaradıldı. 1950-

ci  ildə  institutun  coğrafiya  fakültəsi  nəzdində  bədən  tərbiyəsi  və  idman  şöbəsi 

təşkil edildi.

18

 

Ali  məktəblərin  tədris-maddi  bazası  ildən-ilə  möhkəmlənir,  onların 



müharibə illərində hospital və başqa idarələr üçün verilmiş binaları, tələbə ümumi 

yataqxanaları  azad  edilirdi.  Tibb,  pedaqoji  və  politexnik  institutları  üçün  yeni 

binalar tikilirdi. 

Respublikanın  ali  təhsil  müəssisələrində  təhsil  alan  tələbələrin  sayı  1945-

1946-cı dərs ilindəki 19,6  min  nəfərdən 1950-1951-ci dərs ilində 28,6  min nəfərə 

çatmışdı.

19

  Tələbələrin  68,1%-ni  azərbaycanlılar  təşkil  edirdi.



20

  Bundan  başqa, 

yüzlərlə azərbaycanlı tələbə Sovet İttifaqının başqa şəhərlərində təhsil alırdı. 1950-

ci ildə təkcə Moskva və Leninqradın ali məktəblərində 800-dən artıq azərbaycanlı 

oğlan və qız təhsil alırdı.

21

 



Ali təhsilli mütəxəssislər hazırlamaq işini yaxşılaşdırmaq məqsədilə bəzi ali 

məktəblər  yenidən  təşkil  olunurdu.  Tələbələr  arasında  təhsilə  qədər  bilavasitə 

maddi istehsal sahəsində məşğul olanların da sayı artırdı. 1970-1971-ci dərs ilində 

ali  məktəblərdə  istehsalatdan  ayrılmadan  53  min  tələbə  təhsil  alırdı.  Professor-



124 

 

müəllimlərin sayı 1950-ci ildəki 2000 nəfərdən, 1970-ci ildə 5000 nəfərə çatmışdı. 



1970-ci ildə tələbələrin təlim-tərbiyəsi ilə 500-dən çox akademik, professor, 1140-

dan çox dosent məşğul olurdu.

22

 

1969-cu  ildən  ali  məktəblərin  yanında  fəhlə,  kolxozçu  və  ordudan  tərxis 



edilənlər üçün hazırlıq şöbələri təşkil olunmuşdu. 

Orta ixtisas təhsilli müəssisələrin də sayı artmışdı. Sənaye, tikinti, nəqliyyat 

və  kənd  təsərrüfatı  üçün  mütəxəssislər  hazırlanmasına  xüsusi  diqqət  yetirilirdi. 

1970-1971-ci  dərs  ilində  respublikada  71-ə  qədər  tələbənin  təhsil  aldığı  79  orta 

ixtisas məktəbi fəaliyyət göstərirdi.

23

 



Təhsilin inkişafı əhalinin mədəni səviyyəsinin yüksəlməsinə səbəb olmuşdu. 

1959-cu ildə  yaşı 10-dan  yuxarı olan hər  1000

 

nəfərdən 400-nün, 1970-ci ildə isə 



471-nin  ali  və  orta  təhsili  vardı.

24 


Xalq  təsərrüfatında  ali  və  orta  ixtisas  təhsilli 

mütəxəssislərin sayı 274 minə çatmışdı.

25 

 

§2. MƏDƏNĠ-MAARĠF. MƏTBUAT 



 

Müharibədən  sonrakı  illərdə  Azərbaycanda  müharibə  zamanı  azalmış 

mədəni-maarif  müəssisələrinin  şəbəkəsi  daha  da  genişlənmişdi  -  kütləvi 

kitabxanaların  sayı  1946-cı  ildəki  815-dən  1970-ci    ildə  2922-yə  (o  cümlədən 

2375-i  kənd  yerlərində),  klub  müəssisələrinin  sayı  isə  müvafiq  olaraq  1711-dən 

2146-ya  (o  cümlədən  1770-i  kənd  yerlərində)  çatmışdı.  Həmin  illərdə 

kitabxanaların kitab fondu 2,6 mln nüsxədən 22,9 mln nüsxəyə qədər çoxalmışdı.

26

 



Kitabxana oxucularının sayı və kitab verilməsi ildən-ilə artırdı. 1946-cı ildən 1950-

ci  ilə  qədər  Azərbaycan  mədəni-maarif  müəssisələri  komitəsi  sistemində  kütləvi 

kitabxanalarda oxucuların sayı 1271 min nəfərdən 364,4 min nəfərə çatmışdı.

27

 



1970-ci  ildə  Mədəniyyət  Nazirliyinin  kütləvi  kitabxanalarından  1,6 

milyondan çox oxucu istifadə etmişdi.

28

 

Mədəni-maarif  işinin  ən  kütləvi  vasitələrindən  biri  kino  idi.  Respublikada 



kino qurğularının sayı 1946-cı ildəki 252-dən (kənddə 105-dən) 1970-ci ildə 2004-

ə (kənddə 1356-ya) qədər artmışdı.

29

 

Mədəni-maarifin  inkişafında  1947-ci  ildə  yaradılmış  Azərbaycan  Siyasi  və 



Elmi Bilikləri Yayan Cəmiyyət iki ilə öz sıralarında 2,2 min ziyalını və istehsalat 

qabaqcılını birləşdirirdi.

30

 

1970-ci ildə əhali arasında mədəni-maarif işi aparan 27 muzey var idi.



31

 

1946-cı  ildə  Nizami  adına  Ədəbiyyat  Tarixi  Muzeyi  açıldı.  1955-ci  ildə 



V.İ.Lenin Mərkəzi Muzeyin  Bakı filialı  yaradıldı. 1958-ci ildə Şəkidə  yeni Tarix-

Diyarşünaslıq Muzeyi, 1959-cu ildə Xızıda C.Cabbarlının, Şuşada Ü.Hacıbəyovun 

Ev-muzeyləri,  1964-cü  ildə  Bakıda 

 

"Qız  qalası"  Muzeyi  açıldı.  Muzeylərə 



gələnlərin  sayı  da  xeyli  artmışdı.  1960-cı  ildə  muzeylərə  gələnlərin  sayı  1206,3 

125 

 

min  nəfərə  çatmışdı.



33

  Bakıda  Azərbaycan  Tarixi  Muzeyi,  R.Mustafayev  adına 

Azərbaycan  Dövlət  İncəsənət  Muzeyi  fəaliyyət  göstərirdi.  Muzey  daxilində 

keçirilən  elmi-kütləvi  iş,  habelə  muzeylərin  təşkil  etdikləri  ekskursiyalar,  səyyar 

sərgilər,  müharibə  veteranları  və  əmək  qəhrəmanları  ilə  görüşlər  əhali  arasında 

rəğbətlə  qarşılanırdı.  Muzeylərə  gələnlərin  sayı  1970-ci  ildə  1,1  mln  nəfərə 

çatmışdı.

34

 



Bununla  belə,  mədəni-maarif  idarələrinin  fəaliyyəti  formalizm  və  siyasi 

rəsmiyyətçilikdən  zərər  çəkirdi.  Xalq  kütlələrinin  tərbiyəsi  üçün  bu  müəssisələrin 

şəbəkəsindən kifayət qədər istifadə olunmurdu. 

1959-cu ildə Azərbaycanda ilk xalq universiteti meydana çıxdı. 1961-ci ildə 

onların sayı 76 oldu. 1970-ci ildə artıq 237 xalq universiteti fəaliyyət göstərirdi.

35

 



Əhalinin  maariflənməsində,  mədəni  səviyyəsinin  yüksəlməsində,  ictimai-

siyasi fəallığının artmasında mətbuat əhəmiyyətli rol oynayırdı. 

1946-cı  ildə  Azərbaycanda  87  qəzet  çıxırdı,  1970-ci  ildə  isə  onların  sayı 

118-ə (o cümlədən 93-ü Azərbaycan dilində) çatmışdı.

36 

1946-cı ildən komsomolun 



"Azərbaycan gəncləri" və "Molodyoj Azerbaydjana", 1958-ci ildən "Bakı", 1963-

cü  ildən  "Baku"  (rus  dilində)  qəzetləri  nəşr  olunur.    1946-cı  ildən  "Müəllim" 

qəzeti,  1953-cü  ildən  "Ədəbiyyat"  qəzeti,  "Azərbaycan  müəllimi",  "Ədəbiyyat  və 

İncəsənət",  "Azərbaycan  kənd  təsərrüfatı",  1960-cı  ildən  isə  "Sovet  kəndi"  adı 

altında qəzet çıxırdı. Respublikada nəşr olunan jurnalların və başqa dövri nəşrlərin 

sayı  1946-cı  ildə  21  idisə,  70-ci  ildə  116-ya  çatdı.  Azərbaycan  dilində  74  jurnal 

nəşr  olunurdu.

37 


1946-cı  ildən  "Pioner",  1957-ci  ildən  "Kirpi",  1958-ci  ildən 

"Göyərçin", 1961-ci ildən "Elm və Həyat", 1967-ci ildən "Ulduz" jurnalları, 1969-

cu  ildən  "Qobustan"  incəsənət  almanaxı  nəşr  olunmağa  başlandı.  1951-ci  ildən 

"Azərbaycan  qadını",  1954-cü  ildən  "Literaturnı  Azerbaydjan"  jurnalları  

fəaliyyətini    yenidən    davam    etdirdilər.  "Vətən  uğrunda"  jurnalı  1946-cı  ildən 

"İnqilab  və  mədəniyyət",  1953-cü  ildən  isə  "Azərbaycan",  "Təşviqatçının 

dəftərçəsi" jurnalı isə 1966-cı ildən "Təşviqatçı" adı ilə çıxırdı. 

Respublikada  Azərbaycan  Dövlət  Nəşriyyatı  ("Azərnəşr"),  Uşaq-Gənclər 

Nəşriyyatı,  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  Nəşriyyatı  və  "Azərneft" 

Nəşriyyatı fəaliyyət göstərirdi. 

Nəşriyyat  bazasının  genişləndirilməsi  və  möhkəmləndirilməsi  sonrakı 

illərdə  ictimai-siyasi,  elmi-texniki,  kənd  təsərrüfatı,  tibb  və  bədii  ədəbiyyat  nəşri 

işini  gücləndirməyə  imkan  verdi.  1970-ci  ildə  ümumi  tirajı  11,6  mln  nüsxə  olan 

1300 adda, o cümlədən Azərbaycan dilində ümumi tirajı 8,8 mln. nüsxə olan 839 

adda  kitab  nəşr

 

olunmuşdu.



38

  Bədii  əsərlər  kütləvi  tirajla  buraxılırdı.  Klassik 

Azərbaycan  ədəbiyyatı  dəfələrlə  nəşr  olunurdu.  Müasir  Azərbaycan  yazıçılarının 

da əsərlərinin nəşri artırdı. 



126 

 

Rus  ədəbiyyatı  klassiklərinin,  müasir  yazıçılarının  və  başqa  xalqların 



yazıçılarının  əsərləri  Azərbaycan  dilinə  tərcümə  edilmiş  və  kütləvi  tirajla  nəşr 

olunmuşdu.  Xarici  ölkələrin  ən  tanınmış  yazıçılarının  əsərlərinin  Azərbaycan 

dilində buraxılışı artmışdı. 

Mədəni-maarif  işi  eyni  zamanda  SSRİ  xalqlarına  bir-birinin  ədəbiyyat  və 

incəsənəti  ilə  yaxından  tanış  olmağa  imkanlar  açırdı.  1950  1959-cu  illərdə 

Moskvada  Azərbaycan  Ədəbiyyatı  və  İncəsənəti  ongünlükləri  böyük 

müvəffəqiyyətlə  keçirildi.  Azərbaycan  mədəniyyətinin  beynəlxalq  əlaqələri  də 

inkişaf  edirdi.  1946-cı  ildə  "Azərbaycanın  Xarici  Ölkələrlə  Dostluq  və  Mədəni 

Əlaqələri  Cəmiyyəti"  təsis  edildi.  Bu  cəmiyyətin  "Azərbaycan"  adlı  jurnalı  çap 

olunaraq dünya ölkələrində yayılırdı. 

 

 

§3. ELM 



 

Müharibədən sonrakı illərdə Azərbaycanda elm böyük uğurla inkişaf edirdi. 

Elmi  idarələrin  sayı  1945-1970-ci  illərdə  66-dan  142-yə  çatmışdı.  Elmlər 

Akademiyası  özünün  elmi  fəaliyyətini  nəzərəçarpacaq  dərəcədə  inkişaf  etdirir, 

ayrı-ayrı  problemlərin  işlənilməsini  dərinləşdirir,  istehsalatla  yaradıcı  əlaqəsini 

möhkəmləndirir, elmi kadrlar hazırlanmasını genişləndirirdi. 

Elmi-tədqiqat 

işləri  respublikanın  ali  təhsil  müəssisələrində  və 

iqtisadiyyatın  mühüm sahələrində inkişaf edirdi. Respublikada elmi  kadrların sayı 

sürətlə  artırdı:  1947-ci  ildəki  3282  nəfərdən  1970-ci  ildə  17082  nəfərə  çatmışdı. 

Həmin  illərdə  elmlər  doktorlarının  sayı  113  nəfərdən  652  nəfərə,  elmlər 

namizədlərinin  sayı  isə  669  nəfərdən  5346  nəfərə  qədər  artmışdı.

39

  Azərbaycan 



Elmlər Akademiyasının nüfuzu ildən-ilə yüksəlirdi. Onun ümumi ştatı 1945-ci ildə 

977, 1955-ci ildə isə 1650 nəfərdən çox olmuşdu. 1970-ci  ildə burada 3318 nəfər 

elmi işçi çalışırdı.

40

 



Fizika  elmində  mühüm  nailiyyətlər  əldə  edilmişdi.  Neftin,  neft 

məhsullarının  və  neft  yataqları  sularının  fiziki  xassələrini  tədqiq  etmək  sahəsində 

səmərəli  tədqiqatlar  aparılırdı.  1946-cı  ildə  Fizika  İnstitutunda  rentgenostruktur 

təhlili laboratoriyası yaradıldı. Bu laboratoriyanın elmi işlərinin nəticələrinin selen 

cihazları hazırlayan zavodlar üçün mühüm əhəmiyyəti var idi.

41

 



Radiofizika sahəsindəki tədqiqatlar əsasən cisimlərin dielektrik xassələrinin 

öyrənilməsini  əhatə  edirdi.  Termodinamika  və  molekulyar  fizika  üzrə  tədqiqatlar 

aparılırdı. Spektral təhlil yolu ilə filizlərdə olan maddələrin miqdarı öyrənilirdi.

42

 



1950-ci ildən respublikada fizika elminin inkişafında yeni mərhələ başlandı 

- yarımkeçiricilərin kompleks tədqiqatları, mayelərin optik, radiospektrik və başqa 



127 

 

üsullarla  öyrənilməsi,  nəzəri  fizikanın,  metallar  fizikası  məsələlərinin  tədqiqi 



genişləndi.

43

 



Akademik  Z.İ.Xəlilovun  rəhbərliyi  və  fəal  iştirakı  ilə  neft  qatlarında 

quyuların  ən  əlverişli  şəkildə  yerləşdirilməsinin  riyazi  öyrənilməsinin  böyük 

əhəmiyyəti var idi. Mingəçevir su qovşağı inşaatçılarının müraciətinə cavab olaraq 

Azərbaycan  Dövlət  Universitetinin  riyaziyyatçıları  Mingəçevir  Su-Elektrik 

Stansiyasının su altındakı borularının təzyiqini müəyyənləşdirmək üçün tədqiqatlar 

aparırdılar. 

Azərbaycan  fizikləri  yarımkeçiricilərin  düzləndirici  və  digər  elektrik 

xassələrini,  habelə  mayelərin,  başlıca  olaraq  neftin  və  neft  məhsullarının 

mikrostrukturunu,  fiziki,  termodinamik  və  optik  xassələrini  öyrənmək  sahəsində 

maraqlı işlər görürdülər. 

Respublikanın  fizik  və  riyaziyyatçıları  tərəfindən  kvant  fizikasını  və 

kosmoqoniyanı öyrənmək sahəsində vacib işlər aparılırdı. Beləliklə, Azərbaycanda 

qədim Şamaxıda Sovet İttifaqı üzrə ən böyük astrofizika rəsədxanalarından birinin 

bünövrəsi qoyuldu. 

Riyaziyyat  üzrə  tədqiqat  işləri  Azərbaycan  SSR  Elmlər  Akademiyasının 

Riyaziyyat  və  Mexanika  İnstitutunda  və  Hesablama  Mərkəzində,  habelə  ali 

məktəblərin 20-dən artıq riyaziyyat kafedrasında aparılırdı. 

Respublika  riyaziyyatçıları  öz  tədqiqatlarını  funksional  təhlil  problemi, 

inteqral  tənliklər  nəzəriyyəsi  sahəsində  aparırdılar.  Onlar  həmçinin  tətbiqi 

xarakterli məsələləri araşdırırdılar. 1954-cü ildə qazın və qazlı neftin süzülməsinin 

riyazi məsələləri tədqiq olunurdu. A.X.Mirzəcanzadə tərəfindən tətbiqi əhəmiyyəti 

olan  sahələrdə  zəif  və  isti  plastik  mayelərin  hərəkəti  haqqında  mürəkkəb  riyazi 

məsələlər həll edilmişdi.

44

 



Energetika  sahəsində  respublika  alimləri  tərəfindən  Azərbaycanın 

hidroenergetika  ehtiyatlarını  öyrənmək  və  aşkar  etmək,  onlardan  düzgün  istifadə 

olunmasının  şərtlərini  hazırlamaq  üçün  böyük  iş

 

aparılırdı.  Respublika 



Akademiyasının Energetika İnstitutu SSRi Elmlər Akademiyasının Avtomatika və 

Telemexanika  İnstitutu  ilə

 

birlikdə  neft  hasilatını  və  qazma  proseslərini 



avtomatlaşdırmaq  sahəsində  mühüm  işlər  görürdü.  Lakin  fizika-riyaziyyat 

elmlərinin vacib nəticələri istehsalatda ləng tətbiq olunurdu. 

Respublikanın 

təkindəki  faydalı  qazıntıların  geoloji  quruluşunun 

öyrənilməsi  uğurla  davam  edirdi.  Yeni  neft  yataqları,  yeni  filiz  və  qeyri-filiz 

faydalı qazıntı yataqları, mineral su mənbələri kəşf edilmişdi. 

Azərbaycan  alimləri  seysmologiya  məsələlərinə  böyük  diqqət  yetirirdilər. 

1949-cu  ildə  Şamaxıda,  Gəncədə,  Naxçıvanda  və  Lənkəranda  seysmik  stansiyalar 

yaradıldı.

45

 



128 

 

1945-ci  ildə  böyük  elmi-tədqiqat  mərkəzi  -  Elmlər  Akademiyasının 



Coğrafiya  İnstitutu  yaradıldı.  Azərbaycanın  təbii  sərvətlərinin  dərindən 

öyrənilməsində uğurlu fəaliyyətə başlandı. 

Azərbaycan  geoloqları  diqqəti  neft  geologiyasının,  mədən  və  qeyri-mədən 

faydalı  qazıntılarının,  stratiqrafiyanın,  petroqrafiyanın  və  tektonikanın  daha  çox 

aktual məsələləri üzərində cəmləşdirdilər. Geoloqların səmərəli işlərinin nəticələri 

öz  əksini  yeddicildlik  "Azərbaycan  geologiyası"  toplusunda  tapdı  (1954-1960-cı 

illər). İqlimşünaslıq, hidrologiya, geomorfologiya və coğrafi biliklərin digər xüsusi 

sahələri  inkişaf  etdi.  "Azərbaycan  Sovet  Sosialist  Respublikasının  Atlası" 

hazırlandı. 

1950-ci  ildə  Azərbaycan  Elmlər  Akademiyasının  Neft  Ekspedisiyası  təşkil 

edildi. Onun gördüyü işin mühüm xalq təsərrüfatı əhəmiyyəti var idi. Azərbaycan 

neftçilərinin neft çıxarmaq texnologiyasını təkmilləşdirməsi nəinki Azərbaycanda, 

digər müttəfiq respublikalarda da neft sənayesinin inkişafına təsir göstərdi. Dəniz 

sahələrində neft yataqlarının istismarı məsələlərinə mühüm diqqət yetirilirdi. 

Alimlər tərəfindən respublikanın enerji ehtiyatları aşkara çıxarılır, onlardan 

düzgün  istifadə  olunması  şərtləri  müəyyənləşdirilir,  mövcud  enerji  sistemlərinin 

səmərələşdirilməsi  üsulları  işlənilib  hazırlanır,  neft  sənayesi  energetikasının 

mühüm məsələləri öyrənilirdi. 

 Neftin 

kimyəvi  tərkibinin  öyrənilməsinə  dair  işlər  Azərbaycan 

kimyaçılarının    diqqət  mərkəzində  dururdu.  R.H.İsmayılov,  V.S.Qutırya, 

V.S.Əliyev,  Ə.C.Ləmbəranski  və  başqalarının  rəhbərliyi  altında  katalizatorun 

"qaynar"  təbəqəsində  katalitik  krekinq  prosesi  işlənib  hazırlandı.

46

  Azərbaycanda 



ilk  dəfə  olaraq  reaktiv  mühərriklər  üçün  yanacaq  istehsalı  və  yüksək  keyfiyyətli 

dizel yanacaqlarının alınması texnologiyası mənimsənildi. 

Respublikada  kimya  elminin  inkişafında  Y.H.Məmmədəliyevin  çox  böyük 

rolu  olmuşdur.  Onun  aviasiya  benzinlərinin  yüksəkoktanlı  komponentlərini 

hazırlamağın yeni üsullarını öyrənmək təklifi elmə dəyərli töhfə idi. 

Azərbaycan  kimyaçı  alimlərin  tədqiqat  obyektlərindən  biri  Zəylik 

yataqlarının  aluniti  idi.  Qeyri-üzvi  kimyaçılar  respublikanın  mineral  xammalını 

öyrənmək üçün bir sıra qiymətli işlər görmüşdülər. 

Kimya  elmləri  sahəsində  tədqiqatlar  neftin  və  neft  məhsullarının  emalının 

yeni texnoloji proseslərinin, neft qalıqlarının dərinləşdirilmiş emalının öyrənilməsi 

və 

işlənilməsinə, 



mineral-xammal 

ehtiyatlarından 

istifadə 

olunmasına 

yönəldilmişdi. 

Nəbatatçıların  səyləri  respublikanın  florasını  öyrənməyə  və  xalq 

təsərrüfatında  ondan  istifadə  etməyin  genişləndirilməsinə,  kənd  təsərrüfatı 

bitkilərinin  məhsuldarlığını  artırmağın  həllinə  köməklə  əlaqədar  bitkilərin 

fiziologiyası  və  mühafizəsi  məsələlərinin  tədqiqinə  yönəldilmişdi.  Torpaqların 


129 

 

eroziyası  hadisələrini  aşkar  etmək  və  ona  qarşı  mübarizə  tədbirləri  hazırlamaq 



məqsədilə 1950-ci ildə Torpaq-Eroziya Stansiyası yaradıldı. 

Respublikanın  zooloqları Azərbaycanın faunasını öyrənmək, onun  yenidən 

bərpası  və  təsərrüfat  məqsədilə  heyvan  ehtiyatlarından  istifadə  olunması  üçün 

tədqiqatlar  aparırdılar.  "Azərbaycan  florası"  toplusu  hazırlandı  və  nəşr  edildi 

(1950-1961). 

Respublikanın  torpaq  örtüyünün  öyrənilməsinə,  gübrələrin  səmərəli 

tətbiqinin  elmi  əsaslarının  hazırlanmasına,  şoran  torpaqların  meliorasiyasına  çox  

fikir  verilirdi.    Torpaqşünasların  Kür-Araz  düzənliyinin  və  Lənkəran  zonasının 

şoran  və  bataqlıq  torpaqlarının  istifadəyə  verilməsi  və  meliorasiyası  sahəsindəki 

işləri, eləcə də Azərbaycanın dağlıq rayonları torpaqlarının eroziyası ilə mübarizə 

üzrə tədqiqatları böyük elmi dəyərə malik idi. 1958-ci ildə Türyançay, 1965-ci ildə 

Göy göl, 1968-ci ildə Pirqulu, 1969-cu ildə Hirkan və Şirvan qoruqları yaradıldı. 

Dənli bitkilərin yeni növlərini almaq

 

və mövcud növlərini dəyişdirmək prosesinin 



öyrənilməsi  sahəsində

 

səmərəli  işlər  aparılırdı.  Azərbaycanda  seleksiyaçılar 



tərəfindən yüksək məhsuldar buğda növləri yetişdirilmişdi. 

Alimlər  kənd  təsərrüfatı  heyvanlarının  məhsuldarlığını  artırmağın  bioloji 

əsaslarını hazırlamaq sahəsində mühüm işlər görürdülər. F.A.Məlikovun rəhbərliyi 

altında  mütəxəssis  alimlər  tərəfindən  yarımzərif  yunlu  qoyun  cinsi  -  Azərbaycan 

dağ merinosu yetişdirmək işi başa çatdırıldı. 

Zoologiya 

sahəsində 

alimlərin  tədqiqatlarının  əsas  istiqamətləri 

respublikanın faunasını öyrənmək idi. Elmlər Akademiyasının Zoologiya İnstitutu 

balıqçılıq  təsərrüfatı  sahəsində  qiymətli  tədqiqatlar  aparırdı.  Zooloqların 

tədqiqatlarında  kənd  təsərrüfatı  heyvanlarının  məhsuldarlığını  artırmağın  bioloji 

əsasları məsələləri mühüm yer tuturdu. 

Zooloq  alimlərin  böyük  əməyi  sayəsində  dördcildlik  "Azərbaycan  faunası" 

toplusunun birinci cildi çap olundu (1966). 

Tibb  sahəsində  də  nailiyyətlər  əldə  edildi.  Ürək-damar  xəstəliklərinin 

səbəbləri, profilaktikası və müalicəsi məsələləri tədqiq olunurdu. 

Fəhlələrin, kolxozçuların və şagirdlərin əmək və təhsilinin  sanitar-gigiyena 

şəraitini  yaxşılaşdırmaq  sahəsində  aparılan  elmi  tədqiqatlar  peşə  xəstəliklərinin 

profilaktikasına böyük fayda verdi. 

Traxoma,  brusellyoz,  bağırsaq  xəstəlikləri  ilə  mübarizə  məsələləri 

müvəffəqiyyətlə öyrənilirdi. 

Lakin  təbiət  elmlərinin  və  texniki  elmlərin  inkişafında  ciddi  nöqsan  və 

çatışmazlıqlar da vardı. Geofizika rüşeym halında idi. Müasir fizika və texnikanın 

daha  çox  perspektivli  problemləri  heç  işlənilmirdi.  Qeyri-üzvi,  xüsusən  də  üzvi 

kimyanın bir sıra istiqamətləri ləng tədqiq olunurdu. 


130 

 

İctimai  və  humanitar  elmlər  sahəsində  müharibədən  sonrakı  illərdə  irəliyə 



doğru  ciddi  addımlar  atılmışdı.  Azərbaycan  ərazisinin  arxeoloji  öyrənilməsi 

genişlənirdi.  Qədim  və  erkən  orta  əsrlər  tarixinin  bir  çox  öyrənilməmiş 

məsələlərini  işıqlandıran  maraqlı  arxeoloji  materiallar  əldə  edilmişdi.  Bu  işdə 

1946-cı  ildə  S.M.Qazıyevin  başçılığı  altında  Azərbaycan  SSR  Elmlər 

Akademiyasının Mingəçevir arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqatlar 

mühüm  əhəmiyyətə  malik  idi.  Ekspedisiya  tərəfindən  14  mədəni  qat  tədqiq 

edilmişdi.  

 Abşeron yarımadasının qərbində, Qobustan rayonunda böyük elmi qiymətə 

malik  çoxlu  qayaüstü  təsvir  aşkar  olunmuşdu.  1947-ci  ildən  İsak  Cəfərzadənin 

rəhbərlik  etdiyi  arxeoloji  ekspedisiya  dünya  əhəmiyyətli  bu  abidənin  tədqiqinə 

başlamışdı. Qayaların və daşların bir çoxunun səthində insan və heyvanların kontur 

şəklində təsvirləri saxlanmışdır.

47

 Bu təsvirlər Daş dövrünün sonundan orta əsrlərə 



qədərki  tarixi  əhatə  edir.  Örənqala,  Qəbələ,  Köhnə  Gəncə,  habelə  Bakıdakı 

Şirvanşahlar sarayında, Qarabağda, Şirvanda aparılan qazıntılar nəticəsində dəyərli 

məlumat və materiallar əldə olunmuşdu. 

Respublika  tarixçiləri  Azərbaycanın  qədim  tarixinin,  xüsusən  Midiya  və 

Qafqaz  Albaniyası  tarixinin  öyrənilməsi  məqsədilə  vacib  tədqiqatlar  aparırdılar. 

Azərbaycan  tarixinə  dair  yeni,  qiymətli  mənbələr  nəşr  olundu.  Azərbaycan 

tarixinin  öyrənilməsində  1949-cu  ildə  "Azərbaycan  tarixinin  oçerkləri"nin  nəşri 

irəliyə doğru mühüm addım idi. Lakin bu kitabda Azərbaycanın qədim, orta əsrlər 

və  yeni  tarixinin  bir  sıra  probleminin  işlənilməsinin  elmi  səviyyəsi  hələ  yüksək 

deyildi, bir sıra müddəalar mübahisəli, bəziləri isə yanlış idi. Ən qədim, ilk orta və 

XIX-XX  əsrlərdə  inqilablar  və  vətəndaş  müharibəsi  problemləri  dərin  və  əsaslı 

tədqiqini gözləyirdi. 

Respublika tarixçilərinin çoxillik tədqiqatlarının nəticəsi olaraq 1958-1963-

cü  illərdə  üçcildlik  "Azərbaycan  tarixi"  nəşr  olundu.  "Azərbaycanda    Sovet  

hakimiyyəti    uğrunda    fəal    mübarizlər",  (1958),  "Azərbaycan    Kommunist 

Partiyasının  tarixi"    (I    hissə),  "Azərbaycan  Kommunist  Partiyası  tarixinin 

oçerkləri"  (1964)  kitabları  çap  edildi.  Lakin  ideoloji  təzyiqlə  əlaqədar  bəzi 

problemlər hakim konsepsiya mövqeyindən şərh olunurdu. 

Azərbaycan  fəlsəfəsi  və  ictimai  fikir  tarixini  öyrənmək  sahəsində  də 

müəyyən işlər görülmüşdü. Heydər Hüseynovun "XIX əsrdə Azərbaycanda ictimai 

və fəlsəfi fikir tarixindən" (1949) monoqrafiyası ciddi maraq doğurmuşdu. 

Respublika filosofları tərəqqipərvər Azərbaycan mütəfəkkirlərinin - Nizami  

Gəncəvinin,  Xaqani   Şirvaninin,  M.F.Axundovun, H.Zərdabinin və başqalarının 

ictimai-siyasi  və  fəlsəfi  görüşlərinin  elmi  tədqiqi  ilə  məşğul  olurdular. 

A.O.Makovelskinin  "Qədim  yunan  atomçuları"  əsəri  üzərində  iş  başa  çatmışdı.   

1966-cı ildə "Azərbaycanda fəlsəfi fikir tarixinin oçerkləri" nəşr olundu. 



131 

 

Hüquqşünas  alimlər  dövlət,  mülki  və  cinayət  hüququna,  məhkəmə 



quruluşuna,  hüquq  tarixinə  dair  əsərlər  üzərində  işləyirdilər. 

 

50-ci  illərin 



əvvəllərində Azərbaycan dilində cinayət hüququ məsələlərinə dair ilk əsərlər nəşr 

olundu. 


Azərbaycanın  iqtisadçı  alimlərinin  tədqiqatları  sənayenin  və  kənd 

təsərrüfatının  iqtisadiyyatı  ilə  bağlı  məsələlərin,  habelə  iqtisadi  fikir  tarixinin 

öyrənilməsinə  yönəldilmişdi.  İqtisadçılar  neft  sənayesinin  iqtisadiyyatını, 

Azərbaycanın xalq təsərrüfatının və iqtisadi fikir tarixini öyrənirdilər. Lakin iqtisad 

elmi və hüquqşünaslıq müasir inkişaf tələblərindən çox geri qalırdı. 

Memar  alimlər  və  sənətşünaslar  memarlıq  abidələrini,  dekorativ-tətbiqi 

sənət,  musiqi  və  teatr  mədəniyyəti  ustalarının  fəaliyyətini  öyrənmək  sahəsində 

qiymətli  tədqiqatlar  aparmış,  "Azərbaycan  Dram  Teatrı"  (1962),  "Azərbaycan 

memarlığının tarixi" (1963), "Azərbaycan xalçası" I cild (1961) və s.  əsərlər nəşr 

etdirmişlər. 

Azərbaycan dilçiləri iki hissədən ibarət "Azərbaycan dilinin qrammatikası" 

(1959-1960),  bircildlik  "Azərbaycan  dilinin  dialektoloji  lüğəti"  (1964), 

"Orfoqrafiya  lüğəti"  (1960),  "İzahlı  dilçilik  lüğəti"  (1969)  nəşr  etdirmişdilər. 

Akademik  M.A.Şirəliyevin  "Bakı  dialekti"  əsəri  çapdan  çıxmışdı.  Azərbaycan 

dilçilərinin Azərbaycan dilinin tarixi, leksikologiyası və dialektologiyası sahəsində 

əsərləri mühüm əhəmiyyət kəsb edirdi. 

Ədəbiyyatşünaslar  tərəfindən  müasir  sovet  ədəbiyyatı  və  Azərbaycan 

klassiklərinin  ədəbi  irsi  geniş  tədqiq  olunurdu.  Xalq  şairi,  akademik  S.Vurğun 

1954-cü ilin dekabrında Moskvada sovet yazıçılarının II Ümumittifaq qurultayında 

sovet  poeziyasının  yaradıcılıq  problemlərini  dərin  elmi-nəzəri  əsaslarla  yüksək 

səviyyədə  işıqlandırmaq  şərəfinə  nail  olmuşdu.  H.Araslının  "XVII-XVIII  əsr 

Azərbaycan 

ədəbiyyatı 

tarixi", 

M.Quluzadənin 

"Nizami 


Gəncəvi", 

Ə.Mirəhmədovun 

"M.F.Axundov", 

K.Məmmədovun 

"Əbdürrəhimbəy 

Haqverdiyev",  K.Talıbzadənin  "Abbas  Səhhət",  M.Arifin  "Cəfər  Cabbarlının 

yaradıcılıq  yolu",  Q.Qasımzadənin  "Azərbaycan  ədəbiyyatında  xalqlar  dostluğu", 

Ş.Qurbanovun  "Puşkin  və  Azərbaycan  poeziyası",  M.Əlioğlunun  "Cəlil 

Məmmədquluzadənin  dramaturgiyası"  kimi  monoqrafiyaları  nəşr  olundu.  1957-

1960-cı illərdə üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi", 1963-cü ildə "Azərbaycan 

sovet    ədəbiyyatı  tarixi    oçerkləri",      1967-ci    ildə  "Azərbaycan  sovet  ədəbiyyatı 

tarixi"  kimi  fundamental  əsərlər  çap  edildi.  "Kitabi-Dədə  Qorqud"  (1950), 

"Koroğlu"  dastanları  (1949),  beşcildlik  "Azərbaycan  nağılları"  (1960-1964), 

beşcildlik  "Azərbaycan  dastanları"  (1965-1977)  nəşr  olundu.  Böyük  Azərbaycan 

şair  və  nasirlərinin  əsərləri  oxuculara  çatdırıldı.  Nizaminin  və  Azərbaycan 

ədəbiyyatının digər klassiklərinin yaradıcılığı haqqında monoqrafik əsərlər yazıldı. 



132 

 

Respublika  Əlyazmaları  Fondunun  yaradılmasının  xüsusi  əhəmiyyəti  var 



idi. Qarşılıqlı ədəbi əlaqələrin öyrənilməsinə  böyük diqqət yetirilirdi.  Azərbaycan 

xalqının  və  ölkənin  başqa  xalqlarının  ədəbiyyatlarının  qarşılıqlı  əlaqələri  ilə 

oxucuları  tanış  etmək  üçün  mühüm  elmi  dəyəri  olan  bir  sıra  əsərlər  nəşr 

olunmuşdu. 

 


Yüklə 17,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin