Vii L e m I l L


§2. MÜSTƏQĠL DÖVLƏT QURUCULUĞUNA MANEƏLƏR



Yüklə 17,94 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix03.02.2017
ölçüsü17,94 Mb.
#7304
1   ...   16   17   18   19   20   21   22   23   ...   40
§2. MÜSTƏQĠL DÖVLƏT QURUCULUĞUNA MANEƏLƏR 

 

Azərbaycan  dövlət  müstəqilliyini  olduqca  mürəkkəb  beynəlxalq



 

şəraitdə 

əldə  etmişdi.  SSRİ-nin  süqutu  ilə  "soyuq  müharibə"  sona  çatmış,  bipolyar 

beynəlxalq  münasibətlər  sistemi  aradan  qalxmış,  qloballaşma  prosesləri  sürət 

götürməyə  başlamışdı.  Yeni  xammal  mənbələri  və  satış  bazarları  əldə  etmək 

istəyən super dövlətlərlə keçmiş SSRİ-nin varisi kimi onun nüfuz dairələrini əlində 

saxlamaq  istəyən  Rusiya  Federasiyası  arasında  ciddi  mübarizə  gedirdi.  Bu 

geosiyasi  dəyəri,  böyük  maddi  sərvətləri  olan  Azərbaycanla  bağlı  münasibətlərdə 

daha aydın hiss edilirdi. 

Azərbaycan Respublikasının dövlət müstəqilliyini qısa bir müddətdə dünya 

dövlətlərinin böyük əksəriyyəti tanımışdı. Onu  ilk olaraq 1991-ci il noyabrın 9-da 

Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991-ci il), Pakistan (13 dekabr 

1991-ci  il),  İsveçrə  (23  dekabr  1991-ci  il),  İran  İslam  Respublikası  (25  dekabr 

1991-ci il), ABŞ (23 yanvar 1992-ci il), Rusiya Federasiyası (10 aprel 1992-ci il - 

109-cu dövlət olaraq) və başqa dövlətlər tanıdı. 1993-cü ildə Azərbaycanın dövlət 

müstəqilliyini  artıq  116  dövlət  tanımış,  70  xarici  dövlət  ilə  Azərbaycan  arasında 

diplomatik  əlaqələr  yaradılmışdı.

84 


Azərbaycan  Respublikası  14  beynəlxalq 

təşkilata  üzv  qəbul  edilmişdi.  O,  1991-ci  il  dekabrın  8-də  İslam  Konfransı 

Təşkilatına,  1992-ci  ilin  fevralında  İran,  Türkiyə  və  Pakistan  dövlətlərinin  daxil 

olduğu  İqtisadi  Əməkdaşlıq  Təşkilatına  üzv  oldu.  1992-ci  il  iyulun  8-də 

Azərbaycan  Respublikası  Ümumavropa  təhlükəsizlik  və  əməkdaşlıq  proseslərini 

tənzimləyən Helsinki müşavirəsinin 1976-cı il Yekun aktına, 1992-ci il iyulun 10-

da  Helsinki  Yekun  sənədinə  tərəfdar  çıxdı,  1992-ci  il  yanvarın  20-də  Avropada 

Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM-ə) qoşuldu.

86

 1992-ci il martın 



2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına (BMT-yə) üzv qəbul 

olundu, bu təşkilatın qəbul və təsdiq etdiyi bir çox mühüm beynəlxalq konvensiya 

və paktlara imza atdı. 1992-cı il iyunun 25-də Azərbaycan Qara dəniz hövzəsində 

iqtisadi əməkdaşlıq haqqında Bəyannamə imzalayan 11 dövlətdən biri oldu. 



239 

 

Azərbaycanın bir çox ölkələrdə, o cümlədən Türkiyə, ABŞ, İran, Almaniya, 



Fransa, Böyük Britaniya və İrlandiya Krallığında səfirlikləri açıldı. 

Azərbaycan  Respublikası  başqa  dövlətlərlə  öz  münasibətlərini  dövlətlərin 

suveren  bərabərliyi  əsasında  qurdu.  Zor  işlətməmək,  dövlət  sərhədlərinin 

toxunulmazlığı,  mübahisələri  dinc  yolla  nizama  salmaq,  başqa  dövlətlərin  daxili 

işlərinə  qarışmamaq  prinsiplərini  əsas  götürdü.  Xalqların  bərabərliyini  və  başqa 

xalqların  hüququnu  pozmursa,  onların  öz  müqəddəratını  təyin  etmək  hüququnu 

tanıdı. 

Bununla belə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli 

üçün  dünya  dövlətlərinin  təsirli  dəstəyini  qazanmaq,  müharibəni  dayandırmaq 

mümkün  olmadı.  İlk  zamanlar  respublikada  hakimiyyətdə  olan  siyasətçilər  bu 

sahədəki  fəaliyyətlərində  problemin  əvvəldən  regionda  nüfuz  dairələrinin 

bölünməsi ilə bağlı beynəlxalq xarakter daşıması, onu törədən və idarə edən xarici 

qüvvələrin siyasi və iqtisadi maraqlarının Azərbaycan üçün mümkün qədər zərərsiz 

təmin  olunması  vacibliyini  lazımınca  nəzərə  almırdılar.  Biri  Rusiyaya,  digəri 

Türkiyəyə meyllənməklə qarşı tərəfi qıcıqlandırırdı. 

Belə  bir  şəraitdə  Ermənistan  və  Dağlıq  Qarabağdakı  erməni  silahlı 

quldurları  əvvəl  sovet,  MDB,  sonra  isə  rus  hərbi  qüvvələrinin  köməyi  ilə  Dağlıq 

Qarabağda  irimiqyaslı  hərbi  əməliyyatlar  keçirmiş,  bir  sıra  əlverişli  strateji 

mövqelər tutmuş, azərbaycanlıları buradan qovub çıxarmağa başlamışdılar. 1991-ci 

il  sentyabr  ayının  əvvəllərində  burada  qeyri-qanuni  bir  qurum  -  oyuncaq  "Dağlıq 

Qarabağ  Respublikası"  yaradılmışdı.

88

  Keçirilmiş  referendumda  erməni  icması 



buna tərəfdar olduğunu bildirmişdi. Üzdəniraq respublikanın bədnam "ali sovet"inə 

"seçkilər"  də  keçirilmişdi.  Həmin  il  noyabrın  26-da  Azərbaycan  Respublikasının 

Ali Soveti DQMV-nin statusunu ləğv etdi.

89

 



Erməni silahlı dəstələri 1991-ci il sentyabrın ortalarında Yuxarı Qarabağda 

yerləşən  sovet  ordusu  hissələri  şəxsi  heyətinin  və  döyüş  texnikasının  köməyi  ilə 

azərbaycanlıları  öz  torpaqlarından  qovub  çıxarmağa,  kəndləri  yandırıb  viran 

qoymağa  başladılar.  Sentyabrın  14-18-də  düşmən  hücum  edib  Goranboy 

bölgəsində  Erkeç,  Manaşid,  Buzqov,  Baş  Qışlaq  kəndlərini  yenidən  ələ  keçirdi.

90

 



Son damla qanınadək döyüşən igidlərin fədakarlığına baxmayaraq, pis silahlanmış, 

bir-birilə  əlaqəsi  zəif  olan  yerli  özünümüdafiə  dəstələri  ilə  güclü  hücumların 

qarşısını  almaq  mümkün  deyildi.  Düşmən  oktyabrın  28-də  Tuğ,  31-də  Salaketin 

kəndlərini  ələ  keçirib  yandırdı.  Noyabrın  19-da  güclü  artilleriya  atəşindən  sonra 

ermənilər müdafiəçilərin müqavimətini qırıb Xocavənd qəsəbəsini tutdular. Erməni 

faşistləri iki sakini, o cümlədən bir yaşlı körpəni diri-diri yandırdılar. Noyabrın 20-

də Zamzur, 23-də Əmiranlar kəndləri zəbt edildi. Dekabrın 23-də düşmən Meşəli 

kəndində  dinc,  köməksiz  əhalini  gülləbaran  etdi.  33  nəfər,  o  cümlədən  29  sakin 



240 

 

öldürüldü, üç ailə evindəcə yandırıldı. Yanvarın 13-də kənd tamamilə darmadağın 



edildi. Dekabrın 23-də

 

Daşbaşı, Axullu kəndləri işğal olundu, odlara qalandı.



91

 

1991-ci  ilin  axırlarında  Ermənistan  və  Rusiya  arasında  "Dostluq, 



əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə" imzalandı.

92

 Beynəlxalq 



ictimaiyyət  tərəfindən,  demək  olar  ki,  heç  bir  müqavimətə  rast  gəlməyən, 

Rusiyanın himayəsini açıq-aşkar hiss edən erməni millətçiləri və separatçıları daha 

da azğınlaşdılar. 

Düşmənin  müvəffəqiyyət  qazanmasının  bir  səbəbi  də  Azərbaycanda  ordu 

quruculuğunun,  demək  olar  ki,  formal  xarakter  daşıması  idi.  Azərbaycan  iqtidarı 

hərbi  hissələrin  müxalifət  qüvvələrinin  təsirinə  düşüb  ona  qarşı  duracağından 

qorxaraq  əvvəl  sovet  ordusuna,  sonra  MDB,  daha  sonra  isə  Rusiya  silahlı 

qüvvələrinə arxalanmağı üstün tuturdu. Respublika rəhbərliyi və  mərkəz müxtəlif 

təxribatlarla  xalqa  öz  gücünə  inamsızlıq  təlqin  edir,  onda  milli  ordu  qurmağın 

qeyri-mümkünlüyü haqqında yəqinlik yaratmağa cəhd göstərirdilər. 

1991-ci  il  sentyabrın  23-də  Jeleznovodskda  Rusiya,  Qazaxıstan, 

Azərbaycan  və  Ermənistan  arasında  dördtərəfli  saziş  imzalanmış,  atəşin 

dayandırılması,  qanunsuz  dəstələrin  tərksilah  edilməsi  haqqında  razılıq  əldə 

edilmiş,  münaqişənin həlli ittifaq orqanlarına  tapşırılmışdı.

93

  Lakin  bunun  heç  bir 



müsbət nəticəsi olmadı. 

Demokratik  qüvvələr  milli  ordu  yaradılmasını  tələb  edirdi.  1991-ci  il 

avqustun  30-da  prezidentin  milli  ordu  deyil,  milli  qvardiya  yaratmaq  təklifi  Ali 

Sovetdə  keçmədi,  milli  özünümüdafiə  qüvvələri  yaratmaq  haqqında  qərar  qəbul 

olundu.  Sentyabrın  5-də  Müdafiə  Nazirliyi  təşkil  edildi.  General  Valeh  Bərşadlı 

müdafiə  naziri  təyin  edildi.

94

  Azərbaycan  Respublikasının  Ali  Soveti  1991-ci  il 



oktyabrın  9-da  Azərbaycan  Respublikası  silahlı  qüvvələri  haqqında  Qanun  qəbul 

etdi.


95

  Lakin  ordu  quruculuğuna  lazımi  diqqət  göstərilmədi.  Nizami  ordunun  3-4 

çağırışda  formalaşdırılması  və  döyüşə  tam  hazır  olmayınca  cəbhəyə 

göndərilməməsi  nəzərdə  tutulurdu.  O  vaxta  qədər  yerlərdə  könüllü  muzdlulardan 

təşkil edilmiş özünümüdafiə taburları fəaliyyət göstərməli idi. Noyabrın 19-da 22 

rayon  və  şəhər  özünümüdafiə  taburu  yaradılması  haqqında  əmr  verildi.

96

  Tərkibi 



yerli  əhalidən  olan  Qazax,  Ağstafa,  Ağdam,  Kəlbəcər,  Laçın,  Şuşa,  Qubadlı, 

Zəngilan, Cəbrayıl, Tovuz, Füzuli, Goranboy, Xanlar, Yevlax, Bərdə, Tərtər, Ucar, 

Gədəbəy  və  Şəmkir  rayonlarında,  Gəncə  və  Xocalı  şəhərlərində,  1992-ci  ilin 

fevralında  isə  Ağcabədi  və  Beyləqanda  ərazi  özünümüdafiə  taburları  yaradıldı. 

Martda Füzuli, Şəmkir özünümüdafiə taburları, Bakı, Gəncə, Laçın, Göyçay, Ucar, 

Ağdam və Mingəçevirdə xüsusi təyinatlı reyd dəstələri təşkil olundu. Bu qüvvələr 

müvəqqəti hesab olunur, yerli imkanlar hesabına saxlanırdı. Silah, sursat, təcrübəli 

hərbçilər çatışmırdı.  



241 

 

Özünümüdafiə  taburlarının  komandirləri  və  onların  müavinləri  rayonun 



hərbi komissarı tərəfindən  seçilir, icra  hakimiyyəti başçısının razılığı ilə Müdafiə 

Nazirliyi  tərəfindən  təsdiq  edilirdi.  Tabur  komandirləri  rayon  icra  hakimiyyəti 

başçısının  müdafiə  məsələləri  üzrə  müavinləri  idi.  Bu  hissələrə  rəhbərlikdə  iki 

başlanğıc (Müdafiə Nazirliyinə və rayon icra hakimiyyəti başçısına tabeçilik) kimi 

yolverilməz  vəziyyət  yaranmışdı.  Prezident  İcra  Hakimiyyəti  vasitəsilə  hərbi 

hissələri öz əlində saxlamaq istəyirdi.

97

 

Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin çoxunda 1992-ci ilin 



fevralında yerli əhalidən ibarət müstəqil hərbi hissələr təşkil olunmuşdu.

98

 



Lazımi  döyüş  qabiliyyəti,  təchizatı  olmayan  və  müdafiə  taktikasına 

keçməyə məcbur olan bu özünümüdafiə qüvvələri qat-qat artıq silahlanmış və təlim 

görmüş düşmənlə yaxşı vuruşa bilmir, tez-tez məğlubiyyətə uğrayırdı.

99

 



Hərbi  hissələrə  müxtəlif  siyasi  qüvvələrin  təsiri  güclü  idi.  Bəzi  ictimai 

təşkilatların, məsələn, AXC-nin, hətta ayrı-ayrı siyasətçilərin hərbi dəstələri vardı. 

İqtidarın  etibarsız  saydığı  hissələr  dağılır,  qeyri-qanuni  silahlı  dəstələr  təşkil 

edilirdi. Hərbi hissələrdə nizam-intizam yox idi, xaos yaranmışdı. Baş qərargahın 

işi  pis  qurulmuşdu.  Hərbi  hissələrə  pozuculuqla  məşğul  olan,  xarici  ölkələrin 

xüsusi  idarələrinə  işləyən  satqınlar  soxula  bilmişdilər.  İnformasiya  axınına  yol 

verilirdi. 

Silahlı qüvvələrin yaranmasına öz hərəkətləri ilə müxalifət də mane olurdu. 

İqtidar  vaxt  qazanmaq,  müxalifət  isə  silahlı  qüvvələrə  nəzarəti  gücləndirmək 

məqsədilə  müvəqqəti  kompromis  kimi  Milli  Müdafiə  Şurası  yaradılması  üçün 

razılığa  gəldilər. 1991-ci il sentyabrın 29-da paritet əsasında iqtidar və  müxalifəti 

təmsil edən

 

8 nəfərdən ibarət Milli Müdafiə  Şurası  yaradıldı.



100

  Bu,  heç  bir  hərbi 

səriştəsi olmayan, siyasi həyata şəxsi ambisiyalarını reallaşdırmaq üçün soxulmuş 

şəxslərə  orduya,  ayrı-ayrı  hərbi  hissələrə  nüfuz  etmək,  silahlı  qüvvələrdən  öz 

niyyətlərini həyata keçirmək üçün istifadə etmək imkanı verdi. Şuranın bəzi üzvləri 

ruslar tərəfindən respublikadan aparılmasına cəhd göstərilən xeyli hərbi texnika və 

silahın  müsadirə  olunmasında  iştirak  etdilər  və  bunları  əsasən  özlərinə  tabe  olan 

silahlı dəstələrə  verdilər.

101

  Milli  Müdafiə  Şurasının  müxalifətdən  olan  üzvlərinin 



silahlı  hissələr  yaratmaq,  hərbi  hissələri  öz  nəzarəti  altına  almaq  cəhdləri  aydın 

olduqda  Respublikanın  prezidenti  1992-ci  il  yanvarın  3-də  bu  qurumun 

buraxılması  haqqında  Fərman  verdi.  Dövlət  Müdafiə  Komitəsi  təsis  edildi.

102


 

Siyasi qüvvələrin təsiri güclü olan təzə yaranmış ikinci tabur itaətsizlik göstərdiyi 

üçün 1992-ci il yanvarın 10-da buraxıldı.

103


 

Müxalifətin  tələbi  ilə  parlament  hökumətə  ordu  yaratmağa  üç  ay  vaxt 

vermişdi. Ə.Elçibəy respublika prezidentinə "Qarabağ məsələsini həll etmək üçün 

20-25  gün"  vaxt  verilməsini  tələb  edirdi.

104 

Müdafiə  Nazirliyini  ələ  keçirmək  və 



hərbi  hissələrin  gücündən  istifadə  edib  hakimiyyətə  gəlmək  istəyən  "liderlər"  bu 

242 

 

nazirliyə hərbçinin deyil, mülki şəxsin rəhbər təyin olunmasını tələb edir, piketlər 



keçirirdilər.

105


  Qısa  müddətdə  onlar  bir  neçə  müdafiə  nazirinin  dəyişdirilməsinə, 

nəhayət,  bu  orqanda  "öz  adamlarının"  mühüm  vəzifələr  tutmasına  nail  oldular. 

Müdafiə  nazirinin  tez-tez  dəyişməsi  ordu  quruculuğuna  ağır  zərbə  vururdu.  Şıx 

qəsəbəsində  yaradılmalı  olan  iki  desant-hücum  briqadasından  cəmi  bir  ala-

yarımçıq tabur və kəşfiyyat rotası təşkil olunmuşdu. 

Azərbaycan Respublikasının Silahlı Qüvvələr haqqında 1991-ci il 9 oktyabr 

Qanununun qüvvəyə  minməsi barədə Ali Sovetin qərarı ilə hərbi obyektləri, silah 

və  texnikanı  inventarlaşdırıb  milliləşdirmək  tələb  olunsa  da  bu  sahədə 

bağışlanılmaz  lənglik  rus  hərbçilərinə  mümkün  olan  hər  şeyi  respublikadan 

çıxarmaq,  dağıtmaq,  məhv  etmək  və  ayrı-ayrı  adamlara,  qruplara  satmaq  imkanı 

yaratmışdı.  Rus  hərbçiləri  hərbi  təyyarə  meydanlarından  birində  vertolyotları 

yandırmağa  çalışdılar.  Sitalçay,  Kürdəmir  və  Dəllərdə  yerləşən  aviasiya 

hissələrindən  isə,  əldə  edilmiş  razılığın  əksinə  olaraq,  hərbi  təyyarələr  aparıldı, 

təyyarə  meydanları  dağıdıldı,  qiymətli  hərbi  cihazlar  məhv  edildi.

106

  Xəzər 


donanması gəmilərində avadanlığa, sahil obyektlərinin hamısına xəsarət yetirilmiş, 

sökülüb dağıdılmışdı.

107 

1992-ci il fevralın 14-də MDB ölkələri başçılarının Minsk 



görüşündə  Ukrayna,  Belarus,  Azərbaycan  və  Moldova  qəti  şəkildə  milli  ordu 

yaratmaq istədiklərini bildirdilər və keçmiş sovet ordusu mirasından paylarını tələb 

etdilər.

108


 

1990-cı  ildə  imzalanmış  Avropada  adi  silahlı  qüvvələr  haqqında  müqavilə 

şərtləri  əsasında  bu  mirasdan,  əhalinin  sayı  və  digər  mühüm  göstəricilər  nəzərə 

alınmaqla,  Azərbaycana  4,3  faiz,  Ermənistana  isə  2,8  faiz  düşməsi  nəzərdə 

tutulurdu.

109


 Lakin az sonra, mayın 15-də müdafiə naziri Rəhim Qazıyev Daşkənd 

görüşündə  ağalarına  yarınaraq  hər  iki  respublikaya  bərabər  sayda,  özü  də 

Azərbaycana əvvəl  nəzərdə tutulduğundan xeyli az silah ayrılmasına razılıq verdi 

və Azərbaycan Ordusuna, onun gələcəyinə böyük zərbə vurdu.

110

 

Belə bir şəraitdə erməni hərbi hissələri MDB qoşununun köməyi ilə Dağlıq 



Qarabağın  azərbaycanlılar  yaşayan  məntəqələrinə  hücumu  genişləndirdilər.  1991-

ci  il  dekabrın  axırlarında  Kərkicahan  qəsəbəsinə  növbəti  dəfə  güclü  hücum 

başlandı.  Qanlı  döyüşlərdə  qəsəbə  dəfələrlə  əldən-ələ  keçdi.  Erməni  faşistləri 

burada  ilk  dəfə  odatan  silahdan  istifadə  etdilər.  Ağır  döyüşlərdə  30  azərbaycanlı 

əsgər  qəhrəmancasına  həlak  oldu.  1992-ci  il  yanvarın  19-da  Kərkicahan  düşmən 

əlinə  keçdi  və  tamamilə  yandırıldı.  Yanvarın  21-də  Qeybalı,  fevralın  12-də 

Malıbəyli,  Aşağı  Quşçular  və  Yuxarı  Quşçular  işğal  edildi.  Xocalı  və  Şuşanın 

mühasirəsi  getdikcə  daralırdı.  Azərbaycan  ordu  hissələri,  xüsusi  təyinatlı  milis 

dəstələri və yerli özünümüdafiə  batalyonlarının  müqavimət  göstərmək tədbirləri 

nizamsızlıq, əlaqəsizlik, satqınlıq üzündən baş tutmurdu.

111

 


243 

 

Daşaltı  tərəfdən  Şuşanın  mühasirəsini  yarmaq  üçün  Azərbaycan  ordu 



hissələrinin  1992-ci  il  yanvarın  25-dən  26-na  keçən  gecə  keçirdiyi  hərbi 

əməliyyatlar da bu səbəblərdən uğursuzluğa düçar oldu. Satqın bələdçilər bir taqım 

əsgəri və zirehli maşınları  minalanmış əraziyə  saldılar, ordu böyük tələfat  verdi  - 

33 nəfər həlak oldu, 34 nəfər itkin düşdü, 36 nəfər yaralandı. Döyüşlərdə düşmən 

də  150  nəfərədək  itki  verdi.

112


  Bir  neçə  gün  sonra  Şuşanın  mühasirəsini  Ağdam 

istiqamətində  yarmaq  məqsədilə  keçirilən  Xromot-Xanabad  əməliyyatı  da 

gözlənilən nəticəni vermədi.

113


 

1992-ci il fevralın ortalarında düşmən növbəti dəfə Qarabağlı kəndinə güclü 

hücuma başladı. Qanlı döyüşlərdə kənd dəfələrlə əldən-ələ keçdi. Dörd gün davam 

edən  qeyri-bərabər  döyüşdən

 

sonra  ermənilər  Qarabağlını  ələ  keçirib  onun  92 



müdafiəçisini  va  54  sakinini  vəhşicəsinə  öldürüb  silos  quyularına  atdılar.  Qalan 

əhali əsir alındı.

114

 

Təcavüzkar  Ermənistan  hökuməti  Azərbaycana  qarşı  qanlı  terror 



aksiyalarını  daha  da  genişləndirdi.  1992-ci  il  yanvarın  8-də  "Krasnovodsk-Bakı" 

dəniz  sərnişin  bərəsində  belə  bir  terror  aktı  nəticəsində  25  nəfər  həlak  oldu,  88 

nəfər  ağır  yaralandı.  Həmin  il  fevralın  28-də  Qudermes  stansiyası  yaxınlığında 

"Kislovodsk-Bakı" sərnişin qatarının partladılması zamanı 11 nəfər həlak oldu, 18 

nəfər yaralandı.

115


 

Erməni quldurları Rusiyanın Xankəndindəki 366-cı mexanikləşdirilmiş atıcı 

alayı  ilə  əlbir  olaraq  XX  əsrin  Xatın,  Sonqımi  faciələrini  geridə  qoyan  Xocalı 

soyqırımını  törətdilər.  Respublika  rəhbərliyinin  cinayətkar  laqeydliyi  üzündən 

şəhərin müdafiə işləri təşkil olunmamışdı. 80 nəfərdən ibarət Xocalı özünümüdafiə 

taburu  heç  bir  zirehli  texnika  ilə  silahlandırılmamışdı.  Onlara  Şıx  briqadasının 

ikinci  taburu  və  cəmi  20  nəfərdən  ibarət  minaatanlar  batareyası  kömək  edirdi.  60 

nəfərlik milis dəstəsi təyyarə meydanını qoruyurdu.

116

 

1992-ci  il  fevralın  25-də  saat  21-də  erməni  hərbi  birləşmələri,  366-cı  alay 



(üç  batalyondan  ikisi  tam  tərkibdə,  biri  isə  qismən),  habelə  xarici  ölkələrdən 

gətirilmiş  muzdlu  quldurlar  Xocalıya  hücum  etdilər.  İlk  zərbə  hava  limanına 

vuruldu.  Şəhərin  müdafiəçiləri  azsaylı  və  pis  silahlanmış  olsalar  da,  mərdliklə 

vuruşurdular.  Xüsusi  təyinatlı  milis  dəstəsinin  komandiri,  milis  mayoru  Əlif 

Hacıyev  döyüşdə  xüsusən  fərqləndi.  Onun  rəhbərlik  etdiyi  22  nəfərlik  dəstə 

düşmənin  güclü  hücumlarını  üç  dəfə  uğurla  dəf  etdi.  Lakin  qüvvələr  bərabər 

deyildi. Ə.Hacıyev vəziyyətin çıxılmaz olduğunu görəndə hava limanının dispetçer 

məntəqəsini partladaraq düşmən əlinə keçməsinə imkan vermədi. Döyüşlərdə igid 

komandir  ağır  yaralandı  və  qəhrəmancasına  həlak  oldu.

117


  Ölümündən  sonra  ona 

Azərbaycanın  Milli  Qəhrəmanı  adı  verildi.  Düşmən  tankları,  zirehli  maşınları 

güclü  artilleriya  hazırlığından  sonra  Mehdikənd,  Qaragah  və  Daşbulaq  tərəfdən 

şəhərə  soxuldu,  küçə  döyüşləri  başlandı.  366-cı  alayın  mayor  Ohanyanın 



244 

 

komandası  altında  ikinci,  mayor  Nabogixin  komandası  altında  üçüncü  motoatıcı 



taburları,  topçu  diviziyası,  Lixodeyanın  rəhbərliyi  altında  D-3  topu  vəhşiliyi  ilə 

xüsusən fərqlənirdi.

118

 

Tofiq  Hüseynovun  rəhbərlik  etdiyi  ərazi  özünümüdafiə  taburunun 



döyüşçüləri qat-qat  güclü olan  yırtıcı düşmənlə  qəhrəmancasına  vuruşurdu. Tofiq 

son  nəfəsinədək  döyüşdü,  yağıları  azdırıb  onlarla  adamın  mühasirədən  çıxmasına 

imkan yaratdı. Axırda özü mühasirəyə düşdü. O, düşmənin təslim olmaq çağırışına 

məhəl qoymayıb son gülləni özünə  vurdu, ana  torpağı qucaqlayıb gözlərini əbədi 

yumdu.  Ölümündən  sonra  T.Hüseynova  Azərbaycanın  Milli  Qəhrəmanı  adı 

verildi.


119

 

Ağdam-Əsgəran  istiqamətində  toplanmış  milli  hissələr  arasında  əlaqə  və 



ümumi  rəhbərlik  olmaması  üzündən  onlar  düşmənə  qarşı  hücum  təşkil  edə 

bilmədilər.

120

 

Xocalıda  soyqırım  törədildi.  Şəhər  yandırıldı.  Sağ  qalanların  bir  hissəsi, 



əsasən  qadınlar,  qocalar  və  uşaqlar  şəhərin  şimal-şərq  istiqamətində  iki  yolla 

Ağdama tərəf qaçmağa başladılar. Qarlı, şaxtalı gecəni ayaqyalın-başıaçıq meşədə 

keçirən qaçqınların çoxunu don vurdu, yaralıların bir hissəsi tab gətirməyib öldü. 

Sağ  qalanlar  səhəri  gün  Xocalıdan  6-7  km  aralı,  Qaraqaya  adlı  yerdə  meşədən 

çıxarkən pusquda durmuş erməni faşistləri tərəfindən gülləbaran edildilər. Yüzlərlə 

köməksiz  qadın,  qoca,  uşaq  həlak  oldu.  Xilas  olaraq  Abdal-Gülablı  kəndinə 

getməyə  çalışan  qaçqınları  da  düşmən  mühasirəyə  alıb  atəşə  tutdu.  Erməni 

quldurları  yaralılara  işgəncə  verib  meyitləri  eybəcər  hala  salır,  qadın  və  qızları 

təhqir edirdilər.

121


 

Xocalıda  erməni  faşistləri  azərbaycanlılara  qarşı  növbəti  soyqırımı 

törətdilər.  613  nəfər,  o  cümlədən  106  qadın,  83  azsaylı  uşaq,  70  qoca  öldürüldü. 

1000  nəfərdən  artıq  dinc  sakin  müxtəlif  dərəcəli  güllə  yarası  alaraq  şikəst  oldu. 

1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi. 56 nəfər xüsusi qəddarlıq və 

amansızlıqla diri-diri yandırıldı, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, başları 

kəsildi, hamilə qadınların qarnı süngü ilə deşildi.

122


 

Bu  faciədə  təkcə  erməni  faşistləri  və  rus  şovinistləri  deyil,  həm  də  uzun 

müddət  düşmən  əhatəsində  qalan  şəhərə  lazımi  kömək  göstərməmiş,  düşmənin 

güclü  hücuma  hazırlığı  barədə  məlumat  aldıqdan  sonra  belə  əhalini  təhlükəsiz 

yerlərə  köçürmək  üçün  tədbirlər  görməyən  respublika  rəhbərliyi,  habelə 

hakimiyyət uğrunda mübarizədə Qarabağ problemindən istifadə edib siyasi kapital 

toplamağa,  respublikada  siyasi  vəziyyətin  gərginləşməsinə  çalışan  siyasətbazlar

 

günahkar idilər. 



Xocalı  faciəsi  respublikada  siyasi  gərginliyi  daha  da  artırdı.  Martın  3-dən 

Prezident  sarayı  qarşısında  "istefa"  tələbi  ilə  piket  keçirildi.  İqtidar  Ali  Sovetin 



245 

 

sessiyasını  çağırmağa  məcbur  oldu.  Martın  5-də  fövqəladə  sessiya  keçirən  Ali 



Sovetin binası qarşısında izdihamlı mitinq başlandı.

123


 

Sessiyada  Ali  Sovetin  sədri  Elmira  Qafarova  istefa  verdi.  Onun  yerinə 

deputat  Yaqub  Məmmədov  seçildi.

124


  İqtidar  bu  dəyişikliklərlə  qarşıdurmanı 

zəiflətdi. 

Demblokdan 

olan 


26 

deputat 


A.Mütəllibovun 

Respublika 

Konstitusiyasını  və  qanunlarını  pozduğuna  görə  prezident  vəzifəsindən 

götürülməsi  haqqında  qərar  layihəsi  təqdim  etdi.  A.Mütəllibov  sessiya 

tribunasından  xalqı  açıqca  hədələməyə  başladı.  Axşam  parlament  binasını 

mühasirəyə almış mitinqçilər, xüsusən qadınlar deputatlara və iqtidara daha təsirli 

təzyiq  göstərmək  üçün  binanın  bütün  giriş  və  çıxışlarını  tutdular.  Gecə  yarısı 

MDB-nin  Bakıdakı  5-ci  ordusunun  hissələri  mitinqi  dağıtmaq  üçün  parlament 

binasına doğru hərəkətə başladı. Bundan xəbər tutan Demblokdan olan deputatlar 

və  Ali  Sovetin  yeni  sədri  vətəndaş  qırğını  başlamağın  yolverilməzliyini  bildirib 

buna qəti etiraz etdilər.

125


 

Martın  6-da  parlament  qarşısındakı  mitinq  daha  izdihamlı  idi.  Mitinqçilər 

tərəfindən  prezidentin  saat  14-dək  istefa  verməsi  tələbi  ultimatum  şəklində  tərtib 

olunub parlamentə göndərildi. A.Mütəllibov istefa verməyə məcbur oldu. Nazirlər 

Kabineti  buraxıldı.  Onun  sədri  Həsən  Həsənova  yeni  kabinet  təşkil  etmək 

tapşırıldı.

126

 

Yeni  Dövlət  Müdafiə  Komitəsi  təşkil  olundu.  Yaqub  Məmmədov  ölkədə 



siyasi  sabitlik  yaratmaq  üçün  martın  ikinci  yarısında  bütün  siyasi  qüvvələrə 

müraciət  edib  onları  birliyə,  əməkdaşlığa  çağırdı.  Müxalifət  və  iqtidar  arasında 

danışıqlar  başlandı.  Lakin  nəzərdə  tutulduğu  kimi,  koalision  hökumət  yaratmaq 

mümkün  olmadı.

128

  Ölkədə  "əsil  hərc-mərclik  dövrü  başlandı".



129

  Bu  vəziyyət 

hakimiyyəti  ələ  keçirməyə  səy  edən  qüvvələrin  fəallaşmasına,  gərginliyin 

artmasına  səbəb  oldu.  Ali  Sovet  1992-ci  il  iyunun  7-nə  yeni  prezident  seçkiləri 

təyin etdi.

130


 

Azərbaycanda  nüfuzunu  gücləndirməyə  çalışan  qüvvələrin  mübarizəsi 

kəskinləşmişdi.  Azərbaycanın  Türkiyə  Respublikası  ilə  yaxınlaşması  Rusiyanı 

narahat  edirdi.  1992-ci  il  yanvarın  24-də  Türkiyə  və  Azərbaycan  respublikaları 

arasında  danışıqlar  zamanı  dostluq,  əməkdaşlıq  və  mehriban  qonşuluq  haqqında 

müqavilə  imzalanmışdı.

131

  Cənubi  Qafqazda  nüfuzuna  xələl  gələcəyindən  təşvişə 



düşən Rusiya Azərbaycana təzyiqini artırdı: ermənilər martın 12-də Tərtər, Qazax, 

Tovuz,  Ağdam,  Cəbrayıl  və  Füzuli  istiqamətlərində  güclü  hücuma  başladılar.

132

 

Yaqub  Məmmədov  martın  sonunda  mətbuatda  açıq  elan  etdi  ki,  "Rusiya 



Ermənistanın köməyi ilə Azərbaycana təzyiq göstərməyə cəhd edir", "Müharibəni 

yalnız  Yeltsin  dayandıra  bilər".

133

  Bunu  bilə-bilə,  dövlət  başçısı  digər  dövlətlərin 



maraqlarından  səmərəli  istifadə  edə  bilmədi.  Doğrudur,  bir  sıra  bəyanatlar  verdi. 

1992-ci  il  martın  31-də  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Müşavirəsinin 



246 

 

üzvü  olan  dövlətlərin  (ATƏM)  Xarici  İşlər  Nazirləri  Şurasının  sədri  ilə  görüşüb 



Qarabağ  probleminin  dinc  yolla  aradan  qaldırılmasına  dair  beynəlxalq  konfrans 

çağırılması və Azərbaycanda ATƏM-in daimi nümayəndəliyinin açılması haqqında 

ilkin  saziş  əldə  etdi.  Az  sonra  -  martın  24-də  ATƏM-in  Azərbaycan  və 

Ermənistanla  yanaşı  on  nüfuzlu  dövlətin  təmsil  olunduğu  Minsk  qrupu  təşkil 

edildi.

134


  Lakin  xarici  siyasət  mövcud  reallıqlar  nəzərə  alınmaqla  düzgün 

qurulmadığından nüfuzlu dövlətlər öz məqsədlərinə nail olmaq üçün daha münasib 

şəraitin  yaranmasını  gözləyirdilər.  Minsk  qrupu  ilə  paralel  Rusiyanın  xarici  işlər 

naziri  Kozırevin  bu  sahədə  öz  dövlətinin  mənafeyinə  uyğun  iş  aparması  da 

münasibətlərin mürəkkəbləşməsinə səbəb olurdu.

135


 

İqtidar xalqın qüvvələrini birləşdirib düşmənə qarşı qəti mübarizə aparmaq 

üçün əməli tədbirlər görə bilmədi. 

"Lider"lərin  siyasi  oyunbazlığı,  hakimiyyət  uğrunda  hətta  vətən 

torpaqlarından belə keçməyə hazır olması xalq cəbhəsini xalqın gözündən daha da 

salmışdı.  Bu  liderlər  hakimiyyətə  yalnız  zor  gücünə  gələ  biləcəklərini  dərk  edir, 

silahlı dəstələr yaradır, cəbhələrdə hər an vəziyyətə təsir göstərmək imkanları əldə 

edirdilər.  Y.Məmmədov  1992-ci  il  martın  17-də  Rəhim  Qazıyevi  müdafiə  naziri 

təyin  etməklə  ordunu  öz  tərəfinə  çəkməyə  çalışdı.  Rusiya  hərbi  dairələrinə 

arxalanan  yeni  hərbi  nazir  ağalarının  köməyi  ilə  hərbi  diktatura  qurmaq  və 

hakimiyyəti  öz  əlinə  almağa  cəhd  edirdi.  Rusiyanın  müdafiə  naziri  P.Qraçov 

Yaqub  Məmmədova  təkidlə  Qazıyevin  Azərbaycana  rəhbər  olması  vacibliyini 

bildirmişdi. Müdafiə nazirinin 1992-ci il 30 aprel tarixli əmri ilə Şuşa və Laçında 

xalq  cəbhəsi  könüllülərindən  ibarət  hərbi  hissələr  buraxıldı.

136

  Şuşa  taburunun 



komandiri  R.Qəmbərov  müəmmalı  şəkildə  öldü.

137


  Cəbhədə  mövcud  silahlı 

qüvvələr  arasında  münaqişə  yarandı.  1992-ci  il  mayın  3-5-də

 

Ağdam  şəhərində 



Qarabağ  uğrunda  döyüşən  könüllü  hərbi  hissə  komandirlərinin  müşavirəsi 

keçirildi.  Müşavirə  iştirakçıları  xalqa,

 

iqtidara,  hətta  tabe  olmadıqları  Müdafiə 



Nazirliyinə  müraciət  edib bildirdilər ki,  bu hissələrin Hərbi Birliyi və  bu Birliyin 

Hərbi  Şurası  təsis  olunmuşdur.  Nəzarət,  təşkilat  və  təchizat  işləri  ilə  Birliyin 

səlahiyyətli  nümayəndəsi  Surət  Hüseynov  məşğul  olacaqdır.

138


  Beləliklə,  Rəhim 

Qazıyevə qarşı Surət Hüseynov qoyuldu. 

Respublikanın  əksər  bölgələrində  və  paytaxtda  hakimiyyət  uğrunda 

mübarizədə  ən  alçaq  vasitələrdən  belə  istifadə  etməkdən  çəkinməyən 

siyasətbazların  oyunlarından  təngə  gəlmiş  xalq  belə  mürəkkəb  vəziyyətdən  çıxış 

yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Heydər Əliyevin çox 

mürəkkəb və ağır şəraitdə Naxçıvan MR-ə uğurla rəhbərlik etməsi, xalqı birləşdirib 

düşmənə sinə gərməsi, diplomatik vasitələrdən məharətlə istifadə etməsi insanlara 

böyük ümidlər verirdi. 


247 

 

Heydər  Əliyevin  respublikada  hakimiyyətə  qayıtması  tələbi  ilə  çoxsaylı 



izdihamlı  mitinqlər  keçirilirdi.  1992-ci  il  martın  3-də  düşmənin  "Qrad" 

qurğularından  güclü  atəşə  tutulan  Ağdam  şəhərində  keçirilən  mitinqə  insanlar  bu 

tələblə çıxmışdılar.

139


 Bakıda, Naxçıvanda, Şəkidə,  Zəngilanda, Füzulidə və digər 

yerlərdə  keçirilən  mitinqlərdə  Konstitusiyanın  121-ci  maddəsinin  prezident 

seçilmək  üçün  yuxarı  yaş  senzini  müəyyənləşdirən  bəndini  ləğv  etmək  tələb 

olunurdu. Mərkəzi Seçki Komissiyasına bu məzmunda minlərlə adamın imzaladığı 

saysız-hesabsız protokollar, müraciətlər daxil olurdu. Aprelin 25-dən respublikanın 

hər yerində bu tələblərlə keçirilən mitinqlərin sayı daha da artmışdı.

140

 

Hakimiyyətə  gəlməyə  çalışan  AXC  mühüm  strateji  mövqelərdə  olan  hərbi 



hissələrinə  və  Türkiyənin  siyasi  dəstəyinə  arxalanırdı.  Mayın  3-də  xalqın  böyük 

məhəbbət  bəslədiyi  Türkiyə  Respublikasının  baş  bakanı  Süleyman  Dəmirəl  AXC 

sədri ilə görüşdü, Bakının Azadlıq meydanında Alparslan Türkeşin iştirakı ilə Türk 

xalqlarının  ümumdünya  həmrəylik  günü  izdihamlı  mitinqlə  qeyd  olundu.  Bütün 

bunlar cəbhənin populyarlığını artırmağa yönəldilmişdi. 

Qarşıdakı  prezident  seçkiləri  nəticəsində  Heydər  Əliyevin  və  AXC-nin 

hakimiyyətə  gəlmək  şanslarının  böyük  olması  barədə  proqnozlar  bu  geosiyasi 

məkanda  müstəqil  güclü  dövlət  yaranmasını,  Türkiyənin  nüfuzunun  artmasını 

istəməyən dövlətləri ciddi narahat edirdi. 

Seçkilər  yaxınlaşdıqca  Ayaz  Mütəllibovun  da  tərəfdarları  fəallaşır,  revanş 

almağa  çalışırdılar.  Aprelin  25-də  eks-prezident  Şamaxıda  öz  tərəfdarları 

qarşısında çıxış edərək bildirmişdi ki, onu qeyri-qanuni yolla, zorla istefa verməyə 

məcbur etmişlər. O qeyd etmişdi ki, Rəhim Qazıyev onu istefaya çıxmasa, Şuşanı 

ermənilərə  verəcəyi  ilə  hədələmişdi.

142

  Mayın  2-də  A.Mütəllibovun  silahlı 



tərəfdarları  Azərbaycan  Teleradio  Şirkətinə  gələrək  birbaşa  efirə  çıxmağı  tələb 

etsələr də, niyyətləri baş tutmamışdı.

143

 

Cəbhələrdə  vəziyyətə  əsaslı  təsir  etmək  imkanına  malik  silahlı  dəstələrə 



arxalanan qüvvələr çəkişməsinin, xainliyin növbəti qurbanları Şuşa və Laçın oldu. 

Şuşanın  müdafiəsinin  olduqca  böyük  hərbi  strateji  və  mənəvi-siyasi 

əhəmiyyəti  vardı.  Şəhər  uzun  müddət  mühasirədə  qalmışdı.  Güclü  hücum 

gözlənilirdi.  MDB-nin  366-cı  alayının  180  hərbi  mütəxəssisinin  90  ağır  hərbi 

texnika  ilə  ermənilər  tərəfə  keçməsi  məlum  idi.  Alay  Gürcüstana  köçürülərkən 

çoxlu  hərbi  texnika  erməni  hərbi  hissələrinə  təhvil  verilmişdi.

144

  Şuşanm 



müdafiəsində  isə  cəmi  24  ağır  hərbi  texnika  dururdu.  Hərbi  rabitə  lazımi 

vəziyyətdə  deyildi.  Şəxsi  heyətin  hazırlıq  səviyyəsi,  nizam-intizam  aşağı  idi. 

Şəhərin  müdafiə  qabiliyyətini  yüksəltmək  üçün  əməli  iş,  demək  olar  ki, 

görülməmişdi.  Əksinə,  şəhəri  qorumalı  olan  silahlı  qüvvələr  arasında  ziddiyyət 

daha da dərinləşmiş, parçalanma baş vermişdi. Şəhərdə kimin - şəhər milis şöbəsi 

rəisinin,  yoxsa  buradakı  Azərbaycan  Qarabağı  könüllü  müdafiə  taburu 



248 

 

komandirinin  üstün  səlahiyyətə  malik  olması  aydın  deyildi.



145

  Bu  iki  qüvvə 

arasındakı  çəkişmə  respublikada  hakimiyyəti  ələ  keçirməyə  çalışan  Müdafiə  və 

Daxili İşlər Nazirliyinin kəskin mübarizəsinin təzahürü idi. 1992-ci il martın 12-də 

Dövlət  Müdafiə  Komitəsində  Şuşadakı  vəziyyət  müzakirə  edildi.  Aprelin  26-da 

buradakı bütün hərbi qüvvələr ümumi komandanlığa tabe edildi.

146

 Lakin vəziyyət 



dəyişmədi.  Bunun  üçün  heç  cəhd  də  göstərilmədi.  İqtidar  iki  güc  nazirliyi 

rəhbərliyinin yaxınlaşmasını özünə qarşı təhlükə hesab edirdi. 

Respublikanın  başçısı  məsuliyyətli  bir  vaxtda  diqqəti  yayındırmaq

 

üçün 



məharətlə  qurulmuş  diplomatik  tələyə  düşdü.  İranın  vasitəçiliyi  ilə  Ermənistanla 

danışıqlar 

aparılırdı. 

Arxayınçılıq 

yaranmışdı. 

Minalanmış 

sahələr 

zərərsizləşdirilmiş,  xeyli  döyüşçü  qısa  müddətli  məzuniyyətə  buraxılmışdı.  Şuşa 

taburu ştatında 1500-ə yaxın döyüşçü olduğu halda, hücum günü şəhərdə cəmi 500 

döyüşçü vardı.

147 

200 könüllü əsgər silahı ilə şəhəri tərk etmişdi. Hərbi texnikanın 



"Qrad"  qurğularının  şəhərdən  çıxarılmasına  başlanmışdı.  Xüsusi  milis  taburunun 

döyüşçüləri mayın 4-də Şuşanı tərk edib, Böyük Kirsdə mövqe tutmuşdular.

I48

 

Mayın 7-dən 8-nə keçən gecə düşmən şəhəri güclü artilleriya atəşinə tutdu. 



Hücumda  80  T-72  tankı,  6000-ə  yaxın  döyüşçü,  o  cümlədən  xarici  muzdlular 

iştirak  edirdi.

149

  Səhərə  yaxın  şəhər  ətrafındakı  postların  əksəriyyəti  tutulmuşdu, 



yalnız  bəzi  mövqelərdə  milli  qüvvələr  düşmənə  qarşı  qəhrəmancasına 

vuruşurdular.  Düşmənin  üç  tankı  səhərə  yaxın  şəhərə  soxuldu.  Azərbaycan 

ordusunun 533 saylı tankı onlardan birini vurub sıradan çıxardı, o biri tanklar geri 

qayıtdılar.  "Qayabaşı"  adlanan  yerdə  mövqe  tutmuş  əsgərlər  son  nəfəsədək 

vuruşurdular.  40  nəfər  şəhid  oldu.  Digər  müdafiə  dəstələri  axşama  qədər 

müqavimət  göstərdilər.  Lakin  onlara  kömək  gəlmədi.  Axşama  yaxın  köməyə 

göndərilmiş  vertolyot  isə  səhvən  şəhərin  müdafiəçilərinin  mövqeyini  atəşə  tutdu, 

piyadalar üçün döyüş maşınını məhv etdi. Axşam qalan 30-40 müdafiəçi də şəhəri 

tərk etdi.

150 


Döyüşlərdə şəhərin 155 müdafiəçisi şəhid oldu, 167 nəfər yaralandı, 20 

nəfər itkin düşdü.

151

 

Şuşanın  süqutu  ilə  erməni  faşistləri  tərəfindən  Azərbaycanın  Dağlıq 



Qarabağ bölgəsinin işğalı başa çatdı. 

Şuşanın  süqutu,  milli  hərbi  hissələrin  Laçını  tərk  etməyə  başlaması 

respublikada  siyasi  vəziyyəti  daha  da  gərginləşdirdi.  Bunun  əsas  səbəbi  faktiki 

olaraq hakimiyyət uğrunda mübarizə aparan tərəflərin satqın hərəkətləri idi. Artıq 

iş-işdən  keçəndən  sonra  -  mayın  9-da  AXC  sədri  Ə.Elçibəy  və  digər  siyasi 

qüvvələrin kütləvi-siyasi tədbirləri dayandırmaq, birliyə çağırışları

152

 daldan atılan 



daş kimi gərəksiz oldu. 

Hakimiyyət  çəkişmələrində  iştirak  edən,  demək  olar  ki,  bütün  tərəflər  öz 

silahlı  qüvvələrini  Bakıya  gətirmişdilər.  Ayaz  Mütəllibov  Bakıda  yerləşən  295 

saylı rus diviziyasına, onun zirehli texnikasına, özünün təşkil etdiyi "Qardaşlıq" və 



249 

 

"Tövbə"  təşkilatlarının  silahlı  dəstələrinə  arxalanırdı.  Rəhim  Qazıyev  də  burada 



özünə  tabe  dəstələrini  yerləşdirmişdi.  AXC  döyüş  mövqelərindən  öz  silahlı 

dəstələrini,  "Milli  qurtuluş"  və  "Lənkəran"  taburlarını  və  başqa  qüvvələri  çıxarıb 

paytaxta  gətirmişdi.  Bakıda  müxtəlif  dəstələrin  əlində  40  minə  qədər  avtomat  və 

pulemyot vardı.

153

 

Mütəllibovçu qüvvələr ilk təşəbbüsü ələ aldılar. Hələ mayın 3-dən onlar Ali 



Sovetin  binası  qarşısında  gecə-gündüz  piket  keçirib  liderlərinin  yenidən  vəzifəyə 

qaytarılması  tələbini  irəli  sürürdülər.

154 

Mayın  12-də  piketçilərin  bir  qrupu 



müqavimətə  rast  gəlmədən  Milli  Şuranın  iclas  salonuna  soxulub  şura  üzvlərini 

silahla hədələyərək, Ali Sovetin sessiyasını çağırmağı tələb etdi. 26 nəfər şura üzvü 

sessiya çağırılmasına səs verdi. Mayın 13-də milli təhlükəsizlik naziri İ.Hüseynov 

televiziya  ilə  çıxış  edib  mövcud  böhrandan  çıxmaq  üçün  ölkədə  nizam-intizamın 

möhkəmləndirilməsini,  başqa  sözlə,  diktatura  yaradılmasını  vacib  hesab  etdiyini 

bildirdi.

155

 

Mayın  14-də  Ali  Sovetin  sessiyası  azlıqda  qalan  Demblokun  etirazına 



baxmayaraq,  Ayaz  Mütəllibovu  vəzifəsinə  qaytardı.  A.Mütəllibov  elə  həmin  saat 

respublikada fövqəladə vəziyyət tətbiq etmək, siyasi azadlıqları məhdudlaşdırmaq 

haqqında Fərman verdi. Milli Şura buraxıldı. Prezident seçkiləri ləğv edildi.

156


 

AXC  Bakıdakı  silahlı  qüvvələrinə,  döyüş  bölgələrində  hadisələrə  təsir 

etmək  imkanlarına  arxalanaraq  hakimiyyət  uğrunda  qəti  döyüşə  girdi.  Onun 

qərargahı  ətrafında  yüzlərlə  insan,  silahlı  dəstələr  toplaşmışdı.  AXC  rəhbərliyi 

Mütəllibovun  Konstitusiyaya  zidd  rejimini  tanımamağa  çağırdı.  Bütün  müxalif 

qüvvələr  bu  çağırışa  qoşuldu.  Naxçıvan,  Gəncə,  Şəki  və  başqa  şəhərlərdə  də 

Mütəllibov  rejiminə  itaətsizlik  göstərildi.  İnzibati  orqanların  fövqəladə  rejim 

yaratmaq  cəhdləri  bəzən  hətta  silahlı  müqavimətlə  dəf  olunurdu.

157 

Mütəllibovun 



arxalandığı  qoşun  hissələri  Bakıda  ona  qarşı  dayanan  qüvvələrin  gücünü, 

mütəllibovçuların  acizliyini  görüb  neytral  qaldılar.  Bundan  başqa,  Rusiya 

Naxçıvan  MR-ə  erməni  hücumları  ilə  əlaqədar  Türkiyənin  ciddi  reaksiya  verdiyi 

bir vaxtda

158

 Bakıdakı hadisələrə açıq fəal təsir göstərməkdən çəkindi. 



Mayın  15-də  AXC  qərargahı  qarşısında  mitinq  keçirildi.  Ölkədə  baş  verən 

Konstitusiyaya  zidd  proseslərə  qarşı  Heydər  Əliyevin  bəyanatı  burada  dəfələrlə 

səsləndirildi.

159


  A.Mütəllibov  AXC  rəhbərliyini  danışığa  dəvət  etdi.  Lakin  cavab 

olaraq  ondan  saat  16-dək  dövlət  hakimiyyəti  iddiasından  rəsmi  əl  çəkmək  və 

prezident iqamətgahını tərk etmək tələb olundu. Vaxt tamam olanda AXC fəalları 

silahlı  qüvvələrin,  zirehli  texnikanın  müşayiəti  ilə  parlament  binasına  hücum 

etdilər. Atışmada bir nəfər öldü, üç nəfər yaralandı. Parlamentin, Dövlət Teleradio 

Şirkətinin  binaları,  az  sonra  Prezident  sarayı  və  başqa  strateji  obyektlər  zəbt 

olundu. A.Mütəllibov gizlicə Rusiyaya qaçdı.

160


 

250 

 

Fürsətdən istifadə etməyə çalışan müdafiə naziri Rəhim Qazıyev mayın 16-



da  Milli  Şurada  respublikada  hərbi  diktatura  yaradılmasını  bütün  hakimiyyətin 

Müdafiə Nazirliyinə verilməsini tələb etdi. Hazırlanmış plana görə o, mayın 18-də 

"diktator" elan olunmalı idi. Onun mərasimdə oxuyacağı nitqin mətni də artıq tərtib 

edilmişdi.

161 

Lakin hadisələri idarə edən qüvvələr Şuşanın süqutu ilə həmişə "Şuşa 



getsə,  başıma  güllə  çaxaram!"  deyən  Rəhim  Qazıyevin  siyasi  karyerasına  böyük 

zərbə dəydiyini görürdülər. 

AXC  hakimiyyəti  ələ  almaq  üçün  hətta  vətəndaş  müharibəsinə  getməyə 

hazır  idi.  AXC-nin  hakimiyyətə  gəlişinə  hadisələri  idarə  edən  bütün  tərəflər 

razılaşdılar.  Xalqın  fikri  ilə  maraqlanan  isə  yox  idi.  AXC  hakimiyyətə  gəlişini 

legitimləşdirmək istəyirdi. Ali Sovetin 14 may qərarlarının qəbulu zamanı kvorum 

olmadığını  sübuta  yetirməyə  çalışan  komissiyanın  rəyini  parlamentin  sədri  qəbul 

etmək  istəmir,  kompromis  tərəfdarlarının  xeyrinə  siyasi  güzəştlər  əldə  etməyə 

çalışırdı.  Yaranmış  böhrandan  çıxmaq  üçün  mayın  16-17-də  tərəflər  arasında 

sövdələşmə  oldu.  Koalision  hökumət  yaradılması  və  İsa  Qəmbərovun  Ali  Sovet 

sədrliyinə namizəd göstərilməsi qərara alındı.

162


 

Ali Sovetin mayın 18-də keçirilmiş sessiyasında qeyd olundu ki, mayın 14-

də  parlamentin  qəbul  etdiyi  qərarlar  qanuni  deyildir.  Ali  Sovetin  sədri  Yaqub 

Məmmədovun istefası qəbul edildi. Bu vəzifəyə, bir qrup deputatın təkidli tələbi ilə 

İsa Qəmbərovla yanaşı, Heydər Əliyevin də namizədliyi irəli sürüldü. Lakin razılıq 

almaq üçün guya onunla telefon əlaqəsi yaratmaq mümkün olmadı. İsa Qəmbərov 

Azərbaycan  Respublikası  Ali  Sovetinin  sədri  seçildi.  Yeni  seçkilərə  qədər 

prezident  səlahiyyətlərini  yerinə  yetirmək  ona  həvalə  olundu.  Ali  Sovetin  Milli 

Şurası "Milli Məclis" adlandırıldı və parlament səlahiyyətləri ona verildi. Koalision 

hökumətə, əsasən, AXC və keçmiş kommunistlər daxil idi.

164

 

Bakıda  hakimiyyət  davası  getdiyi  vaxt  silahlı  qüvvələrin  Laçından 



çıxarılmasından  istifadə  edən  düşmən  mayın  18-də  Laçını  işğal  etdi.  Dağlıq 

Qarabağ separatçıları ilə Ermənistan arasında birbaşa əlaqə - dəhliz yarandı.

165

 

İnsanlar  AXC-nin  nəyin  hesabına  və  necə  hakimiyyətə  gəldiyini,  əksər 



liderlərinin  məqsədinin  yalnız  bundan  ibarət  olduğunu  anlayıb  ondan  daha  çox 

uzaqlaşdılar. 

Azərbaycan  xalqı  həmin  günlərdə  Naxçıvan  MR-dəki  hadisələri,  Heydər 

Əliyevin  xalqı,  ordunu  səfərbər  etməsini,  düşünülmüş  diplomatik  tədbirlər 

görməklə  düşmənin  güclü  hücumlarının  qarşısını  uğurla  almasını  böyük  ümid  və 

həyəcanla  izləyirdi.  1992-ci  il  may  ayının  əvvəllərində  Naxçıvan  MR-də, 

Azərbaycanın  Ermənistanla  sərhədlərində  gərginlik  yenidən  artmışdı.  Düşmən 

Şuşa  və  Laçının  işğalı  zamanı  Ermənistan  hərbi  hissələrinə  arxadan,  Naxçıvan 

tərəfdən hücum olacağından ehtiyatlanaraq oradakı hərbi hissələrin başını qatmaq, 

həm də Azərbaycanda yaranmış xaosdan bəhrələnərək yeni torpaqlar ələ keçirmək 



251 

 

niyyətində  idi.  Mayın  18-də  Muxtar  Respublikanın  Sədərək,  Günnüt,  Havuş, 



Yuxarı Buzqov, Şada, Biçənək və s. kəndlərinə  güclü hücumlar başlandı. Erməni 

faşistləri hətta zəhərli kimyəvi silahdan istifadə edirdilər. Sədərəkdə qanlı döyüşlər 

40  gün  davam  etdi.  Naxçıvanlılar  qəhrəmanlıqla  vuruşurdular.  Xeyli  ölən  və 

yaralanan vardı. Kəndlər dağılmışdı. On minlərlə insan çadırlarda, meşələrdə ağır 

şəraitdə yaşamağa məcbur olmuşdu.

166


 

Naxçıvan  MR  Ali  Məclisinin  sədri  Heydər  Əliyev  erməni  təcavüzünün 

qarşısını  almaqda  diplomatik  vasitələrdən  geniş  istifadə  etdi.  Hələ  martın  23-də 

onun Türkiyəyə səfəri zamanı baş bakan Süleyman Dəmirəl bütün dünyaya bəyan 

etmişdi  ki,  Naxçıvan  MR-in  statusunda  bir  dəyişiklik  meydana  gələrsə,  mövcud 

müqaviləyə  əsasən  Türkiyə  öz  sözünü  deyəcəkdir.

167

  Mayın  18-də  gecə  Türkiyə 



Nazirlər  Kabineti  toplanıb  geniş  bəyanat  qəbul  etdi.  Türkiyə  rəhbərlərinin  və 

Heydər  Əliyevin  birgə  səyləri  sayəsində  erməni  təcavüzkarlarının  niyyəti  dünya 

ictimaiyyətinə  çatdırıldı.  57  dövlət  bu  təcavüzü  pislədi.  NATO  xüsusi  bəyanat 

verdi.


168

  Rusiya  burada  geri  çəkilməyə  məcbur  oldu.  MDB  Birləşmiş  Silahlı 

Qüvvələrinin  Baş  komandanı  marşal  Şapoşnikovun  qeyd  etdiyi  kimi,  Türkiyənin 

Naxçıvana  kömək  etməsi  Üçüncü  dünya  müharibəsinə  gətirib  çıxara  bilərdi.

169

 

Mayın 24-də Ermənistanın təklifi ilə danışıqlar başlandı və sabitlik təmin edildi.



170

 

Xalq  təkidlə  tələb  etsə  də,  Heydər  Əliyevin  böyük  siyasətə  qayıtmaq, 



prezident  seçilmək  iddiası  yox  idi.  Respublikada  prezident  seçkiləri  adı  altında 

gedən  demokratiya  oyununun  həqiqi  mahiyyətini  dərk  edən  insanlar  siyasi 

passivlik nümayiş etdirdilər. 

İyunun 7-də  keçirilən prezident seçkilərində  AXC  sədri Əbülfəz Elçibəyin 

qalib  gəldiyi  elan  olundu.

171


  Lakin  bu,  hakimiyyəti  ələ  keçirmiş,  dövlətçilik 

təcrübəsi olmayan iddialı adamlar üçün əslində qələbə deyil, böyük məğlubiyyətin, 

iflasın başlanğıcı idi. 

Tezliklə  hakimiyyətdə  xalq  cəbhəsi  -  kommunist  alyansını  AXC-Müsavat 

tandemi əvəz etdi. 

Hakimiyyəti  ələ  almış  qüvvələr  onu  saxlaya,  möhkəmləndirə  və  ondan 

xalqın  xeyrinə  səmərəli  istifadə  edə  bilmədilər.  Bunun  bir  sıra  obyektiv  və 

subyektiv səbəbləri vardı. 

Başlıca  səbəb  bu  idi  ki,  AXC-Müsavat  tandemini  hakimiyyətə  gətirən 

qüvvələr onun  möhkəmlənməsini istəmirdilər. Onlara  Azərbaycanda  güclü dövlət 

lazım deyildi. Zəif dövlətə təzyiq göstərmək daha asan idi. 

Cəmiyyət xeyli dəyişmiş, çoxlu siyasi partiya və hərəkat meydana çıxmışdı. 

Mövcud  siyasi  təşkilatlar  sırasına  1991-ci  ilin  payızında  "Azərbaycan  İslam 

Partiyası",  "Vahid  Azərbaycan  uğrunda  Mübarizə  İttifaqı",  "Azərbaycanın 

Qarabağa Nicat Cəmiyyəti" və s. daxil olmuşdu. 


252 

 

1992-ci  il  iyunun  3-də  "Siyasi  partiyalar  haqqında"  Azərbaycan 



Respublikası  Qanunu  qəbul  edilmişdi.

172


  1992-ci  ilin  yayında  "Azərbaycan  Milli 

İstiqlal  Partiyası",  "Türk  Dünyası  Birliyi  Partiyası",  "Çağdaş  Turan  Partiyası" 

yaranmış, həmin ilin payızında "Müsavat" Partiyasının bərpa qurultayı keçirilmiş, 

"Yeni Azərbaycan Partiyası", "Boz qurd" Partiyası fəaliyyətə başlamışdı. 1993-cü 

ilin  yayında  "Azərbaycan  Demokratik  İstiqlal  Partiyası",  payızında  isə  "Vətəndaş 

Həmrəyliyi Partiyası" təşkil edilmişdi.

173

 

İctimai  təşkilatlar  arasında  xaricdə  yaşayan  soydaşlarla  mədəni  əlaqələr  - 



"Vətən"  Cəmiyyəti,  "Azərbaycan  Mədəniyyət  Fondu",  "İnkişaf"  Assosiasiyası, 

H.Z.Tağıyev  adına  "Xeyriyyə  Fondu",  "Bakılı"  Cəmiyyəti,  Bakı  İncəsənət 

Mərkəzi,  respublikada  yaşayan  azsaylı  etnik  qrupların  "Rus  İcması", 

"Coдружества"  (Birlik)  cəmiyyətləri,  Azərbaycan  Slavyan  Mədəniyyət  Mərkəzi, 

Azərbaycan  Kazaklar  Birliyi,  Ləzgi  Milli  Mərkəzi,  "Avar",  "Ronai"  kürd,  "Tat", 

"Dağıstan"  cəmiyyətləri,  tatar,  gürcü,  talış,  ukraynalı  icmaları,  dağ  Avropa 

yəhudilərinin  dini  icmaları  vardı.  1992-ci  ilin  payızında  "Azərbaycan  Azad 

Müəllimlər  Birliyi"  yaradılmışdı.  1993-cü  ilin  fevralında  Azərbaycan  Həmkarlar 

İttifaqı  Şurası  XIX  növbədənkənar  qurultayında  özünü  buraxdı.  Azərbaycan 

Həmkarlar İttifaqları Konfederasiyası təşkil olundu.

174

 

1993-cü ilin ortalarında respublikada 30-a qədər siyasi partiya, cəmiyyət və 



hərəkat  fəaliyyət  göstərirdi.

175


  Onlar  arasında  da  qarşılıqlı  konstruktiv  münasibət 

yox idi. 

AXC-Müsavat  tandemi  xalq  arasında  gündən-günə  nüfuzu  artan  Heydər 

Əliyevə qarşı ciddi mübarizəyə başlamışdı. 1991-ci ilin dekabr ayından Naxçıvan 

MR-ə qaz, 1992-ci ilin iyul ayından elektrik enerjisi verilmirdi. 1992-ci ilin aprel 

ayından  buraya  qatarların  hərəkəti  tam  dayandırılmışdı.

176

  Muxtar  Respublika 



blokadaya  düşmüşdü.  Heydər  Əliyev  çox  ağır  bir  şəraitdə  Naxçıvan  MR-i 

müvəffəqiyyətlə  idarə  edirdi.  Naxçıvanlılar  aclığa,  qışda  40  dərəcə  şaxtaya 

dözürdülər. Ağacların 70 faizi kəsilib yandırıldı. 1992-ci il martın 22-25-də Heydər 

Əliyev Türkiyə  Respublikası  hökumətinin dəvəti  ilə Türkiyəyə səfər edib, qardaş 

ölkənin  dövlət  başçıları  ilə  danışıqlar  apardı.  Türkiyə  Naxçıvana  100  min  dollar 

kredit verdi və bunun hesabına ərzaq, əkin üçün toxum, avadanlıq göndərdi.

177

Az 


bir  vaxtda  İqdır-Naxçıvan  elektrik  xətti  çəkildi,  Muxtar  Respublika  Türkiyənin 

elektrik şəbəkəsinə qoşuldu. Sədərək-Türkiyə yolu tikildi. Qarşılıqlı avtonəqliyyat 

əlaqələri  yaradıldı.  "Türksat"  rabitə  şirkəti  Naxçıvanın  Bakı  ilə  telefon  əlaqəsini 

bərpa etdi. 1992-ci il mayın 28-də Naxçıvan ilə Türkiyə arasında "Sədərək-Dilucu" 

228  m-lik  "Ümid  körpüsü"  açıldı.

178


  1992-ci  ilin  martında  Naxçıvan  yeni  hava 

limanının birinci növbəsi istifadəyə verildi.

179

 

Heydər  Əliyev  1992-ci  il  avqustun  22-26-da  İran  İslam  Respublikasının 



dəvəti ilə Tehrana səfər etdi. Naxçıvan MR-in ehtiyacları ilə bağlı qonşu dövlətlə 

253 

 

danışıqlar  aparıldı.



180

  Dekabrın  3-də  Şaxtaxtı-Poldəşarası  üzən  körpü  istifadəyə 

verildi.

181


  Müştərək  bazarlar  açıldı.  İran  Naxçıvana  elektrik  enerjisi  verməyə 

başladı.


182 

Heydər  Əliyevin  gərgin  əməyi,  diplomatik  fəaliyyəti  sayəsində 

Naxçıvan  MR-in  nəqliyyat,  enerji  blokadası  yarıldı,  əhali  sözün  əsil  mənasında 

aclıqdan və ölümdən xilas oldu. 

Muxtar Respublikada Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu, 

hakimiyyət  və  idarəetmə  işlərinin  təkmilləşdirilməsi  sahəsində  mühüm  işlər 

görüldü.  İqtisadi  islahatlar  keçirildi,  mal-qara,  torpaqlar  camaata  paylandı. 

Sahibkarlığın inkişafı üçün müəyyən şərait yaradıldı.

183

 

Heydər Əliyev AXC-Müsavat hökumətinə qarşı müxalifətdə



 

dayanmır, ona 

köməklik  göstərməyə  çalışırdı.  Surət  Hüseynov  ilk  dəfə  ona  tabe  olan  qüvvələri 

cəbhədən çıxarıb iqtidarla münaqişəyə

 

başlayarkən, Heydər Əliyev bu oyunların nə 



qədər  təhlükəli  olduğunu  bildirərək  dövləti,  prezident  Elçibəyi  müdafiə  etdiyini 

bəyan etmiş və bütün qüvvələri onun ətrafında birləşməyə çağırmışdı.

184

 

Lakin  AXC-Müsavat  iqtidarı  Azərbaycanda  hakimiyyətə  qayıtmaq 



iddiasının  olmadığını  dəfələrlə  bəyan  etmiş  müdrik  siyasətçi  Heydər  Əliyevin 

məsləhətlərinə  əməl  etmək  əvəzinə,  onu  separatçılıqda  günahlandırır,  Naxçıvan 

MR-də  çevriliş  etməyə,  burada  qeyri-demokratik  yolla  xalq  cəbhəsi  hakimiyyəti 

qurmağa  çalışırdı.  1992-ci  il  oktyabrın  24-də  Naxçıvanda  xalq  cəbhəsinə  məxsus 

silahlı  dəstələr  Muxtar  Respublika  Daxili  İşlər  Nazirliyi,  Televiziya  və  Radio 

Verilişləri  Komitəsi,  Rabitə  İdarəsi,  şəhər  elektrik  şəbəkəsi  binalarını,  habelə 

telestudiyanı  zəbt  edib  hakimiyyət  əleyhinə  bəyanat  verdilər.

185


  Lakin  xalq  onları 

müdafiə  etmədi.  Əhalinin  böyük  əksəriyyəti  ayağa  qalxdı.  Hətta  Nehrəm,  Cəhri 

kəndlərindən adamlar piyada  Naxçıvan şəhərinə  yürüş etdilər. Qısa  bir vaxtda  50 

mindən  çox  adam  Heydər  Əliyevi  müdafiə  etmək  üçün  Ali  Məclis  binasının 

qarşısına  gəldi.  Xalq  Cəbhəsi  silahlıları  parlament  binasına  hücum  etməkdən 

çəkindilər.  Bakıda  hazırlanmış  xüsusi  cəza  dəstəsi  Naxçıvana  gəlməyə  cəsarət 

etmədi. Camaat silahlı dəstələri dövlət idarələrindən qovub çıxardı. 

186


 

Heydər  Əliyevi  Muxtar  Respublikada  hakimiyyətdən  uzaqlaşdırmaq  üçün 

iqtidar hətta Naxçıvanın mövcud statusunu ləğv etməyə və ya Muxtar Respublika 

Ali  Məclisinin  hüquqlarını  məhdudlaşdırmağa  cəhd  göstərirdi.  Respublikanın 

dövlət  katibi  1992-ci  ilin  noyabr  ayında  Bakı  Dövlət  Universitetində  çıxışında 

Naxçıvanın muxtar statusuna qarşı çıxmışdı.

187

 AXC-nin II qurultayında da bu fikir 



səslənmişdi.

188


  Bütün  bunlar  Naxçıvanın  muxtariyyət  statusunu  müəyyən  edən 

qüvvədə  olan  Moskva  (1921-ci  il  16  mart)  və  Qars  (1921-ci  il  13  oktyabr) 

beynəlxalq müqavilələrinə, habelə 1969-cu il Vyana konvensiyası tələblərinə zidd 

idi. 


Lakin  Heydər  Əliyev  diplomatik  uzaqgörənliyi  sayəsində  Naxçıvanın 

statusunu  qoruyub  saxladı.  Türkiyə  Respublikasının  rəhbərliyi  ilə  görüşərkən 



254 

 

Moskva və Qars müqavilələrinin prinsipial müddəalarının qüvvədə olduğunu bütün 



dünyaya bəyan etdi. Muxtar Respublikanın Ali Məclisi 1992-ci il 25 oktyabr tarixli 

qərarı ilə mövcud səraitdə AXC-Müsavat iqtidarının Muxtar Rcspublikanın statusu 

ilə bağlı əsassız, zərərli iddialarını qəti rədd etdi. Qeyd olundu ki, "...xüsusi coğrafi 

və  geosiyasi  şəraitdə  yerləşən Naxçıvanın 70 il  bundan əvvəl  Muxtar Respublika 

statusu  əldə  etməsi  tarixi  nailiyyətdir  və  ona  edilən  hər  hansı  bir  qəsdi  müstəqil 

Azərbaycanın milli dövlətçiliyinə, Naxçıvan MR-in hər bir vətəndaşının hüquq və 

mənafeyinə edilən qəsd kimi qiymətləndirmək lazımdır".

189


 

Heydər  Əliyevin  Naxçıvan  MR-də  cəsarətli  və  məqsədyönlü  siyasəti 

Azərbaycanın bütün regionlarının diqqət mərkəzində idi. Xalqın ona olan inamı və 

ümidi daha da möhkəmlənirdi. 

Hakimiyyət  davası  AXC-ni  daxildən  parçalamışdı.  "Vəzifəyə  gələnlər"lə 

"kənarda  qalanlar" arasında  münaqişə, didişmə  başlandı.  May çevrilişindən  sonra 

AXC-yə  üzv  olanları  "köhnə  cəbhəçilər"  vəzifələrə  yaxın  buraxmırdılar.

190


 

Ə.Elçibəy etiraf edirdi ki, "Xalq Cəbhəsində bəzən bir-birimizə qarşı elə diş-dişə, 

dırnaq-dırnağa  dururuq  ki,  nəinki  ətrafdakı  rəqiblər,  hətta  ermənilər  də  yaddan 

çıxırlar".

191

  Nüfuzlu  ziyalılar  yaxın  buraxılmırdı.  İdarəçiliyə,  əsasən,  heç  bir 



təcrübəsi olmayan, səriştəsiz adamlar gəlmişdi. Onların çoxu fürsət ələ düşmüşkən 

çalıb-çapmaqla məşğul olurdu. Dövlət başçısı AXC-nin 1993-cü il 27 fevral tarixli 

müşavirəsində  qeyd  etmişdi  ki,  "dövləti  icra  hakimiyyəti  başçıları  və  hüquq 

mühafizə  orqanları  işçiləri  nüfuzdan  salır".

192

  Mayın  25-də  keçirdiyi  müşavirədə 



Elçibəy  bildirirdi:  "Ölkəni  korrupsiya  bürüyüb.  Respublikada  rüşvət  baş  alıb 

gedir...  Bundan  bezmiş  insanlar  kommunistlərə  rəhmət  oxuyur.  Azərbaycan 

benzini Ermənistana satılır. Xalq bir gün məmurlardan qisas alacaq".

193


 

Kadr  siyasətindəki  səhvlər,  idarəçilikdə  olan  ciddi  qüsurlar  xalqı,  qabaqcıl 

ziyalıları iqtidardan daha da uzaqlaşdırırdı. 

AXC-Müsavat iqtidarı hakimiyyəti əldə saxlamaq üçün qanunsuzluqlara yol 

verirdi.  Demokratiya  ciddi  şəkildə  sıxışdırılır,  hərbi-polis  rejimi  yaradılması  üçün 

cəhdlər  göstərilirdi.  Parlament  sədri  "Demokratiya  boş  şeydir!"  deyirdi.

194

 

Opponentlərə  hücum,  qarayaxma,  böhtan  kampaniyası  genişlənirdi.  Cəmiyyətdə 



vahimə,  qorxu  yaratmaq  üçün  vəzifəli  şəxslər  özbaşınalıq  edirdilər.  Daxili  işlər 

naziri  şəxsən  "İstiqlal"  qəzetinin  redaktorunu  döymüşdü.  "Meydan"  qəzetinin 

redaksiyası  bir  dəstə  "omonçu"  tərəfindən  yerlə-yeksan  edilmişdi.  Alimlərin,  söz 

sahiblərinin  döyülməsi,  təhqir  edilməsi,  təqib  olunması,  qətlə  yetirilməsi  adi  hala 

çevrilmişdi.

195


 

AXC-nin  dövlət  orqanlarını  əvəz  etmək  cəhdləri  artırdı.  AXC  orduya 

alternativ  silahlı  dəstələr  yaradırdı.  1993-cü  il  fevralın  10-da  AXC-nin  ümumi 

yığıncağında  bu  təşkilatın  bütün  rayon  şöbələrində  cəbhəçilərdən  ibarət  taburlar 

təşkil edilməsi qərara alınmışdı. AXC İcraiyyə Komitəsi sədrinin 17 fevral tarixli 


255 

 

əmri ilə bu sahədə əməli işə başlanmışdı



196

 (doğrudur, AXC  Ali Məclisi sonra bu 

qərarı  və  əmri  ləğv  etdi,  lakin  iqtidarı  müdafiə  etmək  üçün  qanunsuz  silahlı 

dəstələrin yaradılması davam edirdi).

197

 

AXC  ilə  Müsavat  elitası  arasında  münasibətlər  1992-ci  ilin  payızından 



soyuqlaşmağa  başladı.  Elçibəyin  "qətiyyətsizliyindən  və  acizliyindən"  narazılıq 

artırdı.


198

  Buna  görə  də  Elçibəy  idarəçilik  işlərində  AXC  strukturuna,  xüsusən 

İcraiyyə  Komitəsinə  (İK)  güvənməyə  başlamışdı.

199


  AXC  İK-nın  respublikada 

hərbi-siyasi  durum  haqqında  1993-cü  il  8  fevral  bəyanatı  əslində  AXC-nin 

diktaturasını  təşkil  etməyin  vacibliyi  barədə  cəmiyyətdə  yəqinlik  yaratmaq 

məqsədi güdürdü.

200

 AXC hərbi hissələri sürətlə təşkil olunub silahlandırılırdı.



201

 

Müxalifətdə  olan  9  partiya  1993-cü  ilin  fevralında  AXC-yə  qarşı 



Ümummilli cəbhə yaratmağa çalışırdı.

202


 Fevralın 18-də 21 siyasi partiyanın təmsil 

olunduğu  forumda  bəzi  partiya  liderləri  mövcud  siyasi  böhranın  qarşısını  almaq 

üçün  Milli  Şuranı,  Nazirlər  Kabinetini  buraxmağı,  prezidentin  başçılığı  ilə  bütün 

siyasi qüvvələrin nümayəndələrinin daxil olduğu "Fövqəladə Dövlət Milli Qurtuluş 

Komitəsi" yaradılmasını təklif etdilər.

203


 Kəlbəcərin işğalından sonra ölkədə siyasi 

durum daha da ağırlaşdı. İqtidar aprelin 3-dən fövqəladə vəziyyət, aprelin 8-dən isə 

Bakıda qadağan saatı tətbiq etdi. Azərbaycan Respublikası Ali Sovetinin 140-dək 

deputatı  isə  imza  toplayıb  aprelin  27-də  parlamentin  tam  tərkibdə  sessiya 

çağırmasını və ölkədəki ictimai-siyasi vəziyyətin müzakirə olunmasını tələb edirdi. 

Milli  Məclis  bu  tələbi  rədd  etdi  və  onu  dövlət  çevrilişinə  cəhd  kimi 

qiymətləndirdi.

204


 

İqtidar  güc  orqanlarına  nəzarəti,  demək  olar  ki,  tam  itirmişdi.  Daxili  işlər 

naziri öz tərəfdarları hesabına polisin sayını 10 min nəfər artırmış, "Boz qurd" adlı 

siyasi-silahlı  dəstəsini  təşkil  etmişdi.  Daxili  qoşun  hissələrində  "bozqurd"lar  və 

"omonçu"lar  arasında  münaqişə  başlanmışdı.  Hətta  "omonçu"lar  Daxili  İşlər 

Nazirliyi  binasını  mühasirəyə  alıb  nazirin  istefasını  tələb  etmişdilər.

205

  Silahlı 



dəstələr  getdikcə  pozğunlaşır,  bir  çoxları  quldurluq,  qarətçiliklə  məşğul  olur, 

mafioz dəstələrin silahına çevrilirdi. 

AXC-Müsavat  hökumətinin  cinayətlərindən  biri  yeni  formalaşmaqda  olan 

orduya nəzarəti tam itirməsi idi. 

Doğrudur, keçmiş sovet ordusu mülkiyyətinin az bir hissəsinin Azərbaycan 

Ordusuna  verilməsi  onun  maddi  vəziyyətini  nisbətən  yaxşılaşdırmışdı.  Bakı  Ali 

Ümumqoşun  (1991-ci  il  17  dekabr),  Ali  Hərbi  Dənizçilik  (1992-ci  il  3  iyun) 

məktəbləri  Azərbaycan  Müdafiə  Nazirliyinin  sərəncamına  verilmişdi.

206

1992-ci  il 



fevralın  20-də  ilk  Azərbaycan  aviaeskadrilyası,  həmin  ilin  iyununda  isə  onun 

əsasında  ilk  aviapolk  təşkil  edildi.

207

  1992-ci  ilin  aprelində  Xəzər  Donanması 



mülkiyyətinin  25  faizi,  o  cümlədən  Ali  Hərbi  Dənizçilik  Məktəbi  Azərbaycan 

Respublikasına verildi. Azərbaycan Respublikasının Dövlət Bayrağı iyunun 26-da 



256 

 

"Bakılı"  keşikçi  gəmisində  qaldırıldı.



208

  1992-ci  ilin  iyun-avqust  aylarında 

Azərbaycan  Ordusunun  I  və  II  korpusları  yaradıldı  və  əvvəlki  hərbi  hissələr  bu 

korpuslara  daxil  edildi.  "Hərbi  tribunallar  haqqında"    1992-ci  il  27  may, 

"Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" 1992-ci il 

10  iyun,  "Hərbi  xidmət  haqqında"  1992-ci  il  3  noyabr  tarixli  qanunlar,  Müdafiə 

Nazirliyində  vahid  komandanlıq  yaradılması  haqqında  1992-ci  il  27  iyun  tarixli 

Dekret  qəbul  olundu.

209 

Lakin  bunlar  kadr  siyasətinin  düzgün  qurulmaması 



üzündən səmərə vermirdi. 

1992-ci  il  16  may  sövdələşməsinə  görə  "Moskvanın  adamı"  hesab  etdiyi 

Rəhim  Qazıyevi  hərbi  nazir  vəzifəsində  saxlayan  iqtidar  onu  neytrallaşdırmaq 

məqsədilə Surət Hüseynovun hərbi-siyasi qüvvəsini himayə edib gücləndirdi. Surət 

Hüseynov  1992-ci  il  avqustun  8-dən  korpus  komandiri,  oktyabrın  8-dən 

Azərbaycanın  Milli  Qəhrəmanı,  prezidentin  Dağlıq  Qarabağ  və  cəbhə  bölgəsində 

səlahiyyətli nümayəndəsi oldu. Elçibəy sonralar etiraf edirdi ki, "Rəhim Qazıyev, 

Surət  Hüseynov  və  Əlikram  Hümbətovun  xarici  dövlətlərə  işlədiyini  bilirdik, 

sadəcə  olaraq,  onlarla  bacarmırdıq".

210


  İqtidarın  acizliyi  üzündən  hərbi  qüvvəyə 

arxalanan "sərkərdələr" hakimiyyət uğrunda mübarizə aparırdılar. Buna görə də bir 

sıra  döyüşlərdə  xalqın  qəhrəman  oğullarının  qanı  bahasına  əldə  edilən  uğurlar 

sonrakı məğlubiyyətlər hesabına heçə endirilirdi. 

1992-ci ilin ikinci yarısındakı hərbi əməliyyatlar bunu sübut edir. 1992-ci il 

iyunun  4-də  ilk  dəfə  erməni  qəsbkarları  Ağdaban  və  Çərəkdar  kəndləri 

yaxınlığında  Azərbaycan  hərbi  hissələrinin  güclü  müqaviməti  ilə  üzləşdilər.  İki 

saat yarıma Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçivanik kəndləri erməni 

silahlılarından  təmizləndi.  Sırxavənd,  Orta  və  Baş  Güneypəyə,  Kiçan,  Bəşirlər, 

Maniklu  və  Qaraşlar  kəndlərindən  də  düşmən  qovulub  çıxarıldı.

211 

1992-ci  il 



iyunun  12-də  Azərbaycan  silahlı  qüvvələri  podpolkovnik  N.Sadıqovun  rəhbərliyi 

altında Ağdərədə irimiqyaslı hücum əməliyyatına başladı. Üç-dörd gün ərzində 30-

a qədər kənd, o cümlədən Yuxarı Canbuz, Aşağı Canbuz, Buzluq, Gülüstan, Talış, 

Zeyvə,  Qaraçinar,  Erməni  Borisi,  habelə  Ortakənd  qəsəbəsi  düşməndən  azad 

edildi,  strateji  əhəmiyyətə  malik  ərazilər  nəzarət  altına  alındı.  Ermənistan 

ekspedisiya korpusu birləşmələri və yerli erməni hərbi hissələri çoxlu canlı qüvvə 

(500-dən çox əsgər və zabit, o cümlədən 9 zənci) və hərbi texnika, o cümlədən bir 

təyyarə  itirib  meydandan qaçdı.

212

  Azərbaycan  hərbi  hissələri  Xankəndinin  10-15 



km-nə  çatmışdı.

213


  İgid  Azərbaycan  döyüşçüləri  Kəlbəcər-Tərtər  yolu  üstündəki 

kəndləri  azad  etmişdilər.  1992-ci  il  yay  döyüşlərində  Vəzir  Orucov,  Rəmzi 

Novruzov,  Şaiq  Mustafayev,  Yunis  Əliyev,  Sərhəd  Zöhrabbəyov,  Yavər 

Cəbrayılov  kimi  yüzlərlə  igid  əsgərimiz  rəşadətləri  ilə  fərqlənmişdilər.  Gültəkin 

Əsgərova,  Nurcahan  Hüseynova,  Könül  Qəhrəmanova,  Rəhilə  Orucova,  Məleykə 


257 

 

Əhmədova  kimi  onlarla  qadın  döyüşlərdə  igidlərə  arxa  olmuş,  mərdliklə 



vuruşmuşdular.

214


 

Avqustun  5-də  Azərbaycan  silahlı  qüvvələri  Ermənistanın  Azərbaycan 

ərazisindəki anklavını - Başkəndi tutdular.

215


 

Düşmən  əks-hücuma  keçmək  üçün  qüvvələrini  cəmləşdirdi.  Laçın  yolu 

vasitəsilə  Ermənistandan  çoxlu  yeni  canlı  qüvvə,  texnika  gətirildi.  İyunun 

ortalarında  ermənilər  Ağdərə  rayonunda  Maqavuz  və  Orataq  kəndlərini  tutub 

Sərsəng  su  anbarını  nəzarət  altına  aldılar.  Sentyabrın  ilk  günlərində  Ağdam 

istiqamətində  Abdal-Gülablı,  Xromot,  Dəhraz,  Ağbulaq,  Aranzəmin,  Pircamal, 

Naxçivanik, Qaraşlar, Qazançı və Bəşirlər kəndləri düşmən tərəfindən işğal edildi. 

Sentyabrın  23-də  Azərbaycan  hərbi  hissələri  Xocavənd  yaxınlığında  düşmənə 

güclü zərbələr endirdilər.

217


 

Oktyabrın əvvəllərində Qubadlı tərəfdən Laçına yeridilən qüvvələr Suarası, 

Xanallar,  Dəhyan,  Cəfərabad,  Mıxıdərəsi,  Mazutlu,  Fətəlitəpəyə,  Malxələf 

kəndlərini  işğalçılardan  azad  etdi.  Bu  vaxt  Azərbaycan  ordusunun  Kəlbəcərdəki 

hissələri  cənub  istiqamətində  hücum  edib  Laçın  dəhlizini  daraltdılar.  İki  briqada 

arasında  cəmi  6  km  məsafə  qalmışdı.  Lakin  hərbi  rəhbərlikdə  Rusiya  meyilli 

qüvvələrin təxribatı artdı. Hücum davam etdirilmədi. Ə.Hümbətov oktyabrın 5-də 

tank briqadasını geri çəkdi. Tutulmuş mövqelər yenidən düşmən əlinə keçdi.

218

 

Düşmən  oktyabrın  12-də  Hadrutdan  böyük  qüvvə  ilə  Qubadlının  Torağac-



Düzyurd yüksəkliyinə hücum etdi və onu ələ keçirdi. 16 gün gecə-gündüz davam 

edən  döyüşdə  strateji  yüksəklik  düşməndən  geri  alındı.

219

  Dekabrın  10-da 



Ermənistan  silahlı  qüvvələri  Azərbaycanın  Qubadlı  və  Zəngilan  rayonlarına 

soxulub  bir  neçə  kəndi  ələ  keçirdi  və  yandırdı.  Düşmən  Tovuz  və  Gədəbəy 

istiqamətində də hücum etdi. Azərbaycan silahlı qüvvələri onları geri oturda bildi - 

Ermənistan ərazisindəki hərbi bazalar atəşə tutuldu.

220

 

Lakin  Azərbaycan  hərbi  hissələri  zəifləmişdi.  Hərbi  texnika  bərbad 



vəziyyətdə  idi.  Ordu  demək  olar  ki,  yox  idi.  Silahlı  qüvvələrin  başçıları  Dövlət 

Müdafiə Şurasına, Ali Baş Komandana tabe olmurdular. Azərbaycan Respublikası 

Nazirlər  Kabinetinin  "Respublikanın  Ağdam,  Qazax,  Kəlbəcər,  Qubadlı,  Laçın, 

Tovuz  və  Şəmkir  rayonlarında  müdafiə  sədlərinin  tikilməsi  və  müdafiə  zolağının 

mühəndis  qurğuları  ilə  təmin  edilməsi  tədbirləri  haqqında"  1992-ci  il  23  avqust 

tarixli qərarı yerinə yetirilmirdi.

221

 Rəhbər vəzifələrdə qeyri-mütəxəssislər işləyirdi. 



Ehtiyatlar yaradılmır, silah-sursat uçotu aparılmırdı. Oğurluq, rüşvətxorluq baş alıb 

gedirdi.


222

 

1992-ci  ilin  axırları  -  1993-cü  ilin  əvvəllərində  Azərbaycan  Silahlı 



Qüvvələri müdafiə naziri R.Qazıyevin təkidi ilə yenidən ağır döyüşlərə cəlb edildi 

və böyük məğlubiyyətlərə düçar oldu. 1993-cü il yanvarın 26-da Fərrux yüksəkliyi 

ətrafındakı  döyüş  cəlb  edilən  qüvvələrin  miqyasına  görə  Qarabağ  müharibəsində 


258 

 

ən  böyük  döyüşlərdən  biri  oldu.  Düşmənə  əsas  zərbələr  Yeddixırman-Fərrux  və 



Xromot-Fərrux  istiqamətində  vurulmalı  idi.  Döyüşlərdə  Azərbaycan  silahlı 

qüvvələri  məğlub  oldular,  ağır  itkilər  verib  geri  çəkildilər.  Vaxtı  çatmamış 

əməliyyatlar  keçirməklə  R.Qazıyev  respublikanı  ordusuz,  silahsız  və  texnikasız 

qoydu.


22 

Cəbhədəki  uğursuzluqlar  ölkədə  siyasi  vəziyyəti  daha  da  dərinləşdirdi. 

İmperiyapərəst  qüvvələr  fəallaşdı.  Dövlət  çevrilişi  etməyə  hazırlıq  məqsədilə 

korpus  komandiri  Surət  Hüseynov  1992-ci  ilin

 

dekabrında  qüvvələrini Kəlbəcərin 



strateji  yüksəkliklərindən  geri  çəkdi.  1993-cü  il  yanvarın  28-də  Ağdərə 

bölgəsindən  hərbi  texnikanı  çıxarıb  Gəncəyə  gətirdi.

224 

1993-cü  il  fevralın  5-nə 



keçən  gecə

 

Ermənistan  ekspedisiya  korpusu  Rusiyanın  7-ci  ordusunun  128-ci 



motoatıcı  alayı  və  kazaklardan  ibarət  silahlı  dəstənin  iştirakı  ilə

 

Ağdərə 



istiqamətində  hücuma  keçdi.  Fevralın  15-dən  16-na  keçən  gecə  Ağdərə-Kəlbəcər 

yolu düşmən tərəfindən tutuldu.

225

 

Müdafiə  naziri R.Qazıyev  və korpus komandiri S.Hüseynov vəzifələrindən 



kənar edildilər. Onların təsiri altında olan hərbi hissələr Müdafiə Nazirliyinə tabe 

olmaqdan  imtina  etdi.  Düşmən  yaranmış  vəziyyətdən  məharətlə  istifadə  edib,  

1993-cü  il  martın  10-dək  Ağdərə  bölgəsinin  bir  çox  yaşayış  məntəqələrini  ələ 

keçirdi.  Martın  20-dən  həm  Ermənistan,  həm  də  Ağdərə  tərəfdən  Kəlbəcər  güclü 

atəşə tutuldu. Rayonun müdafiəsi, demək olar ki, təşkil edilməmişdi. Əksinə, hərbi 

bölmə və texnikanın bir hissəsi buradan çıxarılmışdı. Bu, bir tərəfdən, satqın ordu 

rəhbərliyinin  imperiyapərəst  qüvvələrə  nökərçiliyi,  digər  tərəfdən,  respublika 

rəhbərliyinin  Kəlbəcəri  təslim  etməklə  Ermənistanı  təcavüzkar  bir  dövlət  kimi 

tanıtmaq cəhdi ilə bağlı idi. 1993-cü il martın 26-da həmin rayonun Ağdaban kəndi 

ikinci  dəfə  düşmən  əlinə  keçdi  və  yandırıldı  (birinci  dəfə  1992-ci  il  aprelin  8-də 

tutulmuşdu).  Martın  28-də  düşmən  mühüm  strateji  əhəmiyyətə  malik  Qaraqaya 

yüksəkliyini  tutdu.  Bir  gün  sonra  Başıbel-Tunel  yolu  ələ  keçirildi.  Martın  31-də 

Qamışlı körpü də tutuldu, Kəlbəcər tam mühasirəyə düşdü. Aprelin 3-də Kəlbəcər 

düşmən tərəfindən işğal olundu.

226

 

Respublika  iqtidarının  laqeydliyi  üzündən  hərbi  hissələr  geri  çəkilərkən 



əhalini bölgədən  vaxtında  çıxarmaq  mümkün  olmadı.  Erməni  faşistləri tərəfindən 

15 min adam əsir alındı. Ermənilər işləyə bilməyən qocaları və uşaqları yerindəcə 

güllələyirdilər. Rayonda 144 yaşayış məntəqəsi işğal edildi. 500-dən çox müəssisə, 

13  min  ev,  şəxsi  təsərrüfatlarda  olan  100  min  baş  qaramal,  500  min  baş  davar, 

5000 baş at, 1 milyon ev quşu, 50 min arı ailəsi, 195 min xalça və s. qarət edildi.

227


 

Silahlı qüvvələrin parçalanmasına qəsdən şərait yaratmış iqtidar artıq onlara 

təsir  vasitələrini  itirmişdi  və  çıxış  yolunu  yeni  bir  siyasi-silahlı  qüvvə-orduda 

hökumətə  sadiq  hərbi  hissələr,  habelə  qeyri-rəsmi  silahlı  dəstələr  təşkil  etməkdə 

görürdü.

228


 

259 

 

AXC-Müsavat  tandemi  hökuməti  xarici  siyasətdə  də  ciddi  qüsurlara  yol 



verdi,  böyük  dövlətlərin  iqtisadi  və  siyasi  maraqlarına  əsaslanan  dünya  siyasətini 

düzgün qiymətləndirmədi. Dövlətçilik təcrübəsi olmayan bu hökumətin Türkiyəyə 

meylini  açıq  nümayiş  etdirməsi  nəinki  Rusiya  və  İranı,  həm  də  Azərbaycanın 

gələcəkdə  Türkiyədən  asılı  olacağından  ehtiyatlanan  Qərb  dövlətlərini  narahat 

edirdi.  Elçibəy  daxildə  Dağlıq  Qarabağ  problemini  həll  edə  bilmədiyi  halda,  gah 

İrana, gah da Çinə türklərin hüquqlarının müdafiəsi ilə bağlı mövcud şəraitdə heç 

nə ilə bəraətlənməyən, əksinə, vəziyyəti daha da ağırlaşdıran bəyanatlar verirdi.

229


 

Hansı tərəfdən daha çox faydalanmağın mümkünlüyünü ölçüb-biçən "dünya 

siyasəti  nəhəngləri"  çox  ləng  tərpənirdilər.  "Minsk  qrupu"nun  işi,  demək  olar  ki, 

hiss edilmirdi. 

ABŞ  konqresi  1992-ci  il  oktyabrın  24-də  Azərbaycanı  guya  Ermənistanı 

blokadaya salmaqda günahlandırıb, "Azadlığa Dəstək Aktı"na Azərbaycana dövlət 

səviyyəsində  hər  cür,  o  cümlədən  humanitar  yardım  göstərilməsinə  sərt 

məhdudiyyətlər qoyan 907-ci əlavəni qəbul etdi.

230

 

İqtidarın  səbatsız  siyasəti  nəticəsində  regionda,  o  cümlədən  Azərbaycan 



daxilində  müxtəlif  dairələrdə  boyük  təsir  gücünə  malik  olan  Rusiya  respublikaya 

qarşı  təzyiq  siyasətindən  onu  "cırtdan  dövlət"lərə  parçalamaq  siyasətinə  keçdi. 

Rusiya  öz  qoşununu  Azərbaycandan,  başqa  postsovet  respublikalarında  olduğu 

kimi,  mərhələlərlə, ağır şərtlərlə  deyil,  tezliklə  çıxardı və  bu  zaman  Azərbaycana 

çatacaq  silahın  bir  hissəsini  döyüşən  tərəflər  arasında  payladı.  Talış,  ləzgi 

separatçılarını  qızışdırıb  silahlandırdı.  "Ləzgistan  dövləti",  "Talış  Muğan 

Respublikası",  Rusiyanın  "Bakı  quberniyası"  ideyalarını  irəli  atdı.

231


  Azərbaycan 

hökuməti  isə  bu  ideyaların  yayılmasına  münasib  imkanlar  yaratdı. 

"Azərbaycançılıq"  ideyasının  arxa  plana  keçirilməsi  özünü  Azərbaycan  xalqının 

tərkib  hissəsi  hesab  edən  qeyri-türk  mənşəli  etnik  qrup  və  xalqları  narazı  saldı. 

Bundan xarici və daxili düşmənlər məharətlə istifadə etdilər. 1992-ci ilin aprel-may 

aylarında  Ermənistanın  kəşfiyyat  idarəsi separatçı  ləzgi "Sadval" (Birlik) təşkilatı 

vasitəsilə  milliyyətcə  ləzgi  olan  17  Azərbaycan  vətəndaşının  Ermənistanın  Nairi 

rayonu  Lusoker  qəsəbəsindəki  hərbi  təlim-məşq  bazasında  xüsusi  hazırlıq 

keçməsini  təşkil  etdi.  Onlardan  biri  sonralar  (1994-cü  il  martın  19-da)  Bakı 

metropolitenində partlayış törətdi və özü də alçaq əməlinin qurbanı oldu

232

 1992-ci 



ilin  iyununda  Dağıstandan  gələn  "sadval"çılar  Qusarda  bir

 

qrup  insanı  qızışdırıb 



Azərbaycan  dövlətçiliyi  əleyhinə  mitinqlər

 

təşkil  etdilər.  İyunun  11-də  silahlı 



"sadval"çılar Qusar şəhərində Azərbaycan Respublikasının bayrağını çıxardılar. İki 

gün  sonra  bir  qrup  qusarlını  avtobuslarla  Dağıstanın  Məhərrəmkənd  yaşayış 

məntəqəsində  təşkil  edilmiş  mitinqə  apardılar.  Lakin  Azərbaycanın  ləzgi 

vətəndaşlarının böyük əksəriyyəti imperiya qüvvələrinin bu təxribatlarına uymadı. 

1993-cü il martın 31-də ləzgilər "Samur" Ləzgi Mədəniyyət Mərkəzinin təşəbbüsü 


260 

 

ilə  Rusiya  səfirliyinin  Bakıdakı  binası  qarşısında  piket  keçirib  iki  xalq  arasında 



qarşıdurma yaradanlara etirazlarını bəyan etdilər.

233


 

Cənub  rayonlarında  talışlar  arasında  İrandan  gəlmiş  dini  missionerlərin 

separatçılıq təbliğatı güclənmişdi.

234


 

1992-ci  ildən  1994-cü  ilin  əvvəllərinədək  Rusiyanın  ağır  yük  təyyarələri 

Ermənistana  1300  tondan  çox  hərbi  texnika,  silah,  sursat  daşıdı.  Bu  silahlar 

Ermənistan  tərəfindən  Azərbaycan  ərazilərinin  işğal  edilməsində  həlledici  rol 

oynadı.

235


 

AXC-Müsavat  hökuməti  yalnız  1992-ci  ilin  axırlarında  Rusiya  ilə 

münasibətləri  yaxşılaşdırmağın  vacibliyini  dərk  etdi.  Oktyabrın  12-də  Elçibəy 

Moskvaya səfər edib B.Yeltsinlə görüşdü. İki ölkə arasında dostluq, əməkdaşlıq və 

qarşılıqlı  təhlükəsizlik  haqqında  müqavilə  imzalandı,  sərhədlərin  şəffaf  olması 

haqqında  razılıq  əldə  edildi.

236

  Lakin  Rusiya  Azərbaycanı  nüfuz  dairəsində 



saxlamaq  niyyətindən  əl  çəkmirdi.  O,  BMT-dən  keçmiş  SSRİ  məkanındakı 

münaqişələrin  həlli  üçün  mandat  almağa  səy  göstərirdi.  1993-cü  ilin  martında 

Moskvada  Rusiya  və  Fransa  xarici  işlər  nazirləri  Dağlıq  Qarabağda  hərbi 

əməliyyatların  dayandırılmasına  və  münaqişənin  dinc  vasitələrlə  həll  edilməsinə 

kömək  göstərməyə  hazır  olduqları  barədə  bəyanat  imzaladılar.

237


  Azərbaycan 

Rusiyanın  bu  səyinə  qarşı  xüsusi  bəyanatla  çıxış  etdi.

238

1993-cü  il  martın  13-də 



respublikanın  cənub  sərhədlərinin  müdafiəsi  Azərbaycan  sərhəd  qoşunlarının 

sərəncamına verildi.

239

 Nəticədə imperiyapərəst qüvvələr və onların  yerli  əlaltıları 



daha da fəallaşdılar. Cəbhələrdə vəziyyət gərginləşdi, ölkədə siyasi böhran daha da 

dərinləşdi. 

Surət Hüseynovun başçılığı ilə 1993-cü il iyunun əvvəllərində hərbi qiyam 

başlandı.  Hökumətə  tabe  olmaqdan  imtina  edən  bir  qrup    zabit  S.Hüseynovun 

başçılığı  ilə  hələ  aprelin  3-də  Gəncədə  "Hərbi  Birlik"  adlı  hərbi-siyasi  təşkilat 

yaratmışdı.  Birlik,  onun  təsiri  altında  olan  709  saylı  hərbi  hissə  Ali  Baş 

Komandana  və  Müdafiə  Nazirliyinə    tabe  olmurdu.  İqtidar  hərbi  müxalifətin 

öhdəsindən gələ bilmirdi.

240

 Dövlət Müdafiə Komitəsi və Müdafiə Nazirliyinin 709 



saylı  hərbi  hissənin  ləğv  olunması,  tərksilah  edilməsi  haqqında  25  may  qərarı  və 

müdafiə  nazirinin  31  may  tarixli  əmri  yerinə  yetirilmədi.  Qiyamı  yatırmaq  üçün 

siyasi  bacarığı  olmayan  iqtidar  zora  -  silahlı  qüvvələrə  əl  atdı.  Parlamentin  sədri, 

baş  nazir,  güc  nazirlikləri  başçılarının  daxil  olduğu  Mərkəzi  Qərargah  yaradıldı. 

Elçibəyin göstərişi ilə cəbhə bölgələrindən qiyamçılara qarşı 3000-dək canlı silahlı 

qüvvə,  o  cümlədən  daxili  qoşunlar  və  milli  qvardiyanın  hərəsindən  200  nəfər, 

habelə  xeyli  ağır  texnika,  7  tank,  10  "Qrad"  qurğusu,  11  uzaqvuran  top,  11 

piyadalar  üçün  döyüş  maşını  cəlb  edildi.  Bundan  başqa,  "cəbhəçi  könüllülər"dən 

ibarət üç tabur (1100 nəfər) təşkil edilib silahlandırılmışdı. İyunun 5-də əməliyyata 

hərbi hava qüvvələri də cəlb edilmişdi.

241

 


261 

 

Hökumət qüvvələri iyunun 4-də səhər saat 11-də qiyamçılara qarşı hücuma 



keçdi.  Azərbaycan  döyüşçüləri  üz-üzə  dayandı.  709  saylı  hissənin  kazarmaları 

dağıdıldı. Lakin qiyamçılar təşəbbüsü ələ aldılar.

242

 Hökumət qüvvələrindən 1200 



nəfər və respublika prokuroru girov götürüldü. Qvardiyaçıların bir hissəsi avtobusa 

doldurulub gülləbaran edildi. Qardaş qırğınında 68 nəfər öldü, 150 nəfər yaralandı. 

Hökumət  qüvvələri  məğlub  oldu.  Qiyamçılar  isə  hökumətə  və  prezidentə  qarşı 

"istefa"  tələbi  ilə  paytaxta  doğru  yeriməyə  başladılar.  S.Hüseynovun  imzası  ilə 

xalqa yağlı vədlərlə dolu itaətsizliyə çağırış vərəqələri yayılırdı. Yerlərdə - Qəbələ, 

Balakən,  Gədəbəy,  Tovuz,  Göyçay,  Ucar,  Ağcabədi,  Ağdam,  Füzuli,  Saatlı, 

Hacıqabul,  Şamaxı,  Qobustan,  Ağsu,  Yevlax  rayonlarında,  Mingəçevir,  Əli 

Bayramlı,  Sumqayıt  şəhərlərində  icra  hakimiyyəti  başçıları,  digər  vəzifəli  şəxslər 

özbaşına dəyişdirilir, idarəçilik S.Hüseynova yaxın adamlara tapşırılırdı.

243


 İyunun 

14-də  artıq  qiyamçılar  və  hökumət  qüvvələri  Bakının  lap  yaxınlığında  (Lökbatan 

yaxınlığında,  Şamaxı  yolunun  75  km-də)  üz-üzə  dayanmışdılar,  atışma 

başlanmışdı. Hökumət danışıqlara getməyə məcbur oldu. Razılığa görə parlamentin 

sədri,  baş  nazir,  üç  güc  nazirliyi  rəhbərləri  istefa  verdilər.

244


  Ölkədə  hakimiyyət 

boşluğu yarandı. 

 

 


262 

 

 



II FƏSİL 

 


Yüklə 17,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin