Vii L e m I l L



Yüklə 17,94 Mb.
Pdf görüntüsü
səhifə22/40
tarix03.02.2017
ölçüsü17,94 Mb.
#7304
1   ...   18   19   20   21   22   23   24   25   ...   40
§3. XARĠCĠ SĠYASƏT 

 

Azərbaycan  Respublikasına  qarşı  informasiya  blokadasının  yarılması, 

Dağlıq  Qarabağ  probleminə  dair  həqiqətlərin  dünya  ictimaiyyətinə  çatdırılması, 

Azərbaycanın dünya siyasətində, dünya dövlətləri arasında özünə layiq yer tutması, 

beynəlxalq münasibətlərin ümumbəşəri dəyərlər əsasında inkişafına kömək etməsi, 

Cənubi  Qafqazda  başqa  dövlətlərin  Dağlıq  Qarabağ  münaqişəsinin  həllində    də 

maraqlı  olması,  respublikanın  ərazi  bütövlüyünün  sülh,  danışıqlar  yolu  ilə  təmin 

edilməsi istiqamətində Prezident Heydər Əliyevin başçılığı ilə gərgin və səmərəli iş 

aparıldı.  Heydər  Əliyev  diplomatiyası  beynəlxalq  münasibətlər  sistemində 

yaranmış  dəyişikliklər,  qloballaşma  meylləri,  dövlətlərin  Cənubi  Qafqaz 

regionundakı  siyasi  və  iqtisadi  maraqlarının  Azərbaycanın  maraqları  ilə  mümkün 

qədər  uzlaşdırılması  kimi  praqmatik  əsaslar  üzərində  quruldu.  Azərbaycan 

Prezidenti 68 ölkənin prezidenti, hökumət başçısı ilə görüşlər keçirdi.

71 


Azərbaycan 

üzv olduğu beynəlxalq təşkilatların sessiyalarında, zirvə toplantılarında iştirak etdi. 

2000-ci il sentyabrın 6-da BMT Baş Məclisində, 2001-ci il yanvarın 25-də Avropa 

Şurası  Parlament  Assambleyasında  Heydər  Əliyev  mövcud  şəraitdə  müstəqillik 

əldə etmiş dövlətlərə münasibətdə aydın hiss olunan ikili standartlarla yanaşmanın 

yolverilməzliyini,  qloballaşmaya  töhfələrini  verən  ölkələrə  texnoloji  yardım 

göstərilməsi,  mədəniyyətlərin  toqquşması  təhlükəsini  aradan  qaldırmaq  üçün 

demokratiya və bazar iqtisadiyyatının inkişafında ayrı-ayrı xalqların mentalitetinin 

nəzərə alınması vacibliyini qeyd etmişdi.

72

 



1993-cü il sentyabrın 24-də Azərbaycan Respublikası MDB-yə daxil oldu.

73

 



Doğrudur,  bu  təşkilat  daxilində  üzv  dövlətlərin  bərabərhüquqlu  əməkdaşlığı 

lazımınca təmin edilməmiş, subyektlər arasında münaqişələrin aradan qaldırılması 

üçün təsirli tədbirlər həyata keçirmək mümkün olmamışdı. Üzv dövlətlərə Rusiya 


273 

 

Federasiyasının  ikili  münasibəti  bu  birliyin  səmərəsini  xeyli  azaldır,  narazılığa 



səbəb  olurdu.  Heydər  Əliyev  MDB  dövlət  başçılarının,  demək  olar  ki,  bütün 

görüşlərində  birlik  daxilində  belə  qeyri-sağlam  münasibətlər  olmasının 

yolverilməzliyini, separatizmlə mübarizənin vacibliyini diqqətə çatdırırdı.

74

 



MDB-yə  daxil  olan  dövlətlərlə  ikitərəfli  əlaqələrin  möhkəmlənməsinə 

diqqət artırılmışdı. 1993-cü ilin sonlarına qədər Azərbaycanla kəskin münasibətlərə 

malik olan Mərkəzi Asiya respublikaları ilə

 

əlaqələr yeni forma və vasitələrlə köklü 



surətdə yenidən qurulurdu.

75  


Birlik  üzvlərinə  RF  tərəfindən  ikili  münasibət  MDB  daxilində  dövlətlərin  

ayrılıqda    birliklər  təşkil    etməsinə    səbəb    olurdu.  1996-1997-ci  illərdə 

Azərbaycan-Gürcüstan  və  Azərbaycan-Ukrayna  arasında  strateji  əməkdaşlıq 

haqqında  sazişlər  bağlandı.  1997-ci  ilin

 

oktyabrında  Gürcüstan,  Ukrayna, 



Azərbaycan  və  Moldova  respublikalarının  başçıları  öz  aralarında  əməkdaşlıq 

haqqında kommünike imzaladılar. Noyabrın 25-də Bakıda "GUAM" bloku təşkilini 

bəyan edən rəsmi protokol imzalandı. Bu ölkələrin NATO və ATƏT çərçivəsində, 

habelə  öz  aralarında  siyasi,  hərbi  və  iqtisadi  sahələrdə  mövqelərini 

əlaqələndirməyə imkan verən strateji partnyorluğa hüquqi əsas yarandı.

76

 1999-cu 



il aprelin 4-də Vaşinqtonda GUAM təşkilatına üzv olan dövlətlərin prezidentlərinin 

görüşündə  Özbəkistan  Respublikası  da  bu  təşkilata  qəbul  edildi.  GUAM  bundan 

sonra  GUÖAM  adlandırılmağa  başlandı.  Heydər  Əliyev  təşkilatın  sədri  seçildi. 

GUÖAM-ın icraçı katibliyinin yaradılması qərara alındı.

77

  Belə bir birliyin təşkili 



Rusiyanı olduqca narahat edirdi. Vəziyyəti 1999-cu ilin martında MDB dövlətləri 

başçılarının zirvə toplantısında Azərbaycan, Gürcüstan, Moldova və Özbəkistanın 

Kollektiv  Təhlükəsizlik  Müqaviləsi  müddətinin  uzadılmasına  razılıq  verməməsi 

daha  da  gərginləşdirdi.

78

  Rusiya  bu  dövlətlərə  münasibətini  xeyli  yumşaltmağa 



istiqamətlənən addımlar atdı. Bununla əlaqədar sonralar - 2001-ci il iyunun 6-7-də 

Yaltada  GUÖAM  təşkilatı  başçılarının  görüşündə  qəbul  olunmuş  "Yalta 

Xartiyası"nda  yaradılan  bu  təşkilatın  iqtisadi  sahələrdə  əməkdaşlığa  üstünlük 

verəcəyi elan edildi.

79

 

Heydər  Əliyev  ATƏT-in  1999-cu  il  noyabrın  18-də  İstanbul  zirvə 



toplantısında  "Cənubi  Qafqazda  təhlükəsizlik  və  əməkdaşlıq  paktı"  təsis  edilməsi 

təşəbbüsü  ilə  çıxış  etdi.  Bu  paktda  dövlətlərarası  münasibətlərin,  habelə 

münaqişələrin  aradan  qaldırılmasının  prinsipial  əsasları  təsbit  edilməli  idi.  Ona 

əsasən  regiondan  xarici  hərbi  qüvvələr  çıxarılmalı,  Cənubi  Qafqazı  bölən  ayırıcı 

xətlər  aradan  qaldırılmalı,  təcavüzə,  etnik  təmizləmələrə,  separatizmə  son 

qoyulmalı,  ikili  standartlara  yol  verilməməli  idi.

80

  Lakin  Rusiya  Ermənistan 



vasitəsilə bu planın həyata keçməsinə ciddi mane oldu.

81 


2001-ci ilin əvvəllərində RF prezidenti Rusiyanın da iştirak etdiyi  "Qafqaz 

dördlüyü" yaradılması təklifini irəli sürdü. Mayın sonlarında Rusiya, Azərbaycan, 



274 

 

Ermənistan  və  Gürcüstan  prezidentlərinin  Minskdə  görüşü  keçirildi,  belə  bir 



birliyin yaranması məsələləri

 

müzakirə edildi.



 

Azərbaycan  Respublikası  1992-ci  ildə  NATO-nun  Şimali  Atlantika 

Əməkdaşlıq Şurasına (1997-ci ildən bu şura Avropa-Atlantika Tərəfdaşlıq Şurası - 

AATŞ  adlanır)  qoşuldu.  1994-cü  ilin  yanvar  ayında  Azərbaycan  NATO-nun 

Avropa  və  dünyada  sülhün,  əmin-amanlığın  bərqərar  olunmasına  xidmət  edən 

"Sülh  Naminə  Tərəfdaşlıq"  Proqramına  qəbul  edildi.  Həmin  il  mayın  4-də 

Prezident Heydər Əliyev bu proqramın Çərçivə sənədini imzaladı.

82

 NATO-nun və 



AATŞ-ın  üzvü  olan  ölkələrin  dövlət  və  hökumət  başçılarının  1997-ci  ilin  iyul 

ayında keçirilən zirvə toplantısında Prezident Heydər Əliyev NATO-nun baş katibi 

ilə  görüşdü  və  bu  təşkilatla  Azərbaycan  arasında  əməkdaşlığın  genişlənməsi 

məsələləri  müzakirə  edildi.  NATO-nun  və  Avropa-Atlantika  Tərəfdaşlıq  Şurası 

üzvü  olan  ölkələrin  dövlət  və  hökumət  başçılarının  1997-ci  ilin  iyul  ayında 

keçirilən  Madrid  zirvə  toplantısının  qəbul  etdiyi  sənədlərdə  NATO-nun  tərəfdaş 

dövlətlərin  müstəqilliyinin,  suverenliyinin,  ərazi  bütövlüyünün  və  sərhədlərinin 

toxunulmazlığına  təminat  verdiyi,  onun  strukturunda  olan  dövlətlərin  bir-birinə 

qarşı güc işlətmək, hədə-qorxu gəlmək hüququna malik olmadığı bildirildi. Bunlar 

Azərbaycanın  haqq  işinin  müdafiəsi  sahəsində  böyük  əhəmiyyətə  malik  idi. 

Azərbaycan  dövləti  hərbi  inkişafının  perspektivləri  məsələlərində  NATO  ilə  sıx 

əməkdaşlığa  istiqamətləndi.

83

  Azərbaycanın  hərbi  hissəsi  Kosovoda  və 



Əfqanıstanda sülhməramlı qüvvələrin keçirdiyi əməliyyatlarda iştirak etdi.

84

 2002-



ci  il  noyabrın  18-də  NATO  Parlament  Assambleyasının  İstanbulda  keçirilən 

iclasında  Azərbaycan  Respublikası  NATO  PA-na  assosiativ  üzv  qəbul  olundu.

85 

AATŞ-ın 2002-ci il noyabrın 22-də Praqada keçirilmiş zirvə görüşündə Prezident 



Heydər  Əliyev  bu təşkilat  və  Azərbaycanın  onda  iştirakının əhəmiyyəti  haqqında 

belə demişdi: "Dünya son dərəcə mürəkkəb bir dövr yaşayır. Beynəlxalq terrorizm 

bəzi  dövlətlərin  dəstəyindən  istifadə  edərək  dünya  nizamına  qarşı  hərəkət  edir, 

ekstremizm,  təcavüzkar  millətçilik  və  davakar  separatizm  ideologiyası  əsasında 

yeni  qarşıdurma  xətləri  yaratmağa  çalışır,  sərhədləri  yenidən  bölməyə,  dəyişməyə 

cəhd  göstərir.  Beynəlxalq  sistemin  ümumi  təhlükəyə  qarşı  səmərəli  mübarizə 

aparmaq  qabiliyyəti  ciddi  sınağa  çəkilir.  11  sentyabr  faciəsindən  dərhal  sonra 

Avroatlantika  birliyi  antiterror  koalisiyası  yaratdı  və  Azərbaycan  ilk  gündən  bu 

koalisiyaya  qoşuldu.  Biz  bu  gün  də  başqa  ölkələr  və  beynəlxalq  təşkilatlarla 

birlikdə bu təhlükələrə qarşı əlimizdən gələni edirik".

86

 

BMT-nin  Baş  katibi  Butrus-Butrus  Qali  Azərbaycana  gəlib  respublika  ilə 



daha  yaxından  tanış  oldu.  Azərbaycana  qarşı  informasiya  blokadası  yarıldı. 

Prezident Heydər Əliyev 1994-cü ilin sentyabrında, 1995-ci ilin oktyabrında, 2000-

ci  ilin  sentyabrında  BMT  Baş  məclisinin  sessiyaları  tribunalarından  Azərbaycan 


275 

 

həqiqətlərini  bütün  dünyaya  bəyan  etdi,  bu  ölkənin  sülhsevər,  humanist, 



demokratik dəyərləri üstün tutduğunu göstərdi.

87

 



Ölkənin xarici siyasət kursunda 1993-cü ilin yayından Türkiyə Respublikası 

ilə  münasibətlərdə  keyfiyyətcə  ciddi  dəyişikliklər  edildi.  Bu  dost  və  qardaş  ölkə 

Azərbaycanın  ən  etibarlı  siyasi  müttəfiqi,  bərabərhüquqlu  iqtisadi  tərəf  müqabili 

oldu.  Türkiyə  Ermənistanı  təcavüzkar  bir  dövlət  kimi  tanımış,  Dağlıq  Qarabağ 

məsələsi  ədalətlə  həll  olunmayınca  onunla  heç  bir  əlaqə  saxlamayacağını  elan 

etmişdi.  Azərbaycan-Türkiyə  münasibətləri  həm  də  dünyada  və  bölgədə  sülhün, 

əmin-amanlığın  bərqərar  olması  işinə  xidmət  edirdi.

88

  2001-ci  il  iyulun  23-də 



Xəzər  dənizinin  mübahisəli  sularında  Azərbaycan  gəmilərinə  İran  təyyarələrinin 

hücum  cəhdini  Türkiyə  qəti  etirazla  qarşıladı.  Ankara  bütün  dünyaya  bildirdi  ki, 

"Azərbaycana əl qaldıran qarşısında Türkiyəni görəcək!"

89

 



Azərbaycan İran İslam Respublikası ilə də hər iki tərəf üçün faydalı normal 

siyasi-iqtisadi  və  mədəni  münasibətlər  qurdu.  İran  dövləti  Ermənistanın 

Azərbaycana  təcavüz  etdiyini  bildirsə  də,  onunla  hərtərəfli  münasibətlər 

yaratmışdı.  Bu  qonşu  müsəlman  dövləti  Azərbaycana  qarşı  münasibətlərində  tam 

səmimi  olmadığını  göstərirdi.  İran  Azərbaycanı  özünün  təhlükəsizlik  zonası  elan 

etmişdi. 2001-ci il iyulun 23-də İran mübahisəli hesab etdiyi sulardan Azərbaycan 

gəmilərinin çıxarılması  haqqında  nota  verdikdən sonra  hərbi təyyarələrini  havaya 

qaldırmışdı.  Azərbaycan  buna  cavab  tədbiri  gördü.  Münaqişə  dinc  yolla  nizama 

salındı.

90

 



Azərbaycan Prezidenti Heydər Əliyevin İran Respublikasına səfəri zamanı - 

20  may  2002-ci  ildə  imzalanmış  "Azərbaycan  Respublikası  ilə  İran  Respublikası 

arasında  dostluq  və  əməkdaşlıq  münasibətlərinin  prinsipləri  haqqında"  müqavilə 

iki dövlət arasında münasibətlərin nizamlanmasına istiqamətləndirilmişdi.

91

 

Qonşu Gürcüstan Respublikası ilə əlaqələr çox önəmli idi. 1996-cı ilin mart 



ayında  Prezident  Heydər  Əliyev  Gürcüstana  rəsmi  səfər  etdi.  İki  ölkə  arasında 

dostluq  və  əməkdaşlıq  haqqında  sənəd  imzalandı.  Bu,  qonşu  ölkədə  yaşayan 

azərbaycanlılara  qarşı  münasibətin  xeyli  yaxşılaşmasına  səbəb  oldu.  İki  ölkənin 

bütün sahələrdə strateji əməkdaşlığı başlandı.

92

 

Azərbaycanın  xarici  siyasətində  ABŞ,  Böyük  Britaniya,  Çin,  Yaponiya, 



Fransa, Almaniya, İtaliya kimi iri dövlətlərlə münasibətlər mühüm yer tuturdu. Bu 

ölkələrlə tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələr yaradılmışdı.

93

 

Prezident  Heydər  Əliyevin  qeyd  etdiyi  kimi,  Azərbaycan  diplomatiyasında 



Avropa  istiqaməti  mühüm  yerlərdən  birini  tutur.  İngiltərə  və  Avropanın  digər 

nüfuzlu dövlətləri ilə sabit bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurulmuşdu. 

Bu  ölkələrlə  imzalanmış  90-dan  artıq  sənəd  qarşılıqlı  münasibətlər  üçün  ən 

möhkəm hüquqi əsas yaratmışdı.

94

 


276 

 

Azərbaycan  Qərblə  Şərqin  qovşağında  bərpa  olunan  qədim  İpək  Yolunun 



mərkəzində  mühüm  yer  tuturdu.  Dünyada  nüfuzlu  Çin  Xalq  Respublikası  və 

Yaponiya kimi Şərq dövlətləri ilə siyasi və iqtisadi əməkdaşlıq respublikanın xarici 

siyasətində uğurlu addımlar olmuşdu.

95

 



Pakistan  dövləti  ilə  dostluq  və  əməkdaşlıq  münasibətləri  daha  da  inkişaf 

etdirilirdi. İsrail dövləti ilə də əməkdaşlıq genişlənməkdə idi.

96

 

XXI  əsrin  əvvəllərində  Azərbaycan  Respublikası  artıq  137  ölkə  ilə 



diplomatik əlaqələr yaratmışdı. Azərbaycanda 63 (24-ü bilavasitə Bakıda) ölkənin 

səfirliyi  fəaliyyət  göstərirdi.  Azərbaycanın  21  ölkədə  səfirliyi,  baş  konsulluğu  və 

daimi nümayəndəliyi vardı.

97

 



1996-cı  ilin  aprelində  Azərbaycan  ilə  Avropa  Şurası  (AŞ)  və  onun  üzvü 

olan  dövlətlər  arasında  tərəfdaşlıq  və  əməkdaşlıq  haqqında  saziş  imzalandı.

98

 

Həmin  ilin  iyununda  Azərbaycan  Respublikası  AŞ  Parlament  Assambleyasında 



"xüsusi  dəvət  olunmuş  qonaq"  statusu  aldı.

99

  Prezident  Heydər  Əliyevin  1996-cı 



ilin  iyunu  və  1998-ci  ilin  yanvarında  Azərbaycan  Respublikası  ilə  AŞ  arasında 

əməkdaşlığın  dərinləşdirilməsi  tədbirləri  haqqında  sərəncamları  mövcud  əlaqələri 

xeyli  intensivləşdirdi.

100


  Aparılan  böyük  təşkilatçılıq  işi,  respublikada  həyata 

keçirilən  demokratik  ruhlu  siyasi  və  iqtisadi  islahatların  səmərəli  nəticələri 

Azərbaycanı  AŞ-yə  daha  da  yaxınlaşdırdı.  2001-ci  il  yanvarın  25-də  Azərbaycan 

Respublikası  Avropa  Şurasına  tam  hüquqlu  üzv  qəbul  olundu.

101

  Millət  vəkili 



İlham Əliyevin başçılıq etdiyi Azərbaycan parlamentinin AŞ-də nümayəndə heyəti 

bu  təşkilatda  səmərəli  fəaliyyət  göstərməyə  başladı.  Öz  işgüzarlığı  ilə  Avropa 

Şurasında böyük nüfuz qazanmış İlham Əliyev iki ildən sonra - 2003-cü il yanvarın 

27-də  bu  təşkilatın  Parlament  Assambleyası  sədrinin  müavini  və  büro  üzvü 

seçildi.

101a


  Belə  bir  diqqətə  səbəb  həm  də,  Beynəlxalq  Venesiya  Komissiyasının 

sədri  Puetro  Aqounin  qeyd  etdiyi  kimi,  Azərbaycanda  aparılan  islahatların 

Avropada razılıqla qarşılanması olmuşdu.

101b


 Bu təşkilatda Azərbaycan nümayəndə 

heyətinin  əsas  məqsədi  Ermənistanın  təcavüzkar  kimi  tanınmasına  nail  olmaq  və 

onu işğal etdiyi əraziləri qaytarmağa məcbur etmək  idi.

101v


 2001-ci  il  aprelin 24-

də  Azərbaycan nümayəndə heyəti AŞ tribunasından Ermənistanın azərbaycanlılara 

qarşı  soyqırım  siyasəti  yeritdiyini,  işğal  olunmuş  Azərbaycan  ərazilərində,  o 

cümlədən Dağlıq Qarabağda narkotik maddələr istehsal və ixrac etdiyini, bu vasitə 

ilə  əldə  olunan  vəsaitlə  ordu  saxladığını,  terrorçu  dəstələr  yaradıb  onlara  təlim 

verdiyini  əsaslandırılmış  şəkildə  bütün  dünyaya  bəyan  etdi.  May  ayında  AŞ 

Nazirlər  Komitəsinin  108-ci  sessiyası  konsensusla  Azərbaycanın  təşəbbüsü  ilə 

Avropa  dövlətlərinin,  o  cümlədən  Azərbaycanın  ərazi  bütövlüyünü  təsdiq  edən 

xüsusi  kommünike  qəbul  etdi.

102


  İyun  ayında  AŞ  Parlament  Assambleyası 

sessiyasında  İlham  Əliyev  Ermənistanın  Azərbaycanın  işğal  olunmuş  ərazilərində 

tarix  və  mədəniyyət  abidələrini  dağıtmasını,  təbiətin  amansızcasına  korlanmasına 


277 

 

şərait yaradılmasını faktlarla ifşa etdi. AŞ Nazirlər Komitəsinə müraciət edildi ki, 



Ermənistanın  AŞ  prinsiplərinə  zidd  olaraq  Azərbaycanın  ərazi  bütövlüyünü 

tanımamasına münasibət bildirilsin.  Bu müraciət 43 ölkə nümayəndəsinin iştirakı 

ilə müzakirə edildi. Nazirlər Komitəsinin bununla bağlı qərarında qeyd olunurdu: 

"...Xalqların  öz  müqəddəratını  təyin  etmək  hüququna...  dövlətlərin  ərazi 

bütövlüyünə dair normalara uyğun olaraq hörmət edilməlidir. 

...Torpaq  əldə  etmək  məqsədilə  gücdən  istifadə  qəbuledilməzdir  və  ondan 

irəli gələn heç bir nəticə qanuni tanına bilməz".

103


 

AŞ  Parlament  Assambleyasının  2001-ci  il  25  sentyabr  tarixli  iclasında 

İlham Əliyev erməni terrorizmini, Ermənistanın Azərbaycana qarşı keçirdiyi terror 

və  soyqırım  siyasətində  terrorçu  ASALA  təşkilatının  fəal  iştirak  etdiyini, 

törədilmiş 32 terror aktı nəticəsində 2000 adam öldürüldüyünü, on minlərlə adamın 

yaralandığını  bildirdi.  Terroru  dəstəkləyən  Ermənistan  dövlətini  ifşa  etdi.

104

 

İlyarım ərzində  Avropa  Şurası Parlament  Assambleyasında  Ermənistanın terrorçu 



dövlət  adlandırıldığı  12  sənəd  (bunlara  üst-üstə  AŞPA-nın  300  deputatı  imza 

atmışdır)  qəbul  olundu.  2002-ci  il  sentyabrın  26-da  AŞPA-nın  sessiyasında 

müzakirə  edilən  Azərbaycan  haqqında  məruzədə  ilk  dəfə  bu  təşkilatın  çox  vacib 

sənədində  açıq-aydın  bildirilir  ki,  Azərbaycanın  torpaqları  işğal  olunubdur. 

Ermənistan  Azərbaycana  qarşı  təcavüz  edibdir  və  bu  işğal  nəticəsində 

Azərbaycanın bir milyondan artıq qaçqını vardır.

105

 

Bəzən AŞ-ın ikili standartlardan çıxış edərək Azərbaycana verdiyi ədalətsiz 



tövsiyələrə  də  respublikada  diqqətlə  yanaşılır,  beynəlxalq  ictimaiyyətə  mövcud 

problemlərin  həqiqi  mahiyyəti  haqqında  doğru  məlumat  çatdırılırdı.  2002-ci  il 

yanvarın  24-də  AŞ  Parlament  Assambleyası  Azərbaycandakı  qeyri-dövlət  hüquq 

müdafiə təşkilatlarının təqdimatına əsasən "siyasi məhbus" hesab etdiyi şəxslərin, 

xüsusi olaraq R.Qazıyevin, S.Hüseynovun  və Ə.Hümbətovun azad edilməsi  və  ya 

işlərinə  yenidən  baxılması  təklifini  verdi.  Bununla  əlaqədar  həmin  şəxslərin 

işlərinə yenidən baxılması haqqında Respublika Baş prokurorunun hələ 2001-ci il 

dekabrın  26-da  qəbul  etdiyi  qərarın  icrası  sürətləndirildi

106

  (lakin  konkret  cinayət 



əməli ilə əlaqədar həbs olunmuş bu şəxslərin işində siyasi motivlər aşkar edilmədi). 

Azərbaycan  Respublikasının  Avropa  İttifaqı  ilə  əməkdaşlığı  daha  da 

genişlənirdi. 2002-ci ildə Avropa İttifaqı ilə "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"nin 

(1992-ci  ildə  bağlanıb)  yerinə  yetirilməsinə  dair  milli  proqram  hazırlanmışdı.  Bu 

əlaqələrin respublikanın  inkişafına  böyük təsiri vardı.  Avropa  İttifaqı-Azərbaycan 

Parlament Əməkdaşlığı Komitəsinin Brüsseldə 25-26 fevral 2002-ci ildə keçirilmiş 

iclasında  qeyd  edildiyi  kimi,  "siyasi,  iqtisadi,  hüquqi  islahatların  aparılması 

Azərbaycanın Avropaya inteqrasiyası üçün yeni perspektivlər açır.

107

 

2002-ci  il  oktyabrın  2-də  Azərbaycan  Respublikası  BMT-nin  "İqtisadi  və 



Sosial Şurasına" üzv seçildi.

108 


278 

 

Azərbaycan  Respublikası  Prezidentinin  dövlət  müstəqilliyinin  dönməzliyi 



istiqamətində  ardıcıl  siyasəti  imperiyapərəst  qüvvələrin  bütün  təzyiqlərini 

qətiyyətlə rədd etdi. Rusiya 1994-cü ilin axırlarından Azərbaycana dəmir, şose və 

dəniz  yollarını  bağlamaq  kimi  ciddi  iqtisadi  sanksiyalar  tətbiq  etməsinə, 

Ermənistana  1994-1996-cı  illərdə-atəşkəs  şəraitində  ümumi  dəyəri  1  milyard 

dollardan  çox  olan  84  ədəd  T-72  markalı  tank,  50  ədəd  piyadalar  üçün  RDM-2 

döyüş maşını, 8 ədəd R-17 uzaqmənzilli raket kompleksi, "OCA" zenit kompleksi 

üçün 40 raket, 349 raketlə birlikdə 27 ədəd "Kruq" raket-zenit kompleksi, 40 ədəd 

"İqla"  səyyar  raket  kompleksi,  18  ədəd  reaktiv  "Qrad"  qurğusu,  1000-ə  qədər 

"Strela-2"  və  "Strela-3"  raketləri,  1998-ci  ilin  sonlarında  MİQ-29  təyyarələri,  C-

300  raketləri,  külli  miqdarda  başqa  silah  və  sursat  verməsinə,  Ermənistanda  öz 

hərbi bazalarını yerləşdirməsinə və onları daim modernləşdirməsinə, Rusiya-İran-

Ermənistan  strateji  əməkdaşlıq  xətti  yaratmasına  baxmayaraq,

109

  Azərbaycanı 



qorxuda, tutduğu müstəqillik yolundan döndərə bilmədi. 

Azərbaycan  və  Türkiyə  respublikaları  1997-ci  ilin  may  ayında  strateji 

əməkdaşlığı daha da dərinləşdirmək haqqında müqavilə imzaladılar.

110


 

Azərbaycanın  qəti  mövqeyi  dövlətlərin  ona  münasibətinin  getdikcə 

dəyişməsinə, sağlamlaşmasına səbəb oldu. 1997-ci il iyulun 3-də Moskvada Rusiya 

Federasiyası və Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik 

haqqında müqavilə imzalandı.

111


 1997-ci il avqustun 29-da  Rusiya ilə Ermənistan 

arasında  da  "Dostluq,  əməkdaşlıq,  qarşılıqlı  yardım  haqqında"  yeni  müqavilə 

bağlandı.  Bu  sənəddə  hərbi  vəziyyət  yaranarkən  Rusiyanın  rəsmi  surətdə 

Ermənistan  tərəfində  çıxış  edəcəyi  bəyan  olunurdu.

112 

Azərbaycanda  narazılıq 



yaratdığını görən Rusiyanın  yüksək  vəzifəli şəxsləri,  habelə  Xarici İşlər Nazirliyi 

xüsusi  nota  ilə  bu  sənədin  Azərbaycan  Respublikasına  qarşı  çevrilmədiyini 

bildirdilər. Azərbaycan Prezidenti Heydər Əliyev MDB dövlət başçılarının 1997-ci 

il  oktyabr,  1999-cu  il  mart  və  sonrakı  zirvə  görüşlərində  bu  müqavilənin 

Azərbaycana qarşı təhlükə yaradan bəndlərinin ləğv olunmasını tələb etdi.

113


 2001-

ci ilin may ayında Bakıda səfərdə olan RF hərbi naziri rəsmi surətdə elan etdi ki, 

Ermənistan  və  Azərbaycan  arasında  silahlı  münaqişə  olarsa,  Rusiya  neytral 

qalacaqdır.

114

 

Rusiya Federasiyasının prezidenti V.Putin Azərbaycan prezidentinin  dəvəti 



ilə  2001-ci  il  yanvar  ayının  9-da  Bakıya  rəsmi  səfərə  gəldi.  Ölkələr  arasında 

münasibətlərin inkişaf etdirilməsinə istiqamətləndirilmiş tədbirlər görülməsi barədə 

razılıqlar  əldə  olundu.  V.Putin  Azərbaycan  və  Gürcüstanın  bölgədə  Rusiyanın 

iştirak  etmədiyi  siyasi  birliklərə  qoşulmasının  qarşısını  almaq  üçün  "Qafqaz 

dördlüyü"  (Rusiya,  Azərbaycan,  Gürcüstan  və  Ermənistan)  yaradılması 

təşəbbüsünü irəli sürdü. "Bakı Bəyannaməsi" imzalandı. Prezident V.Putin RF-nin 



279 

 

Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünü  müdafiə  etdiyini  bir  daha  bəyan 



etdi.

115


 

2002-ci  ilin  yanvar  ayında  Rusiya  ilə  Türkiyə  arasında  hərbi  əməkdaşlıq 

haqqında müqavilə imzalandı. Bəşəriyyət üçün böyük bəlaya çevrilmiş terrorizmlə 

mübarizədə  aparıcı  rol  oynayan  ABŞ-ın  müttəfiqi  olan  Türkiyənin  Qafqazda 

nüfuzu  xeyli  artdı.  2002-ci  il  yanvarın 24-də  Azərbaycanın dövlət başçısı  Rusiya 

Federasiyasına  rəsmi  səfər  etdi.  Bağlanmış  müqavilələr  iki  dövlət  arasında 

qarşılıqlı  faydalı  münasibətlərin  inkişafına  istiqamətlənmişdi.  Azərbaycan  Qəbələ 

Strateji


116

  İnformasiya  Mərkəzini  on  il  müddətinə  Rusiyaya  icarəyə  verdi. 

Respublikalar  arasında  iqtisadi  əməkdaşlığın  genişlənməsinə  daha  münasib  şərait 

yaradıldı,  12  illik  müqavilə  imzalandı.  2002-ci  ilin  aprelindən  Azərbaycan  kənd 

təsərrüfatı  məhsulları  Rusiya  bazarlarına  sadələşdirilmiş  yolla,  tez  çatdırılmağa 

başlandı. 2002-ci il sentyabrın 23-də Azərbaycan və Rusiya prezidentləri Kremlin 

"Şərəf  salonu"nda  "Rusiya  Federasiyası  və  Azərbaycan  Respublikası  arasında 

Xəzər  dənizi  dibinin  həmhüdud  sahələrinin  bölgüsü  haqqında  saziş"  imzaladılar. 

İki ölkənin təhsil nazirləri hökumətlərarası təhsil haqqında sənədlərin, namizədlik 

və  doktorluq  diplomlarının  tanınması  haqqında  sazişlər  imzaladılar.  İqtisadi 

xarakterli  başqa  müqavilələr  bağlandı.  Azərbaycan-Rusiya  əlaqələrinin  bütün 

sahələrini daha da inkişaf etdirmək üçün imkanlar genişləndi.

117

 

İri  dövlətlərin  təzyiqinə,  imperiya  siyasətinə  qarşı  məharətlə  apardığı 



müstəqillik, "açıq qapı" siyasəti sayəsində Azərbaycan bölgədə, beynəlxalq aləmdə 

nüfuzlu  dövlətə  çevrilirdi.  O,  öz  mənafelərini  dünyada  nüfuz  sahibi,  Cənubi 

Qafqazda marağı olan dövlətlərin, xüsusən ABŞ və onun müttəfiqlərinin maraqları 

ilə  uzlaşdırırdı.  ABŞ-Azərbaycan  münasibətləri  strateji  partnyorluq  mərhələsinə 

yüksəlmişdi.  Azərbaycan-ABŞ  əlaqələrinin  inkişaf  etməsinə  Xəzər  dənizi  enerji 

ehtiyatlarının  mənimsənilməsi,  neft,  qaz  hasilatı  və  nəqlində  ABŞ  şirkətlərinin 

geniş  iştirakı  əhəmiyyətli  təkan  verirdi.

118 


Azərbaycan  ABŞ  kimi  fövqəldövlətin 

sabit, münaqişəsiz görmək istədiyi Qafqaz bölgəsində əsas siyasi, iqtisadi tərəfdaşı 

oldu.  "Arzu  olunan  dövlət"lər  qrupuna  daxil  edildi.  1997-ci  il  iyulun  27-dən 

avqustun 7-dək Prezident Heydər Əliyev ABŞ prezidenti Bill Klintonun  dəvəti ilə 

ABŞ-da ilk rəsmi səfərdə oldu, böyük hörmət və ehtiramla qarşılandı. Avqustun 1-

də  Ağ  Evdə  iki  ölkə  arasındakı  münasibətlərin  əsas  prinsip  və  istiqamətlərini 

müəyyən  edən  sənəd  -  "Amerika-Azərbaycan  münasibətləri  haqqında" 

prezidentlərin birgə bəyanatı imzalandı.

119

 

Hökumət  dairələrində  "Azadlığa  Dəstək  Aktı"na  1992-ci  il  907  saylı 



əlavənin  ləğv  edilməsinə  tərəfdarlar  çoxaldı.  Azərbaycana  dövlət  səviyyəsində 

kömək  göstərmək  üçün  yollar  axtarılıb  tapıldı.  ABŞ  administrasiyası  Konqresə 

müraciət  edərək  2002-ci  ildə  Azərbaycana  yardımın  46  faiz  artırılmasını, 

Ermənistana verilən yardımın isə 22 faiz azaldılmasını təklif etdi.

120

 


280 

 

2001-ci  il  sentyabrın  11-də  Nyu-York  və  Vaşinqton  şəhərlərində  dəhşətli 



terror  hadisələri  törədilməsinə  cavab  olaraq  ABŞ  beynəlxalq  terrorizmə  qarşı 

mübarizə  elan  edərkən  Azərbaycan  Respublikası  onunla  bir  mövqedə  olduğunu 

birincilər  sırasında  bəyan  etdi,  öz  ərazisindən  ABŞ  silahlı  qüvvələrinin  istifadəsi 

üçün  imkanlar  yaratdı.  Oktyabr  ayının  sonlarında  ABŞ  senatı  907-ci  əlavəni 

müvəqqəti  olaraq  dayandırmaq  üçün  prezidentə  səlahiyyət  verdi.  ABŞ  prezidenti 

2002-ci  il  yanvarın  28-də,  növbəti  dəfə  2003-cü  il  yanvarın  17-də  bu  səlahiyyəti 

reallaşdırdı.

121


 

Az  sonra  ABŞ  Azərbaycana  silah  satışına  qoyulmuş  qadağanı  aradan 

qaldırdı. Təhlükəsizlik tədbirlərində Azərbaycana kömək etməyə başladı.

122


 

Azərbaycan  Respublikası  və  ABŞ  arasında  münasibətlərin  daha  da 

yaxınlaşmasında 2002-ci ilin oktyabr ayında millət vəkili, ARDNŞ-in birinci vitse-

prezidenti  İlham  Əliyevin  ABŞ-ın  vitse-prezidenti  Riçard  Çeyni,  dövlət  katibinin 

birinci müavini Riçard Armitac, ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri 

üzrə  müşavirinin  müavini  Stiven  Hedi,  müdafiə,  energetika,  maliyyə,  ticarət 

nazirliklərinin,  habelə  Beynəlxalq  Valyuta  Fondunun,  Dünya  Bankının  rəhbərləri 

ilə  görüşü  və  əməkdaşlığı  genişləndirmək  üçün

 

səyləri  daha  da  artırmağın 



vacibliyinə  dair  fikir  mübadiləsi,  Con  Hopkins  Universitetinin  Mərkəzi  Asiya  və 

Qafqaz  Araşdırmaları  İnstitutunda  "Cənubi  Qafqaz  və  Xəzər  bölgəsi:  Bakıdan 

baxış" mövzusunda çıxışı, Zbiqnev Bjezinski, Madlen Olbrayt, Vrent Skoutroft və 

b.  görkəmli  siyasətçilərlə  görüşü  mühüm  əhəmiyyət  kəsb  etdi.

123

  V.Skoutroft  bu 



görüşdən  sonra  demişdi:  "...Mən  Azərbaycanın  gələcəyinə  nikbin  baxıram.  İlham 

Əliyev bizə güclü siyasətçi təsiri bağışlayır".

124

 

Prezident  Heydər  Əliyev  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ 



münaqişəsinin mümkün qədər qan tökülmədən, qırğın və dağıntılara yol vermədən, 

dinc  vasitələrlə  həll  etmək  xətti  götürdü.  O,  Avropada  Təhlükəsizlik  və 

Əməkdaşlıq  Təşkilatı  (ATƏT  -  1994-cü  il  Budapeşt  sammitindən  sonra  ATƏM 

belə  adlanır)  Minsk  qrupunun  fəaliyyətinin  xeyli  canlanmasına,  ona  nəzarət  edən 

və  üzv  dövlətlərin  münaqişənin  həllinə  və  regionda  sabitlik  yaradılmasına 

marağının  artmasına  nail  oldu.  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ 

münaqişəsi Heydər Əliyevin bütün ölkələrin dövlət başçıları ilə görüşlərində əsas 

mövzulardan biri olmuşdu. 1993-2000-ci illərdə Heydər Əliyev bu məsələni ABŞ 

rəhbərliyi  ilə  18,  Fransa  rəhbərliyi  ilə  16,  Rusiya  rəhbərliyi  ilə  28,  Türkiyə 

rəhbərliyi ilə 78 dəfə müzakirə etmiş, problemin həlli yollarını araşdırmışdı. BMT-

dəki  çıxışlarında,  NATO-nun,  İslam  Konfransı  Təşkilatının,  Türkdilli  dövlət 

başçılarının  sammitlərində,  MDB  dövlət  başçılarının,  demək  olar  ki,  bütün 

görüşlərində  Heydər  Əliyev  bu  məsələyə  toxunmuş,  onun  həllinin  regionda  və 

dünyada  siyasi,  iqtisadi,  beynəlxalq  münasibətlərin  inkişafına  geniş  imkanlar 

açacağını vurğulamışdı.

125 


Bütün bu fəaliyyətin nəticəsi olaraq dünya ictimaiyyəti 

281 

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyətini anlaya 



bildi.  2001-ci  il  sentyabrın  ortalarında  Ermənistanda  olmuş  Avropa  Şurasının 

Parlament  Assambleyasının  sədri  Lord  Rossel  Conston  açıqca  bildirmişdi: 

"Beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşıb ki, Ermənistan Dağlıq Qarabağı 

işğal edib".

126

 

Prezident  Heydər  Əliyev  bu  illərdə  ATƏT  rəhbərliyi  və  onun  Minsk 



qrupunun  təmsilçiləri  ilə  130-dan  çox  görüş  keçirdi.

127 


ATƏT-in  1994-cü  ilin 

dekabrında  Budapeşt,  habelə  1996-cı  ilin  dekabrında  Lissabon  sammitləri  Dağlıq 

Qarabağ  münaqişəsinin  Minsk  qrupu  vasitəsilə  ədalətli,  beynəlxalq  prinsiplərə 

əsaslanaraq  həllinin  vacibliyini  təsdiq  etdi.  Budapeşt  sammiti  Heydər  Əliyevin 

təşəbbüsü  ilə  Azərbaycan  və  Ermənistan  arasında  gələcəkdə  bağlanacaq  sazişdən 

sonra  regiona  daxil  olub,  silahlı  münaqişənin  nəticələrini  aradan  qaldıracaq 

çoxmilli beynəlxalq qüvvələr yaradılacağı haqqında qərar qəbul etdi. Minsk qrupu 

həmsədrləri təsisatı yaradıldı. Bu, vasitəçilərin fəaliyyətində əlaqəsizliyi, paralelliyi 

aradan  qaldırdı.

128


  Burada  iki  il  sonra  keçirilmiş  Lissabon  sammitində  Prezident 

Heydər Əliyevin siyasi uzaqgörənliyi və iradəsi sayəsində Azərbaycanın mövqeyi 

dünyanın  53  dövləti  tərəfindən  tanındı  və  müdafiə  olundu.  Sammitin  yekun 

qərarının  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin  həllolunma 

prinsipləri haqqında təklif edilən bəndinə Ermənistan prezidenti razı olmadığı üçün 

Heydər Əliyev zirvə toplantısı iştirakçılarının bu məsələ ilə bağlı münasibətlərinin 

ifadəsi  olan  bir  sənəd  qəbul  etdirmək  məqsədilə  yalnız  yekdilliklə  qəbul  oluna 

biləcək Yekun Aktına  bütövlükdə  imza atmaqdan imtina  etdi.  Nəticədə  ATƏT-in 

fəaliyyətdə  olan  sədrinin  54  üzv  dövlətdən  53-ü  (Ermənistan  etiraz  etmişdi),  o 

cümlədən ABŞ, Rusiya, Fransa və b. adından verdiyi və zirvə toplantısının rəsmi 

sənədi  elan  olunmuş  bəyanat  qəbul  olundu.  Bu  sənəddə  Ermənistan-Azərbaycan 

Dağlıq  Qarabağ  münaqişəsinin  sülh  yolu  ilə  həll  olunması  üçün,  birinci, 

Azərbaycanın  və  Ermənistanın  ərazi  bütövlüyünün  qarşılıqlı  şəkildə  tanınması, 

ikinci,  Dağlıq  Qarabağa  Azərbaycan  Respublikası  tərkibində  yüksək  dərəcəli 

özünüidarə  statusu  -  muxtariyyət  hüququ  verilməsi,  üçüncü,  Dağlıq  Qarabağın 

bütün  əhalisinə  -  ermənilərə  və  azərbaycanlılara  təhlükəsizlik  təminatı  verilməsi 

kimi  üç  mühüm  prinsip  irəli  sürüldü.

129


  İkinci  prinsip  təcavüzə  məruz  qalmış 

Azərbaycan  üçün  məqbul  olmasa  da,  münaqişəni  aradan  qaldırmaq  naminə  buna 

razılıq verilmişdi.

 

Lissabon  sammitindən  sonra  Minsk  qrupuna  üç  dövlət  -  ABŞ,  Rusiya  və 



Fransa  həmsədrlik  etməyə  başladı.  Minsk  qrupunun  fəaliyyəti  nisbətən  fəallaşdı. 

Həmsədrlər tərəfindən 1997-ci il iyun ayının 11-də "Dağlıq Qarabağ münaqişəsinin 

aradan  qaldırılmasına  dair  hərtərəfli  saziş"  adlı  layihə  təklif  edildi.  Bu,  dəqiq 

öhdəliklər  ehtiva  edən  hüquqi  sənəddən  daha  çox  gələcək  danışıqların  əsas 

istiqamət  və  tezislərini  əks  etdirən  ümumi  bəyannamə  idi.  Burada  bir  paketdə 


282 

 

birləşdirilmiş  iki  qrup  məsələnin  həlli  nəzərdə  tutulurdu:  Birinci,  silahlı 



münaqişənin 

dayandırılması. 

İkinci, 

Dağlıq 


Qarabağın 

statusunun 

müəyyənləşdirilməsi.  Bu  sənəddə  Azərbaycanı  təmin  etməyən  bir  sıra  ciddi 

məsələlər  vardı.  Sənəd  BMT-nin  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  məlum 

qətnamələrinə  əsaslanmır  və  hüquqi  baxımdan  icbari  xarakter  daşımırdı.  İşğal 

olunmuş  ərazilərin  boşaldılması  ilə  status  məsələsinin  əlaqəli  baxılması,  dəqiq 

mexanizmin  və  konkret  zaman  çərçivəsinin  göstərilməməsi,  bir  çox  problemlərin 

"daimi qarışıq komissiya"ların öhdəsinə buraxılması əslində  münaqişənin həllinin 

illərlə  uzadılmasına  gətirib  çıxaracaqdı.  İkinci  hissədə  verilən  təkliflər  də  Dağlıq 

Qarabağın  Azərbaycan  tərkibində  özünüidarə  statusu  konsepsiyası  ilə  uzlaşmırdı. 

Azərbaycan tərəfi bu və bir çox başqa dolaşıq məsələlərə aydınlıq gətirilməsi üçün 

həmsədrlərə  müraciət  etmişdi.  Bununla  belə,  taktiki  mülahizələrlə  danışıqlar 

prosesinə  başlamaq  və  Ermənistanın  mövqelərini  ümumi  şəkildə  də  olsa 

müəyyənləşdirmək  üçün  Azərbaycan  tərəfi  "paket  təklifi"  qəbul  etdi.

130

  Lakin 


Ermənistan  Azərbaycanın  ərazi  bütövlüyünü  tanımaq  istəmədiyinə  görə,  habelə 

Minsk  konfransı  çağırılmamış  ilkin  mərhələdə  Dağlıq  Qarabağın  statusunu 

müəyyənləşdirməyin yolverilməzliyini bəhanə gətirib bu sənədi

 

qəbul etmədi.



131

 

1997-ci  il  sentyabrın  19-da  həmsədrlər  "Dağlıq  Qarabağ  silahlı 



münaqişəsinin  dayandırılması  haqqında  saziş"  adlı  ikinci  layihə  təklif  etdilər.  Bu 

sənəd  münaqişəni  mərhələlərlə  aradan  qaldırmağı  nəzərdə  tuturdu.  Birinci 

mərhələdə  Laçın  rayonu  istisna  olunmaqla  Dağlıq  Qarabağın  inzibati 

hüdudlarından kənardakı altı işğal edilmiş rayonun azad olunması, ATƏT-in sülhü 

qorumağa  yönəldilmiş  əməliyyatının  həyata  keçirilməsi,  qaçqınların  azad  edilmiş 

ərazilərə  qaytarılması,  habelə  Ermənistanın  və  Dağlıq  Qarabağın  həyat  fəaliyyəti 

üçün  zəruri  olan  kommunikasiya  vasitələrinin  bərpa  edilməsi  nəzərdə  tutulurdu. 

İkinci  mərhələdə  tərəflər  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  kimi  Dağlıq 

Qarabağın  statusunu  müəyyənləşdirməklə  və  onun  təhlükəsizliyi  üçün  tədbirlər 

görməklə,  habelə  Laçın,  Şuşa  və  keçmiş  Şaumyan  rayonları  ilə  bağlı  məsələləri 

nizama  salmaqla  məşğul  olmalı  idilər.  Həm  də  bu  zaman  hər  bir  bəndin  həyata 

keçirilməsinin  dəqiq  mexanizmi  və  konkret  zaman  çərçivəsi,  prinsipləri  pozan 

tərəflərə  qarşı  sanksiyalar müəyyənləşdirilmişdi.

132


  Bu sənəddə Dağlıq Qarabağın 

azərbaycanlı  əhalisi,  "Laçın  dəhlizi"  və  s.  ilə  bağlı  Azərbaycanı  qane  etməyən 

çoxlu  maddə  vardı.  Lakin  bütün

 

bunlara  baxmayaraq,  Azərbaycan  1997-ci  il 



oktyabrın  1-də  "mərhələli  həll"  təklifinin  danışıqlara  başlamaq  üçün  əsas  kimi 

qəbul  olunmasına  razılığını  bildirdi.

133

  Ermənistan  prezidenti  L.Ter-Petrosyan  da 



buna müsbət münasibətini açıqladı. Buna səbəb Ermənistanın və Dağlıq Qarabağın 

son dərəcə  ağır iqtisadi durumu, dəyişən beynəlxalq iqtisadi və  siyasi  maraqların 

Ermənistan  rəhbərliyi  tərəfindən  dərk  edilməsi  idi.

134


  1997-ci  il  oktyabrın  10-da 

Strasburqda  Azərbaycan  və  Ermənistan  prezidentləri  həmsədrlərin  1997-ci  il  19 



283 

 

sentyabr tarixli təklifləri əsasında danışıqları davam etdirməyə razılıq verdiklərini 



bildirdilər.

135


  Lakin  Ermənistan  prezidentinin  danışıqları  davam  etdirmək  fikri 

qondarma  "DQR"  liderləri  tərəfindən  kəskin  etirazla  qarşılandı.  Oktyabrın  26-da 

"DQR"  adlanan  qondarma  qurumun  "prezidenti"  Qukasyan  "mərhələli  həll" 

təklifinin  qəbuledilməz  olduğunu  bəyan  etdi.  Sonrakı  çıxışlarında  qondarma 

"prezident"  nizamlamanın  erməni  sxeminin  konturlarını  açıqladı:  Laçın,  Şuşa 

istisna  olmaqla,  başqa  işğal  edilmiş  ərazilər  hesabına  Dağlıq  Qarabağın 

Azərbaycandan şaquli asılılığı olmayan statusu əldə edilsin.

136


 Ermənilərin nazı ilə 

oynayan  ATƏT-in  Minsk  qrupunun  həmsədrləri  dekabrın  2-də  "mərhələli  həll" 

təklifinin yenidən işlənmiş, "DQR"-in münaqişə tərəfi kimi tanınmasını təklif edən 

maddə  əlavə  olunmuş  variantını  təqdim  etdi.  Təbii,  Azərbaycan  bu  variantla 

razılaşmadı  və  danışıqların  əvvəlki  variant  üzrə  aparılmasının  mümkün  olduğunu 

bildirdi.

137

 

1998-ci il yanvarın 7-8-də Ermənistan Respublikası Təhlükəsizlik Şurasının 



iclasında  L.Ter-Petrosyanın  mövqeyi  kəskin  tənqid  edildi.  Fevralın  3-də  o,  istefa 

verməyə  məcbur  oldu.  Ermənistanın  yeni  rəhbərliyinin  radikal  mövqeyi 

danışıqların bu təməl üzərində davam etdirilməsi imkanlarını puça çıxardı.

138


 

Uzun sürən fasilədən sonra həmsədrlər 1998-ci il noyabr ayının 9-da əsasən 

rusiyalı həmsədrin fəal iştirakı ilə hazırlanmış yeni, sayca üçüncü -"Ümumi dövlət" 

adlanan  təklifi  təqdim  etdilər.  Bu  təklif  də  birinci  təklif  kimi  paket  xarakteri 

daşıyırdı,  ATƏT-in  Budapeşt  və  Lissabon  sammitlərinin  münaqişənin  mərhələli 

həllini  əsas  götürən  qərarlarına  zidd  idi.  Dağlıq  Qarabağın  statusunun  qəbul 

edilməsi  silahlı  qarşıdurmanın  dayandırılmasından  daha  əvvəl  nəzərdə  tutulurdu. 

Bundan başqa, ortaya atılmış "ümumi dövlət" modelinin heç bir beynəlxalq hüquqi 

bazası yox idi. Əslində Dağlıq Qarabağ

 m

üvafiq atributları olan respublika şəklində 



dövlət,  ərazi  qurumuna  çevrilir,  "ümumi  dövlət"  çərçivəsində  ona  Azərbaycanla 

bərabər-subyektlilik  verilirdi.  Azərbaycan  öz  sərhədləri  daxilində  suveren 

hüquqlarını  gerçəkləşdirmək  imkanından  faktiki  olaraq  məhrum  olurdu. 

Azərbaycan  özünə  qarşı  bu  alçaldıcı  təklifdən  qəti  imtina  etdi.

139

  Bundan  sonra 



Ermənistan  münaqişənin  həllində  Azərbaycanı  qeyri-konstruktiv  mövqe  tutmaqda 

təqsirləndirməyə başladı.

 

Prezident  Heydər  Əliyev  1999-cu  ilin  əvvəllərində  Minsk  qrupu 



həmsədrlərinə prosesi canlandırmaq təklifi ilə müraciət etdi. Hər üç dövlət başçısı 

münaqişənin  ATƏT  prinsipləri  əsasında  aradan  qaldırılması  üçün  yollar 

axtarılmasında maraqlı olduqlarını bildirdilər. Həmin ilin aprel ayında Vaşinqtonda 

ABŞ  prezidenti  və  dövlət  katibinin  təklifi  ilə  Azərbaycan  və  Ermənistan 

prezidentlərinin birbaşa dialoqu-münaqişənin nizama salınması danışıqlarında yeni 

format  yarandı.  Prezidentlər  bir  neçə  dəfə  görüşüb  məsələni  müzakirə  etdilər. 

1999-cu  ilin  oktyabr  ayında  mövqeləri  xeyli  yaxınlaşdırmaq  mümkün  oldu.

140


 

284 

 

Lakin  1999-cu  il  oktyabrın  27-də  Ermənistan  parlamentindəki  terror  hadisəsindən 



sonra  prezident  Koçaryan,  kiçik  də  olsa,  əldə  edilmiş  müəyyən  razılaşmalardan 

imtina etdi.

141

 

Havadarlarına  arxalanaraq  müharibəyə  girişmiş  Ermənistanın  iqtisadi  və 



mənəvi durumu gündən-günə ağırlaşırdı. Ölkəni 1,5 milyondan çox insan tərk edib 

getmişdi.  Vaxtın  Ermənistanın  əleyhinə  işlədiyini  görən  havadarlar  bir  qədər 

fəallaşdılar.  2001-ci  ilin  yanvarında  Parisdə  Azərbaycan  və  Ermənistan 

prezidentlərinin  növbəti  görüşü  oldu.  Həmsədr  ölkələrin  rəhbərləri  tərəflərə 

münasibətdə yenə də ikili standartlardan çıxış edərək Azərbaycanı "yazıq", "kasıb", 

"iqtisadiyyatı  ağır  vəziyyətdə  olan"  Ermənistana  güzəştə  getməyə

 

təhrik 


edirdilər.

142


 

2001-ci  il  fevralın  23-də  Azərbaycan  Respublikası  Milli  Məclisi 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması 

prosesinə  aid  məsələni  müzakirə  etdi.  İki  gün  əvvəl  -  fevralın  21-də  rəsmi 

qəzetlərdə  ATƏT-in  təklif  etdiyi  hər  üç  layihə  çap  olunub  ictimaiyyətə 

çatdırılmışdı.

143

  Müzakirəyə  bütün  siyasi  partiyalar,  təklifləri  olan  şəxslər  dəvət 



olunmuşdular.  İclasda  Prezident  Heydər  Əliyev  və  xarici  işlər  naziri  təklifləri, 

mövcud  vəziyyəti  əhatəli  təhlil  etdilər.  Müzakirələr  göstərdi  ki,  Azərbaycan 

cəmiyyətinin  münaqişənin  həlli  üçün  güzəşt  imkanları  tükənmişdir.

 

Bu  fikir 



Azərbaycan  ziyalılarının  2001-ci  il  mayın  30-da  yaydıqları  bəyanatda  daha  açıq 

ifadə olunurdu: "Biz sülh tərəfdarıyıq, müharibə başlanmasının, qan tökülməsinin 

əleyhinəyik,  amma  sülhdən  daha  vacib  vətənimizin  əzəli  torpaqlarının 

qaytarılmasıdır.  Lazım  gələrsə,  bu  yolda  BMT  Nizamnaməsinə  uyğun  olaraq 

təcavüzkara qarşı güc tətbiq edilməsi də istisna olunmamalıdır".

144


 

Azərbaycan  və  Ermənistan  prezidentlərinin  yeni  formatda-Minsk  qrupu 

həmsədrlərinin iştirakı ilə 4-6 mart Paris (Fransa), 3 aprel 2001-ci il Ki-Uest (ABŞ) 

görüşləri, bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın mövqelərinin dəyişməzliyini 

nümayiş etdirdi.

145


 

Heydər  Əliyev  həmsədrlərin  və  bu  münaqişənin  həllində  öz  prinsiplərini 

tam  müdafiə  etməyib,  ikili  siyasət  yeridən  beynəlxalq  təşkilatların  "reallıqla 

razılaşmaq  lazımdır"  tövsiyəsini

146

  qəti  rədd  etdi.  Yaltada  GUÖAM  dövlət 



başçılarının sammitində həmsədrlərin problemin həllindən  boyun qaçırmaqla, onu 

münaqişə  edən  tərəflərin  öhdəsinə  buraxmaqla  ciddi  səhvə  yol  verdikləri, 

beynəlxalq  hüquq  normalarını  və  prinsiplərini  təhlükə  altında  qoyduqları  tənqid 

edildi. 


Jurnalistlərlə  görüşündə  Azərbaycan  Prezidenti  "müharibə  variantı"nın 

istisna  olunmadığını  bildirmişdi.

147

  AATŞ-ın  üzvü  olan  ölkələrin  dövlət  və 



hökumət başçılarının 2002-ci il noyabrın 22-də Praqada keçirilmiş zirvə görüşündə 

Prezident  Heydər  Əliyev  demişdir:  "Nə  qədər  ki  gec  deyil,  dünya  birliyi 



285 

 

beynəlxalq  hüququn  norma  və  prinsiplərinə  uyğun  olaraq,  Azərbaycanın 



suverenliyinin  və  ərazi  bütövlüyünün  tam  bərpa  olunması  əsasında  münaqişənin 

sülh yolu ilə tənzimlənməsi üçün əlindən gələni etməlidir".

148

 

Azərbaycanın mövqeyinin dəyişməzliyinə səbəb Heydər Əliyevin rəhbərliyi 



altında  uğurla  həyata  keçirilən  daxili  və  xarici  siyasət,  ölkənin  iqtisadiyyatının 

sürətli  inkişaf  yoluna  düşməsi,  milli  ordu  quruculuğu  sahəsində  irəliləmələr, 

regionla  bağlı  məsələlərin  həllində  iri  dövlətlərin  onunla  hesablaşmağa  məcbur 

olması idi. 

 

 

 


Yüklə 17,94 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin