Vii L e m I l L


Prezident  Heydər  Əliyevin  təĢəbbüsü  ilə  1998-ci  il  sentyabrın  7-8-də



Yüklə 17,94 Mb.
Pdf görüntüsü
səhifə25/40
tarix03.02.2017
ölçüsü17,94 Mb.
#7304
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

Prezident  Heydər  Əliyevin  təĢəbbüsü  ilə  1998-ci  il  sentyabrın  7-8-də 

Bakıda  "Böyük  Ġpək  Yolu"  Beynəlxalq  konfransı  keçirildi.  Dünyanın  32 

ölkəsinin  və  beynəlxalq  təşkilatının  təmsil  olunduğu  bu  konfransda  "Bakı 

Bəyannaməsi"  qəbul  edildi,  Yeni  İpək  Yolunun  tranzit  ölkələr  üçün  son  dərəcə 

faydalı olacağı bildirildi, Böyük İpək Yolunun mənzil qərargahı yaradıldı və onun 

Bakıda yerləşməsi qərara alındı.

87

 



Yeni  nəqliyyat  yolu  ilə  Azərbaycandan  1996-cı  ildə  345  min,  2002-ci  ildə 

isə  artıq  33  milyon  tondan  çox  yük  daşınmışdı.  Qazaxıstanın  Tengiz  yatağından 

çıxarılan neft tankerlərlə  Bakıya  gətirilir,  Azərbaycan  və  Gürcüstan dəmir  yolları 

vasitəsilə  Avropaya  ixrac olunurdu.  1998-ci  ilin  yanvar ayında  Bakı  yaxınlığında 

Orta  Asiya  neftinin  Xəzər  dənizi,  Azərbaycan  və  Gürcüstan  əraziləri  vasitəsilə 

Qara  dənizin  Batumi  limanına  çatdırılması  üçün  nefti  tankerlərdən  dəmiryol 

sisternlərinə yükləməyə imkan verən Dübəndi terminalı istifadəyə verildi.

88

 2002-



ci  ilin  dekabr  ayında  Qazaxıstan  neftinin  Bakı-Tbilisi-Ceyhan  kəməri  ilə  ixrac 

edilməsi  barədə  razılıq  əldə  olundu.  Aktau-Bakı-Tbilisi-Ceyhan  enerji  nəqliyyat 

dəhlizinin təməli qoyuldu.

89

 



311 

 

Bakı  Beynəlxalq  Dəniz  Limanı  Yeni  İpək  Yolunda  baş  körpüyə  çevrildi. 



Bərə keçidi dünya standartlarına uyğun şəkildə yenidən quruldu.

90

 Xəzər Nəqliyyat 



Donanmasında yük tutumu 320 min ton olan 69 gəmi, o cümlədən 34 tanker və 27 

quru yük, 8 sərnişin gəmisi və bir bərə-gəmi vardı.

91

 

Azərbaycanı  nəqliyyat  blokadasına  almaq  və  ona  təsir  göstərmək  cəhdləri 



baş  tutmadı.  1997-ci  ilin  martında  Rusiya  Federasiyası  Azərbaycanla  sərhəddəki 

məhdudiyyətləri götürdü, şose, dəmir və  su  yollarını açdı. Üçillik fasilədən sonra 

1997-ci  ilin  may  ayında  Bakı-Moskva,  Bakı-Kiyev,  Bakı-Mahaçqala,  Bakı-

Həştərxan  qatarları  yenidən  işləməyə  başladı.  Bakı-Poti  limanı  arasında  etibarlı 

dəmiryol əlaqəsi yaradıldı.

92

 



2001-ci  ilin  ortalarında  Rusiya  Federasiyası  "Şimal-Cənub"  nəqliyyat 

dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdü.

93

 

Ġqtisadiyyatda  struktur  dəyiĢiklikləri.  Ölkənin  iqtisadiyyatında  struktur 



dəyişiklikləri getdikcə dərinləşirdi. Onun başlıca istiqamətləri dövlət mülkiyyətinin 

özəlləşdirilməsi,  aqrar  islahatların  həyata  keçirilməsi  və  sahibkarlığın  inkişaf 

etdirilməsi  idi.  1995-ci  il  sentyabrın  29-da  Qanunla  təsdiqlənmiş  "Azərbaycan 

Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət 

Proqramı",  "Sahibkarlıq  fəaliyyəti  haqqında",  "Müəssisələr  haqqında",  "Səhmdar 

cəmiyyətləri  haqqında",  "Auditor  xidməti  haqqında"  qanunlar,  "Dövlət 

müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi haqqında Əsasnamə" və başqa 

mühüm hüquqi aktlar qəbul edilmişdi. Sahibkarlığın inkişafı üçün Milli Fond təsis 

olunmuşdu.  "Antiinhisar  Siyasəti  və  Sahibkarlığa  Kömək  Komitəsi",  yerlərdə 

sahibkarlığı  inkişaf  mərkəzləri,  "Kiçik  və  Orta  Sahibkarlığı  İnkişaf  Agentliyi", 

"Xarici  İnvestisiyalar  Mərkəzi",  "İqtisadi  və  Biznes  İnformasiya  Mərkəzi" 

"Azərbaycan  Respublikası  Auditorlar  Palatası"  yaradılmışdı.  Bu  təşkilatlar 

sahibkarların  investisiya  layihələrini  ekspertiza  edir,  onların  həyata  keçirilməsi 

üçün  maliyyə  yardımı  göstərirdilər. Sahibkarlar üçün  müxtəlif kurs  və  seminarlar 

təşkil olunurdu.

94

 



Vətəndaşların  xarici  banklarda  saxlanılan  pullarının  Azərbaycanda 

investisiya qoyuluşuna cəlb edilməsi üçün 1995-ci ilin iyul ayında qəbul olunmuş 

Qanuna  əsasən  qoyulan  vəsaitin  mənbəyi  haqqında  məcburi  təlimat  alınması 

qadağan  edildi.

95

  Prezident  1996-cı  il  iyunun  17-də  və  1999-cu  il  yanvarın  7-də 



sahibkarların hüquqlarını müdafiə edən, onların fəaliyyətinə yersiz müdaxilənin və 

əsassız yoxlamaların qarşısını alan fərmanlar verdi.

96

 

Prezident 1996-cı ilin avqustunda sahibkarların nümayəndələri ilə görüşdü, 



vəziyyət müzakirə edildi. Onun 2002-ci il aprel ayının 25-də yerli, may ayının 14-

də isə respublikada fəaliyyət göstərən xarici sahibkarlarla görüşü zamanı bu sahədə 

hələ  də  mövcud  olan  nöqsanlar,  maneələr  əhatəli  araşdırıldı  və  az  sonra  dövlət 

məmurları  ilə  xüsusi  müşavirədə  bu  sahədə  müvafiq  tədbirlər  müəyyənləşdirildi. 



312 

 

2002-ci il avqustun 27-də Prezidentin sərəncamı ilə Prezident yanında Sahibkarlar 



Şurası  yaradıldı.  Prezident  Fərmanı  ilə  "Azərbaycan  Respublikası  Sahibkarlığa 

Kömək Milli Fondu haqqında Əsasnamə" təsdiq olundu.

97

 

"Azərbaycan  Respublikasında  kiçik  və  orta  sahibkarlığa  dövlət  köməyi 



Proqramı  (1997-2000-ci  illər)"  hazırlandı  və  qəbul  olundu.  2002-ci  ilin  yayında 

"Azərbaycan  Respublikasında  kiçik  və  orta  sahibkarlığın  inkişafının  Dövlət 

Proqramı  (2002-2005-ci  illər)"  təsdiq  edildi.

98

  Müəssisələrin  dövlət  qeydiyyatı  işi 



sadələşdirildi, zonalar üzrə qeydiyyat mərkəzləri yaradıldı.

99

 



2002-ci ilin sentyabr ayında  Prezidentin Fərmanı ilə lisenziya tələb olunan 

fəaliyyət növlərinin sayı 240-dan 30-a endirildi və lisenziyaların fəaliyyət müddəti 

5  ilə  qaldırıldı.

100


  2002-ci  il  sentyabrın  10-da  Azərbaycan  Prezidentinin 

sahibkarlığın  inkişafı  üçün  əlverişli  iqtisadi  və  hüquqi  şərait  yaratmaq  məqsədilə 

"Azərbaycan  Respublikasında  sahibkarlığın  inkişafına  dövlət  himayəsi  sahəsində 

əlavə  tədbirlər  haqqında"  fərmanı  verildi.

101

  Həmin  il  sentyabrın  28-də 



"Sahibkarlığın  inkişafına  mane  olan  müdaxilələrin  qarşısının  alınması  haqqında" 

Prezident  Fərmanı  imzalandı.  Hüquq-mühafizə  orqanlarının  (məhkəmədən  başqa) 

sahibkarlıq  subyektlərinə  müdaxilələri  qadağan  edildi.  DİN-in  İqtisadiyyatda 

Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv olundu.

102

 

Kiçik  və  orta  sahibkarlığın  inkişafına  kömək  üçün  dövlət  qarşıdakı  üç  ilə 



250 milyard manat vəsait ayırdı.

103


 Bu məqsədlə 2002-ci ilin oktyabr ayında Dünya 

Bankının  Maliyyə  Korporasiyası,  Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı,  Qara 

dəniz  Ticarət  və  İnkişaf  Bankı  və  s.  maliyyə  qurumları  birlikdə  Azərbaycan 

Mikromaliyyə Bankı təşkil etdilər.

104

 

İşgüzar  adamların  fəaliyyətini  tənzimləmək,  onlara  istiqamət,  proqnozlar 



vermək  məqsədilə  Azərbaycanda  və  qabaqcıl  xarici  ölkələrdə  qarşılıqlı  ticarət  və 

sənaye  palataları  və  başqa  təşkilatlar  yaradılmışdı.  "Amerika-Azərbaycan  Ticarət 

Palatası",  "Azərbaycan-İran  Birgə  İqtisadi,  Texniki,  Elmi  və  Humanitar 

Komissiyası",  "Türkiyə-Azərbaycan  Müştərək  İqtisadi  Komissiyası"  təşkil 

olunmuşdu.

105


 

Respublikada  sahibkarlığın  inkişafına  beynəlxalq  iqtisadi  təşkilatlar  da 

köməklik göstərirdilər. BMT-nin İnkişaf Proqramı sənaye komplekslərinin inkişafı, 

yoxsulluğun aradan qaldırılması, qaçqın və köçkünlərin yerləşdirilməsi, işlə təmin 

olunması, həyat səviyyəsinin yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və 

başqa  layihələrin  hazırlanması  və  maliyyələşdirilməsində  iştirak  edirdi.  Avropa 

Birliyi  İqtisadi  Komissiyası  TASİS  Texniki  Yardım  Proqramı  respublika 

iqtisadiyyatında  struktur  dəyişiklikləri,  sahibkarlığın  inkişafı,  xüsusən  kənd 

təsərrüfatında  islahatların  aparılmasına  investisiyalar  cəlb  olunması,  Avropa-

Qafqaz-Asiya  ticarət,  nəqliyyat  əlaqələrinin  inkişafına  kömək  üçün  layihələr 

hazırlanmasında  fəal  iştirak  edirdi.  Bu  proqram  dairəsində  KOSİA-SMEDA 


313 

 

təşkilatı,  habelə  "Türk  Sənaye  İş  Adamları  Birliyi",  "Türk  İş  Birliyi  İnkişaf 



Agentliyi" respublikada sahibkarlığın inkişafına yardım göstərirdilər.

106


 

Almaniya  Texniki  Əməkdaşlıq  Təşkilatı  kənd  təsərrüfatını  özəlləşdirmək 

işləri üçün xüsusi layihə hazırlayıb Azərbaycana hədiyyə etmişdi.

107


 

İngiltərənin  "Kayzer"  firması  ilə  Sumqayıt  Əlvan  Metal  İstehsalatı 

Birliyinin müqaviləsi əsasında alüminium zavodu yenidən işə başladı.

108


 İtaliyanın 

"Porçeti  SPA"  firması  ilə  kontrakta  əsasən  natrium  qələvisi  istehsal  edən  müasir 

qurğular  işə  salındı.  Səudiyyə  Ərəbistanı  firması  ilə  aşağı  təzyiqli  polietilen, 

polivinilxlorid  istehsalı  qurğuları  yaradılması,  "Polimer-120"  qurğusunun, 

Yaponiya  firmaları  ilə  etilen-propilen  zavodunda  "EP-300"  qurğusunun  yenidən 

qurulması  və  s.  üçün  başqa  müqavilələr  bağlandı.  İtaliya  firması  ilə  müqaviləyə 

əsasən,  Qaradağda  yeni  şin  zavodu  tikilməsi  planlaşdırıldı.

109


  Suraxanı 

maşınqayırma  zavodunda  ABŞ-ın  "Haylənd"  firması  ilə  müştərək  müəssisə 

yaradıldı  və  dünya  standartlarına  uyğun  nasoslar  istehsal  edildi.  Bakı 

maşınqayırma  zavodunda  ABŞ-ın  "Red-Tul"  firması  ilə  yaradılmış  müştərək 

müəssisədə  müasir  texnologiyalara  cavab  verən  qazma  baltaları,  Avstriya  firması 

ilə birgə qazma qıfılları istehsal olunurdu. Bakı poladtökmə zavodu Türkiyə şirkəti 

ilə müştərək müəssisə  yaradıb tikinti üçün armatur istehsalına başlamışdı.

110


  Bakı 

tütün  kombinatı  ABŞ-ın  "Raynold  Tobakko"  və  Türkiyənin  "Star"  firmaları  ilə 

birgə müəssisə yaradıb istehsalatı modernləşdirmişdi.

111


 

Xarici  investisiya  ilə  Bakıda  qurulmuş  "Evropean  Tobakko-Baku" 

fabrikində  artıq  2000-ci  ildə  20  növ  siqaret  istehsal  olunurdu.  Respublikanın 

müxtəlif  bölgələrində  xarici  investisiyalar  hesabına  5  nümunəvi  kənd  təsərrüfatı 

müəssisəsi  yaradılmağa  başlanmışdı.  Meliorasiya  qurğularının  bərpası və  yenidən 

qurulması üçün xeyli kredit verilmişdi. Türkiyənin "Polsan" şirkəti Azərbaycanda 

"Saro LTD" firması təşkil edərək Şri-Lankadan çay gətirib burada qablaşdırırdı. Bu 

ölkənin  "İntersun"  şirkətlər  qrupu  Bakı  çayçəkmə  fabriki  ilə  müştərək  "Azərsun" 

müəssisəsi  yaratmışdı.  Fabrik  əsaslı  şəkildə  yenidən  qurulmuş,  müasir 

texnologiyalar əsasında  "Məryəm", "Final" və  s.  markalı çaylar istehsal  edilməyə 

başlanmışdı.

113 


Türkiyənin  "Pet  Holdinq"  şirkəti  dəri  fabriki,  fındıq  və  qoz  emalı 

müəssisəsi təşkil etmişdi. Bu şirkət ADNŞ ilə birgə müəssisə yaradaraq Neftçalada 

iki  köhnə  neft  mədənini  işlətməyə  başlamış,  burada  hasilat  xeyli  artmışdı.  İranın 

"Şibarra",  Türkiyənin  "Star"  və  digər  şirkətləri  respublikada  tikinti  işləri 

aparırdılar. Türkiyənin "BMS" sənaye və ticarət şirkəti Bakı avtomobil zavodu ilə 

birgə müəssisə yaradıb avtobus istehsalına başlamışdı.

114

 

İnvestisiya qoyuluşunun artması, iqtisadi struktur dəyişmələri sahibkarlığın 



inkişafına  münasib  imkanlar  açırdı.  1993-cü  ildə  respublikada  cəmi  300,  1997-ci 

ildə isə artıq 60 min özəl müəssisə vardı. Daxili mal dövriyyəsinin 75 faizə qədəri, 

xarici ticarətin 44 faizi bu müəssisələrin payına düşürdü.

115


 

314 

 

Kiçik  dövlət  müəssisələrinin  özəlləşdirilməsi  1997-ci  ilin  martında  artıq 



başa  çatmışdı.  10174  kiçik  müəssisə  özəl  mülkiyyətə,  əsasən,  əmək  kollektivi 

üzvlərinə  satılmışdı.  İri  və  orta  müəssisələrin  özəlləşdirilməsi  səhmdar 

cəmiyyətləri  yaradılması  yolu  ilə  həyata  keçirilirdi.  Belə  sənaye  müəssisələrinin 

səhmləri 1997-ci il martın 1-dən əhaliyə paylanan ümumi mülkiyyət bölgüsündən 

hər  kəsə  düşən  hissənin  ifadəsi  olan  7  milyon  500  mindən  çox  hər  biri  4  çekdən 

ibarət  paya  dəyişdirildi.  1998-ci  ilin  sonlarında  Prezidentin  Fərmanına  əsasən 

müharibə  və  Çernobıl  əlillərinə,  onların  ailələrinə  əlavə  özəlləşdirmə  payları 

verildi.  Özəlləşən  müəssisələrin  göstəriciləri  hərracdan  azı  iki  həftə  qabaq 

mətbuatda  dərc  olunurdu.  Səhmlərin  15  faizi  əmək  kollektivi  üzvlərinə  güzəştlə 

nağd  pula  satılır,  50  faizi  isə  çeklərə  dəyişdirilirdi.  Dövlət  Əmlak  Komitəsi 

çeklərin  hərracı  üçün  Respublika  Hərrac  Mərkəzi  təşkil  etmişdi.  Çekləri  toplayıb 

səmərəli yerləşdirmək, əldə ediləcək dividentləri bölüşdürmək üçün çek investisiya 

fondları yaradılmışdı.

116


 

2002-ci  ilin  oktyabr  ayınadək  36,2  minə  qədər  kiçik  dövlət  müəssisəsi, 

müəssisə obyekti və avadanlığı, o cümlədən 9,5 mindən çox məişət xidməti, 2797 

ticarət, 773 ictimai iaşə müəssisəsi, 552 yanacaqdoldurma məntəqəsi, 570-ə qədər 

çörək ticarəti və çörəkbişirmə obyekti, 700 sənaye, 120 kənd təsərrüfatı müəssisəsi, 

337 tikinti təşkilatı, 181 yarımçıq tikinti, 14,7 mindən çox nəqliyyat müəssisəsi və 

vasitəsi,  119  aptek,  1,3  mindən  çox  qeyri-yaşayış  obyekti  və  s.  özəlləşdirilmişdi. 

1463  orta  və  iri  dövlət  müəssisəsi  səhmdar  cəmiyyətinə  çevrilmişdi.  100  mindən 

çox vətəndaş səhmdar, 140 mindən çox adam əmlak sahibi idi. 331,3 min mənzil-

özəlləşdirilməsi  nəzərdə  tutulan  mənzillərin  52,8  faizə  qədəri  xüsusi  mülkiyyətə 

verilmişdi.

117


 

2002-ci  ilin  əvvəllərinə  qədər  çeklərin  cəmi  təqribən  10  faizi  dövriyyədən 

çıxmışdı. Qalan çeklər qara bazarda əvvəllər 100 dollara, sonralar isə 4 dollardan 

da  ucuz  (təqribən  20  min  manata)  qiymətə  satılmış,  bir  hissəsi  xarici  qrupların 

əlində  toplanmışdı.

118


  Bunu  nəzərə  alaraq  strateji  özəlləşməyə  başlamazdan  əvvəl 

ölkənin  və  vətəndaşların  maraqlarını  qorumaq  üçün  2000-ci  ilin  martında  çek 

dövriyyəsinin  tənzimlənməsinə  istiqamətləndirilmiş  qaydalar  müəyyən  edildi. 

Mövcud  vəziyyətin  öyrənilməsi  və  nəzərə  alınması  üçün  400-dən  çox  çekə  sahib 

olanların çekləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydə alındı.

119


 

2000-ci  il  avqustun  10-da  özəlləşdirmənin  İkinci  Dövlət  Proqramı  qəbul 

edildi.  Özəlləşdirmənin  daha  səmərəli  formaları  tətbiq  olunmağa  başlandı. 

"Bakelektroqaynaq"  Səhmdar  Cəmiyyəti,  Siyəzən  broyler  fabriki  və  s.  üzrə 

investisiya müsabiqələri təşkil olundu. Strateji müəssisələrin özəlləşdirilməsi üçün 

maliyyə məsləhətçiliyi üzrə tenderlər keçirildi. Bir çox iri müəssisələr, o cümlədən 

"Azərbaycan-alüminium",  "Bakelektrik-şəbəkə",  "Siyəzən-broyler"  və  s. 

özəlləşdirildi.

120

  Prezidentin  2001-ci  il  22  mart  tarixli  Fərmanı  ilə  kimya,  neft-



315 

 

kimya,  maşınqayırma,  yanacaq-energetika  kompleksi  müəssisələri,  ADNŞ-in bəzi 



müəssisələri,  o  cümlədən  neft  bazaları,  qaz  zavodu,  Sumqayıt  aşqarlar  zavodu, 

Azərkabel  zavodu  özəlləşdirilməyə  başlandı.  2001-ci  ilin  payızınadək  artıq 

respublikada dövlət müəssisələri bazasında 1275 səhmdar cəmiyyəti yaradılmışdı. 

Kənd  Təsərrüfatı  Nazirliyi  üzrə  248,  "Azəravtonəqliyyat"  Dövlət  Konsemi  üzrə 

101,  "Xidmət"  Dövlət  Konsemi  üzrə  95,  Ticarət  Nazirliyi  üzrə  86,  "Taxıl 

məhsulları"  Dövlət  Şirkəti  üzrə  62,  "Azəryeyintisənaye"  Dövlət  Şirkəti  üzrə  55, 

"Xalq  üçün  mallar"  Dövlət  Konserni  üzrə  47,  "Azərsənayetikinti"  Dövlət  Şirkəti 

üzrə 29, "Azərquşsənaye" Dövlət Şirkəti üzrə 32, "Sənaye-ticarət" Dövlət Konserni 

üzrə  31,  "Azərkəndtikinti"  Dövlət  Şirkəti  üzrə  22,  Dövlət  Neft  Şirkəti  üzrə  17, 

"Azərbalıq"  Dövlət  Konserni  üzrə  10  müəssisə,  səhiyyə  üzrə  18,  rabitə  üzrə  9, 

metallurgiya  üzrə  10,  mənzil-kommunal  təsərrüfatı  üzrə  4  belə  təşkilat  vardı.

121


 

Beləliklə,  iqtisadi  özünütənzimləmə  sisteminin  yaranmasına  münasib  imkanlar 

açılır, rəqabət yaradılırdı. Məsələn, çörək mağazaları və çörəkbişirmə müəssisələri 

özəlləşdirildikdən sonra çörək qıtlığı, uzun növbələr aradan qalxdı.

122

 

Lakin  hələ  də  iqtisadi  islahatların  reallaşmasına  mane  olan,  narazılıq 



yaratmaq,  haram  pullarla  varlanmaq  istəyən  şəxslər  vardı.  İqtisadiyyatın  inkişafı 

üçün  sərmayə  qoymaq  istəyən  layihə  sahibləri  korrupsiyaya  qurşanmış  məmurlar 

tərəfindən  soyuq,  hörmətsiz  və  "şapka"  təklifi  ilə  qarşılanırdılar.

123


  Bəzi 

müəssisələr  istehsaldan  tutmuş,  əmək  haqqının  ödənilməsinə,  satışa  qədər  bütün 

prosesləri nağd pulla yerinə yetirir, sənədlərdə müəssisəni, istehsalın, xidmətin bir 

hissəsini göstərmirdilər. Kəndlərdə torpaq bölgüsü sahəsində qüsurlara yol verilir, 

narazılıqlar  meydana  çıxırdı.  Prezident  Heydər  Əliyev  ölkəyə  investisiya 

gəlməsinə,  iqtisadiyyatın  inkişafına,  yeni  müəssisə  və  istehsalatlar  yaradılmasına 

öz  şəxsi  maraqlarını güdərək  mane olanları "xalqın daxili  düşməni" adlandırır  və 

onlara  qarşı  qəti  mübarizə  aparılmasını  tələb  edirdi.

124

  Korrupsiyaya  qarşı 



mübarizənin təşkili haqqında xüsusi fərman verilmişdi. 

Aqrar  islahatlar.  Kənddə  sahibkarlığın  inkiĢafı.  İqtisadiyyatda  struktur 

dəyişikliklərinin  mühüm  istiqamətlərindən  biri  də  torpaq  islahatının  həyata 

keçirilməsi idi. İlk vaxtlar kənd təsərrüfatında sahibkarlıq çox ləng inkişaf edirdi. 

1992-ci  ildə  320,  1995-ci  ilin  əvvəllərində  isə  830  müstəqil  və  kollektiv  fermer 

təsərrüfatı vardı.

12

 



1995-ci  ilin  fevral  ayında  "Aqrar  islahatların  əsasları"  və  "Kolxoz  və 

sovxozların  islahatı  haqqında"  qanunlar  qəbul  edildi.

126

  Bu  mühüm  qanunların 



həyata  keçirilməsi  ilk  növbədə  torpağa  mülkiyyət  münasibətlərinin  yenidən 

müəyyənləşdirilməsindən  çox  asılı  idi.  1995-ci  ilin  mart  ayında  "Dövlət  Aqrar 

İslahatı Komissiyası" yaradıldı.

127


 

1996-cı  il  iyulun  16-da  ölkənin  aqrar  sektorunda  radikal  bir  addım  atıldı. 

Prezident  Heydər  Əliyevin  rəhbərliyi  altında  hazırlanan,  onun  təfəkkürünün  və 


316 

 

siyasi  iradəsinin  məhsulu  olan  "Torpaq  islahatı  haqqında"  Qanun  qəbul  edildi.



128

 

Bu  qanuna  görə,  bütün  postsovet  respublikalarından  fərqli  olaraq,  torpaq  sosial 



ədalət prinsipinə əsasən kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz 

verildi. Respublikanın vahid torpaq fondu əsasında üç - dövlət, bələdiyyə və xüsusi 

torpaq mülkiyyəti forması müəyyən olundu. Kənd təsərrüfatı torpaqlarının 22 faizi 

-  1  milyon  911  min  hektarı  xüsusi  mülkiyyətə,  45  faizi  dövlət  mülkiyyətinə,  33 

faizi isə bələdiyyə mülkiyyətinə verildi.

129


 Qanunun icrası üçün Prezident Fərman 

imzaladı.  "Dövlət  torpaqları  haqqında",  "Torpaq  vergisi  haqqında"  qanunlar, 

normativ  aktlar  qəbul  olundu.  1999-cu  il  martın  12-də  "Dövlət  torpaq  kadastrı, 

torpaqların  monitorinqi  və  yerquruluşu  haqqında"  və  "Torpaq  icarəsi  haqqında", 

həmin il iyulun 18-də "Torpaq bazarı haqqında" qanunlar verildi. Bütün rayonlarda 

torpaq  istifadəçilər  üzrə  inventarlaşdırıldı  və  iqtisadi  cəhətdən  qiymətləndirildi. 

Özəl qurumların tələbatını təmin etmək üçün 1996-cı ilin iyul ayında Aqrar kredit 

kassaları təşkil olundu.

130

 

Prezident Heydər Əliyev "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair 



bəzi  tədbirlər  haqqında"  1999-cu  il  22  mart  tarixli  Fərmanı  ilə  kənd  təsərrüfatı 

məhsulları istehsalçılarını beş il müddətinə torpaq vergisindən başqa bütün (8 növ) 

vergilərdən  azad  etdi  və  bu  vergilər  üzrə  borcların  hamısı  silindi.  Nazirlər 

Kabinetinin 1996-cı il 26 mart tarixli qərarı ilə onlara neft məhsulları, yanacaq 50 

faiz güzəştlə satıldı.

131


 

1999-cu  il  noyabrın  9-da  Prezident  xüsusi  Fərmanla  "1999-2000-ci  illərdə 

Azərbaycan  Respublikasında  aqrar  islahatların  dərinləşdirilməsi  və  kənd 

təsərrüfatında  sahibkarlığın  inkişafına  kömək  göstərilməsinə  dair  Dövlət 

Proqramı"nı təsdiq etdi.

132


 Bu sahədə iş daha da intensivləşdi. 

2001-ci  ilin  əvvəllərində  1  milyon  329  min  285  ha  torpaq  özəlləşdirilmiş, 

kənddə yaşayan 830 min ailədən 818 mini (3 milyon 238 min adam) torpaq payını 

almışdı.


133

 

Kənd  təsərrüfatı  müəssisələrinin  2,9  milyard  manatlıqdan  artıq  əmlakının 



2,1 milyard manatlığının özəlləşdirilməsi nəzərdə tutulurdu.

134


 

Aqrar islahatlara eksperiment qaydasında daha tez başlamış Xızı, Zaqatala, 

Salyan və Masallı rayonlarında bu iş artıq 1996-cı ilin axırlarında başa çatmışdı.

135


 

1996-cı  ilin  yazından  başlayaraq  ictimai  kənd  təsərrüfatı  müəssisələrinin 

mal-qarası özəl mülkiyyətə verildi.

136


 

1995-ci  ildən  başlayaraq  1300-dən  çox  kolxoz  və  sovxoz  ləğv  edildi, 

onların  bazasında  35  minədək  kəndli-fermer  təsərrüfatı,  o  cümlədən  224 

kooperativ, 491 kiçik müəssisə, 1676 birgə təsərrüfat yaradıldı.

137

 

1996-cı ilin oktyabr ayında "Sudan pulla istifadə haqqında Əsasnamə" qəbul 



olunması  meliorasiya  xidmətlərinin  yaxşılaşmasına  imkanlar  açdı.  Meliorasiya 

qurğularının bərpası və genişləndirilməsinə başlanıldı. 2000-ci ildə uzunluğu 52,9 



317 

 

km  olan  Baş  Muğan-Mil  kollektorunun  ikinci  hissəsi  istifadəyə  verildi.  Samur-



Abşeron kanalında yenidənqurma işləri başlandı.

138


 

Kənd təsərrüfatında lizinq (icarə) xidməti formalaşdı. Bu işdə Yaponiya fəal 

iştirak  edirdi.  1997-1998-ci  illərdə  bu  ölkə  Azərbaycana  350  milyon  iyen  (12 

milyard  manat),  1999-cu  ildə  isə  400  milyon  iyen  texnika  şəklində  qrant 

ayırmışdı.

139


  2002-ci  ilin  əvvəllərinədək  bu  qrant  hesabına  705  kənd  təsərrüfatı 

texnikası, traktor, kombayn və s. alınmışdı.

140

 

Aqrar islahatların həyata keçirilməsi sahəsində bəzən tələsikliyə və səhvlərə 



də yol verilmişdi. Torpaqlar paylandıqdan və pambıq zavodları özəlləşdirildikdən 

sonra pambıqçılıq kimi əhəmiyyətli bir sahə özbaşına buraxılmışdı. 1998-ci ildə 60 

min  tona  qədər  pambıq  tarlalarda  yığılmamış  qalmışdı.

141


  Konserv  zavodları 

gücünün 10-15 faizi həcmində işləyirdi. Özəlləşdirilməsi nəzərdə tutulan 126 şərab 

zavodunun cəmi 14-ü səhmdar cəmiyyətinə, 6-sı özəl kiçik müəssisəyə çevrilmişdi. 

İslahatlar  Bərdə,  Neftçala,  Dəvəçi,  Beyləqan,  Şəki,  Qəbələ,  Ucar,  Ağdaş, 

Goranboy, Tərtər rayonlarında  çox ləng  gedirdi.

142


  557  kənd  təsərrüfatına  xidmət 

müəssisəsində  özəlləşdirmə  zəif  idi.  Buna  əsas  səbəb  respublikaya  90-cı  illərin 

əvvəllərindən  kənd  təsərrüfatı  texnikası  gətirilməməsi,  mövcud  maşın-traktor 

parkının  köhnəlib  sıradan  çıxması  olmuşdu.  Dövlət  mülkiyyətində  qalmış  41 

toxumçuluq  və  damazlıq  müəssisəsinin  də  maddi  bazası  olduqca  zəif  idi. 

Prezidentin  1999-cu  il  22  mart  tarixli  Fərmanı  bu  sahədə  nöqsanların  aradan 

qaldırılmasına, 

inkişaf 


üçün 

yeni 


imkan 

və 


vasitələr 

tapılmasına 

istiqamətləndirirdi.

143


 

Çətinliklərə  baxmayaraq,  respublikada  özəlləşdirmə  uğurla  həyata 

keçirilirdi.  2002-ci  ildə  artıq  ümumi  daxili  məhsulda  özəl  sektorun  payı  71  faiz 

təşkil  edirdi.  Sənaye  məhsulunun  50  faizi,  kənd  təsərrüfatı  istehsalının  99  faizi, 

ticarətin 99 faizi, tikintinin 76 faizi, nəqliyyat və rabitədə xidmətlərin 65 faizi özəl 

sektorun  payına  düşürdü.  Məşğul  əhalinin  70  faizdən  çoxu  özəl  müəssisələrdə 

işləyirdi.

144


 

Ġqtisadi  dirçəliĢ.  Prezident  Heydər  Əliyevin  rəhbərliyi  altında  həyata 

keçirilən  tədbirlər  mövcud  iqtisadi  böhranı  aradan  qaldırmağa,  iqtisadi  sabitlik 

yaratmağa və tərəqqiyə yol açmağa imkan verdi. 

Ölkənin  iqtisadiyyatına  bütün  mənbələrdən  sərmayə  qoyuluşu  1993-cü 

ildəki 29 milyard manatdan 2000-ci ildə 4,2 trilyon, 2001-ci ildə 5,7 trilyon manata 

çatdırıldı. 2002-ci ildə bu, 1 milyard 200 milyon dollar təşkil edirdi. Ümumiyyətlə, 

1996-2002-ci illərdə iqtisadiyyata 12 milyard dollar investisiya cəlb olunmuşdu.

145


 

Respublikada  bir  çox  yeni  sənaye  müəssisəsi,  istehsalat,  sex,  qurğu  işə 

salındı. 1993-cü ildə Bakıda çoxsaylı lövhələr istehsal edən "Peyk" zavodu, parket, 

plastik pəncərə fabrikləri işə  düşdü. 1995-1996-cı illərdə Neft daşlarında  yanacaq 

qazının  tutulub  sahilə  ötürülməsi  üçün  kompressor  stansiyası  istifadəyə  verilərək 


318 

 

modernləşdirildi  və  gücü  iki  dəfə  artırıldı.  600-dən  çox,  təkcə  Balaxanı-Sabunçu-



Ramana  yatağında  380  köhnə  quyu  təmir  olunub  istismara  qaytarıldı.

146


  Şirvanın 

köhnə  Gürovdağ  neft  yatağında  yeni  məhsuldar  qatlar  kəşf  olundu.  1997-ci  ilin 

yazında burada qazılan iki quyu fontan vurdu.

147


 "Bahar" dəniz neft yatağında yeni 

üsulların tətbiqi nəticəsində köhnə neft quyusu işə düşdü.

148

 1997-ci ildə "Günəşli" 



yatağında  ilkin  neftin  hasilinə  başlanıldı.

149


  2000-ci  ildə  respublikada  14  milyon 

ton neft hasil edildi. 

1994-1995-ci  illərdə  neftayırma  zavodlarında  qurğular  modernləşdirildi.

150


 

Qaz emalı zavodu yenidən quruldu.

151

 

Respublikanın 



maşınqayırma  sənayesi  müəssisələri  xarici  bazar 

olmadığından  profilini  dəyişib  respublika  sənayesi  və  kənd  təsərrüfatı  üçün 

avadanlıq,  texnika,  ehtiyat  hissələri  istehsal  etməyə  başladılar.  Müasir  qazma 

baltası, qazma qıfıl, kultivator, toxumsəpən, kotan, nasos, reduktor, hidrodomkrat, 

çuğunsiyirmə  istehsalı  mənimsənildi.

152


  Mingəçevir  yol  maşınları  təmiri 

zavodunda  dənüyüdən  dəyirmanlar,  xəmiryoğuran  maşınlar,  qum  mexanizmləri 

istehsalına  başlandı.

153


  1996-cı  ildə  Bakıda  qoz-fındıq  emalı,  yağ,  "Koka-Kola", 

1999-cu  ildə  "Pepsi-Kola"  sərinləşdirici  içki  zavodları  açıldı.  1997-ci  ildə 

Sumqayıt "Azərboru" İstehsalat Birliyində (keçmiş boru-prokat zavodu) hər biri 10 

tonluq  5  yeni  elektrik  sobası  quraşdırıldı.  Burada  nasos  kompressor  boruları  ilə 

yanaşı,  beynəlxalq  standartlara  uyğun  Batters  yivli  qoruyucu  boru  istehsalı  təşkil 

olundu.  Avropada  ən  böyük,  150  tonluq  marten  sobası  yenidən  işə  salındı.

154 

Sumqayıt  və  Gəncə  alüminium  zavodları,  Daşkəsən  alunit  mədəni  tədricən  işə 



düşməyə başladı. 

Kimya  sənayesi  müəssisələrində  polietilen,  kaustik  soda,  sulfat  turşusu, 

alüminium-sulfat  və  s.  istehsalı  çoxaldı.  Tullantılardan  istifadə  etməklə  texniki 

soda,  xam  rezindən  plevmatik  kabel  və  s.  istehsalı  mənimsənildi.  Bakı  kimya-

əczaçılıq  zavodu  119  adda,  "Loğman"  Səhmdar  Cəmiyyəti  58  adda  dərman 

preparatı  istehsal  edirdi.

155 

1996-cı  ildə  Naxçıvan  MR-də  18  min  hektara  yaxın 



sahənin  suvarılmasına  imkan  verəcək  Vayxır  su  anbarının  inşası  yenidən  bərpa 

olundu (bir hissəsi 1983-89-cu illərdə tikilmişdi).

156

 

2002-ci  ildə  Şəmkir-Yenikənd  Su-Elektrik  Stansiyası,  Abşeronda  "Şimal" 



Dövlət  Rayon  Elektrik  Stansiyasının  enerji  bloku,  1  saylı  Bakı  İstilik-Elektrik 

Mərkəzində  yeni  qaz-turbin  elektrik  qurğusu,  "Azərneftyağ"  İstehsalat  Birliyində 

bitum  qurğusu  və  s.,  2001-ci  ildə  "Kaspian-Fiş"  balıq  məhsulları  istehsalı 

müəssisəsi,  Bakı  elektroqaynaq  səhmdar  cəmiyyətinin  Bakı  poladtökmə  zavodu 

(Bakı elektroqaynaq zavodu bazasında), qaz zavodunda yeni, müasir emal qurğusu, 

İran  vasitəsilə  Naxçıvan  MR-ə  elektrik  enerjisi  tranzit  etmək  üçün  51  km-lik 

İmişli-Parsabad  elektrik  xətti  və  s.  işə  salındı.

157 


Fəaliyyətini  1990-cı  ildə 

dayandırmağa məcbur olmuş Şəki ipək kombinatı dövlətin yardımı ilə "Şəki-ipək" 



319 

 

Səhmdar  Cəmiyyəti  kimi  fəaliyyətə  başladı.  2002-ci  ilin  yayında  Bakıda  dəmir 



yolları üçün dəmir-beton şpallar istehsal edən zavod işə düşdü.

158


 

Beləliklə, 1996-cı ildən respublikanın sənayesində tənəzzülün qarşısı alındı. 

Əgər  1991-1994-cü  illərdə  sənaye  məhsulu  istehsalı  orta  hesabla  20-24  faiz 

azalırdısa,

159

 1997-2002-ci illərdə sənaye istehsalı 23,2 faiz artdı.



160

 

Kənd  təsərrüfatında  keçirilən  islahatlar  da  çox  səmərəli  oldu.  Əgər  1991-



1994-cü  illərdə  bu  sahədə  istehsal  hər  il  15-20  faiz  azalırdısa,

161


  1997-2002-ci 

illərdə 51 faiz artmışdır.

162

 2002-ci ildə əvvəlki illərdə heç vaxt olmadığı qədər - 2 



milyon  200  min  ton  (1995-ci  ildəkindən  2  dəfə  çox)  taxıl,  700  min  ton  (1995-ci 

ildəkindən  3,9  dəfə  çox)  kartof  istehsal  edildi.

163

  Ölkədə  çəltik  istehsalı  bərpa 



edilməyə, şəkər çuğunduru istehsal olunmağa başlandı. 

2001-ci  ilin  əvvəllərində  respublikada  2  milyon  21  mindən  çox  qaramal,  6 

milyon 86  mindən çox davar vardı.

164


  Daxili  məhsulda  heyvandarlığın  payı  xeyli 

artmışdı.  Əhalinin  heyvandarlıq  məhsullarına  tələbatının  ödənilməsində  mühüm 

irəliləmələr  oldu.  Artıq  ölkəyə  başqa  yerlərdən  heyvandarlıq  məhsulları 

gətirilməsinə ehtiyac yox idi.

165

 

Respublikada  iqtisadi  tənəzzülün  qarşısı  1995-ci  ildə  alındı.  Dirçəliş 



başlandı. Əgər 1991-1994-cü illərdə ümumi daxili məhsul ildə orta hesabla 20-25 

faiz  azalırdısa,  1996-2000-ci  illərdə  39  faiz  artmışdı.  2002-ci  ildə  ölkədə  29,6 

trilyon manatlıq (6,1 milyard dollar) ümumi daxili məhsul istehsal edilmişdi.

166


 

XX-XXI  əsrlərin  qovşağında  ölkə  123  xarici  dövlətlə  ticarət  əlaqələri 

saxlayırdı.

167


  Xarici  ticarət  dövriyyəsi  1993-cü  ildə  1  milyard  300  milyon  dollar 

idisə,  2002-ci  ildə  bu,  3  milyard  833  milyon  dollara  çatmışdı.

168

  2000-ci  ildə  ilk 



dəfə xarici ticarət dövriyyəsində ixrac (63,3 faiz) idxaldan (36,7 faiz) çox olmuş, 

müsbət  saldo  yaranmışdı.

169

  İstehsal  olunan  malların  miqdarının  və  keyfiyyətinin 



artması  buna  imkan  vermişdi.  İdxalda  istehlak  malları  azalır,  xammal,  avadanlıq 

artırdı. 

İqtisadi dirçəliş ölkənin maliyyə vəziyyətini xeyli yaxşılaşdırdı. 1996-2002-

ci illərdə Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 2,2 dəfə artmışdı. 

2003-cü  ildə  dövlət  büdcəsi  1  milyard  200  milyon  dollar  həcmində  (1994-cü 

ildəkindən 17 dəfə çox) müəyyən edilmişdi.

170

 Dövlət büdcəsinin kəsiri durmadan 



azalırdı: 1996-cı ildə o, cəmi 3 faiz 2001-ci ildə isə 0,1 faiz təşkil etmişdi.

171


 

Ölkənin  valyuta  ehtiyatları  2002-ci  ildə  1  milyard  374  milyon  dollara 

çatmışdı ki, bu da 1993-cü ildəkinə nisbətən 103 dəfədən çox idi.

172


 

Beləliklə,  Prezident  Heydər  Əliyevin  müdrik  daxili  və  xarici  siyasəti 

sayəsində  Azərbaycan  Respublikasının  iqtisadiyyatı  dərin  böhrandan,  tənəzzüldən 

qurtardı. 

Daxildə  siyasi  sabitliyin  təmin  edilməsi,  makroiqtisadi  göstəricilərin 

sabitləşməsi,  tənəzzülün  cilovlanması,  iqtisadi  dirçəliş,  respublikanın  etibarlı 



320 

 

tərəfdaş  imicinin  yüksəlməsi,  xarici  iqtisadi  əlaqələrin,  investisiya  qoyuluşunun 



genişlənməsi, struktur və institusion dəyişikliklərə istiqamətləndirilmiş islahatların 

dərinləşməsi iqtisadi inkişafın dönmədən sürətlənməsinə şərait yaradırdı. 

 


Yüklə 17,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin