§1. AZƏRBAYCAN RESPUBLĠKASININ iqtisadi ĠNKĠġAF
STRATEGĠYASI
Ġqtisadi böhranla mübarizə. Neft strategiyası. Yeni Ġpək Yolu. SSRİ-də
80-ci illərin ikinci yarısında başlanan siyasi proseslər müttəfiq respublikaların, o
cümlədən Azərbaycanın da iqtisadiyyatına və sosial-mədəni həyatına ağır zərbələr
vurdu. İstehsal azalır, iqtisadi tənəzzül dərinləşirdi. Respublikaların iqtisadi
əlaqələri pozulmuşdu, müqavilə öhdəliklərinə əməl olunmurdu. Azərbaycan
iqtisadiyyatının xammal və materiallara tələbatı cəmi 40 faiz ödənilirdi.
Müəssisələrin istehsal gücündən yalnız 25-30 faiz istifadə olunurdu. Sumqayıt
boru-prokat zavodunun altı marten sobasında iş dayandırılmışdı.
1
Demək olar ki,
bütün sahələrdə əsas istehsal vasitələri mənəvi və fiziki cəhətdən köhnəlmişdi.
Respublikada sənayenin aparıcı sahəsi olan neft sənayesində vəziyyət ağır idi.
Mədənlərdə 4000-dən çox neft quyusunda hasilat dayanmışdı. Qazma
dəzgahlarının 80 faizi işləmirdi. 1992-ci ildə 11, 1996-cı ildə isə cəmi 9 milyon ton
neft çıxarılmışdı.
2
Mövcud perspektivli dəniz yataqlarının istismarına başlanması
üçün xeyli investisiya tələb olunurdu.
Kolxoz və sovxozların maşın-traktor parkı, meliorasiya qurğuları
köhnəlmiş, çoxu sıradan çıxmış, suvarma kanalları bərbad hala düşmüşdü.
3
Torpaqların böyük bir hissəsi şoranlaşmışdı.
İqtisadiyyata Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi ciddi
ziyan vurmuşdu. Respublika gəlirinin üçdə birini müharibəyə xərcləməyə məcbur
idi. Onun ərazisinin dörddə bir hissəsində döyüş əməliyyatları getmişdi. Bir milyon
hektar kənd təsərrüfatı sahəsi, 72 min hektardan artıq əkin sahəsi, 34 min hektar
üzümlük, 65 min baş qaramal, 240 min baş davar, 173 sənaye obyekti, 122 tikinti
təşkilatı, 200-dən çox faydalı qazıntı yataqları, dörd qızıl, üç civə, iki qranit, iki
mərmər, on mineral su mədəni, dörd daş karxanası, beş müxtəlif inşaat materialları
yatağı, 250000 hektar meşə sahəsi, o cümlədən Zəngilan çinar meşəsi düşmən əlinə
keçmişdi. 60000-dən çox şəxsi təsərrüfat, yüzlərlə sənaye müəssisəsi, kolxoz və
sovxoz dağıdılmışdı.
4
300
1991-1993-cü
illərdə respublikanın mövcud iqtisadi və mədəni
potensialından, zavod və fabriklərdən, kommunikasiya vasitələrindən, yüksək
ixtisaslı mütəxəssislərdən də səmərəli istifadə olunmurdu.
Sosialist istehsal üsulunun dağıdılması, yeni iqtisadi münasibətlərin
yaradılmasında, əsaslı iqtisadi islahatların tətbiq edilməsində cəsarətsizlik də
iqtisadi böhranın başlıca səbəblərindən idi. Demokratik iqtisadiyyatın yaranması
üçün vacib olan özəlləşdirmə, çoxukladlı təsərrüfatçılığa keçid prosesləri çox ləng
gedirdi.
Siyasi sabitliyin olmaması xarici investorların ölkəyə sərmayə qoymasına
mane olurdu. Bu sahədə ilk addımlar atılmışdı: "Bakmil" (Azərbaycan-İtaliya),
"Pet-Azəri" (Azərbaycan-Türkiyə) kimi bir neçə birgə müəssisə yaradıldı.
Azərbaycan Neft Şirkəti dəniz neft yataqlarının işlədilməsinin mümkün texniki-
iqtisadi səmərəliliyini öyrənmək məqsədilə ABŞ və Böyük Britaniyanın neft
şirkətləri ilə müqavilələrin bağlanmasına başlamışdı. Neftçala rayonunda neft
kəşfiyyatı və hasilatı üzrə Azərbaycan-Türkiyə birgə müəssisəsi yaradılmışdı.
5
Lakin 1993-cü ilin yazında Azərbaycan iqtidarının xarici şirkətlərlə imzalamağa
hazırlaşdığı neft müqaviləsində ölkənin milli mənafelərinə zidd şərtlər olduğu üçün
o, Heydər Əliyev rəhbərliyə gəldikdən sonra dayandırıldı.
6
Tədricən yeni iqtisadi institutlar meydana gəlirdi. Milli, beynəlxalq əmanət
bankları, özəl banklar təşkil olunurdu. Dövlət torpaq, əmlak komitələri
yaradılmışdı. Milli valyuta - manat dövriyyəyə buraxılmışdı. Yüksək sosial-sığorta
ayırmaları, əlavə dəyər vergisi azaldılmışdı.
7
Nə bu tədbirlər, nə də yeni iqtisadi
münasibətlərin hüquqi bazasını yaratmaq üçün qəbul edilmiş 30-dan artıq qanun, o
cümlədən Özəlləşdirmə haqqında Qanun, Torpaq kodeksi normativ aktlar
olmadığından səmərəli işləyə bilmirdi.
8
Azərbaycan iqtisadiyyatı ciddi sarsıntılara məruz qalmışdı. 1992-ci ilin
əvvəllərində heç bir zəmin olmadan qiymətlərin sərbəstləşdirilməsi müəssisələrdə
dövriyyə vəsaitlərinin qiymətdən düşməsinə, əhalinin alıcılıq qabiliyyətinin kəskin
azalmasına səbəb oldu. Mərkəzləşdirilmiş kredit resurslarına faiz dərəcələrinin
200-250-yə qalxması istehsala investisiya qoyuluşunu dayandırdı, istehsalın
maliyyə vəziyyəti pisləşdi, dövriyyə vəsaiti çatışmadı və müəssisələrin xeyli
hissəsi fəaliyyətini tamam və ya qismən dayandırdı.
9
İqtisadiyyatda hərc-mərclik baş alıb gedirdi. Yalançı bazar -cəzasız
soyğunçuluq meydana gəlmişdi.
10
İşgüzar fəaliyyətlə, əsasən, əyri yollarla çoxlu vəsait ələ keçirmiş şəxslər,
yeni "bəy"lər, "imkanlı" dövlət məmurları, "təsərrüfat rəhbərləri", onların himayə
etdiyi adamlar məşğul olurdular. "Nomenklatura sahibkarlığı" yaranmışdı. 1992-ci
ilin sonlarında 600-ə qədər mövcud kiçik müəssisənin 70 faizdən çoxu dövlət
müəssisələri nəzdində fəaliyyət göstərir və əsasən onların istehsal etdiyi malları
301
satır, gəliri isə öz xeyirlərinə bölürdülər. Dövləti qarət etmək vasitəsi kimi kağız
üzərində onlarca kiçik müəssisə yaradılmışdı.
11
Müştərək və kiçik müəssisələrin
çoxu xaricə satdığı malın əvəzinə alınan valyutanı respublikaya qaytarmır, xarici
banklardakı şəxsi hesablarında saxlayırdılar. Respublikanın beynəlxalq valyutaya
böyük ehtiyacı olmasına baxmayaraq, 1991-ci ildə onlar 2 milyard 300 milyon
dollar vəsaiti xarici banklarda saxlamışdılar.
12
1993-cü ilin ortalarında
respublikanın yalnız 8 müəssisəsi xarici banklara 100 milyon dollar qoymuşdu.
13
Respublika talanır, xalqın sərvəti dağıdılırdı. Müəssisələrin avadanlığı
sökülüb xaricə daşınırdı. Hətta Bakı metrosunun ehtiyat kabelləri də oğurlanıb
satılmışdı. Oğuz, Zaqatala, Qax, Qəbələ, Şəki, Xudat, Ağstafa, Lerik və Cəlilabad
meşələri, xüsusən qoz ağacları icazəsiz kəsilib xaricə satılırdı.
14
Nəzarətsizlik iqtisadiyyata böyük ziyan vururdu. 1992-ci ildə pambıq
sahələrində 100 min tondan çox məhsul yığılmamış qalmışdı. Üzümlüklərdə və
başqa sahələrdə də vəziyyət belə idi. İstehsal olunan məhsul bazar olmadığından
anbarlarda yığılıb qalırdı.
Müəssisələr bağlanır, işsizlik artır, əhalinin güzəranı sürətlə pisləşirdi. İri
şəhərlərdə ucuz iş qüvvəsi satılan qeyri-rəsmi bazarlar meydana gəlmişdi.
Respublikanı milyona qədər gənc tərk etmişdi. Təminatsızlıq üzündən alim və
mütəxəssislər dolanacaq dalınca xaricə getməyə məcbur olmuş, "ağıl axını"
başlamışdı.
16
Aztəminatlı adamlara kömək məqsədilə dövlətin verdiyi güzəştlər, o
cümlədən 1991-ci ilin iyulundan pensiyaçılara şəhər nəqliyyatından pulsuz istifadə
etmək hüququ, 1992-ci ilin aprelində müəllimlərə imtiyazlar verilməsi, 1992-ci ilin
dekabrından tənha vətəndaşların sosial müdafiəsini gücləndirmək sahəsində
tədbirlər həyata keçirilməyə başlanması dərin inflyasiya şəraitində az səmərəli
olmuşdu.
17
Cəmiyyətdə orta təbəqə qalmamışdı. Minimum əmək haqqı rəsmi
istehlak minimumu həcmindən 20 dəfə az idi. Dövlət əmək haqqını vaxtında verə
bilmirdi. Manatın illik inflyasiya səviyyəsi min faizlə ölçülürdü. Şəhərlər xırda
alverçilər ve dilənçilərlə dolu idi. 1991-ci ilin fevral ayında Sumqayıt və Ağdam,
1992-ci ilin iyununda Bakı, Sumqayıt və Ağdam bazarlarında alıcı qiyamları baş
vermişdi.
18
"Təzə iqtidar"lar ölkənin qarət olunması, müflisləşməsi qarşısını almaq
üçün heç bir təsirli tədbir görə bilmir, əksinə, öz səriştəsizlikləri ilə onun sökülüb-
dağıdılmasına münasib şərait yaradırdılar. Heydər Əliyev yenidən rəhbərliyə
qayıtdıqdan sonrakı ilk illərdə də xarici düşmənlər və daxili müxalif qüvvələrin
qeyri-sabitlik yaratmaq, dövlət çevrilişləri, terror cəhdlərinə, Ermənistanın
təcavüzünə qarşı mübarizə daha çox səy tələb etdiyinə, habelə idarəçilik sistemində
hələ iqtisadi nizamsızlıqdan mənfəət götürən məmurlar köklü islahatların həyata
302
keçirilməsinə müxtəlif vasitələrlə müqavimət göstərdiklərinə, korrupsiya geniş
yayıldığına görə iqtisadi böhranı aradan qaldırmaq mümkün olmamışdı.
Azərbaycanın dövlət müstəqilliyinin ardıcıl şəkildə həyata keçirilməsindən
narazı olan dövlətlərin iqtisadi təzyiqi də ciddi maneə idi. Rusiya Federasiyası
1994-cü ilin dekabr ayından quru və su yollarını bağlamış, İran İslam Respublikası
isə 1995-ci ilin ortalarından bir sıra mühüm məhsulların Azərbaycana ixracına
qadağan qoyaraq respublikanı, demək olar ki, blokadaya salmışdılar. Hələ siyasi və
hərbi sabitlik, azad iqtisadi münasibətlər üçün hüquqi baza zəif olduğundan xarici
investisiyalar da az idi.
19
Xarici investisiyalara mane olmaq üçün Rusiyanın təşəbbüsü ilə Xəzər
dənizinin statusu məsələsi ortaya atılmışdı. Halbuki hələ SSRİ zamanında bu
dənizin müttəfiq respublikalara aid hissələri müəyyən olunmuşdu.
20
Ölkənin maliyyə sistemi də bərbad vəziyyətdə idi. Milli Bank krediti
təminatsız və olduqca aşağı faizlə verirdi. Kommersiya bankları Milli Bankdan
vəsait alıb kredit alverinə başlamışdılar. Mafioz qüvvələr manatı qiymətdən
salmaq, əhalinin güzəranını daha da pisləşdirərək iqtidara qarşı narazılıq yaratmaq
üçün 1993-cü ilin oktyabr-noyabr aylarında milli pulun çox hissəsini yığıb
gizlətdilər. Onu yenidən dövriyyəyə qaytarmaq üçün baş nazir S.Hüseynovun
təşəbbüsü ilə 1 dollar 400 manata bərabər tutuldu. Manat sürətlə qiymətdən düşdü.
1994-cü ilin avqustunda Milli Bank Aqrar-Sənaye Kompleksini dəstəkləmək adı
altında 60 milyard manat kredit emissiya etdi. Nəticədə manatın qiyməti daha da
azaldı. 1994-cü ilin sonlarında 4000 manata cəmi 1 dollar düşürdü.
21
Həmin il
inflyasiya 1600 faizə qalxmışdı, yəni istehlak qiymətləri 16 dəfə artmışdı.
22
Ümumi daxili məhsul hər il orta hesabla 18-20, sənaye məhsulu 20-25, kənd
təsərrüfatı məhsulu isə 7-10 faiz azalırdı. Dövlət büdcəsi böyük kəsirlə icra
olunurdu.
23
Respublika köhnə texnologiya və standartlarla istehsal olunan malları xarici
bazara çıxara bilmirdi. İstehsal zəif olduğundan daxili bazar əsasən (70-80 faiz)
idxal hesabına formalaşırdı. 1993-cü ildə Azərbaycan dünyanın 30, 1996-cı ildə 70
ölkəsinin 2500 şirkət və müəssisəsi ilə ticarət-iqtisadi əlaqələri saxlayırdı. İxracın
70 faizini strateji xammallar, idxalın böyük əksəriyyətini istehlak malları təşkil
edirdi. Xarici ticarətdə barter əməliyyatlarına geniş yer verilir, bundan ayrı-ayrı
dairələr külli miqdarda mənfəət götürürdü.
24
Dövlət orqanlarında işləyən şəxslərin vəzifədən sui-istifadə etməsi halları,
korrupsiya cəmiyyətin ən böyük bəlası idi. Xarici Əlaqələr Nazirliyində, Gömrük
Komitəsi və onun idarələrində, hüquq mühafizə orqanlarında qeyri-sağlam
münasibət, rüşvətxorluq, oğurluq geniş yayılmışdı. Müəssisələrin, xüsusən özəl
sektorda, çoxu gəlirinin bir hissəsini gizlədir, vergi ödəməkdən yayınırdı. Malların
303
bir hissəsi ölkənin sərhədlərində mövcud olan 400-ə qədər qeyri-rəsmi keçidlərdən
ötürülür, qeydə alınmırdı.
25
Prezident Heydər Əliyev tez bir zamanda dövlət intizamını gücləndirib,
siyasi sabitliyin yaranmasına nail oldu və iqtisadi tənəzzülün qarşısını almaq üçün
ciddi tədbirlər görməyə başladı. Bazar iqtisadiyyatının formalaşmasına münasib
şərait yaratmaq məqsədilə qanun, fərman və qərarlar qəbul edildi. Prezident 1994-
cü il aprelin 5-də xarici ticarəti sərbəstləşdirmək haqqında Fərman verdi.
26
Xarici
iqtisadi əlaqələr liberallaşdırıldı, həm fiziki, həm də hüquqi şəxslərə azad surətdə
xarici ticarət hüququ verildi. 1997-ci ilin yanvarında respublikada ixrac vergisi
ləğv olundu. 1994-cü ilin may ayında respublikanın maliyyə vəziyyətini
yaxşılaşdırmaq üçün qəti addımlar atıldı. 1994-cü ilin əvvəllərindən milli valyuta -
manat respublika ərazisində yeganə ödəniş vasitəsi elan olundu. Prezidentin 14
may 1994-cü il Fərmanı ilə kredit siyasəti ciddiləşdirildi. Banklararası valyuta
birjasının işi nizama salındı.
27
1995-ci ilin fevral ayında prezident ilk radikal addım
atıb valyuta bazarının təşkili haqqında Fərman verdi, bundan sonra valyuta
ehtiyatları bazar vasitəsilə tənzimlənməyə başlandı. Beynəlxalq Valyuta Fondu və
Ümumdünya Bankı ilə müqavilələr bağlandı. Azərbaycan Avropa Yenidənqurma
və İnkişaf Bankına qoşuldu. Büdcə kəsirinin artmasına yol verilmədi. Nəticədə
1995-ci ildə inflyasiya 85 faizə endi. 1996-cı ildə inflyasiya cəmi 6,7 faiz oldu.
Onun səviyyəsi 2000-ci ildə cəmi 2 faiz, 2001-ci ildə isə 1,5 faiz idi.
28
Manatın
dollara nisbətən dəyəri möhkəmləndi, istehlak mallarının qiymətləri artmadı,
əksinə, azalması müşahidə olundu.
29
İnflyasiyanın cilovlanması mühüm
makroiqtisadi göstərici kimi iqtisadi tərəqqiyə, investorların cəlb olunmasına
münasib imkanlar açırdı.
1996-cı ilin ortalarında Prezident daha bir yeni ciddi iqtisadi addım atdı -
vergi sistemi təkmilləşdirildi. Burada ağırlıq mərkəzi istehsal üzərindən götürülüb
istehlak üzərinə qoyuldu. Əvvəllər əmək haqqı məhsulun maya dəyərinə daxil
olunmur, mənfəətdən verilirdi və buna görə də əmək haqqından əlavə 35 faiz
kooperativ vergi tutulurdu. 1996-cı ilin sentyabr ayından əlavə vergi 50 faiz
azaldıldı, 1997-ci ilin əvvəllərindən isə tamamilə ləğv edildi. Müəssisələrə ümumi
vergi təzyiqi xeyli azaldı. Fiziki şəxslərdən tutulan vergilərin yuxarı dərəcəsi 55
faizdən 40 faizə endirildi, onların gəlirinin vergi tutulmayan hissəsi isə 40 min
manatdan 60 min manata qaldırıldı. Eyni zamanda xarici iqtisadi əlaqələri
fəallaşdırmaq üçün gömrük rüsumları 30-40 faizdən 15 faizə endirildi. Nəticədə
vergi və rüsumlardan büdcəyə gəlir 2 dəfəyə qədər artdı.
30
2001-ci il yanvarın 1-dən ölkədə vahid vergi qanunvericiliyi tətbiq olundu.
Vergi Məcəlləsində mülkiyyət formasından və təşkilat-hüquqi statusundan asılı
olmayaraq, bütün vergi ödəyiciləri üçün eyni vergiqoyma siyasəti həyata keçirildi.
Yerli və xarici iş adamları eyni vergiləri ödəyərək eyni imtiyazlara, güzəştlərə
304
malik oldular. Vergi Məcəlləsinə görə Yol Fonduna vergilər ləğv edildi. Əsas
fondların fəal hissəsi əmlak vergisindən azad olundu. Mənfəətin sərmayələrə
yönəldilən hissəsi vergilərdən tam azad edildi. Hüquqi şəxslərdən mənfəət
vergisinin dərəcəsi 2000-2002-ci illərdə 5 faiz aşağı salınıb 27 faiz müəyyən
olundu. Əlavə dəyər vergisinin dərəcəsi 20 faizdən 18 faizə endirildi. Fiziki
şəxslərdən gəlir vergisinin maksimum həddi 40 faizdən 35 faizə (bu dərəcələr
inkişaf etmiş ölkələrin əksəriyyətindəkindən aşağıdır) düşdü.
31
2002-ci ilin noyabr
ayından 62 yerli vergi idarəsi ləğv olunub, əvəzinə 12 ərazi vergi idarəsi təşkil
edildi. Vergi Nazirliyində işçilərin 40 faizi ixtisar olundu. Sonralar mənfəətdən
tutulan verginin Bakıda 27 faizdən 25 faizə, Naxçıvanda 10 faizə, Gəncə,
Sumqayıt, Mingəçevir və Əli Bayramlıda 20 faizə, başqa şəhər və rayonlarda isə
15 faizə endirilməsi planlaşdırıldı.
32
1997-ci ildən dövlət büdcəsi xərclərinin səmərəli təşkili, iqtisadi
idarəetmədə şəffaf mexanizmlər yaratmaq üçün maliyyə işləri xəzinədarlıq sistemi
üzrə qurulmağa başlandı. Baş və yerli xəzinədarlıq orqanları təşkil edildi.
33
İstehsalı inkişaf etdirmək üçün respublikanın kifayət qədər investisiya
imkanları yox idi. Xarici kapitalı cəlb etmək məqsədilə "açıq qapı" siyasəti
yeridilməyə başlandı. Xarici investorlara və kreditorlara təminat verən, onları
müdafiə edən qanunlar qəbul olundu. Gömrük vergiləri sərbəstləşdirildi və aşağı
salındı. Xarici sərmayələrə immunitet haqqında Qanun qəbul edildi. Fiziki və ya
hüquqi şəxslər, respublikada qanunların dəyişdirilməsindən asılı olmayaraq, on il
müddətində investisiyanı qoyduğu şərtlərlə işlətmək hüququ aldı. Xarici
səhmdarların gəlirlərinin repartasiya olunması haqqında da Qanun qəbul olundu.
Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası,
Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı ilə əməkdaşlıq
yaradıldı. Bu, Azərbaycan Respublikasının maliyyə-bank sistemini dünya
standartlarına uyğunlaşdırdı.
34
Beynəlxalq maliyyə təşkilatlarının ayırdığı kreditlər ölkədə iqtisadi struktur
dəyişikliklərinə, mühüm iqtisadi tədbirlərin həyata keçirilməsinə kömək etdi.
Təkcə 1995-ci ildə Dünya Bankı Azərbaycana reabilitasiya layihəsi üçün 65
milyon dollar kredit ayırdı. Bu bank 1997-ci ildə ölkədə 195 milyon dollar dəyəri
olan altı layihəni, o cümlədən Bakı su kəmərinin bərpası, neft-qaz sənayesində
yenidənqurma, kənd təsərrüfatında özəlləşdirmə ilə əlaqədar altı nümunəvi fermer
təsərrüfatı yaradılması layihələrini maliyyələşdirdi. Avropa Yenidənqurma və
İnkişaf Bankı 1997-ci ildə Mingəçevir Su-Elektrik Stansiyasının yenidən
qurulması, Ağdam-İmişli 330 kilovatlıq elektrik xəttinin bərpası üçün 21 milyon
dollar kredit ayırdı.
35
Dünya Bankı respublikanın işğaldan azad olunmuş ərazilərində bərpa
işlərinə kömək məqsədilə "Bərpa" proqramı hazırlanmasında, onun həyata
305
keçirilməsi üçün donor ölkələrin maliyyə vəsaitinin cəlb olunmasında fəal iştirak
edirdi. Beynəlxalq maliyyə təşkilatları ilə 1997-ci ildən Azərbaycana 700 milyon
dollar həcmində kredit kanalları açılması haqqında razılıq əldə olunmuşdu. Təkcə
Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycana 1 milyard 300 milyon
dollardan çox kredit vermişdi.
36
Ölkə iqtisadiyyatının dirçəldilməsi və inkişaf etdirilməsi üçün xarici
investisiyalar cəlb etmək olduqca vacib idi. Respublikanın geniş potensial
imkanlarını təbliğ etmək, investorları maraqlandırmaq üçün 1994-cü ilin payızında
Bakıda, 1995-ci ilin qışında Londonda və Parisdə, 1996-cı ilin baharı və payızında,
1997-ci ilin baharında Bakıda və İstanbulda beynəlxalq biznes konfransları
keçirildi. Bu konfranslarda Prezident Heydər Əliyevin iştirakı və xarici investorları
respublikaya cəsarətlə vəsait qoymağa şəxsən dəvət etməsi çox səmərəli oldu.
1997-1998-ci illərdə ABŞ-da Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən
keçirilən beynəlxalq konfranslarda respublikanın iqtisadi imkanları geniş müzakirə
edildi. Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin
bu konfranslarda inandırıcı və əhatəli çıxışları investorların respublika
iqtisadiyyatına diqqətini xüsusilə cəlb etmişdi.
37
Bu sahədə sonrakı illərdə də
beynəlxalq iqtisadi konfrans və seminarların keçirilməsi, xüsusən 2002-ci il may
ayının 31-də Bakıda Avropa Şurası Parlament Assambleyası İqtisadi Məsələlər və
İnkişaf Komitəsinin iclası Çərçivəsində keçirilmiş "Avropa və Xəzərin enerji
ehtiyatlarının inkişafı" mövzusunda beynəlxalq seminar və burada İlham Əliyevin
çıxışı, mövcud iqtisadi və siyasi vəziyyətin hərtərəfli təhlil edilməsi böyük səmərə
vermişdir.
38
2000-ci ildə Azərbaycan Respublikasında 1300-dən çox xarici şirkət və
firmanın nümayəndəliyi fəaliyyət göstərirdi.
39
Neft strategiyası. Azərbaycan Respublikası iqtisadiyyatının böhrandan
çıxarılması və inkişaf etdirilməsində neft sənayesinin dirçəldilməsi, müasir
texnologiyalar əsasında yenidən qurulması mühüm əhəmiyyət kəsb edirdi.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni dövlət neft strategiyası
hazırlandı və uğurla həyata keçirilməyə başlandı. Bu, Azərbaycan neft sənayesində
yeni eranın başlanğıcı idi.
40
Neft sənayesinə investisiya və yeni texnologiyalar cəlb etmək, respublikaya
sərfəli şərtlərlə xarici neft şirkətləri ilə müqavilələr bağlamaq üçün danışıqlar
aparılması Azərbaycan Dövlət Neft Şirkətinə (ADNŞ) tapşırıldı. Danışıqlar
qrupuna neft və beynəlxalq əlaqələr üzrə görkəmli mütəxəssislər daxil edildi. Bu
qrupun fəaliyyətində İlham Əliyevin, Xoşbəxt Yusifzadənin, Natiq Əliyevin rolu
xüsusən səmərəli oldu, Azərbaycanın maraqlarına tam cavab verən müqavilə
şərtləri razılaşdırıldı.
41
306
Müqavilənin bağlanmasına müxtəlif, əsasən xarici qüvvələr ciddi mane
olurdular. Rusiya Federasiyasının təşəbbüsü ilə belə bir tezis irəli sürüldü ki, Xəzər
dənizi bütün Xəzəryanı ölkələr üçün ümumidir və onu milli sektorlara bölmək
olmaz. Buna görə də Azərbaycan birtərəfli qaydada xarici şirkətlərlə neft
müqavilələri bağlaya bilməz. Diplomatik notalar, bəyanatlar verilirdi. Xarici
şirkətlər belə fikirdə idilər ki, müqavilə Xəzər dənizinin statusu həll ediləndən
sonra qüvvəyə minməlidir. Lakin Azərbaycan hökuməti tərəfindən Vaşinqtona
ezam edilmiş ADNŞ-in birinci vitse-prezidenti İlham Əliyev ABŞ-da Energetika
Nazirliyi rəhbərləri ilə səmərəli danışıqlar apardıqdan sonra ABŞ hökumətinin
dəstəyi sayəsində xarici şirkətlər bu fikirdən əl çəkdilər.
42
1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında ADNŞ ilə ABŞ,
Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın iri
neft şirkətləri daxil olan konsersum (sonralar bu konsersuma Yaponiya şirkəti də
qoşuldu) arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq"
yataqlarının və "Günəşli" yatağının bir hissəsinin birgə işlədilməsi və hasil olunan
neftin pay şəklində bölüşdürülməsi haqqında 30 illik saziş imzalandı. Bu müqavilə
dünyada "Əsrin müqaviləsi" adı ilə məşhurlaşdı (2001 -ci ildən başlayaraq
Prezidentin Fərmanı ilə həmin gün respublikada "Neftçi günü" kimi bayram edilir).
Razılığa görə, investisiyanın 80 faizini konsersum qoyur, Azərbaycanın ümumi
gəliri çıxarılacaq neftin qiymətinin 80 faizi miqdarında müəyyən olunurdu. Bundan
əlavə, hasil olunacaq səmt qazı tam Azərbaycanın ixtiyarına verilirdi.
43
"Əsrin müqaviləsi"nin təkcə hazırlanması və bağlanmasını deyil, həm də
həyata keçirilməsini olduqca ağır və çətin problemlər müşayiət edirdi. Bu işə mane
olmaq üçün xarici qüvvələrin dəstəyi ilə ölkədə dövlət çevrilişi, Prezidentə qarşı
terror cəhdləri törədildi. Hətta xarici şirkətlərə yalan informasiyalar və müxtəlif
yollarla təzyiq göstərməyə çalışırdılar. Lakin Azərbaycan Prezidenti H.Əliyevin
siyasi iradəsi, qətiyyəti və müdrikliyi sayəsində bu maneələr müvəffəqiyyətlə
aradan qaldırıldı. Ölkədə xarici sərmayələr qoyuluşu üçün ən vacib şərt-siyasi
sabitlik yaradıldı.
44
1995-ci il noyabrın 10-da Xəzərin yeni aşkar olunmuş "Qarabağ"
strukturunda və ona bitişik ərazilərdə kəşfiyyat aparılması, yataqların işlədilməsi
və çıxarılan neftin bölüşdürülməsi haqqında Rusiya, İtaliya, ABŞ şirkətləri ilə yeni
saziş imzalandı. Müqavilədən əldə olunan daxili gəlirin 65-80 faizinin
Azərbaycana çatacağı razılaşdırıldı.
45
1996-cı il iyunun 4-də Xəzərin "Şahdəniz" yatağının birgə işlədilməsi
haqqında ADNŞ ilə Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, Fransa və İranın
neft şirkətləri konsersumu müqavilə imzaladılar. Bu müqaviləyə görə də ümumi
gəlirin 80 faizi Azərbaycana çatacaqdı.
46
Burada dərinliyi 6,5 min m olan quyular
qazıldı və nadir qaz-kondensat yatağı kəşf edildi. Qərb ekspertlərinin fikrincə, çox
307
böyük qaz ehtiyatı olan bu yatağın kəşf edilməsi ilə Azərbaycan təkcə neft deyil,
həm də qaz "kralına" çevrildi.
47
Dövlət Azərbaycan qaz sənayesinin inkişafı
strategiyasını hazırlamağa, onun dünya bazarına çıxarılması yollarını
müəyyənləşdirməyə başladı.
1996-cı il dekabrın 14-də Xəzərdə "Dan ulduzu" və "Əşrəfi" yataqlarının
birgə işlədilməsi üzrə ABŞ, Səudiyyə Ərəbistanı və Yaponiya, 1997-ci il yanvarın
13-də "Lənkəran-dəniz" və "Talış-dəniz" yataqlarının birgə istismarı üzrə Fransa
neft şirkətləri ilə ADNŞ arasında sazişlər bağlandı.
48
1997-ci il avqustun 1-də Vaşinqtonda - "Ağ Ev"də ABŞ-ın
qabaqcıl neft
şirkətləri ilə ADNŞ arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron",
"Naxçıvan", "Oğuz" və "İnam" neft yataqlarında birgə iş barədə üç yeni müqavilə
imzalandı.
49
1998-ci ilin iyun ayında İtaliya, Yaponiya, Türkiyə, ABŞ, Britaniya-Kanada
neft şirkətləri konsersumu ilə, həmin ilin iyul ayında isə Böyük Britaniya, ABŞ və
Rusiya neft şirkətləri ilə ADNŞ arasında yeni neft müqavilələri imzalandı. 1999-
2000-ci illərdə daha bir neçə neft müqaviləsi bağlandı.
50
2001-ci ilin yanvarında
Zığ və Hövsan yataqları üzrə Rusiyanın LUKOYL şirkəti ilə müqavilə imzalandı.
51
Ümumiyyətlə, 1994-2001-ci illərdə ADNŞ 14 ölkənin 32 neft şirkəti ilə 21
müqavilə imzaladı. 2001-ci ildə bu şirkətlərə servis xidməti göstərən 400-ə qədər
xarici şirkət fəaliyyətdə idi.
52
Bu müqavilələr çərçivəsində Azərbaycana 60 milyard
dollar həcmində investisiya qoyulması nəzərdə tutulurdu. Bu müddətdə xarici neft
şirkətləri müqavilələr üzrə işlərin həyata keçirilməsi üçün 6 milyard dollara qədər
investisiya qoymuşdu.
53
1995-ci ilin aprelində "Əsrin müqaviləsi"ni reallaşdırmaq üçün Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), 1996-cı ilin aprelində isə "Qarabağ"
strukturu üzrə müqaviləni həyata keçirmək üçün "Xəzər" Beynəlxalq Neft Şirkəti,
habelə başqa müqavilələr üzrə əməliyyat şirkətləri təşkil edildi. Bu şirkətlər qazma
qurğularından və infrastrukturdan birgə istifadə etmək üçün xüsusi klub
yaratdılar.
54
ABŞ-ın "EKSON", "AMOKO", "YUNOKAL", "MOBİL" və "PENZOYL",
Böyük Britaniyanın "Britiş Petrolium", Yaponiyanın "İTOÇİ", "MİTSUPİ",
Norveçin "STATOYL", Səudiyyə Ərəbistanının "DELTA", Rusiyanın
"LUKOYL", Fransanın "ELF AQİTEN", "TOTAL", İtaliyanın "ACİP" kimi
dünyada ən qabaqcıl neft şirkətləri Azərbaycanın neft, neft-maşınqayırma
sənayesinə müasir texnologiyalar, idarəetmə təcrübəsi gətirdilər.
55
Respublikanın
neft donanması, neft sənayesi infrastrukturu yenidən quruldu. "Bakı" elmi-tədqiqat
gəmisi modernləşdirilib dünyada ən mükəmməl geofiziki tədqiqat gəmilərindən
birinə çevrildi.
56
"Xəzərdənizneft" yarımdalğa qazma qurğusu yenidən quruldu,
"Dədə Qorqud" adı ilə ikinci həyatına başladı.
57
"Şelf-5" qazma qurğusu əsaslı
308
şəkildə yenidən quruldu, müasir avadanlıqla təchiz olunaraq, dünyada ən böyük
üzən qazma qurğularından birinə çevrildi və 1998-ci ilin sentyabrında "İstiqlal" adı
ilə istifadəyə verildi.
58
Xəzər Gəmiqayırma müştərək müəssisəsində 1998-ci ilin
iyul ayından 2000-ci ilin avqust ayınadək dənizin 7620 m-dək dərin yerlərində neft
quyuları qazmağa imkan verən "Qurtuluş" adlı ən müasir çoxfunksiyalı özüqalxan
qazma qurğusu yaradıldı.
59
2002-ci ilin yayında "Azəri", "Çıraq" və "Günəşli"
yatağında ən yeni texnologiya üzrə Xəzərdə ilk dəfə qazma qurğularının altı üçün
sualtı qazma dayaq tavası quraşdırıldı.
60
Tofiq İsmayılov adına dalğıc,
"Azərbaycan", İsrafil Hüseynov adına kran gəmiləri təmir edilib yeni avadanlıqla
təchiz olundular.
61
Dənizdə "Çıraq-1" platforması beynəlxalq standartlara uyğun,
Qərb texnologiyası əsasında yenidən quruldu.
62
Bu platformadan sahilədək 120 m
dərinlikdə 176 km neft, Neft daşlarına 48 km qaz kəmərləri çəkildi. Səngəçal
terminalı tikildi. Zığ zavodu sualtı boruların üzlənməsi üzrə ixtisaslaşdırıldı.
63
1994-cü ildən başlayaraq hər ilin iyun ayında Bakıda xarici firma və
şirkətlərin iştirak etdiyi ənənəvi Beynəlxalq neft-qaz sərgisi təşkil olunurdu. 4000
nəfərdən çox azərbaycanlı mütəxəssis dünyanın ən qabaqcıl neft şirkətləri
bazasında yeni texnologiya və iş metodlarına yiyələnmişdi. 2001-ci ildə hasilat və
servis şirkətlərində 10 mindən çox Azərbaycan vətəndaşı işləyirdi.
64
Bakı
neftçilərinin böyük təcrübəsi yüksək qiymətləndirilir və ondan səmərəli istifadə
olunurdu. Neft şirkətlərinin beynəlxalq tenderlərdə bağladığı müqavilələrin 20
faizdən çoxu Azərbaycan müəssisələrinin və onların xarici tərəf müqabilləri ilə
birgə yaratdıqları müəssisələrin payına düşürdü.
65
"Azəri", "Çıraq" və "Günəşli" yataqlarından hasil olunacaq ilkin neftin Qara
dəniz limanlarına Rusiya və Gürcüstandan keçən "Şimal" (14000 km) və "Qərb"
(920 km) neft kəmərləri ilə nəql ediləcəyi barədə müqavilələr bağlandı.
66
Bakı-
Novorossiysk "Şimal" kəmərinin Azərbaycan hissəsi 1996-cı ilin sonuna qədər
hazır oldu, mövcud kəmərə 26 km yeni kəmər əlavə edildi. Kəmər neftlə
dolduruldu. 1997-ci il oktyabrın 25-də "Şimal" kəməri istifadəyə verildi.
67
Bakı-
Supsa "Qərb" kəmərinin tikintisi 1998-ci ilin axırlarında başa çatdırıldı. 1999-cu il
aprelin 17-də bu kəmər və Supsa terminalı istifadəyə verildi.
68
1996-cı ildə dənizdə ABƏŞ-in qazdığı ilk neft quyusu güclü fontan vurdu
və yataqların böyük ehtiyatları bir daha təsdiq olundu.
1997-ci il noyabrın 12-də "Əsrin müqaviləsi" üzrə neftin hasilatına
başlanıldı. Bu hadisə Bakıda böyük təntənə ilə qeyd edildi.
69
Bu müqavilə üzrə əsas işlərin birinci fazasının başlanması üçün Xəzər
dənizindən Aralıq dənizinə qədər uzanan, ildə 50 milyon ton neft nəql edə biləcək,
uzunluğu 1760 km olacaq iridiametrli Bakı-Tibilisi-Ceyhan əsas neft ixrac
kəmərinin tikintisi haqqında saziş əldə olunması vacib idi.
70
1998-ci ilin mayında
müqavilə hazırlanması üçün işçi qrup yaradılmışdı. Həmin il oktyabrın 29-da
309
Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentlərinin və
ABŞ energetika nazirinin imzaladıqları bəyanat bu kəmər üzrə danışıqlara təkan
verdi.
71
1999-cu il noyabrın 18-də İstanbulda "Xam neftin Azərbaycan
Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə
Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş
imzalandı. Bu zaman Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və ABŞ-ın
dövlət başçıları tərəfindən verilən "İstanbul Bəyannaməsi" layihənin yüksək
səviyyədə dəstəkləndiyinə sübut oldu.
72
Bu sazişin hazırlanmasına da ciddi maneələr törədilirdi. Şirkətlərin bəziləri
kənardan təsirlər nəticəsində belə bir kəmərə ehtiyac olacağına skeptikcəsinə
yanaşırdılar. Qoyulacaq investisiyalar haqqında da müxtəlif fikirlər vardı. Lakin
Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində bütün bu maneələr dəf
edildi.
73
2002-ci il avqustun 1-də bu kəmərin tikilməsi və idarə edilməsi üçün
BTCKO (Bakı-Tbilisi-Ceyhan) şirkəti təsis edildi.
74
2002-ci il sentyabrın 18-də
kəmərin təməli qoyuldu. Bu münasibətlə təntənələrdə iştirak etmək üçün Türkiyə
Respublikasının prezidenti Əhməd Necdət Sezər, Gürcüstan Respublikasının
prezidenti Eduard Şevardnadze, ABŞ-ın energetika naziri Spenser Abrham Bakıya
gəlmişdilər. 3 milyard dollara qədər dəyəri olan bu kəmərin sahibi Azərbaycan
Dövlət Neft Şirkəti (25 faiz), Böyük Britaniyanın BiPi (30,1 faiz), ABŞ-ın Yunokal
(8,9 faiz), Konoko-Filips (2,5 faiz), Norveçin Statoyl (8,72 faiz), Türkiyənin
Türkiyə Petrolları (6,53 faiz), Yaponiyanın İtoçi (3,4 faiz) və İnpeks (2,5 faiz),
Səudiyyə Ərəbistanının Delta Hess (2,36 faiz), İtaliyanın Epi (5 faiz) və Fransanın
Total Elna Elf (5 faiz) şirkətləri idi.
75
2001-ci il avqustun 30-da "Əsrin müqaviləsi" üzrə əsas işlərin birinci,
mühüm fazasına başlanıldı.
76
Həyata keçirilən tədbirlər sayəsində respublikanın neft sənayesi dirçəldi və
sürətlə inkişaf etməyə başladı. 2002-ci ildə ölkədə 15,3 milyon ton neft hasil
edildi.
77
Neft müqaviləsi gəlir gətirməyə başladı.
Prezidentin Fərmanı ilə 1999-cu ilin dekabrında "Azərbaycan Dövlət Neft
Fondu" təsis olundu.
78
Respublika Prezidentinin 2001-ci il 27 dekabr sərəncamı ilə
bu fondun Müşahidə Şurası təşkil edildi. Azərbaycan yeni neft strategiyasının
baniləri Heydər Əliyev və İlham Əliyev bu fondu güclü iqtisadiyyat yaratmaq
vasitəsi kimi qiymətləndirirdilər. İlham Əliyevin qeyd etdiyi kimi, Dövlət Neft
Fondunu yaratmaqda başlıca məqsəd mineral-xammal ehtiyatlarını təkrar istehsala
yönələn maliyyə ehtiyatlarına çevirməkdir və bu fond nəsildən-nəslə keçməlidir.
79
Dövlət Neft Fondunda yığılan vəsaitlər investisiya şəklində Azərbaycan
iqtisadiyyatının başqa sektorlarına qoyulmalı, neftlə bağlı olmayan digər sahələrin
inkişafı, yeni iş yerləri yaradılması üçün, habelə gələcək nəsillərin neft hasilatı
310
səviyyəsindən və dünya bazarında neftin qiymətinin dəyişməsindən asılılığını
istisna edən proqramlar həyata keçirilməlidir.
80
2003-cü ilin əvvəllərində fondda
730 milyon ABŞ dolları həcmində vəsait var idi.
81
Ondan respublikanın iqtisadi və
sosial rifahı naminə səmərəli istifadə etmək üçün xüsusi proqram hazırlanmışdı.
İqtisadiyyatın başqa sahələrinə də xarici sərmayə qoyuluşu sürətlə artırdı.
Əgər 1996-cı ildə respublikaya gələn xarici investisiyanın 33 faizi qeyri-neft
sahələrinə yönəldilmişdisə, 2000-ci ildə bu, 50 faizdən çox idi.
82
Ümumiyyətlə, respublika iqtisadiyyatına 1993-cü ildə 15 milyon, 1995-ci
ildə 375 milyon, 1996-2002-ci illərdə 9 milyard (qeyri-neft sektoruna 3 milyard)
dollar xarici investisiya qoyulmuşdu.
83
Xarici sərmayənin 90 faizi istehsal
sahələrinin inkişafına yönəldilmişdi.
84
Azərbaycan Respublikası iqtisadiyyatının dirçəldilməsinə və inkişafına
Avropa Birliyi "Traceca" proqramı üzrə AVROPA-QAFQAZ-ASİYA nəqliyyat
kommunikasiyasının - "Yeni İpək Yolu"nun işə düşməsi də əhəmiyyətli təsir
göstərirdi. 1993-cü ilin may ayında Avropa Birliyinin təşəbbüsü ilə bu istiqamətdə
nəqliyyat dəhlizinin açılması barədə 8 ölkənin, o cümlədən Azərbaycanın iştirakı
ilə "Brüssel Bəyannaməsi" qəbul olunmuşdu. 1996-cı il mayın 13-də Azərbaycan,
Gürcüstan, Türkmənistan və Özbəkistan respublikaları arasında tranzit yük
daşınmasının tənzimlənməsi sahəsində əməkdaşlıq və dəmiryol nəqliyyatı
fəaliyyətinin əlaqələndirilməsi haqqında Sarahs (Türkmənistandadır) sazişləri
imzalandı.
85
1996-cı ilin dekabrında Odessada Azərbaycan, Gürcüstan və Ukrayna
respublikaları başçılarının Avrasiya nəqliyyat dəhlizi yaradılması haqqında saziş
imzalaması da bu işə qüvvətli təkan oldu.
86
Dostları ilə paylaş: |