§2. ELM
Azərbaycan elmi keçid dövründə yeni ciddi çətinliklərlə üzləşdi. Vəsait
çatışmazlığı, ənənəvi elmi əlaqələrin qırılması elmin inkişafını xeyli ləngitdi.
"AXC-Müsavat iqtidarı" Azərbaycan Elmlər Akademiyasına qərəzli mövqedən
yanaşır, onun səmərəsizliyi, hətta Akademiyanın ləğv olunması barədə mürtəce
fikirlər yayırdılar. "Qorbaçov rejimi"nin törətdiyi haqsızlıqlar, ədalətsizliklər
şəraitində Azərbaycanda 1988-1992-ci illərdə namuslu və elmli adamlara qarşı
qisasçılıq, dağıdıcılıq halları intişar edirdi. Həmin dövrdə "Qorbaçov rejimi"nin
yeni əlaltıları Heydər Əliyevə, onun ailəsinə, xüsusilə onun qardaşı, bütün şüurlu
345
həyatını Azərbaycan elminin tərəqqisinə həsr etmiş, Elmlər Akademiyasında
laborantlıqdan akademikliyədək şərəfli bir yol keçmiş Cəlal Əliyevə qarşı
yönəlmişdi. Onun rəhbərlik etdiyi laboratoriyalar bağlanmış, qiymətli avadanlıqlar
məhv edilmiş, mətbuatda işdən çıxarılmış layiqli alimlərin şərəfini alçaldan iftiralar
çap olunmuşdu. Onlar xalq arasında nüfuzdan salınır, hətta repressiyalara məruz
qalırdılar.
Azərbaycan milli elminə daim hamilik etmiş Heydər Əliyev respublikaya
rəhbərliyə qayıdandan sonra elm sahəsində mühüm dəyişikliklər baş verdi. Elmə
dövlət qayğısı artdı. 1997-ci il yanvarın 31-də Prezident Heydər Əliyev
Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi və aparıcı alimlərin bir qrupu ilə
görüşərək elm sahəsində mövcud problemləri müzakirə etdi.
79
"Elmin strateji
inkişafı və Azərbaycan Milli Elmlər Akademiyasında islahatların konsepsiyası"
hazırlandı.
80
Alimlərin əmək haqqı artırıldı. 1997-ci ilin fevralında əmək haqqı
Elmlər Akademiyasında 50 faiz, habelə Akademiyanın həqiqi və müxbir üzvlərinin
elmi rütbə haqqı 10 dəfə yüksəldi. Sonrakı illərdə də elm sahəsi işçilərinin əmək
haqqı artırıldı. 2002-ci ilin iyul ayından Akademiya əməkdaşlarının əmək haqqı
orta hesabla iki dəfə, akademiklərin və müxbir üzvlərin rütbə maaşları 3 dəfədən
çox artırıldı.
82
Elmlər Akademiyasının Azərbaycan elm və mədəniyyətinin inkişafında rolu
yüksəlməyə başladı. 90-cı illərin ortalarında təkcə Elmlər Akademiyası sistemində
35 elmi-tədqiqat institutu fəaliyyət göstərirdi. Yeni institutlar, o cümlədən
Arxeologiya və Etnoqrafiya İnstitutu, Milli Münasibətlər İnstitutu, Əlyazmalar
İnstitutu, İnsan Hüquqları İnstitutu təşkil olundu. Azərbaycan Elmlər Akademiyası
MDB Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyası yaradılmasının
təşəbbüsçüsü olmuş və bu təşkilata üzv qəbul edilmişdi.
83
Təşkilat postsovet
respublikaları alimlərinin keçmiş əlaqələrinin bərpa olunmasına, yeni elmi
əlaqələrin yaranmasına imkanlar açmışdı. Türkdilli dövlətlərin elmlər
akademiyaları arasında əlaqələr yaranıb inkişaf etməyə başladı. Bu işdə Türkiyə
Elmlər Akademiyasının təklifi və Avropa Birliyi nümayəndəsinin iştirakı ilə 2000-
ci ildə Ankarada keçirilmiş Türkdilli dövlətlərin Elmlər Akademiyalarının ilk
konfransı mühüm addım oldu. Konfransda Azərbaycan Elmlər Akademiyasını
akademik C.Quliyev təmsil edirdi. O, Azərbaycan Elmlər Akademiyasının inkişaf
yolları, perspektivləri və problemlərinə dair məruzələrlə çıxış etmişdi.
84
2000-ci ilin sonlarında Azərbaycan Elmlər Akademiyasında 8226 işçi, o
cümlədən 3446 elmi işçi çalışırdı. Akademiyanın 31 həqiqi və 48 müxbir üzvü
vardı. Elmin müxtəlif sahələri üzrə 466 elmlər doktoru və 1965 elmlər namizədi
elmi-tədqiqat işləri aparırdı. 323 nəfər aspiranturada təhsil alırdı. 116 problem üzrə
382 mövzu işlənirdi.
85
346
1991-2001-ci illərdə Elmlər Akademiyası müəssisələrində 1644 mühüm
nəticə alınmış, 504 iş istehsalata tətbiq olunmuş, 20 minə qədər məqalə çapdan
çıxmış, 200-ə qədər doktorluq, 650-yə qədər namizədlik dissertasiyası müdafiə
edilmişdi.
86
Prezidentin 2001-ci il 15 may tarixli Fərmanına əsasən Azərbaycan Elmlər
Akademiyasına "Azərbaycan Milli Elmlər Akademiyası" statusu verildi.
Prezidentin sərəncamı ilə Akademiya üzvlərinin ümumi sayı 200 nəfər müəyyən
edildi. AMEA-nın iyun ayının 30-da və noyabr ayının 5-də keçirilmiş ümumi
yığıncağında AMEA-nın həqiqi və müxbir üzvlərinin seçkiləri keçirilmişdir.
Seçkilər nəticəsində 40 ixtisas üzrə AMEA-nın üzvlüyünə 29 nəfər həqiqi üzv və
91 nəfər müxbir üzv seçilmişdir. Fizika-riyaziyyat və texnika elmləri bölməsi
üzrə həqiqi üzvlər: Abbasov Ə.M., Allahverdiyev C.E., Qacar Ç.Ü., Əliyev T.A.,
Əliyev F.Ə., Kərimov M.K., Mehdiyev A.Ş., Hacıyev A.C., Həşimzadə F.M.,
Paşayev A.M.C., müxbir üzvlər: Quliyev Ə.S., Əsgərov B.M., Əkbərov S.C.,
İsgəndərov B.A., Kərimov S.Q., Mehdiyev M.F., Məlikov A.Z., Məmmədov İ.T.,
Məmmədov Y.Ə., Məmmədov F.İ., Ramazanov K.N., Tağıyev B.H., Tahirov V.İ.,
Hacıyev A.H., Hüseynov R.Ə., kimya elmləri bölməsi üzrə həqiqi üzvlər: Əliyev
A.M., Məmmədyarov M.Ə., Nağıyev T.M., Rzayev R.H., Sadıxov K.İ., Seyidov
N.M., müxbir üzvlər: Abbasov V.M., Qarayev S.F., Əzizov A.H., Əhmədov M.M.,
Kəlbəliyev Q.İ., Litfişkov Y.N., Məcidov Ə.Ə., Məhərrəmov A.M., Rüstəmov Y.İ.,
Salahov M.S., Səmədova F.İ., Əfəndiyev A.A., Fərzəliyev V.M.; yer elmləri
bölməsi üzrə həqiqi üzvlər: Məmmədov Ə.V., müxbir üzvlər: Abbasov Z.Y.,
Bağırov B.Ə. Quliyev İ.S., Quliyev R.İ., Quliyev H.H., Əhmədbəyli F.S.,
İsmayılzadə A.C., Kərimov K.M., Məmmədov P.Z., Məmmədov R.M.,
Mustafayev H.V., Həsənov T.A., Həsənov İ.S., Həsənov A.H., Cavanşir R.C.,
Cəlalov Q.İ., Xeyirov M.B., Xəlilov Ş.B.; biologiya elmləri bölməsi üzrə həqiqi
üzvlər: Əliyev C.Ə., Əmiraslanov Ə.T., İnsanov Ə.B., Məmmədova S.R., Cəfərov
M.İ., Hacıyev Y.H., müxbir üzvlər: Ağayev T.M., Babayev M.P., Qarayeva N.İ.,
Qasımov X.M., Quliyev N.M., Qurbanov M.R., Əliyev N.N., Əliyev S.V., Əzizov
İ.V., İmamverdiyev S.B., Yolçuyev Y.Y., Məmmədov Q.Ş., Musayev S.H.,
Sadıqov İ.Ə., Salmanov M.Ə., Feyzullayev N.A., Cəfərov F.İ., Şirinov N.M. və
humanitar və ictimai elmlər bölməsi üzrə həqiqi üzvlər: Bünyadov T.Ə.,
Vahabzadə B.M., Qasımzadə F.F., Eldarov Ö.H., Əliyev İ.H., Əfəndiyev R.S.,
müxbir üzvlər: Abbasov A.A., Axundov A.A., Vəlixanova N.M., Qarayev Y.V.,
Qiyasi C.Ə., Əliyev A.Ə., Əfəndiyev O.Ə., Əhmədov Q.M., Kərimov İ.S.,
Məlikov A.C., Məmmədov A.İ., Məmmədov Z.C., Məmmədova F.C.,
Məmmədova R.A., Məmmədəliyeva S.Y., Məmmədəliyev V.M., Musayev A.F.,
Muradov Ş.M., Nemətova M.S., Nərimanov İ.H., Nəbiyev A.M., Nuriyev Ə.X.,
Rüstəmova A.C., Həbibbəyli İ.Ə., Hacıyev T.İ., Cəfərov N.Q. seçilmişlər.
347
Akademik Mahmud Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
seçildi.
87
2002-ci ilin əvvəllərində Azərbaycan MEA-da 60 akademik, 175 müxbir
üzv, 3899 elmi işçi, 451 elmlər doktoru və 1924 elmlər namizədi çalışırdı. Elmi-
tədqiqat müəssisələrinin strukturu təkmilləşdirildi. 2002-ci ilin ortalarında bir sıra
elmi-tədqiqat institutları birləşdirildi. Naxçıvan Muxtar Respublikasında elmi-
tədqiqat qurumlarının fəaliyyətini gücləndirmək, mövcud elmi potensialdan
səmərəli istifadə etmək, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii
sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şərait yaratmaq məqsədilə Prezident
Heydər Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin
təsis edilməsi haqqında" 7 avqust 2002-ci il tarixli sərəncamına əsasən AMEA-nın
Naxçıvan Bölməsi yaradıldı. Bölmədə Tarix, Etnoqrafiya və Arxeologiya,
İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar, Bioresurslar institutları, Əlyazmalar
Fondu və Batabat Astrofizika Rəsədxanası fəaliyyət göstərirdi.
88
Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının statusu
haqqında" 2003-cü il 4 yanvar tarixli Fərmanı ilə təsbit edildi ki, "Azərbaycan
Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafını təşkil
edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan
Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat
fəaliyyətlərini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını
xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi
təşkilatıdır".
89
Dövlət başçısının Fərmanı ilə AMEA-nın Nizamnaməsi təsdiq
olundu.
Elmi və elmi pedaqoji kadrlar hazırlanması işini nizama salmaq üçün 1992-
ci il aprelin 23-də Azərbaycan Ali Attestasiya Komissiyası (1994-cü ildən
Azərbaycan Prezidenti yanında Azərbaycan Ali Attestasiya Komissiyası) təşkil
edildi.
90
Bu komissiya Ali Attestasiyalar Komissiyaları Beynəlxalq Assosiasiyasına
üzv qəbul edildi. Respublikanın elm və təhsil müəssisələrində 140-a yaxın ixtisas
üzrə hər il 70-dək doktorluq və namizədlik dissertasiyasının müdafiəsi üçün
İxtisaslaşdırılmış Şura fəaliyyət göstərirdi. Bakı ilə yanaşı Naxçıvan, Gəncə,
Lənkəran kimi şəhərlərin ali təhsil müəssisələrində də belə şuralar yaradılırdı.
91
2000-ci ildə respublikanın 137 elmi-tədqiqat müəssisəsində (95-i elmi-
tədqiqat institutu idi) 26,4 minə qədər işçi (15,8 min elmi-texniki fəaliyyətlə
məşğul olan işçi), o cümlədən 1512 elmlər doktoru və 8380 elmlər namizədi vardı.
Bununla yanaşı, 10,6 minə qədər pedaqoji işçi, o cümlədən 834 elmlər doktoru və
5,4 min elmlər namizədi dərs deməklə bərabər elmi-texniki fəaliyyətlə məşğul
olurdu.
92
Azərbaycan elminin maddi bazasının keyfiyyətcə yaxşılaşması yolunda
mühüm addımlar atılmağa başlanmışdı. Elmlər Akademiyasında "Bakı Qovşağı"
348
adlı Beynəlxalq Kompüter Mərkəzi təşkil olunmuşdu. Yeni elektron rabitə
vasitələri azərbaycanlı alimlərə Transavropa tədqiqat və yaradıcılıq şəbəkəsi ilə
əlaqə yaratmağa imkan verirdi.
93
Dünya azərbaycanlı alimlərin əsərləri, elmi
xidmətləri ilə daha yaxından tanış olmağa başlamışdı. Azərbaycanlı alimlər
dünyanın qabaqcıl elm mərkəzlərinin, elmlər akademiyalarının üzvü seçilmiş, elmi
əlaqələr xeyli genişlənmişdi. Xarici elmi mərkəzlərlə ikitərəfli müqavilələr
imzalanırdı. BMT İnkişaf Proqramı ilə əməkdaşlığa mühüm yer verilirdi. 1996-cı
ildə Bakıda Amerika mesenatı Corc Sorosun yaratdığı "Soros" Fondunun
İnformasiya Mərkəzi fəaliyyətə başladı. Bu fond Respublika Elmlər
Akademiyasının İNTERNET ilə əlaqə yaratmasına kömək etdi, elmin inkişafı üçün
93 qrant ayırdı.
94
Respublikada ictimai elmi birliklər, müxtəlif elmi fondlar, mərkəzlər,
klublar təşkil olunmuşdu. Onlar müstəqil elmi-tədqiqat işləri aparır, elmi
konfranslar keçirir, xarici ölkə alimləri ilə əlaqələr yaradır, elmin təbliğində fəal rol
oynayırdılar.
Bu illərdə Azərbaycan elmi bir sıra mühüm uğurlar qazanmışdı. Riyaziyyat,
fizika, neft kimyası, geologiya və biologiyanın müasir sahələri üzrə yaradılmış
elmi məktəblər daha da inkişaf etdirilmişdi.
95
Müasir biologiyanın, xüsusilə
cəmiyyətin qlobal inkişafının əsas problemləri - ərzaq təhlükəsizliyinin, iqtisadi
artım və yoxsulluğun aradan qaldırılması, ətraf mühitin mühafizəsi akademik Cəlal
Əliyevin geniş diapazonlu elmi yaradıcılığının müqəddəs amalı olmuşdur.
Azərbaycanda fiziki-kimyəvi biologiyanın tədqiqatlarını genişləndirməklə,
Cəlal Əliyev molekulyar biologiyanın, molekulyar genetikanın, gen və hüceyrə
biotexnologiyasının, riyazi biologiyanın və bioinformatikanın respublikada
inkişafının əsasını qoymuşdur. Akademik Cəlal Əliyev Azərbaycanda, eyni
zamanda, fiziki-kimyəvi biologiya, o cümlədən biokimya, biofizika, molekulyar
biologiya və gen biologiyasının tərəqqisi üçün müasir tələblərə cavab verən maddi-
texniki təməl yaratmışdır, onun təşəbbüsü və rəhbərliyi ilə yüksək səviyyəli kadrlar
yetişmişdir.
Akademik Cəlal Əliyevin başçılığı ilə müxtəlif zonalara uyğun aparılan
dərin kompleks elmi işlərin nəticəsində kənd təsərrüfatı bitkilərinin 70-dən artıq
sortu yaradılmış və Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət
Komissiyasına təqdim edilmiş, onlardan 20-dən artıq buğda sortu
rayonlaşdırılmışdır. C.Əliyevin yetişdirdiyi "Bərəkətli", "Əlincə", "Qiymətli",
"Nurlu-99" və s. buğda sortları hektardan yüksək məhsul götürməyə imkan verir.
C.Əliyev bir çox xarici elmlər akademiyalarının, elmi cəmiyyətlərin üzvü
seçilmişdir. "Soros" Fondunun ayırdığı qrantların səkkizi onun rəhbərlik etdiyi
laboratoriyaya verilmişdir.
96
349
Azərbaycan Milli Aerokosmik Agentliyi Xüsusi Kosmik Cihazqayırma
Konstruktor Bürosunda Rusiya Kosmik Tədqiqatlar İnstitutunun sifarişi ilə yerin
maqnit sahəsinə günəş küləkləri təsirini öyrənən nadir aerokosmik cihaz
yaradılmışdı.
97
Azərbaycanlı astronomların tədqiqatları dünyada yüksək qiymətləndirilirdi.
Onlar mühüm əhəmiyyəti olan mindən çox kəşf etmişdilər. AZT-8 və Üfüqi Günəş
teleskopları üçün yeni avtomatlaşdırılmış müşahidə sistemləri yaradılmışdı.
98
Beynəlxalq Astronomlar İttifaqının qərarı ilə astroidlərdən birinə "Hüseyn Cavid"
adı verilmişdi.
99
AMEA-nın müxbir üzvü Əyyub Quliyev Günəş sistemində hələ
kəşf edilməmiş azı üç planetin olduğunu bildirmişdi. Azərbaycanlı alimin
proqnozu özünü doğrultmağa başlamışdı. Neptun-Pluton sistemində yeni səma
cismi aşkar olunmuşdu.
100
Azərbaycanın neft sənayesinə geniş xarici investisiyalar cəlb olunması neft,
neft-kimya, neft-qaz quyuları qazılması və istismarı sahələrində elmi tədqiqatların
inkişafına imkanlar açırdı. Neftçi alimlərin bu sahədəki tədqiqatları böyük elmi və
əməli əhəmiyyətə malik idi. 1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında
"Qabaqcıl Neft və Qaz Hasilatı Texnologiyası Mərkəzi" təşkil olunmuşdu.
101
NATO-nun "Sülh naminə elm" Proqramı çərçivəsində Bakı-Supsa neft kəmərinin
ekoloji inspeksiyalarında, beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən
"Səhralaşmaya qarşı mübarizə", "Çirklənməyə nəzarət" layihələrinin icrasında
azərbaycanlı coğrafiyaçı alimlər fəal iştirak etmişdilər.
102
Azərbaycan geofizikləri Aşağı Kür çökəkliyində beş strukturdan ibarət
tektonik zona kəşf etmiş və onu Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması
şərəfinə "Qayıdış zolağı" adlandırmışdılar.
103
"Şahdəniz" yatağında böyük qaz
ehtiyatları, yeni qızıl yataqları kəşf olundu. 2001-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyası Aşqarlar Kimyası İnstitutunun apardığı elmi işlər ABŞ-ın Biznesin
İnisiativ İstiqamətləri Beynəlxalq Təşkilatının "Qızıl Kateqoriya" mükafatına layiq
görülmüşdü.
104
Azərbaycan alimləri informatika, riyaziyyat, fizika, geologiya
kimya,
coğrafiya, biologiya, genetika elmləri sahəsində mühüm nailiyyətlər əldə
etmişdilər.
İctimai və humanitar elmlər "sovet dövrünün hakim" ideologiyası
təzyiqindən xilas olaraq yeni, özü də çətin, ancaq çox mühüm azad yaradıcılıq
dövrünə başladı.
Bazar iqtisadiyyatı problemləri və Azərbaycan reallıqları şəraitində onların
təzahürü iqtisadçı alimlərin tədqiqat obyektinə çevrilmişdi. Bu sahədə iqtisadçı
alimlərin yaradıcılığı mühüm elmi və əməli əhəmiyyət kəsb edirdi.
Azərbaycan tarixinin ən mürəkkəb və mübahisəli problemlərini şərh edən
əsərlər yazılmışdı. Bu əsərlər tarix sahəsində elmi fikri daha da zənginləşdirmişdi.
350
Arxeoloqlar ilk dəfə "Azərbaycan arxeoloji abidələr Bankı"nı yaratmışdılar.
Qobustan qayaüstü təsvirləri YUNESKO xətti ilə Ümumdünya Qayaüstü İncəsənət
Arxivinə daxil edilmişdi. 1999-cu ildə Elmlər Akademiyası Rəyasət Heyəti
nəzdində "Naxçıvan Ensiklopediyası" redaksiya heyəti təşkil olunmuşdu.
105
2002-
ci ildə "Naxçıvan Ensiklopediyası" çap edildi. Həmin ildə Tarix İnstitutunda
"Azərbaycanın tarixi coğrafiyası", "Müstəqil Azərbaycan Respublikasının tarixi",
"Dağlıq Qarabağın tarixi" və digər şöbələr təşkil olundu.
Prezident Heydər Əliyev tarixçi alimlər qarşısında fundamental
"Azərbaycan tarixi"nin yaradılması kimi mühüm vəzifə qoymuşdu. Azərbaycanın
siyasi, iqtisadi və mədəni tarixində çox mühüm dövr olan XIX və XX əsrlərin
tarixinin əhatəli tədqiqi və nəşri üçün xüsusi qrant ayırmışdı. Respublikanın ən
görkəmli tarixçi alimləri bu işə cəlb olunmuşdu. Şərqdə ilk demokratik respublika
olmuş Azərbaycan Cümhuriyyətinin tarixi geniş şəkildə öyrənilməyə başlandı.
Tarix İnstitutunda "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi" şöbəsi təşkil edildi.
Azərbaycanın siyasət və dövlət xadimləri, generalları, siyasi partiyaları haqqında
yeni əsərlər meydana gəldi. 1997-ci ildə Azərbaycan EA Rəyasət Heyəti nəzdində
yaradılmış "Azərbaycan tarixi" Baş Redaksiya Şurasının rəhbərliyi altında 7 cildlik
"Azərbaycan tarixi" hazırlanmış və nəşr olunmağa başlanmışdı. Tarix İnstitutunda
"Azərbaycan XX əsrin əvvəllərində. Müstəqilliyə aparan yollar", "Azərbaycan
Cümhuriyyəti, 1918-1920", "İkinci Azərbaycan Respublikasının təşkili tarixinə
dair", "Azərbaycan tarixi. 1920-1991" və "Azərbaycan Respublikası: əsrə bərabər
on il - 1991-2001", "XVIII yüzillikdə - XIX yüzilliyin əvvəllərində Osmanlı-
Azərbaycan münasibətləri", Azərbaycan Tarixi Muzeyində "Azərbaycanda
dövlətçilik və onun rəmzləri" kitab-albomu, Arxeologiya və Etnoqrafiya
İnstitutunda "Azərbaycan epiqrafik abidələrinin korpusu" və digər əsərlər
hazırlanıb çap olunmuşdu.
Ermənistan azərbaycanlılarının soyqırımı və etnik tarixi, ərazilərdən
deportasiyası
haqqında çoxsaylı tədqiqat işləri aparılmış, "Ermənistan
azərbaycanlılarının tarixi coğrafiyası", "Türklər, azərbaycanlılar, ermənilər: tarixi
həqiqətin soyqırımı" (bir neçə dildə) (Cəlal Əliyev və Budaq Budaqov) kimi
dəyərli kitablar çap etdirilmişdi. Prezident Heydər Əliyevin "Müstəqilliyimiz
əbədidir" adlı çoxcildlik monumental külliyyatı müasir tarixin öyrənilməsi üçün
çox qiymətli mənbədir. Heydər Əliyev, Azərbaycan tarixçilərinin əməyini
qiymətləndirərək, yazırdı: "Keçid dövrünün çətinliklərinə, ağır proseslərə
baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə
aça bilmiş və xalqa göstərməyə nail olmuşuq".
106
Tarixi mənbələrin toplanması və araşdırılması diqqət mərkəzində idi.
Respublikada 7 respublika dövlət arxivi, onların 15 filialı, Naxçıvan MR və 56
rayon dövlət arxivi fəaliyyət göstərirdi. Bu arxivlərdə elmin, mədəniyyətin,
351
iqtisadiyyatın və ictimai həyatın ən müxtəlif sahələrini əks etdirən sənədlər
mühafizə olunurdu. 1999-cu ilin iyun ayında "Milli arxiv fondu haqqında" Qanun
qəbul edilmişdi. 2002-ci il dekabrın 2-də Prezident Heydər Əliyev "Azərbaycan
Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Fərman verdi. Baş Arxiv
İdarəsinin bazasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yaradıldı.
Arxivlərin maddi-texniki bazası möhkəmləndirildi və arxiv işçilərinin sosial
vəziyyəti yaxşılaşdırıldı.
107
"Yeni siyasi xətt", "Azərbaycan nefti dünya
siyasətində", "Qaçqınlar" və digər əsərləri, "Qayıdış-1990-1993", "Qəsd",
"Azərbaycan milli dövlət quruculuğu yollarında", "Azərbaycan-93" və s. qiymətli
sənəd və material topluları hazırlanmış, nəşr olunmuşdu.
Şərqşünas tarixçi alimlər "Ümumi türk tarixinə giriş", "Cənubi Azərbaycan
tarixinin qısa oçerkləri", "Güney Azərbaycan" kitablarını hazırlamış və çap
etdirmişdilər. Azərbaycan tarixçiləri 1999-cu ildə Ankarada nəşr olunmuş 12
cildlik "Osmanlı", 2002-ci ildə nəşr olunmuş 21 cildlik "Türklər", 10 cildlik "Genel
Türk tarihi" kimi fundamental əsərlərin hazırlanmasında iştirak etmişdilər.
"Üzeyir
Hacıbəyov
Ensiklopediyası",
"Kitabi-Dədə
Qorqud
ensiklopediyası", M.Füzuli əsərlərinin 6 cildliyi, "Azərbaycan ədəbi dili tarixi"
nəşr edilmişdi. "Füzuli ensiklopediyası" hazırlanmağa başlamışdı. "XIX əsr türk
ədəbiyyatı oçerkləri" kitabı nəşr olunmuşdu. Dilçilik İnstitutunda "Azərbaycan
dilinin orfoqrafik lüğəti" (80 min söz), "Azərbaycan dilinin izahlı lüğəti",
"Azərbaycan dilinin işgüzar üslubu" kitabları hazırlanmışdı. Akademiyanın
Dilçilik, Telekommunikasiya və İnformasiya institutları birlikdə "İngiliscə-
azərbaycanca, azərbaycanca-ingiliscə maşın tərcüməsi sistemi" hazırlamağa
başlamışdılar.
108
Azərbaycan filosofları, hüquqşünasları Azərbaycan fəlsəfi fikrinin və hüquq
elminin inkişafında mühüm rol oynamışdılar. "Azərbaycan fəlsəfə tarixi"nin birinci
cildi çapdan çıxmışdır. "Azərbaycanın inkişaf dinamikası", "Azərbaycan: tarixi irs
və müstəqillik fəlsəfəsi" və s. əsərlərində müasir cəmiyyətdə baş verən mürəkkəb
proseslər dərindən təhlil olunur, fəlsəfi baxımdan mənalandırılırdı.
Azərbaycan memarlıq və sənətşünaslıq elmlərinin inkişafında da böyük
uğurları olmuşdur.
Elm sahəsində nailiyyətlər respublikada iqtisadiyyatın, mədəniyyətin
inkişafını və mənəvi həyatın zənginləşməsini sürətləndirirdi.
Dostları ilə paylaş: |