Vii L e m I l L



Yüklə 17,94 Mb.
Pdf görüntüsü
səhifə30/40
tarix03.02.2017
ölçüsü17,94 Mb.
#7304
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

NƏTĠCƏ 

 

"Azərbaycan  tarixi"  yeddinci  cildinin  əhatə  etdiyi  dövr  bəşər  tarixində 

İkinci  dünya  müharibəsi,  iki  ictimai  sistem  arasında  "soyuq  müharibə",  nüvə 

müharibələri  təhlükəsi,  elmi-texniki  inqilab  və  ictimai-iqtisadi  həyatı  keyfiyyətcə 

yeniləşdirən  qabaqcıl  texnologiyaların  kəşfi,  ekoloji  problemlərin  artması, 

mədəniyyətlərin toqquşması, sülh, yeni dünya müharibəsinə, dağıdıcı separatizmə, 

terrorizmə,  ekstremizmə  yol  verməmək  uğrunda  mübarizə,  dünya  müstəmləkə 

sisteminin ləğvi  və  SSRİ-nin  süqutu,  yeni  müstəqil dövlətlərin  meydana  gəlməsi, 

millətlərarası 

münaqişələrin 

gərginləşməsi, 

beynəlxalq 

münasibətlərin 

demokratiya,  insan  hüquqlarının  müdafiəsi,  bazar  iqtisadiyyatı  dəyərləri  əsasında 

inkişafı kimi ciddi iqtisadi, siyasi, mənəvi, sosial və beynəlxalq proseslərlə zəngin 

olmuşdur.  Bu  proseslər  Azərbaycan  tarixində  yerli,  regional  reallıqlarla,  habelə 

xalqın mentaliteti ilə bağlı özünəməxsus şəkildə təzahür etmişdir və onların dərin 

elmi təhlili, obyektiv şərhi zəruridir. 

Azərbaycan  xalqı  faşizmə  qarşı  mübarizədə  dünyanın  bütün  mütərəqqi, 

demokratik  qüvvələrinin  tərəfində,  Sovet  İttifaqının  Böyük  Vətən  müharibəsində 

həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq göstərmiş, bütün maddi və mənəvi 

sərvətlərini,  xüsusilə  qəhrəman  oğul  və  qızlarını  qələbə  üçün  səfərbər  etmişdir. 

İkinci dünya müharibəsinin həlledici cəbhələrindən olan Şərq cəbhəsində faşizmin 

bel  sütununu  qıran  sovet  ordusu  motorlarını  hərəkətə  gətirmiş  Bakı  nefti  bu 

cahanşümul qələbənin həlledici amillərindən biri olmuşdur. 

Müharibədən  sonrakı  illərdə  Azərbaycan  SSR-də  sovet  inzibati-amirlik 

sisteminin,  kəskin  təzyiqedici  metodlarla  olsa  da,  məqsədyönlü,  səfərbəredici 

imkanlarından  səmərəli  istifadə  edilməsi  müharibənin  vurduğu  ziyanları  tezliklə 

aradan qaldırmağa, Sovet respublikalarının qarşılıqlı əlaqəsinə,  mərkəzdən və bir-

birindən  asılılığının  artmasına  xidmət  edən  SSRİ  vahid  təsərrüfat  kompleksi 

qurulması  tələbləri  daxilində  energetika,  qara  və  əlvan  metallurgiya,  neft-kimya, 

neft  maşınqayırma,  cihazqayırma  və  başqa  sənaye  sahələrinin,  yeni  sənaye 

mərkəzlərinin, kənd təsərrüfatında  pambıqçılıq, tərəvəzçilik,  üzümçülüyün  sürətlə 

inkişaf etməsinə səbəb olmuşdu. Sovet respublikalarının bir-birinə köməyi onların 

inkişafına  mühüm  təsir  göstərmişdir.  Azərbaycan  SSR  İttifaq  büdcəsinə 

verdiyindən  az  götürür,  xammalı,  kadrları  ilə  başqa  respublikaların  xalq 

təsərrüfatının  bərpası  və  inkişafına,  xüsusən  yeni  neft  rayonlarının  kəşfi  və 

işlənilməsinə yaxından kömək edirdi. 

Elm, təhsil, ədəbiyyat, incəsənət, memarlıq və kütləvi informasiya vasitələri 

"kommunizm"  ideologiyasının  təzyiqi  altında  olsa  da,  xeyli  inkişaf  edə  bilmiş, 



370 

 

sovet həyat tərzinin, Kommunist partiyasının və sovet sosialist sisteminin təbliğinə 



xidmət  etsə  də,  mövcud  rejimin  xalqı  monolit,  idarəolunan  kütləyə  çevirmək 

cəhdləri  tam  baş  tutmamışdı.  Azərbaycanda  "işıqlı  gələcək  naminə"  fədakarlıqla 

çalışan  sovet  vətənpərvərləri  ilə  yanaşı,  reallıqları  düzgün  qiymətləndirməyi 

bacaran  insanlar  da  vardı.  Mənəvi  haçalanma,  sözlə  əməl  arasında  uyğunsuzluq 

yaranmışdı.  "Milli  bərabərlik",  "beynəlmiləlçilik"dən  danışan  Mərkəzin  şovinist 

rəhbərləri  Azərbaycan  xalqına  qarşı  diskriminasiya  siyasəti  həyata  keçirir, 

azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki  ata-baba  torpaqlarından 

deportasiyasına,  Azərbaycanda  isə,  əksinə,  ermənilərin  sayının  artmasına  və 

onların daha firavan yaşamasına şərait yaradırdılar. 

50-ci  illərin  ortalarında  köhnə  iqtisadi  idarəçilik  metodlarını  saxlamaqla 

siyasi sistemdə "mülayimləşmə", 80-ci illərin ortalarında isə, əksinə, köhnə siyasi 

rejimi  saxlamaqla  "əsaslı  iqtisadi  islahatlar"  keçirmək  -  "yenidənqurma"  cəhdləri 

ictimai-iqtisadi  həyatda  uzun  illər  yaranmış  nizamı,  sabitliyi  pozmuş,  xüsusən 

ictimai  həyatda,  sosial  münasibətlərdə  demokratik  meyillərin  meydana  gəlməsinə 

və  inkişafına  səbəb  olmuşdu.  XX  əsrin  ortalarında  keçirilən  siyasi  dəyişikliklər 

yeni  tipli  rəhbərlərin  meydana  gəlməsinə,  milli  oyanışa  xidmət  edən  meyllərin 

artmasına  imkanlar  açmışdı.  Bu  imkanlardan  Azərbaycanda  xüsusən  70-ci  illərdə 

geniş  istifadə  olunmuşdu.  Bu  dövrdə  vətənpərvər,  milli  təəssübkeş,  demokratik 

qüvvələr böyük vətəndaş,  müdrik siyasətçi  Heydər Əliyevin  milli oyanış, iqtisadi 

və  sosial  tərəqqi  siyasəti  sayəsində  xeyli  inkişaf  etdi.  Respublikanın  mənəvi  və 

iqtisadi  potensialı  artdı.  SSRİ-də  baş  verən  proseslərin  nə  ilə  nəticələnəcəyini 

uzaqgörənliklə  qiymətləndirən  Azerbaycan  SSR-in  rəhbəri  gələcək  müstəqil 

dövlətin iqtisadi, mənəvi bazasının, kadr potensialının yaradılmasına böyük qayğı 

göstərirdi.  Böyük  istedadı  və  uğurlu  siyasəti  sayəsində  SSRİ  hakimiyyətinin  ən 

yüksək vəzifələrinədək ucalmış Heydər Əliyev bu imkanlardan xalqının iqtisadi və 

sosial tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə etmişdi. 

İctimai-iqtisadi, xüsusən elmi-texniki tərəqqi baxımından dünyanın qabaqcıl 

dövlətlərinə  nisbətən  geri  qalması,  rəhbər  siyasi  təşkilatın  daxildən  çürüməsi  və 

nüfuzdan  düşməsi,  habelə  80-ci  illərin  ortalarından  başlayaraq  həyata  keçirilən 

islahatların kobud və səmərəsiz metodları, xüsusən milli siyasətdə yol verilən ciddi 

səhvlər,  о  cümlədən  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsində  qəsbkar  erməni 

separatizminin,  milli  münaqişə  ocağının  qızışdırılması,  xalqların  mərkəzdən 

narazılığının  artması,  demokratik  hərəkatın  inkişafı  SSRİ-də  dağılma  proseslərini 

daha  da  sürətləndirdi.  Sovet  imperiyası  süqut  etdi.  1991-ci  il  oktyabrın  18-də 

Azərbaycan  Respublikasının  Dövlət  Müstəqilliyi  rəsmiləşdirildi.  Azərbaycan 

tarixində yeni bir dövr başlandı, xalq müstəqil dövlət qurmaq üçün tarixi şans əldə 

etdi. 


371 

 

Lakin  zəngin  maddi  və  mənəvi  sərvətləri,  strateji  geosiyasi  mövqeyi  olan 



Azərbaycanı  öz  nüfuz  dairəsində  saxlamaq  və  ondan  bəhrələnmək  istəyən 

imperiyapərəst qüvvələr respublikada müstəqilliyin ilk illərində siyasi təcrübəsi az 

olan insanların hakimiyyəti ələ keçirməsi nəticəsində  yaranmış ümumi böhrandan 

istifadə  edərək  hər  vasitəyə  əl  atmış,  Dağlıq  Qarabağda  milli  münaqişə  iki  xalq 

arasında qanlı müharibəyə çevrilmiş, tez-tez dövlət çevrilişlərinə cəhd baş vermiş 

və terror hadisələri törədilmişdir. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən 

respublikaya  rəhbərliyə  qayıdışı  siyasi  parçalanma  və  vətəndaş  müharibəsi 

başlanmış ölkədə müstəqil dövlətçiliyin itirilməsi təhlükəsini aradan qaldırdı. Əldə 

olunan  siyasi  sabitlik,  yaradılmış  dövlət  intizamı,  dünyada  baş  verən  qloballaşma 

proseslərinin düzgün qiymətləndirilməsi, düşünülmüş, tarazlı xarici siyasət, aparıcı 

dünya  dövlətləri  ilə  əməkdaşlıq  münasibətləri,  müvəffəqiyyətli  ordu  quruculuğu, 

döyüş  meydanlarında  atəşkəs,  davamlı  sülh  uğrunda  mübarizə,  Avropa 

sivilizasiyasının  bazar  iqtisadiyyatı,  demokratiya  və  insan  haqlarının  müdafiəsi 

kimi mühüm şərtlərinin ardıcıl tətbiqi, cəsarətli siyasi və radikal iqtisadi islahatlar, 

xalqın  mənəvi  aləminin  mütərəqqi  milli  və  bəşəri  dəyərlər  əsasında 

zənginləşməsinə  istiqamətləndirilmiş  tədbirlər  tarixin  XX  əsrin  axırlarında 

Azərbaycana  verdiyi  şansdan  daha  səmərəli  bəhrələnməyə  şərait  yaratdı. 

Azərbaycan  Respublikası  XXI  əsrə  dünya  birliyinin  bərabərhüquqlu  və  suveren 

üzvü  kimi  tutduğu  müstəqillik  və  tərəqqi  yolu  ilə  inamla  addımlayan  bir  dövlət 

kimi qədəm qoydu. 

 

 


372 

 

 



РЕЗЮМЕ 

 

В  седьмом  томе  "История  Азербайджана"  освещаются  исторические 



события, охватывающие период с июня 1941 до начала 2003 гг. Том состоит 

из  трех  разделов.  В  первом  разделе  освещается  роль  Азербайджана  в 

достижении победы Советской Армии над фашистской Германией в Великой 

Отечественной Войне 1941-1945 гг. 

Азербайджанская  ССР  в  составе  Советского  Союза  принимала 

активное  участие  в  Великой  Отечественной  войне  против  фашизма.  В 

Азербайджанской ССР были созданы национальные воинские формирования, 

в ряды которых было мобилизовано около 70 тыс. граждан, более половины 

которых отдали жизнь за победу. Бакинские нефтяники полностью обеспечи-

вали  потребности  Советской  Армии  в  горючем  и  смазочных  материалах. 

Баку  стал  подлинным  арсеналом  фронта.  Здесь  производилось  более  130 

наименований различного оружия и снаряжения. В республике была создана 

широкая  сеть  военных  госпиталей,  где  самоотверженно  боролись  за  жизнь 

воинов  сотни  высоко  квалифицированных  медицинских  работников. 

Трудовой  героизм  проявляли  труженики  промышленности,  транспорта, 

сельского  хозяйства,  ученые  республики.  Азербайджанцы  являлись 

непосредственно активными участниками в важнейших битвах почти на всех 

фронтах  Великой  Отечественной  войны,  в  партизанских  отрядах,  в 

антифашистском  движении  Европы,  в  движении  Сопротивления,  в 

освобождении территории СССР и стран Восточной Европы от фашистской 

армии,  в  войне  против  милитаристской  Японии.  За  отвагу  в  боях  против 

армии врага 121 сыновей Азербайджана, в том числе Ази Асланов, Исрафил 

Мамедов, Аслан Везиров, Владимир Абрамов, Адил Кулиев, Гафур Мамедов, 

Евгений  Цыганов,  Мехти  Гусейнзаде,  Зия  Бунятов,  Иван  Ильясов,  Халил 

Мамедов  и  др.  получили  высокое  воинское  звание  "Герой  Советского 

Союза", 30 воинов из Азербайджана были удостоены всеми тремя степенями 

ордена  "Слава". Второй  раздел  тома   охватывает  историю  Азербайджана 

1946-1991  гг.  Авторы  показывают,  что  в  послевоенные  годы,  в  условиях 

усиления  тоталитарного  режима,  приведших  к  серьезным  социальным 

последствиям,  в  результате  укрепления  государственной  дисциплины  за 

короткий  срок  было  восстановлено  народное  хозяйство.  Дальнейшее 

развитие  получили  промышленность,  сельское  хозяйство,  транспорт, 

строительство, связь. В республике выросли новые промышленные центры – 

Сумгаит,  Мингечаур,  Дашкесан,  Али-Байрамлы.  Однако  создание  новых 

промышленных  центров,  развитие  новых  отраслей  промышленности  в 


373 

 

республике  планировались  прежде  всего  с  учетом  требований  единого 



народнохозяйственного 

комплекса 

всего 

Союза, 


что 

привело 


к 

одностороннему развитию, к углублению зависимости республики от диктата 

центра.  В  эти  годы  в  республике  получили  бурное  развитие  энергетика, 

черная и цветная металлургия, нефтяное машиностроение, приборостроение, 

нефтехимическая  и другие  отрасли промышленности. Определенные  успехи 

были достигнуты в области сельского хозяйства. 

Удельный  вес  вклада  Азербайджана  в  бюджет  Союза  значительно 

превышал  получаемую  им  из  бюджета  долю.  Азербайджан  помогал  другим 

республикам и регионам СССР сырьем, в деле открытия и разработки новых 

нефтяных  месторождений,  подготовкой  квалифицированных  кадров  для 

нефтяных  районов.  Благодаря  помощи  нефтяников  Азербайджана  на  карте 

СССР появились "Новые Баку". 

Несмотря  на  идеологическое  давление,  в  республике  развивались 

наука  (23  марта  1945  г.  образовалась  Академия  Наук  Азербайджана), 

образование, литература, искусство, средства массовой информации. Однако 

тоталитарный режим не смог превратить народ в монолитную, управляемую 

силу.  Расхождение  слова  с  делом,  характерное  для  этого  режима, 

способствовало  духовному  раздвоению  общества.  Возникло  инакомыслие. 

Под влиянием культа личности пошла новая волна репрессий. 

Руководство  СССР,  декларативно  провозглашавшее  интерна-

ционализм,  на  деле  проводило  политику  дискриминации  по  отношению  к 

ряду народов и наций, в том числе к азербайджанскому народу. Она сильно 

проявилась  в  организации  несправедливой  депортации  азербайджанцев  в 

1948-1956  гг.  с  их  исконных  земель,  на  которых  фактически  в  советское 

время  под  эгидой  новой  национальной  политики  "Дружбы  народов" 

формировалась Армянская ССР. В Азербайджане же в эти годы происходил 

процесс  возрастания  удельного веса армян в общей численности населения. 

Для них под покровительством Москвы создавались благоприятные условия 

жизни. 

Попытки  проведения  косметических  реформ  в  политической  системе 



страны  в  условиях  сохранения  старых  методов  управления  экономикой  в 

середине  50-х  годов,  а  также  экономические  реформы  при  сохранении 

существовавшего  политического  режима  в  середине  80-х  годов  постепенно 

разрушали  созданные  за  долгие  годы  тоталитарного  режима  порядок, 

стабильность  и  способствовали  развитию  демократических  тенденций  в 

общественной  и  социальной  жизни.  Политические  реформы  50-х  годов 

создали  возможность  выхода  на  политическую  арену  руководителей  нового 

типа,  роста  идей  национального  возрождения.  В  Азербайджане  эти 



374 

 

возможности  широко  использовались  в  70-х  -  начале  80-х  годов.  Благодаря 



мудрой,  дальновидной  политике  Гейдара  Алиева,  направленной  на 

национальное  возрождение,  развитие  экономики  и  социальной  сферы, 

значительно  возрос  материальный,  духовный  и  кадровый  потенциал  рес-

публики.  Талант  политика,  трудолюбие  вознесли  Гейдара  Алиева  в 

руководство  СССР  -  крупнейшим  тогда  государством  мира.  На  постах 

первого  заместителя  председателя  Совета  Министров  СССР  и  члена 

Политбюро  ЦК  КПСС  он  так  же  всесторонне  заботился  о  развитии  родной 

республики. 

Однако,  отставание  СССР  от  передовых,  развитых  стран  мира  в 

общественно-экономической  сфере,  разложение  общества  внутри  страны, 

потеря  авторитета  руководящей  политической  организации,  которой 

являлась  Коммунистическая  партия,  а  также  грубые  и  неэффективные 

методы реформ "горбачевской перестройки", начатые в середине 80-х годов, 

серьезные  ошибки  в  национальной  политике,  в  частности  разжигание 

межнационального  конфликта  и  армянского  сепаратизма  в  Нагорно-

Карабахской      автономной      области      Азербайджанской  ССР,  рост 

недовольства  народов  республик,  права  которых  нарушались,  развитие 

демократического  движения  ускорили  процесс  распада  СССР  -  "Советской 

империи". 18 октября 1991 года Азербайджанская Республика провозгласила 

свою подлинную государственную независимость. 

Третий  раздел  тома  посвящен  становлению,  развитию  и  укреплению 

признанного мировым сообществом суверенного национального государства 

- Азербайджанской Республики с октября 1991 - до начала января 2003 гг. 

В  первые  годы  независимости  республика  испытала  большие 

трудности.  Политическим  кризисом,  возникшим  в  результате  деятельности 

неопытных  в  политике  амбициозных  сил,  пришедших  к  власти,  пытались 

воспользоваться  заинтересованные  в  этом  регионе  государства,  чтобы 

помешать  укреплению  Азербайджана  как  независимого  государства. 

Конфликт  между  Арменией  и  Азербайджаном  перерос  в  кровавую  войну  в 

Карабахе,  привел  к  потере  20%  территории  Азербайджана,  превращению 

более  миллиона  граждан  в  беженцев  на  своей  Родине.  В  условиях 

политической нестабильности в Азербайджане совершались государственные 

перевороты, процветали насилие, террор. 

Возвращение  к  руководству  республики  в  июне  1993  года  по 

настоятельному требованию народа Гейдара  Алиева спасло Азербайджан от 

политического  расчленения,  от  начавшейся  уже  гражданской  войны,  от 

потери  независимости.  Создание  политической  стабильности,  укрепление 

государственной  дисциплины,  последовательное  развитие  демократии, 



375 

 

успешная  внешняя  политика,  прекращение  военных  действий  на  фронте, 



борьба  за  справедливый  и  крепкий  мир,  установление  отношений  равноп-

равного  сотрудничества  и  партнерства  с  ведущими  государствами  мира, 

достойное  представление  Азербайджана  в  различных  международных 

организациях, политика "открытых дверей", смелые и радикальные реформы, 

способствующие  развитию  рыночной  экономики,  создание  условий  для 

направления 

больших 

иностранных 

инвестиций 

в 

нефтяную 



промышленность  и  другие  отрасли  хозяйства,  меры,  направленные  на 

укрепление духовного единства, развитие национальных ценностей открыли 

уникальные возможности для успешного продвижения народа Азербайджана 

по пути независимого демократического государства. 

 


376 

 

XRONOLOJĠ CƏDVƏL 



 

1941, 22 iyun – Böyük Vətən Müharibəsinin başlanması 

1941, avqust – 402-ci Azərbaycan milli diviziyasının yaradılması 

1941, oktyabr – 223-cü Azərbaycan milli diviziyasının yaradılması 

1941,  11  dekabr  –  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  fərmanı  ilə  İsrafil 

Məmmədova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi 



1942, yanvar – Azərbaycan KP MK və Azərbaycan SSR XKS-nin qərarı ilə 

yaralı  əsgər  və  komandirlərə  Azərbaycan  Respublika  Yardım  Komitəsinin  təşkil 

edilməsi 

1942, fevral-mart – 416-cı Azərbaycan milli diviziyasının yaradılması 

1942, 

may 

–  77-ci  Azərbaycan  milli  diviziyasının  yenidən 

komplektləşdirilməsi 

1942, 25 iyul; 1943, 9 oktyabr – Qafqaz uğrunda döyüş 

1942,  23  avqust  –  Zaqafqaziya  xalqlarının  Tbilisidə  antifaşist  mitinqinin 

keçirilməsi 



1942, avqust-sentyabr – 271-ci Azərbaycan milli diviziyasının yaradılması 

1942, 9 sentyabr – SSRİ Ali Soveti Rəyasət Heyətinin Zaqafqaziyada hərbi 

vəziyyət elan olunması haqqında fərmanı 



1942,  27  sentyabr  –  Zaqafqaziya  gəncləri  nümayəndələrinin  antifaşist 

mitinqi 


1942,  22  dekabr  –  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  fərmanı  ilə  Həzi 

Aslanova birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi 



1943, 21 aprel – Azərbaycan xalqının azərbaycanlı döyüşçülərinə məktubu 

1943,  30  avqust  –  416-cı  atıcı  diviziyasına  “Taqanroq”  fəxri  adının 

verilməsi 



1943,  sentyabr  –  271-ci  Azərbaycan  milli  diviziyasına  “Donetsk” 

əməliyyatında rəşadətinə görə, fəxri “Qarlovka” adının verilməsi 



1943,  24  oktyabr  –  Melitopol  şəhərinin  azad  olunmasında  alman 

faşistlərinə  qarşı  göstərdikləri  qəhrəmanlığına  görə  416-cı  “Taqanroq” 

diviziyasının “Qırmızı Bayraq” ordeni ilə təltif olunması 

1943,  28  noyabr-1dekabr  –  SSRİ,  ABŞ  və  İngiltərə  dövlət  başçılarının 

Tehran konfransı 



1943,  noyabr  –  Azad  olunmuş  rayonlara  kömək  göstərmək  üzrə 

Azərbaycan Respublika Komitəsinin yaradılması 



1944, 14 aprel – SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Zaqafqaziya 

Müsəlmanlarının Ruhani İdarəsinin təşkil olunması 



377 

 

1944,  24  aprel  –  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  S.Orconikidze  adına 

77-ci atıcı diviziyasına “Simferopol” adının verilməsi və onun II dərəcəli Suvorov 

ordeni ilə təltif olunması haqqında fərmanı 



1944,  26  aprel  –  Azərbaycan  SSR-nin  ictimai  heyvandarlığın  inkişafında 

əldə etdiyi nailiyyətlərə görə DMK-nın bayrağı ilə təltif edilməsi 



1944,  1  may  –  “Qafqazın  müdafiəsi  uğrunda”  medalının  təsis  edilməsi 

haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı 



1945, 4-13 fevral – SSRİ, ABŞ və İngiltərə dövlət başçılarının Yalta (Krım) 

konfransı 



1945,  27  fevral  –  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  fərmanı  ilə  Ziya 

Bünyadova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi 



1945, 23 mart – Azərbaycan EA-nın təsis edilməsi 

1945, aprel – Nizami adına Ədəbiyyat Tarixi Muzeyinin açılması 

1945,  6  may  –  Mingəçevir  SES-in  tikintisinin  bərpa  olunması  haqqında 

SSRİ XKS-in qərarı 



1945, 9 may – Qələbə günü 

1945,  28  may  –  SSRİ  Dövlət  Müdafiə  komitəsi  tərəfindən  “Bakıda  neft 

hasilatını artırmaq tədbirləri haqqında” qərarın qəbul edilməsi 



1945, 17 iyul-2 avqust – SSRİ, ABŞ, İngiltərə dövlət başçılarının Postdam 

konfransı 



1945, 20 avqust – Mingəçevir su anbarının tikintisinə başlanması 

1945, 12 dekabr – Cənubi Azərbaycanda xalq hakimiyyətinin qurulması 

1946,  5  yanvar  –  SSRİ  XKS-nin  “Bakı  şəhər  təsərrüfatını  yaxşılaşdırmaq 

tədbirləri haqqında” qərarının qəbul edilməsi 



1946, 16 mart – Daşkəsən şəhərinin salınması 

1946, may – “Pioner” jurnalının nəşrə başlaması 

1946 – Gəncədə Nizami Gəncəvinin məqbərəsinin açılması 

1946, 15 avqust – Azərbaycan SSR  Ali Sovetinin VIII sessiyasında 1946-

1950-ci illərdə Azərbaycan SSR xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsi ilə 

bağlı beşillik plan haqqında qanunun qəbul edilməsi 

1946, 20 dekabr – Cənubi Azərbaycanda xalq hakimiyyətinin devrilməsi 

1947, mart – Bakı Elektrik Maşınqayırma Zavodunun işə salınması 

1947,  23  dekabr  –  SSRİ  Nazirlər  Sovetinin  “Ermənistan  SSR-dən 

kolxozçuların  və  başqa  azərbaycanlı  əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz 

ovalığına köçürülməsi haqqında” 4083 saylı qərarın verilməsi 


Yüklə 17,94 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin