1
Fənn: Klinik psixologiya
Müəllim: Dos.N.Z.Çələbiyev
Mövzu 4. Psixogigiyena və psixoprofilaktikanın tibbi-psixoloji əsasları
Plan:
1.
Psixi xəstələrin müayinə metodları haqqında anlayış.
2.
Kliniki və eksperimental -psixoloji müayinə.
3.
İnstrumental və rentgenoloji müayinə üsulları.
4.
laborator və patoloji-anatomik müayinə.
5. Genetik və epidemioloji metod.
Ədəbiyyat.
1.
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri,
Bakı, 1981.
2.
Bayramov Ə.S., Əlizadə Ə.Ə.,Seyidov İ.Ə. Məhkəmə psixologiyası
məsələləri, ADU, 1985.
3.
İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. “Maarif”
nəşriyyatı, Bakı, 2002.
4.
İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya (dərslik)
2-ci nəşr, Bakı, 2008.
5.
İsmayılov N.V. Psixiatriya, Bakı, 1998.
6.
Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997.
7.
Метделевич
В.Д.
Клиническая
и
медицинская
психология.
Практическое руководство.M., 1998.
Psixogigiyena psixi sağlamlığın qorunması məsələləri ilə məşğul olan elm olub
ümumi gigiyenanın mühüm bir sahəsini təşkil edir. Insanın sağlamlığı yalnız təbii
və fiziki amillərlə deyil, eyni zamanda ictimai amillərlə də bağlıdır. Hər bir şəxsin
rifah halının, o cümlədən mənzil şəraitinin, istirahətinin, maddi vəziyyətinin
yaxşılaşdırılmasına yönəldilən tədbirlər eyni zamanda psixi sağlamlığın
möhkəmləndirilməsinə xidmət edir. Psixogigiyenanın tibbi psixologiya,
pedaqogika, ictimaiyyət, əmək terapiyası və psixoterapiya ilə sıx əlaqəsi vardır.
2
Vətəndaşların rifah halının, o cümlədən mənzil şəraitinin, istirahətinin
yaxşılaşdırılmasına yönəldilən bütün tədbirlər, eyni zamanda psixi sağlamlıq üçün
görülən tədbirlərdir. Hələ XIX əsrin axırlarında məşhur rus psixonevroloqu
B.M.Bexterev əhalinin maddi vəziyyəti ilə psixi sağlamlığı arasında birbaşa əlaqə
olduğunu qeyd etmişdir.
Ölkəmizdə psixogigiyena tədbirlərinin hazırlanması və onların həyata
keçirilməsində səhiyyə orqanları ilə yanaşı bir çox digər təşkilatlarda yaxından
iştirak edir.
Somatik xəstəliklərin meydana çıxmasında psixi sağlamlığın rolu
unudulmamalıdır. Ürək-damar, endokrin, mədə-bağırsaq sistemi xəstəliklərində
əsəb sisteminə mənfi təsir göstərərək psixi sağlamlığın pozulmasına gətirib çıxarır.
Bunlara yolxucu xəstəlikləri, alkoqolizmi və narkomaniyanı misal göstərmək olar.
“Sağlam ruh sağlam bədəndə olar” deyən ata-bablarımız məhz bunu nəzərdə
tutmuşlar. Ümumi gigiyena, əmək və məişət şəraitinin yaxşılaşdırılması, istirahətin
düzgün təşkili, idman tədbirləri, alkoqolizm, narkomaniyalar və zöhrəvi
xəstəliklərlə mübarizə ilə yanaşı zehni əməyin gigiyenası da nəzərdə tutulur. Belə
ki, şagird və tələbələrin, əqli əməklə məşğul olan alimlərin, qulluqçuların əmək və
istirahət rejiminin düzgün təşkili psixogigiyena problemlərindəndir.
Psixogigiyena tədbirlərinə uşaq ana bətnində olduğu vaxtdan, ananın
sağlamlğının qayğısına qalmaqdan başlanılmalıdır. Hamilə qadınların gigiyenik
qaydalara dezgün əməl etməsinə, qidalanma, iş və istirahət regiminə ciddi fikir
verilməlidir. Ananı müxtəlif zərərli təsirlərdən, ilk növbədə, infeksiyalardan, psixi
travmalardan, alkoqol, narkotik maddələr və nikotinin təsirindən qorumaq
lazımdır.
Uşaq dünyaya gəldiyi ilk günlərdən gigiyenik tədbirlərə cavab verən sağlam
mühitlə əhatə olunmalıdır. Körpəyə göstərilən qayğı və nəvaziş tərbiyəvi xarakter
daşımalıdır. Uşağın ərköyün böyüməsi gələcəkdə xasiyyətin patologiyasına səbəb
olan amillərdəndir. Onların estetik tərbiyəsi, nizam-intizam və digər tərbiyə
elementlərini başa düşməsi mühüm şərtdir. Uşağın fiziki əməklə, idmanla yanaşı
müvafiq həcmdə zehni əməklə də məşğul olmasına şərait yaratmaq lazımdır. Bəzi
balideynlər övladlarını həddindən artıq ağıllı, mədəni, bilikli görmək arzusu ilə
uşağın məşğələlərə cəlb edirlər. Bəzi uşaq öz yoldaşları ilə oynamağa, kifayət
qədər yatmağa belə vaxt tapa bilmir.
Psixopofilaktika ümumi tibbi profilaktikanın bir bölməsi olub psixi
xəstəliklərin qarşısının alınması məqsədilə aparılan tədbirlər sistemidir. Bir sıra
psixi xəstəliklərin xronik fəzaya keçməsinin qarşısının alınması və xəstələrin
normal fəaliyyətinin bərpa olunması (reablitasiya – yenidənuyğunlaşma tədbirləri)
psixoprofilaktikanın başlıca vəzifələrindəndir.
3
Son illərdə bir sıra psixi (şizofreniya, oliqofreniya, epilepsiya) meydana
çıxmasında irsi amillərinin rolunun öyrənilməsi, bu sahədə müəyyən profilaktika
tədbirlərinin aparılmasına imkan vermişdir. Bu baxımdan ailə və nigah
məsləhətxanalarının, psixonevroloji disranserlərin, müvafiq elmi laboratoriya və
institutların üzərinə mühüm vəzifələr düşür.
Psixoprofilaktika tədbirlərini apararkən yaş qrupları mütləq nəzərə alınmalıdır.
Uşaqlar və gənclərlə aparılan tədbirlər, yaşlı, xüsusən qocalarla aparılan
tədbirlərdən fərqlənməlidir. Hepantoloji psixoprofilaktika özünəməxsus,spesifik
problemlərlə əlaqədardır. İnsanın yaşla əlaqədar əmək qabiliyyətinin dəyişməsi,
təqaüdə çıxması nəzərə alınmalıdır. Sosial aktivliyin azalması, təqaüdə çıxması
nəzərə alınmalıdır. Sosial aktivliyin azalması, təqaüdə çıxmaq, müxtəlif adamlara
başqa-başqa təsir göstərir. Belə ki, bəzi şəxslər təqaüdə çıxmağı, əvvəlki
vəzifəsindən və peşəsindən əl çəkməyi həyat təlatümü kimi qarşılayır. Bəziləri isə
bunun fərqinə varmır.
Yaşa dolmuş şəxslərin tək qalması, övladların uzaqda yaşaması problematik
məsələlərdəndir. Tək qalmış qocalara, qohum və yaxın adamlarını itirmiş
adamlara. Ruhi xəstələrə, əmək qabiliyyətini itirənlərə ciddi qayğı göstərməli, ilk
növbədə ictimai təşkilatlar tərəfindən sosial yardım olunmalıdır.
Əhali arasında aparılan psixogigiyena və psixoprofilaktik tədbirlər əsas
etibarilə müəssisələri tərəfindən həyata keçirilir. Bu işdə səhiyyə maarifinin.
“Bilik” cəmiyyətinin. Həmkarlar ittifaqının və s. təşkilatların işləri təqdirəlayiqdir.
Elmi-texniki tərəqqi ilə əlaqədar olaraq meydana çıxan problemlərin düzgün
həlli psixi fəaliyyətin dözümlü olmasından çox asılıdır. Harmonik inkişaf
nəticəsində yüksək dözümlülük əldə etməklə hər bir çətinliyə, o cümlədən psixi
sarsıntıları dəf etməyə qadir olan, psixi sağlam şəxsiyyət yetişdirmək
psixogigiyenanın başlıca vəzifəsidir. Psixogigiyena tədbirlərinin təşkilində
xasiyyətin, əməyin, istirahətin. O cümlədən ailə həyatının xüsusiyyətləri nəzərə
alınmalıdır.
Təhsil prosesində olan qüsur uşağın şəxsiyyət kimi formalaşmasında dərin
neqativ izlər buraxa bilər. Keçid dövrü adlandırılan yeniyetmə yaşları (12-14 yaş)
bioloji və psixoloji baxımdan özünəməxsus xüsusiyyətlərə, çətinliklərə malikdir.
Yeniyetmə artıq valideyn və müəllimlərin bütün təlimatlarını tələb olunduğu kimi
yerinə yetirən uşaq deyil, eyni zamanda o, yetkin şəxsiyyət də deyil. Onun artıq
əhatəsində olduğu həyatın bütün sahələrinə aid öz baxışı, mühakimələri
mövcuddur. Bu təfəkkür durumu ancaq təəssüratların təsiri altında yaranmır. Həm
də yaddaş obrazları, təsəvvür və məzmun keyfiyyətləri ilə əlaqədardır.
Gənclik dövrünün psixoloji məsələlərindən bəhs etməzdən əvvəl onu qeyd
etmək lazımdır ki, bu yaş dövrünün nə vaxt başlanması haqqında qəti göstəriş
yoxdur. Bir çox alimlər 17-21 yaşları gənclik dövrü hesab edir, lakin bir çoxları
4
15-16 yaşları yeniyetməlik dövrünün sonu və ilk gənclik dövrünün başlanğıcı kimi
qəbul edir. Qeyd edək ki, bu mülahizələr şərtdir və qəti kriterilə əsaslanmır.
Yeniyetmə dövründən fərqli olaraq gənclik dövrü ictimai düşüncənin, ictimai
özünüdərketmənin formalaşdığı dövrdür. Bu yaşlarda fərdin ictimai fəaliyyətə
xüsusi maraq göstərməsi diqqəti cəlb edir. Şəxsin sərbəst fəaliyyətə, müstəqil
həyata meyli güclənir və o, vətəndaşlıq hüququ əldə etməyə, fərdi xüsusiyyətlərini
nümayiş etdirməyə can atır. Gənc müəyyən mənada, ailə ənənələrindən, daha
doğrusu, hamilik hisslərindən uzaqlaşmağa, şəxsi təəssüratlarının, dünyagörüşünün
hakim olmasına can atır. Təsəvvür edir ki, o, artıq tam müstəqil hərəkət etmək
üçün kifayət qədər təcrübəyə malikdir və kənar yardıma ehtiyacı yoxdur.
Məşğuliyyətindən asılı olmayaraq gəncliyin özünəməxsus cəhətləri vardır. Belə ki,
tələbə gəncin həyat tərzi, təfəkkürü, istehsalatda və ya ticarət sahəsində çalışan
gəncdən fərqlənir. Öz peşəsindən narazı olan, hər gün sevmədiyi işlə məşğul olan
adam xüsusi bir narahatlıq, yeknəsəklik hiss edir. Başqa sözlə, onda
qənaətlənməmək kompleksi yaranır. Bu da öz növbəsində şəxsin psixi
fəaliyyətində özünü göstərir.
Psixogigiyenanın qarşısında duran problemlərdən biri də insanların ailə
həyatıdır. Ailə, onun üzvləri arasında (ərlə arvad, valideynlər və uşaqlar,
qohumlar) özünəməxsus qarşılıqlı münasibətlər yaradılmasının tələb edən
cəmiyyətin ilkin özəyi sayılan bir qurumdur. Ailənin yaşadığı yer, məişət qayğıları
ümumi olsa da, burada xüsusi cəhətlər də çoxdur. Məsələn, hər bir ailə üzvünün
istifadə etdiyi geyim, əşyalar və s., ailədə mövcud olan ab-hava, valideynlərin
nəzarəti, adət-ənənələrə əməl olunması və ailənin normal psixoloji şəraitdə
yaşamasına təsir edən amillərdir. Ailə üzvləri arasında qarşılıqlı hörmət,
böyüklərin nəsihətinə əməl etmək, lazım gələrdə, qarşılıqlı güzəştlər olduqda,
həmin ailə uzun birgə yaşamaq qabiliyyətini özündə saxlayır.
Ailə problemləri içərisində ən mühüm cəhətlərdən biri uşaqların düzgün
tərbiyələndirilməsidir. Belə bir fakt təbabətə yaxşı məlumdur ki, yarımçıq ailələrdə
(valideynlərdən birinin olmaması) uşaqlar nevrozlara, şəxsiyyət pozuntularına daha
tez-tez tutulurlar. Ailədaxili münasibətlər, xüsusən birgəyaşayış normalarına əməl
olunması həm uşaqların, həm də ailənin yaşlı üzvlərinin nəinki psixi, eyni zamanda
fiziki sağlamlığına da ciddi təsir göstərir. Ailədə xöşagələn şərait yaratmaq
məqsədilə ailə üzvləri arasında ədalətli iş bölgüsü olmalıdır. Uşaqlar ailənin
zəhmətlə əlaqədar bəzi vəzifələrinin yerinə yetirilməsində iştirak etməlidir. Bu
kənd yerlərində yaşayanlar, həyətyanı torpaq sahələri olan ailələr üçün daha
vacibdir.
Ailə üzvlərinin hər hansı birinin narazılığının ailə başçısının diqqətindən
yayınmaması, məsələnin ədalətli həll edilməsi gələcəkdə belə halların qarşısını alır
5
və ailə üzvləri arasında qarşılıqlı hörmətə səbəb olur. Onların hər birini lüzumsuz
psixoloji gərginlikdən azad edir.
Nikahın psixogigiyenasının başlıca məqsədi sağlam ailə yaratmaqdır. Ərlə
arvad arasında yaranan yaxşı münasibət, qarşılıqlı hörmət, ətrafda və ailədə baş
verən hadisələrə baxışın oxşarlığı, bir-birinə qayğı və güzəşt, intim münasibətlərin
harmonik xarakterli olması nikahın möhkəmliyinə, ailə həyatının xoşbəxtliyinə
xidmət edir. Eyni zamanda qeyd etməliyik ki, son illərin statistikası başanma
hallarının artdığını göstərir. Nikahın pozulması alkoqolizmin, cinayətyönümlü
hərəkətlərin artmasına, uşaqların tərbiyəsinin pozulması alkoqolizmin,
cinayətyönümlü hərəkətlərin artmasına, uşaqların tərbiyəsinin pozulmasına şərait
yaradır.
Yaşlı və qoca şəxslərin psixogigiyenası xüsusi əhəmiyyət kəsb edən bir
məsələdir. Məhz bu yaşlarda insanlar illərlə məşğul olduğu işindən ayrılır, təqaüdə
çıxır, fəal həyat tərzindən uzaqlaşmalı olur. Həyat stereotipinin pozulması hər kəs
tərəfindən bir cür qəbul edir. Xəstələnmə halları artır, ailədəki rolu zəifləyir, özünə
yer tapa bilmir, bütün günü özünü kədər, qüssə məngənəsində hiss edir. Bir çox
hallarda belə şəxslər həddindən artıq kövrək olub, ən cüzi təsirdən inciyir, özlərini
köməksiz və məzlum hiss edirlər. Yaşlı şəxslərin diqqətə, köməyə daha çox
ehtiyacı vardır. Onları yeni şəraitə uyğunlaşdırmaq üçün bir sıra tədbirlər görmək
tələb olunur. Bir çoxları qocalığı hazırlıqlı qarşılayır. Məsələn, təqaüdə çıxarkən nə
ilə məşğul olacağını əvvəlcədən müəyyən edir. Özü üçün sevimli məşğuliyyət
müəyyən edir, maliyyə və təsərrüfat işlərini əvvəlcədən nizama salır,
sağlamlığının möhkəmlənməsi qayğısına qalır.
Psixoprofilaktikanın əsasları
Psixoprofilaktikanın ümumi profilaktikanın bör bölməsi olub psixi
pozuntuların qarşısının alınması problemləri ilə məşğul olan elm sahəsidir.
Psixoprofilaktikanın əsasını insan və onu əhatə edən mühitin öyrənilməsi təşkil
edir. Orqanizmdə gedən bütün proseslərə, o cümlədən psixi pozuntuların meydana
çıxmasına somatika ilə psixikanın – bədənlə ruhun vəhdətinin pozulması kimi
baxmaq lazımdır. Sağlam somatika sağlam psixika üçün başlıca zəmin olduğu
kimi, sağlam ruh da sağlam bədənin rəhnidir. Əhval-ruhiyyəsi – emosional statusu
yüksək olan adamlarda somatik xəstəliklər asan inkişaf edə bilir. Ikinci dünya
müharibəsi dövründə (1941-1945-ci illər) –ekstremal şəraitdə insanların ağır həyat
şəraitinə baxmayaraq somatik xəstəliklərin xeyli az olması faktdır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təklif etdiyi təsnifata uyğun olaraq
birincili, ikincili və üçüncülü psixoprofilaktika ayırd edilir. Birincili
psixoprofilaktikaya psixi pozuntuların qarşısının alınması tədbirləri aiddir. Bu isə
infeksiyalarla, travmalarla, psixogen təsirlərlə, psixi xəstəlikləri yaradan amillərlə,
6
intoksikasiyalarla mübarizə və irsi xəstəliklərin qarşısının alınması nəzərdə tutur.
Unutmaq lazım deyil ki, bir çox psixi xəstəliklərin, o cümlədən irsi çatışmazlıqla
əlaqədar olan pozuntuların meydana çıxmasında iqtisadi, ekoloji və ictimai amillər
mühüm əhəmiyyət kəsb edir.
Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, atom-elektrik
stansiyalarının istismarı, çayların təbii istiqamətinin dəyişdirilməsi, müxtəlif
tullantıların (ilk növbədə kimyəvi maddələrin) su hövzələrinə və çaylara axıdılması
həm təbiətə, həm də insanların sağlamlığına ciddi ziyan gətirir.
Irsi xəstəlikliklərin öyrənilməsi və proqnozlaşdırılmasında embriogenezin
profilaktikası, nikahın gigiyenası, ananın zərərli amillərdən qorunmasının, o
cümlədən alkoqolizm, narkomanlıq, toksiki amillərin profilaktikasının böyük
əhəmiyyəti vardır. Bu baxımdan hamilə qadınların ağır fiziki əməyə cəlb
edilməməsi, psixi travmalardan uzaq olmasının da əhəmiyyəti çoxdur. Bu dövrdə
qadının istirahət, əmək və qidalanma rejiminə xüsusi fikir verilməlidir. Uşaq
doğulduğu gündən etibarən onun sağlamlığı qayğısına qalmalı, vaxtında inkişaf
anomaliyaları aşkar edilməli, lazım gələrsə müalicə-profilaktika tədbirləri
görülməlidir.
Uşağın düzgün qidalanması, tərbiyəsi, təmizliyi qayğısına qalınması, inkişafın
bütün mərhələlərində həkim nəzarətinin təmin olunması mühüm şərtlərdəndir.
Yoluxucu uşaq xəstəliklərinin qarşısının alınması, bu məqsədlə vaxtlı-vaxtında
profilaktik peyvəndlərin edilməsi diqqətdən yayınmamalıdır. Bütün bunlar uşağın
normal fiziki və psixi inkişafını təmin edən vacib şərtlərdir. Nəzərə almaq lazımdır
ki, bir çox funksional hallar, məsələn : baş ağrıları, ürək nahiyyəsində xoşagəlməz
duyğular, mədə-bağırsaq sistemində müşahidə edilən pozuntular həmişə hər hansı
bir üzvün ciddi xəstəliyi kimi qəbul edilməməlidir. Yuxarıda göstərilən hallar
bəzən sağlam şəxslərdə ötəri xarakterli olub, kiçik bir təsir nəticəsində meydana
çıxa bilər.
Yorğunluq, vaxtında qidalanmamaq, az yatmaq və s. Bu kimi amillər
nəticəsində meydana çıxan pozuntuların mənşəyi düzgün qiymətləndirilməlidir.
Belə hallarda həmin şəxslərə vaxtında məsləhət vermək, psixoterapevtik söhbətlər
aparmaq müsbət nəticələr verir və ciddi psixosomatik pozuntuların meydana
çıxmasının qarşısını alır.
Spirtli içkilər və narkotik maddələr mərkəzi sinir sistemini zədələyən geniş
yayılmış vasitələrdəndir. Yeniyetmə və gənc yaşlarda zərərli amillərə uymaq daha
təhlükəlidir. Məhz bu yaşlarda asanlıqla həmin maddələrin təsiri altına düşərək
ruhi-əsəb xəstəliklərinə tutulmaq mümkündür. Gənclər arasında zərərli vərdişlər
əleyhinə profilaktiki tədbirlərin aparılması nəinki təbabətin, həm də təhsil
müəssisələrinin, gənclər təşkilatının diqqət mərkəzində olmalıdır.
7
Son illərdə diqqəti çəkən problemlərdən biri özünə süi-qəsd hərəkətlərinin
artmasıdır. Belə hallara səbəb olan amillər əvvəlcədən öyrənməli, araşdırmalı və
məqsədyönlü profilaktika tədbirləri aparılmalıdır.
İkincili psixoprofilaktika artıq yaranmış psixi xəstəliyə qarşı aparılan
tədbirlər sistemini nəzərdə tutur. Buraya erkən diaqnostika, proqnozlaşdırma, həyat
üçün təhlükə yarada biləcək halların qarşısının alınması, adekvat müalicə
üsullarının tətbiqi və keyfiyyətli remissiyaya nail olunması aiddir.
Üçüncülü psixoprofilaktika arzuolunmaz ictimai nəticələrin qarşısının
alınmasına yönələn tədbirlər sistemidir. Psixoprofilaktikanın bu formasının başlıca
məqsədi reabilitasiya tədbirləri həyata keçirmək, əlilliyin qarşısının alınması,
xəstəliyin qalıq əlamətlərinin minimuma endirilməsi və s. tədbirlərdən ibarətdir.
Birincili psixoprofilaktikada başlıca məqsəd psixogigiyena, psixososial
tədbirlərdisə, ikincili psixoprofilaktikada aparıcı rol müalicə üsullarının
(psixofarmakoteqariya, bioloji müalicə üsulları) üzərinə düşür. Üçüncülü
psixoterapiyanın başlıca məqsədi isə reabilitasiya və yenidənuyğunlaşma
tədbirləridir. Ruhi-əsəb xəstəliklərinin təkrar tutmalarının qarşısının alınmasında
psixofarmakoloji üsullarla yanaşı psixoterapiya üsullarına da əhəmiyyət
verilməlidir. Reabilitasiya tədbirlərinin səmərəli olmasında ailə üzvləri ilə ünsiyyət
yaradılması, onlar arasına xoşagələn mikromühitin olması, xəstənin ictimai əməyə
qoşulmasının böyük əhəmiyyəti vardır. Sübuta yetirilmişdir ki, xəstəlik keçirən
şəxslərin normal həyata uyğunlaşa bilməməsinin başlıca səbəbləri monoton həyat
tərzi, diqqətdən kənarda qalma, sosial baxımdan köməksizliyini hiss etməsidir. Bu
baxımdan xəstəxanadankənar yardım formalarının. Ilk növbədə psixi sağlamlıq
mərkəzlərinin, psixonevroloji dispanserlərin, psixiatriya və psixoterapiya
kabinetlərinin xidmətləri ön planda olmalıdır.
Son illərdə inkişaf etmiş Avropa ölkələrində kommunal psixiatriya
məntəqələrinin yaradılması, ictimai təşkilatlar tərəfindən xəstələrə qayğı
göstərilməsi, psixi sağlamlıq mərkəzlərinin (klublarının) təşkili və göstərilən
yerlərdə əmək sexlərinin yaradılması təkrar normal həyata qayıtmasında böyük rol
oynayır. Göstərilən tədbirlərin ictimai-psixoloji məzmunu ilə yanaşı iqtisadi
səmərəsini də nəzərə alsaq, bu kimi işlərin nə dərəcədə faydalı olmasını təsəvvür
etmək çətin deyil.
Elm və texnikanın inkişafı əsrində təbii və ictimai amillərin təsiri altında ruhi-
əsəb xəstəlikləri klinikasında ciddi dəyişikliklər baş verməkdədir. İstehsalatın
mexanikləşdirilməsi, avtomatlaşdırılması, elektronikanın inkişafı, kompüter
texnikasının məişətimizə sürətlə daxil olması insanların psixikasına öz təsirini
göstərir. Bir çox müstəqil sahələrin – psixoterapiya, narkologiya, uşaq və
yeniyetmə psixiatriya, herantologiya və s. inkişaf etməsinə səbəb olmuşdur.Bu isə
8
öz növbəsində psixiatriya yardımının genişlənməsinə, psixoprofilaktika üsullarının
zənginləşməsinə səbəb olmuşdur.
Dostları ilə paylaş: |