Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7865
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

SÜLEYMAN SANİ AXUNDOV 
 
Uşaqlıq çağlarım sabiq Quba meydanının yuxarısındakı Spasskaya 
küçəsində keçmişdir. 
Quba meydanının yerində indi bağ salınmışdır, küçəmizin aşağı hissəsində 
Dövlət Dram teatrının binası yüksəlir. Küçəmiz isə hal hazırda Qasım 
İsmayılov adınadır. 
Yaşadığımız rayonun keçmişi,  əhalisi indi də yadımdadır. Məhəlləmizdə 
yaşayanların çoxu yoxsullardı. Onlar müxtəlif peşə sahibi kustarlar və 
fəhlələrdi.  Əlbəttə, məhəlləmizdə  tək-tük varlı, dələduz, hətta qoçu da vardı. 
Onların üzündən bir çox ailənin günü qara keçirdi. 
Küçəmizin yuxarısında (şimal tərəfdə) bir məktəb, ondan bir qədər yuxarıda 
polis idarəsı yerləşirdi. Məşhur inqilabçılardan Əli Bayramov 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
220 
 
və Ceyran xanım Bayramova bizim küçədə yarım mərtəbə evimizlə üzbəüz 
Məşədi Hüseynqulunun mülkünün birinci mərtəbəsində olurdu. Evimizdən bir 
az aşağıda (cənub tərəfdə) "Dar dalanın" düşəcəyində bir binanın ikinci 
mərtəbəsindəki çox kiçik, darısqal bir otaqda 26 Baki Komissarından biri 
müəllimimiz Mir Həsən Vəzirov yaşayırdı. 
Bu insanlar haqqında  əlbəttə, böyük kitab əsər yazmaq olar. Mən hazırda 
yazdığım "Xatirələr dəftərim"də bunları doğru, real qələmə almağa çalışıram. 
Məhəlləmizdəki məktəbin adı "4-cü rus-tatar məktəbi" idi. Çar dövründə 
azərbaycanlıları ya tatar, ya da müsəlman adlandırırdılar. 
Lakin yalnız bizim məhəllənin sakinləri yox, bütün şəhər bu məktəbə 
"Süleyman Sani" məktəbi deyirdi. Çünki bu məktəbin müdiri və 
müəllimlərindən biri, özünü əsərlərilə xalqa sevdirmiş Süleyman Sani idi. 
Bu yaxınlarda arxivimi yoxlarkən həmin məktəbi bitirdiyim haqdakı kamal 
attestatını tapıb çox sevindim. Orada Süleyman Saninin, Mir Həsən Vəzirəvun, 
Rəsul bəy Tahirovun, Ağabəy İsrafilbəylinin imzalarını gördükdə uşaqlıq illəri 
yenidən gözlərim önündə canlandı. 
Mənə elə  gəidi ki, sinifdə oturub həmin  əziz müəllimlərimin dərsini 
dinləyirərn. 
Bəli, yeddi yaşında ikən atam məni həmin məktəbə  gətirib ordakı katibə 
təhvil verdi. Özü isə dəmirçixanasına getdi. 
Ailəmiz o vaxt Ləhic bağlarında istiralıətdə idi. (Ləhic bağları Maştağa ilə 
Kürdəxanı arasındadır). Məktəb haqqında bütün lazımi məlumatı dəftərə qeyd 
etdilər, müəllimlər otağında tək qaldığımdan içimi çəkib ağlamağa başladım. 
Bu zaman başımı bir əl sığalladı. Könlümü alıb şəxsən özü məni sinfə apardı. 
Hər tənəffüs vaxtı isə o, məni məktəbdə yaşayan Zakariya müəllimin 
otağına gətirib sonra yenə sinfə aparırdı. Bu munis insan mənim gələcək 
müəllimini Süleyman Sani idi. 
Zakariya bəyin qızları isə  mənim başımı  şirin dillə  və konfetlə 
qarışdırırdılar. Məktəbdə bəzi müəllimlərdən yaman qorxardıq. Xüsusilə şəriət 
müəülmindən. 
Şəriət müəllimimiz ruhani idi. Dərs zamanı həmişə ağzı işdə olardı. O ləb-
ləbi kişmiş yeyərdi.  Şəriət müiəlliminin dərsindən bir şey başa 
düşmədiyimizdən sinifdə  səs-küy salardıq. Buna görə  də  şəriət müəllimi cəza 
olaraq bizi bir neçə saatlığa odun anbarına salıb qapısını kilidlərdi. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
221 
 
(Odun anbarından başqa bir müəllimimiz də istifadə edərdi. Bu barədə bir 
az sonra). 
Belə hallarda müəllimimiz Mir Həsən Vəzirov harayımıza çatardı. Anbar 
qapısını açdırıb bizi həbsdən azad edərdi. Hətta bəzən o, bizi öz evinə aparıb, 
quran ayələrini oxuyar və mənasını başa salardı. 
Beləliklə gözlərimizdən qara cəhalət pərdəsini götürməyə  səy edərdi. 
Ümumiyyətlə o vaxt bəzi müəlimlər dərslərdən zəif uşaqları öz evlərində 
tamənnasız imtahanlara hazırlardı. Mir Həsən müəllimin dərslərinə  həmişə 
hazır gələrdik. 
Yadımdadır: biz Novruz bayramlarında ona şəkərburadan, paxlavadan 
bayram payı aparardıq.  İlk dəfə ona pay aparanda bir qəribə hadisə baş verd. 
Biz kiçik ipək yaylıqdakı hədiyyəni, mizin üstünə qoyanda Mir Həsən müəllim 
təəccübləndi. Əsəbi halda bu nədir gətirmisiniz?! 
Mən dilim topuq çala-çala: 
- Şəkərburadır müəllim, - dedim. 
O, "necə, necə, şəkərqara?!" - deyə sual etdi. 
Dəsmalı açdıq. Müəllim "nahaq gətirmisiniz" deyə etiraz etdi. Biz çox dil 
tökdükdən sonra o bayram payını qəbul etdi. 
Maraqlı burasıdır ki, o gündən başlayaraq aramızda Mir Həsən Vəzirovun 
adı "Şəkərqara müəllim" oldu. Biz Süleyman Saninin, Vəzirovun, İsrafil bəyin 
dərslərində çox sakit oturardıq. Süleyman Sanini bir yazıçı kimi də çox 
sevirdik. Onun "Qaraca qız" povestini, "Qorxulu nağılları"nı dönə-dönə, 
maraqla, həyəcanla oxuyardıq. Bu kitablar gecələr yataqda da əlimizdən yerə 
düşməzdi. Bu əsərlərdə böyük məhəbbətlə, səmimiyyətlə  qələmə alınmış 
surətlərin taleyinə ürəkdən acıyardıq, hətta ağlardıq da. 
Süleyman Saninin xasiyyətindəki səmimiliyi, dərin sadəliyi, mehribanlığı 
əsərlərindəki müsbət obrazlarda özünü göstərməkdədir. 
Süleyman Sani bəzi yoxsul ailədən olan uşaqlara maddi yardım göstərməyi 
də unutmazdı. O öz kitablarını məktəblilərə hədiyyə verərdi. 
Süleyman Sani bizə ucadan kiçik hekayələr, şeirlər, təmsillər oxutdurardı. 
Bu qiraət yarışlarında mən həmişə fərqlənməyə çalışardım. Qənaət etdiyim 
qəpiklərə kitablar alıb evdə mütaliə edərdim. 
İftixarla deyirəm ki, məndə  ədəbiyyata böyük məhəbbət oyadan ilk 
müəllimim Süleyman Sani Axundov olmuşdur. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
222 
 
Oxuduğum məktəbdə sevimli müəllimlərmizdən biri də Süleyman Saninin 
dostu Ağabəy  İsrafilbəyli idi. O da çox qayğıkeş insandi. Dərsdən zəif olan 
uşaqların evlərinə gedər, ailələrilə yaxından tanış olar, onlarla dərdləşər və 
əlindən gələn köməyi əsirgəmzdi. 
Ağabəy  İsrafilbəyli ucaboy, pəhləvan gövdəlı bir adamdı. O zaman 
xuliqanlar, avaralar tez-tez məktəblilərin yolunu kəsərdi. Onlar uşaqların 
əynindən paltosunu . çıxarar, kitab çantasını  əlindən qapardılar. Hətta 
bəzilərinin ağız-burnunu da əzişdirib qanadardılar. 
Polis belə hadisəiərin qabağını almazdı. Çünki bunlar Bakı qoçularının, 
varlılarının ərköyün balaları və qohumlarıydı. 
Kimsədən çəkinməyən İsrafilbəyli onlarla qəribə mübarizə üsulu tapmışdı. 
O, məktəbimizin qabağına gələn bu dələduzlar yaxalayıb, hərəsini bir əlilə 
möhkəm tutub kəllə-kəlləyə vurardı. Sonra da şəriət müəllimimizin 
dustaqxanasına (odun anbarına) salıb bir neçə saatlıq həbs cəzası verərdi. 
Müəllimimiz Ağabəyin sayəsində bizim məktəbin qabağından onların ayağı 
həmişəlik kəsilmişdi. 
Bu misalları  gətirməkdə  məqsədim müəllimlərimizin o dövrdə  nə  şəraitdə 
çalışmalarını göstərməkdir. 
İndi bütün məktəblərimizdə cürbəcür dərnəklər var. Şənliklərində, 
bayramlarda hər məktəb öz orkestri ilə nümayişə  çıxır. Lakin o zaman biz 
bunlardan məhrum idik. Nümayişə  çıxmaq üçün qəribə hazırlığımız olurdıı. 
Məktəbimizdə Ramazan adlı Dağistanlı bir qarovulçu vardı. Tənəffus zamanı o 
bizə pendir-çörək, iris və başqa  şirniyyat satardı. Ramazan uca boylu, 
enlikürək, şəkbuğ, zahirən vahiməli bir kişi idi. Lakin çox təmiz ürəkli idi. 
Bayramqabağı  məşq üçün hamımız beyətə toplaşardıq. Süleyman Sani 
həyətin başında pilləkən üstündə nümayiş qəbul edən bir general vəziyyətində 
durardı. Onun işarəsilə Ramazan qoltuğunda tutduğu köhnə vedrənin altını 
yumruqlarıyla döyəcləməyə başlardı. Biz də bu ahəng altında addımlayıb 
Süleyman Saninin qabağından keçərdik. Bu, bizim məktəb həyətindəki 
xudmani nümayişimiz olurdu. Bəzən Ramazanın güclü zərbələrindən vedrənin 
altı ayrılıb yerə düşərdi. 
İllər keçdi, ibtidai məktəbi qurtaranda Süleyman Sani bizimlə vidalaşırdi. 
Kamal attestatını alıb ağlamağa başladiq. O, bizə "yenə də görüşəcəyik" deyə 
təsəlli verdi. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
223 
 
Mən onu məktəbi bitirdikdən sonra da tez-tez görürdüm. Çünki 
məktəbimizlə evimizin arasındakı  məsafə çox az idi. Sonralar mən  şeir 
yazmağa başladığım illərdə də onunla tez-tcz görüşürdüm. 
Bu qayğıkeş insanın mənim üzərimdə böyük əməyi olmuşdur. 
Süleyman Sani həddindən çox təvazökar adamdı. Buna canlı bir misal: 
Vaxtilə  mən  ədəbiyyat fondu heyətinin sədri idim. Müəllimim xəstə idi. 
Əsəbləri pozulmuşdu. Ürəyi onu narahat edirdi. Bizim ədəbiyyat fonduna 
yazıçılar üçün kurortlara, istirahət evlərinə putyovkalar gəlmişdi. Kislovodsk 
sanatoriyalarının birinə olan putyovkanı Süleyman Saninin adına yazıb evinə 
göndərdim. O, əli əsalı yazıçılar ittifaqına gəldi. 
Putyovkanı qaytarıb dedi ki: "Bunu nahaq etmisiniz. Qoy bu putyovkadan 
gələcəyimizə ümidlər verən gənclərimiz istifadə etsinlər. Mənimki keçib". Biz 
onu güclə yola gətirib putyovkanı almağa razı etdik. 
Mənim və bir çoxlarının məktəb və ədəbiyyat müəllimi Süleyman Sani belə 
bir  şəxsiyyətdi. Xalqımız yetirdiyi belə namslu övladlarıyla qoy həmişə  fəxr 
etsin. 
 
RƏŞİD BƏY ƏFƏNDİYEV 
 
Rəşid bəy  Əfəndiyevi bir maarifpərvər, bir pedaqoq, bir şair kimi biz 
uşaqlıq çağlarımızdan tanıyırdıq. Onun ağır illərdə xalqın balaları üçün yazdığı, 
tərtib etdiyi tədris məcmuələri, uşaq  şeirləri, rus klassik şairlərindən etdiyi 
tərcümələr cəsarətlə demək olar ki, böyük fədakarlıqdır. 
 
Quşlar, quşlar, a quşlar,  
Qaranquşlar, a quşlar - 
 
şeri indi də bizim nəsildən olanların hafizəsindədir. Rəşid bəyin öz 
dövrünün qabaqcıl, tərəqqipərvər, proqressiv, azadlıq uğrunda mübarizə aparan 
nümayəndələrilə görüşləri, dostluğu öz xalqının vətənpərvər övladı olduğuna 
dəlalət edir. Gözəl bilirik ki, çar dövründə  məktəblərimizdə ana dilimizdə 
şeirlərə, mahnılara, çox böyük ehtlyac 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
224 
 
vardı. Bu ehtiyacı aradan qaldırıb azərbaycanlı balalarının köməyinə çatmaq 
istəyənlər sırasında Rəşid bəy Əfəndiyev də vardı. 
Bəli, illər keçdi. Vətənimizdə sovet hakimiyyəti quruldu, xalq öz 
müqəddəratını əlinə aldı, çar dövründə millətin səadəti, mədəniyyəti haqqında 
düşünən, çarələr axtaran Rəşid bəy indiki bu qaynar həyatdan, bu coşqun 
hərəkatdən kənarda qala bilməzdi. O, Oktyabr inqilabının futuhatını, 
qələbələrini ürəkdən alqışladı. Rəşid bəy yaşının çoxluğuna baxmayaraq 
coşqun gənclik həvəsiylə, ehtirasilə ömrunün mənalı illərini millətinin 
tərəqqisinə, yüksəlişinə həsr etdi. 
O, rus dilini çox gözəl bilirdi və bu dilə  dərin məhəbbət bəsləyirdi. Onun 
Puşkindən, Lermontovdan məhəbbətlə tərcümə etdiyi şeirlər buna sübutdur. 
Məncə Rəşid bəy Puşkinin "Bağçasaray çeşməsi" poemasının giriş hissəsini 
çox məharətlə  tərcümə etmişdir. Bu poemanı sonralar böyük ədıbimiz 
Məmməd Səid Ordubadi də  tərcümə etdi. Səidin tərcüməsi küll halında 
gözəldir. Rəşid bəy poemanın ilk iki sətrini belə çevirmişdir. 
 
Oturmuş fikrə piçidə çubuq əldə Gəray durmuş,  
Hüzuri-dəhşətə qol bağlamış əhli-saray durmuş. 
 
Çox yaxşıdır. Bu iki sətirdə biz həm Gərayın  əhvali-ruhiyyəsini hiss edir, 
həm də saray əhalinin necə vahimə keçirdiyini görürük. Bu tərcümə  Rəşid 
bəyin Puşkin  ədəbi irsinə  dərin məhəbbətinin təzahürüdür. Rəşid bəy 
Əfəndiyev sanki yenidən cavanlıq dövrü keçirirdi. Gündən-günə çiçəklənən, 
gözəlləşən vətəni tərənnümdən böyük zövq alırdı. 
Rəşid bəy  Əfəndiyev yeni yaranmaqda olan proletar ədəbiyyatnın qızğın 
tərəfdarlarından, təbliğatçılarından biri oldu. O da Cəlil Məmədquluzadə, 
Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Abdulla Şaiq kimi bu 
hərəkatı alqışladı  və bu gənc orduya qoşuldu. Rəşid bəy  Əfəndiyev  Şəkidə 
yaşayırdı. O, tez-tez gənc qızıl Qələmlər İftifaqına məktublar yazırdı. Gənclərin 
müvəffəqiyyətlərinə ürəkdən, candan sevindiyini bildirirdi. Yadimdadır. Mən 
1927-ci ildə  Şəkiyə  gənc Qızıl qələmlər ittifaqının bölməsini təşkil etməyə 
getdim. Yevlaxdan kiçik, köhnə bir avtobusa minərək çala-çuxurlu yollarla 
gəlib  Şəkiyə çatdım. Avtobus dayanacağında xeyli fayton dayanmışdı. 
Faytonçular iki görkəmdə idi. Bəziləri həddindən artıq şişman, bəziləri 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
225 
 
İsə olduqca arıq idi. Bir faytona minib mehmanxanaya doğru hərəkət etdik. 
Şəkinin təmiz havası, könül açan mənzərəsi yol yorğunluğumu apardı. 
Mehmanxanaya düşdüm. Bir saat keçməmişdi ki, Şəkinin garıc həvəskar 
yazıçıları, şairləri yanıma gəldilər. Bu mənim gənc qələmlərlə ilk tanışlığım idi. 
Axşamüstü pəncərədən  şəhərin dağ hissəsini seyr edirdim. Birdən 
mehmanxananın qarşısında bir fayton dayandı. Faytondan əli  əsalı, gözü 
eynəkli dolğun, bığı, saqqalı qar kimi ağ bir adam düşdü; mehmanxana 
qapısındakılar onunla hörmətlə salamlaşdılar. Dedim görəsən, bu hörmətli 
adam kimdir. Birdən olduğum otağın qapısı astaca döyüldü. Tez qapını açdım, 
qarşımda faytondan düşən adam gördüm. 
- Salam, oğlum, xoş gəlmisən, Rəşid bəy Əfəndiyev! 
Qulaqlarıma inanmadım. Bakıdan yola düşərkən mütləq bu adamla 
görüşməyi qərara almışdım. Artıq budur, o özü lapdan yanıma gəlmişdir. 
Onunla mehribancasına görüşdük. 
- Oğlum, mən sənin dalınca gəlmişəm. Özünü görməsəm də, səni mətbuat 
vasitəsilə yaxşı tanıyıram. Amma yaxşı iş görməmisən. Şəkiyə gələsən, özü də 
mehmanxanaya düşəsən, tez ol, otaqda nəyin varsa götür gedək bizim evə. 
Mən dedim ki, "Hörmətinizə görə  təşəkkür edirəm. Lakin burda qalsam 
yaxşıdır. Çünki nıəni cavanlardan va təşkilatlardan axtaranlar olacaq". 
"Oğlum nə olar ki... Məgər cavanlar, təşkilatlar Rəşid bəyin evini tanımırlar. 
Getməsən, məni incitmiş olarsan". Bunun üstündən artıq bir söz demək 
olmazdı. Faytona minib Rəşid bəygilə getdik. Rəşid bəyin ailəsi bizi öz ləziz 
xörəklərilə heyran etdilər. Mən  Şəki  şüyütplovunun,  Şəki  şirnilərinin adını, 
tərıfini eşitmişdim, amma dadını bilmirdim. Mən bunları ilk dəfə Rəşid bəyin 
evində gördüm. Sanki dadı indi də ağzımdadır. 
Rəşid bəyin sinəsi canlı, maraqlı, xatirələrlə dolu idi. Söhbətirniz gecə 
yarıya qədər çəkirdi. O məni vaxtilə çap olunmuş  və olunmamış  səhnə 
əsərlərilə də tanış etdi. 
Biz Şəkidə, Azərbaycan gənc Qızıl qələmlər ittifaqının şöbəsini təşkil etdik. 
Yerli təşkilatların, gənc həvəskar yazıçıların arzusuyla Rəşid bəyi bu bölməyə 
sədr seçdik. 
Bu, Rəşid bəyi bir qədər cavanlaşdırdı.  Şəkidə olduğum müddətdə Xan 
sarayını gəzdim. Evlərə qonaq çağırıldım. Hər evdə yenə də 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
226 
 
məşhur  Şəki plovu və  şirniyyatı daddım. Bakıdan  Şəkiyə yola düşərkən, bir 
şəkili qələm dostum mənə demişdi ki, "sənə bir kağız verim, dostlarım 
səninçün şüyütplov bişirtsinlər". Mən ondan kağız almadan Şəkiyə gəlmişdim. 
Mənə kağız vermək istəyən dostum səhv edirmiş. Çünki mən plovu hər evdə 
kağızsız yedim. Ondan kağız almış olsaydım, bəlkə də Şəkidə yediyim plovları 
o öz kağızının hesabına yazardı. 
Şəki ziyalılarının təşəbbüsilə  Şəkidə bir ədəbi gecə  təşkil edildi. Ədəbi 
gecəni Rəşid bəy idarə edirdi. Şəkinin gənc qüvvələri ilk dəfə idi ki, kütlə 
qarşısında çıxış edirdilər. Gənclər tribunaya qalxanda həyəcan keçirirdilər. 
Nədənsə iştirak etdiyim məclislər gülgüsüz, hadisəsiz olmur. 
Bəli, bu ədəbi gecə də bunsuz olmadı. 
Rəşid bəy çıxış edənlərin böyük siyahısını tutmuşdu. Onlara söz verdikdə 
siyahıya baxıb belə deyirdi: "Söz verilir Şəkinin birinci şairinə, söz verilir 
Şəkinin ikinci şairinə və i.a.". 
Çıxış edənlərə gecənin sonuna qədər bu şəkildə söz verildi. Salonda 
oturmuş bir nəfər tez-tez əl qaldırıb söz istəyirdi. Rəşid bəy isə bu adama əsla 
əhəmiyyət vermirdi. Bu əl qaldıran adam mənim nəzərimdən qaçmırdı. Nəhayət 
dedim: "Rəşid bəy, yaxşı deyil axı. Bəlkə əl qaldıran adamın bir sözü, bir təklifi 
var. Xahiş edirəm ona söz verin". 
- Oğlum sən onu tanımırsan axı. Şulux sala bilər. 
- Niyə şuluq salır. Qorxmayın ona söz verin. 
Nəhayət, Rəşid bəy elan etdi ki, "İndi isə söz verilir Şəkinin 37-ci şairinə". 
Tribunaya orta yaşlı, üzü gülər bir adam qalxdı. Salonda bir gülüş oldu. 
Tribunadakı adam çox ciddiyyətlə şairanə görkəm alıb belə başladı: 
 
Çəpərdə oturmuşdu sərçə,  
Düşdü kəndirə oldu büryan... 
 
Rəşid bəy ayağa qalxıb dedi: "Əbucabbar bəy, ayıbdır axı, sən nə özünə, nə 
bizə hörmət qoyursan. Bu nə cəfəngiyatdır ki, oxuyursan". Rəşid bəyin dediyi 
Əbucabbar bəy aşağı düşərkən dedi: "Acığın niyə tutur Rəşid bəy, Şəkinin 37-
ci şairi mənim kimi olar". Mən sonra öyrəndim ki, bu Əbucabbar kişi Şəkinin 
ən zarafatcıl, hazırcavab adamlarındandır. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
227 
 
Mən Bakıda bir neçə məclisdə onunla görüşüb söhbətlərindən zövq aldım. 
Bu səfərdən başqa Rəşid bəylə digər vaxtlarda da Bakıda, təkrar Şəkidə bir 
neçə dəfə görüşmüşəm. 
Şəkidə bölmə düzələndən sonra gənc  şairlərin, yazıçıların  şeirləri “Şəki 
fəhləsi" qəzetində  və ayda bir dəfə  qəzetə  əlavə olaraq nəşr edilən  ədəbi 
səhifələrdə şeirləri, hekayələri, oçerkləri dərc edilirdi. 
Bu səhifələrdə Rəşid bəyin məqalələrinə və şeirlərinə də yer verilirdi.  
Rəşid bəyin o illərdə Bakı mətbuatında da bir sıra şeirləri çap olunmuşdur. 
1937-ci il "Maarif və mədəniyyət" məcmuəsində də maraqlı bir şerini dərc 
etdik. 
Həmin şeirdə bu sətirlər səslənirdi. 
 
Əcəb nə keçdi o dövran əhli bzar idi.  
Nə qəlbi şad, nə də ruhunda bir fərəh var idi.  
Sirur, zövq nadir, bilməziydi, əğyar idi.  
O əsr-lənətə layiq, zəmanəyi çar idi.  
Tamam varlığım ilə həyaım ağlar idi.  
Bütün o dövrdəki xatiratım ağlar idi.  
Həyatın bər cəhəti cəbridi, fəlakət idi,  
Xəlayiqi bürüyən fəqridi, səfalət idi,  
Çəkil, çəkil, geri dur, Şaki, hər şikayətdən,  
Alıb qızıl qələmi sən də yaz həqiqətdən, 
 
O vaxt Şəkidə şair Nikamın adına bir küçə vardı. Mən bir dəfə Rəşid bəylə 
o küçədən keçərkən dedi: "kim bilir, bəlkə gündən-günə gözəlləşən, bu şəhərdə 
bir küçə də mənim adımı daşıyacaq". 
Rəşid bəy belə bir adamdı. 
 
NAZİM HİKMƏT 
 
"Düşünən beyni Moskvaysa ölkəmizin,  
Təzə qan dağıdan qəlbidir Bakı!" 
 
Bu sətirlərin müəllifilə    gənclik illərində  hələ  şəxsən taniş deyildim. O, 
Moskvadan "Maarif və mədəniyyət" adlı ədəbi, ictimai 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
228 
 
xarakterli jurnalımıza tez-tez, böyük ürək oduyla yazılmış gözəl  şeirlər 
göndərərdi. Nazim Hikmətlə əvvəlcə qiyabi tanış olduq. Bir-birimizə məklublar 
yazdıq. Yeni, novator poeziyamız haqda fikir mübadiləmiz oldu. Nazim bizim 
Azərbaycan sovet poeziyasi ilə çox maraqlanırdı. O, bizim oxucuların nə 
mövzuda, nə ruhda şeirləri xoşladığını bilmək istəyirdi. 
Az bir zamanda Azərbaycan oxucuları türk xalqının vətənpərvər, inqilabçı, 
istedadlı şair oğlunu ürəkdən sevdi və alqışladı. 
Nazim Hikmət Bakı  həyatilə tanış olmaq və  şairlərimizlə gorüşmək 
arzusuyla çırpınırdı. Məktublarında gənc  şairlarin jurnal səhifələrində çap 
olunmuş  şeirləri haqqında öz səmimi fikirlərini yazırdı. Azərbaycan 
poeziyasına öz məftunluğunu bildirirdi. 1927-ci ildə mən bir neçə məktubumda 
onu Bakıya qonaq çağırdım. 
Nəhayət, bir gün dostumuz Nazim Hikmət öz həyat yoldaşıyla birlikdə, 
qatarla, aşağıdakı sətirləri yaza-yaza Bakıya doğru gəlirdi. 
 
Tıqırdıyor trenin rayda təkərlikləri,  
Devrilərək keçiyor teleqraf dirəkləri.  
Yan belimə qədər uzandım pəncərədən,  
Tərə səsilə dolan havalan dinlədim. 
 
Nazimin Moskvadan Bakıya gələrkən yolda yazdığı "yolçuluq notlarından" 
sərlövhəli şeirləri çox gözəl poeziya nümunələridir. 
Bəli, Nazim Hikmət Bakıya gəldi. Bir-birimizi yaxından tanıdıq. 
Dostlaşdıq. Aramtzda qızğın yaradıcılıq söhbətləri, ədəbi mübahisələr başlandı. 
O zaman Mikayıl Rəfili,  Əli Nazim, Vəli Hacıoğlu,  Əli Hüseynzadə
Əbdülbaqi Fövzi, bir söz hamımız dostumuzun Bakıdakı günlərinin səmərəli 
keçməsinə çalışırdıq. 
Nazim Bakıya gəlişindən çox razı idi. 
Bir axşam indiki akademiyanın binasında şairin oxucularla görüşünü təşkil 
etdik. Salondakılar Nazimi tribunadan buraxmırdılar. Bu gecə doğrudan da 
böyük  şeir bayramı idi. Nazim sözün əsil mənasında novator şairdi. Nazim 
dənizi çox sevirdi. Vaxtımızın çoxunu onunla birlikdə, Xəzər sahilində 
keçirirdik. Axşamları qayıqla gəzintiyə  çıxırdıq. Dənizdən gözəl  şəhərimizi 
məhəbbətlə seyr edirdik. Nazim həsrətlə, ürək ağrısıyla İstanbulu xatırlayırdı. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
229 
 
Nazimi sonra bir neçə günlük Şüvəlana və Buzovnaya qonaq apardıq. Bir 
neçə gün Vəli Hacıoğlugilin bağında qaldıq. 12 yaşlı, pəhləvan gövdəli gənc 
Nazim idmanın bütün növlərinə yaxşı  bələddi. Sahildə onunla güləşdiyimiz, 
qollarımızın gücünü sınadığımız, xatirimdədir. O günlər bizim üçün çox əziz 
günlərdi. 
Günlər, həftələr, aylar keçdi. Nazimlə Moskvada proletar yazıçılarının 
birinci qurultayında və plenumlarında tez-tez görüşərdik. 
Yadımdadır, Nazimi Ümumittifaq proletar yazıçıları qurultayına 
Azərbaycandan nümayəndə seçmişdik. 
O zaman Moskvada Nazim kimi təhsil alan başqa türk gəncləri də vardı. 
Nazim bizi onlarla da tanış etdi. 
27-ci ilə  qədər Türkiyədə  və Sovetlər ittifaqında Nazimin şeirləri yalnız 
qəzet və jurnallarda dərc edilmişdi. Nazimin hələ bir kitabı yox idi. Onun ilk 
şeirlər kitabı Bakıda çap olundu. Jurnallarımızda çap olunmuş  şeirlərini 
toplayıb "Günəşi içənlərin türküsü" adıyla nəşr etdiyimiz üçün o bizə öz 
minnətdarlığını bildirdi. Kitaba bu adı da biz verdik. 
Bu Nazimin ən gözəl  şeirlərindən birinin adı idi. Bu kitabın naşri gənc 
Nazimin şairlik həyatında bir şənliyə, hadisəyə çevrildi. 
Sonra uzun illər Nazim Hikmətlə görüşmədik. O öz doğma vətənində illərlə 
həbsxanalar küncündə ömür sürdü. Lakin mübariz şairin iradəsi, mətanəti 
sarsılmadı. Nazim məhşur "Zoya" poemasını müharibə illərində zindanda 
yazdı. 
İllər illəri əvəz etdi. Nazim Hikmətlə yenidən Moskvada görüşdük. Mikayıl 
Rəfili ilə birlikdə Nazimin yanına getdik. Bu gün biz onun qonağı idik. Nazim 
qarşımıza döşü önlüklü çıxdı. Biz gülüşdük. Mən ona "Nazim, şairlikdən 
aşpazlığa keçmisən, nədir?" dedim. 
O, gülərək cavab verdi: "Dost yolunda aşpazlıq etmək fənami  şeydir? Bu 
gün sizə, əski dostlarıma hörmət deyə mətbəxdə özüm yemək hazırlayıram. Sırf 
türk yeməkləri. Bən buna zindanda alışdım. Siz söhbətlə məşğul olunuz, mən 
də mətbəxə gedim". 
Nazim doğrudan da süfrəyə çox dadlı yeməklər düzdü. Döşlüyünü çıxarıb 
bizimlə oturdu. 
Süfrə arxasında da söhbət şeirdən gedirdi. Nazim bizə yeni şeirlərini oxudu. 
Öz  şəxsi həyatından, acı zindan xatirələrindən, nə kimi əsərlər üzərində 
çalışdığından xeyli danışdı. Yaşa dolduğuna baxmayaraq davranışı, danışığı, 
coşqun  şairlik ehtirası narahat bir gənci andırırdı. Bu görüşlərdə Nazim 
Hikmətin ağır ürək xəstəliyinə tutulduğunu duymaq, hiss etmək çətindi. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
230 
 
Nazim Hikmət bir şair kimi, dostluq, sülh və azadlıq carçısı kimi dünyanın 
bir çox ölkələrini gəzib, dolaşmışdır. Onun alovlu, tribun şeirləri demək olar ki, 
dünyanın bir çox xalqlarının dilinə tərcümə edilmişdir. 
Azərbaycanda da Nazimin şeirlərdən, pyeslərdən ibarət kitabları çap olunub 
çox geniş yayılmışdır. 
Nazim Hikmət  şerimizin dahi ustadları Nizami, Füzuli, Sabir, yazıçı  və 
dramaturqlarımızdan Mirzə  Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Cəfər 
Cabbarlı haqqında böyük məhəbbətlə danışardı. 
Nazim Hikmət ikinci dəfə Sovetlər İttifaqına gələndən sonra da, Bakıda bir 
neçə dəfə olmuşdur. 
Respublikamızın gündən-günə gözəlləşməsi, insanların firavan, xoşbəxt 
həyat sürməsi, mədəniyyətimizin çiçəklənməsi, zəhmətkeşlərin xariqələr 
yaratması onu ürəkdən sevindirirdi. Mehdi Hüseynlə  mən onu Gəncəyə, Göy 
gölə,  Şəmkirə  və Qazaxa apardıq. Nazim yollarda maşını saxlatdırıb 
kolxozçularla şirin söhbət edirdi. Həsrətlə öz türk milləti haqda düşünürdü. 
Nazim Hikmətlə dostluğumuzun indi 43 illik tarixi vardır. Onu da deyim ki, 
Nazim həm də çox kəskin zəkalı, hazırcavab, incə zarafat sevən bir adamdı. 
O, bir dəfə gülə-gülə mənə belə dedi: "Qardaşım, sənin necə şair olduğunu 
bilirdim. Lakin yeni Molla Nəsrəddin olduğundan xəbərsizdim. Həkimlər mənə 
ürək xəstəliyimə görə  dərd çəkməyi deyil, gülməyi, vaxtı  şən keçirməyi 
məsləhət görürlər. Məncə artıq həkimlərə ehtiyac qalmır. Ya mən sənin yanında 
Bakıda qalım, ya da sən mənim yanrma Moskvaya köç". 
Bu söhbetdən sonra Nazim istər görüşümüzdə, islərsə, məktublarında mənə: 
"Mərhəba, ya molla Süleyman, mərhəba Nəsrəddin xocam, mərhəba ya 
Süleyman, Peyğəmbər" deyə müraciət edərdi. Qadınlar iştirak edən məclislərdə 
isə Sabirin 
 
"Ev madam, mənzil madam, bulvar madam, talvar madam.  
Müxtəsər, əqlim çaşıb, ey dadi-bidad Ərdəbil" 
 
- beytini deyib qəhqəhə çəkərdi. 
Nazim Hikmət çox qayğıkeş, həssas bir insandı. Ona müraciət edən 
gənclərə  həmişə xeyirxah məsləhətlər verib, bütün varlığıyla onlara kömək 
etməyə çalışardı. Zəmanəmizin  ən istedadlı  şairlərindən biri olan Nazim 
Hikmət aramızdan sinəsi hələ açılmamış səhifələrlə dolu getdi. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
231 
 
Lakin dünyanın milyonlarla oxucusu üçün çox qiymətli əsərlər qoyub getdi. 
Nazim Hikmət öz əsərlərilə dünyanın poeziya ordusu sıralarında  əbədi 
qaldı. 
Şair özü gözəl deyib: 
 
Ölənlər 
Döyüşlərdə öldülər. 
Günəşə gömüldülər. 
Vaxtımız yox onlara matəm saxlamağa. 
Axın var, 
Günəşə axın. 
Günəşi zəbt edəcəyiz, 
Günəşin zəbti yaxın. 
 
Hazırda mənim kitabxanamda Nazimin mənə  hədiyyə verdiyi əsərləri, 
1928-ci və sonrakı illərdə  çəkdirdiyimiz  şəkillər və bir sıra maraqlı, gülgü, 
zarafat dolu məktublar vardır. 
Bunlar uzun illər duz-çörək kəsdiyimizin, dostluğumuzun  əziz və 
unudulmaz nişanələridir. Nazimin "Bayram oğlu" (Əli Bayramov) "Neftə 
doğru", "Neftin cavabı", "Xəzər" kimi gözəl, səmimi şeirləri bizim xalqa, bizim 
vətənə həsr edilmişdir. Bunlar da Nazimdən bizə canlı xatirələrdir. 
1968-ci ilin baharında biz bir qrup Azərbaycan yazıçısı Türkiyəyə, Nazimin 
vətəninə  səfər etdik, İstanbulu, Bursanı,  İzmiri, Ankaranı  gəzib dolaşdıq. 
Həmişə, hər yerdə Nazimi xatırladıq. 
İstanbuldan adalara gedərkən vaxtilə burada günlər keçirən Nazimi andıq. 
Yollarda bulaqlardan su içərkən Nazimi yad etdik. Meşələri, dağları, çayları, 
gölləri, əncirlikləri, üzümlükləri seyr edərkən türk dostumuz Nazimi düşündük. 
Nazim Hikmətin gənc yaşlarında bu yerlərdə udduğu havadan udduq. 
Türkiyədə Nazimin xalq tərəfindən necə  dərin bir məhəbbətlə sevindiyinin 
şahidi olduq. Ziyalılardan tutmuş fəhlələrə, sürücülərə, məktəblilərə qədər hamı 
onun adını məhəbbətlə, hörmətlə yad edirdi. 
Türk xalqının böyük şair oğlu, azadlıq, səadət aşiqi Nazim Hikmət bütün 
millətlər üçün əzizdir, doğmadır. 
 
Fevral 1970  
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
232 
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin