Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7865
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

ŞAİRİN ÖLÜMÜ 
 
İran irticası tərsfindən zülmlə  
öldürülmüş Əli Fitrələ 
 
Saçları dağınıq, gözləri dolğun,  
Gəzib dolaşmaqdan dizləri yorğun.  
Sanırsan ki, indi yıxılacaqdır,  
Əynində paltarı yamaq-yamaqdır.  
Səpsən yerə düşməz üstünə darı,  
Belə qarşılayir qışı, baharı.  
Gündüzləri dolaşır Tehranı addım-addım,  
Ölçür ayaqlarilə hər yanı addım-addım.  
Həkim kimi baş çəkir yaralı ürəklərə  
Dostundan, qardaşından aralı ürəklərə.  
Gecələr təkbaşına oturub şeir yazır,  
Dodaqaltı yanıqlı nəğmələr deyir, yazır.  
Nə çırağın, nə şamın bilməyir sorağını,  
Qəlbi işıqlandırır qaranlıq otağını.  
Nə gələn var, nə gedən şairin mənzilinə,  
Hələlik polislərin düşməmişdir əlinə.  
Yaxın əməl dostları atılmışdır zindana.  
Xəbər tuta bilməyir baş vurursa hər yana.  
Şairə toxunmurlar dəli adamdır deyə,  
Öləcək bu gün, sabah işi tamamdır deyə.  
Osa dinclik, yorğunluq bilmədən yazır, yazır,  
Polad sətirlərilə yadlara məzar qazır.  
Çörəksiz qalırsa da, ürəksiz qalmayır o,  
Sarayın təhdidini vecinə almayır o.  
Hələlik deyərək gecəyə şair,  
Günəşlə bir çıxır küçəyə şair.  
Tehran adamları tanıyır onu,  
Döyüşlərdə keçir ömrünün sonu.  
Nə ərbab tanıyır, nə də ki, ağa,  
Arıq sinəsini verib qabağa, 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
169 
 
Ucadan-şairə yol verin, - deyir,  
Bu köhnə aləmi devirin, - deyir.  
Ərbablar bağırır: çəkil, dilənçi,  
El bilir bu adam deyil dilənçi.  
Bu adam şairdir, yazdığı şeir  
Sülh deyir, haqq deyir, azadlıq deyir.  
O gedir qırışıq alnında vüqar,  
Dalınca bir qoşun xırda uşaqlar.  
O gedir, bilir ki, haraya gedir,  
Aclar ordusuna haraya gedir.  
O gedir Sərabdan, Əhərdən gələn,  
Təbrizdən ya başqa şəhərdən gələn  
Aclar ordusuna şeir deməyə,  
Gedir təsəlliyə, gedir köməyə.  
Ərbablar dükandan boylanıb baxır,  
Şairin alnından tər axır, axır.  
Odur, bir jandarma çatır şairə,  
Yerdən daş götürüb atır şairə.  
İyirminci əsrin bu eybəcəri  
Bağırır ucadan geri dön, geri.  
Şairin qəlbinə vurulur yara,  
Nə şerə hörmət var, nə sənətkara.  
Hər cəllad millətin boynuna mindi.  
Firdovsi yurdunda şairə indi  
Saray adamları dəli deyirlər.  
"Ağ ev"in əmrinə bəli deyirlər.  
Bürüyür hər yanı dayan, dur səsi,  
Şairə tanışdır qoyma, vur səsi.  
Sanır ki, dalınca köpəklər hürür,  
Dönüb arxasına baxaraq görür;  
Onu təqib edən jandarmalardır.  
Hamısının əlində yarağı vardır.  
Dönür bir küçəyə dincəlsin deyə,  
Yorğun dizlərinə güc gəlsin deyə...  
Şəhər kənarına çatır nəhayət.  
Birdən varlığını bürüyür dəhşət.  
Görür ki, sərbazlar, bir də polislər 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
170 
 
Olub başdan-başa hazır, səfərbər.  
Aclar küçələrə dolmasın deyə  
Şəhəri alıblar mühasirəyə.  
Sanmayın başını itirir şair,  
Özünü dostlara yetirir şair.  
Deyir ürəyinin sözünü xalqa,  
Dikir ümid dolu gözünü xalqa.  
Çevrilir süngüyə sözü, kəlməsi,  
Sarsıdır düşməni şairin səsi.  
Baxıb dostlarına yaşarır gözü.  
Ürək yarasının qabarır közü.  
Oğlundan aralı analar görür,  
Ürəyi yaralı analar görür.  
Saçları pərişan cavan bir ana,  
Ölmüş körpəsini basıb bağrına,  
Dəli tək gah gülür, gah da ağlayır,  
Yanından keçəni tutub saxlayır.  
Bir yanda can verir qəşəng bir gəlin,  
Deyir dayanmayın, sinəmi dəlin.  
Çıxarın qəlbimdən intiqamımı,  
Çevirib bayrağa alın qanımı.  
Şair var səsilə deyir: - Qardaşlar,  
Bizdən zağ-zağ əsir o yekabaşlar.  
Dəmir addımlarla arxamca gəlin,  
Qarşı duranların bağrını dəlin.  
İntiqam eşqilə döyünür ürək,  
Gəlin dalğa-dalğa, zülmə son verək.  
Karvan sellər kimi axır şəhərə,  
Hamı kin, qəzəblə baxır şəhərə.  
Tacirlər dükanı bağlayıb qaçır,  
Əcnəbi xanımlar ağlayıb qaçır.  
Yeni kömək gəlir jandarmalara,  
Böyük çaxnaşma var baxıram hara.  
Zabitlər əmr edir, açılır atəş,  
Ətrafa yağış tək saçılır atəş.  
Tehran küçələri boyanır qana,  
Can verir kimsəsiz qız, gəlin, ana. 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
171 
 
Nazirlər yad olub öz millətinə  
Cumur Amerika səfarətinə.  
Əlsiz-ayaqsizlar vurulur, ölür,  
Azadlıq yolunda qırılır, ölür.  
Tanklar meyidlərin üstündən keçir,  
Adsız igidlərin üstündən keçir.  
Az sonra hər yanı bürüyür sükut,  
Başlanır həbslər, sonsuz tuthatut.  
Ummadan kimsədən mərhəmət, kömək,  
Sərbazlar önündə rəngi sapsarı.  
Zərbələr altında şeir deyərək,  
Gedir qoca şair zindana sarı.  
Aparırlar... Adamlar baxır bu mərd dustağa,  
Aparırlar döyməyə, bağrına dağ basmağa.  
Aparırlar ömrünü əzabla çürütməyə,  
Min dəfə öldürməyə, min dəfə diriltməyə.  
Aparırlar, kimsədən mərhəmət ummayır o,  
Vətən satqınlarından ədaləl ummayır o.  
Aparırlar... o təkdir, onlarsa min nəfərdir,  
Şair çox gözəl bilir bu sonuncu səfərdir.  
Aparırlar, qəlbini qəzəb, intiqam yeyir.  
Süngülər arasında qorxmayır, diksinməyir.  
Aparırlar şairi sərbazlar qolu bağlı,  
Lakin onun qəlblərə deyildir yolu bağlı.  
Aparsınlar, poladdan möhkəmdir etiqadı,  
Alnında gün tək yanır xalqının etimadı.  
Aparsınlar, sorğusuz divara dayasınlar,  
Əllərini şairin qanilə boyasınlar.  
Sonra nişan alsınlar, qəhrəmanlarıq, deyə,  
“Ağ ev”dən göndərilsin daha böyük hədiyyə.  
Aparsınlar, bununla döyüş yetməyir sona,  
Ölsə də, şeirləri həyat verəcək ona! 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
172 
 
YAXŞI YOLDAŞ 
 
Yenə qucmuş məni ağ əlli bu Mil səhrası, 
Nə gözəldir havası!.. 
Xeyli parlaq və qəşəngdir gündüz, 
Hələ səhra: dündüz... 
Qocaman göydə buludlar rəqsan, 
Tablodur hər yana dönsən, baxsan... 
Görürəm, gündüz uzaqdan, - geymiş 
Qarabağ dağları qardan paltar; 
İndi bildim ki, gözəllik nə imiş... 
Bu gözəl lövhələri kim ünudar? 
Gün yığarkən dağınıq saçlarını, 
Dəyişir rəngi səmanın - qızarır, 
Saralır, sonra görürsən bozarır... 
Gah görürsən ki, çatır qaşlarını... 
Baxıram dərdli Arazdan o taya, 
Nə deyım, ah, nə deyım mən bu çaya!.. 
Görurəm orda oküz, xış və kotan... 
Ayılar bır gun o torpaqda yatan 
Burda yazdır, əbədı bir yazdır, 
Çox lətif, çox da qəşəngsən, yaşa yaz! 
Gəl bu yerlərdə ömür sür, yaşa, yaz, 
Ey həyatdan geri qalmış şair, 
Sən də gəl, gəl belə yerlərdə yaşa! 
Gəl çıxaq biz yenidən bir yarışa! 
Gəl görək kim aparır, kim uduzur.. 
Deməsinlər bizə, peymanı pozur, 
Gecə səhrada nə var, mən görürəm, 
İti xəncər kimi, bezən, görürəm 
Gecənin qəlbinə işlər işığı 
Ta uzaqdan şığıyan bir maşının. 
Ey maşın, durma, qaranlıqda şığı, 
Bir zəfərdir sonu hər bir savaşın... 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
173 
 
Burda həm çox qoca, həm çox yeni arxlar işlər; 
Durmadan güclü traktordakı çarxlar işlər... 
Sevməyir Mil düzü öz keçmişini; 
Ona öz keçmişi baxdıqca ağardır dişini. 
"Mil minarən" hanı, göstər, səhra? 
Görmək istər, səhra, 
Onu bir dəfə də olsun gözümüz
Ona vardır sözümüz. 
Gül, gül, ey Mil düzü, gül. 
Ey mənim taleyimin gündüzü, gül! 
Qalmamışdır daha qəlbində yara! - 
Daha heç kimsə sənə söyləyə bilməz avara. 
Gecə ulduzlara öz nəğməni tutdur, səhra, 
Bizə sən köhnə, ağır dərdi unutdur, səhra! 
Çəkmə gəl bizləri artıq geriyə, 
Səni bölmüş ikiyə 
Bir zamanlar qara qanlarla köpüklənmiş Araz, 
Gəl-gəl, ey bağrı gümüş pullu Araz, gəl qulaq as: 
Yaxşı bax, gör nə olur bir o cənubunda sənin, 
Yanır odlarda yazıq həmvətənin. 
Orda aclar, yalavaclar yığılırlar bazara; 
Dinləyirlər qoca dərviş babanı. 
Çoxunun qəlbi tutulmuş azara, 
Baba dərviş yığaraq pul dolanır meydanı: 
- Sol qolundan asılan söylə nədir? 
- Kəşküldür; 
Mənə onsuz yaşamaq müşküldür...  
Dinlə bir, dinlə Araz, dərvişin əfsanəsini,  
Çünki az sonra onun susduracaqdır səsini  
Şaha qalxıb köpürən dalğaların,  
Dərdi, hicranı həyatdan süpürən dalğaların...  
Orda qurşun tökülür ağzına üsyançıların,  
Hələ də ağrısı var qamçıların  
Qanlı çiynində həqiqət deyənin.  
Qan soran xanlara nifrət, - deyənin... 
Burda azadlıqdır, 
Bəzəmək artıqdır, 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
174 
 
Gör nələr var orda, 
Fitnələr var orda... 
İndi xəlvətdə qurulmuş, görürəm, dar ağacı.  
Oxucum, sən qulaq as, - 
Qulaq as sən də, Araz!  
Qulaq as sən də bir, ey şanlı Muğan səhrası,  
Bu xəbər olsa da düşmənlər üçün xeyli acı,  
Arazın indi sağalmaz yarası,  
Sağalar xalqımızın qoyduğu məlhəmlərlə,  
Vuruşur dərdli Araz qəmlərlə...  
Arazın qəlbini onlar yaralar,  
Bizim əllərsə, sarar! 
Orda gözlərdən asılmaqda siyah bir pərdə,  
Orda aclıq davadır aclığa, hər bir dərdə...  
Orda haqq, orda ədalət nə gəzir,  
Orda insanlara rəğbət nə gəzir!  
Orda, - qanun! - deyə, min qan doğuran söz çıxarır  
Qanlı xanlarla vəzirlər hər gün.  
Orda rəncbərləri dustaqda əzirlər hər gün.  
Gül, Araz, gül, - gülüşün göz çıxarır.  
Gül, gözəllikdə qiyamətsən, Araz!  
Sən mənim qəlbimi çaldın, necə afətsən, Araz!  
Ax, Kürüm, ax, Arazım,  
Bax, Kürüm, bax, Arazım,  
Bax sağına, bax soluna.  
Düşməni al caynağına,  
Boğ, köpürüb daş, Arazım,  
Mən sənə yoldaş, Arazım!  
Köpürüb daş və ərit dalğanda  
Keçmişin qanlı məzar daşlarını.  
Qan deyən kəsləri, tez, durma, kirit dalğanda,  
Onların çırp yerə dik başlarını.  
At bu yurdum kimi boy,  
Tanısınlar səni qoy, Sahilin şənliyə dönsün, Arazım,  
Yadların qəndili sönsün, Arazım,  
Gələcək günlərə hörmətlə baxar arzuların, 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
175 
 
Mahnı söylər suların. 
Atmısan hər yana öz qollarını, 
Görürəm qollarını, yollarını. 
Doymuram mən sənə baxdıqca, inan, 
Olmuşam hüsnünə məftun, heyran. 
Sahilin, sanki, qızıl lalə, qızıl gül, Arazim, 
Gülür ölkəm, ona bax, sən də sevin, gül, Arazım!.. 
Göydə qızıl mıxlar var, 
Parlayaraq göz qırpar. 
Onları əks eylərsən, 
Sonra da rəqs eylərsən, 
Gecələr sən, Arazım. 
O təmiz qəlbin atır; 
Söylə bir, harda yatır, 
Gecələrsən, Arazım'?! 
Dinlə gəl bir də məni, 
Sevirəm xeyli səni, 
Sənə coşmaq yaraşır. 
Birlik uğrunda vuruşmaq yaraşır. 
Yenə də qaçdı yuxum, 
Dinlə bir, mən sənə dastan oxuyum. 
Eşidib sən də oxu! 
Can verib mən deyən hər bəndi oxu... 
Dinlə dastanımı, gəl hər necə qursam, Arazım, 
Xəbər et, mən səni yorsam, Arazım!.. 
 
NİYAZ 
 
Neçə ay var ki, Niyaz  
Gələrək Mil düzünə,  
Çalışır, - hər işi saz,  
Öyünür öz-özünə,  
Atılır daim oda...  
Qarabağdandır o da.  
Əli iş vaxtı görünməz, itidir,  
İş onun varlığıdır, dövlətidir.  
Pambığm bağrını yarmışdır o, 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
176 
 
Çox böyük şöhrətə varmışdır o. 
Hər gün ünvanına yağmaqda: "Sağ ol!" 
Tək qalan dəmdə, çəkir gözləri yol. 
Qəlbinin telləri bir incə kaman telləridir 
Ki, toxunsan ona tez səslənəcək. 
Pambığın qəlbinə bir qorxu salan əlləridir. 
Hamı söylər: -Niyazındır gələcək!.. 
Bəzən axşam çağı tutqun görünür, 
İntizar gözləri bir göl kimi durğun görünür. 
Düz bir aydır, Qarabağdan xəbəri 
Yox, xeyr, yox Niyazın. 
İndi, bundan ötəri 
Dördi var çox Niyazın. 
Dərd deyildir bu, düzü, bəlkə də bir istəkdir, 
Ayrılıb sevgilisindən, ocağından, təkdir. 
Onu hicran alıb öz pəncəsinə, 
Dözdürür dərdinə, işgəncəsinə. 
Keçsə hərgah əlinə bircə vüsalın ətəyi, 
İnləməz ney kimi, hicrində nigarın ürəyi... 
Yol çəkən gözləri birdən güldü, 
Sevinib söylədi: — hicran öldü! 
Aldı öz sevgilisindən, gözəlindən məktub, 
Zərfi açdıqca, onun qəlbi döyündü gup-gup... 
Bircə məktubla məhəbbət gücünü göstərdi, 
Ac adamlar kimi məktubu yemək istərdi. 
Bu kağız parçasını sandı, güləndam yardır, 
Oxuyaq birgə, görək orda nə sözlər vardır: 
 
MƏKTUB 
 
"...Bircə aylıq getdin, 
Demə, sən tərk etdin
Məni, qoydun yalqız. 
Beləmi, insafsız?!. 
Gözün aydın, Niyaz, olmuş oğlun, 
Sənə çox bənzəri var, bilsən, onun. 
Gözü, əlbəttə, kömürdən qaradır, 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
177 
 
Gör təbiət nə gözəl can yaradır! 
Baş kiçik, sonra qulaqlarsa - palaz!.. 
Yatmayır, xeyli dəcəldir yaramaz. 
Qoduğun əlləri təndir kösöyü, 
- Böyü, oğlum, yeni insan kimi sürətlə böyü! 
Deyəcəksən, ona baxsan ki, tabaqdır sifəti, 
Adamın, görsə, tökülməzmi əti? 
Canlıdır, kündəyə bənzər ayağı, 
Sanki, tutqun havadır qaş-qabağı. 
Salıram döşlərimi ağzına mən, 
Çox da mən süd verirəm, kimdir əmən?! 
Çox dəcəldir, nə durur, ah, nə yeyir, 
Bir dəli şeytan nə deyir; 
Qap çubuğu, 
Döy qoduğu. 
Süd yerinə yasdığı al, 
Ağzına bas, qoy ola lal... 
Doğrudan, dərdi böyükdür ananın; 
Körpələr üstünə "yükdür" ananın. 
Burnu lap burnuna bənzər - yekədir, 
Gəl yaxından ona bax, - mərəkədir! 
Niyazım, körpəmizin taleyi çox parlaqdır; 
Gecəsi süd kimi ağ, gündüzü ondan ağdır. 
Gecə-gündüz beşiyindən uzaq olmaz bu ana, 
Səni xatırlayıram, eşq ilə baxdıqca ona... 
Ona qurban ananın ev-eşiyi, 
Tərpədib qov kimi yüngül beşiyi, 
"Bala, lay-lay!" - deyirəm. 
Saf, təmiz süd verərək, 
"Ala, lay-lay!" - deyirəm. 
Qalmayıb məndə ürək... 
Sevgilim! Bir də görürsən ki, gülür, 
Az keçir, gün tutulur, qönçə dodaqlar büzülür. 
Oluram lap əsəbi, 
Bilirəm, ağlayacaq. 
Məni ta sübhə kimi 
Yuxusuz saxlayacaq... 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
178 
 
Qapıram gah tabağı, gah sinini,  
Çalıram, bəlkə, uşaq ağlamasın,  
Öpürəm, sonra da təkrar edirəm nəğməsini,  
Bəlkə, bir çıxsın içindən bu "yasın". 
Söz kar etmir qoduğa, 
Hey deyir: "inqa-inqa..." 
Çağırır, bəlkə, səni: 
Burda tək qoyma məni...  
Burda kolxozçu qadınlar yığılır,  
Doğrudan, gündə gəlirlər yanıma.  
Balamın dərdləri gəlsin canıma,  
Ah, səninçin ürəyim bərk sıxılır.  
Bir də təklik mənə heç verməyir əl,  
Durma tez gəl, Niyazım, tez, tez gəl!  
Bil ki, sənsiz ölərəm körpəmlə,  
Gəlməsən, mən gələrəm körpəmlə... 
Səni, məndən artıq 
Nazlı körpən çağırır, 
Hardasan, bir gəl çıx, 
Gecə-gündüz bağırır...  
Nəyə qaldın o uzaq yerlərdə?..  
Ürəyim heç dözə bilmir dərdə.  
Hara getsəm, hara baxsam, Niyazım,  
Çiçək açmır nə baharım, nə yazım... 
Güc verib göz yaşına, 
Gozlərındən öpürük. 
Gecə-gunduz başına  
Şux çiçəklər səpirik...  
Batırıb qəlbimə tez-tez qələmi,  
Yazıram, yar, sənə mən odlu yazı.  
Öpərək, qoxlayaraq öz gülümü,  
Gülürəm, ağlayıram gündə beş-on dəfə azı... 
Bizi xatırla, Niyaz, 
Qəlb açan məktub yaz!..  
Fikrə daldırdı bu sözlər Niyazı,  
Deməli, körpəsi gözlər Niyazı.  
Azı on dəfədən artıq oxudu 
 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
179 
 
Arvadından gələn ilk məktubu. 
Düşünür, hey düşünür, 
Gah yanır, gah üşüyür... 
Gecə keçmiş, hamı yatmış, ağarır qar kimi o. 
Qovrulur sanki, ilan vurmuş adamlar kimi o. 
Gəldi bir-bir gözünün qarşısına: 
O totux körpəsi, şux sevgilisi... 
Dedi: "Ey qəlb, yenidən eşqini gəl bir də sına!" 
Onu, sarsıtdı məhəbbət hissi. 
Yuxusuz qaldı gecə; 
Necə yatsın o, necə?! 
Qalxdı tezdən yatağından səhəri, 
Baş alıb getdi müdirin yanına 
Bircə işdən ötəri: 
Yağlı dillərlə ona 
Xeyli yalvardı ki, burdan onu azad etsin; 
Belkə, bir quş kimi öz yürduna uçsun, getsin... 
Dedilər: - Anla, düşün, gör nəçisən, 
Sən ki, ön səfdə gedən zərbəçisən! 
Hələ qal, sonra gedərsən, sonra... 
Burdan üstünmü ora?! 
Burdadır canlı vuruş meydanı, 
Gərək ilk növbədə məğlub eləyək səhranı: 
Sonra biz söhbət açaq körpədən, həm arvaddan... 
Bilirəm, körpə, həyat yoldaşı çıxmaz yaddan. 
Belə bir gündə, düşün, cəbhəni atmaqmı olar, - 
Evdə yatmaqmı olar?! 
Söylə, bir busə üçün  
Geri dönmək nə demək?  
Söylə, bir söylə, neçin  
Dərdlisən Məcnun tək?! 
Hamı istər ki, bu gün nazlı həyat yoldaşını 
Oxşasın, öpsün, onu eşq ilə bərk-bərk qucsun. 
Onun eşqilə fəzalarda dolaşsın, uçsun... 
Nə olar, bax, belə bir gündə gedərsək hamımız? 
Bunu nankorlar edərlər yalnız... 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
180 
 
Yox, yox olmaz belə, qal, 
Qal, Niyaz! Qal, hələ qal!.. 
Qalmaram, yox!.. Yaxşı, 
Qalaram... çox yaxşı!  
Yenidən fikrə, xəyal aləminə daldı Niyaz,  
Yenə səhrada, bir əsgər olaraq, qaldı Niyaz.  
Almır artıq Qarabağdan məktub,  
Çırpınıb qəlbi edir: gup-gup-gup...  
Hələ bir həftə deyil, heç hələ bir həftə deyil,  
Dəyişib, başqalaşıb siması...  
Daha ön səfdə deyil, 
Niyaz olmuş asi, 
İxtiyarsız çalışır, 
İqtidarsızçalışır... 
Əli pambıqda, fəqət könlü uzaqlarda uçur,  
Alaraq oğlunu ağuşuna fikrində, qucur...  
Burda yalnız ikidir lövhə, iki,  
Lövhədir, bəlkə do, insanlar üçün doğru çəki,  
Biri hər yerdə zəfərdən danışır, - qırmızıdır,  
Sovxozun güzgüsüdür, bəlkə də, dan ulduzudır! 
Biri aysız gecələrdən də qara, 
Niyazın, bir neçə gündən sonra, 
Sildilər qırmızısından adını, 
Bəlkə, bilsin dadını 
İztirabın, kədərin; 
Düşünüb azca dərin, 
Bəlkə, bilsin ki, nədir düşdüyü son lövhə nədir...  
Etiraz etmə, Niyaz, çünki səninçin yeridir!  
Gecədir; göy üzü parlaq, şəffaf,  
Ay da bəzən bürünür göydə buluddan çarşaf. 
Ay axır, axdıqca axır, 
Hər kəsi heyran buraxır. 
Kim deyir ayçın-utancaq bir qız? 
Andırır, bir baxınız, 
Can verən bir balığın gözlərini...  
Belə bir anda, veriblər yuxuya özlərini 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
181 
 
Ağ çadırlarda igidlər səssiz. 
Seyr edək onları biz: 
Hamı yatrmış, yata bilmir, bu nədır, təkcə Niyaz? 
Nə səbəbdən qara bir lövhədə canlansın adı? 
Bu gözəl mənzərənin seyrinə dalmaz, baxmaz. 
Kim bilir, bəlkə də, sınmış qanadı! 
Bəlkə, qəlbində dərindir yarası? 
Daha dildən-dilə düşmüş adı getmiş bada... 
Bu nəhayətsiz, uzaq səhrada 
Təpədən bir köpəyin havlaması 
Onu diksindirdi, 
Elə bil, dindirdi. 
Hey məzəmmət edərək öz-özünü
Yumdu axırda qızarmış gözünü... 
Hiddətindən, acığından bu Niyaz 
Kəndə, öz evlərinə bir daha məktub yazmaz. 
Özü, öz varlığına bəslər kin, 
Lakin, 
Hər zaman, görsə gəlir poçtalyon, 
Döyünər qəlbi onun sürətlə, 
"Yenə yoxdur mənə məktub!.." - deyərək, hiddətlə 
İstər olsun bu acı dərdlərə, hicranlara son, 
Sarsıdır qəlbini, hicran, qayğı, 
Çarparaq daşlara, sınmış qayığı, 
O ki, istərdi qayıtsın evə, ötsün, gülsün... 
Bunu bilsin işə yüngül yapışanlar, bilsin: 
Sosializmin döyünən qəlbini heç durdurmaz 
Gəlsə yüzlərcə Niyaz. 
Daha yoxdur təhəri; 
Səhəri, 
Niyaz ağ pambığa, bol-bol qara torpaq qatdı,  
Niyə öz xalqını, heyhat, nə üçün aldatdı?!  
Nə isə... 
Hər gün ağırlaşdı kisə...  
Tutdular zərbəçilər bir gün "iş üstündə" onu,  
Bumudur şöhrətinin, söylə, Niyaz, söylə, sonu?! 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
182 
 
YOLDAŞLIQ MƏHKƏMƏSİ 
 
Qəhrəmanlarla yeməkxanə dolub ağzınadək,  
Biri çalmaqda qaval, digəri eşq ilə tütək.  
Sataraq şivə süzür bir qoca kolxozçu qadın...  
- Qocalar gəncləri ötmüş... - gözün olsun aydın!..  
Biri davət eləyir, - oyna! - deyib hey Sonanı...  
Papiros tüstüsü tutmuş havanı...  
Əl çalan kim, oxuyan kim, gülüşən kim burda:  
Yalnız ölməz, əbədi sevgidir hakim burda!  
Seyr edin, bircə, traktorçu qəşəng qız oynar,  
Sanki, düşmüş yerə göydən yeni ulduz oynar... 
Nə gözəldir bu oyun: 
Adı Leyladır onun.  
Qarabağdan iki ildir gəlmiş,  
Yeni açmış yeni güldür, gəlmiş.  
Qara gözlərlə süzür ətrafı, - 
Şairin otla əgər insafı,  
Söyləyər: - xeyli gözəldir Leyla...  
İncədir, canlı qəzəldir Leyla...  
Dağıdır çiyninə gur saçlarını...  
Verən, əlbəttə, utanmaz varını.  
Çox qəşəngdir, bəli, yox bunda yalan,  
İldırmdır baxışından doğulan;  
Düz deyir el-oba Leylayə zirək,  
O, bu səhrada deyil əsla tək.  
Çağırır qızları tez-tez yarışa;  
Hamı söylər: - yaşa, - Leylayə, - yaşa!  
Yer açın, eşqilə süzsün Leyla.  
Gənclərin qəlbini üzsün Leyla.  
Oynasın, biz dəxi ilhama gələk.  
Oynasın, bəlkə, fərəhlənsin ürək.  
Oynasın, yurdumuzun şən gözəli,  
Oynasın, şeir evinin ən gözəli,  
Oynasın, incə çiçək, gül Leyla,  
Oynasın, qoy sarı bülbül Leyla. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
183 
 
Oynasın, gəncləri əyləndirsin, 
Oynasın, könlümüzü dindirsin. 
Oynasın, məclisə versin rövnəq, 
Oynasın, yerdə də qoy canlı şəfəq... 
Sanmayın siz ki, o ancaq oynar, 
Onda bir başqa gözəllik daha var: 
Görsə kı, çalğı və şənlik bitdi, 
Olacaqdır yenidən çox ciddi, 
Geyəcək sadə meşin pencəyini
Taxacaqdır əlinə əlcəyini. 
Gələcək günlər üçün iş görəcək, 
Qoca səhrada traktor sürəcək. 
Yuxudan qaldıracaq boz gecəni, 
Salacaq heyrətə yoldan keçəni. 
And içib cəbhədə möhkəm dursun, 
Qəmdən azad yeni dünya qursun... 
Belə bir anda durub yap-yalnız 
Ləkələnmiş bir adam lap yalnız. 
O, Niyazdır, utanır hər kəsdən, 
- Bu nə işdir ki, Niyaz, gördün sən!.. – 
Döyünür qəlbi, əsir,  
Hər baxış sanki kəsir  
Onu xəncər kimi, bax,  
Ona yox burda dayaq... 
Düşünür: "Mən atımı yad çölə sürdüm, çapdım, 
Qapılıb hissə bu gün doğru yolumdan sapdım!" 
Bax, budur gündə dirilmək - ölmək, 
Ona biganə sevinmək, gülmək!.. 
Hanı əvvəlki adı? 
Hanı əvvəlki tükənməz hörmət? 
Sifətindən yerə tər damcılayır, 
Onu mənalı baxışlar, elə bil, qamçılayır. 
Qəlbi ney tək inlər, 
İstəməz görsünlər 
Onu ellər ləkəli. 
Hər kəsin doğru deyildirsə əli, 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
184 
 
Belədir qayda, nəhayət düşəcəkdir bu kökə,  
Onu təqib edəcəkdir, hara baş vursa, ləkə!  
Boğularkən, əl atır çör-çöpə dəryada Niyaz,  
Belə gün əqlə gətirməzdi bu dünyada Niyaz. 
Kimsə baxmır üzünə... 
Bu xabər Mil düzünə 
Yayılır dalğa kimi, 
Onu ar devrələmiş halqa kimi...  
Dərdlidir, dardadır Niyaz darda,  
Həyəcan var bütün adamlarda.  
Biri qalxıb deyir ki: - Yoldaşlar,  
Bu həqiqətdir, etmirik inkar.  
Söyləyin bir, keçərmi heç sözümüz,  
Özümüzdan oğurlasaq özümüz?!  
Adımızçın bu bir böyük ləkədir,  
Bir də təkrar olunsa, təhlükədir!..  
Bu Niyazçın bir ölüm, bəlkə, ölümdən də betər...  
Tər axır sel kimi alnından, tər.  
"Hardadır, gəlsin əcəl!..."  
Açdı bir əl qapını,  
Niyazın sanki bu əl  
Qəlbinin qırdı qırılmaz sapını.  
Gülxanım gördü yeməkxana dolub ağzınadək,  
Ayaq üstündə dayanmış əri, tək,  
Yağdırırlar ona sonsuz töhmət,  
Hanı əvvəlki şərəf, şan-şöhrət?!  
Baxaraq bir Niyaza, bir uşağa,  
Dedi: - Göz dəydi bizim bağça-bağa!..  
Bixəbər körpəsi şəfqətlə gülür,  
O gülərkən, elə bil, dan sökülür...  
Bilməyir burda nə vardır, hələ o,  
Bənzəyir lap bala bir bülbülə o, 
Gülxanım pərl oldu, 
Ona bir dərd oldu 
Ərinin son əməli: 
Belə etməzdi dəli... 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
185 
 
Süzdü ətrafını şaşqın-şaşqın,  
Soldu gül çöhrəsi birdən yazığın.  
Özünü aldı ələ, Udqunub gəldi dilə: 
- Bu nədir, söylə, Niyaz? 
Bu nə işdir, yaramaz! 
Edirəm mən də tələb 
Hansı bir iş buna olmuş, de, səbəb? 
- Get, bunun, get, səbəbi sən oldun, 
Mənə düşmən oldun! 
Qarabağdan məni səndin çağıran: 
"Gəl, Niyaz, durma, tez ol, gəl..." bağıran. 
Get, yaxın gəlmə mənə. 
Son sözümdür bu sənə!.. 
Yox, dayan, getmə, müqəssir özüməm, 
Mənə, sən asma qulaq, hər nə desəm. 
Bilmirəm heç özümü, 
Tutdu qan-yaş gözümü. 
Hamı bilmiş, bilirəm, 
Gördüyüm iş, bilirəm, 
Bir xəyanət kimidir, 
Bəlkə, cinayət kimidir!  
Qoydu hicran məni axır darda,  
Söyləyin, harda görünmüş, harda, 
Vətənin mərd oğlu 
Olaraq bir oğru, 
Üzü ağ pambığa hər gün qara torpaq qatsın,  
Sonra rahət yatsın? 
Nankor övladın, aman, yox üzü çıxsın araya!  
Acıym, barı, bu qəlbimdəki müdhiş yaraya...  
Ləkədir gördüyüm iş ailəmin saf adına,  
Bir baxın gözləri ağlar qadına, 
Daş deyildir bu ürək... 
Çox danışmaq nə gərək:  
Mənə imkan verin, on gündə düzəldim özümü,  
Zənn edin anda bərabər bu müqəddəs sözümü. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
186 
 
Gülxanım coşdu Arazdan artıq, 
Baş açıq, həm döş açıq, 
Basaraq körpəni öz sinəsinə, 
Verdi qüvvət səsinə. 
Dedi ki: - Yoldaşlar, 
Çox böyük dərdim var. 
Ne deyim mən sizə, ah... - 
Məndədir, bəlkə, günah! 
Sevirəm mən onu, çox bərk sevirəm, 
Onu heç eyləmərəm tərk, sevirəm. 
Yox bu sevgimdə yorulmaq məndə, 
Sevdiyim gül odur ancaq bu gözəl gülşəndə. 
Yox mənim özgə bir eşqim, həvəsim, 
Onunam, yalnız onundur nəfəsim. 
Qulaq as sən də, Niyaz, 
Ey yaramaz! 
Sevirəm mən səni, yox şübhə, fəqət doğru səni, 
Sevirəm doğru səni, sevməyirəm oğru səni! 
İşləyib baxtım uşaq anlamayır etdiyini, 
Doğru yoldan azaraq əyri yola getdiyini... - 
Heç rəvadırmı ki, ağ pambığa torpaq qatasan? 
İndi artıq adı batmış, ləkələnmiş atasan...  
Tək deyilsən daha sən,  
Qalıram burda çalışmaqçın mən...  
Edərəm yox ləkəni! 
Qovaram yel kimi üstündə əsən təhlükəni!.. 
Basdı alqış səsi səhranı bütün... 
Qoy bu sözlər ləpələnsin, bürüsün 
Yurdumun dağlarını, daşlarını, 
Qoy batırsm yerə düşmənlərimin başlarını! 
Qalxaraq ciddi, açıq məhkəmənin sədri dedi: 
Bizdə insanın əzizdir şərəfi, qədri, — dedi, 
Kim deyir müttəhimə sözlərimiz kar etmir? 
Özü öz gördüyünü zərrəcə inkar etmir. 
O ağacdan yerə düşmüş sarı yarpaq kimidir, 
Bilirik, dərdi-qəmi bir qocaman dağ kimidir... 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
187 
 
Onu əfv eyləyirik biz, ancaq 
Hamıdan çox çalışıb, çox yığacaq. 
Bax, bu meydan, bu da sən, iş səni gözlər, yatma! 
Yığdığın pambığa gəl bir daha torpaq qatma!.. 
Xalqa söz verdi Niyaz: 
Sevinib güldü bir az.  
Gülxanımdan alaraq körpəsini,  
O təmiz alnına qondardı şirin busəsini.  
Sanki güc tapdı, qanad tapdı Niyaz,  
Yenidən doğru həyat tapdı Niyaz.  
Keçdi on gün, bizə məlum, bu böyük hadisədən,  
Dağ yaranmışdı o pambıq dolu saysız kisədən  
Sovxozun anbarı ətrafında,  
Sanki pərvanə idi öz varı ətrafında  
On gün əvvəlki günahkar bir adam.  
Ona vermişdi ürəkdən ana torpaq ilham.  
Niyaz artıq qoca səhrada deyildir yalnız,  
Parlayır lövhədə, bir bax, iki sönməz ulduz.  
Gülxanım, bir də Niyaz, hər kəsə məlum iki ad...  
Belədir bizdə həyat! 
 
XİTAB 
 
Ax, Kürüm, ax, Arazım, 
Bax, Kürüm, bax, Arazım, 
Mil düzünün keçmişinə, 
İndiki parlaq işinə, 
Pambığımız dalğalanır, 
Bir yeni aləm yaranır. 
Bunu öyrən, Arazım,  
Ey mənim şən Arazım! 
Suyun altunla bərabərmi sənin? 
Fəxrisən qəlbi alov bir vətənin! 
Söyləsəm: - Ey üzü ağ, günləri ağ! 
Deyəcəksən mənə, gəl, şeri burax! 
Həmdəmin hər gecə ulduzlarmı 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
188 
 
Ya ki, şən qızlarmı? 
Ey kənarındakı ağ qumluğu çin-çin Arazım, 
Ey bəyaz dalğası azadə göyərçin, Arazım!.. 
Bilməz artıq ürəyin dərd-ağrı, 
Çatlasın düşməninin qoy bağrı! 
Qoy qəmər səndə soyunsun gecələr, 
Soyunub nazla yuyunsun gecələr, 
Sən də ilhamını al! 
Nə gözəldir bu vüsal! 
Bax, bu coşqun, yeni şair, Arazım, 
Yazacaqdır sənə dair, Arazım... 
Bax, bu yerlərdə adamlar dəyişir, 
Kal gələn burda dəyir, tez yetişir. 
Burda bir an belə getməz bada, 
Bu ilanlar mələyən səhrada 
Xanların tökdüyü qanlar qurumuş, 
Burda bambaşqa bir aləm qurmuş... 
  
1934

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
189 
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin